Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2903/2025 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Qərarın ləğv edilməsi ”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2020-ci il tarixli **************** saylı qərarı ilə iddiaçıya kameral vergi yoxlaması ilə 1.147.179,59 manat mənfəət vergisi hesablanmışdır. Əsası: 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 5.735.897,94 manat fərq yaranmışdır ki, bu da xərclərin şişirdilməsi kimi qiymətləndirilmiş və bununla əlaqədar iddiaçıya göndərilmiş məktuba dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış yazılı izahat təqdim edilməməsi.
2. Cavabdehin ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarına əsasən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2017- İyun 2020-ci illəri əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmişdir.
3. Yoxlama ##.##.2020-ci il tarixdə başlanılmış və ##.##.2020-cü il tarixdə başa çatdırılmış, yoxlamanın nəticələri ##.##.2020-ci il tarixli, **************** nömrəli aktla rəsmiləşdirilmişdir.
4. Həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarla iddiaçıya: - 2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 3.080.048,88 manat mənfəət vergisi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.540.024,44 manat maliyyə sanksiyası - 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyası - 2018-2020-ci illər üzrə 670,6 manat məbləğində ÖMV və Vergi Məcəlləsinin 5.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 335,3 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” # #### 2020-ci il tarixli, **************** nömrəli qərarın və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ###### 2021-ci il tarixli, **************** nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun elektron kabinetinə daxil olmuş məktub nəticəsində bəlli olmuşdur ki, cavabdehin ##.##.2020-ci il tarixli, 201902********** nömrəli qərarına əsasən iddiaçıya iyul 2017-iyun 2020 hesabat dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Daha sonra cavabdehin qərarına əsasən yoxlamaya ekspert dəvət edilmişdir. Yoxlamanın bundan sonrakı gedişatı haqqında iddiaçıya heç bir məlumat verilməmişdir. Bununla bağlı cavabdehə ##.##.2020-ci il tarixdə yazılı müraciət olunsa da, həmin müraciətə cavab verilməmişdir. Daha sonra elektron kabinetə daxil olmuş məktubdan aydın olmuşdur ki, cəmiyyətdə keçirilən səyyar vergi yoxlaması nəticələndirilmiş və nəticəsi ##.##.2020-ci il tarixli, *************** nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktın əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması iddiaçının nümayəndəsinin iştirakı təmin olunmadan həyata keçirilmiş və cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh vergi qanunvericiliyinin tələblərinə zidd olaraq həyata keçirilən ekspertizanın nəticəsində tərtib edilmiş ekspert rəyini, səyyar vergi yoxlaması aktını və məsuliyyət qərarını iddiaçıya təqdim etməmiş və bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Səyyar vergi yoxlaması aktı və qərar yalnız iddiaçı tərəfindən müraciət olunduqdan sonra təqdim olunmuşdur. Bundan başqa, iddiaçıya 2017-2019-cu illərin mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Hesablama isə ekspert rəyi əsasında aparılmışdır. Belə ki, bu zaman ekspert elektron vergi hesab-fakturasında olan malların bir vahidinin qiymətini tətbiq etmişdir. Halbuki, elektron qaimə-fakturada bir neçə və fərqli qiymətdə olan malların siyahısı öz əksini tapmışdır. Bu isə ekspertin rəyinin və dolayısı ilə cavabdehin aktının əsassızlığını və obyektiv, dolğun aparılmadığını göstərir. Ekspert rəyi hazırkı vaxtadək iddiaçıya təqdim olunmadığından gəlinən nəticədən xəbərdar deyil. Bundan başqa, cavabdeh iddiaçının mənfəət vergisində sənədlərlə təsdiqini tapmayan xərcləri silmiş və yalnız sənədi olan xərcləri qəbul edərək, ona müvafiq hesablama aparmış və bu zaman Nazirlər Kabinetinin ** saylı qərarı nəzərə alınmamışdır. İddiaçı dondurulmuş toyuq əti məhsullarının idxalı və satışı ilə məşğuldur. Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinin 2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, quş ətinin satışı ƏDV-dən azaddır. Lakin buna baxmayaraq, cavabdeh toyuq ətinin satışını ƏDV-yə cəlb edərək, cəmiyyətə ƏDV üzrə əlavə vergi məbləği hesablamışdır. Eyni zamanda 2019-cu ilin vergisi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərara əsasən cəmiyyətə 1.147.179,59 manat mənfəət vergisi hesablanmışdır. Daha sonra 2019-cu il üzrə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsində həmin kameral hesablama qüvvədə saxlanılmış, əlavə olaraq 172.799,51 manat vergi hesablanmışdır.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarın ləğv edilməsi hissəsində təmin olunmaması, ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarın ləğv edilməsi hissəsində mümkünsüz sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Bakı inzibati məhkəməsinin ## ### 2021-cil tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -lkin mühasibatlıq sənədləri və vergi bəyannamələri nəzərə alınmaqla iddiaçı İddiaçı MMC-nin 2017-ci ilin iyul ayından 2020-ci ilin iyul ayına qədər olan hesabat dövrləri üzrə ödəməli olduğu ƏDV və 2017-2019-cu illər üzrə ödəməli olduğu mənfəət vergisi məbləği nə qədər təşkil edir? -İddiaçı İddiaçı MMC tərəfindən yoxlanılan dövr üzrə vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmaqla, yoxlanılan dövr ərzində (2017, 2018, 2019-cu illər) 6.184.998 (altı milyon bir yüz səksən dörd min doqquz yüz doxsan səkkiz) manat məbləğində əməliyyatların nağd qaydada aparılması halları müəyyən olunurmu? -Gəlirin əldə edilməsi ilə bağlı iddiaçı İddiaçı MMC-nin hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? -İddiaçı MMC-də yoxlama ilə əhatə edilən dövr üzrə ƏDV-yə cəlb olunan, ƏDV-dən azad olunan, əvəzləşdirilməsinə yol verilən və ÖMV üzrə vergiyə cəlb edilən dövriyyə məbləği nə qədərdir?
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş */**** nömrəli, ##.##.2021-ci il tarixli ekspert rəyinə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilər (ƏDV, mənfəət) üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Həmçinin təqdim edilmiş iş materialları ilə vergi ödəyicisinin bəyannamə məlumatları (ƏDV, mənfəət) arasında fərq olmadığı üçün ekspertiza tədqiqatı zamanı yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergilərin az hesablanması müəyyən edilmədi. Hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə əsasən İddiaçı MMC tərəfindən 670,60 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən edilir.
10. Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi qismən təmin edilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarı, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 3.080.048,88 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.540.024,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv olunmuş, iddia qalan hissədə təmin olunmamışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət və əlavə dəyər vergilərinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda iddiaçıya əlavə mənfəət və əlavə dəyər vergilərinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissəsində cavabdehin mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarın iddiaçıya 2018-2020-ci illər üzrə 670,6 manat məbləğində ÖMV hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 335,3 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qərar Vergi Məcəlləsinin tələblərinə uyğun olduğundan, həmin hissədə qərarın ləğv olunması barədə iddiaçının tələbi təmin oluna bilməz.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
b) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər C.Yusifov-sədrlik edən və məruzəçi, E.Kazımov və N.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin, həmin qərarın yoxlanılan hissədə əsassız olduğuna, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə dair dəlilləri ilə razılaşmır.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın rədd olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.
ç) Kassasiya instansiya məhkəməsində birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ***/**** nömrəli, ## ### 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2022-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə baxmış məhkəmə kollegiyası aşağıdakı göstərişlərlə apellyasiya məhkəməsinin qərarını ləğv etmişdir: - iyun 2020-ci il tarixli qərarla cavabdeh vergi orqanı iddiaçıya 2019-cu ilin mənfəət vergisi üzrə 1147179,59 manat vergi məbləği hesablamışdır. Vergi orqanı malların faktiki, yəni invoys qiymətləri ilə statistik qiymətləri arasında 5735897,94 manat fərq müəyyən etmişdir. Ona görə də iddiaçının həmin dövr üzrə həm mənfəət vergisi bəyannaməsi, həm də kameral bəyannamə işə əlavə olunmalı və idxal sənədləri ilə üzləşdirilməli, iddiaçının xərclərdə invoys yoxsa statistik dəyəri göstərdiyi araşdırılmalıdır. Cavabdeh vergi orqanının xərclərdə iddiaçının statistik dəyəri göstərdiyini iddia etməsinə rəğmən, buna dair təsdiqedici sənədlər (yük gömrük bəyannamələri və iddiaçının həmin dövr üzrə sonuncu bəyannaməsi) iş materialına əlavə olunmamışdır. - Səyyar yoxlama zamanı iddiaçının NKA vasitəsilə pərakəndə satışının olubolmaması cavabdeh tərəfindən araşdırılmamışdır. Halbuki, NKA vergi orqanında qeydiyyatdan keçir, onun qeydiyyatı üçün də obyekt qeydiyyatı mütləqdir. Əslində cavabdeh həmin məlumatları özü görə bilərdi. İddiaçı da tələbnaməyə uyğun olaraq yoxlama zamanı NKA çeklərini təqdim etməməsinin səbəblərini açıqlamamışdır - İddiaçının bəyannamədə göstərdiyi gəlirin məbləğinin həm topdansatış, həm də pərakəndə satış ticarət fəaliyyətindən formalaşdığının müəyyən olunması üçün iş materiallarında olan sənədlər yetərli deyil. Belə ki, iş materiallarında iddiaçının eqaimə fakturaları və NKA çekləri( satış sənədləri) mövcud olsa da, 2017- 2019-cu illər üzrə iddiaçının təqdim etdiyi bəyannamələr, həmçinin idxal sənədləri iş materiallarına əlavə olunmamışdır. Belə olan halda, nə cavabdehin yoxlama nəticəsində hesabladığı vergilərin, nə də iddiaçının həmin dövrlərdə bəyannamələrdə əks etdirdiyi dövlət büdcəsinə ödənilməli vergilərin düzgün hesablanıbhesablanmaması müəyyən olunmur. - İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ekspert qarşısında konkret suallar qoyulmasına baxmayaraq, ekspert tərəfindən həmin suallar dolğun cavablandırılmamış, yoxlama dövrünə aid ayrı-ayrı vergi növləri üzrə iddiaçının ödəməli olduğu vergi məbləğləri müəyyən olunmamışdır - Cavabdeh vergi orqanı tərəfindən iddiaçının elektron vergi hesab-fakturaları əsasında orta satış qiyməti müəyyən olunmuşdur. Həmin qiymət Vergi Məcəlləsinin 67.1.1 və 67.1.2-ci maddəsi anlamında əlaqəli məlumatdır. Lakin həmin qiymətin iddiaçının göstəricilərinə hansı qaydada tətbiq olunması və yekun hesablanmış vergi məbləğinin alınması ardıcıllığı iş materiallarına əlavə edilmiş sənədlərdən görünmür. Həmçinin ekspert araşdırması zamanı da qeyd olunan məbləğin hansı ardıcıllıqla hesablanmasına qiymət verilməmişdir. - Vergi orqanı iddiaçının NKA ilə satdığı malları sənədsiz satış kimi qiymətləndirdiyi üçün, həmin hissəni bəyannamədə ƏDV-yə cəlb olunan hissədən azad olunan hissəyə keçirmiş, bununla da ƏDV üzrə əvəzləşdirmənin xüsusi çəkisini azaltmışdır. Lakin bütün bunların həyata keçirilməsi ardıcıllığı konkret rəqəmlərlə iş materiallarında öz əksini tapmamışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, təqdim edilmiş iş materiallarına əlavə edilmiş elektron qaimə-faktura və NKA çeklərinə əsasən cəmiyyətin 2017-ci il üzrə topdansatış fəaliyyətindən gəliri 321.562,10 manat (ƏDV-siz), pərakəndə satış fəaliyyətindən gəliri 8.817.392,54 manat (ƏDV-siz), 2018-ci il üzrə topdansatış fəaliyyətindən gəliri 2.159.359,95 manat (ƏDV-siz), pərakəndə satış fəaliyyətindən gəliri 21.093.150,76 manat (ƏDV-siz) və 2019-cu il üzrə topdansatış fəaliyyətindən gəliri 9.478.994.77 manat (ƏDV-siz), pərakəndə satış fəaliyyətindən gəliri 28.890.355,33 manat (ƏDV-siz) müəyyən edildi. Tədqiqat zamanı müəyyən edilmiş gəlirlərə dair təsdiqedici sənədlər elektron qaimə faktura və NKA çəklərindən, xərclərə dair təsdiqedici sənədlər isə idxala dair yük gömrük bəyannamə məlumatları və alışa dair elektron qaimə fakturalardan və vergi orqanının özünün də qəbul etdiyi bəyannamə göstəricilərində öz əksini tapmış əmək haqqı, rabitə xidməti, icarə haqqı, sosial ödənişlər, bank xidməti üzrə xərclər və s. ibarət olması müəyyən edildi. Həmçinin qeyd edilir ki, müəssisə 2017-2019-cu illər üzrə gəlir və xərclərinin uçotunu hesablama metoduna uyğun olaraq həyata keçirmiş və bu səbəbdən də tədqiqat zamanı da vergilər iş materiallarına əlavə edilmiş ilkin sənədlərinə müvafiq olaraq hesablama metoduna uyğun olaraq hesablandı. Yekun olaraq ##.##.2020- ci il tarixli, **************** nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətində ƏDV və mənfəət vergiləri üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur, eyni zamanda hazırkı tədqiqat nəticəsində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yoxlamanın əhatə etdiyi dövr ərzində 2017-ci il üzrə 27.908,11 manat, 2018-ci il üzrə 57.644,59 manat, 2019-cu il üzrə 4,626.78 manat, ümumilikdə isə 90,179.48 manat az hesablamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.Oruczadə - sədrlik edən və məruzəçi, M.Tağızadə və G.Abbasova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qərarı qismən- “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” ##.##.2021-ci il tarixli 2100197023143580 №li Qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 90,179.48 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunsun” hissəsində ləğv olunmuş, iddia həmin hissədə rədd olunmuşdur. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsasıandırmışdır: - cavabdeh vergi orqanı mübahisələndirilən ##.##.2020-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qanunla müəyyən edilmiş qaydada elektron imza vasitəsilə imzalamamışdır. Eyni zamanda, həmin qərar şəxsən və ya poçt rabitəsi vasitəsilə də iddiaçıya təqdim edilməmişdir. Oxşar iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli və **(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarlarında da mövqe bu cür əsaslandırılmışdır. Həmin məhkəmə qərarlarının məzmunundan da aydın olduğu kimi inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş sənəd elektron sənədlərin hazırlanmasına dair ümumi tələblər cavab verməlidir. Belə ki, elektron sənədin həqiqiliyi təsdiqlənməli, elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməli, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmalı, elektron sənəd müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməlidir. Beləliklə, mübahisələndirilən ##.##.2020-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar iddiaçıya rəsmi şəkildə təqdim edilmədiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir - Cavabdeh vergi orqanı 2019-cu il üzrə yekun hesablamanı səyyar vergi yoxlaması ilə fərqli əsaslarla həyata keçirsə və kameral vergi yoxlaması ilə həyata keçirilmiş hesablama faktiki olaraq öz qüvvəsini itirsə də, cavabdeh vergi orqanı kameral vergi yoxlamasının nəticəsinə dair # #### 2020-ci il tarixli qərarı ləğv etməmişdir. Bu səbəbdən də iddiaçı # #### 2020-ci il tarixli qərarı da mübahisələndirməyi məcbur olmuşdur. Həmin qərara münasibətdə qeyd edilmişdir ki, 2019-cu il üzrə kameral vergi yoxlaması nəticəsində mənfəət vergisi üzrə əlavə vergi məbləği vergi bəyannaməsində xərclərin 5,735,897.94 manat şişirdilməsi (xərclərin statistik dəyər əsasında bəyan edilməsi) əsası ilə hesablanmışdır. Bununla bağlı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş ##.##.2024-cü il tarixli */**** nömrəli ekspert rəyində 2019-cu il üzrə iddiaçının mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 38,369,350.10 manat, gəlirdən çıxılan xərcləri 37,636,231.50 manat, vergiyə cəlb edilən mənfəəti 733,118.60 manat, ödəməli olduğu mənfəət vergisi isə 146,623.72 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının gəlirdən çıxılan xərcləri kameral vergi yoxlaması zamanı 32,586,508.27 manat, səyyar vergi yoxlaması zamanı 38,008,937.04 manat, ekspertiza tədqiqatı zamanı isə 37,636,231.50 manat müəyyən edilmişdir. Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması nəticəsində kameral vergi yoxlaması zamanı özünün müəyyən etdiyi xərclərə dair göstərici ilə razılaşmamış və 5,422,428.80 manat artıraraq 38,008,937.04 manat müəyyən etmişdir. İddiaçı özü təqdim etdiyi mənfəət vergi bəyannaməsində xərclərini 38,322,406.21 manat bəyan etmişdir, bu halda kameral vergi yoxlaması zamanı xərclər üzrə müəyyən edilmiş 5,735,897.94 manat kənarlaşmanın düzgünlüyü heç cavabdehin özü tərəfindən də təsdiq edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyində isə ilkin uçot sənədlərinə əsasən iddiaçının xərclərinin səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş xərclərin məbləğindən 372,705.50 manat az olması aşkar edilmişdir. Kameral vergi yoxlaması nəticəsində xərclər üzrə müəyyən edilmiş göstəricinin düzgünlüyü nə səyyar vergi yoxlaması, nə ekspertiza tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. - İddiaçıya məxsus Merkuri-112FK markalı 00101416 zavod nömrəli nəzarət kassa aparatı ##.##.2016-cı il tarixdə vergi orqanında uçota alınmış və cavabdeh tərəfindən iddiaçıya buna dair *********** nömrəli nəzarət kassa aparatının qeydiyyat vərəqəsi verilmişdir ki, bu da vergi orqanının iddiaçının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olduğundan xəbərdar olduğunu göstərməklə yanaşı, həm də razılığını ifadə edir. ##.##.2016-cı il tarixdən səyyar vergi yoxlaması keçirilən günədək cavabdeh vergi orqanı tərəfindən iddiaçıya NKA vasitəsilə malların pərakəndə qaydada satışına dair hər hansı etiraz bildirilməmişdir. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən mübahisələndirilən dövrdə məhsullar vergi orqanında uçotda olan nəzarət-kassa aparatı vasitəsilə alıcılara təqdim edildiyi halda, həmin məhsulların kassa aparatı vasitəsilə pərakəndə satışının həyata keçirildiyini bilirdi və ya, ən azından, bilməli idi. Bununla belə səyyar vergi yoxlaması zamanı bununla bağlı tam və hərtərəfli araşdırma aparmamışdır. - Cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 43.11-ci maddəsinə müvafiq olaraq sənədlərin və nümunə kimi əşyaların vergi orqanına təqdim edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edildiyi halda, cavabdeh həmin qərarın icrasını gözləmədən ##.##.2020-ci il tarixdə səyyar vergi yoxlamasını başa çatdırmışdır. Cavabdeh iddiaçının NKA vasitəsilə pərakəndə satış həyata keçirdiyini bildiyi halda, bununla bağlı lazımı həcmdə araşdırma aparmadan, əlavə sübutlar toplamadan və Bakı İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarının icrasını gözləmədən, iddiaçının vergiyə cəlb edilən gəlirini (dövriyyəsini) yalnız elektron vergi hesab fakturalar (elektron qaimə fakturalar) əsasında müəyyən edilmiş orta satış qiymətinə əsasən hesablamışdır - Cavabdehin “İdxal edilmiş mallar əsasında satış” cədvəlin 6-cı sətrində malların çeşidlər üzrə bir vahidinin satış qiyməti qeyd edilsə də, həmin satış qiymətinin necə hesablandığı müəyyən deyil. Belə ki, hər hansı çeşid üzrə elektron vergi hesab fakturalar üzrə ümumilikdə hansı həcmdə (çəkidə) və məbləğdə mal təqdim edildiyi, həmin göstəricilərə əsasən orta satış qiymətinin necə hesablandığı səyyar vergi yoxlaması aktında və ya vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarda əsaslandırılmamış və məhkəməyə, eləcə də Məhkəmə Ekspertiza Mərkəzinə buna dair hər hansı sübut təqdim edilməmişdir. - Cədvəlin 8-ci sətrində 2017-2020-ci illərdə çeşidlər üzrə malların dövrün sonuna manatla qalıq dəyəri qeyd edilsə də, məhkəmə araşdırması zamanı həmin qalıqların necə hesablandığını müəyyən etmək mümkün olmadı. Belə ki, cədvəldə həmin qalıqların mənfəət vergisi bəyannamələrinə əsasən müəyyən edildiyi yazılsa da, bəyannamələrdə malların ayrı-ayrılıqda çeşidlər üzrə qalıqlarına dair hər hansı qeyd aşkar edilmədi və buna dair cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı hər hansı sübut təqdim edilmədi. - İdxal barədə məlumatlara əsasən toyuq əti çeşidlərinin özlərinin də müxtəlif adda fərqli növləri (məsələn, toyuq budunun “Qualiko”, “Ukranian Chicken”, “Sultanah”, “Asillah” nişanlı fərqli növləri) olduğu halda, cavabdeh vergi orqanı hər hansı fərqləndirmə aparmadan bir çeşid üçün vahid qiymət müəyyən etmişdir. - Cavabdeh vergi orqanı iddiaçının ƏDV üzrə vergiyə cəlb edilən və ƏDV-dən azad olunan dövriyyəsinin bölgüsünü düzgün həyata keçirməmişdir - Quş ətinin satışı ƏDV-dən azad olunmasına baxmayaraq, iddiaçı NKA vasitəsilə həyata keçirdiyi pərakəndə satışlara 18% ƏDV tətbiq (əlavə) etdiyi üçün həmin əməliyyatlar ƏDV-nin məqsədləri üçün vergitutma obyekti (vergiyə cəlb edilən əməliyyat) hesab edilir. Buna baxmayaraq, cavabdeh vergi orqanı vergilərin hesablanması zamanı ƏDV-yə cəlb edilən əməliyyat qismində yalnız elektron vergi hesab faktura əsasında əməliyyat qismində yalnız elektron vergi hesab faktura əsasında 18% ƏDV tətbiq edilməklə həyata keçirilmiş satış əməliyyatlarını nəzərə almış, geri qalan dövriyyəni hər hansı əsas olmadığı halda, ƏDV-dən azad olunan dövriyyəyə daxil etmişdir. Halbuki, vergi qanunvericiliyində ƏDV-dən azad edilən malların və ya xidmətlərin vergi ödəyicisi tərəfindən ƏDV tətbiq (əlavə) edilməklə təqdim edilməsinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV-dən azad olunan mallara (xidmətlərə) ƏDV tətbiq edildiyi halda, həmin əməliyyat ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat olur. - ##.##.2024-cü il tarixli */**** nömrəli ekspert rəyində gəlinən nəticəyə əsasən iddiaçı büdcəyə ödənilməli mənfəət vergisini 2017-ci il üzrə 27,908.11 manat, 2018-ci il üzrə 57,644.59 manat, 2019-cu il üzrə 4,626.78 manat, ümumilikdə isə 90,179.48 manat az hesablamışdır. iş materiallarının və ekspertiza rəyinin qarşılıqlı tədqiqi nəticəsində iddiaçının mənfəət vergisini 2017-ci il üzrə 27,908.11 manat, 2018-ci il üzrə 57,644.59 manat, 2019-cu il üzrə 4,626.78 manat, ümumilikdə isə 90,179.48 manat az hesabladığı müəyyən edildi.
22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın rədd olunması haqqında yeni qərarın çıxarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli 2- *(***)-***/**** nömrəli qərarı “xxxx” ASCnin cavabdehin ##.##.2021-ci il tarixli 2100197023143580 №li qərarının ləğvinə dair iddianın təmin olunan hissəsində ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli 2- *(***)-***/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
d) Apellyasiya şikayətinin dəlilləri
24. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətdə olduğu kimi iddiaya dair yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır.
e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
26. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarındakı hüquqi göstərişlər baxımından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.11..2025-cil tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İyul 2017-iyun 2020-ci illəri əhatə edən dövr üzrə iddiaçının NKA çeklər vasitəsilə satılan ayrı-ayrı mallar üzrə vahid qiyməti müəyyən edilsin, eləcə də çeklərdə olan malın sayı müəyyən edilsin? (işdən görünür ki, iddiaçı idxal etdiyi quş əti məhsullarının satışını həyata keçirilmişdir. İddiaçı tərəfindən quş əti məhsullarının satışının bir hissəsi elektron qaimələr əsasında bir hissəsi isə NKA vasitəsilə həyata keçirilmişdir.) -İddiaçı tərəfindən NKA çeklərində əks olunan malların vahid qiymətləri və miqdarı müəyyən edilərsə həmin çeklər vergi uçotu məqsədləri üçün qəbul edilirmi? -Həmin çeklər vergi uçotu məqsədləri üçün qəbul edilirsə ƏDV əvəzləşdirməsi mümkündürmü? (Mümkündürsə hansı məbləğ təşkil edir?) -İddiaçı idxal zamanı ödədiyi ƏDV məbləğlərini həmin satış əməliyyatlarının ümumi dövriyyədəki xüsusi çəkisi həcmində əvəzləşdirmək hüququna malik olmuşdursa, iddiaçının ümumi dövriyyəsi və ümumi dövriyyədəki xüsusi çəki müəyyən edilsin? (Belə ki, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.)
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş */**** nömrəli, ##.##.2026-ci il tarixli ekspert rəyinə əsasən: -Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hazırkı tədqiqatla müəyyən edildi ki, yoxlama ilə əhatə olunan dövr üzrə iddiaçının NKA çekləri vasitəsilə satılan ayrı-ayrı mallar üzrə vahid qiymətini, eləcə də çeklərdə olan malın sayını müəyyən etmək üçün NKA çeklərinin hər birinin təqdim edilməsi zəruridir. Təqdim edilmiş iş materiallarında olan fiskal yaddaş üzrə hesabatlarda isə malların adı və miqdarı qeyd olunmadığından həmin sual üzrə tədqiqatın aparılması mümkün olmadı. -Ekspert qarşısında qoyulmuş ikinci və üçüncü suallara cavab olaraq bildirilir ki, istifadə olunan kassa aparatı vergi orqanında qeydiyyatdan keçmişdirsə, cihaz fiskal yaddaş funksiyasına malikdirsə təqdim edilmiş iş materiallarında olan fiskal yaddaş (kassa aparatından dövrü çıxarılmış) üzrə hesabatlar vergi uçotu məqsədləri üçün (satışların təsdiqi kimi) qəbul edilir və ƏDV əvəzləşdirilməsi mümkündür. -Sonuncu suala cavab olaraq bildirilir ki, vergi ödəyicisinin yoxlama ilə əhatə olunan dövrdə illər üzrə ümumi dövriyyəsi və ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi aşağıdakı kimi müəyyən edildi, o cümlədən:
2017-ci ilin iyul-dekabr ayları üzrə: - ƏDV-yə cəlb edilən dövriyyəsi 4.671.377,98 - ƏDV-dən azad olunan dövriyyəsi 114.032,65 manat - Əvəzləşdirmə üzrə xüsusi çəki: 0.97617 (4.671.377,98 /4.785.410,63)
2018-ci il üzrə: - ƏDV-yə cəlb edilən dövriyyəsi 23.236.642,26 manat, - ƏDV-dən azad olunan dövriyyəsi 24.082,00 manat, - Əvəzləşdirmə üzrə xüsusi çəki 0.9989 (23.236.642,26 / 23.260.724,26)
2019-cu il üzrə: - ƏDV-yə cəlb edilən dövriyyəsi 38.261.148,14 manat, - ƏDV-dən azad olunan dövriyyəsi 0 manat, - Əvəzləşdirmə üzrə xüsusi çəki 1 (0 / 38.261.148,14)
2020-ci ilin yanvar-iyun ayları üzrə: - ƏDV-yə cəlb edilən dövriyyəsi 9.297.303,45 manat, - ƏDV-dən azad olunan dövriyyəsi 0 manat, - Əvəzləşdirmə üzrə xüsusi çəki 1 (0 / 9.297.303,45)
ə) Prosses iştirakçılarının izahatları
28. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi Xəyal Səfərov apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Həmçinin, bildirmişdir ki, istifadə olunan kassa aparatı vergi orqanında qeydiyyatdan keçmişdirsə, cihaz fiskal yaddaş funksiyasına malikdirsə təqdim edilmiş iş materiallarında olan fiskal yaddaş (kassa aparatından dövrü çıxarılmış) üzrə hesabatlar vergi uçotu məqsədləri üçün (satışların təsdiqi kimi) qəbul edilir və ƏDV əvəzləşdirilməsi mümkündür. Bunlarla yanaşı ekspert rəyində illər üzrə (2017-2020) ƏDV-yə cəlb edilən dövriyyə, ƏDVdən azad edilən dövriyyə və xüsusi çəki müəyyən edilmişdir. Hesab edirlər ki, təqdim olunmuş ekspert rəyi işin faktiki hallarını tam əhatə etmədiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
29. Məhkəmə Kollegiyasının iclasında cavabdehin digər nümayəndəsi Elçin Seyidov apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Həmçinin, təqdim olunmuş ekspert rəyi işin faktiki hallarını tam əhatə etmədiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməsini xahiş etmişdir..
30. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31.Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri·ödəmək ... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; ... 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə·mühasibat·uçotu·sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; ... Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit·vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir.Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ... Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 55. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: ... 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; Maddə 159. Vergitutma obyekti ... 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Maddə 164. ƏDV-dən azadolmalar və güzəştlər 164.1 Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: ... 164.1.37. heyvan və quş ətinin satışı – 2020-ci il ######ın #-dən 7 il müddətinə; Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV ... 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrıayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətində cavabdeh tərəfindən qərar qismən- iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli 2- *(***)-***/**** nömrəli qərarı “xxxx” MMC-nin cavabdehin ##.##.2021-ci il tarixli 2100197023143580 №li qərarının ləğvinə dair iddianın təmin olunan hissəsində ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli 2- *(***)-***/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alındığından, Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarı-2017- 2019-cu illər üzrə büdcəyə əlavə olaraq 2.989.869,5 manat (3.080.048,88 manat- 90.179, 48 manat =2.989.869,5 manat) mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.494.934,7 manat (1.540.024,44 manat-45.089,74 (90.179, 48 manat mənfəət vergisinin 50 faizi= 45.089,74 manat) =1.494.934,7 manat) maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissələrininin ləğv olunmuş hissəsində yoxlanılır.
34. Belə ki, Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi qismən təmin edilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarı, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” ##.##.2021ci il tarixli, **************** nömrəli qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 3.080.048,88 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.540.024,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-
35. cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.Oruczadə - sədrlik edən və məruzəçi, M.Tağızadə və G.Abbasova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qərarı qismən- “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” ##.##.2021-ci il tarixli 2100197023143580 №li Qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 90,179.48 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunsun” hissəsində ləğv olunmuş, iddia həmin hissədə rədd olunmuşdur. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
38. Daha sonra məhkəmə kollegiyası apellyasiya baxışının həddlərinə əsaslanaraq qeyd edir ki, hazırkı mübahisənin predmetini cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” ##.##.2021ci il tarixli, **************** nömrəli qərarının-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 2.989.869,5 manat (3.080.048,88 manat- 90.179, 48 manat =2.989.869,5 manat) mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.494.934,7 manat (1.540.024,44 manat-45.089,74 (90.179, 48 manat mənfəət vergisinin 50 faizi=45.089,74 manat)=1.494.934,7 manat) maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təşkil edir.
39. Məhkəmə Kollegiyası qeyd edir ki, vergi ödəyicisinə hesablanmış vergilər vergi orqanında olan uçot-baza məlumatlarına (elektron-qaimələr, elektron vergi hesabfakturalarına, gömrük məlumatlarına, ƏDVDH çıxarışlarına və sair sənədlərə) və bank məlumatlarına əsasən müəyyən edilmişdir.
40. 2017-2019-cu illər üzrə vergi ödəyicisinin gəlirləri hesablanarkən elektron qaiməfakturalar və nəzarət kassa aparatının göstəricilərindən istifadə edilmişdir.İş materiallarında mövcud olan NKA çeklərinin bir hissəsi yoxlama dövrünü əhatə etmir (2017-ci ilin mart, aprel, may və iyun aylarını əks etdirən çeklər). NKA çeklərinin digər bir hissəsi isə iddiaçının fəaliyyətinin pərakəndə satış olmamasını bir daha sübut edir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarında qeyd olunan göstərişlər baxımından məhkəmə Kollegiyası iddiaçıya və cavabdehə ##.##.2025-ci il tarixli sorğu ünvanlayaraq iyul 2017-iyun 2020-ci illəri əhatə edən dövr üzrə iddiaçının NKA çeklər vasitəsilə satılan ayrı-ayrı mallar üzrə vahid qiyməti müəyyən edilməsinə, eləcə də çeklərdə olan malın sayı müəyyən edilməsinə, iddiaçının ümumi dövriyyəsinə, habelə iddiaçının ümumi dövriyyədəki xüsusi çəki müəyyən edilməsinə əsas olan məlumatların və sənədlərin məhkəməyə təqdim olunması tələb edilmişdir.
42. İddiaçı məhkəməyə heç bir sənəd təqdim etməmişdir.
43. Cavabdeh məhkəməyə təqdim etdiyi cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasında onlayn nəzarət-kassa aparatlarının tətbiqinə dair hüquqi və texniki mexanizm yalnız Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli ** saylı Qərarı ilə yaradılmış və həmin taridxdən sonra mərhələli tətbiqinə başlanılmışdır.Bu səbəbdən 2019-cu ildən əvvəl olan onlayn kassa aparatı, e-kassa sistemi və ya onların məlumat bazası mövcud deyildir.Tələb olunan dövr üzrə onlayn kassa məlumatlarının təqdim edilməsi mümkün deyil.
44. İş materiallarında mövcud olan və ##.##.2017-##.##.2017-ci il üzrə NKA-nın fiskal məlumatına əsasən bir ay ərzində 9 sayda çek qeydiyyata alınmışdır ki, həmin 9 sayda çekin ümumi məbləği 586831 manat təşkil etmişdir. Orta hesabla bir çekin məbləği 65.203 manat təşkil edir ki, bir şəxsin istehlak üçün bu məbləğdə ət məhsullarını satın alması ağlabatan deyildir.
45. Həmçinin, ##.##.2017-##.##.2017-ci il üzrə NKA-nın fiskal məlumatına əsasən bir ay ərzində 13 sayda çekin ümumi məbləği 809034 manat təşkil etmişdir. Orta hesabla bir çekin məbləği 62.233 manat müəyyən olunur. Həmçinin ##.##.2017-##.##.2017ci il üzrə NKA-nın fiskal məlumatına əsasən bir ay ərzində 16 sayda çekin ümumi məbləği 914416 manat təşkil etmişdir. Orta hesabla bir çekin məbləği 57151 manat müəyyən olunur. Beləliklə nümunələrdən göründüyü kimi istehlak üçün bu məbləğlərdə ət və ya ət məhsullarının alınması qeyri-mümkündür.
46. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının fəaliyyəti birmənalı şəkildə topdansatış fəaliyyətindən ibarət olmuş və NKA çekləri isə mötəbər sənəd hesab edilmədiyi üçün gəliri təsdiq edən sənəd kimi qəbul edilməməlidir. Eyni zamanda vergi orqanının uçotbaza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyət növləri içki və tütün məmulatları da daxil olmaqla yeyinti məhsullarının ixtisaslaşdırılmamış topdan satışı (əsas fəaliyyət növü), içki və tütün məmulatları da daxil olmaqla ərzaq mallarının topdan satışı üzrə agentlik fəaliyyəti, alkoqollu və digər içkilərin topdan satışı, yanacağın topdan satışı, saxlama və anbarlara yığma, gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsi, mərkəzi ofislərin fəaliyyəti, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi fəaliyyətlərindən ibarət olmuşdur. Yoxlamanın həyata keçirildiyi dövrdə isə cəmiyyətin faktiki fəaliyyəti ət və ət məhsullarının topdan satışından ibarət olmuşdur. Pərakəndə ticarət fəaliyyət növü olmamışdır.
47. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyəti nəzarət-kassa aparatının çeki ilə deyil, elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan fəaliyyət olmuşdur.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il # ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçının satış həyata keçiridiyi obyekti yalnız anbardan ibarət olmuşdur.
49. Məhkəmə Kollegiyası qeyd edir ki, hesablanmış vergilər sırf satış sənədi təqdim edilməyən məhsullarla bağlıdır. Bu məhsullara isə tam ədalətli olaraq müəssisənin elektron qaimələrindəki hər məhsul növü üçün ən yüksək qiymət deyil, orta satış qiyməti müəyyən edilərək vergilər hesablanmışdır. Belə ki, toyuq budu, toyuq əti, toyuq filesi və toyuq qanadı üzrə orta qiymət təqdim edilən elektron qaimə-fakturaların ümumi dəyərini təqdim edilən məhsulun ümumi çəkisinə bölməklə müəyyən edilmişdir və bu məlumatlar cədvəl şəklində məhkəməyə təqdim edilmişdir. Qeyd edilən hal bir daha sübut edir ki, vergilər hesablanan zaman məhsulun ən yüksək qiyməti deyil, orta qiymət tətbiq edilmişdir.
50. İşi yenidən araşdırmaq məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə Ali Məhkəmənin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, cavabdeh tərəfindən müəyyən edilmiş orta qiymət Vergi Məcəlləsinin 67.1.1-ci və 67.1.2-ci maddəsi anlamında əlaqəli məlumatdır və vergi orqanın tərəfindən əlaqəli məlumatlardan istifadə etməklə vergi məbləğinin hesablamaq hüququ vardır.
51. Yoxlama ilə vergi ödəyicisinin fəaliyyətinin quş ətinin satışından ibarət olduğu, quş ətinin satışı isə ƏDV-dən azad olan əməliyyat hesab edildiyi halda, idxal zamanı ödənilən ƏDV məbləğini əvəzləşdirmək üçün vergi ödəyicisi tərəfindən quş ətinin satışı ƏDV tutulan əməliyyatlara cəlb edilmişdir.Buna uyğun olaraq vergi ödəyicisi tərəfindən mal alanlara ƏDV tətbiq etməklə elektron qaimə-fakturalar təqdim edildiyi, eyni zamanda alınmış mallara görə əldə edilən e-VHF və YGB üzrə ƏDV məbləğinin əvəzləşdirildiyi müəyyən edilmişdir.
52. Yoxlama Vergi Məcəlləsinin 159.8-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV tətbiq etməklə (qaimə-fakturalarda göstərilən) aparılan əməliyyatlar ƏDV tutulan əməliyyatlara, qalan mallar mənfəət vergisinin * nömrəli əlavəsində göstərilən mal qalığı nəzərə alınmaqla ƏDV-dən azad olan əməliyyatlara aid edilmişdir. Yoxlanılan dövr üzrə əvəzləşdirilmiş ƏDV məbləği isə xüsusi çəki əsasında müəyyən edilmişdir. Satış sənədi təqdim edilməyən mallar üzrə dövriyyə məbləğləri isə qanunvericiliyə əsasən ƏDV-dən azad olunan dövriyyəyə aid edilmiş, həmin dövriyyə üzrə müəssisənin etdiyi ƏDV əvəzləşmələri ləğv edilmişdir.
53. Hazırkı apellyasiya baxışı zamanı məhkəmə qərardadına əsasən təqdim edilmiş ekspert rəyində müəyyən olunmuşdur ki, vergi ödəyicisinin yoxlama ilə əhatə olunan dövrdə illər üzrə ümumi dövriyyəsi və ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi aşağıdakı kimi müəyyən edildi, o cümlədən:
2017-ci ilin iyul-dekabr ayları üzrə: - ƏDV-yə cəlb edilən dövriyyəsi 4.671.377,98 - ƏDV-dən azad olunan dövriyyəsi 114.032,65 manat - Əvəzləşdirmə üzrə xüsusi çəki: 0.97617 (4.671.377,98 /4.785.410,63)
2018-ci il üzrə: - ƏDV-yə cəlb edilən dövriyyəsi 23.236.642,26 manat, - ƏDV-dən azad olunan dövriyyəsi 24.082,00 manat, - Əvəzləşdirmə üzrə xüsusi çəki 0.9989 (23.236.642,26 / 23.260.724,26)
2019-cu il üzrə: - ƏDV-yə cəlb edilən dövriyyəsi 38.261.148,14 manat, - ƏDV-dən azad olunan dövriyyəsi 0 manat, - Əvəzləşdirmə üzrə xüsusi çəki 1 (0 / 38.261.148,14)
2020-ci ilin yanvar-iyun ayları üzrə: - ƏDV-yə cəlb edilən dövriyyəsi 9.297.303,45 manat, - ƏDV-dən azad olunan dövriyyəsi 0 manat, - Əvəzləşdirmə üzrə xüsusi çəki 1 (0 / 9.297.303,45)
54. Məhkəmə Kollegiyası həmin rəyi mötəbər sübut kimi qəbul etmir. Belə ki, Rəydə həmçinin, qeyd olunmuşdur ki, -Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hazırkı tədqiqatla müəyyən edildi ki, yoxlama ilə əhatə olunan dövr üzrə iddiaçının NKA çekləri vasitəsilə satılan ayrı-ayrı mallar üzrə vahid qiymətini, eləcə də çeklərdə olan malın sayını müəyyən etmək üçün NKA çeklərinin hər birinin təqdim edilməsi zəruridir. Təqdim edilmiş iş materiallarında olan fiskal yaddaş üzrə hesabatlarda isə malların adı və miqdarı qeyd olunmadığından həmin sual üzrə tədqiqatın aparılması mümkün olmadı. -Ekspert qarşısında qoyulmuş ikinci və üçüncü suallara cavab olaraq bildirilir ki, istifadə olunan kassa aparatı vergi orqanında qeydiyyatdan keçmişdirsə, cihaz fiskal yaddaş funksiyasına malikdirsə təqdim edilmiş iş materiallarında olan fiskal yaddaş (kassa aparatından dövrü çıxarılmış) üzrə hesabatlar vergi uçotu məqsədləri üçün (satışların təsdiqi kimi) qəbul edilir və ƏDV əvəzləşdirilməsi mümkündür. Nəzərə alsaq ki, istifadə olunan kassa aparatı vergi orqanında qeydiyyatdan keçmişdirsə, cihaz fiskal yaddaş funksiyasına malikdirsə təqdim edilmiş iş materiallarında olan fiskal yaddaş (kassa aparatından dövrü çıxarılmış) üzrə hesabatlar vergi uçotu məqsədləri üçün (satışların təsdiqi kimi) qəbul edilir və ƏDV əvəzləşdirilməsi mümkündür. Lakin bunlarla yanaşı ekspert rəyində illər üzrə (2017-
55. 2020) ƏDV-yə cəlb edilən dövriyyə, ƏDVdən azad edilən dövriyyə və xüsusi çəki müəyyən edilmişdir.
56. İPM-in 1.2-ci maddısinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
57. MPM-in 88-ci maddəsinə əsasən ekspertin rəyi digər sübutlarla yanaşı qiymətləndirilir.
58. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPMin 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmağa əsaslar görmür.
59. Məhkəmə Kollegiyası bir daha qeyd edir ki, məhkəmə iddiaçıya və cavabdehə ##.##.2025-ci il tarixli sorğu ünvanlayaraq iyul 2017-iyun 2020-ci illəri əhatə edən dövr üzrə iddiaçının NKA çeklər vasitəsilə satılan ayrı-ayrı mallar üzrə vahid qiyməti müəyyən edilməsinə, eləcə də çeklərdə olan malın sayı müəyyən edilməsinə, iddiaçının ümumi dövriyyəsinə, habelə iddiaçının ümumi dövriyyədəki xüsusi çəki müəyyən edilməsinə əsas olan məlumatların və sənədlərin məhkəməyə təqdim olunması tələb edilmişdir, lakin iddiaçı məhkəməyə heç bir sənəd təqdim etməmişdir.
60. Cavabdeh isə məhkəməyə təqdim etdiyi cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasında onlayn nəzarət-kassa aparatlarının tətbiqinə dair hüquqi və texniki mexanizm yalnız Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli ** saylı Qərarı ilə yaradılmış və həmin taridxdən sonra mərhələli tətbiqinə başlanılmışdır.Bu səbəbdən 2019-cu ildən əvvəl olan onlayn kassa aparatı, e-kassa sistemi və ya onların məlumat bazası mövcud deyildir.Tələb olunan dövr üzrə onlayn kassa məlumatlarının təqdim edilməsi mümkün deyil.
61. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən- cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarının-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 2.989.869,5 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.494.934,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” tələbi üzrə iddianın həmin təmin olunmuş hissəsində ləğv olunmalı, iddia həmin hissədə rədd olunmalıdır.
62. Yekunda məhkəmə Kollegiyası həmçinin, hesab edir ki, İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən (Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.) ekspertiza tədqiqatlarının dəyəri 400 (dörd yüz) manat məbləğində prosessual xərc (birinci və apellyasiya instansiyası üzrə) iddiaçı “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE00000000000002088501 hesabına ödənilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən- cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarının- 2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 2.989.869,5 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.494.934,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” tələbi üzrə həmin iddianın təmin olunmuş hissəsində ləğv olunsun. İddia həmin hissədə rədd olunsun. Ekspertiza tədqiqatlarının dəyəri 400 (dörd yüz) manat məbləğində prosessual xərc iddiaçı “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE00000000000002088501 hesabına ödənilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.