Məhkəmə qərarları › İş №2-1(103)-3075/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3075/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3075/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “yeni məlumat vərəqəsinin tərtib edilməsi” barədə iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli N-1(11N)-3030/N0N3 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «təminat xərcliyinin düzgün hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsiusi təyinatlı bölüyündə (döyüş texnikasının texniki mexaniki vəzifəsində) N1 il 1 ay 1N gün müddətində xidmət etmiş və hərbi xidmətkeçmə haqqında nizamnaməyə əsasən ordudan tərxis edilməli idi. Lakin 19 il qüsursuz xidmət etdikdən sonra bir çox dövlət təltiflərinə layiq görülməsinə baxmayaraq, ona qarşı ədalətsiz və qərəzli mövqedən yanaşaraq hərbi hissə komandanlığı tərəfindən haqsızlıq edilərək onunla xidməti müqavilə N il artırılaraq o, aşağı təminat xərcliyi olan xidmətə keçirilmişdir. Burada vəzifəsi yüksək olmağına baxmayaraq, əmək haqqı aşağı idi. Bu zaman bu haqsızlığa etiraz edəndə ona bildirilmişdir ki, əgər müqaviləni imzalamasa, onda uyğunsuzluqla tərxis oluna bilər. O, isə, çıxılmaz vəziyyətdə qalmışdır, çünki uyğunsuzluqla tərxis olunsa onun 19 il qüsursuz xidməti sayılmaya bilərdi. Buna görə də iddiaçı məcburiyyət qarşısında qalıb əlavə N il müddətinə xidmətlə bağlı müqavilə imzalamışdır. Elə bu zaman aşağı təminat xərcliyi olan xidmətə keçirilmişdir. Məsələ onunla əsaslandırılmışdır ki, yaş həddinə və tirdə dartına bilmədiyinə görə aşağı maaşlı vəzifəyə keçirilmişdir. Hal-hazırda o (iddiaçı), qanunvericiliyə müvafiq olaraq xidməti başa vurduqdan sonra tərxis edilmişdir, lakin pensiya ödənişi düzgün hesablanmamışdır. Bu da qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun hüquqlarının pozulması deməkdir. İddiaçının xidmət etdiyi qurum qapalı olduğu üçün o zaman heç bir mənfi hallara etiraz etmək olmurdu, bu səbəbdən də ona qarşı edilən haqsızlığa xidmət dövründə kəskin etiraz edə bilməmişdir. Çünki bəhanə gətirib onu uyğunsuzluq səbəbi ilə tərxis edə bilərdilər. Buna görə də iddiaçı məcburiyyət qarşısında qalıb tərxis olunduqdan sonra pozulmuş hüquqlarının bərpa olunması üçün XN müraciət etsə də, heç bir nəticə olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə və İPM-in N.N.N, 35.1-ci maddələrinə əsaslanaraq, iddia mümkün hesab edilərək DİN X3 tərəfindən qərəzli və qanunvericiliyin tələblərinə zidd olaraq hesablanmış təminat xərcliyi əvvəlki illər nəzərə alınaraq düzgün hesablanması öhdəliyinin DİN Daxili Qoşunlarının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı iddiaçının müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdehlər sırasından çıxarılmışdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «N saylı hərbi hissənin 3-cü Xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü bölüyünün sürücüsü vəzifəsinə uyğun (N018-ci ilədək) təminat xərcliyi nəzərə alınaraq yeni məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli N-1(11N)-3030/N0N3 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərvaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı «yeni məlumat vərəqəsinin tərtib edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 6N.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli N-1(11N)-3030/N0N3 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AR DİN X4 31 yanvar N018-ci il tarixli 10 nömrəli əmri ilə baş çavuş İddiaçı xüsusi təyinatlı dəstənin avtomobil yarımqrupunda sürücü vəzifəsindən azad edilib 3-cü Xüsusi vasitələrin tətbiqi bölməsində baş sürücü vəzifəsinə təyin edilmişdir. - AR Daxili İşlər Nazirliyinin 19 dekabr N0N0-ci il tarixli 193 ş/h nömrəli əmri ilə baş çavuş İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidməti müddəti başa çatdığına görə) N saylı hərbi hissədə 6-cı tədris bölüyünün baş çavuşu vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - AR Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N saylı hərbi hissə komandirinin N fevral N0N1-ci il tarixli 35 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq (xidməti müddəti başa çatdığına görə) Daxili İşlər nazirinin müavini – daxili qoşunların komandanının 19 dekabr N0N0-ci il tarixli 193 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 6-cı tədris bülüyünün baş çavuşu, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu İddiaçı 10 fevarl N0N1- ci il tarixdən hərbi qeydiyyat alınması üçün SHXÇD Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsasnamənin 156-cı maddəsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Həmin Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun N0.18-ci maddəsinə görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» N3 noyabt 199N-ci il tarixli 631 nömrəli qərarının N-ci bəndinin “b” yarımbəndinin on birinci hissəsinə görə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N7 avqust N007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın N-ci bəndində göstərilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə görə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi əsassızdır. Belə ki, İddiaçı xidmətdən ehtiyata buraxılanadək sonuncu tutduğu vəzifəsi N saylı hərbi hissənin 6-cı tədris bölüyünün baş çavuşu olduğundan, eləcə də həmin vəzifəyə keçirilməsi barədə əmr mübahisələndirilmədiyindən və qüvvədə olduğundan, habelə o, həmin sonuncu vəzifəyə səhhəti və ya yaşı ilə əlaqədar xidmət mənafeyi ilə bağlı keçirilmədiyindən, bundan əvvəlki vəzifəsi kimi N saylı hərbi hissənin 3-cü Xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü bölüyünün sürücüsü vəzifəsinə uyğun (N018-ci ilədək) təminat xərcliyi nəzərə alınaraq onun barəsində yeni məlumat vərəqəsinin verilməsindən imtina olunması qanuna zidd qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli N-1(11N)-3030/N0N3 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli N-1(11N)-3030/N0N3 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar