Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3492/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X2rşı “qərarın və şifahi imtahan nəticələrinin ləğv edilməsi, icbari təlim mərhələsinə buraxılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8282/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun şifahi müsahibə mərhələsinə buraxılmağı üçün müraciətinin rədd edilməsinə görə cavabdeh Vəkillər X4 01 aprel 2022-ci il tarixində çıxarılmış qərarının ləğv edilməsi, onun vəkillərin ixtisas imtahanının şifahi müsahibə mərhələsinə təkrar buraxılmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 mart 2022-ci il tarixində 02 oktyabr 2021-ci il tarixində test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlər ixtisas komissiyasında şifahi müsahibə mərhələsindən keçmişlər. O cümlədən iddiaçı da həmin gün ixtisas komissiyasının şifahi müsahibə mərhələsində iştirak etmişdir. Sonradan 17 mart 2022-ci il tarixində ona məlum olmuşdur ki, iddiaçı müvəfəqiyyət qazanmamışdır. İddiaçı 05 mart 2021-ci il tarixdə vəkilliyə namizədlərin test imtahanında iştirak etmiş, 59 bal toplamışdır. X11 etdiyi müraciətə mənfi cavab verilmişdir. Bu səbəblərdən o, həm Vəkillər Kollegiyasına, X8rşı “test tapşırıqlarının qismən etibarsız sayılmasına” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2021-ci ilin sentyabr ayının sonunda məhkəmənin hazırlıq icraatı iclasında müəyyən olunanda ki, test tapşırıqlarının bəzi cavabları düz deyildir, sonradan X3 balı topladığını etiraf etməklə rəsmi şəkildə Vəkillər Kollegiyasına məktub göndərmişdir. Həmin ərəfədə keçmiş hakimlərin Vəkillər Kollegiyasına üzv olması üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsi keçirilirdi. İddiaçı nə qədər Vəkillər Kollegiyasından xahiş etsə də ki, onun onlarla birlikdə şifahi müsahibədən keçməyinə imkan yaratsınlar, ona şifahi şəkildə rədd cavabı verilmişdi. Sonradan da test imtahanından müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin şifahi müsahibə mərhələsinə ilk qruplarda iştirak etməyi üçün dəfələrlə müraciətlər etsə də müsbət cavab verilməmişdir. 12 mart 2022-ci il tarixində axşam vaxtı ona zəng edilərək 15 mart 2022-ci il tarixində keçirilmiş olacaq şifahi müsahibəyə gəlməyini bildirmişdilər. O, həmin ərəfədə Bakı şəhərindən çox uzaq məsafədə tanışının yas mərasimində iştirak etmişdir. O, yalnız 13 mart 2022-ci il tarixində gecə vaxtı Bakıya qayıtmışdır. Cavabdeh Vəkillər Kollegiyasının ona qarşı qeyri-obyektiv davranışı, mənəvi təzyiqləri onda ruh düşkünlüyü yaratmışdı. 15 mart 2022-ci il tarixində keçirilmiş şifahi müsahibə mərhələsi zamanı ona yalnız hüquq sahəsinə aid verilən 6 (altı) sualdan birini əla, birinə ümumiyyətlə cavab verə bilməmiş, digər 4 sualın hamısını (o cümlədən maddələrini tam göstərmiş) qənaətə yaxın cavablandırmışdır. Vəkillər X4 07 iyul 2008-ci il tarixdə çıxardıqları qərarla təsdiq edilən “Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 5.3-cü maddəsinin tələblərinə əsasən namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə əlaqədar suallar verilir. iddiaçı 17 mart 2022-ci il tarixdə cavabdeh Vəkillər Kollegiyasına ərizəni təqdim edərək təkrarən şifahi müsahibə mərhələsinə buraxılmağı üçün imkan yaradılması xahişi ilə müraciət etmişdir. Həmin ərizədə cavabdeh təşkilata xatırlatmışdır ki, Arzu Aliyeva adlı qadın da şifahi müsahibə mərhələsindən keçmədikdə o, təkrarən şifahi müsahibə mərhələsinə buraxılmışdır. Lakin cavabdeh Vəkillər Kollegiyasının iddiaçıya ünvanlamış olduğu 451-ci saylı 07 aprel 2022-ci il tarixində hazırlamış cavaba görə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 01 aprel 2022-ci il tarixində çıxarılmış qərara görə ərizəni təmin etməkdən imtina edilmişdir. Beləliklə, onun şifahi müsahibə mərhələsinə buraxılmağı üçün müraciətinin rədd edilməsinə görə cavabdeh Vəkillər X4 01 aprel 2022-ci il tarixində çıxarılmış qərarının ləğv edilməsinə, onun vəkillərin ixtisas imtahanının şifahi müsahibə mərhələsinə təkrar buraxılmağına dair qərar çıxarılmalıdır. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyəti həyata keçirməməsi barədə mövqeyi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, Vəkillərin İxtisas Komissiyasının şifahi imtahanda iştirak edən hər bir üzvünün namizədin cavablandırdığı hər bir suala mümkün iki qiymətdən birini (“məqbul” və ya “qeyri-məqbul”) vermək imkanına malik olması və yekun olaraq rəy verilib-verilməməsi məsələsinin “məqbul” və “qeyri-məqbul” qiymətlərin riyazi nisbətindən asılı olması bizə Vəkillərin İxtisas Komissiyasının qiymətləndirmə azadlığı və diskresion səlahiyyət əsasında fəaliyyət göstərməsi barədə fikir irəli sürməyə tam əsas verir. Ümumiyyətlə kollegial fəaliyyət göstərən bu tip imtahan (qiymətləndirmə, attestasiya) komissiyalarının fəaliyyətinin diskersion səciyyə daşıması mübahisəsizdir. İddiaçının “Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması” tələbi mümükün olmamaqla yanaşı “ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi” tələbi də əsassızdır, hazırkı inzibati mübahisə çərçivəsində peşəyə buraxılmaq üçün bilik və bacarıqların qiymətləndirilməsi inzibati mühakimə icraatı qaydasında işə baxan məhkəmənin mühakimə funksiyalarının həyata keçirilməsindən kənardır. Məhkəmə hazırkı icraat çərçivəsində yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi zamanı imtahan qaydalarının tətbiqinin düzgünlüyünü yoxlaya və şərti olaraq əgər buna əsaslar olarsa, ixtisas imtahanının şifahi müsahibə mərhələsinin yenidən keçirilməsi öhdəliyini cavabdehin üzərinə qoyulub-qoyulmaması məsələsini həll edə bilər. İddiaçının şikayətinə Azərbaycan Respublikası Vəkillər X6 baxılmış, 01 aprel 2022-ci il tarixli qərarı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının tələblərini nəzərə alaraq, iddiaçının şifahi müsahibənin nəticəsinə dair Vəkillərin İxtisas Komissiyasının qərarı ilə bağlı müraciəti hüquqi əsas olmadığından təmin edilməmişdir. Göründüyü kimi barəsində şikayət verilmiş Vəkillərin İxtisas Komissiyasının qərarı şikayət instansiyasının qərarı ilə dəyişdirilməmişdir. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Göründüyü kimi Vəkillərin İxtisas Komissiyasının üzvləri əvvəlcədən dərc edilmiş proqram çərçivəsində hüquqa aid suallar verməkdə sərbəstdirlər və proqramdan kənar hər hansı bir sual verilməmişdir. Belə olan halda Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən hüquqa aid sualların verilməsi hüququn tətbiqində səhv hesab edilə bilməz. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizədin hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır. Göründüyü kimi namizədin şifahi müsahibə edilməsi Qaydaların 5.3-cü bəndi çərçivəsində həyata keçirilməklə Vəkillərin İxtisas Komissiyasının səlahiyyətindədir və hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, əvvəlki Vəkillərin İxtisas Komissiyası tərəfindən də şifahi müsahibə mərhələsində əsasən məhz hüquqa aid suallar verilmişdir. 01 mart 2018-ci il tarixindən etibarən başlamış şifahi imtahanlarda yeni tərkibdə formalaşdırılmış Vəkillərin İxtisas Komissiyası tərəfindən yalnız hüquqa aid suallar verilmişdir. Həm əvvəlki Vəkillərin İxtisas Komissiyasının praktikasından, həm də Vəkillərin İxtisas xomissiyasının yeni tərkibinin 01 mart 2018-ci il tarixindən etibarən keçirdiyi imtahan praktikasından ixtisas imtahanının şifahi müsahibə mərhələsinin hansı qaydada keçinəsi və burada 5 ədəd yalnız hüquqa aid sualın verilməsi bütün namizədlər üçün, o cümlədən iddiaçı üçün açıq məlumat idi və iddiaçı bunu bilməli idi. Həmçinin “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” hələ test (yazılı) imtahandan öncə http://barassociation.az/ saytında rəsmi dərc edilmiş, bütün namizədlərin onunla tanış olmaq imkanı olmuş, 16 fevral 2018-ci il tarixində http://barassociation.az/news/25 səhifəsində yayımlanmış məlumatda şifahi müsahibə mərhələsinin keçirilməsi ilə əlaqədar bildirilmişdir ki. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarına əsasən, namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35 və 73.3-cü maddələrinin tələblərinə istinadən, “Azərbaycan Respublikası Vəkillər X7 01 aprel 2022-ci il tarixli protokolunun (qərarının) ləğv edilməsi, 15 mart 2022-ci il tarixdə keçirilmiş şifahi müsahibə imtahanının nəticələrinin etibarsız sayılması, ixtisas imtahanının şifahi müsahibə mərhələsinə təkrar buraxılmağı öhdəliyinin Vəkillər Kollegiyasının üzərinə qoyulması” tələblərinin mümkün sayılmaması, hazırkı iş üzrə iddia tələblərinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə sonuncu dəqiqləşmə təqdim edərək onun şifahi müsahibə mərhələsinə buraxılmağı üçün müraciətinin rədd edilməsinə görə cavabdeh Vəkillər X4 01 aprel 2022-ci il tarixində çıxarılmış qərarının ləğv edilməsi, 15 mart 2022-ci il tarixində keçirilmiş şifahi imtahanın nəticələrinin ləğv edilməsi, icbari təlim mərhələsinə buraxılmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsinə dəqiqləşdirməsində iddiaçı əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışda ona hüquq sahəsi üzrə cəmi 5 sual verildiyi qeyd edilsə də iddiaçıya şifahi müsahibə zamanı 7 ədəd sual verilmiş, onların 6-sına məqbul cavab vermiş, birini isə cavablandıra bilməmişdir. Vəkillər Kollegiyasının sədri öz müsahibəsində şifahi müsahinə mərhələsində vəkilliyə namizədlərə hüquq sahəsinə aid sualların verilmədiyi, yalnız məntiqi nəticələr çıxarmaq qabiliyyəti ümumi dünyagörüşü və bilik səviyyəsini müəyyən edən sualların verildiyini bildirdiyi halda ona digər sahələrə dair suallar verilməmiş, bu hərəkətləri ilə İxtisas Komissiyası İxtisas imtahanlarının keçirilməsi Qaydalarını kobud surətdə pozmuşdur. Şifahi müsahibə zamanı komissiya üzvlərinin kimlikləri barədə ona məlumat verilməmişdir. Təqdim olunmuş videoçəkilişə kollegiya tərəfindən qanunsuz müdaxilə edilərək ixtisas komissiyasının sədrinin ona qarşı qərəzli çıxışının montaj edilərək çıxarılmışdır. Videoçəkilişdən də aydın olur ki, o, müsahibə zamanı psixoloji gərginlik vəziyyətində idi. “Vəkillər və vəkillik fəlaiyyəti haqqında” Qanunda, “Vəkillər Kollegiyasının Əsasnaməsində Rəyasət Heyətinin təkrar şifahi müsahibə mərhəlsinə buraxılmağa dair hər hansı bir namizəd tərəfindən verilən ərizəyə qiymət verib-verməməsi, bu hala dair hər hansı növ qərar çıxarmış olması nəzərdə tutulmamışdır. Bu səbəbdən də cavabdeh Vəkillər X1 ərizəsi ilə əlaqədar 01 aprel 2022-ci il tarixində çıxarmış olduğu qərarı da qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)-8282/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd olunmuşdur ki, iddiaçı 02 oktyabr 2021-ci il tarixdə test mərhələsində tələb olunan balı toplayaraq şifahi müsahibəyə buraxılmışdır. Halbuki o, 05 mart 2021 il tarixdə test imtahanında iştirak etmiş, 59 bal çıxmış olduğundan Apellyasiya verərək mənfi cavab almış, məhkəməyə müraciət etdikdən bir neçə ay sonra müəyyən olunanda ki, keçid balı səhvən az yazılıb, əslində keçid balını toplamışdır, bu səbəblərdən ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmişdir. Hətta iş materiallarında olan ixtisas komisiyasının protokolundan çıxarışda da 02 oktyabr 2021-ci il tarixi qeyd edilmişdi. Bu bir daha onu sübut edir ki, həm məhkəmə, həm də ixtisas komisiyası sənədlərə tam diqqət yetirməmişdi. Ona ixtisas komisiyası tərəfindən 7 sualın verilməsini qeyd etsə də, bu halın iş materiallarında öz təsdiqini tapmaması, qiymətləndirmə cədvəllərində həmin günü verilmiş sualların sayının 5 (beş) olduğu halda hətta ona əlavə 2 sualın verildiyi gümanı belə yenə də müsahibənin nəticələrinin əsassız olmasına rəvac vermədiyini, necə ki, müsahibə mərhələsində komisiya üçün sual sayı məhdudiyyəti qoyulmamışdır dəlilləri əsassızdır. Çünki o həm cavabdehə, həm də məhkəməyə yazılı və şifahi izahatlarda ona 7 (yeddi) sual verilməsindən narazı olduğunu bildirməmişdir. Sadəcə ona verilən 7 (yeddi) sual əvəzinə guya 5 (beş) sualın verilmiş olmasından narazılığını bildirmişdir. Həmçinin verilən 7 (yeddi) sualdan 1-nə (birinə) lap əla, 5-nə (beşinə) qənaətedici, birinə isə ümumiyyətlə cavab verə bilmədiyini qeyd etmişdir. Cavabdehə 17 mart 2022 il tarixdə Ərizə yazmamışdan əvvəl artıq 17 mart 2022 il tarixdə onda dəqiq məlumat var idi ki, cavabdeh onun icazə və xəbəri olmadan şifahi müsahibə bitdikdən sonra o Kollegiyanın binasından tam çıxana qədər video çəkiliş aparmışdırlar. Həmçinin, məhkəmədə verdiyi ixtisas komisiyasının üzvlərinin şahid qismində çağırılaraq dindirilmələrinə dair vəsatəti rədd edilmişdir. Məhkəmənin öz qərarında şifahi müsahibə zamanı ona komissiyanın üzvlərinin kimlikləri barədə məlumatın verilməmiş olmasına dair fikirlərini nə qeyd etməmişdi nə də onlara hüquqi qiymət verməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmiş, 59 bal toplamışdır. “Test tapşırıqlarının qismən etibarsız sayılmasına” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2021-ci ilin sentyabr ayının sonunda məhkəmənin hazırlıq icraatı iclasında müəyyən olunanda ki, test tapşırıqlarının bəzi cavabları düz deyildir, sonradan X3 balı topladığını etiraf etməklə rəsmi şəkildə Vəkillər Kollegiyasına məktub göndərmişdir. 15 mart 2022-ci il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, şifahi müsahibənin nəticəsi üzrə iddiaçının verdiyi cavablar Vəkillərin İxtisas Komissiyası tərəfindən qeyri-məqbul hesab edilmişdir. Bundan sonra iddiaçı yenidən müsahibə mərhələsinə buraxılma üçün müraciət etmiş, cavabdeh orqanın müracətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı inzibati orqan tərəfindən aparılmış şifahi müsahibənin nəticəsinin ləğv edilməsini, onunla yeni müsahibənin keçirilməsindən imtina edilməsi barədə Rəyasət Heyətinin qərarının ləğv edilməsini və onun təlim mərhələsinə buraxılmasını mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. İİİ hissəsinə görə vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. - 9-cu maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. - 11-ci maddəsinin İİİ hissəsinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillər haqqında intizam icraatı başlayır. - 13-cü maddəsinə görə: İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İİİ. İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X5 müvafiq rəy təqdim edir. Vİ. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vəkillər X4 07 iyul 2008-ci il tarixli Qərarla təsdiq etdiyi “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın: - 2.1-ci bəndinə görə ixtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra Komissiya) tərəfindən keçirilir. - 2.3-cü bəndinə görə Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. - 2.4-cü bəndinə əsasən Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. - 5.1-ci bəndinə görə yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. - 5.2-ci bəndinə görə müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə naməzədlərə qabaqcadan məlumat verilir. - 5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. - 5.4-cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. - 6.1-ci bəndinə görə şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinin digər dövriliyi də müəyyən edilə bilər. - 6.3-cü bəndinə görə Komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər X5 təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədriselm müəssisəsində icbari təlimə buraxılırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: - 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. - 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Apellyasiya şikayətinin dəlillərinə münasibət: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Məhkəmə kollegiyası həmin normaların tələblərini nəzərə alaraq qeyd edir ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, maddi normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məsələlərin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə və biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması, düzgün icraat çərçivəsində qəbul edilibedilməməsi baxımından həyata keçirir. İddiaçı müsahibə zamanı ona 7 sual verildiyini qeyd etsə də bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Təqdim edilmiş şifahi imtahanın qiymətləndirmə cədvəllərindən həmin günü verilmiş sualların sayının 5 sual olduğu halda lakin ona əlavə 2 sualın verildiyi gümanı belə yenə də müsahibənin nəticələrinin əsassız olmasına rəvac vermir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi müsahibə mərhələsində Komissiya üçün sual sayı məhdudiyyəti qoyulmamışdır. Eyni zamanda müsahibə zamanı həmin gün üçün müəyyən edilmiş 5 sualın hər biri üzrə bilik səviyyəsinin yoxlanılması zamanı daha dolğun və ya ətraflı cavab üçün həmin suallardan doğan əlavə sualların verilməsi də mümkündür və bu hal hər hansı normativ əsasla məhdudlaşdırılmamışdır. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın özündə ixtisas imtahanın yazılı test mərhələsində namizədlərə veriləcək sualların sayı konkret olaraq 100 sualdan ibarət olduğu qeyd edilmiş, şifahi müsahibə zamanı namizədə veriləcək sualların sayı ilə bağlı hər hansı norma qeyd edilməmişdir. Yalnız müsahibənin hər namizədlə 30 dəqiqəyədək fərdi qaydada aparılması nəzərdə tutulmuşdur ki, bu müddət çərçivəsində namizədin bilik səviyyəsini müəyyən edən hansı sayda sualların verilməsi Komissiya üzvlərinin səlahiyyətinə aid edilmişdir. Başqa sözlə, Qaydalarda şifahi müsahibə mərhələsi üçün Komissiya üzvlərinin verəcəyi suallara say məhdudiyyəti qoyulmamışdır. Həmçinin, iddiaçının peşə yaralılığının müəyyən edilməsi ilə bağlı imtahan nəticələrinin qiymətləndirilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aid olduğu kimi həmin imtahan gedişində sualların dairəsinin də müəyyən edilməsi onun qiymətləndirmə azadlığına xidmət edən diskresion səlahiyyətinə aiddir. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu; 2.0.7) Normanın məzmununa görə, diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır. Hazırki halda, cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərini “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq həyata keçirməməsinə dair məhkəmə araşdırmasına hər hansı sübut təqdim olunmamışdır. İddiaçının vəkil statusu almaq üçün vacib olan ixtisas imtahanının şifahi mərhələsində müvəffəqiyyət əldə edə bilməməsi hər hansı bir formada onun hüquqlarına müdaxilə hesab edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının iddiaçıya münasibətdə qərəzli olması barədə dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətinin bu dəlili ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının dəlilinin əsasları mülahizə və ehtimal xarakterli olduğundan, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlmək mümkün deyil. Əksinə iddiaçının namizəd qismində Vəkillərin İxtisas Komissiyası qarşısında imtahandan qabaq onun hər hansı bir üzvünün və ya bütünlüklə Vəkillərin İxtisas Komissiyasının tam tərkibinin qərəzli olması barədə hər hansı bir əsaslandırılmış etiraz verməsi işin materiallarından müəyyən edilmir. Nəzərə alınmalıdır ki, iddiaçı Vəkillər X5 ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində şifahi müsahibə zamanı baş verən hər hansı neqativ hallardan deyil, müsahibəyə buraxılana qədər onda yaranmış stress, həyəcandan söz açmış, bunu müsahibə mərhələsinə gec buraxılması ilə əlaqələndirmişdir. Bundan əlavə məhkəməyə təqdim olunmuş videogörüntüdə Komissiya üzvlərindən iddiaçıya qarşı hər hansı təzyiq, qərəzli mövqenin göstərildiyi, eləcə də iddiaçının ona qarşı “təzyiq”dən dolayı psixoloji gərgin vəziyyətində olması müşahidə edilməmişdir. İddiaçı Komissiya sədrinin çıxışına sakit formada qulaq asdığı, komissiya üzvlərinə hər hansı formada etirazını bildirdiyi görünmür. Belə ki, işə baxılan zaman təqdim edilmiş 4 dəqiqəlik videoçəkilişdə hər hansı fasilə, qırılma olmaması, baş verən hadisələrin axıcılığı iddiaçının videoçəkilişin montaj edilməsi dəlilini təkzib edir. Bununla da, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin: - 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)-8282/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-3492/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3492/2022
10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver