Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-382/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MTK və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3706/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Birgə iddiaçlar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra hakimiyyəti başçısının 109 nömrəli, xx.xx.2020-ci il tarixli qanunsuz Sərəncamı və “torpaq sahəsinin icarəyə verilməsi haqqında” “Ümid - VQM" ”MMC“ ilə xx.xx.2020-ci il tarixli 1588 nömrəli müqavilə bağlanması nəticəsində yaşayış sahəsindən məhrum edilməkləri ilə əlaqədar vurulmuş ziyana görə müştərək qaydada cavabdehlər - Bakı şəhər İcra Hakimiyyətinin, "xxxx" MMC-nin üzərinə kompensasiya olaraq ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən sökülmüş mənzillərin yerində inşa edilmiş hündürmərtəbəli binada iddiaçıların hər birinə iki otaqlı mənzillə təmin etmək öhdəliyi qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Birgə iddiaçılar daha sonra məhkəməyə ərizə təqdim edərək (dəftərxana vasitəsilə) iddia tələbinin “Bakı Şəhər İcra hakimiyyəti başçısının 109 nömrəli, xx.xx.2020-ci il tarixli qanunsuz Sərəncamı və “torpaq sahəsinin icarəyə verilməsi haqqında” “Ümid - VQM” ”MMC“ ilə xx.xx.2020-ci il tarixli 1588 nömrəli müqavilə bağlanması nəticəsində sökülmüş mənzillərə görə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə iddiaçıların hər birinə müvafiq pul məbləğində kompensasiya ödəmək öhdəliyi qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3706/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçıların iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçılar ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası inzibati işin materiallarını araşdırıb hesab edir ki, hazırkı inzibati iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallrının 148 vərəqindən müəyyən olunur ki, iddiaçılar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3706/2024 saylı inzibati iş üzrə məhkəmə iclas protokollarına yazılı qeyd verilmişlər. Lakin birinci instansiya məhkəməsi məhkəmə iclas protokollarına verilmiş yazılı qeydə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı inzibati iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəllənin 65.1-ci maddəsinə əsasən. İnzibati məhkəmə icraatında protokollaşdırma ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.. 274.1-ci maddəsinə əsasən protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir; 274.2-ci maddəsinə əsasən protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır. 274.3-cü maddəsinə əsasən zəruri hallarda protokola dair qeydlər vermiş şəxslər və ya işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə iclasına çağırılırlar. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılmalı, iddiaçıların Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3706/2024 saylı inzibati iş üzrə məhkəmə iclas protokollarına yazılı qeydi Mülki Prosessual Məcəllənin 274-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 273,274, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3706/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadından birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3706/2024 saylı inzibati iş üzrə məhkəmə iclas protokollarına yazılı qeydi Mülki Prosessual Məcəllənin 274-cü maddəsinin tələblərinə əməl edilməsi üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-382/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-382/2025
14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver