Məhkəmə qərarları › İş №2-1(103)-3429/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3429/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3429/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı Ələsgər oğlunun cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “arayışda dəyişiklik edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5339/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Rəfail oğlu cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktım) əsassız hesab edəsiniz, cavabdehin Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli qərarın ilk dəfə icra edərək xx.xx.2022-ci il tarixli tibb müəssisəsisinin 0280003AAFMA göndərişinə əsassən tərtib etdiyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışım (inzibati aktını) əsas kimi hesab edərək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayış) Diaqnoz qrafasında yazılmış "Postkonturion sindrom, baş beyin xəstəliyi, zədələnməsiyəya disfunkşiyast nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyqlär və koqniliv funksiyaların enməsi ilə, Anamnez ində psixotik epizodlar keçirilməsi qeyd olunur, Nevrastçniya, Kəskin asleno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edəri pşixotk hallar" sözlərinin Diaqnoz qrafasında “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Poştravmatik ensefalopatiya ll mərhələ, ikz-lez təkrarlanan epileptik qıcolma tutmaları sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış “əmək qabiliyyətsiz’’ sözlərinin Əmək zəmanəti qrafasında “Yüngül işlərdə işləyə bilər "sözləri ilə əvəz edilməsi öhtəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilıtatsiya Agentiyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2954/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitaisya Agentliyinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını əsassız hesab edilməsi, cavabdehin Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli qərarını ilk dəfə icra edərək xx.xx.20221-ci il tarixli tibb müəssisəsinin 0280003AAFMA göndərişinə əsasən tərtib etdiyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının “Diaqnoz qrafası”nda yazılmış “Postkontuzion sindromu, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə, anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur; nevrasteniya, kəskin asteno-nevrotik sondrom, davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar” sözlərinin “Hərbi əməliiyat nəticəsində alınmış zədələnmələr, keçirilmiş kəllə-beyin travması, baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri, davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar, posttravmatik ensefalopatiya ll mərhələ, tez-tez təkrarlanan epipeptik qıcolma tutmaları” sözləri ilə və “Əmək zəmanəti” qrafasında yazılmış “əmək qabiliyyətsiz” sözlərinin “Yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə 2-1(118)-2954/2022 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1993-cü ildən 1996-cı ilədək Cəmşid Naxçıvanski adına hərbi litseydə, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir.Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2-ci qrup müharibə əlillidir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. İddiaçı qeyd edir ki, mayor rütbəsində zabit kimi Xüsusi Təyinatlı, kəşfiyyat bölmələrində və xidmətimin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçmişdir. İddiaçı qeyd etmişdir ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X2, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərimizin yanında olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3029/2021 sayı qərarı ilə ona “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qərarı verilməsi təmin etdi. Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 195 nömrəli qərarı ilə təmin edilmişdir. İddiaçının xəstəlik diaqnozu 2008-ci ildən bu günədək eyni xəstəlikdir. Əlavə qeyd etmişdir ki, eyni diaqnozla və səhərimdə olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olmuş və bu xəstəlik diaqnozuna əsasən ona 2-ci qrup xx.xx.2021-ci il tarixdən etibarən müddətsiz əlillik təyin edilməsini qanuna müvafiq hesab edir. Belə ki, ona müddətsiz əlillik təyin edilməsindən cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmişdir, Ali Məhkəmənin 2-l(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2- l(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2- l(112)-8104/2021 nömrəli Qərarlarını ilə xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsinə qərar verildi və cavabdeh tərəfindən icra edildi. İddiaçıya müddətsiz əlillik təyin edilənədək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının diaqnoz və əmək zəmanəti qrafasında düzəlişlər edilərək cavabdeh tərəfindən ona qarşı bir çox qanuna zidd hərəkətlərə yol verilmişdir, xx.xx.2021ci ilə kimi təyin olunmuş əlillikdə əmək zəmanəti qrafasında "Xüsusiyaradılmış şəraitdə işləyə bilər" kimi qeyd edilmiş, sonradan xx.xx.2021-ci ildə əlillik səbəbi dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra əmək zəmanəti qrafasında; "Ruhi-əsəb gərginliyi tələb almayan yüngül işlərdə işləyə bilər" kimi qeyd edilmiş, daha sonra Ali Məhkəmənin 24(102)1012/2022 nömrəli qərarını icra edərək xx.xx.2022-ci ildə xx.xx.2021-ci il tarixdəri etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlilik təyin edilərkən əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işləddə işləyə bilər” kimi qeyd edilmişdir. Cavabdehin qanuna zidd hərəkətləri barədə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Azərbaycan Respublikası adından çıxarılan qanuni qüvvəsini alan AH Məhkəmənin 24(102)4 012/2022 nömrəli Qərarını nəzərə almaqla xx.xx.2021-ci il tarixdən etibarən iddiaçıya 2-ci qrup Azərbayqanş Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Əmək zəmanəti qrafasında yazılmış "Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər’’ sözlərinin T ibbi -Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayşında əmək zəmanəti qrafasında "yüngül işlərdə işləyə bilər" sözləri ilə əvəz edilməsinə göstəriş verəsiniz. Lakin xx.xx.202244 il tarixli müraciətindən sonra cavabdeh əvvələr olduğu kimi yenə də ona qarşı qərəzli mövqe nümayiş etdirmişdir, belə ki, xx.xx.2022-ci ildə elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, müraciətinə əsasən ona köməkdarlıq etmək əvəzinə Tibbi-Sosial Ekspert Komissiyasına sonuncü müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış “Hərbi əməliyyatlar nəticəsində alınmış -zədələnmətər. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallan Postravmptik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları" sözlərinin Diaqnoz qrafasında “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası” nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və konitiv funksiyaların enməsi ilə. Ananınezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevkasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən pşıxork hallqr” sözləri ilə və Dmək zəmanəti qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmtıyäp yüngül işlərdə işləyə hilər" sözlərinin əlillik arayşında Əmək zəmanəti qrafasında “əmək qabilfyytfsiz “ sözləri ilə əvəz etmişdir. Halhazırda müraciəti ondan ibarətdir ki, cavabdehin elektron altsistemə müdxilə edərək gündə bir inzibati akt qəbul etməklə ona Əlil, Sosial və Sosial inkişaf və dövlət hüquqlarının pozulmasına gətirib çıxarması barədə həlakətlərini qanunsuz hesab edərək, sonradan ikinci dəfə xx.xx.2022-ci il tarixli inzibati aktının əsassız hesab edəsiniz. Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli Qərarını ilk dəfə icra edərək xx.xx.2022-ci il tarixli inzibati aktını əsas kimi hesab edərək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılnış “Postkontuzion sindrom, baş beyhn xəstəliyi, zədələnməsi və ya dışfunksiyası nəticəsində yaranan şəxsiyyət və dayramş pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Ananınezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzUnqıüddətli (iki ildən çox) təzahür edən psixotk hallar” sözlərinin Diaqnoz qrafasında “Hərbi əməliyyadar. nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Prostramatik ensefalopatya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları”. sözləri ilə və Əhıək zəmanəti qrafasında yazılmış “əmək qabiliyyətsiz” sözlərinin əlillik arayşında Əmək zəmanəti qrafasında “Yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5339/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının xx.xx.2023-cü il tarixli idddia tələbinin dəqiqləşməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5339/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Rəfail oğlunun iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin baxıliması üçün Bakı İnzibati Məhkəməsində göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin müəyyən edilməsi hazırki mübahisənin predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır ki bu da qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq müəyyən edilmişdir. Buna görə də əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş qərarının mövcudluğu, hazırki iddia tələbinə ayrıca iddia (şikayət) qaydasında baxılmasının mümkünlüyünü istisna edir. Həmçinin iddiaçının əlillik səbəbləri məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh həmin qərarda göstərilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1., 2.4.3. və 2.4.4-cü maddələrinə əsasənəlilliyin səbəb əlaqəsini müəyyən etməyə borclu olmuşdur. Belə olan halda iddiaçı məhkəmədə yenidən eyni məzmunlu iddia tələbi ilə bağlı iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən qəbul edilmiş qərar iddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirməlidir İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5339/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar