Məhkəmə qərarları › İş №2-1(103)-3316/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3316/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3316/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, X10 və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3rşı “iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3682/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3682/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh X4 üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı həmin qurumda Layihələrlə iş şöbəsinin müdiri vəzifəsində işə başlamışdır. Milli Observatoriyanın xx.xx.2024-cü il tarixli 3-17-6/3-4- 120/2024 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutulmaqla (əmək müqaviləsinin müddətinin başa çatması) xitam verilmiş, onunla son-haqq hesab aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı haqqında Əsasnamə”yə müvafiq olaraq fəaliyyət göstərən istifadəçinin elektron kabinetindən çıxarışdan göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh qurumda qəbulda olmuş, işaxtaran və işsiz şəxslərə vakansiyalar barədə məlumat verilməsi istiqaməti üzrə sorğu ilə müraciət etmiş, cavabdeh qurumun əməkdaşı G.Əfəndiyeva tərəfindən ona aşağıdakı məzmunda izah verilmişdir: “Vətəndaş işsiz şəxs kimi qeydiyyata alınmışdır. Vətəndaşa peşəyönümlü məsləhət xidməti verilmiş və FMP-nin təsdiq edilməsinə köməklik göstərilməsi üçün müvafiq əməkdaşa yönləndirildi”. Beləliklə, iddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyi tarixdən etibarən müvafiq dövlət informasiya ehtiyatlarının X11 “işsiz” statusunda qeydiyyata alınmışdır. “E-sosial” internet portalının iddiaçının elektron kabinetindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçı yenidən cavabdeh quruma bu dəfə işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı sorğu ilə müraciət etmiş, qurumun əməkdaşı A.Hüseynova tərəfindən ona aşağıdakı məzmunda cavab verilmiş və müraciəti kargüzarlıq xidmətinə göndərilmişdir: "Vətəndaş işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. Vətəndaşa hər ay boş iş yerlərinə göndəriş verilməsi üçün müraciət etməsi və fərdi məşğulluq proqramının icrası barədə hesabatı hər ayın sonuncu iş günü bitənədək təqdim edilməli olduğu barədə məlumat verildi”. “E-sosial” internet portalının iddiaçının elektron kabinetindən çıxarışdan görünür ki, iddiaçı növbəti dəfə - xx.xx.2024-cü il tarixdə cavabdeh quruma işsizlikdən sığorta ödənişinin təyin edilməsi istiqaməti üzrə müraciət etmiş, cavabdeh qurumun əməkdaşı T.Namazova tərəfindən ona aşağıdakı məzmunda cavab verilmişdir: "İşsizlikdən sığorta ödənişinin təyin edilməsi və müddəti barədə məlumat verildi. Vətəndaşın fərdi şəxsi hesabında X6 ödəmələri var.” Göründüyü kimi dəfələrlə şifahi qaydada müraciət etməsinə və qəbulda olmasına baxmayaraq, qanunsuz və əsassız olaraq iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtina edilmişdir. “E-sosial” internet portalının iddiaçının elektron kabinetindən çıxarışdan görünür ki, iddiaçı növbəti dəfə - xx.xx.2024-cü il tarixdə cavabdeh quruma işsizlikdən sığorta ödənişinin təyin edilməsi istiqaməti üzrə müraciət etmiş, ona rəsmi qaydada imtina cavabının təqdim edilməsini xahiş etmiş, cavabdeh qurumun əməkdaşı A.Zülfüqarlı tərəfindən ona aşağıdakı məzmunda cavab verilmişdir: "Vətəndaş X6 təqdim olunan arayışı Sizə təqdim etdi. İmtina olacağı təqdirdə vətəndaş rəsmi cavab verilməsini istəyir”. “E-sosial” internet portalının iddiaçının elektron kabinetindən çıxarışdan görünür ki, iddiaçı bu dəfə xx.xx.2024-cü il tarixdə DOST Mərkəzinə Ünvanlı dövlət sosial yardımının təyin olunması istiqaməti üzrə müraciət etmiş, qurumun əməkdaşı V.Mustafazadə tərəfindən ona aşağıdakı məzmunda cavab verilmişdir: "Ünvanlı dövlət sosial yardımının təyinatı qaydası izah olundu. Əmək qabiliyyətli ailə üzvünün ondan asılı olan səbəbdən məşğulluğunun olmadığı halda rəsmi məşğulluğun təmin edilməsi barədə məlumat verildi. Ailənin orta aylıq gəlirinin ehtiyac meyarının məcmusuna bərabər və ya yuxarı olma halının imtina səbəbi olduğu qeyd edilmişdir”. Azərbaycan Respublikası Dövlət X2 təşkili və idarəedilməsi departamentinin müdiri A.Bağırovun 18 sentyabr 2024-cü il tarixli 9-3/2-M42- 799/2024 saylı Arayışından görünür ki, "Verilir, İddiaçı, ondan ötrü ki, o həqiqətən X16 ilə əməkdaşlıq edir. Sonuncu dəfə 14 iyul 2024-cü il tarixində imtahana imtahan rəhbəri qismində cəlb edilmişdir. X16 tərəfindən şəxsin hesabına son ödənilən məbləğ 8 avqust 2024-cü il tarixində 98 manat olmuşdur. Arayış X5 təqdim etmək üçün verilir”. Azərbaycan Respublikası Dövlət X2 təşkili və idarəedilməsi departamentinin müdiri A.Bağırovun 18 sentyabr 2024-cü il tarixli 9-3/2-M- 42-799/2024 saylı Arayışından görünür ki, iddiaçı DİM ilə imtahanları təşkili üzrə vaxtaşırı əməkdaşlıq etmiş, bu əməkdaşlıq epizodik və mövsümi xarakter daşıyır, yalnız həmin qurum tərəfindən keçirilən imtahanların təşkili ilə hər imtahan üzrə ayrıca ödənişin aparılması ilə məhdudlaşır, 08 avqust 2024-cü il tarixdən sonra tərəflər arasında hər hansı əməkdaşlıq olmamış, sifarişçidən hər hansı tapşırıq alınmamış və hər hansı ödəniş aparılmamış, hər hansı gəlir, qazanc və s. əldə edilməmişdir. Həmçinin, qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab olunmadığından İddiaçı vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmamış və DİM tərəfindən də belə bir tələb irəli sürülməmiş, hər ödəniş aparılarkən DİM tərəfindən hər ödəniş üzrə sosial sığorta haqları ödəmə mənbəyindən tutularaq İddiaçı DSMF-dəki fərdi sosial sığorta hesabına ödənişlər aparılmışdır. Qeyd olunan sosial sığorta ödənişləri də “E-sosial” internet portalında öz əksini tapmışdır və cavabdeh üçün əlçatan məlumatdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən verilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən sığorta ödənişi almaq hüququna yalnız dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndinə), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən) və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə və Məcəllənin 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən) əmək müqaviləsinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 - 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 - 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan, bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsizlikdən sığorta ödənişi təyin edilir və hesablanır. Qanunun 4.1.2-ci maddəsinə və 5.12.1-ci maddəsinin qarşılıqlı təhlilinə əsasən, mülkihüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər məşğul şəxslər hesab olunur və bu şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əmək və məşğulluq” altsistemində (bundan sonra - ƏMAS) işsiz kimi qeydiyyata alındığı zaman müvafiq altsistemdə onun Azərbaycan Respublikasının X16ndə xidməti müqavilə əsasında çalışdığı aşkar edilməmişdir. Hazırkı iddia üzrə iddiaçı 5 avqust 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə görə işsiz statusu ala bilməz (işsiz statusunun olması isə işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün əsas şərtlərdən biridir), belə ki, müvafiq altsistemdə iddiaçının 2023-2024-cü illər üzrə X6 gəlirlərinin olduğu öz əksini tapmış, beləliklə İddiaçı qüvvədə olan mülki-hüquqi xarakterli müqavilə üzrə məşğul şəxs olmuşdur. Belə olduğu halda şəxsin mülki-hüquqi xarakterli müqavilənin qüvvədə olduğu dövrdə işsiz statusu alması qanunvericiliyin tələbləri ilə uyğunsuzluq təşkil edir. Qanunun 5.11.4-cü maddəsinə əsasən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatların aşkar olunması şəxslərin işsiz statusunun ləğv edilməsi əsaslarındandır. Qeyd olunanlara əsasən İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtina edilməsi qanunvericilik baxımından hüquqi və əsaslı xarakter daşıyır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3682/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddianın təmin edilməsi, İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh X4 üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3682/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsinə 5 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı işsizlikdən sığorta ödənişinin təyinatı ilə əlaqədar Agentliyə müraciət etmişdir. Agentlik tərəfindən İddiaçı müraciəti araşdırılmış və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemində iddiaçının 2023-2024-cü illər üzrə Azərbaycan Respublikasının X6 gəlirlərinin olduğu öz əksini tapmışdır. Beləliklə, İddiaçı qüvvədə olan mülki-hüquqi xarakterli müqavilə üzrə məşğul şəxs olmuşdur. Qeyd olunanları nəzərə alaraq “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.2-ci maddəsinə əsasən məşğul şəxs hesab edilərək İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsi qanunamüvafiq hesab edilməmişdir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən sığorta ödənişi almaq hüququna yalnız dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən) və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və Məcəllənin 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən) əmək müqaviləsinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4-13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, bu Qanunun 13.1.1-ci, 13.1.2- ci və 13.1.4-13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan, bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsizlikdən sığorta ödənişi təyin edilir və hesablanır. “Məşğulluq haqqında” Qanunun 4.1.2-ci maddəsinə və 5.12.1-ci maddəsinin qarşılıqlı təhlilinə əsasən mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər məşğul şəxslər hesab olunur və bu şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. İddiaçı MEİS-in “Əmək və məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alındığı zaman müvafiq altsistemdə onun DİM-də xidməti müqavilə əsasında çalışdığı aşkar edilməmişdir. Belə olduğu halda şəxsin mülki-hüquqi xarakterli müqavilənin qüvvədə olduğu dövrdə işsiz statusu alması qanunvericiliyin tələbləri ilə uyğunsuzluq təşkil edir. “Məşğulluq haqqında” Qanunun 5.11.4-cü maddəsinə əsasən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatların aşkar olunması şəxslərin işsiz statusunun ləğv edilməsi əsaslarındandır. İşə baxan məhkəmə maddi hüquq normalarına riayət etməmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmamış, qanunvericilikdə konkret təsbit edilən müddəaların olduğuna baxmayaraq iddianı təmin etmişdir. Mübahisənin məhkəmədənkənar həlli perspektivinin araşdırılması məqsədilə məhkəmə prosesindən öncə şifahi qaydada Agentlik tərəfindən iddiaçıdan onunla DİM arasında mülki-hüquqi müqavilənin ləğv edilməsi və ödənişlərinin olmaması barədə arayış təqdim etməsi tələb edilmişdir. Lakin İddiaçı mübahisənin məhkəmədənkənar həllində maraqlı olmadığını bildirərək mübahisəyə məhkəmə qaydasında baxılmasını tələb etmişdir. İddiaçı məhkəmə iclasında da DİM ilə əməkdaşlıq etdiyini etiraf etmişdir. Mübahisənin məhkəmədənkənar həlli məqsədilə məhkəmə iclasında da şifahi qaydada Agentlik tərəfindən iddiaçıdan onunla DİM arasında mülki-hüquqi müqavilənin qüvvədə olmaması barədə arayış təqdim etməsi tələb edilmiş, lakin İddiaçı müvafiq məzmunlu arayışı təqdim etməmiş, həmin məzmunlu arayışı əldə edəcəyi təqdirdə gələcəkdə onunla DİM arasında əməkdaşlıq perspektivlərinin sual altına düşəcəyindən çəkindiyini bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırda da iddiaçı ilə DİM arasında qüvvədə olan mülki-hüquqi xarakterli müqavilə mövcuddur. Bundan əlavə, Agentliyin iddiaçıya qarşı hər hansı qərəzli mövqeyi istisna olunur. Qeyd olunanları nəzərə alaraq Agentliyin nümayəndəsi tərəfindən 19 may 2025-ci il tarixdə məhkəmə işinin müvəffəqiyyətli həlli məqsədilə DİM ilə İddiaçı arasında hazırda qüvvədə olan hər hansı mülki-hüquqi müqavilənin mövcud olub-olmaması, mövcud olduğu təqdirdə, həmin müqavilənin hansı tarixdən etibarən qüvvədə olduğu barədə Azərbaycan Respublikasının X16nə məhkəmə tərəfindən sorğu ünvanlanması barədə birinci instansiya məhkəməsinə vəsatət təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Həmçinin, işə baxan məhkəmə qərar verərkən iddianın təmin edilməsinin hansı dövrə şamil edildiyini qeyd etməmişdir. Belə ki, hal-hazırda İddiaçı ƏMAS-da 13 may 2025-ci il tarixdə "xxxx" QSC ilə bağlanılmış aktiv əmək müqaviləsi qüvvədədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki; - İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri vəzifəsində çalışan İddiaçılə bağlanmış müddətli əmək müqaviləsinin bitmə tarixi - 28 iyul 2024-cü il tarixi işçinin 15 iyul 2024-cü il tarixindən 4 avqust 2024-cü il tarixinədək əmək qabiliyyətinin olmaması dövrünə təsadüf etdiyindən (Seriya SN 00008 №064091) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndini rəhbər tutaraq əmək müqaviləsinə 5 avqust 2024-cü il tarixdə xitam verilmişdir. - DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 2024-cü il üzrə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat var: fevral 2024 – iyul 2024, 2.394,70 manat gəlir, ödənilmiş məcburi sosial sığorta haqları 598,69 manat. - Azərbaycan Respublikası X16 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası X9 təşkil etdiyi imtahanlarda imtahan rəhbəri kimi fəaliyyət göstərib və 2024-cü ildə gəlirləri 2.394,7 manat təşkil etmişdir. - ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərinə əsasən iddiaçı Nazirliyin tabeliyində DSMFdan hər hansı bir əmək pensiyası, sosial müavinət, Prezident təqaüdü və ünvanlı dövlət sosial yardımı almır. Hazırkı işin hallarından müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın xx.xx.2024-cü il tarixli 3-17-6/3-4- 120/2024 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutulmaqla (əmək müqaviləsinin müddətinin başa çatması) xitam verilmişdir. İddiaçı tərəfindən işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 tərəfindən müraciətin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, elektron informasiya sisteminin “Sığorta” altsistemində Azərbaycan Respublikasının X6 gəlir aşkar olunduğu üçün iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişi təyin edilməsi mümkün olmamışdır. İddiaçı bundan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gəlmiş, mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə iddiaçının işsizlikdən sığorta ödənişini almaq hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 5 avqust 2024-cü il tarixdə xitam verilmişdir. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə məhz ƏM-nin 73-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq xitam verilmişdir ki, bu sığorta hadisəsinin baş verdiyinə dəlalət edir ki, bu da faktiki olaraq “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən işsizlikdən sığorta almaq hüququnu verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, “İşsizlikdən sığorta haqqında” Qanunun: 2.0.1-ci maddəsinə əsasən işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. 2.0.2-ci maddəsinə əsasən işsizlikdən sığortanın subyektləri – sığortaçı, sığortaolunanlar və sığortaedənlərdir. 2.0.6-cı maddəsinə əsasən sığorta hadisəsi – sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları; 2.0.7-ci maddəsinə əsasən sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği; 2.0.10-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti; “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.18-ci maddəsinə əsasən sığorta ödənişi – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta hadisəsi baş verdikdə, sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir. 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 5.2-ci maddəsinə əsasən şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar. 5.3-cü maddəsinə əsasən bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 5.4-cü maddəsinə əsasən şəxs işaxtaran və ya işsiz kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. 5.5-ci maddəsinə əsasən şəxs bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş ərizə ilə müraciət etdiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınmasını istisna edən hal müəyyən etmədikdə işsiz kimi, əks halda işaxtaran (bu Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. 5.6-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslər fərdi məşğulluq vərəqindən çıxarışı elektron informasiya sistemindən real vaxt rejimində əldə etmək hüququna malikdirlər. 5.7-ci maddəsinə əsasən işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin ixtisası, peşəsi, əlilliyi və yaşayış ünvanı üzrə məlumatlar dəyişdiyi halda onlar elektron informasiya sistemində bu barədə məlumatları yeniləməlidirlər. 5.8-ci maddəsinə əsasən aşağıdakı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır: 5.8.1. hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə; 5.8.2. barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə; 5.8.3. işaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində. 5.9-ci maddəsinə əsasən aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir: 5.9.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında münasib işlə təmin olunduqda; 5.9.2. vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 5.9.3. təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə; 5.9.4. işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə; 5.9.5. bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə; 5.9.6. bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı bu Qanunun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə. 5.10-ci maddəsinə əsasən aşağıdakı hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır: 5.10.1. hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə; 5.10.2. barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə; 5.10.3. ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində; 5.10-1. Bu Qanunun 5.8-ci və 5.10-cu maddələrinə əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir. 5.11-ci maddəsinə əsasən aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir: 5.11.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; 5.11.2. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda; 5.11.3. vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 5.11.4. təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda; 5.11.5. işsiz kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə; 5.11.6. təhsil müəssisəsinə əyani qəbul olunduqda; 5.11.7. fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə; 5.11.8. fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı bu Qanunun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə. 5.12-ci maddəsinə əsasən aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir: 5.12.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilənlər; 5.12.2. 15 yaşına çatmayanlar; 5.12.3. təhsil müəssisəsində əyani təhsil alanlar; 5.12.4. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər; 5.12.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsaslılığının yoxlanılması üçün araşdırılmalı olan hal hazırkı halda işsizlikdən sığorta ödənişinin ödənilməsi üçün sığorta hadisəsi kimi qeyd olunan əsaslardan hər hansı birinin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. “İşsizlikdən sığorta haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən; 13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; 13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən; 13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən. Hazırkı işin hallarından görünür ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq 05 avqust 2024-cü il tarixdə xitam verilmişdir. “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1.3-cü maddəsində göstərilən əsas üzrə İddiaçı işsizlikdən sığorta ödənişi almaq hüququ vardır. Cavabdeh inzibati orqan imtinasının, həmçinin apellyasiya şikayətinin dəlili odur ki, X6 gəlir əldə etməsi aşkar edilmiş, işə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən bu hal etiraf edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlilinə münasibətdə qeyd edir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri X14 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən verilmiş məktubda qeyd edilir ki, uçot baza məlumatlarına əsasən İddiaçı vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilməmişdir. ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən İddiaçı işsiz kimi qeydiyyatdadır və adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının X16 ilə hər hansı əmək müqaviləsi bağlanmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçının X16 ilə əməkdaşlığı 2024-cü ildə olmuşdur. İddiaçı hazırda qüvvədə olan əmək müqaviləsi mövcud olmadığı üçün iddiaçının işsiz statusu hüquqi qüvvəsini saxlanılmış və ləğv edilməmişdir. Bu fəaliyyət nə fərdi sahibkarlıq fəaliyyəti kimi, nə də mülki-hüquqi müqavilə əsasında müntəzəm gəlir əldə etmək məqsədilə həyata keçirilməmişdir. X16 tərəfindən məhkəməyə təqdim edilmiş 11 mart 2025-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı X9 təşkil etdiyi imtahanlarda imtahan rəhbəri kimi fəaliyyət göstərib. Məktubda iddiaçının 2024-ci ilin fevral, mart, aprel, may, iyun ayları üçün gəlirlər göstərilib. Azərbaycan Respublikası X16 tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli arayışa əsasən iddiaçı X16 ilə əməkdaşlıq edir. Sonuncu dəfə 14 iyul 2024-cü il tarixində imtahana imtahan rəhbəri qismində cəlb edilmişdir. X16 tərəfindən şəxsin hesabına son ödənilən məbləğ 08 avqust 2024-cü il tarixində 98 manat olmuşdur. Bu hallar onu göstərir ki, iddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra onun X16 ilə əməkdaşlığı olmamışdır, bununla bağlı iddiaçı tərəfindən gəlir əldə edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasının heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3682/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3682/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Həmid Ağalarov Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar