Məhkəmə qərarları › İş №2-1(103)-327/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-327/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-327/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “artıq ödəmənin geri qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2605/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından hər iki tərəfdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, aşağıdakı gömrük bəyannamələri üzrə artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (i.v.105): - xx.xx.2021-ci il tarixli, **********8453 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9.065,92 manat, - xx.xx.2021-ci il tarixli, **********2569 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 8.469,43 manat, - xx.xx.2021-ci il tarixli, **********9717 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 877,78 manat, - xx.xx.2021-ci il tarixli, **********9722 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2.018,32 manat, - xx.xx.2022-ci il tarixli, **********0114 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1.068,35 manat, -xx.xx.2022-ci il tarixli **********0107 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2.372,15 manat, - xx.xx.2022-ci il tarixli, **********7313 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5.255,36 manat, - xx.xx.2022-ci il tarixli, **********2046 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 8.454,15 manat. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışlır: İddiaçı MMC Türkiyə Respublikasında fəaliyyət göstərən “X2 Ticaret ve Senaye Limited Şirketi” ilə bağladığı fason üretim müqaviləsinə əsasən Azərbaycana “qida əlavəsi” idxal edir. Qida əlavələrinin idxal edilməsi zamanı qeyd olunan gömrük bəyannamələrinə əsasən İddiaçı MMC-dən aşağıdakı artıq gömrük ödənişləri alınmışdır. 1) xx.xx.2021-ci il tarixli, **********8453 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 9.132,92 ABŞ dolları olan məhsulun gömrük dəyəri 16.375,96 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 6.200,21 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 41.770,70 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 15.266,13 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 9.065,92 manat (15.266,13 manat-6.200,21 manat = 9.065,92 manat) artıq gömrük ödənişi etmişdir. 2) xx.xx.2021-ci il tarixli, **********2569 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 8.610,10 ABŞ dolları olan məhsulun gömrük dəyəri 14.892,17 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 5.635,11 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 38.516,90 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 14.104,54 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 8.469,43 manat (14.104,54 manat-5.635,11 manat = 8.469,43 manat) artıq gömrük ödənişi etmişdir. 3) xx.xx.2021-ci il tarixli, **********9717 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 3000 ABŞ dolları olan məhsulun gömrük dəyəri 5.355 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 2.088,73 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 7.714,60 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 2.966,51 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 877.78 manat (2.966,51 manat-2.088,73 manat = 877.78 manat) artıq gömrük ödənişi etmişdir. 4) xx.xx.2021-ci il tarixli, **********9722 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 3.498.70 ABŞ dolları olan məhsulun gömrük dəyəri 6.202,79 manat təşkil etdiyinə görə “Azerbaijan Pharma" MMC tərəfindən 2.391,40 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 11.459,70 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 4.409,72 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 2.018,32 manat (4.409,72 manat-2.391,40 manat = 2.018,32 manat) artıq gömrük ödənişi etmişdir. 5) xx.xx.2022-ci il tarixli, **********0114 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 2.600 ABŞ dolları olan məhsulun gömrük dəyəri 4.675 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 1.845,97 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 7.568,40 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 2.914,32 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 1.068,35 manat (2.914,32 manat-1.845,97 manat = 1.068,35 manat) artıq gömrük ödənişi etmişdir. 6) xx.xx.2022-ci il tarixli, **********0107 sorğunömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 3.036 ABŞ dolları olan məhsulun gömrük dəyəri 5.586,20 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 2.171,27 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 11.735,10 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 4.543,42 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 2.372,15 manat (4.543,42 manat-2.171,27 manat = 2.372,15 manat) artıq gömrük ödənişi etmişdir. 7) xx.xx.2022-ci il tarixli, **********7313 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 7048 ABŞ dolları olan məhsulun gömrük dəyəri 12.619,10 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 4.823,61 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 27.240,80 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 10.078,97 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 5.255,36 manat (10.078,97 manat-4.823,61 manat = 5.255,36 manat) artıq gömrük ödənişi etmişdir. 8) xx.xx.2022-ci il tarixli, **********2046 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 13.724,28 ABŞ dolları olan məhsulun gömrük dəyəri 24.861,28 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 9.194,07 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 48.443,20 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 17.648,22 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 8.454,15 manat (17.648,22 manat-9.194,07 manat = 8.454,15 manat) artıq gömrük ödənişi etmişdir. Cəmiyyət xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müraciət edərək artıq ödənilmiş həmin məbləğlərin geri qaytarılmasını xahiş etmiş, lakin həmin məktub Bakı Baş Gömrük İdarəsində qəbul edilməsinə baxmayaraq bu günədək cavablandırılmamışdır.” İşdən isə görünür ki, cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubu mövcuddur. Həmin cavab məktubunda Gömrük Məcəlləsinin 40.2,104.2 və 153.2-ci maddələrinin tələbləri göstərilməklə qeyd olunmuşdur ki, bəyannamələr iddiaçının özü tərəfindən təsdiq edilmiş, gömrük ödənişlərinin AR Nazirlər Kabinetinin 2013-cü il 18 fevral 25 saylı Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qatarılması Qaydaları”nın 2.1-ci bəndində nəzərdə tutulan hallardan hansının baş verdiyi ərizədə göstərilməmiş, əsaslandırılmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında və ona verdiyi əlavədə iddianın mümkün sayılmamasını, mümkün sayıldıqda isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçnın qeyd etdiyi gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Xüsusilə qeyd etməliyik ki, həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Həmçinin, malın gömrük dəyərinin müəyyənləşdirilməsi qaydası da iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirdiyindən həmin rəsmiləşdirmənin qanunsuz hesab edilməsi barədə əsaslar yoxdur. Bu əsaslar mövcud olmadığından artıq ödənilmiş məbləğdən söhbət gedə bilməz...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2605/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən edilərək aşağıdakı gömrük bəyannamələri ilə bəyan olunan malların (qida əlavələri) sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. - xx.xx.2021-ci il tarixli **********2569 sorğu nömrəli; - xx.xx.2021-ci il tarixli **********9717 sorğu nömrəli, - xx.xx.2021-ci il tarixli **********9722 sorğu nömrəli, - xx.xx.2022-ci il tarixli **********0114 sorğu nömrəli, - xx.xx.2022-ci il tarixli **********0107 sorğu nömrəli, - xx.xx.2022-ci il tarixli **********7313 sorğu nömrəli, -xx.xx.2022-ci il tarixli **********22046 sorğu nömrəli Həmin qərardan hər iki tərəf apellyasiya şikayəti vermiş, iddiaçı qərarın rədd olunan hissəsində ləğv edilib təmin olunmasını, cavabdeh isə təmin edilən hissəsində qərarın ləğv edilib rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, bu isə qanunsuz məhkəmə aktının çıxarılmasına səbəb olmuşdur. Belə ki iş materialarına əlavə edilmiş 054189 nörməli qaiməyə əsasən iddiaçı müvafiq müraciətlə inzibati orqana müraciət etmiş, həmin müraciət məktubu xx.xx.2022-ci il tarixdə ünvanda İddiaçı MMC-dən təhvil alınmış, xx.xx.2022-ci il tarixdə ünvanda inzibati orqana təhvil verilmişdir. Məhkəmə isə heç bir əsas olmadan və hər hansı sübuta istinad etmədən həmin sənədin mötəbərliyini şübhə altına almış, bu şübhələrini iddiaçının əleyhinə şərh etmiş, mübahisəyə təkzibolunmaz və mötəbər sübutlar əsasında baxmaq əvəzinə, öz mülahizələri və ağılabatanlılıq prinsipi əsasında baxmışdır. Məhkəmə poçt rabitəsi orqanı tərəfindən məktubun gec çatdırılmasını şübhə altına alsa da, həmin halın səbəblərinin öyrənilməsi, bunun iddiaçının cavabdeh olduğu hallardan irəli gəlib-gəlməməsini xidməti vəzifəsinə görə araşdırmadan birbaşa iddiaçının əleyhinə şərh etmiş və bununla da sübutların araşdırılması və qiymətləndirilməsində növbəti pozuntuya yol vermişdir. Belə ki, məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur...” Cavabdeh isə apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “Qərar maddi və prosessual hüquq normaları pozulmaqla qəbul olunmuş, məhkəmə qərarının əsaslandırma hissəsində müxtəlif qanunvericilik normalarını sadalamış, həmin normaları işin faktiki hallarına tətbiq edərək nəticəyə gəlmişdir. Qərarda müxtəlif qanunvericilik normaları sadalansa da, həmin normalar işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1- ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: mallar qüsurlu olduqda; gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Məhkəmə qərarında yuxarıda qeyd edilən hallardan hansının baş verdiyi əsaslandırılmamışdır. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Məhkəmə qərarında “artıq ödənilmiş” vəsaitin təsnifatı araşdırılmadan gömrük ödənişi ifadəsindən istifadə olunmuşdur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydalan”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarfmn tələbləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində göstərilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə isə bu tələbi pozmuş və iddia tələbindən kənara çıxmışdır. Qeyd olunanlara əsasən məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Ə.Mürsəlova iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, iddia ərizəsinə etirazında göstərilən əsaslarla birinci instansiya məhkəməsinin qərarını iddianın təmin edilən hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı 2021-ci ildə idxal etdiyi 8 ədəd gömrük bəyannaməsi üzrə artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə qərar qəbul edilməsi və bu barədə rəy göndərilməsi barədə iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli **********8453 sorğu nömrəli bir ədəd gömrük bəyannaməsinə münasibətdə istisna olmaqla, qalan 7 ədəd yük gömrük bəyannaməsinə münasibətdə hissəində təmin edilmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış imtina məktubunda və iddia ərizəsinə etirazında iddianı qəbul etməyərək mübahisələndirir ki, - iddiaçı gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyəyə buraxılmışdır. Daha konkret, həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmiş, malın gömrük dəyərinin müəyyənləşdirilməsi qaydası da iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Konkrnet halda, apellyasiya şikayətində cavabdeh daha dəqiqliyi ilə mübahisələndirir ki, iddianın təmin olunduğu 7 (yeddi) ədəd gömrük bəyannaməyə münasibətdə artıq ödənilmiş ödənişlərin qaytarılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-2 ci bəndində göstərilən - gömrük borcu üzrə ödənilmiş gömrük rüsumunın qaytarılması üçün əsaslar, o cümlədən, mallar qüsurlu olması, gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsi, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallardan hər hansı biri mövcud deyildir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, adıçəkilən, “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndindən göründüyü kimi, gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsi gömrük ödənişlərinin qaytarılmasına əsas olan hallardan biri sayılır. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubuna, iddia ərizəsinə etirazına və apellyasiya şikayətinin dəlillərinə əsasən, mübahisəlndirilən bəyannamələrdə gömrük ödənişlərinin səhv hesablandığı mübahisə mövcusu olduğu müəyyən olunmur. İddiaçı tərəfindən mallara dair gömrük dəyərinin səhvən daha yüksək məbləğdə bəyan edilməsi isə Qaydaların 2.1.2-ci bəndin tələbi baxımından, bu hal iddiaçını artıq ödənilmiş məbləğin geri tələb etmək hüququndan məhrum edə bilməz. Ən azından ona görə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 267.1 və 267.1.2-ci maddələri də imperativ qaydada nəzərdə tutur ki, gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə gömrük ödənişləri qaytarılır. Digər tərəfdən, həmin Məcəllənin 8.0.6-cı maddəsinə əsasən mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; 8.0.17-ci maddəsinə əsasən isə gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək gömrük orqanlarının vəziəfəsidir. “Gömrük Tarifi haqqında” Qanunun 8.4-cü maddəsi isə nəzərdə tutur ki, gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzərət edir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi adıçəkilən 7 ədəd gömrük bəyannaməsinin iddiaçı tərəfindən imzalanıb təsdiq edildiyini əsas tutaraq, onun səhv hesablayıb ödədiyi artıq gömrük ödənişinin geri qaytarılmasına dair qərar qəbul olunmasından və müvafiq rəy verilməsindən imtina olunması əsassızdır. Gömrük Məcəlləsinin 269-cu maddəsinin tələbinə görə gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; Həmin Məcəllənin 270.3-cü maddəsinə əsasən, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Məcəllənin qeyd olunan imperativ tələblərindən göründüyü kimi, malların idxalı zamanı istər ödəiyci tərəfindən, istərsə də gömrük orqanı tərəfindən səhvə yol verilərsə, gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində ödəyicinin və ya onun nümayəndəsinin müvafiq ərizəsi əsasında gömrük ordanı tərəfindən qəbul edilən qərar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılmalıdır. Müvafiq icra hakimiyyəti - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” isə aşağıdakıları müəyyən edilmişdir: “6.1.gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir; 6.7.gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir; 6.8. tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır; 6.9.gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir; 7.1. maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir; 7.2. gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir.” Beləliklə də, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilən hissəsində əsaslı olduğu sübuta yetirilir. Başqa sözlə, cavabdeh apellyasiya şikayətinin qərarın, iddianın təmin edilən hissəsində maddi və prosessual hüquq normaları pozulmaqla qəbul olunduğunu mübahisələndirilən dəlillərinin əsassız olduğu öz təsdiqini tapır. Məhkəmə kollegiyası, həmçinin, iddiaçının apellyasiya şikayətinin, xx.xx.2021-ci il tarixli **********8453 sorğu nömrəli gömrük bəyannaməsinə münasibətdə hisssəində onun iddia tələbinin rədd edilməsinin prosessual qanunvericiliyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə də razılaşmır. Belə ki, işin hallarından isə göründüyü kimi iddiaçı malları (qida əlavələri) ölkəyə xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022ci il tarixdə idxal etmişdir. Gömrük Məcəlləsinin 267.2-ci maddəsinə əsasən gömrük orqanları bu Məcəllənin 270.1ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İddia olunan xx.xx.2021-ci il tarixdə **********8453 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilən mallara (qida əlavəsi) münasibətdə artıq ödənilən gömrük ödənişinin qaytarılması barədə ərizə iddiaçı tərəfindən 1 illik müddətin ötürülməsi ilə verilmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə idxal etdiyi 8 bəyannamə üzrə artıq ödənilmiş gömrük ödənişinin qaytarılması barədə ümumi müraciəti (ərizəsi) sürətli daşıma xidməti (“Mərkəzi Expres”) vasitəsilə cavabdeh gömrük orqanına xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir, yəni, 1 illik müddətin ötürülməsi ilə verilmişdir (i.v.38). Qeyd olunmalıdır ki, bu halda müddətlərin hesablanma qaydası məhkəmədə işə baxılmasının prosedur qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin tələblərinə əsasən deyil, İnzibati icraat haqqında qanunvuericiliyin tələblərinə müvafiq tənzimlənməlidir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinin imperativ tələbində isə nəzərədə tutulur ki, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi, Qanunun qeyd olunan tələbi baxımından nəzərə alındıqnda belə, iddia olunan xx.xx.2021-ci il tarixdə **********8453 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişinin qaytarılmasına aid hissəsində iddiaçının ərizəsi Gömürk Məcəlləsinin 270.1-ci maddəsi ilə müəyyən edilən 1 illik müddətin ötürülməsi ilə verilmişdir. Çünki adıçəkilən poçt qaiməsində iddiaçının ərizəsinin daşıma xidmətinə göndərilməsi üçün verildiyi xx.xx.2022-ci il tarixdən 5 gün keçdikdən sonra, yəni, xx.xx.2022-ci il tarixdə cavabdeh gömrük orqanına təqdim olunmuş sayılır. Belə olan halda da ərizəçi tərəfindən ərizənin verilməsi üçün 1 illik müddət artıq buraxılmış olur. Başqa sözlə, onun apellyasiya şikayətinin iddia tləbinin rədd olunan hissəsi ilə razılaşmayan dəlillərinin əsassız olduğu sübuta yetirilir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın qismən təmin edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası həmin qərarın - iddiaçı tərəfindən iddianın rədd edilən, cavabdeh tərəfindən isə təmin edilən hissələrində qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2605/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2605/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar