Məhkəmə qərarları › İş №2-1(103)-3014/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3014/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3014/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2240/2024 saylı, 02 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959700 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********533100, **********978200, **********093500, **********107700, **********520000, **********522400, **********532100, **********595400, **********608900 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********533100, **********978200, **********093500, **********107700, **********520000, **********522400, **********532100, **********595400, **********608900 nömrəli qərarların ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959700 nömrəli Qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 81.932,86 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959700 nömrəli qərarı qanunsuz və əsassız hesab edir. İddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan 2022-ci il üzrə gəlir vergisini boş təqdim etmişdir. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və cəmiyyətin 2022-ci il üzrə gəlirlərini 445.951,84 manat, xərclərini 36.287,56 manat (o cümlədən, əmək haqqı 16.384,97 manat, sosial sığorta haqları 3.788,18 manat, xammal və materiallar 16.114,41 manat), vergiyə cəlb edilən gəliri 409.664,28 manat, gəlir vergisini isə 81.932,86 manat müəyyən etmişdir. İddiaçı vergiyə cəlb edilən dövriyyəsi 200.000 manatı keçmədiyindən, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Bu isə o deməkdir ki, iddiaçıya gəlir vergisi hesablana bilməzdi. Əgər iddiaçı gəlir vergisinin ödəyicisi olmuş olsaydı belə, yenə də ona 81.932,86 manat gəlir vergisi hesablana bilməzdi. Belə ki, iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı olduğu halda, vergi orqanı bunu qəbul etməyərək, iddiaçının xərc çəkdiyini nəzərə almadan gəlirini birbaşa 20% dərəcə ilə vergiyə cəlb etmişdir. Halbuki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M = G : (100 + R) x R. Burada: M — vergi ödəyicinin mənfəəti; G — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Qeyd edilənlərə əsasən 2022-ci ilin gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən aşağıdakı qaydada hesablanmalıdır: M = G : (100 + R) x R burada: M — vergi ödəyicinin mənfəəti; G — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R — şərti rentabellik norması (20 faiz) 2022-ci il: Vergiyə cəlb edilən gəlir = 445.951,84 (100 + 20) / 20 = 74.325,31 manat Gəlir vergisi: 74.325,31 * 20% = 14.865,06. Göründüyü kimi, əgər iddiaçı gəlir vergisinin ödəyicisi olsaydı, onun ödəməli olduğu gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı səbəb olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Göründüyü kimi, iddiaçının ödəməli olduğu gəlir vergisi 2022-ci il üzrə 14.865,06 manat ola bilcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 81.932,86 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair mülahizədə qeyd olunmuşdur ki, iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********107700 nömrəli qərara əsasən 2022-ci ilin aprel ayına əlavə dəyər vergisi üzrə 7.546,13 manat, xx.xx.2023-cü il tarixli **********608900 nömrəli qərara əsasən 2022-ci ilin may ayına əlavə dəyər vergisi üzrə 8.924,33 manat, xx.xx.2023-cü il tarixli **********978200 nömrəli qərara əsasən 2022-ci ilin iyun ayına əlavə dəyər vergisi üzrə 9.071,95 manat, xx.xx.2023cü il tarixli **********533100 nömrəli qərara əsasən 2022-ci ilin iyul ayına əlavə dəyər vergisi üzrə 7.989,88 manat, xx.xx.2023-cü il tarixli **********093500 nömrəli qərara əsasən 2022-ci ilin avqust ayına əlavə dəyər vergisi üzrə 10.501,55 manat, xx.xx.2023-cü il tarixli **********520000 nömrəli qərara əsasən 2022-ci ilin sentyabr ayına əlavə dəyər vergisi üzrə 5.842,26 manat, xx.xx.2023-cü il tarixli **********595400 nömrəli qərara əsasən 2022-ci ilin oktyabr ayının əlavə dəyər vergisi üzrə 6.911,61 manat, xx.xx.2023-cü il tarixli **********522400 nömrəli qərara əsasən 2022-ci ilin noyabr ayının əlavə dəyər vergisi üzrə 12.488,58 manat və xx.xx.2023-cü il tarixli **********532100 nömrəli qərara əsasən 2022-ci ilin dekabr ayının əlavə dəyər vergisi üzrə 10.208,43 manat əlavə vergi məbləği hesablanmışdır. Başqa sözlə, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2022-ci ilin martsentyabr aylarına ƏDV üzrə cəmi 79.484,72 manat əlavə vergi məbləği hesablamışdır. İddia ərizəsinə münasibətdə əlavə olaraq aşağıdakılar qeyd edilir: Hesablanmış ƏDV-yə münasibətdə qeyd edilir ki, iddiaçı satdığı malları Sədərəkdən və digər satış mərkəzlərindən alarkən, elektron qaimə-faktura tələb etməsinə baxmayaraq, həmin satıcılar iddiaçıya elektron qaimə-faktura verməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı aldığı malların əsas dəyərini və eləcə də ƏDV məbləğlərini satıcılara nağd şəkildə ödəmək məcburiyyətində qalmış və nəticə etibarilə ödədiyi ƏDV məbləğlərini də əvəzləşdirə bilməmişdir. Bundan başqa qeyd olunur ki, iddiaçı kameral vergi yoxlaması ilə əhatə olunan dövrlərdə sadələşdirilmiş verginin ödəyicisi olmuş və satdığı malların üzərinə hər hansı ƏDV məbləği əlavə etməmişdir. Qüvvədə olan vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin məqsədləri üçün vergitutma obyektidir. ƏDV ödəyicisi topdan və ya pərakəndə qaydada mal satarkən malın dəyərinə ƏDV məbləğini də əlavə edir. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən, ƏDV-dən azad olunan və ya ƏDV- yə sıfır dərəcə ilə cəlb olunan şəxslər təqdim etdikləri malların dəyərinə ƏDV tətbiq (əlavə) edərlərsə, həmin əməliyyat ƏDV-nin məqədləri üçün vergitutma obyekti hesab edilir. ƏDV ödəyicisi aldığı mallara görə ödədiyi ƏDV məbləğini əvəzləşdirirsə, həmin mallar itdiyi, əskik gəldiyi, xarab olduğu, tam amortizasiya olunmadan uçotdan silindiyi və ya oğurlandığı halda, ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilir. Vergi ödəyicisi aldığı malların əsas dəyərini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV sub-uçot hesabına ödəməsi təqdirdə və malların alışı elektron qaimə-faktura ilə rəsmiləşdirilmədiyi halda, ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Əgər vergi ödəyicisi malları əldə edərkən ödədiyi ƏDV məbləğini Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirmək hüququna malik olmamışdırsa, həmin malların təqdim edilməsi (satışı) ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilmir. Yuxarıda qeyd olunanları ümumiləşdirsək, vergi ödəyicisi hansı verginin ödəyicisi olmağından və ya ƏDV-dən azad olunan və sıfır dərəcə ilə cəlb olunan əməliyyat aparmağından asılı olmayaraq, satdığı malların dəyərinə ƏDV tətbiq (əlavə) edərsə, həmin əməliyyat ƏDV-yə cəlb edilən əməliyyat hesab edilir və vergi ödəyicisi alıcının ödədiyi ƏDV məbləğini dövlət büdcəsinə ödəməlidir. Bundan başqa, hər hansı vergi ödəyicisi aldığı mallara görə ödədiyi ƏDV məbləğini əvəzləşdirərək büdcədən geri qaytarmışdırsa, həmin malların hətta itməsi, oğurlanması və ya əskik gəlməsi belə vergiyə cəlb edilən əməliyyat hesab edildiyindən, əvəzləşdirilmiş ƏDV məbləği yenidən dövlət büdcəsinə geri ödənilməlidir. Həmçinin, əgər vergi ödəyicisi mal alarkən ödədiyi ƏDV məbləğini əvəzləşdirmək (büdcədən geri qaytarmaq) hüququna malik olmamışdırsa, bu halda həmin malların satışı təkrar ƏDV-yə cəlb edilmir. Belə ki, şəxs malı alarkən 18% dərəcə ilə hesablanmış ƏDV məbləğini ödədiyindən və büdcədən geri qaytarmadığından, qanunverici onu ikinci dəfə 18% dərəcə ilə ƏDV ödəmək öhdəliyindən azad edir (maddə 159.7). İşin hallarından göründüyü kimi, iddiaçı malları alarkən ödədiyi ƏDV məbləğlərini VM-nin 175.1-ci maddəsinə əsasən əvəzləşdirmək hüququna malik olmamış və ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən satdığı malların dəyərinə 18% dərəcə ilə ƏDV məbləği əlavə etmədiyindən, həmin satış əməliyyatları VM-nin 159.7-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Belə ki, iddiaçı mal alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmədiyindən (büdcədən geri qaytarmadığından), həmin malları satarkən ikinci dəfə 18% dərəcə ilə ƏDV-yə cəlb edilə bilməz. Çünki, bu halda iddiaçı 36% dərəcə ilə ƏDV ödəməli olar. Bundan başqa, ƏDV ödəyiciləri büdcəyə ödəməli olduğu ƏDV məbləğini malın dəyərinə əlavə edərək alıcıdan aldığı halda, indiki halda iddiaçı satdığı mallara hər hansı ƏDV məbləği tətbiq etməmişdir. Göstərilənlərə əsasən qeyd edilir ki, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan, ƏDV qeydiyyatdan keçmədiyi üçün satdığı malların dəyərinə hər hansı ƏDV məbləği əlavə etmədiyindən və mal alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olmadığından, yoxlanılan dövrlər ərzində satdığı mallara görə ƏDV-yə cəlb edilə bilməz. Bundan başqa, vergi orqanı iddiaçını əvvəlki tarixdən - xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata almışdır. Vergi orqanı iddiaçını 7 ay sonra ƏDV qeydiyyatına almışdır ki, bu da iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, vergi orqanı iddiaçının 200.000 manat həddini keçdiyini daha əvvəlki tarixlərdə də görə bilirdi. Buna baxmayaraq, vergi orqanı vergi ödəyicisini ƏDV qeydiyyatı ilə bağlı 7 ay sonra xəbərdar etmişdir. Halbuki, iddiaçı daha əvvəlki tarixlərdə xəbərdar edilmiş olsaydı, ƏDV qeydiyyatından keçməklə satdığı malların dəyərinə ƏDV məbləği əlavə edə və həmin ƏDV məbləğlərini büdcəyə ödəməklə vergi yükündən xilas ola bilərdi. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etirazın dəlilləri: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ilkin yazılı etirazda qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Bildirilir ki, vergi ödəyicisinin 2022-ci il üzrə iqtisadi göstəricilərinin olmasına baxmayaraq, tərəfindən 2022ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin göstəricisiz təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Araşdırma zamanı 2022-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə daxilolma məbləğinin 445.951,84 manat olduğu, əmək haqqı və sosial sığorta haqqı üzrə 20.173,15 manat olduğu, əldə edilmiş elektron qaimə-fakturaların dəyərinin 16.114,41 manat olduğu müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********289100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə baza üzrə gəlir və xərclər nəzərə alınmaqla 81.932,86 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********959700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Cavabdeh inzibati orqan yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən növbəti yazılı etirazda qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Bildirilir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin aprel ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 49469,05 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********438100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 7546,13 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********107700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin may ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 58503,92 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********473400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 8924,33 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********608900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Bildirilir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin iyun ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 59471,67 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********468200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 9071,95 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********978200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin iyul ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 52378,09 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********463700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 7989,88 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********533100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin avqust ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 68843,49 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********455400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 10501,55 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********093500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Bildirilir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin sentyabr ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 38299,26 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********486200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 5842,26 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********520000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin oktyabr ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 45309,43 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********481700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 6911,61 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********595400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Bildirilir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin noyabr ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 81869,58 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********478900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 12488,58 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********522400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Həmçinin, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin dekabr ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 66921,93 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********460600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 10208,43 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********532100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2240/2024 saylı, 02 may 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********533100 nömrəli, **********978200 nömrəli, **********093500 nömrəli, **********107700 nömrəli, **********520000 nömrəli, **********522400 nömrəli, **********532100 nömrəli, **********595400 nömrəli və **********608900 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2240/2024 saylı, 02 may 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959700 nömrəli qərara əsasən 2022-ci il vergi dövrü üzrə gəlir vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 81.932,86 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 81.932,86 manat təşkil etmiş, bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar: **********697700, 20230418 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********107700 nömrəli qərara əsasən 2022-ci il aprel ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 7.546,13 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 7.546,13 manat təşkil etmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********608900 nömrəli qərara əsasən 2022-ci il may ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 8.924,33 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 8.924,33 manat təşkil etmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********978200 nömrəli qərara əsasən 2022-ci il iyun ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 9.071,95 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 9.071,95 manat təşkil etmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********533100 nömrəli qərara əsasən 2022-ci il iyul ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 7.989,88 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 7.989,88 manat təşkil etmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********093500 nömrəli qərara əsasən 2022-ci il avqust ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 10.501,55 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 10.501,55 manat təşkil etmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********520000 nömrəli qərara əsasən 2022-ci il sentyabr ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 5.842,26 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 5.842,26 manat təşkil etmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********595400 nömrəli qərara əsasən 2022-ci il oktyabr ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 6.911,61 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 6.911,61 manat təşkil etmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********522400 nömrəli qərara əsasən 2022-ci il noyabr ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 12.488,58 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 12.488,58 manat təşkil etmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********532100 nömrəli qərara əsasən 2022-ci il dekabr ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 10.208,43 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 10.208,43 manat təşkil etmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********533100 nömrəli, **********978200 nömrəli, **********093500 nömrəli, **********107700 nömrəli, **********520000 nömrəli, **********522400 nömrəli, **********532100 nömrəli, **********595400 nömrəli və **********608900 nömrəli qərarları mübahisələndirilmişdir. İşdən müəyyən olunur ki, mübahisənin yaranmasının səbəbi iddiaçının vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 ay ərzində 200.000 manatı keçməsi əsası ilə cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2023-cü ilin yanvar ayında məcburi olaraq əvvəlki – xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyatdan keçirilməsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 154. Vergi ödəyiciləri 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. Maddə 155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Maddə 157. Qeydiyyat 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. 157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və normanın vergi ödəyicisinin mənafeyinə zidd tətbiqi yolverilməzdir. İşin hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq qeyd etmişdir ki, qanunvericilikdə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan vergi ödəyicisinin 5 iş günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi nəzərdə tutulsa da, vergi orqanının həmin vergi ödəyicilərini ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata almasına münasibətdə konkret müddət qeyd edilməmişdir. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə müddətin 5 iş günü nəzərdə tutulması vergidən yayınma halının qarşısını almaqla yanaşı, vergi ödəyicisi tərəfindən ƏDV-nin hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu, əvəzləşdirmə hüququnun nə vaxt yarandığını dəqiqləşdirmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən ƏDV vergisi bu məqsədlə dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinə satdığı malların dəyərinə ƏDV təbiq etmək və malları alarkən ödədikləri ƏDV-ni əvəzləşdirmək hüququ verir. İddiaçı 2022-ci il aprel-dekabr ayları ərzində gəlir vergisi ödəyicisi olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş, apardığı əməliyyatlara (satdığı mallara) ƏDV tətbiq (əlavə) etməmiş, gəlir vergisi ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır. Vergi orqanı tərəfindən vergi ödəyicinin (iddiaçının) vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi aşkar olunduğu halda iddiaçının ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınmasını 9 ay sonra həyata keçirməsi, bununla da qeyd edilən müddətdə satdığı mallara görə faktiki olaraq (ƏDV əlavəsi tətbiq etmədiyindən) əvəzləşdirmə hüququnu tətbiq etmək imkanından məhrum olması normanın məqsədlərinə uyğun hesab edilə bilməz. Məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə qeydiyyat tarixi qüvvəyə minməsinə dair normanın məzmunu aydın olsa da, hansı müddətdə tətbiq edilməsinə dair aydın göstəriş – tənzimləmə yoxdur. Belə olduğu təqdirdə, Kollegiya normanın onun məqsədinə uyğun tətbiq edilməli olduğu qənaətindədir. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə ödəyici üçün müddətin 5 iş günü nəzərdə tutulması vergi orqanı üçün hüququnun tətbiqi üçün müddətlərin tətbiq edilməsini zəruri edir. Belə ki, mövcud vəziyyətdə vergi orqanı diskresion səlahiyyətlərindən həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etməli, vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və (vergi orqanı kimi) hüququnun (eləcə də vəzifəsinin) tətbiq edilməməsi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır. Belə ki, vergi ödəyicisinin (iddiaçının) ƏDV məqsədləri üçün qeydiyyata alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları, onlayn kassa məlumatları), eləcə də iddiaçının vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi artıq növbəti hesabat dövründə vergi orqanına məlum olduğu halda, məcburi qeydiyyatı vaxtında təmin etməmiş, nəticədə, ödəyici də satdığı mallara görə ƏDV tətbiq etmək və daha sonra əvəzləşdirmə hüququndan məhrum olmuşdur. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların qəbul edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2240/2024 saylı, 02 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar