Məhkəmə qərarları › İş №2-1(103)-349/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-349/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-349/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergi orqanının qərarının mübahisələndirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi olaraq xx.xx.2016 - xx.xx.2019-ci illəri əhatə edən xx.xx.2020-ci il tarixli **********193343 saylı Səyyar vergi yoxlaması aktında olan Mənfəət vergisinin müqayisəli cədvəli və xx.xx.2020-ci il tarixli **********138804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına ğörə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən yoxlamanın nəticəsi üzrə Mənfəət vergisi, ƏDV və nağdsız hesablaşmalar üzrə təkliflər verilmişdir.

2. Cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********138804 saylı, 7 avqust 2020-ci il tarixli qərarına əsasən, iddiaçıya ümumilikdə 18.018,28 manat vergi məbləği hesablanmış və 11.134,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktıı

a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 29 mart 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********138804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, yoxlama zamanı xx.xx.2020-ci il tarixli **********198459 saylı “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında" qərar qəbul edilmiş, lakin həmin qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid malumat reyestri”ndə qeydiyyata alınmamışdır. Yoxlama zamanı xx.xx.2020-ci il tarixli **********97173 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə" qərar qəbul edilmiş, lakin həmin qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. Aktı tərtib etmiş vəzifəli şəxslərin adları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə mövcud deyil. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.5, 4.5- 1, 4.7, və 5.2-ci bəndlərinə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinə və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 10, 11 və 17-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, vergi orqanının aktda qeyd etdiyi və dövriyyədən gizlədildiyini iddia etdiyi və əlavə ƏDV hesabladığı 41203.65 manatıq malın siyahısını həmin aktda qeyd etməmiş, əvvəldən də bu məsələ ilə bağlı vergi ödəyicisindən izahat tələb etməmiş, həmçinin vergi ödəyicisinin akt tərtib olunduqdan sonrakı müraciətlərinə (və vergi ödəyicisinin bütün satışlarının VHF/Eqaimə nömrələri qeyd olunan detallı izahat təqdim etməsinə) baxmayaraq vergi orqanı 41203.65 manatlıq malın siyahısını vergi ödəyicisinə təqdim edə bilməmişdir.Həmçinin, vergi orqanı, özünün iddia etdiyi 41203.65 manatlıq mal siyahısını aydınlaşdırmağa cəhd etməmiş, vergi ödəyicisinə heç bir sorğu göndərməmiş və inventarizasiyaya zərurət olduğu halda onu da keçirməmişdir. Qeyd olunanlarla yanaşı yoxlama zamanı 2016-ci il üçün mənfəət vergisi üzrə 2444.49 manat büdcəyə əlavə vergi hesablanmışdır. Bu dövr üzrə əlavə vergi məbləği hesablana bilməz və bu dövr üzrə maliyyə sanksiyası tətbiq oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 56, 83.3 və 85.4-cü maddələri vergi orqanlarına vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 3 il sonra vergi, faiz və maliyyə sanksiyasını hesablamasını qadağan edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Beləliklə, 2016-ci il üçün mənfəət vergisinin hesablanması, həmçinin hesablanmış vergilərin vergi orqanı tərəfindən yenidən hesablanması üçün müəyyən edilmiş müddət müvafiq olaraq, 2020-ci ilin 31 mart tarixində başa çatmışdır. Bu səbəbdən də həmin dövr üzrə əlavə vergi məbləği hesablana bilməz və maliyyə sanksiyası tətbiq oluna bilməz. Yoxlama zamanı 2017-ci il üzrə mənfəət vergisi hesablanarkən həmin ilə aid yeganə YGB-nin dəyəri sənədin üzərindəki məbləğdən az götürülmüş və təkzib olunmaz hüquqi qüvvəsi olan sənədlərə istinad edən digər 16000 xərc də nəzərə alınmamışdır. 16000 manatlıq xərci təqsdiq edən müqavilə, qaimə və digər sənədlər mövcuddur. Vergi orqanı əsassız olaraq 16000 manatlıq və YGB- dəki xərci nəzərə almamışdır.Yoxlama zamanı 2018-ci il üçün şərti rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki şərti rentabellik tətbiq edilməklə vergilərin hesablanması üçün Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit edilmiş hüquqi əsas olmamışdır. Belə ki, 2018- ci il üzrə bütün gəlir və xərclər hüqüqi qüvvəsi olan sənədlərə istinad edir və heç bir mübahisəli xərc mövcud deyil. Həmçinin aktda vergi ödəyicisi tərəfindən 2018ci il üçün mənfəət vergisi bəyannaməsinin boş təqdim olunduğu və ya təqdim olunmadığı qeyd olunub. Bu tamamilə əsassızdır. Belə ki, 2018-ci ilin mənfəət vergisi üçün vergi orqanı tərəfindən kameral hesablama ilə vergi hesablanmış və vergi ödəyicisi bununla razılaşmayaraq şikayət etmiş, şikayət Vergilər Nazirliyinin Apellyasiya şurası tərəfindən təmin edilmişdir (xx.xx.2019-cu il tarixli qərar) və vergi ödəyicisinin 2018-ci ili zərərlə başa vurduğu qəbul olunmuşdur. Yoxlama zamanı isə heç bir əlavə mütəxəssis, ekspert rəyi və digər əsas olmadan vergi orqanı 2018-ci il üçün əlavə vergi hesablayaraq yuxarı orqanın mövcud inzibati praktikasına zidd hərəkət etməklə etimad hüququnun qorunması prinsipini pozmuşdur. Yoxlama zamanı, vergi orqanının aktda qeyd etdiyi və guya dövriyyədən gizlədildiyini iddia etdiyi və əlavə ƏDV hesabladığı 41203.65 manatlıq malın siyahısını həmin aktda qeyd etməmiş, əvvəldən də bu məsələ ilə bağlı vergi ödəyicisindən izahat tələb etməmiş, həmçinin vergi ödəyicisinin akt tərtib olunduqdan sonrakı müraciətlərinə (və vergi ödəyicisinin bütün satışlarının VHF/E-qaimə nömrələri qeyd olunan detallı izahat təqdim etməsinə) baxmayaraq vergi orqanı 41203.65 manatlıq malın siyahısını vergi ödəyicisinə təqdim edə bilməmişdir. Həmçinin, vergi orqanı, özünün iddia etdiyi 41203.65 manatlıq mal siyahısını aydınlaşdırmağa cəhd etməmiş, vergi ödəyicisinə heç bir sorğu göndərməmiş və inventarizasiyaya zərurət olduğu halda onu da keçirməmişdir. Yoxlama zamanı hesablanmış ƏDV-nin əsaslandırılması mövcud deyil və hesablamalar vergi qanunvericiliyi ilə əsaslandırılmamışdır. Vergi orqanının və guya dövriyyədən gizlədildiyini iddia etdiyi 41203.65 manatlıq məbləğ tamamilə əsassız və böhtandır və VHF, Eqaimə. Alqı-satqı müqaviləsi sənədləri ilə bu malların satıldığı açıq aşkar görünür. Həmin dövr üçün cəmi, 2500 manat civarında mal qalığı mövcüddur. Aktda təqdim olunan cədvəldə 2017-ci ilin ƏDV vergisi üçün kənarlaşma göstərmədiyi halda, həmin aktın mətnində vergi orqanın 2017-ci ildə alınan malın da dövriyyədən gizlədildiyini bildirir. Nəticədə yoxlama kobud qanun pozuntuları ilə aparılaraq, qanunsuz inzibati akt qəbul olunmuşdur.İddiaçı qeyd edilənlərə əsasən qeyd edir ki, həmin akt və qərar həmin hissələrdə ləğv edilməlidir.

Cavabdehin etirazları:

5. Cavabdeh etirazda Vergi Məcəlləsinin 16.1.3, 16.1.6, 23.1.1, 23.1.2, 130.2 və 159.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisı faktiki olaraq sənaye avadanlıqlarının idxalı və topdansatışı fəaliyyəti ilə məşğul olmuşdur. Cəmiyyətin yoxlama ilə əhatə edilən dövrdə təsərrüfat subyekti olmamışdır. İddiaçının yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaları tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi və yoxlayıcı X7 barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaması barədə iddia ərizəsində qeyd etdiyi dəlilləri əsassızdır. Səyyar vergi yoxlamasının keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi zamanı Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın tələblərinə əməl olunmuşdur. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş yoxlama xx.xx.2019-cu il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş (№ KY191395489; xx.xx.2019-cu il), yoxlamanın keçirilməsi haqqında qərar, bildiriş və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2019-cu il tarixdə cəmiyyətin direktoru X5 alınmasını təsdiq edən üsulla təqdim edilmişdir. Yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiy dövrdə yoxlama müddətinin uzadılması və dayandırılması (təxirə salınması) barədə məlumatlar, eyni zamanda yoxlayıcı X7 barədə məlumat da reyestrə daxil edilmişdir. Vergi Məcəlləsinin 38.7-ci maddəsində yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlamasının dayandırılması halları və müddətləri qeyd olunmuşdur. Yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin uzadılması və dayandırılması (təxirə salınması) barədə məlumatların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.16-cı bəndinə əsasən reyestrə daxil edilməsi nəzərdə tutulmuşdur. Dayandırılmış (təxirə salınmış) yoxlamaların bərpa edilməsi barədə məlumatların reyestrə daxil edilməsi həmin əsasnamədə nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinə və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na əsasən səyyar vergi yoxlamasının obyektiv və tam keçirilməsi üçün “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli **********192702 nömrəli tələbnamə vergi ödəyicisınə təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanması ilə bağlı tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Sənədlər yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2- cı maddəsinə əsasən “Sənədlərin təqdim olunmasından imtina barədə” xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyalann götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194908 nömrəli qərar çıxanlmışdır. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyi üçün “Sənədlərin və nümunə kimi əşyalann verilməsindən imtina barədə” xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə isə vergi ödəyicisi tərəfindən sənədlərin bir hissəsi təqdim edildiyindən xx.xx.2020-ci il tarixli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol tərtib olunmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin binalarının habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194897 nömrəli qərara əsasən vergi ödəyicisinin ünvan 1 ünvanına baxış keçirilməsinə icazə verilməmişdir. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanının vəzifəli şəxslərinin ərazilərə və binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilməməsi barədə” xx.xx.2019-cu il tarixli **********194903 nömrəli akt tərtib edilmişdir. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar vergi yoxlamasının predmetinə aid olan sənədlər, vergi ödəyicisinin bank hesabları üzrə hərəkəti barədə hesablann yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar və vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli protokolla yoxlamaya təqdim edilmiş sənədlər əsasında aparılmışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakılar müəyyən edilmişdir. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən 2016-cı ilin dekabr ayı üzrə xx.xx.2016-cı il tarixli **********106 nömrəli yük gömrük bəyannaməsinə əsasən ödənilmiş 444,42 manat ƏDV məbləğinin 429,58 manatı əvəzləşməyə təqdim edildiyindən (444,42-429,58=14,84) 14,84 manat ƏDV məbləği əvəzləşmədə nəzərə alınmışdır. Eyni zamanda Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən ƏDV-yə cəlb olunan dövriyyənin 2018-ci ilin sentyabr ayında 389 manat, oktyabr ayında 4750,68 manat az əks etdirilməsi, noyabr ayında 4750,68 manat, dekabr ayında 2470,43 manat artıq bəyan edilməsi müəyyən olunmuşdur. 2019-cu il üzrə isə mart ayında 550 manat artıq, iyul ayında 182,38 manat dövriyyənin az bəyan edildiyi müəyyən olundu. Əlavə olaraq da vergi ödəyicisi tərəfindən əldə olunmuş HU987563 nömrəli EVHF-sı üzrə Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulmaqla ƏDV-nin depozit hesabından 70,7 manat ƏDV məbləği üzrə ödəniş edilməmiş və yoxlama tərəfindən qeyd olunan faktura 2018-ci ilin oktyabr ayında təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmədən silinmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2017- ci, 2018-ci və 2019-cu illər ərzində cəmi 113353,12 manat mallar idxal edilmiş və elektron vergi hesab faktura əsasında 4349 manat mallar alınmışdır. Lakin yoxlama ilə qeyd olunan dövrlərdə müəssisə tərəfindən elektron qaimə faktura və elektron vergi hesab faktura əsasında təqdim edilmiş malların cəmi alış qiymətinin 76498,47 manat olduğu müəyyən edilmişdir. Nəticədə 41203,65 (117702,12- 76498,47) manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, eyni zamanda vergi ödəyicisinin aktiv təsərüffat subyektinin olmaması və baxışın keçirilməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmadığından yoxlama ilə qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416,65 manat (41203 65*18%) əlavə vergi hesablanmışdır. Beləliklə, yoxlama ilə əlavə dəyər vergisinin 1413,63 manat aıuq 8445 33 manat isə azaldılması aşkar edilmişdir.. Mənfəət vergisi üzrə: Yoxlama ilə 2016-cı, 2017-ci və 2018-ci illəı üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir Vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi boş təqdim edilmişdir. Kameral vergi yoxlaması nəticəsi üzrə “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********468700 nömrəli qərar qəbul edilərək ümumi gəlir 60136,17 manat, o cümlədən: malların təqdim edilməsindən 60136,17 manat; gəlirin əldə edilməsi ilə bağlı xərclər 50113,47 manat, o cümlədən: digər xərclər 50113,47 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 10022,70 manat olmaqla 2004,54 manat mənfəət vergisi hesablanmışdır. 2016-cı il üzrə vergilərin uçotu kassa metodu ilə apanlmışdır. Yoxlama ilə 2016-cı il üzrə təqdim edilmiş mal iş xidmətin cəmi dəyərinin cari ilin ƏDV bəyannamələrində qeyd olunmuş 60136,17 manat olduğu, gəlirin əldə edilməsi ilə bağlı resurslarının idarə edilməsinin planlaşdırılması və.s) qəbul edilməmişdir. Belə ki, 1 nəfər fiziki şəxsdən (X2 VÖEN **********) aldığı həmin xidmət, yoxlama zamanı Cəmiyyətin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması, hətta cəmiyyətin rəhbərinə əmək haqqı hesablanmaması səbəbindən həmin xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı səbəbindən nəzərə alınmamışdır. Eyni zamanda 2018-ci ildə alışı olmayan 37359,98 manat məbləğində malın təqdim edilməsi aşkar edilmişdir ki, bu səbəbdən də Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq edilməklə vergiyə cəlb olunan mənfəəti 23978,02 manat müəyyən edilmiş və həmin mənfəətdən 4795,6 manat məbləğində vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.7- 1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə həmin maddədə (58.7-1.1-58.7-1.8) göstərilən vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yoxlama zamanı müəssisə tərəfindən 2018-ci il üzrə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000 manat) artıq 7000 manat, dekabr ayında isə artıq 21000 vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən birinci dəfə belə hala yol verildiyindən artıq xərclənmiş vəsaitin 10%-i miqdarında yəni 2800 (28000*10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxanda qeyd olunanlardan göründüyü kimi yoxlama zamanı iddiaçı tərəfindən mənfəət vergisinin 10667,79 manat, ƏDV-nin 8445,33 manat azaldılması və ƏDV-nin 1413,64 manat artıq hesablanması və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3- cü maddəsinin tələblərinin pozulması halları aşkar edilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********193343 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********138804 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə ümumilikdə 17700,00 manat əlavə vergi hesablanmış və 11134,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyətin rəhbəri R.Məlikovun cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən narazı olması və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********138804 nömrəli qərarın ləğv edilməsi barədə inzibati şikayətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-cı il tarixli **********464800 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə Cəmiyyətin rəhbəri R.Məlikovun inzibatı şikayətləri təmin edilməmiş, xx.xx.2020-ci il tarixli akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, R.Məlikovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********464800 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının ləğv edilməsi barədə inzibati şikayətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında onun nümayəndəsi Nadir Məlikovun işitrakı ilə baxılmış və xx.xx.2021-ci il tarixli 19 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə R.Məlikovun inzibati şikayəti təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli **********464800 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qurunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı uçun aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtio edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq cavabdeh hesab etmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138804 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğun, qanuni və əsaslıdır. Məhkəmə araşdırması:

6. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadı əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında sözügedən qərarda göstərilən mənfəət, əlavə dəyər vergisi üzrə azaldılmış vergi məbləğləri üzrə hesablanmış məbləğin düzgün müəyyən edilib-edilmədiyi, həmin vergilər üzrə tətbiq edilən maliyyə sanksiyasının düzgün tətbiq edilib-edilməməsi, “səyyar vergi yoxlaması aktı”nda istinad olunan xərc və əvvəlki illərin zərər məbləğlərinin nəzərə alınmaqla qeyd olunan dövrlər üçün mənfəət vergisi, əlavə dəyər vergisi məbləğinin müəyyən edilməsi, gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərcinin müəyyən edilib-edilmədiyi, gəlirin əldə edilməsi ilə bağlı MMC-nin hər hansı xərcinin öz təsdiqini tapdığı təqdirdə, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının vergi qanunvericiliyinin tələblərinə uyğun olub-lmadığı barədə sualları qoyulmuşdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8083 saylı, 31 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılan əməliyyatlara görə vergi ödəyicisi tərəfindən təqdim edilən hesabatlarda göstərilən vergi məbləğlərindən fərqli olaraq ödənilməli olan əlavə vergi məbləğlərinin müəyyən olunmadığı, iddiaçının xərc sənədlərinə müvafiq olaraq həmin sənədlərin hər birinin növünün, adının, rekvizitlərinin və nömrəsinin təqdim edildiyi və iş materiallarında öz əksini tapdığı, o cümlədən həmin sənədlərin ciddi hesabat sənədləri olduğu və sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərclərinin nəzərə alınmaqla vergi qanunvericiliyinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş 7 avqust 2020-ci il tarixli, **********138804 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının iddiaçıya “ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə 2800 manat maliyyə sanksiyasının tətbiq edilməli” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki,“İlk öncə məhkəmə qeyd etməyi zəruru hesab edir ki, müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2019-cu il, yoxlamanın başa çatması tarixi xx.xx.2020-ci il, tərtib olunma tarixi 18 iyun 2020-cu il, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2020-ci il yoxlama ilə əhatə olunan dövr isə sentyabr 2016-cı il tarixdən avqust 2019-cu il tarixədək olmuşdur.

10. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.2020-ci il tarixli **********193343 saylı aktın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunmuşdur. Belə ki, müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2019-cu il, yoxlamanın başa çatması tarixi xx.xx.2020-cu il, tərtib olunma tarixi xx.xx.2020-ci il və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2020-ci il olmasına baxmayaraq, yoxlama ilə əhatə olunan dövr sentyabr 2016cı il tarixdən avqust 2019-cu il tarixədək olduğundan 3 ildən əvvəlki dövrlərə də dair hesablanma aparılmış və həmin tələblərin gözlənilməməsi nəticəsində yoxlanma ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə vergi ödəyicisinə əlavə olaraq 2444,09 manat məbləğində möənfəət vergisi hesablanmışdır.

11. Bundan əlavə, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında 41203.65 manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416.65 manat (41203.65*.18%) məbləğində ƏDV hesablandığı göstərilmişdir.Lakin qeyd edilməlidir ki, yoxlama aktında 41203,65 manat dəyərində malın siyahısı tutulmamış, həmçinin inventarizasiyaya zərurət olduğu təqdirdə, o da aparılmamışdır.

12. Göstərilənlərdən əlavə qeyd edilir ki, səyyar vergi yoxlaması aktının mənfəət vergisi hissəsində müəssisə tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə "Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manatlıq, 2018-ci il üzrə isə 88000 manatlıq müxtəlif xidmətlərin (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) alındığı göstərilmişdir. Həmçinin aktda yoxlama zamanı müəssisənin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci mədəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlindiyi və nəzərə alınmadığı göstərilmişdir.

13. Bununla bağlı aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, istinad olunan müqavilələrin 1-ci bəndlərində səyyar vergi yoxlaması aktında göstərilən xidmətlərlə yanaşı (yəni şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) konsultantın xidmətləri, şirkətin strateji inkişaf planı, bazar araşdırılması, təchizatçıların seçilməsi və təchizat zəncirinin planlaşdırılması, hüquqi məsləhət və rəy verilməsi, şirkətin fəaliyyətinin vergi qanunvericiliyə uyğun təşkilini, vergi hesabatlarının hazırlanmasını, vergi uçotunun və vergi karguzarlığın aparılması, marketinq strategiyasının hazırlanması, maliyyə planlaması sahələrini, sənədlərin və müqavilələrin tərtibi və şirkətin bütün digər biznes proseslərini əhatə etdiyi göstərilmişdir.Bundan başqa yuxarıda da göstərildiyi kimi, səyyar vergi yoxlaması aktında aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci mədəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlindiyi və nəzərə alınmadığı göstərilmişdir.

14. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi "Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilələrin şərtlərinə uyğun olaraq təchizat zəncirinin planlaşdırılması, strateji planlaşdırma, iş və xidmət, idarəetmə üzrə məsləhət xidmətləri alınmışdır ki, bu da iş materialları əsasında müəyyən edilməkdədir.

15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

16. Tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə müəssisə tərəfindən 2018-ci il üzrə Nağdsız hesablaşmalar haqqında Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000) artıq 7000 az, dekabr ayında isə 21000 azn vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilmişdir. Buna əsasən cavabdeh tərəfindən Vergilər Məcələsinin 58.7-1-ci maddəsinə uyğun olaraq 10%, yəni 2800 azn maliyyə sanksiyası tətbiq edilməsi əsaslı olmuşdur.

17. Beləliklə, bütün yuxarıda göstərilənlərə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə səyyar vergi yoxlaması ilə əlavə olaraq hesablanmış vergilərin məbləğlərinin düzgünlüyü müəyyən olunmamış, o cümlədən aparılan ekspertiza tədqiqatında da vergi odəyicisi tərəfindən təqdim edilən hesabatlarda göstərilən vergi məbləğlərindən fərqli olaraq ödənilməli olan əlavə vergi məbləğlərinin olması müəyyən edilməmişdir.

18. İş materiallarında olan sənədlərlə, həmçinin aparılmış ekspertiza nəticəsində Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla yoxlama ilə hesablanmış əlavə vergi məbləğlərinin (mənfəət və ƏDV üzrə) düzgünlüyü müəyyən olunmamışdır. Həmçinin ekspert rəyinin tədqiqi hissəsində göstərilmişdir ki, iş materiallarında olan yoxlama aktında vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər üzrə vergi ödəyicisi tərəfindən tədqiqata təqdim edilmiş sənədlərlə verilmiş hesabat arasında kənarlaşma müəyyən olunmamışdır.

19. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış vergi və maliyyə sanksiyası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağd xərclərin limitdən artıq xərcləndiyinə əsasən tətbiq edilmiş 2800 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə qərar əsassız olmuşdur”.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-779/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarının qismən –iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətində iddia ərizəsinə qarşı təqdim olunmuş etirazın dəlillərini sadalamış, əlavə olaraq qeyd etmişdir ki, yoxlama ilə 2016-cı il üzrə təqdim edilmiş xidmətin cəmi dəyərinin cari ilin ƏDV bəyannamələrində qeyd olunmuş 60136,17 manat olduğu, gəlirin əldə edilməsi ilə bağlı xərclərin isə cəmi 37893 manat, o cümlədən müəssisə tərəfindən idxal edilmiş malların cəmi dəyəri 37323 manat, bank xidmətləri üzrə xərc isə 570 manat müəyyən edilməsi nəticəsində vergiyə cəlb olunan mənfəət 22243,17 manat olmaqla 4448,63 (22243,17*20%=4448,63) manat mənfəət vergisi hesablanmışdır. 2016-cı il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 2444,09 (4448,63-2004,54) manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ümumi dəyəri 11530,0 manat məbləğində olan alış aktları (alış aktlarında malların Bakı şəhərində Dərnəgül və Sədərək bazarlarından alındığı göstərilmiş, lakin satıcı barədə məlumat əks olunmamışdır) birtərəfli qaydada Cəmiyyətin rəhbəri tərəfindən imzalandığından və həmin malların 2016-cı ildə satılmasına dair sənədlər təqdim edilmədiyindən yoxlama zamanı nəzərə alınmamışdır. Müəssisə tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manat, 2018-ci il üzrə isə 88000 manat məbləğində müxtəlif xidmətlərin (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) alındığı göstərilmişdir. Yoxlama zamanı müəssisənin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüffat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci madəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlinmiş və nəzərə alınmamışdır. 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 26178,00 manat, o cümlədən: maliann təqdim edilməsindən 26178,00 manat; gəlirin əldə edilməsi ilə bağlı xərclər 26123.76 manat, o cümlədən: bilavasitə maliann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 26123.76 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 54,24 manat olmaqla 10,85 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı 2017-ci il ərzində elektron qaimə faktura əsasında təqdim edilmiş malların dəyərinin 26178,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin isə cəmi 8983,24 manat, o cümlədən təqdim olunmuş malların gömrük dəyərinin 8643,24 manat, bank xidmətləri üzrə xərc isə 340 manat müəyyən edilərək, vergiyə cəlb olunan mənfəət 17194,76 manat olmaqla 3438,95 (17194,76*20%=3438,95) manat mənfəət vergisi hesablanmışdır. 2017-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 3428,1 (3438,75- 10,85) manat məbləğində mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin yekunu üzrə mənfəət vergisi bəyannaməsində göstərilmiş 143868,2 manat gəlir məbləği təsdiq edilmiş, həmin bəyannamədə gəlirin əldə edilməsi ilə bağlı “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 88000,0 manat dəyərində müxtəlif xidmətlər (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) qəbul edilməmişdir. Belə ki, 1 nəfər fiziki şəxsdən (X2 VÖEN **********) aldığı həmin xidmət, yoxlama zamanı Cəmiyyətin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması, hətta cəmiyyətin rəhbərinə əmək haqqı hesablanmaması səbəbindən həmin xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı səbəbindən nəzərə alınmamışdır. Eyni zamanda 2018-ci ildə alışı olmayan 37359,98 manat məbləğində malın təqdim edilməsi aşkar edilmişdir ki, bu səbəbdən də Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq edilməklə vergiyə cəlb olunan mənfəəti 23978,02 manat müəyyən edilmiş və həmin mənfəətdən 4795,6 manat məbləğində vergi hesablanmışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-624/2023 nömrəli iş üzrə 1 fevral 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1177/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-624/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

d) Apellyasiya şikayətinin dəlilləri

26. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə birinci apellyasiya baxışı zamanı təqdim olunmuş yazılı etirazla eyni məzmunlu etiraz daxil olmuşdur. ə) Proses iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-cu maddəsinə əs as ən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

35. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı qisməniddianın təmin olunmuş hissədə ləğv olunmalı, həmin hissədə iddia rədd edilməlidir.

36. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

37. Əlavə dəyər vergisi üzrə: “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194897 nömrəli qərara əsasən vergi ödəyişinin ünvan 2 ünvanına baxış keçirilməsinə icazə verilməmişdir. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanının vəzifəli şəxslərinin ərazilərə və binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilməməsi barədə” xx.xx.2019-cu il tarixli **********194903 nömrəli akt tərtib edilmişdir.

38. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçotbaza məlumatları, vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar vergi yoxlamasının predmetinə aid olan sənədlər, vergi ödəyicisinin bank hesablan üzrə hərəkəti barədə hesabların yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar və vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli protokolla yoxlamaya təqdim edilmiş sənədlər əsasında aparılmışdır.

39. Vergi ödəyicisi tərəfindən 2016-cı ilin dekabr ayı üzrə yük gömrük bəyannaməsinə əsasən ödənilmiş 444,42 manat ƏDV məbləğinin 429,58 manatı əvəzləşməvə təqdim edildiyindən 14,84 (444,42-429,58) manat ƏDV məbləği əvəzləşmədə nəzərə alınmışdır.

40. ƏDV-yə cəlb olunan dövriyyənin 2018-ci ilin sentyabr ayında 389,00 manat, oktyabr ayında 4.750,68 manat az əks etdirilməsi, noyabr ayında 4.750,68 manat, dekabr ayında 2.470,43 manat artıq bəyan edilməsi müəyyən olundu. 2019-cu il üzrə isə mart ayında 550,0 manat artıq, iyul ayında 182,38 manat dövriyyənin az bəyan edildiyi müəyyən olunmuşdur (VM 166). HU987563 nömrəli EVHF-sı üzrə ƏDV-nin depozit hesabından 70,7 manat ƏDV məbləği üzrə ödəniş edilməmiş, nəticədə isə ƏDV bəyannaməsində əvəzləşmədən silinmişdir (VM 175).

41. Eyni zamanda müəssiə tərəfindən 2017, 2018 və 2019-cu illər ərzində cəmi 113.353,12 manatlıq mallar idxal edilmiş və elektron vergi hesab faktura əsasında 4.349,00 manatlıq mallar alınmışdır. Elektron qaimə faktura və elektron vergi hesab faktura əsasında təqdim edilmiş malların cəmi alış qiymətinin 76.498,47 manat olduğu müəyyən edilmişdir.

42. Nəticədə 41.203,65 (113.353,12+4.349,00-76.498,47) manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, eyni zamanda vergi ödəyicisinin aktiv təsərüffat subyektinin olmaması və baxışın keçirilməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmadığından yoxlama ilə qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7.416,65 manat (41.203,65x18%) əlavə vergi hesablanmışdır. 43.Yoxlama ilə əlavə dəyər vergisinin 1.413,63 manat ((4.750,68+2.470,43+550)x18%+14,84) artıq, 8.445,33 manat ((4.750,68+182,38+389,0)x18%+70,7+7.416,65) isə azaldılması aşkar edilmişdir.

44. Mənfəət vergisi üzrə:Yoxlama ilə 2016-cı, 2017-ci və 2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir.

45. Vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi boş təqdim edilmişdir.

46. Kameral vergi yoxlaması nəticəsi üzrə “Vergilərin hesablanması barədə" xx.xx.2017-ci il tarixli **********468700 nömrəli qərar qəbul edilərək ümumi gəlir 60136,17 manat, o cümlədən: malların təqdim edilməsindən 60136,17 manat; gəlirin əldə edilməsi ilə bağlı xərclər 50113,47 manat, o cümlədən: digər/ xərclər 50113,47 manat, nəticədə vergiyə cəlb olunan mənfəət ; 10022,70 manat olmaqla 2004,54 manat mənfəət vergisi hesablanmışdır.

47. Qeyd etmək lazımdır ki, 2016-cı il üzrə vergilərin uçotu kassa metodu ilə apanlmışdır.

48. Yoxlama ilə 2016-cı il üzrə təqdim edilmiş mal iş xidmətin cəmi dəyərinin cari ilin ƏDV bəyannamələrində qeyd olunmuş 60136,17 manat olduğu, gəlirin əldə edilməsi ilə bağlı xərclərin isə cəmi 37893 manat, o cümlədən müəssisə tərəfindən idxal edilmiş malların cəmi dəyəri 37323 manat, bank xidmətləri üzrə xərc isə 570 manat müəyyən edilməsi nəticəsində vergiyə cəlb olunan mənfəət 22243,17 manat olmaqla 4448,63 (22243,17*20%=4448,63) manat mənfəət vergisi hesablanmışdır. 2016-cı il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 2444,09 (4448,63-2004,54) manat mənfəət vergisi hesablanmışdır.

49. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ümumi dəyəri 11530,0 manat məbləğində olan alış aktları (alış aktlarında malların Bakı şəhərində Dərnəgül və Sədərək bazarlarından alındığı göstərilmiş, lakin satıcı barədə məlumat əks olunmamışdır) birtərəfli qaydada Cəmiyyətin rəhbəri tərəfindən imzalandığından və həmin malların 2016-cı ildə satılmasına dair sənədlər təqdim edilmədiyindən yoxlama zamanı nəzərə alınmamışdır.

50. Müəssisə tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manat, 2018-ci il üzrə isə 88000 manat məbləğində müxtəlif xidmətlərin (şirkətrn təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) alındığı göstərilmişdir.

51. Yoxlama zamanı müəssisənin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüffat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci madəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlinmiş və nəzərə alınmamışdır.

52. 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 26178,00 manat, o cümlədən: malların təqdim edilməsindən 26178,00 manat; gəlirin əldə edilməsi ilə bağlı xərclər 26123,76 manat, o cümlədən: bilavasitə mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 26123,76 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 54,24 manat olmaqlä 10,85 manat mənfəət vergisi hesablanmışdır.

53. Yoxlama zamanı 2017-ci il ərzində elektron qaimə faktura əsasında təqdim edilmiş malların dəyərinin 26178,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin isə cəmi 8983,24 manat, o cümlədən təqdim olunmuş malların gömrük dəyərinin 8643,24 manat, bank xidmətləri üzrə xərc isə 340 manat müəyyən edilərək vergiyə cəlb olunan mənfəət 17194,76 manat olmaqia 3438,95 (17194,76*20%=3438,95) manat mənfəət vergisi hesablanmışdır. 2017-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 3428 1(3438,75-10,85) manat məbləğində mənfəət vergisi hesablanmışdır.

54. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin yekunu üzrə mənfəət vergisi bəyannaməsində göstərilmiş 143868,2 manat gəlir məbləği təsdiq edilmiş, həmin bəyannamədə gəlirin əldə edilməsi ilə bağlı “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 88000,0 manat dəyərində müxtəlif xidmətlər (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) qəbul edilməmişdir.

55. Belə ki, 1 nəfər fiziki şəxsdən (X2 VÖEN **********) aldığı həmin xidmət, yoxlama zamanı Cəmiyyətin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması, hətta cəmiyyətin rəhbərinə əmək haqqı hesablanmaması səbəbindən həmin xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı səbəbindən nəzərə alınmamışdır.

56. Eyni zamanda 2018-ci ildə alışı olmayan 37359,98 manat məbləğində malın təqdim edilməsi aşkar edilmişdir ki, bu səbəbdən də Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə müəyyən edtlmiş şərti rentabellik norması tətbiq edilməklə vergiyə cəlb olunan mənfəəti 23978,02 manat müəyyən edilmiş və həmin mənfəətdən 4795,6 manat məbləğində vergi hesablanmışdır.

57. Bundan əlavə, birinci instansiya məhkəməsi 41203,65 manat dəyərində malın inventarizasiyasının aparılmaması dəlilinə münasibətdə məhkəmə Kollegiyası bildirir ki, 41203,65 manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənədlər olmamış, vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin olmaması və vergi ödəyişinin ünvan 2 ünvanına baxışın keçirilməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmamış, yoxlama dövrünün əvvəlinə və sonuna mal qalığı barədə vergi ödəyicisi tərəfindən məlumat verilməmiş, eyni zamanda 2016-cı ilin təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində ilin sonuna mal qalığının olmadığı göstərilmişdir.

58. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

59. Yoxlama ilə 2017-ci ildən yoxlanılan dövrün sonuna qədər olan dövrlərdə vergi ödəyicisi tərəfindən idxal edilmiş mallar invoys sənədləri vasitəsi ilə müəyyən edilərək, elektron vergi hesab-faktura və elektron qaimə-faktura ilə təqdim olunmuş mallarla üzləşdirilmiş, nəticədə cəmiyyət tərəfindən əldə olunmuş və malların üzləşdirilməsi nəticəsində 41203,64 manat dəyərində (2017-ci il ərzində 1878,63 manat, 2018-ci il üzrə 17943,47 manat və 2019- cu il üzrə 21381,54 manat) malların mühasibat və vergi sənədlərinə əsasən qalıqda olmadığı, bununla yanaşı cəmiyyətin vergi orqanında anbar və ya saxlanc yeri ilə bağlı təsərrüfat subyekti olmadığı üçün həmin mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 7416,65 manat (41203.65*18%) əlavə vergi məbləği hesablanmışdır. Bu da Vergi Məcəlləsinin tələblərinə tamamilə uyğundur.

60. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, muzdlu işçisi olmayan və tək rəhbərdən ibarət olub, həm də əmək haqqı almayan işçidən ibarət olan cəmiyyətin təchizat zəncirinin-planlaşdırılması, strateji planlaşdırma, iş və xidmət, idarəetmə üzrə məsləhət xidmətləri alması ağlabatan deyildir. Eyni zamanda müqavilənin şərtlərinə uyğun olaraq muzdlu işçisi olmayan cəmiyyətə şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s xidmətlərin göstərilməsi mümkün deyildir.

61. İddiaçı "Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə xərclərin gəlirlərin əldə edilməsi ilə bağlı xərclərə aid olunmasını sübut edə bilməmişdir.

62. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bağlanmış "Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilələrə diqqət etdikdə ağlabatan olmayan ciddi ziddiyyətlər müəyyən edilir.

63. Belə ki, 2017-ci il üzrə bağlanmış müqavilə ilə 2018-ci ildə bağlanmış müqavilə arasında xidmətlər baxımından heç bir fərq olmasa da 2017-ci il müqavilə üzrə xidmət haqqı 16.000 manat, 2018-ci il müqavilə üzrə isə 88.000 manat müəyyən olunmuşdur.

64. Müəyyən olunur ki, yuxarıda qeyd olunduğu kimi yoxlama ilə əhatə olunan 2016-cı və 2017-ci illər üzrə mənfəət vergisinin hesablanması şərti rentabellik əsasında həyata keçirilməmiş, ümumi qaydada müəyyən olunmuş gəlir və xərclər əsasında mənfəət vergisi hesabİ anmışdır.

65. Vergi Məcəlləsinin 67-ci maddəsinin birinci cümləsinə əsasən maddədə qeyd edilən əlaqəli məlumatlardan hər hansı birindən istifadə edilərək verginin hesablanması vergi orqanın hüququdur.

66. Qeyd edilən maddədə verginin hesablanması üçün istifadə edilən məlumatlardan istifadə olunması ilə bağlı hər hansı ardıcıllıq müəyyən edilməmiş, həmin məlumatlardan istifadə olunması ardıcıllığı vergi orqanın mülahizəsinə buraxılmışdır.

67. Belə ki, mənfəət vergisinin hesablanması üçün yuxarıda qeyd edildiyi kimi konkret olaraq əlaqəli məlumatlardan istifadə edilmiş və həmin əlaqəli məlumatların hüquqi əsasları konkret olaraq qeyd edildmişdir.

68. Məhkəmə kollegiyası iş üzrə ekspertiza rəyinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsində əks olunmuş 3 illik müddətin hesablanması düzgün həyata keçirilməmiş, sadəcə illər qeyd olunmuş, həmin müddətin axımının başlandığı və bitdiyi anlar düzgün müəyyən edilməmişdir.

69. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır.

70. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

71. Nəhayət məhkəmə Kollegiyası Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tətbiqi ilə bağlı qeyd edir ki, İddiaçı MMC-də “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191783 nömrəli qərara əsasən cəmiyyətin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə dövr xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla səyyar vergi yoxlaması keçirilmişdir.

72. Göründüyü kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlaması qanunvericiliklə müəyyən edilmiş müddətlər gözlənilməklə aparılmış, vergilərin azaldılması halları aşkar edilmiş və Vergi Məcəlləsinin tələblərinə əməl edilməklə əlavə vergi məbləğləri hesablanmışdır.

73. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı qismən-iddianın təmin olunmuş hissədə ləğv olunmalı, həmin hissədə iddia rədd edilməlidir.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı qismən-iddianın təmin olunmuş hissədə ləğv olunsun, həmin hissədə iddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar