Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2872/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndələrii X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021 nömrəli, 08 iyun 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2013-cü il tarixdən hal-hazıradək ona ödənilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı pensiya hüququ yarandığı 29 dekabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2021) geriyə 3 il üzrə, yəni xx.xx.2018-ci il tarixindən pensiya məbləğinin hesablanıb ona hissə-hissə ödənilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1301/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-13/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1301/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixli məktubla icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İddiaçının vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir, hazırki iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə qərarının icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021 nömrəli, 08 iyun 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 1.000 (bir min) manat miqdarında cərimə olunmuş və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021 nömrəli, 08 iyun 2023-cü il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan, yəni xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıradək ona ödənilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı ilə təmin olunmuşdur. Həmin qərar Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1301/2022 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1301/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından prossesual müddət ötürülmədən kassasiya şikayəti verilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli bildirişi cavabdehin ünvana daxil olmuş və həmin bildirişdə kassasiya şikayətinin verilməsi müddətinin ötürülmədiyinə dair sənədlərin xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi təklif edilmişdir. Həmin bildirişə istinadən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1301/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarının cavabdehə xx.xx.2022-ci il tarixdə təqdim edildiyi, kassasiya şikayətinin xx.xx.2022-ci il tarixdə verildiyi, beləliklə müddətin ötürülmədiyi qeyd edilmiş ərizə və sözügedən qəbzlərin surəti Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti əsassız olaraq mümkün sayılmamış və qərardadın surəti xx.xx.2023 tarixli müşayiət məktubu ilə iş üzrə tərəflərə (iddiaçı, cavabdeh, vəkil) göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2-1(112)-6544/2021 nömrəli qərardadında «AZEMİS» məhkəmə idarəetmə sistemində əldə olunan məlumatlara əsasən işlə bağlı prosessual müddətin bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə daxil olmadığı qeyd edilir. Lakin xx.xx.2023-cü il tarixli ərizə ilə buraxılmış prossesual müddətin bərpası ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən həmin ərizəyə münasibət bildirilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli ərizə ilə yenidən Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edilərək xx.xx.2023-cü il tarixli ərizəyə münasibət bildirilməsi xahiş edilmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən istər xx.xx.2023cü il tarixli ərizəyə, istərsə də xx.xx.2023-cü il tarixli ərizəyə münasibət bildirilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinin həll edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1301/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı icra edilməmişdir. Sadalananlardan aydın olur ki, cavabdeh inzibat orqan qərarın icra edilməməsindən qərəzli şəkildə imtina etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2-1(112)-6544/2021 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X5 və X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021 nömrəli, 08 iyun 2023cü il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021 nömrəli, 08 iyun 2023-cü il tarixli qərardadı ləğv edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6544/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrlə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edilmişdir. Daha sonra isə cavabdehin Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı 29 dekabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmin Məcəllənin 120.4-cü maddəsinə əsasən cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-13/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1301/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmadıqdan və kassasiya şikayətinin qəbulundan imtina edildikdən sonra cavabdeh orqan buraxılmış prosessual müddətin bərpasına dair ərizələrlə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmiş, bundan sonra isə cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı icra edilmiş və iddiaçıya 29 dekabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarının icrasının təmin edilməməsi əsasına görə cavabdeh inzibati orqanın barəsində cərimənin tətbiq edilməsi əsassızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021 saylı, 08 iyun 2023-cü il tarixli qərardadı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021 nömrəli, 08 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2872/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2872/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver