Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3457/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyasının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər:aktın ləğv olunması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyasının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “aktın ləğv olunması və qurultay qərarlarının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(112)- 2896/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyası cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyasının xx.xx.2023-cü il tarixində keçirilmiş Vİİ (X) qurultayının qərarlarının qeydiyyata alınmasından imtina ilə bağlı xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14- 6061/6/2023 saylı aktın ləğv olunması və qurultay qərarlarının qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (bundan sonra - iddiaçı və yaxud AXCP) ******* identifikasiya kodu ilə 01 sentyabr 1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində əsas fəaliyyət növü siyasi fəaliyyət olmaqla siyasi partiya təşkilati-hüquqi formasında qeydiyyata alınmış və ona 30 nömrəli dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. 24 iyun 2023-cü il tarixində AXCPnin 7-ci qurultayı keçirilmişdir. Bu qurultayda Nizamnaməyə uyğun olaraq partiyanın rəhbər orqanları formalaşdırılaraq, gizli səsvermə nəticəsində X1, Murad Sultanov, Təzəxan Mirələmli, Fədai Qənbərov, Rza Abdullayev, Sahib Rüstəmli, Nüşabə Qatarlı. Fəridə Həsənova AXCP Nəzarət Təftiş Komissiyasına (NTK) üzv seçilmişdir. Yenə həmin qurultayın qərarı ilə AXCP rayon və şəhər təşkilatlarının konfrans və ya ümumi yığıncaqlarında seçilmiş AXCP Ali Məclisinin yeni tərkibi təsdiq olunmuşdur. AXCP Vİİ (X) qurultayı qərara almışdır ki, yeni proqram layihəsinin müzakirəsi başa çatana qədər AXCP Vİİ (X) qurultayının nümayəndələrinin səlahiyyəti saxlanılır. Müzakirələr başa çatdıqdan sonra qurultay nümayəndələri yeni proqramı müzakirə və qəbul etmək üçün toplanacaqdır. Bundan sonra xx.xx.2023-cü il tarixində bu faktın dövlət reyestrinə daxil edilməsi üçün qurultayın sənədləri AXCP-nin səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti İdarəsinə (bundan sonra - cavabdeh təşkilat və yaxud AR ƏN) təqdim edilmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2023- cü il tarixli, 3-16-5/2-14- 6061/6/2023 saylı akt ilə faktın dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Həmin imtina cavabı iddiaçıya xx.xx.2023-cü ildə təqdim olunmuş, bununla əsaslandırılmışdır ki, iddiaçı X6 cavabdehlər X8 və Azərbaycan X9rşı seçki nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkünlüyü ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı Ədliyyə Nazirliyinə daxil olmuşdur. Həmçinin A.Əliyevin sözügedən qurultayın nizamnamənin tələblərinə zidd keçirilməsi, nəticələrinin etibarsız hesab edilməsi və dövlət qeydiyyatına alınmamasına dair müraciəti də nazirliyə təqdim olunmuşdur .
3. Bakı İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(112)-2896/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
4. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyinin imtina aktında partiyanın 7-ci qurultayının qeydiyyata alınmamasına əsas kimi Aydın Əliyevin AXCP partiyasına qarşı seçki nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadının Ədliyyə Nazirliyinə daxil olduğunu göstərmişlər. Cavabdeh aktında imtinanın heç bir əsaslarını göstərməmişdir. Cavabdehə təqdim edilmiş sənədlər AR qanunvericiliyinə uyğundur, məlumatlar və ona əlavə edilmiş sənədlərdə heç bir yanlışlıq yoxdur. İmtinanın digər əsası Qanunun 11.3.4 maddəsi ilə müəyyən olunmuşdur və həmin normaya əsasən imtina isə təqdim etdikləri sənədlərdə çatışmamazlıq olması barədə məlumat verilsəydi qanunla müəyyən edilmiş müddətdə bu çatışmazlıq aradan qaldırılmasaydı, o zaman cavabdeh orqanı imtinası əsaslı olardı. Cavabdehin imtinaedici aktında göstərdiyi əsas müvafiq qanunun tələblərinin arasında mövcud deyildir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
6. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
8. İş materiallarında olan dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ******* identifikasiya kodu ilə qeydiyyata alınmış və əsas fəaliyyət növü “siyasi fəaliyyət”, təşkilatı hüquqi forması “siyasi partiya”, yerləşdiyi yer Bakı şəhəri, Xəqani küçəsi, ev 33 olmuşdur.
9. İşdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının nizamnaməsindən görünür ki, partiyanın ali orqanı iki ildə bir dəfə çağırılan qurultaydır (Vİ. 1.bənd). Qurultaylararası müddətdə partiyanın ali orqanı AXCP Ali Məclisidir (Vİ. 5.bənd). AXCP Ali Məclisi iki il müddətində X13 Heyətini, Sədrini, onun müavinlərini və katibini seçir (Vİ. 9.1. bənd). AXCP-nin sədri AXCP Qurultayı tərəfindən 2 il müddətinə seçilir. AXCP-nin fəaliyyətinə rəhbərlik edir və AXCP-nin fəaliyyəti üçün məsuliyyət daşıyır. Partiyanı təmsil edir (Vİ. 10.bənd).
10. xx.xx.2023-cü il tarixli AXCP Ali Məclisinin tərkibinin təsdiq edilməsi haqqında AXCP Vİİ (X) qurultayının qərarından görünür ki, AXCP rayon və şəhər təşkilatlarının konfrans və ümumi yığıncaqlarında seçilmiş AXCP Ali Məclisinin yeni tərkibi təsdiq olunmuşdur.
11. xx.xx.2023-cü il tarixli AXCP sədrinin seçilməsi haqqında AXCP Vİİ (X) qurultayının qərarından görünür ki, gizli səsvermə nəticəsində X8 AXCP sədri seçilmişdir.
12. xx.xx.2023-cü il tarixli Qurultay nümayəndələrinin səlahiyyətinin AXCP-nin yeni proqram layihəsinin müzakirəsi başa çatana qədər saxlanılması haqqında AXCP Vİİ (X) qurultayının qərarından görünür ki, AXCP-nin yeni proqram layihəsinin müzakirəsi başa çatana qədər AXCP Vİİ (X) qurultayının nümayəndələrinin səlahiyyətinin saxlanılması və müzakirələr başa çatdıqdan sonra qurultay nümayəndələrinin yeni proqramı müzakirə və qəbul etmək üçün toplanması qərara alınmışdır.
13. xx.xx.2023-cü il tarixli AXCP X5 (NTK) seçilməsi haqqında AXCP Vİİ (X) qurultayının qərarından görünür ki, açıq səsvermənin nəticələrinə görə, Murad Sultanov, Təzəxan Mirələmli, Fədai Qənbərov, Rza Abdullayev, Sahib Rüstəmli, Nüşabə Qafarlı, Fəridə Həsənova AXCP NTK-ya üzv seçilmişdir.
14. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, Azərbaycan Xalq Cəbhəsi Partiyasının 24 iyun 2023-cü il tarixdə keçirilmiş Vİİ (X) qurultayının qərarlarının qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının ərizəsi təmin edilməmiş və xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçı X6 cavabdehlər X8 və Azərbaycan X9rşı seçki nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkünlüyü ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı Ədliyyə Nazirliyinə daxil olmuşdur. Həmçinin, A.Əliyevin sözügedən qurultayın nizamnamənin tələblərinə zidd keçirilməsi, nəticələrinin etibarsız hesab edilməsi və dövlət qeydiyyatına alınmamasına dair müraciəti də nazirliyə təqdim olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. «Siyasi Partiyalar haqqında » Qanunun: - 1.1.4-cü maddəsinə əsasən siyasi partiyanın orqanları – siyasi partiyanın idarəetmə orqanları olan ali orqanı, qurultayarası kollegial orqanı və (və ya) sədri, həmçinin nəzarət orqanıdır. - 14.1-ci maddəsinə əsasən Siyasi partiyanın ali idarəetmə orqanı siyasi partiyanın qurultayıdır. Qurultay siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş müddətlərdə, lakin 5 ildə bir dəfədən az olmayaraq keçirilir. Siyasi partiyanın növbəti və növbədənkənar qurultayı partiyanın qurultayarası kollegial idarəetmə orqanının (həmin orqan olmadığı halda partiya sədrinin) qərarı ilə çağırılır. Növbədənkənar qurultay səlahiyyətlərinə aid olan məsələlər çərçivəsində nəzarət orqanının, həmçinin partiya üzvlərinin ən azı üçdə iki hissəsinin qurultayarası kollegial idarəetmə orqanına (həmin orqan olmadığı halda partiyanın sədrinə) edilmiş müraciəti əsasında da çağırılır. - 14.2-ci maddəsinə əsasən Qurultayın müstəsna səlahiyyətlərinə aşağıdakılar daxildir: - 14.3-cü maddəsinə əsasən siyasi partiya sədrinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi. - 16.1-ci maddəsinə əsasən Siyasi partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün idarəetmə orqanı olan sədr seçilə bilər. Sədr partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Qurultay sədri seçir və səlahiyyətlərinə xitam verir. Siyasi partiyanın nizamnaməsi ilə sədrin səlahiyyət müddəti, həmçinin müavinlərinin olması müəyyən oluna bilər.
19. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında » Qanunun: - (Maddə 9.1) Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.; - (Maddə 9.2) Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; - (Maddə 11.3.) Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: -11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; -11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; -11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; -11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; -11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; -1.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. -( Maddə 12.1) Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən aparılır. -(Maddə 14.1) Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: -14.1.1.qurumun adı (firma); -14.1.2.qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); -14.1.3.qurumun təşkilati-hüquqi forması; -14.1.4.maliyyə ili; -14.1.5.vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; -14.1.6.qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; -14.1.7.qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; -14.1.8.hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar; -14.1.8-1.qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; -14.1.9.qurumun ləğvetmə prosesində olması barədə məlumat; - 14.1.9-1. məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar; -14.1.10. qurumun ləğv edilməsi barədə məlumat. İstinad olunan normalardan məlum olur ki, hüquqi şəxs, o cümlədən siyasi partiya dövlət qeydiyyatına alındıqdan sonra reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik olduqda, həmin dəyişikliyə dair sənədlər təqdim edilməli və dəyişiklik qeydə alınmalıdır
20. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə siyasi partiya kimi AXCPnin növbəti Qurultayı keçirilmiş və həmin qurultayda qəbul edilmiş qərarlarla partiyanın Ali Məclisinin tərkibi, sədri, Nəzarət Təftiş Komissiyasının tərkibi müəyyən edilmiş, iddiaçı həmin qərarların qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Yuxarıda istinad olunan qanunvericiliyə əsasən yalnız siyasi partiyanın qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar reyestrdə qeydiyyata alınmalı olduğundan iddiaçının hüquqi marağı da məhz qurultayın AXCP-nin sədrinin seçilməsi barədə qərarın nəticələrinin qeydə alınmasına yönəlmişdir.
21. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-284/2024 saylı qərardadından görünür ki, iddiaçı X10 cavabdehlər X7 və Azərbaycan X9rşı “seçki nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, AXCP-nin xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Maştağa qəsəbəsində keçirilmiş Qurultayının nəticələrinin etibarsız hesab edilməsini xahiş etmiş, məhkəmə tərəfindən Qurultayda iştirak edən şəxslərin imzaları müabhisələndirildiyindən bu halın müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Göründüyü kimi, siyasi partiyanın üzvü olan A.Əliyev hazırda AXCP-nin xx.xx.2023-cü il tarixli Qurultayının nəticələrinin yanlış olduğunu, həqiqəti əks etdirmədiyini iddia edir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, AXCP-nin xx.xx.2023-cü il tarixdə keçirilmiş qurultayının nəticələri, o cümlədən Ə.Kərimlinin sədr seçilməsi barədə qərar mübahisələndirilir, deməli, həmin qərarın nəticələri reyestrdə qeydə alına bilməz. Çünki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda və ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli Qurultayın nəticələrinin mübahisələndirilməsi ilə bağlı yekun məhkəmə qərarı qəbul edildikdən sonra iddiaçı dəyişikliyin qeydə alınması üçün yenidən cavabdehə müraciət edə bilər və bu iş üzrə qərar, iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 23.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
24. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
25. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(112)-2896/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Kamran Əkbərov Cahangir Yusifov