Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3169/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğvi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 (sədrlik edən və məruzəçi), X11 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 və Uçotun Təşkili Baş İdarəsinin (bundan sonra – cavabdeh) Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********511500 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən 2022-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi əməliyyatı üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 593,30 manat təşkil edir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X16 üzrə Baş İdarəsinin İddiaçı ünvanladığı Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, bildiririk ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X15ni keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Aparılmış araşdırma zamanı 2022-ci il ərzində sahibkarlıq fəaliyyətiniz üzrə aparılmış kameral vergi yoxlanılması zamanı uçot baza məlumatlarına əsasən aşağıdakı hallar müəyyən edilmişdir: Uçot baza məlumatlarına əsasən il ərzində - 0,0 manat məbləğində hesabat dövrünün əvvəlinə ehtiyatlar üzrə mal qalığı olduğu; - 0,0 manat məbləğində hesabat dövrünün əvvəlinə debitor borc olduğu; - 0,0 manat məbləğində bank hesablarına vəsaitin daxil olduğu; - 0,0 manat məbləğində malların ixrac edildiyi; - 0,0 manat məbləğində nəzarət-kassa aparatları vasitəsilə dövriyyənizin olduğu; - 106,2 manat məbləğində elektron qaimə-faktura əldə edildiyi; - 29665,03 manat məbləğində malların idxal edildiyi; - 0,0 manat məbləğində malların alış aktı ilə əldə edildiyi. Bildiririk ki, tərəfinizdən bəyannamə təqdim etmək öhdəliyinizin və iqtisadi göstəricilərinizin olmasına baxmayaraq, müvafiq dövrlər üzrə sadələşdirilmiş vergi bəyannamələrinin təqdim edilməməsi və müvafiq göstəricilərin vergi orqanına bəyan edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar sadələşdirilmiş vergi bəyannaməsinin və ya ətraflı izahat məktubunun 5 (beş) gün müddətində vergi orqanına təqdim olunması tələb olunur. Sənədlər: 1. Müvafiq dövr üzrə sadələşdirilmiş vergi bəyannaməsi; 2. Təqdim edilmiş və əldə edilmiş mallar üzrə müvafiq təsdiqedici sənədlər. 3. Bank əməliyyatları (aylar üzrə bank hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə); 4. Nağd (kassa) əməliyyatları (aylar üzrə nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə) və nağd vəsaitlərin hərəkəti; . 5. Təsdiqedici sənədlər əlavə olunmaqla əsaslandırılmış yazılı izahat. Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətdə təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37-ci, 67- ci və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır.
3. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-59053/2024 nömrəli məktubu ilə göndərilmiş «TOYOTA PRİUS (HİBRİD)» markalı, ban nömrəsi: JTDKB20U977688759, «TOYOTA PRİUS (HİBRİD)» markalı, ban nömrəsi: JTDKB20U687737899 və «TOYOTA PRİUS (HİBRİD)» markalı, ban nömrəsi: JTDKB20U577653684 olan nəqliyyat vasitələrinin Miriyev X12 adından qeydiyyatdan çıxarılmasına əsas olmuş alqı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surəti və nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların surətindən görünür ki: - Nömrə nişanı: 77EY533, şəhadətnamə: BB296384, şəhadətnamənin verilmə tarixi: xx.xx.2022, markası: TOYOTA PRİUS (HİBRİD) MİNİK, B/ili: 2007, Rəngi: Tünd göy metallik, Mühərrik: ******* Ban: JTDKB20U687737899, sahibi: Miriyev X19, Doğum tarixi: xx.xx.1972, Sahibinin qeydiyyat ünvanı: ünvan 1diyyat üçün əsas: Gömrük vəsiqəsi - **********4365, qeydiyyatdan çıxıb: Alqı-satqı müqaviləsi, BDYPİ qeydiyyatdan çıxma tarix: xx.xx.2023. - Nömrə nişanı: 77HB433, şəhadətnamə: BB296394, şəhadətnamənin verilmə tarixi: xx.xx.2022, Markası: TOYOTA PRİUS (HİBRİD) MİNİK, B/ili: 2007, Rəngi: Qırmızı dam qara metallik, Mühərrik: 3056660, Ban: JTDKB20U577653684, M.İ.H: 1497, sahibi: Miriyev X19, Doğum tarixi: xx.xx.1972, Sahibinin qeydiyyat ünvanı: ünvan 1diyyat üçün əsas: Gömrük vəsiqəsi - **********4313, qeydiyyatdan çıxıb: Alqı-satqı müqaviləsi, BDYPİ qeydiyyatdan çıxma tarix: xx.xx.2023. - Nömrə nişanı: 77EV588, Şəhadətnamə: BB293231 Şəhadətnamənin verilmə tarixi: xx.xx.2022, Markası: TOYOTA PRİUS (HİBRİD) MİNİK, B/ili: 2007 Rəngi: Qırmızı metallik, Mühərrik: 909910, Ban: JTDKB20U977688759, M.İ.H: 1497, sahibi: Miriyev X19, Doğum tarixi: xx.xx.1972, Sahibinin qeydiyyat ünvanı: ünvan 1diyyat üçün əsas: Gömrük vəsiqəsi - **********4313, qeydiyyatdan çıxıb: Alqı-satqı müqaviləsi, BDYPİ qeydiyyatdan çıxma tarix: xx.xx.2022. - xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” Miriyev X19 özünə məxsus ola TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı, 77EY533 dövlət qeydiyyat nişanlı, 2007 buraxılış ili, JTDKB20U687737899 ban nömrəli, xx.xx.2023-cü ildə BB296384 seriyalı qeydiyyat şəhadətnaməli nəqliyyat vasitəsini 23,000 manata “alıcı” X1 və bu məbləği “satıcı” “alıcı”dan alıb. - xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” Miriyev X19 özünə məxsus ola TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı, 77HB433 dövlət qeydiyyat nişanlı, 2007 buraxılış ili, JTDKB20U577653684 ban nömrəli, xx.xx.2023-cü ildə BB296394 seriyalı qeydiyyat şəhadətnaməli nəqliyyat vasitəsini 23,000 manata “alıcı” X3 və bu məbləği “satıcı” “alıcı”dan alıb. - xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” Miriyev X19 özünə məxsus ola TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı, 77EV588 dövlət qeydiyyat nişanlı, 2007 buraxılış ili, JTDKB20U977688759 ban nömrəli, xx.xx.2022-cİ ildə BB293231 seriyalı qeydiyyat şəhadətnaməli nəqliyyat vasitəsini “alıcı” X4.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş **********511500 nömrəli, xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X16 üzrə Baş İdarəsi sadələşdirilmiş vergi 4-cü rüb 2022-ci il üzrə xx.xx.2023-cü il tarixli **********511500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış gəlir vergisi məbləğləri əsassız və qanunsuz olaraq hesablanmışdır. Göstərilən qərarın qəbul edilməsində əsas kimi sadələşdirilmiş vergi bəyannaməsini təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən Sadələşdirilmiş vergi hesablanması qeyd edilmişdir. Belə ki, hər hansı maddə və ya qanunda sadələşdirilmiş vergi ödəyicisi olan şəxsə əvvəlki hesabat dövrlərinə görə əlavə vergi məbləğlərinin eyni bir dövrdə hesablanması nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin qeyd edilən müddəalarından da aydın olduğu kimi sadələşdirilmiş vergi ödəycisi tərəfindən illik hesabatlar 4 rüb üzrə verilir. Yəni 2022-ci il üzrə 4 rüb təşkil etməsinə baxmayaraq vergi orqanı tərəfindən bu hesabatlar yalnızca bir dövrə aid edilmişdir. Əgər vergi ödəycisi vergidən yaymırsa və vergi hesabatını təqdim etmirsə, sadələşdirilmiş vergini ödəməkdən yayınmışdırsa bu zaman keçmiş dövrlər üzrə VM-nin 37-sinə əsasən kameral münasibət bildirilməli idi. Buradan da aydın olur ki, həmin zaman vergi ödəyicisinin hər hansı vergidən yayınma halı olmamış və kameral münasibət bu səbəbdən bildirilməmişdir. Bu isə vergi orqanının qərəzli mövqesini və qanunsuz əməllərini açıq aşkar sübuta yetirir. xx.xx.2023-cü il tarixdə sadələşdirilmiş vergi bəyannaməsnin təqdim edilməsi müddəti bitmişdir. Həmin bəyannaməyə kameral münasibət bildirilməsi üçün müəyyən edilmiş 30 iş günü isə vergi orqanı tərəfindən ötürülmüşdür. Bu isə Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. Bu səbəbdən qərar ləğv edilməlidir. Bundan əlavə bildirirəm ki, vergi orqanının sadələşdirilmiş vergi hesablamasında vergi tutma obyekti olaraq hansı vergi tutma obyektnə istinad etməsi qeyri müəyəndir. Vergi Məcəlləsinin 12-ci maddəsində vergi tutmanın əsasları qeyd edilmişdir. Hər bir rübün hesabat dövrü müəyyən edilib. Vergi orqanı tərəfindən qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir.
6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində 29665,03 manat dəyərində 3 ədəd nəqliyyat vasitəsi - 9754,61 manat dəyərində Toyota Prius markalı (BAN: JTDKB20U9********) nəqliyyat vasitəsi, 9955,21 manat dəyərində Toyota Prius markalı (BAN: JTDKB20U6********) nəqliyyat vasitəsi və 9955,21 manat dəyərində Toyota Prius markalı (BAN: JTDKB20U5********) nəqliyyat vasitəsi idxal edilməsinə baxmayaraq, müvafiq dövr üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********443300 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamələrin.vergi orqanına təqdim edilməsi bildirilmişdir. Müəyyən edilmiş kənarlaşmalar barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin 4-cü rübü üzrə 29665,03*2%=593,30 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı xx.xx.2023-cü il tarixli **********511500 nömrəli "Vergilərin hesablanması barədə" Qərar qəbul edilmiş və iddiaçıya göndərilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə vergi borcu qanunamüvafiq qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınmadır. Həmin Məcəllənin 13.2.70ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Həmin Məcəllənin 23.1.1ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X15ni keçirmək, 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin məcəllənin 35.1-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 2022-ci il ərzində cəmi 29665,03 manat dəyərində 3 ədəd nəqliyyat vasitəsi idxal etmiş, vergi orqanı iddiaçıya xx.xx.2023-cü il tarixli **********511500 nömrəli qərarla 2022-ci ilin 4-cü rübü üzrə 29665,03*2%-593,30 manat vergi məbləği hesablanmışdır.
10. Halbuki, normalardan görünür ki, sadələşdirilmiş vergi hesabatı rüblük hesabatdır. Sadələşdirilmiş vergi ödəyiciləri malların təqdim edildiyi hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergini ödəməlidirlər.
11. Vergi orqanının sadələşdirilmiş vergi hesabladığı 2022-ci ilin 4-cü rübü üzrə sözügedən nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmuşdur.
12. Belə ki, JTDKB20U977688759 ban nömrəli nəqliyyat vasitəsini təqdim etməsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Başqa sözlə, vergi orqanı həmin təqdim etmədən sonra, yəni 2022-ci ilin 3-cü rübü üzrə, hesabat dövrü bitdikdən sonrakı ayın 20- dən gec olmayaraq vergi bəyannaməsi təqdim edilmədikdə vergi hesablamalı olduğu halda vergi orqanı nəqliyyat vasitəsi ilə bağlı əməliyyatın aid olmadığı 2022-ci ilin 4-cü rübü üzrə əlavə vergi məbləği hesablamışdır.
13. İddiaçının JTDKB20U577653684 ban nömrəli nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, JTDKB20U687737899 ban nömrəli nəqliyyat vasitəsini isə xx.xx.2023-cü il tarixdə təqdim etməsi baş vermişdir. Başqa sözlə, vergi orqanı həmin təqdim etmədən sonra, yəni 2023-cü ilin 1-ci rübü üzrə, hesabat dövrü bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim edilmədikdə vergi hesablamalı olduğu halda vergi orqanı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olduğu, digər şəxsə təqdim edilmədiyi 2022-ci ilin 4-cü rübü üzrə əlavə vergi məbləği hesablamışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən edilmiş sorğuya verilmiş Baş X25 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən JTDKB20U687737899 və JTDKB20U577653684 ban nömrəli TOYOTA PRİUS (HİBRİD) minik markalı nəqliyyat vasitələri xx.xx.2022-ci il tarixdə, digər JTDKB20U977688759 ban nömrəli TOYOTA PRİUS (HİBRİD) minik markalı nəqliyyat vasitəsi isə xx.xx.2022-ci il tarixdə iddiaçı Miriyev X19 tərəfindən Azərbaycan Respublikasına gətirilməsi və satılması öz təsdiqini tapır. Buradan açıq aydın görünür ki, 1 il ərzində eyni markalı nəqliyyat vasitələrinin idxalı və satışı avtomobil bazarında olan tələb və təklifdən formalaşan reallıqdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunan hal da sübut edir ki, həmin avtomobillər vergi ödəyicisi tərəfindən gəlir əldə etmək niyyəti ilə idxal edilərək satılmış və vergi orqanının hesablaması tamamilə əsaslı olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
21. Azərbaycan Respublikası Vergi Məcəlləsi:
Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir.
Maddə 218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.
Maddə 219. Vergitutma obyekti 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. 219.2. Bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir.
Maddə 220. Sadələşdirilmiş verginin dərəcəsi 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.
Maddə 221. Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi 221.1. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. 221.2. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 221.3. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. 21.3.1. Bu Məcəllənin 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu və 220.9-1-ci maddələrində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı (mübahisələndirilən qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı) məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
31. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin predmetini cavabdehin **********511500 nömrəli, xx.xx.2023-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya 593,30 manat sadaləşdirilmiş vergi hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.
33. Hazırkı işdən görünür ki, iddiaçı 2022-ci il ərzində cəmi 29665,03 manat dəyərində 3 ədəd nəqliyyat vasitəsi idxal etmiş, vergi orqanı iddiaçıya xx.xx.2023-cü il tarixli **********511500 nömrəli qərarla 2022-ci ilin 4-cü rübü üzrə 29665,03*2%=593,30 manat vergi məbləği hesablanmışdır.
34. İddiaçı bu halla razılaşmır və hesab edir ki, sadələşdirilmiş vergi hesabatı rüblük hesabatdır. Sadələşdirilmiş vergi ödəyiciləri malların təqdim edildiyi hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergini ödəməlidirlər.
35. Həmçinin iş materiallarından görünür ki, iddiaçı mübahisəli 3 ədəd nəqliyyat vasitəsini: - JTDKB20U687737899 ban nömrəli TOYOTA PRİUS (HİBRİD) MİNİK, Tünd göy metallik rəngli, 2007-ci il buraxılışlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, - JTDKB20U577653684 ban nömrəli, Qırmızı dam qara metallik rəngli, 2007-ci il buraxışlılı, TOYOTA PRİUS (HİBRİD) MİNİK nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, - JTDKB20U977688759 ban nömrəli, Qırmızı metallik rəngli, 2007-ci il buraxılışlı, TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə idxal etmişdir. Vergi orqanının sadələşdirilmiş vergi hesabladığı 2022-ci ilin 4-cü rübü üzrə isə sözügedən nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmuşdur
36. İşə baxan birinci instansiyası məhkəməsi iddia tələbini təmin edərkən göstərmişdir ki, JTDKB20U977688759 ban nömrəli nəqliyyat vasitəsini təqdim etməsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Başqa sözlə, vergi orqanı həmin təqdim etmədən sonra, yəni 2022ci ilin 3-cü rübü üzrə, hesabat dövrü bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim edilmədikdə vergi hesablamalı olduğu halda vergi orqanı nəqliyyat vasitəsi ilə bağlı əməliyyatın aid olmadığı 2022-ci ilin 4-cü rübü üzrə əlavə vergi məbləği hesablamışdır.
37. İddiaçının JTDKB20U687737899 ban nömrəli nəqliyyat vasitəsini təqdim etməsi xx.xx.2023-cü il tarixdə baş vermişdir. Başqa sözlə, vergi orqanı həmin təqdim etmədən sonra, yəni 2023-cü ilin 1-ci rübü üzrə, hesabat dövrü bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim edilmədikdə vergi hesablamalı olduğu halda vergi orqanı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olduğu, digər şəxsə təqdim edilmədiyi 2022-ci ilin 4-cü rübü üzrə əlavə vergi məbləği hesablamışdır.
38. İddiaçının JTDKB20U577653684 ban nömrəli nəqliyyat vasitəsini təqdim etməsi xx.xx.2023-cü il tarixdə baş vermişdir. Başqa sözlə, vergi orqanı həmin təqdim etmədən sonra, yəni 2023-cü ilin 1-ci rübü üzrə, hesabat dövrü bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim edilmədikdə vergi hesablamalı olduğu halda vergi orqanı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olduğu, digər şəxsə təqdim edilmədiyi 2022-ci ilin 4-cü rübü üzrə əlavə vergi məbləği hesablamışdır.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi sadələşdirilmiş vergi hesabatı rüblük hesabatdır. Sadələşdirilmiş vergi ödəyiciləri malların təqdim edildiyi hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergini ödəməlidirlər.
40. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, məhkəmə tərəfindən edilmiş sorğuya verilmiş Baş X25 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən JTDKB20U687737899 və JTDKB20U577653684 ban nömrəli TOYOTA PRİUS (HİBRİD) minik markalı nəqliyyat vasitələri xx.xx.2022-ci il tarixdə, digər JTDKB20U977688759 ban nömrəli TOYOTA PRİUS (HİBRİD) minik markalı nəqliyyat vasitəsi isə xx.xx.2022-ci il tarixdə iddiaçı Miriyev X19 tərəfindən Azərbaycan Respublikasına gətirilməsi və satılması öz təsdiqini tapır. Buradan açıq aydın görünür ki, 1 il ərzində eyni markalı nəqliyyat vasitələrinin idxalı və satışı avtomobil bazarında olan tələb və təklifdən formalaşan reallıqdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunan hal da sübut edir ki, həmin avtomobillər vergi ödəyicisi tərəfindən gəlir əldə etmək niyyəti ilə idxal edilərək satılmış və vergi orqanının hesablaması tamamilə əsaslı olmuşdur. Həmçinin cavabdehin apellyasiya şikayətinin digər dəlilləri isə normaların tələblərindən görünür ki, sadələşdirilmiş veri hesabatı rüblük hesabatdır.Sadələşdirilmiş vergi ödəyiciləri malların təqdim edildiyi hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergini ödəməlidirlər. Vergi orqanının sadələşdirilmiş vergi hesabladığı 2022-ci ilin 4-cü rübü üzrə sözügedən nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmuşdur. Belə ki, JTDKB20U977688759 ban nömrəli nəqliyyat vasitəsini təqdim etməsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Başqa sözlə, vergi orqanı həmin təqdim etmədən sonra, yəni 2022-ci ilin 3-cü rübü üzrə, hesabat dövrü bitdikdən sonrakı ayın 20- dən gec olmayaraq vergi bəyannaməsi təqdim edilmədikdə vergi hesablamalı olduğu halda vergi orqanı nəqliyyat vasitəsi ilə bağlı əməliyyatın aid olmadığı 2022-ci ilin 4-cü rübü üzrə əlavə vergi məbləği hesablamışdır. İddiaçının JTDKB20U577653684 ban nömrəli nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, JTDKB20U687737899 ban nömrəli nəqliyyat vasitəsini isə xx.xx.2023-cü il tarixdə təqdim etməsi baş vermişdir. Başqa sözlə, vergi orqanı həmin təqdim etmədən sonra, yəni 2023-cü ilin 1-ci rübü üzrə, hesabat dövrü bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim edilmədikdə vergi hesablamalı olduğu halda vergi orqanı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olduğu, digər şəxsə təqdim edilmədiyi 2022-ci ilin 4- cü rübü üzrə əlavə vergi məbləği hesablamışdır.
41. Bununla bağlı kollegiya qeyd edir ki, vergi qanunvericiliyin müddəalarından da müəyyən olunur ki, sadələşdirilmiş vergi hesabatı rüblük hesabatdır. Qanunvericiliyə əsasən sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən malların təqdim edildiyi hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi ödəməlidirlər. Belə ki, vergi qanunvericiliyində sadələşdirilmiş vergi ödəyicisi olan şəxsin əvvəlki hesabat dövrlərinə görə əlavə vergi məbləğlərinin eyni bir dövr üzrə hesablanması nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin müddəalarından da müəyyən olunduğu kimi sadələşdirilmiş vergi ödəycisi tərəfindən illik hesabatlar 4 rüb üzrə verilirLakin buna baxmayaraq cavabdeh vergi orqanı tərəfindən bu hesabatlar yalnızca bir dövrə aid edilmişdir. Formalaşmış məhkəmə təcrübəsi də onu qeyd etməyə əsas verir ki, vergi ödəycisi vergi hesabatını təqdim etmirsə və sadələşdirilmiş vergini ödəməkdən yayınırsa cavabdehin digər yoxlama əsaslarına müraciət etməklə keçmiş dövrlər ödəməli olan vergini hesablama səlahiyyəti mövcuddur (Vergi Məcəlləsinin 37-cimaddəsinə əssən) . Beləliklə kollegiya qeyd edir ki, vergi ödəyicisinin hər hansı vergidən yayınma halı olmasına dair cavabdeh inzibati orqan tərəfindən sübut təqdim edilməmiş və xx.xx.2023cü il tarixdə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi müddəti bitmişdir. Həmin bəyannaməyə münasibət bildirilməsi üçün müəyyən edilmiş 30 iş günü isə cavabdeh vergi orqanı tərəfindən də ötürülmüşdür.
42. Eyni zamanda kollegiya bildirir ki, Miriyev X2 fəaliyyəti ilə məşğul olması barədə vergi orqanı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Yəni, iddiaçının avtomobillərin gətirilərək alqı-satqısı ilə məşqul olması, onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi barədə hər hansı bir sübut mövcud deyildir.Cavabdeh yalnız ehtimallara və bazarda formalaşan tələb və təklif reallığına əsaslanır ki, bu hal da məhkəmə tərəfindən sübut qismində nəzərə alına bilməz. Belə ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması mötəbər sübutlarla təsdiqini tapmalıdır. Həm də nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir.
43. Kollegiya cavabdehin yuxarıda qeyd edilən apellyasiya şikayətinin dəlili ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-544/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanuna uyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman, məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
44. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməsi və bu əsasla ona əlavə vergi hesablaması istinad edilən normaların tələblərinə uyğun olmamışdır. Beləliklə, istinad edilən normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmadığından, iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdur və İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur.
45. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
46. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.
47. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
48. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
49. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
50. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.