Məhkəmə qərarları › İş №2-1(103)-3343/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3343/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3343/2024 23.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiаçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçünün dublikatının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 687/2023 nömrəli, xx.xx.2023-cü il qərarına izah verilməsi” ilə bağlı cavabdehin ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(112)-687/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardaddan ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2- 1(112)-687/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərara izah verilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-687/2023 nömrəli qərarı icraya yönəldilmiş, lakin qərarın icra mərhələsində İddiaçı aid torpaq sahəsinin planı və ölçüsü sənədinin əsli deyil, həmin sənədin surəti idarənin arxivində aşkar edilmiş, eyni zamanda vaxtilə iddiaçıya verilmiş plan-ölçü sənədi lazımi qaydada imzalanmamış və təsdiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”-nin 7-ci bəndinə əsasən plan və ölçü itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə dublikat verilir. Bu halda plan və ölçünün yuxarı sağ tərəfində iri hərflərlə “DUBLİKAT” ştampı vurulur. Dublikat müvafiq vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq olunur. O cümlədən elektron kadastr baza məlumatına əsasən göstərilən sahə digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından sənədin sistem tərəfindən çap olunaraq tərtib edilməsi də texniki cəhətdən qeyri-mümkündür. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 230-cu maddəsinə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1 (112)-687/2023 saylı qərarına izah verilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-687/2023 nömrəli qərarı icraya yönəldilmiş, lakin qərarın icra mərhələsində İddiaçı aid torpaq sahəsinin planı və ölçüsü sənədinin əsli deyil, həmin sənədin surəti idarənin arxivində aşkar edilmiş, eyni zamanda vaxtilə iddiaçıya verilmiş plan-ölçü sənədi lazımi qaydada imzalanmamış və təsdiq edilməmişdir. Belə ki, Azərbaycan RespublikasıPrezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”-nin 7-ci bəndinə əsasən plan və ölçü itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə dublikat verilir. Bu halda plan və ölçünün yuxarı sağ tərəfində iri hərflərlə “DUBLİKAT” ştampı vurulur. Dublikat müvafiq vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq olunur. O cümlədən elektron kadastr baza məlumatına əsasən göstərilən sahə digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından sənədin sistem tərəfindən çap olunaraq tərtib edilməsi də texniki cəhətdən qeyri-mümkündür. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair plan və ölçünün dublikatının verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini Bakı İnzibati Məhkəməsindən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair plan və ölçünün dublikatının verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2509/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-391/2024 nömrəli, xx.xx.2024-cü il qərarı ilə, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2509/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərar qanuni qüvvəsini aldığından xx.xx.2024-ci il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli məktubla qərarın icra edilməməsi ilə bağlı cavabdeh yenidən xəbərdar edilmişdir. Bundan sonra isə cavabdeh qərara izah ilə bağlı məhkəməyə müraciət etmişdir. Kollegiya iş materiallarını nəzərdən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin izahını xahiş etdiyi məhkəmə qərarında aydın və dəqiq olmayan, həmçinin ziddiyyətli məqam yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, ...Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. (14-cü bənd) Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, ərizənin təmin edilməməsi ilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və apelyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar