Məhkəmə qərarları › İş №2-1(103)-3403/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3403/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3403/2025 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Səmədovun sədrliyi və məruzəsi ilə, X16 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20rşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-281/2025 nömrəli, 21 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 10/1 nömrəli evə (əvvəlki ünvan 2rhum X10 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı qismən ləğv edilmiş, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçüncü şəxs qismində iştirakına xitam verilmiş və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun verdiyi Texniki Pasporta əsasən Bakı şəhəri, Suraxanı qəsəbəsi, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 10/1 №-li ev (əvvəlki ünvan - Suraxanı qəsəbəsi, Əmircan qəsəbəsi, 4-cü Mədən küçəsi, ev 10/10) X9 qanuni sahiblik və istifadəsində olmuşdur. X19 ailə üzvləri - həyat yoldaşı və övladları ilə həmin evdə yaşamış, həmin yaşayış sahəsində pasport qeydiyyatına alınmışlar. X19 xx.xx.2022ci il tarixdə ölmüşdür. X9 ölümündən sonra, onun övladı İddiaçı mərhumun vərəsəsi olaraq Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 40 saylı notariat ofisi 07 mart 2023-cü il tarixdə X-163 saylı məktubla Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmilləşdirilməsi üçün mərhum X6 miras qalmış Bakı şəhəri, Suraxanı qəsəbəsi, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 10/1 №-li evə dair dövlət reyestrindən çıxarışın verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X13 eyni məzmunlu, yəni Bakı şəhəri, Suraxanı qəsəbəsi, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 10/1 №- li evə (əvvəlki ünvan 2rhum X10 məxsus olması barədə arayışın verilməsi barədə ərizə ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət göndərmişdir. Lakin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri iddiaçının həmin ilkin müraciətinə cavab verməmiş, hərəkətsizlik göstərmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı arxiv texniki pasportunda qeyd olunan fərdi yaşayış evinin mövcud olmadığı və yeni fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmiş, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport təqdim edilməlidir. Eyni zamanda, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasportun baş planı arasında konfiqurasiya və perimetrik ölçülərdə fərq mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən fərdi yaşayış evinin girişi Atəşgah Milli Qoruğunun daxilindəndir. Həmçinin, darvaza qapısı dövlət tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əsas hesab edilir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya dair yazılı münasibətini məhkəməyə bildirərək, qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi 1976-cı ildən SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla neft-qaz əməliyyatlarının aparılması üçün 20 sentyabr 2005-ci il tarixli 997-İİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 16 avqust 2005-ci il tarixdə SOCAR, Rafi Oyl EfZeİ ("xxxx") və SOCAR-ın Ortaq Neft Şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə (Saziş) əsasən “X21 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Rafi Oyl EfZeİ və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli 997-İİQ nömrəli Qanununda göstərilir: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2005ci il 1 iyul tarixli 875 nömrəli Sərəncamına uyğun olaraq, 2005-ci il avqustun 16-da Azərbaycajn Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) ilə X7 Rafi Oyl EfZeİ ("xxxx" və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının qanunvericiliyində Sazişin əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq nizamlanmadığını; Azərbaycan Respublikasının karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikalı Qanununun olmadığını; Sazişin şərtlərinə görə onun qanunverici orqan tərəfindən təsdiqindən sonra Qanun olmasını; bu Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: “1. “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Rafi Oyl EfZeİ və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 avqust tarixli 161 nömrəli Qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra “Hökumət təminatı” adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin. 4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olur. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur; 5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır “X21 Kompani S.A.” Şirkəti tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Bakı İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(112)-281/2025 saylı qərarı ilə (hakim H.Ağalarov) iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd olunduğu kimi, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun verdiyi Texniki Pasporta əsasən Bakı şəhəri, Suraxanı qəsəbəsi, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləlşən 10/1 №-li ev (əvvəlki ünvanı Suraxanı qəsəbəsi, Əmircan qəsəbəsi, 4-cü Mədən küçəsi, ev 10/10) X9 qanuni sahiblik və istifadəsində olmuşdur. X19 ailə üzvləri – həyat yoldaşı və övladları ilə həmin evdə yaşamış, həmin yaşayış sahəsində pasport qeydiyyatına alınmışlar. X19 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X9 ölümündən sonra, onun övladı İddiaçı mərhumun vərəsəsi olaraq Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 40 saylı notariat ofisi 07 mart 2023-cü il tarixdə X-163 saylı məktubla Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün mərhum X6 miras qalmış Bakı şəhəri, Suraxanı qəsəbəsi, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləlşən 10/1 №-li evə dair dövlət reyestrindən çıxarışın verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Cəvahir Abdulova eyni məzmunlu, yəni Bakı şəhəri, Suraxanı qəsəbəsi, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləlşən 10/1 №-li evə (əvvəlki ünvanı ünvan 2rhum X10 məxsus olması barədə arayışın verilməsi barədə ərizə ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət göndərmişdir. Lakin hal-hazıradək cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində iddiaçının həmin əsaslı müraciəti müsbət həllini tapmamışdır. Halbuki, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun verdiyi Texniki Pasporta əsasən Bakı şəhəri, Suraxanı qəsəbəsi, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 10/1 №-li ev X9 qanuni sahiblik və istifadəsində olmuşdur. Mərhumun ailə üzvləri, o cümlədən də iddiaçı X13 hal-hazırda da həmin evdə yaşamaqda davam edir. Qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində yaşayış və bağ evlərinə, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmışdır. İddiaçının hazırki iddia ərizəsinə əlavə etdiyi Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun verdiyi Texniki Pasport Bakı şəhəri, Suraxanı qəsəbəsi, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləlşən 10/1 №-li ev üzərində hüquqların əldə edilməsi təsdiq edən sənədlərin siyahısındadır. İddiaçının sahiblik və istifadəsində olan fərdi yaşayış evinin qonşuluğunda yerləşən evlərin dövlət qeydiyyatına alınması barədə iddiaçıda məlumat olduğu üçün, həmin məlumatın əldə olunması üçün məhkəməyə vəsatət təqdim etmiş, məhkəmə vəsatəti təmin edərək, DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərmişdir. İddiaçı tərəf, bununla kifayətlənməyərək, özü də eyni məzmunlu sorğu ilə DƏDKR-nə müraciət etmişdir. Məhkəmə, öz sorğusuna cavabı gözləmədən, iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. İddiaçı tərəfin sorğusu isə DƏDKR tərəfindən cavablandırılmışdır. DƏDKR-nin xx.xx.2025-ci il tarixli (iddiaçı həmin məktubu məhkəmə qərarı qəbul edildikdən sonra almışdır) məktubunda bildirilir ki, “X11 adına Bakı ŞİHB-nın 694 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 06 nömrəli xx.xx.2001-ci il tarixli protokolundan çıxarışa əsasən ünvan 8 saylı fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi, əvvəllər iddiaçının atasına məxsus, sonuncunun ölümündən sonra isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi küçədə mövcud olan başqa bir yaşayış evi dövlət qeydiyyatına alınmış, evin sahibinə isə çıxarış verilmişdir. Halbuki, hər iki evin yerləşdiyi ərazi cavabdeh tərəfin iddia etdiyi kimi, həm qoruq, həm də neft şirkətinə ayrılmış ərazidə yerləşən əmlaklardır. Bu hal iddiaçıya münasibətdə bərabər yanaşma prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərlə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və digər üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı, cavabdeh və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1983-cü ildə “Şəxsi Mülkiyyət Hüququ ilə X5 və Qiymətləndirilməsinə aid Pasport”a əsasən, ünvan 3 ünvanında yerləşən əmlaka mülkiyyət hüququ X14 məxsus olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsinə ünvanlanmış 07 mart 2023-cü il tarixli, X-163 nömrəli məktubundan görünür ki, xx.xx.1949-cu il tarixdə anadan olmuş (FİN kod: 2LKXBQ1), ölən günədək, yəni xx.xx.2022-ci il tarixədək ünvan 4 ünvanında qeydiyyatda olmuş mərhum X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsə qızı - İddiaçı tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, tərəflərindən vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli mütəxəssis rəyində göstərilmişdir, göstərilən torpaq sahəsi sənəd üzrə 0,01795 ha olsa da, faktiki olaraq hasar daxili 0,0394 ha təşkil edir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı arxiv texniki pasportunda qeyd olunan fərdi yaşayış evinin mövcud olmadığı və yeni fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Sözügedən fərdi yaşayış evinin girişi Atəşgah Milli Qoruğunun daxilindəndir (darvaza qapısı dövlət tərəfindən inşa edilmişdir). Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir (“X24” şirkəti). Həmçinin, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasportun baş planı arasında konfiqurasiya və perimetrik ölçülərdə fərq mövcuddur. İşin hallarından müəyyən edilir ki, iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 10/1 nömrəli evin (əvvəlki ünvanı Suraxanı qəsəbəsi, Əmircan qəsəbəsi, 4-cü Mədən küçəsi, ev 10/10) Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1983-cü ildə “Şəxsi Mülkiyyət Hüququ ilə X5 və Qiymətləndirilməsinə aid Pasport”a əsasən mərhum atası X14 verilməsinə istinad edərək mülkiyyət hüququ barədə məxsusluq arayışının verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti cavablandırılmamış, iddiaçı bundan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən fərdi yaşayış evi üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçının istinad etdiyi texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən deyil, Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1344 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,01795 ha olsa da, faktiki olaraq hasar daxili 0,0394 ha təşkil edir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı arxiv texniki pasportunda qeyd olunan fərdi yaşayış evinin mövcud olmadığı və yeni fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Sözügedən fərdi yaşayış evinin girişi Atəşgah Milli Qoruğunun daxilindəndir (darvaza qapısı dövlət tərəfindən inşa edilmişdir). Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir (“X24” şirkəti). Həmçinin, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasportun baş planı arasında konfiqurasiya və perimetrik ölçülərdə fərq mövcuddur. Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar; 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə). Qanunvericiliyin tələbindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin siyahısı sadalanmış, lakin iddiaçı tərəfindən mübahisəli əmlakla bağlı hüquqların atasına məxsus olması barədə arayışın verilməsi üçün göstərilən sənədlərdən hər hansı biri təqdim edilə bilməmişdir. İddiaçı tərəfindən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1983-cü ildə “Şəxsi Mülkiyyət Hüququ ilə X5 və Qiymətləndirilməsinə aid Pasport”a istinad edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə nəzər yetirildikdə görünür ki, şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportları vermək səlahiyyəti Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinə məxsus olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sözügedən Siyahının 1.2-ci bəndində nəzər yetirdikdə görünür ki, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən torpaq qeydləri verilə bilər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sənəd səlahiyyətli qurum tərəfindən verilmədiyi üçün mülkiyyət hüququnun qeydiyyatının həyata keçirilməsi üçün əsas ola bilməz. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçının sahiblik və istifadəsində olan fərdi yaşayış evinin qonşuluğunda yerləşən evlərin dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu göndərilsə də, məhkəmə prosesləri davam etdiyi dövrdə sorğu cavablandırılmamışdır. Sonradan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin sorğuya cavab olaraq əldə edilmiş xx.xx.2025-ci il tarixli məktubunda bildirilir ki, X11 adına Bakı ŞİHB-nın 694 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 06 nömrəli xx.xx.2001-ci il tarixli protokolundan çıxarışa əsasən ünvan 8 saylı fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, mübahisəli evin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna aid ərazidə yerləşdiyi bildirilsə də, iddiaçının evinin qonşuluğunda yerləşən fərdi yaşayış evinə dair cavabdeh orqan tərəfindən çıxarış verilmişdir. Həmçinin, mübahisəli ərazidə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid hər hansı tikili və ya qurğu da mövcud deyil. Belə ki, həmin ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna aid ərazi olsa idi, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mübahisəli əraziyə dair 2001-ci ildə sərəncam verilməsi mümkün olmazdı. Mübahisəli ərazi qəsəbədir və uzun müddətdir ki, orada yaşayış mövcuddur. Göstərilən dəlillər üzrə araşdırılma aparılması məqsədilə X15 münasibətdə ünvan 6 yerləşən 10/3 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması barədə verilmiş çıxarışın, habelə çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin surətinin, ünvan 6 ünvanında yerləşən 10/1 saylı fərdi yaşayış evinin qonşuluğundakı (yaxınlığındakı) digər fərdi yaşayış evlərinə dair mülkiyyət hüququnun reyestrdə qeydə alınıb-alınmaması barədə müvafiq məlumatın, qeydə alındığı təqdirdə, mülkiyyət hüququnu təsdiq edən çıxarışların surətinin təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 3-21- 3-30/2-57957/2025 nömrəli, 3 dekabr 2025-ci il tarixli məktubla cavab verilərək ünvan 7 ünvanına, habelə təqdim edilən kadastr məlumatları əsasında sözügedən ərazinin qonşuluğunda qeydə alınmış daşınmaz əmlaklara dair ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş ünvan 7 ünvanında yerləşən evlə bağlı şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ev X22 verilmişdir. Pasporta ev sahibliyinin kartoçkası əlavə edilmişdir. Kartoçkada evin və torpaq sahəsinin ölçüləri göstərilmişdir. Pasporta həmçinin evin sxemi, əsas tikililərin mərtəbələr üzrə planı, torpaq sahəsinin planı əlavə edilmişdir. “Əmircan qəsəbəsi, A.Rzayev (köhnə 4-cü mədən 10) küçəsi, 10/13 nömrəli evin ilkin hüquqi qeydiyyata alınmasına icazə verilməsi haqqında” Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 703 nömrəli, 04 dekabr 2002-ci il tarixli Sərəncamından görünür ki, vətəndaş X17 rayon icra hakimiyyətinə müraciət edərək, mərhum atasına məxsus olan evin ilkin hüquqi qeydiyyata alınmasına icazə verilməsini xahiş etmişdir. Sərəncama əsasən mərhum X25 tərəfindən 1940-cı ildə tikilmiş, 166,90 kv.m torpaq sahəsində yerləşmiş, sahəsi 28,10 kv.m olan 2 yaşayış otaqlarından, sahəsi 5,10 kv.m olan köməkçi otaqlardan və həyətyanı təsərrüfat tikilililərindən ibarət Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 10/13 nömrəli evinin müəyyən edilməsi, sökülməsinin məqsədəuyğun olmamasının və orada yaşayan ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini nəzərə alaraq, aşkar edilmiş əlavə tikililərin, həmin ölçüləri ilə saxlanılması və həmin mülkün 367,0 kv.m torpaq sahəsində yerləşmiş, sahəsi 78,90 kv.m olan 6 yaşayış otaqlardan, sahəsi 66,50 kv.m olan köməkçi otaqlardan və həyətyanı təsərrüfat tikililərindən ibarət hesab olunması, Tİ və MHQ İdarəsinə həmin evin ilkin hüquqi qeydiyyata alınmasına icazə verilməsinə sərəncam verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 17 may 1999-cu il tarixli, 996 nömrəli Sərəncamına əsasən X1 fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 4 nömrəli evin yanında 400 kv.m torpaq sahəsi ayrılmışdır. X1 ayrılmış sahədə İ85-000-İİİC nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, kürsülük 2 m müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 291 nömrəli, 19 aprel 2005ci il tarixli Sərəncamına əsasən vətəndaş X4 2002-ci ildə tikilmiş, 670,0 kv.m torpaq sahəsində yerləşmiş, sahəsi 98,70 kv.m olan 6 yaşayış otaqlarından, sahəsi 195,90 kv.m olan köməkçi otaqlardan və həyətyanı təsərrüfat tikililərindən ibarət olan Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 11 saylı yaşayış evinin mülkiyyətçisi müəyyən edilmiş, Tİ və MHQ İdarəsinə həmin evin ilkin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 3-21- 3-30/2-57957/2025 nömrəli, 3 dekabr 2025-ci il tarixli məktubuna, həmçinin Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 11 nömrəli evlə bağlı X2 adına verilmiş texniki pasport da əlavə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 3-21- 3-30/2-57957/2025 nömrəli, 3 dekabr 2025-ci il tarixli məktubuna həmçinin ünvan 8 ünvanında yerləşən evlə bağlı X11 adına verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport, Forma 2 arayışı əlavə edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 694 nömrəli, 01 noyabr 2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının 6 nömrəli, 31 oktyabr 2001-ci il tarixli Protokolundan çıxarışdan görünür ki, X11 yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 10/3 nömrəli özbaşına tikilmiş evə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi (əvvəlki - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Mədən küçəsi) ünvanında qeydiyyata alınmış fərdi yaşayış evlərinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna aid ərazidə yerləşibyerləşməməsi, X11 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və ünvan 6 yerləşən 10/3 saylı fərdi yaşayış evinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna aid ərazidə yerləşib-yerləşməməsi barədə müvafiq məlumatların, habelə X15 mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətinin əldə olunması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 3-21- 3-30/2-11065/2026 nömrəli, 26 fevral 2026-cı il tarixli məktubla cavab verilərək qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 405.5 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində təqribi tikintialtı sahəsi 155.8 kv.m olan birmərtəbəli yaşayış evi mövcuddur. Sahəyə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Suraxanı Oil Ə.Ş). Sahə yaxınlığında təqribən 12.0 m məsafədə və ayrı-ayrı məsafələrdə neft quyuları mövcuddur (işlək olması ilə bağlı məlumat yoxdur). Sözügedən torpaq sahəsi şərq tərəfdən “Atəşgah Məbədi” X28 Qoruğuna aid ərazi ilə həmsərhəddir. Bundan əlavə olaraq müraciətdə qeyd olunan sənəd surətləri təqdim edilir. Məktuba Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 694 nömrəli, 01 noyabr 2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının 6 nömrəli, 31 oktyabr 2001-ci il tarixli Protokolundan çıxarışın surəti, X11 adına verilmiş Forma 2 arayışı təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçı ilə bağlı fərqli rəftarın göstərilməsi müəyyən edilməmişdir. X11 adına mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olmuş sənəd Bakı ŞİHB-nın 694 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamıdır. Bu inzibati akt “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində mülkiyyət hüququnun qeydə alınmasının əsaslarından biri kimi göstərilmişdir. Hazırkı halda isə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 3-21-3-30/2-11065/2026 nömrəli, 26 fevral 2026-cı il tarixli məktubda da qeyd edilir ki, ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Bu hal ekspert rəyində də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1344 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,01795 ha olsa da, faktiki olaraq hasar daxili 0,0394 ha təşkil edir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı arxiv texniki pasportunda qeyd olunan fərdi yaşayış evinin mövcud olmadığı və yeni fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Sözügedən fərdi yaşayış evinin girişi Atəşgah Milli Qoruğunun daxilindəndir (darvaza qapısı dövlət tərəfindən inşa edilmişdir). Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir (“X24” şirkəti). Həmçinin, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasportun baş planı arasında konfiqurasiya və perimetrik ölçülərdə fərq mövcuddur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı hüquqi əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndi də analoji mövqedən çıxış edir. Lakin həmin bənddə göstərilən “elektron çıxarış” ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən “çıxarış” eyniləşdirilməməlidir. Belə ki, Qanunun tələbləri baxımından çıxarış – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədədir. Lakin Təlimatda qeyd edilən elektron çıxarış Qanunun 22.2-ci maddəsində göstərilən arayışla eynilik təşkil edir. Təlimatın 7.1-ci bəndində də “reyestrdən çıxarış” ilə “elektron çıxarış” anlayışları bir-birindən fərqləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-281/2025 nömrəli, 21 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Orxan İsmayılov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar