Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2959/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının X5rşı iş üzrə QƏRARİ (Açar sözlər: “sertifikatın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X5rşı “test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7513/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının X9 (bundan sonra – cavabdeh) apellyasiya ərizəsi vermişdir.
2. Cavabdeh Azərbaycan Respublikasının X11 (bundan sonra – cavabdeh) 01 mart 2023-cü il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmimetodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. İddiaçının müraciətinə əsasən iddiaçının səhv cavablandırdığı 51 və 63 saylı tapşırıqlar (A variantı üzrə) və onların doğru cavabları ilə bağlı ekspertlər tərəfindən müvafiq izahat verilmişdir.
3. Qanunvericiliklə bağlı sualara dair cavabdeh tərəfindən hüquq üzrə fəldəfə doktoru, rəyçi Zaur Əzimov tərəfindən tərtib edilmiş rəydə qeyd edilir ki, 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının yerlərdə icra hakimiyyətinin təşkili və fəaliyyətinin əsaslarını tənzimləyən 124-cü maddənin İİ hissəsinə əsasən unitar ərazi quruluşu formasına uyğun olaraq yerli icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının əsaslarına dair müəyyən fərqlər nəzərə alınmaqla eyni əsaslar qüvvədədir. X1 Muxtar Respublikasında yerli icra hakimiyyəti adlanan 141-ci maddəsinə görə Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Göründüyü kimi ali iradənin ifadə forması olan X14 Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının vəzifəyə təyin edilməsi üçün fərqli qayda nəzərdə tutulmuşdur. Bu fərqlilik yalnız onların təyin edilməsi qaydasına aid edilir. NMR-da yerli icra hakimiyyətinin başçılarının vəzifəyə təyin edilməsi qaydası fərqli olsa da, həmin vəzifəli şəxsin vəzifədən azad edilmə qaydası fərqli norma təsbit etmədiyi üçün burada ümumi qayda qüvvədə olur. Yəni NMR-da yerli icra başçılarının vəzifədən azad edilməsi onun vəzifəyə təyin edilməsi qaydası ilə eyni deyildir, Əsas Qanunun 124-cü maddəsinin İİ hissəsindəki kimi tənzimlənir. Belə bir hüquqi tənzimləmə mexanizmi Azərbaycan dövlətinin unitar idarəetmə quruluşuna da uyğundur. Belə ki, yerli icra hakimiyyətini səlahiyyətli Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən icra hakimiyyəti başçıları həyata keçirdiyi üçün onları vəzifədən azad edilməsi barədə qərar qəbul etməsi üçün NMR-nin Ali Məclisinin sədrinin bu barədə təqdimatı olması tələbinin imperativ formada nəzərdə tutulması məntiqsizlik olardı. Eyni zamanda göstərmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən NMRnin Ali Məclisinin sədrinin NMR-da yerli icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi barədə dövlət başçısına təqdimat vermək səlahiyyəti təsbit edilmişdir. İlkin baxışdan bu normaların bir-birinin məntiqi ardı olduğu qənaəti yaranmış olsa da, bu normalar ayrı-ayrılıqda eyni sistemin tərkib hissəsi kimi nəzərdən keçirilə bilməz. Bunun təsdiqi kimi göstərmək olar ki, belə bir təqdimatın verilməsi barədə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı cinayət təqibi orqanı da qəbul edə bilər. Heç şübhəsiz ki, bu əsasda dövlət başçısı həmin vəzifəli şəxsi vəzifədən azad edə bilər, etməyə də bilər. Belə bir müddəa Konstitusiyanın əsas və ya əlavə mətnində təsbit edilmədiyi üçün onu Əsas Qanunun məzmunu kimi nəzərdən keçirilməsi düzgün olmazdı. Göstərilənlər əsasında yekun olaraq hesab edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edilməsi üçün NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt deyildir, ölkə başçısı belə təqdimat olmadan həmin vəzifəli şəxsi vəzifədən azad etmək səlahiyyətinə malikdir. Məhz bu səbəbdən də göstərilən test tapşırığında qanunvericilik baxımından səhv yoxdur və qüvvədə olan qanunvericiliyin tələbləri baxımından düzgündür.
4. İnformatika fənnindən olan test tapşırığına dair Azərbaycan Republikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, r.e.d, dos. A.B.Rəhimov tərəfindən tərtib edilmiş rəydə qeyd edilir ki, iyerarxik modelli verilənlər bazasında birin-birə (1:1), birin-çoca (1:M) və çoxun birə (M:1) əlaqələri mümkündür, çoxun-çoxa (M:N) əlaqəsi isə mümkün deyil. Ona görə 63-cü testin doğru cavabı çoxun çoxa (M:N) əlaqəsidir. Verilənlər bazasına aid müxtəlif ədəbiyyatlardan (1, s.325; 2, s. 223; 3, s. 134) məlumdur. Ədəbiyyat: 1. Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.İ, İnformatika. Ali məktəblər üçün dərslik. Bakı: ADNA, 2011. 2. Xəlilov M.S., Həsənova N.Ə. İnformatika. Bakı: BDU, 2015, 3. Kərimov S.Q. İnformatika sistemləri. Bakı: Elm, 2008, 676
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsinin A variantı üzrə 51 və 63 saylı test tapşırıqlarına verdiyi cavabların düzgün hesab edilməsi və İddiaçı BA2 sertifikatının verilməsi öhdəliyinin cavabdeh X7 üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 tərəfindən Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsində iştirak etmişdir. İmtahan nəticələri DİM tərəfindən qiymətləndirilmiş və elektron qaydada tərtib edilən Dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartlarının qrafik təsvirində "A" variantı üzrə doğru cavablarının sayı 84, yanlış cavablarının sayı 16, yekun balı 95 (79.17%) olmaqla veriləcək sertifikatın ВАЗ qrupuna aid olması qeyd edilmişdir. DİM-in test imtahanının yekun nəticəsi ilə bağlı gəldiyi qərarla razı deyil. Belə ki, 51-ci açıq tipli test tapşırığının şərti və cavabları dəqiq, aydın, birmənalı olmadığı üçün iki cavabı düzgün hesab etmək mümkün olmuşdur. Həmçinin 63-cü qapalı tipli test tapşırığına cavabı X7 ədəbiyyat siyahısında qeyd etdiyi (Müslümov V.B., Əliyev Ə.Ə., Həbibullayev S.B., Sərdarov Y.B. "İnformatika" vəsaiti. Yenilənmiş nəşr. Bakı: DİM, 2022) vəsaitdən oxuyaraq ona uyğun düzgün cavablandırmışdır. Lakin, X11 51 və 63- cü test tapşırıqlarına verdiyi cavabları səhv kimi qiymətləndirmişdir. Qeyd edilən test tapşırıqlarının nəticəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə X9 apellyasiya ərizəsi vermişdir. Sözügedən qurumda apellyasiya ərizəsinə baxılmış, lakin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək bir halın aşkar olunmadığı qənaətinə gəlinərək müraciəti təmin olunmamışdır. Məlumat üçün qeyd edir ki, apellyasiya ərizəsi xx.xx.2023cü il tarixdə Elektron qaydada poçt ünvanına göndərilmiş 9-3/2-Q-34-42-149/2023 saylı məktub ilə cavablandırılmışdır. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin В növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. İddiaçı sözügedən test imtahanında ВАЗ sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (75%) çox nəticə - 79.17% (95 bal) nəticə göstərdiyi üçün ВАЗ sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BA2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən - 80% (96 bal) aşağı olduğu üçün BA2 sertifikatını əldə etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair qəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupu A variantı üzrə müsabiqənin test imtahanı mərhələsində istifadə edilən 51 və 63 saylı test tapşırıqlarının nəticəsi ilə razılaşmamış və bununla əlaqədar olaraq, xx.xx.2023-cü il tarixində apellyasiya komissiyasına şikayət vermişdir. İddiaçının apellyasiya şikayəti komissiya tərəfindən araşdırılmış və araşdırmanın nəticəsi barədə iddiaçıya xx.xx.2023- cü il tarixində saat 16:54-də telefon vasitəsilə məlumat verilmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinə yazılı formada cavab verilməsini xahiş etmişdir. Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-Q-34-42- 149/2023 nömrəli məktubu ilə ona izah edilmişdir ki, apellyasiya şikayəti ilə əlaqədar olaraq test imtahanının nəticəsinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, o cümlədən onun ərizəsində qeyd etdiyi BA vəzifə qrupu A variantı üzrə test imtahanında istifadə olunan 51 və 63 saylı test tapşırıqları ekspertlər tərəfindən yenidən ekspertizadan keçirilmişdir. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığında, informatika proqramına aid olan 63 saylı test tapşırığında elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 51 saylı test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən duzgun qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək bir hal aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh İddiaçı məhkəmə qaydasında mübahisələndirdiyi test tapşırıqlarında heç bir elmi-metodiki qüsur olmadığını nəzərə alaraq iddiaçının iddiasını əsassız hesab edir və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7513/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə BA kateqoriyası üzrə X11 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında A variantı üzrə qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığı və informatika proqramına aid olan 63 saylı test tapşırığı ilə bağlıdır.
11. BA növü üzrə A variantının 51-ci sualı: Azərbaycan Respublikası Konstitusiyasına əsasən yerli icra hakimiyyəti ilə bağlı yanlış olanları müəyyən edin.
1. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.
2. Yerlərdə icra hakimiyyətini həyata keçirən yerli icra hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir.
3. Naxçıvan MR-da yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir.
4. Yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən,öz səlahiyyətlərindən kənara çıxmayan normativ hüquqi aktlar qəbul edə bilərlər.
5. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası dövlət büdcəsində icra hakimiyyəti üçün nəzədə tutulmuş xərclər çərçivəsində yaradılır.
12. BA növü üzrə A variantının 63-cü sualı: İyerarxik modelli verilənlər bazasında əlaqələr çoxluğuna aid əlaqə cütü deyil: (Access2019) 1.Birin-birə 2.Birin-çoxa 3.Çoxun-birə 4.Çoxun-çoxa A) 1,2 B) yalnız 3 C) yalnız 4 D) 2,3 C) 1,4
13. Qanunvericiliklə bağlı 51-ci test tapşırığına dair məhkəmə aşağıdakıları qeyd edir:
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.
15. Naxçıvan Muxtar Respublikasının X3 Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilmişdir.
16. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası: Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi İ. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. İİ. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir: 11) Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir.
17. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edilməsi üçün NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt deyildir, ölkə başçısı belə təqdimat olmadan həmin vəzifəli şəxsi vəzifədən azad etmək səlahiyyətinə malikdir. NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt olmasa da, NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı əsasında ölkə başçısı Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edə bilər və NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı vermək səlahiyyəti Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuşdur. Yəni həmin şərt imperativ deyildir, lakin NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı əsasında ölkə başçısının Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad etməsi yanlış hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (Konstitusiya Qanunu oluğu üçün) Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir, sualın şərti isə həmin şərtin imperativliyi ilə bağlı deyildir, yanlış olması ilə bağlıdır. Təsadüfi deyildir ki, iddiaçı tərəfindən də bildirildiyi kimi, ölkə başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad etməsinə dair bir sıra sərəncamlarında Konstitusiyasının 141ci maddəsinə istinad edilmişdir (yəni NMR-nin Ali Məclisinin sədrinin təqdimatına).
18. Odur ki, sualın şərti qeyd edilən şəkildə qoyulduğu təqdirdə həmin cavabın yanlış qiymətləndirilməsi yuxarıda qeyd edilən qaydaların 2.6.5-ci bəndinə əsasən test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olması tələbinə uyğun deyildir.
19. İnformatika fənnindən olan 63-cü test tapşırığı ilə bağlı cavabın mahiyyətinə toxunmadan (doğru və yanlış) məhkəmə aşağıdakıları qeyd edir:
20. İddiaçı tərəfindən məhkəməyə informatika fənnindən dövlət qulluğunun test imtahanı mərhələsinə hazırlaşanlar üçün tövsiyə olunan ədəbiyyat sıyahısı təqdim edilmiş və qeyd edilən fənn üzrə həmin siyahıda ilk sırada olan “Müslümov V.B., Əliyev Ə.Ə., Həbibullayev S.B., Sərdarov Y.B., “İnformatika” vəsaiti. Yenilənmiş nəşr. Bakı: DİM, 2022” ədəbiyyatı üzrə hazırlaşdığını bildirmişdir. Həmin ədəbiyyatın 594-cü səhifəsində 6-cı abzasda qeyd edilir: “Verilənlər bazasının modelindən asılı olaraq verilənlər arasında funksional əlaqələr də müxtəlif olur. Belə ki, iyerarxik və reylasiya modelli VB-də verilənlər arasında 3 (üç) əlaqə forması – “one to one” (birin-birə)”; “one to many (birin-çoxa); “many to many” (çoxun-çoxa) olduğu halda, şəbəkə modelində həm də “many to one” (çoxunbirə) forması əlavə olunur.
21. Göründüyü kimi, iddiaçı test tapşırığını X11 tərəfindən tövsiyə olunmuş ədəbiyyat üzrə cavablandırmış, lakin ekspert tərəfindən digər ədəbiyyata istinad olunmaqla həmin cavabın yanlışlığı əsaslandırılmışdır.
22. Odur ki, test tapşırığına verilən cavab tövsiyə olunan ədəbiyyata uyğun qiymətləndiriməyibsə və ya tövsiyə olunan digər ədəbiyyatlarda fərqli cavablar əsaslandırılmışdırsa, həmin tapşırıq yuxarıda qeyd edilən Qaydaların 2.6.3-cü və 2.6.5-ci bəndlərinə uyğun hesab edilə bilməz.
23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hər iki test tapşırığı üzrə cavablarını əsaslandırdığından iddia tələbinin təmini üçün zəruri faktiki şərtləri sübut etmişdir.
24. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7513/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-468/2024 nömrəli 09 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakimlər Səmədov Rəşid Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Cəmilova Xəyalə Adil qızı və X8) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7513/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X5rşı “test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi və BA2 sertifikatının verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmış ki, İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 101 bal toplamış və ona BA2 sertifikatının verilməsinə razılıq verilmişdir. Belə ki, iddiaçı hazırkı iddia ilə çatmaq istədiyi məqsədə çatmış, yəni ona BA2 sertifikatının verilməsinə nail olmuşdur.
27. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)468/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində icraat
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1217/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakimlər Nəbizadə Rahib Sahib oğlunun sədrliyi və məruzəsi ilə, X16 və X10) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-468/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
29. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Qanunvericiliyə görə test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikat imtahanın nəticəsindən asılı olaraq altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim olunur. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
30. Hazırkı işdən də görünür ki, məhz xx.xx.2023-cü il tarixdə keçirilmiş test tapşırıqları ilə bağlı imtahanın nəticələrinə görə cavabdehin mövqeyini iddiaçı qəbul etməyərək ona BA2 sertifikatının verilməsini arzu etmişdir. Yəni, iddiaçının marağı xx.xx.2023-cü il tarixdə keçirilmiş imtahan üzrə nəticənin qiymətləndirilməsi ilə bağlıdır. Bu halda qiymətləndirilməli məsələ həmin tarixdə keçirilmiş imtahanın nəticəsi üzrə cavabdehin hərəkəti ilə bağlıdır.
31. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçının sonradan hər hansı sertifikatı alması onun əvvəllər arzuladığı sertifikatı alması ilə bağlı cavabdehin hərəkətini mübahisələndirməsini istisna etmir. İşin hallarından görünür ki, cavabdehin iddiaçıya verdiyi BA2 sertifikatı xx.xx.2023-cü il tarixdə keçirilmiş test imtahanının nəticəsi ilə bağlı olmamışdır. Belə olan halda, iddiaçının həmin tarixdə keçirilmiş test imtahanının nəticəsi barədə mübahisə açmaq hüququ olmuşdur.
32. Şəxsin dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat almaq imkanı olduğundan eyni zamanda iddiaçının sonradan BA2 sertifikatını alması, onun əvvəlki hüququnu istisna etmir.
33. Kollegiya bundan əlavə qeyd etmişdir ki, iddiaçının ilkin ala biləcək BA2 sertifikatına hüququnun təsdiq etməkdə marağı bu sertifikatlara görə müəyyən edilmiş 5 illik qüvvədə olma müddətinin şamil olmasına yönəlmişdir. Başqa sözlə, sertifikatların alınma və qüvvədə olma müddətləri fərqli olduğundan onların qüvvədən düşmə tarixləri də fərqli olmaqla, iddiaçının bu sertifikatların hüquqi qüvvəsindən yararlanmağa imkan verəcəkdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
d) Apellyasiya şikayətinin dəlilləri
34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə mübahisələndirilən test tapşırıqları ilə bağlı ekspert rəyləri Mərkəz tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən ekspert rəylərini qiymətləndirməmiş, məhkəmə qərarında həmin ekspert rəylərinə sadəcə olaraq istinad etməklə kifayətlənmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Qeyd edilən bütün hallar məhkəmənin işin nəticəsində qərəzli olduğunu aşkar şəkildə göstərir. Məhkəməyə təqdim edilmiş BA vəzifə qrupu A variantı üzrə qanunvericiliklə bağlı 51 saylı test tapşırığına dair ekspert, hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti Zaur Əzimov tərəfindən təqdim edilmiş rəydə qeyd edilir ki, “12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının yerlərdə icra hakimiyyətinin təşkili və fəaliyyətinin əsaslarını tənzimləyən 124-cü maddəsinin İİ hissəsinə əsasən unitar ərazi quruluşu formasına uyğun olaraq yerli icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının əsaslarına dair müəyyən fərqlər nəzərə alınmaqla eyni əsaslar qüvvədədir. X1 Muxtar Respublikasında yerli icra hakimiyyəti adlanan 141-ci maddəsinə görə Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Göründüyü kimi ali iradənin ifadə forması olan X14 Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının vəzifəyə təyin edilməsi üçün fərqli qayda nəzərdə tutulmuşdur. Bu fərqlilik yalnız onların təyin edilməsi qaydasına aid edilir. NMR-da yerli icra hakimiyyətinin başçılarının vəzifəyə təyin edilməsi qaydası fərqli olsa da, həmin vəzifəli şəxsin vəzifədən azad edilmə qaydası fərqli norma təsbit edilmədiyi üçün burada ümumi qayda qüvvədə olur. Yəni NMR-da yerli icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi onun vəzifəyə təyin edilməsi qaydası ilə eyni deyildir, Əsas Qanunun 124-cü maddəsinin İİ hissəsindəki kimi tənzimlənir. Belə bir hüquqi tənzimləmə mexanizmi Azərbaycan dövlətinin unitar idarəetmə quruluşuna da uyğundur. Belə ki, yerli icra hakimiyyətini səlahiyyətli Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən icra hakimiyyəti başçıları həyata keçirdiyi üçün onları vəzifədən azad edilməsi barədə qərar qəbul etməsi üçün NMR-nin Ali Məclisinin sədrinin bu barədə təqdimatı olması tələbinin imperativ formada nəzərdə tutulması məntiqsizlik olardı. Eyni zamanda göstərmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən NMRnin Ali Məclisinin sədrinin NMR-da yerli icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi barədə dövlət başçısına təqdimat vermək səlahiyyəti təsbit edilmişdir. İlkin baxışdan bu normaların bir-birinin məntiqi ardı olduğu qənaəti yaranmış olsa da, bu normalar ayrıayrılıqda eyni sistemin tərkib hissəsi kimi nəzərdən keçirilə bilməz. Bunun təsdiqi kimi göstərmək olar ki, belə bir təqdimatın verilməsi barədə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı cinayət təqibi orqanı da qəbul edə bilər. Heç şübhəsiz ki, bu əsasda dövlət başçısı həmin vəzifəli şəxsi vəzifədən azad edə bilər, etməyə də bilər. Belə bir müddəa Konstitusiyanın əsas və ya əlavə mətnində təsbit edilmədiyi üçün onu Əsas Qanunun məzmunu kimi nəzərdən keçirilməsi düzgün olmazdı. Göstərilənlər əsasında yekun olaraq hesab edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edilməsi üçün NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt deyildir, ölkə başçısı belə təqdimat olmadan həmin vəzifəli şəxsi vəzifədən azad etmək səlahiyyətinə malikdir. Məhz bu səbəbdən də göstərilən test tapşırığında qanunvericilik baxımından səhv yoxdur və qüvvədə olan qanunvericiliyin tələbləri baxımından düzgündür. Məhkəmə tərəfindən qəbul edilmiş qərarda yuxarıda qeyd edilən test tapşırığı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına istinad edilsə də, məhkəmə test tapşırığının şərtinə diqqət yetirməmiş, həmin test tapşırığında Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yerli icra hakimiyyətləri ilə bağlı yanlış olanların müəyyən edilməli olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən test tapşırığı Azərbaycan Respublikası Konstitusiyası ilə bağlı mənimsənilən biliklərin ölçülməsinə yönəlmişdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası isə qanunvericilik üzrə test imtahanı proqramında nəzərdə tutulmadığı üçün test imtahanlarında həmin akt üzrə biliklər yoxlanılmır. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir və qanunvericilik sisteminin əsasını təşkil edir, belə olan halda test tapşırıqlarının məhz Azərbaycan Respublikası Konstitusiyası üzrə tərtib edilməsi və biliklərin həmin normativ hüquqi akt üzrə ölçülməsi daha məqsədəuyğundur. Bu nöqteyi nəzərdən məhkəmənin qərarını əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasına deyil, qeyri-normativ hüquqi aktlara istinad etməsi məhkəmə tərəfindən yol verilmiş kobud pozuntudur. İnformatika proqramı üzrə mübahisələndirilən test tapşırığına dair eskpert Azərbaycan Republikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, riyaziyyat elmləri doktoru, dosent X6 tərəfindən təqdim edilmiş rəyə əsasən “iyerarxik modeli verilənlər bazasında birin-birə (1:1), birin-çoxa (1:M) və çoxun birə (M:1) əlaqələri mümkündür, çoxun-çoxa (M:N) əlaqəsi isə mümkün deyil. Ona görə 63-cü testin doğru cavabı çoxun çoxa (M:N) əlaqəsidir. Verilənlər bazasına aid müxtəlif ədəbiyyatlardan (1, s.325; 2, s. 223; 3, s. 134) məlumdur. Ədəbiyyat: 1. Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.l, İnformatika. Ali məktəblər üçün dərslik. Bakı: ADNA, 2011. 2. Xəlilov M.S., Həsənova N.Ə. İnformatika. Bakı: BDU, 2015, 3. Kərimov S.Q. İnformatika sistemləri. Bakı: Elm, 2008, 676’’ Verilmiş ekspert rəyindən və istinad olunan mənbələrdən də göründüyü kimi, sualın və cavabların məzmunu ilə bağlı hər hansı elmi metodiki qüsur yoxdur. Məhkəmə tərəfindən qəbul edilmiş qərarın 17-ci hissəsində məhkəmənin vəzifəsinin test tapşırıqlarının qanunvericilikdə qeyd edilən tələblərə uyğunluğunun yoxlanmasından ibarət olduğu göstərilmişdir. Buna baxmayaraq, məhkəmə informatika proqramı üzrə ədəbiyyat siyahısında ilk sıradakı vəsaitdə olan texniki qüsura diqqət çəkmiş, həmin ədəbiyyat siyahısında müxtəlif vəsaitlərin nəzərdə tutulduğunu gözardı etmişdir. Beləliklə, məhkəmə tərəfindən informatika proqramına aid olan 63 saylı test tapşırığının mahiyyətinə toxunulmadan tövsiyə olunan ədəbiyyatda olan texniki qüsur qiymətləndirilmişdir. Adıçəkilən müvafiq ədəbiyyatın 574-575-ci səhifələrində iyerarxik modelin düzgün formada cədvəllərlə geniş izahı verilməsinə və qrafik təsvirlərlə oxucuya çatdırılmasına baxmayaraq, məhkəmə 594-cü səhifədə yol verilən texniki qüsura əsaslanmışdır (dərsliyin müvafiq səhifələri əlavə olunur). Heç bir elmi metodiki qüsur olmayan test tapşırığının yox, test imtahanı proqramında nəzərdə tutulan müxtəlif ədəbiyyatlardan yalnız birində yol verilmiş texniki qüsurun qabardılaraq qiymətləndirilməsi məhkəmə tərəfindən yol verilmiş kobud prosessual pozuntu hesab olunmalıdır. Bundan əlavə, məhkəmə qərarını əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydasının 2.6.3-cü və 2.6.5-ci bəndlərinə istinad etsə də, sözügedən Qaydanın müvafiq bəndlərində qeyd edilmişdir ki, test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalı, həmçinin test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. İnformatika proqramına aid olan 63 saylı test tapşırığı göstərilən proqram və ədəbiyyat siyahısında öz əksini tapmaqla yanaşı, test tapşırığının şərti, o cümlədən cavabları dəqiq, aydın və birmənalıdır. Ekspert qrupunun rəylərinə əsasən, qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığında, informatika proqramına aid olan 63 saylı test tapşırığında elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 51 saylı test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən məhkəmə qərarı ləğv olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 11 aprel tarixli, 860 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının X11 publik hüquqi şəxsin Nizamnaməsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirmək və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin etmək, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının məzmununu və proqramlarını təsdiq etmək Mərkəzin vəzifələrindən biridir. Dövlət qulluğuna qəbul üçün müsabiqənin test imtahanı mərhələsi keçirildikdən sonra test imtahanından müvəffəqiyyətlə keçən şəxslərə müvafiq vəzifə altqrupu üzrə sertifikatın verilməsi məqsədilə Azərbaycan Respublikası X11 tərəfindən müvafiq qərar qəbul olunur. Məhkəmə qərarında iddianın növünü öhdəliyin icrasına dair iddia olaraq qiymətləndirmiş və iddianı mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Lakin məhkəmə qərarının icrası üçün Mərkəz tərəfindən müvafiq vəzifə altqrupu üzrə əvvəlki sertifikatın verilməsi barədə inzibati aktın ləğv edilərək yeni inzibati akt qəbul edilməsi zərurəti yaranır. Bu isə öhdəliyin icrasına dair iddiaya uyğun deyil.
e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
f) Prosses iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
37. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 1.1.27. Müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən ibarət prosesdir. Maddə 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Maddə 28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.
38. X11 publik hüquqi şəxsin Nizamnaməsi:
Azərbaycan Respublikasının X11 dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1.Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”:
2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X4 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. 2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.4. Test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. 2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. 2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: - 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: Maddə 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; Maddə 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); Maddə 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
43. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçının hüquqi marağı daha yuxarı təsnifat vəzifələrdə müsahibədə iştirak etmək üçün müvafiq sertifikatın verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan müvafiq qərar qəbul etməklə nazmizədlərə sertifikatın verilməsini təmin edir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya BA2 sertifikatın verilməsi ilə bağlı müvafiq qərar qəbul edilmiş və ona həmin sertifikatın verilməsi ilə bağlı hüquqi imkanlar yaradılmışdır. Lakin hazırkı halda isə BA2 sertifikatının verilməsi ilə bağlı qərar dəyişdirilmədiyi halda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya BA1 sertifikatın verilməsi hüquqi cəhətdən mümkün deyildir. Odur ki, iddiaçının nail olmaq istədiyi hüquqi maraq nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı da ona uyğunlaşdırılmalıdır.
46. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
47. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
48. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
49. Əvvəla qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş, İddiaçı BA2 sertifikatının verilməsi öhdəliyinin X7 üzərinə qoyulması xahiş edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixdə keçirilmiş imtahanın nəticələrinə uyğun BA2 sertifikatının verilməsi ilə bağlıdır.
51. Qanunvericiliyə görə test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikat imtahanın nəticəsindən asılı olaraq altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim olunur. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
52. Hazırkı işdən də görünür ki, məhz xx.xx.2023-cü il tarixdə keçirilmiş test tapşırıqları ilə bağlı imtahanın nəticələrinə görə cavabdehin mövqeyini iddiaçı qəbul etməyərək ona BA2 sertifikatının verilməsini arzu etmişdir. Yəni, iddiaçının marağı xx.xx.2023-cü il tarixdə keçirilmiş imtahan üzrə nəticənin qiymətləndirilməsi ilə bağlıdır.
53. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı sözügedən test imtahanında BA2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (80%) az nəticə - 79.17% (95 bal) nəticə göstərdiyi üçün BA3 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BA2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (80% - 96 bal) aşağı olduğu üçün BA2 sertifikatını əldə etməmişdir.
54. Odur ki, hazırki iddia uğurlu olduğu təqdirdə iddiaçı BA2 sertifikatını əldə edə bilər. Bu isə onun daha yüksək kateqoriyalı dövlət orqanlarında müsahibədə iştirak imkanı yaradacaqdır.
55. Kollegiya qeyd edir ki, hazırki iş üzrə mübahisənin əsası BA kateqoriyası üzrə X11 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında A variantı üzrə qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığı və informatika proqramına aid olan 63 saylı test tapşırığı ilə bağlıdır.
56. BA növü üzrə A variantının 51-ci sualı üzrə:
57. Azərbaycan Respublikası Konstitusiyasına əsasən yerli icra hakimiyyəti ilə bağlı yanlış olanları müəyyən edin.
1. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.
2. Yerlərdə icra hakimiyyətini həyata keçirən yerli icra hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir.
3. Naxçıvan MR-da yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir.
4. Yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən,öz səlahiyyətlərindən kənara çıxmayan normativ hüquqi aktlar qəbul edə bilərlər.
5. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası dövlət büdcəsində icra hakimiyyəti üçün nəzədə tutulmuş xərclər çərçivəsində yaradılır.
58. Məhkəmə kollegiyası qanunvericiliklə bağlı 51-ci test tapşırığına dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.
59. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müəyyən olunmuş ədəbiyyat siyahısında Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddəsində yalnız Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edilməsi göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5ci maddəsinin 11-ci hissəsinə əsasən Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir.
60. Beləliklə də, Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliklə bağlı olan 51-ci sualda göstərilən məsələlər Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə də tənzimləndiyindən və sualın qoyuluşu “Azərbaycan Respublikasının Konstitusiyasına əsasən” kimi müəyyən edildiyindən və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da Azərbaycan Respublikası Konstitusiyasının tərkib hissəsi olduğundan Naxçıvan MR-da yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezident tərəfindən vəzifədən azad edilməsi yanlış cavab kimi qiymətləndirilə bilməz. 61.Qeyd edilən sual düzgün hesab edilsə belə, iddiaçının müvafiq sertifikatın əldə edilməsi üçün yalnız 1 sualda belə yaranmış ziddiyyət onun həmin sertifikatın əldə etməsinə əsas vermişdir. Belə ki, BA növü üzrə A variantının 63-cü sualı üzrə: İyerarxik modelli verilənlər bazasında əlaqələr çoxluğuna aid əlaqə cütü deyil: (Access2019)
1. Birin-birə
2. Birin-çoxa
3. Çoxun-birə
4. Çoxun-çoxa A) 1,2 B) yalnız 3 C) yalnız 4 D) 2,3 C) 1,4
62. Həmçinin, kollegiya 63-cü sualla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə informatika fənnindən dövlət qulluğunun test imtahanı mərhələsinə hazırlaşanlar üçün tövsiyə olunan ədəbiyyat siyahısı təqdim edilmiş və qeyd edilən fənn üzrə həmin siyahıda ilk sırada olan “Müslümov V.B., Əliyev Ə.Ə., Həbibullayev S.B., Sərdarov Y.B., “İnformatika” vəsaiti. Yenilənmiş nəşr. Bakı: DİM, 2022” ədəbiyyatı üzrə hazırlaşdığını bildirmişdir. Həmin ədəbiyyatın 594-cü səhifəsində 6-cı abzasda qeyd edilir: “Verilənlər bazasının modelindən asılı olaraq verilənlər arasında funksional əlaqələr də müxtəlif olur. Belə ki, iyerarxik və reylasiya modelli VB-də verilənlər arasında 3 (üç) əlaqə forması – “one to one” (birin-birə)”; “one to many (birin-çoxa); “many to many” (çoxunçoxa) olduğu halda, şəbəkə modelində həm də “many to one” (çoxun-birə) forması əlavə olunur.
63. Göründüyü kimi, iddiaçı test tapşırığını X11 tərəfindən tövsiyə olunmuş ədəbiyyat üzrə cavablandırmış, lakin ekspert tərəfindən digər ədəbiyyata istinad olunmaqla həmin cavabın yanlışlığı əsaslandırılmışdır.
64. Beləliklə, kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın mütəxəssis-ekspertləri müvafiq sualları tərtib və ekspertiza edərkən ölkə qanunvericiliyini hərtərəfli olaraq nəzərə almamış və ədəbiyyat siyahısında göstərilən mənbələrə diqqət yetirməmişdir.
65. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.5-ci bəndində qeyd olunmuşdur ki, Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir.
66. Həmin Qaydanın 2.6.3-cü bəndində qeyd olunmuşdur ki, test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır.
67. Həmçinin, həmin Qaydanın 2.6.5-ci bəndinə əsasən, test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.
68. Odur ki, test tapşırığına verilən cavab tövsiyə olunan ədəbiyyata uyğun qiymətləndirilməyibsə və ya tövsiyə olunan digər ədəbiyyatlarda fərqli cavablar əsaslandırılmışdırsa, həmin tapşırıqları yuxarıda qeyd edilən Qaydaların 2.6.3-cü və 2.6.5ci bəndlərinə uyğun hesab edilə bilməz.
69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7513/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilərək, BA2 sertifikatının verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7513/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilsin. İddiaçı BA2 sertifikatının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının X9 həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.