Məhkəmə qərarları › İş №2-1(103)-384/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-384/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-384/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14rşı “müraciətə cavab verilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(112)-6095/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli vətəndaş müraciətinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.2021-ci il tarixli vətəndaş müraciətinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli vətəndaş müraciətinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.2021-ci il tarixli vətəndaş müraciətində əksini tapan, amma cavabdehin ona göndərdiyi xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-2-2022-1522 saylı məktubda cavab verilməyən suallara cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Cavabdehnə ərizə ilə müraciət edərək onun və ailə üzvlərinin COVİD-19 virusuna yoluxması zamanı lazımi tibbi xidmət göstərilməməsi səbəblərinə aydınlıq gətirilməsini xahiş etmişdir. Ərizə 29 avqust 2021-ci ildə elektron poçtla elektron qaydada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (e-mail: Elektron ünvan 1, e-mailin screen variantı əlavə edilir) göndərilib. Ərizə 06 sentyabr 2021-ci ildə poçt vasitəsi ilə Cavabdeh X21 göndərilib. Ərizə 13 sentyabr 2021-ci ildə qurumun əməkdaşı Cavadlı tərəfindən qəbul edilib (Xəbərnamə və poçt qəbzi əlavə edilir). Ərizə həmçinin 06 sentyabr 2021-ci ildə poçt vasitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilib. Ərizə 08 sentyabr 2021- ci ildə qurumun əməkdaşı (Xəbərnaməyə yazılan soyad aydın oxunmur) tərəfindən qəbul edilib (Xəbərnamə və poçt qəbzi əlavə edilir). Üçüncü şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 13 sentyabr 2021-ci ildə PHŞ/1-2-2021-21327 saylı məktubla həmin quruma ünvanladıqları ərizəni Cavabdeh X21 ünvanlayaraq məsələnin araşdırılaraq ona məlumat verməsini xahiş edib (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 13 sentyabr 2021-ci ildə PHŞ/1-2- 2021-21327 saylı məktubunun surəti əlavə olunur). Lakin Cavabdeh X27 5 ay müddətində 06 fevral 2022-ci ilədək müraciətinə cavab verilməsini təmin etməyib. Baxmayaraq ki, ərizəsində aydınlıq gətirilməsini istədiyi məsələlər Azərbaycan vətəndaşı kimi onun və ailə üzvlərinin konstitusion hüquqlarının və sağlamlıqlarının pozulması ilə nəticələnib. Belə ki, o və həyat yoldaşı - X10 icbari tibbi sığorta ödəyirlər. O həm də fərdi sahibkar kimi hər ay icbari tibbi sığorta ödəmişdir. Hər ikisi hər iki doza vaksin almışlar (sinovac). Bütün məlumatlar yəqin ki, elektron sistemdə var. Həyat yoldaşında 11 avqust 2021-ci ildə COVİD-in əlamətlərini müşahidə etmişlər. Dərhal müvəqqəti qeydiyyatda olduqları 15 saylı poliklinikaya məlumat vermişlər və test götürülməsini xahiş etmişlər. 1542 "Qaynar xətti" günün istənilən zamanında əlçatan olmadığı üçün 3 gün ərzində danışa bilməmişlər. 14 avqust 2021-ci ildən o, oğlu və qızında da COVİD əlamətləri özünü göstərirdi. Dəfələrlə 814, 9103-ə şikayət edəndən sonra 16 avqust 2021-ci il tarixdə test üçün gəlmişlər. Test üçün gələn əməkdaş isə ailədən bir nəfərin adı verildiyi üçün yalnız həyat yoldaşından test götürmüşlər. Həmin gün təkrar 15 saylı poliklinika və Biləcəridəki uşaq poliklinikasına zəng edib test üçün gəlmələrini xahiş etmişlər. Həyat yoldaşının testinin cavabının Pozitiv olması barədə 18 avqust 2021-ci ildə mesaj almışlar. Bu dəfə dərman verilməsi üçün 15 saylı poliklinika, “1542" qaynar xətt”i (2 saat 19 dəqiqə telefonda gözlədikdən sonra), Səhiyyə Nazirliyinin qaynar xəttinə məlumat vermişlər. Bütün qeyd etdiyi ünvanlara evdən çıxa bilmədiklərini, 103-dən yalnız ağır vəziyyətdə COVİD xəstələrini xəstəxanaya yerləşdirə biləcəklərini dəfələrə zəng edib bildirmişlər. Poliklinika dərmanla TƏBİB, TƏBİB-in “qaynar xətt'i Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyi isə Poliklinikanın təmin edəcəyini bildirmişdir. Amma bugünədək nə dərman verilib, nə də hər hansı tibbi dəstək almışlar. Qeyd etdiyi kimi 16 avqust 2021-ci ildə test üçün poliklinikaya bildirəndən və 2 dəfə 814 qaynar xətti ilə əlaqə yaradandan sonra 21 avqust 2021-ci il saat 12:34 radələrində ondan, qızı X15 və oğlu X4 COVİD testi götürülmüşdür. Amma 5 gün keçsə də testin cavabını ala bilməmişlər. Dəfələrlə testi götürən həkim, Səhiyyə Nazirliyinin 814 xidməti, 1542 xidməti ilə (2 saat 26 dəqiqə telefonda gözlədikdən sonra danışa bilmişlər və fikirlərini tamamlamamış əlaqə kəsildi) 26 avqust 2021-ci il tarixdə X6, 27 avqust 2021-ci il tarixdə onun COVİD testinin nəticəsinin pozitiv olması barədə SMS almışlar. Amma sonrakı günlərdə bütün cəhdlərinə baxmayaraq, X7 21 avqust 2021-ci ildə götürülən COVİD testinin nəticəsi ilə bağlı məlumat ala bilməmişdir. Testi götürən həkim və 6 saylı Birləşmiş şəhər Xəstəxanasından yaxma nümunələrinin TƏBİB-in laboratoriyasına təhvil verildiyi və nəticələrə görə məsuliyyət daşımadıqlarını bildirirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın “Qaynar xətti”ndən məsələyə müdaxilə edə bilməyəcəklərini bildiriblər. 1542 “Qaynar xətti”ndən isə COVİD testinin nəticələrini sistemdə görmədiklərindən hər hansı bilgi verə bilməyəcəklərini və test götürən xəstəxana ilə əlaqə saxlamalarını bildirmişlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet səhifəsi üzərindən vətəndaşların müraciəti üçün cəmi 700 işarəlik yazıya icazə verilir. Həmin elektron müraciəti isə 1 sutkalıq cəhddən sonra göndərə bilmişdir və bugünədək cavab yoxdur. 11 avqust 2021-ci ildən 29 avqust 2021-ci ilədək COVİD-19 xəstəliyi ilə yanaşı, bu yarıtmaz səhiyyə sistemi ilə mücadilə apararaq xəstəlikdən yaxa qurtara bilsələr də, Səhiyyə Sisteminin onlara yaşatdığı stress hələ də davam edir. Qeyd edir ki, sadaladığı bütün telefon zəngləri həm xidmətin keyfiyyətini ölçmək üçün “Qaynar xətt” xidmətləri, həm də onun tərəfindən qeyd edilib və araşdırma üçün təqdim edə bilər. Bütün yuxarıda qeyd etdiklərini nəzərə alaraq aşağıdakı suallarına aydınlıq gətirilməsini xahiş etmişdir. 1) İD********** COVİD test nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 2) İD********** COVİD test nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 3) İD********** COVİD test nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 4) X2 21 avqust 2021-ci ildə götürülən COVİD testinin nəticəsi necədir və hansı səbəbdən bugünədək testin cavabı onlara bildirilməyib? 5) Ev şəraitində müalicə alan COVİD xəstələrinə hansı formada tibbi yardım göstərilir və həmin vətəndaşların sağlamlığına görə məsuliyyəti hansı qurum daşıyır? 6) Ev şəraitində müalicə alan COVİD xəstələrinə hansı dərman vasitələri pulsuz verilməlidir və buna görə məsuliyyəti hansı qurum daşıyır? 7) COVİD-ə yoluxandan sonra ağ ciyərlərilərinin KT müayinəsi və böyrəklərinin müayinəsinə ehtiyac var? Bu xidməti İcbari Tibbi Sığorta ilə ödənişsiz ala bilərlərmi? 8) Onun və ailə üzvlərinin COVİD-dən müalicəsi üçün xərclədikləri 758 manat vəsait İcbari Tibbi Sığorta hesabına qarşılana bilərmi?. Aşağıda göstərilənlərə əsasən Cavabdeh X27 və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vətəndaş müraciətinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və vətəndaş müraciətinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. İşin faktiki hallarından göründüyü kimi icra qurumu tərərəfindən vətəndaş müraciəti cavablandırılmayıb. Cavabdeh təşkilatın müraciəti cavablandırmaqdan imtina etməsi «Vətəndaşların müraciətləri haqqında» Qanunun tələblərinə ziddir. Odur ki, cavabdeh təşkilatın yazılı müraciəti cavablandırmaqdan imtinası qanunsuz və əsassız hesab edilməli, aidiyyəti vəzifəli şəxslərin məsuliyyəti müəyyən edilməlidir. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(112)-6095/2022 saylı qərarı ilə (hakim Ş.Həsənova) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixli müraciətində əksini tapan, amma xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-2-2022-1522 nömrəli məktubda cavab verilməyən suallara cavab verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının TƏBİB-ə qarşı sözügedən tələblə çıxış etmək hüququ yoxdur. TƏBİB-in məhkəmə qərarı ilə cavablandırılması zəruri olan suallara dair məlumatın verilməsi öhdəliyi yoxdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı sualların cavablandırılması vəzifəsi TƏBİB-ə həvalə edilmişdir: “COVİD-19 virusuna yoluxduqdan sonra ağciyərlərinin KT müayinəsinə və böyrəklərinin müayinəsinə ehtiyac var? Bu xidməti icbari tibbi sığorta ilə ödənişsiz ala bilərlərmi? Özü və ailə üzvlərinin COVİD-19-dan sağalması üçün çəkdikləri 758 manat xərc icbari tibbi sığorta hesabına qarşılana bilərmi?” Qeyd olunan hər iki sual bir qayda olaraq icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olub, cavablandırılması TƏBİB-in Nizamnamə ilə müəyyyən edilmiş səlahiyyətləri xaricindədir. TƏBİB tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi məqsədilə yaradılmışdır. İcbari Tibbi Sığorta üzrə X13 Heyəti iclasının 20 iyun 2019-cu il tarixli, 16 nömrəli protokolu ilə təsdiq edilmiş Cavabdehn Nizamnaməsinin 2.1-ci maddəsinə əsasən TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. 20 dekabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.6-cı maddəsinə istinadən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “X27lər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən X20 təsisçisinin səlahiyyətlərini (işçilərin əmək haqlarının (o cümlədən əmək haqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi istisna olmaqla) TƏBİB həyata keçirir. Fərmanın məzmunundan aydın olduğu kimi TƏBİB onun tabeliyinə verilmiş tibb müəssisələrinin təsisçisidir və yalnız Qanunun 8.2-ci maddəsində göstərilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. İddiaçı məktubunda KT müayinəsi və böyrəklərinin müayinəsinin, o cümlədən COVİD-19 virusundan sağalması üçün çəkdiyi xərcin icbari tibbi sığorta hesabına qarşılanmasına - sözügedən tibbi xidmətlərə görə sığorta ödənişinin verilməsinə dair məlumatın təqdim edilməsini tələb etmişdir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən, sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaitidir. Qanunun 15-15-ci maddəsinə əsasən ilkin tibbi-sanitariya yardımı üzrə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödənilir. Sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə tibbi xidmət göstərən dövlət tibb müəssisəsinə təhkim olunma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İlkin tibbi-sanitariya yardımı istisna olmaqla, xidmətlər zərfində nəzərdə tutulmuş digər tibbi xidmətlərin göstərilməsi üzrə sığorta ödənişləri xidmətlər zərfinin şərtlərinə və tariflərinə uyğun olaraq tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə qeyd olunmuş həcmdə ödənilir. Deməli, sığorta hadisəsi baş verdikdə Xidmətlər Zərfinə daxil olan hər hansı xidmətin göstərilməsi ilə bağlı yaranan xərclər icbari tibbi sığorta hesabına “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X24 (bundan sonra - “Agentlik”) tərəfindən təmin olunur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli, 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə X3”nin 2.1-ci maddəsinə əsasən Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əhalini icbari tibbi sığortaya cəlb etmək, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, habelə sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir. Nizamnamənin 3.1.2-ci maddəsinə əsasən Agentlik beynəlxalq təcrübə nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində tədqiqatlar aparır və həmin tədqiqatların nəticələri əsasında xidmətlər zərfinin müəyyən olunmasına dair təkliflər hazırlayır. Bu səbəbdən sözügedən suallarla bağlı məlumatın əldə edilməsi üçün aidiyyəti üzrə Agentliyə müraciət edilməlidir. İddianın predmeti və əsası mövcud deyildir. İddiaçı onun və ailə üzvlərinin COVİD-19 infeksiyasına yoluxması haqqında bir neçə suallarla xx.xx.2021-ci il tarixində TƏBİB-ə müraciət etdiyini, lakin beş ay müddətində müraciətinin cavablandırılması istiqamətində heç bir tədbir görülmədiyini bildirmişdir. İşin faktiki halları isə tamamilə fərqlidir. Belə ki, İddiaçı adına TƏBİB-ə 2 dəfə eyniməzmunlu müraciət daxil olmuş, sözügedən müraciət xx.xx.2021-ci il tarixli, PHŞ/1.1-2-2021-3790 nömrəli məktubla cavablandırılmışdır (qoşmaya əlavə edilmişdir). Məktub TƏBİB-in rəsmi elektron poçtu üzərindən iddiaçının müraciətində qeyd etdiyi imeyl ünvanına - “mailto:xalidvahidoqlu@qmail.comElektron ünvan 2’’a göndərilmişdir. Cavab məktubunda bildirilmişdir ki, “İD********** - İddiaçı Vahid oğluna məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə pozitivdir. İD********** - X5 məxsusdur, Bakı Gigiyena və Epidemiologiya Mərkəzində yoxlanılıb, nəticə pozitivdir. İD********** - X11 məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə pozitivdir. İD********** - X12 məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə neqativdir. Eyni zamanda, test nəticəsi ilə bağlı sms-in göndərilməməsi ilə bağlı qeyd edək ki, nömrə şəbəkə xaricində olduğundan bununla bərabər digər hallarda işləmirsə, daşınıbsa, operatorların verdikləri zaman ərzində nömrə şəbəkəyə qayıtmırsa yaxud telefonda yaddaş problemi varsa, göndərilən sms üçün operatordan “çatmadı” statusu alınır. Ev şəraitində müalicəyə cəlb olunmuş COVİD-19 xəstələrinin müşahidəsi ərazi üzrə sahə poliklinikalarının vəzifəsidir. Xüsusi hazırlanmış təlimatlar əsasında sahə poliklinikalarının məsul həkimləri tərəfindən təsdiqlənmiş və ya şübhəli COVİD-19 xəstələri nəzarətə götürülərək mütəmadi şəkildə müşahidə edilir, gündəlik klinik vəziyyətləri qiymətləndirilir və ehtiyac yarandığı təqdirdə hospitalizasiya üçün göstəriş verilir. Bundan əlavə, ev şəraitində müalicəyə cəlb olunmuş xəstələrə vitaminlər, hərarət salıcılar və həkim təyinatına əsasən virus əleyhinə dərmanlar paylanılır. COVİD-19 xəstələrinin ev şəraitində müşahidə və müalicəsinin təşkili Bakı şəhəri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt və regionlar üzrə TƏBİB tərəfindən həyata keçirilir”. Məktubdan göründüyü kimi, iddiaçı tərəfindən qoyulmuş sualların cavabdeh tərəfindən vaxtında cavablandırılması təmin edilmişdir. Sözügedən tələblə məhkəməyə müraciət edildikdən sonra yenidən cavab məktubu hazırlanmış, 1 aprel 2022-ci il tarixli, PHŞ/1.1-2-2022-1522 nömrəli məktubla iddiaçı təkrarən məlumatlandırılmışdır. Diqqət edilməsi zəruri məqamlardan biri də odur ki, hazırki işdə iddianın əsası və predmeti mövcud deyildir. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155,156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Hazırki işdə iddia tələbinin əsası kimi cavabdehin vətəndaş müraciətinə cavab verməməsi faktı çıxış edir. İddianının əsasının aradan qalxması öz növbəsində, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququnu, bütövlükdə hüquq münasibətlərinin aradan qalxmasına səbəb olmuşdur. Aydındır ki, məktubun cavablandırıldığı halda artıq hər hansı bir hüquqi tələbin mövcudluğundan bəhs oluna bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı ilə də məhkəmələrin üzərinə belə bir öhdəlik qoyulmuşdur ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddaçının TƏBİB-ə müraciəti informasiya sorğusu deyil, vətəndaş müraciətidir. İddiaçı məktubuna nəzər saldıqda görürük ki, vətəndaş COVİD-19 testinin verilməsi və müalicə paketi ilə təminat məsələlərindən şikayətlənir və bu yöndə suallar ünvanlamışdır. Qeyd edilmiş suallar (COVİD-19 virusuna yoluxduqdan sonra ağciyərlərinin KT müayinəsinə və böyrəklərinin müayinəsi və ya COVİD-19-dan sağalması üçün çəkdikləri xərcin icbari tibbi sığorta hesabına qarşılanması) bilavasitə vətəndaşın hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Buna görə də iddiaçının tələb etdiyi məlumatlar “İnformasiya əldə etmək haqqında” Qanunla deyil, “Vətəndaş müraciətləri haqqında” Qanunla tənzimlənəcəkdir. “Vətəndaş müraciətləri haqqında” Qanunun 3-cü maddəsinə əsasən müraciət - müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir; ərizə - hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. İddiaçının məktubunun cavablandırılması zamanı müddət ötürülməmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli məktubu vətəndaş müraciəti olduğundan, “Vətəndaş müraciətləri haqqında” Qanunun tələblərinə əsasən baxılmalı və cavablandırılmalıdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Vətəndaşın məktubu isə hər hansı gecikmə olmadan xx.xx.2021-ci il tarixdə cavablandırılmışdır. Bu baxımdan müraciətin cavablandırılması ilə bağlı müddətin ötürülməsi üçün heç bir əsas mövcud deyildir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir. Rəsmi qaydada TƏBİB-ə heç bir məhkəmə bildirişi göndərilməmiş, 29 iyun 2022-ci il tarixində məhkəmə iclasında cavabdehin iştirakı təmin edilmədən onun əleyhinə qərar qəbul edilmişdir. Təsadüfi deyildir ki, həm milli, həm də beynəlxalq qanunvericilik işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsini imperativ prosessual hərəkət olaraq müəyyən etmişdir. Hazırki işdə lazımi qaydada xəbərdar edilməkləri hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Birinci instansiyası məhkəməsində işə məhkəmə tərəfindən iştirakları olmadan baxılması işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin tələblərinə ziddir. Məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə tanış olmaq və onlara şərh vermək imkanına malik olmamış, məhkəmədə özünü müdafiə etmək hüquqlarından tamamilə məhrum edilmişlər. Dəfələrlə əlaqə saxlamalarına baxmayaraq, elektron məhkəmə sistemində TƏBİB tərəf olaraq əlavə edilməmişdir. “Elektron Məhkəmə” informasiya sistemində tərəf qismində əlavə edilmədiklərindən təbii olaraq məhkəmə iclasının vaxtı barədə də məlumat əldə edə bilməmişlər. İş üzrə yekun qərarın qəbul edilməsi barədə məhkəmə ilə əlaqə saxlayarkən xəbərdar olmuşlar. Beləliklə, yuxarıda qeyd edilənlər inzibati və mülki prosessual qanunvericiliyin kobud surətdə pozuntusu olmaqla Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(112)-6095/2022 saylı qərarının ləğv edilməsi üçün əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı özünə və ailə üzvlərinə aid sağlamlıq vəziyyətləri, həmçinin bundan irəli gələn tibbi xidmətlər barədə məlumatları almaq üçün xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin ərizə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən xx.xx.2021-ci il tarixli, PHŞ/1.1-2-2021-3790 nömrəli və xx.xx.2022-ci il tarixli, PHŞ/1- 2-2002-1522 nömrəli məktublarla cavab verilmişdir. İddiaçı onun müraciətinə məhkəmə prosesi başlayandan sonra xx.xx.2022-ci il tarixdə cavab verildiyini, lakin həmin cavabda da müraciətinə tam cavab verilmədiyini iddia edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin materiallarında olan: - İddiaçı tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, “o və həyat yoldaşı X10 (FİN:1LU9GQY) icbari tibbi sığorta ödəyirlər. O, həm də fərdi sahibkar kimi hər ay icbari tibbi sığorta ödəmişdir. Hər ikisi hər iki doza vaksin almışlar (sinovac). Bütün məlumatlar yəqin ki, elektron sistemdə var. Həyat yoldaşında xx.xx.2021-ci ildə COVİD-in əlamətlərini müşahidə etdilər. Dərhal müvəqqəti qeydiyyatda olduqları 15 saylı poliklinikaya məlumat verdilər və test götürülməsini xahiş etdilər. 1542 "Qaynar xətti" günün istəlilən zamanında əlçatan olmadığı üçün 3 gün ərzində danışa bilmədilər. 14 avqust 2021-ci ildən o, oğlu və qızında COVİD əlamətləri özünü göstərirdi. Dəfələrlə 814, 9103-ə şikayət edəndən sonra 16 avqust 2021-ci il tarixdə test üçün gəldilər. Test üçün gələn əməkdaş isə ailədən bir nəfərin adı verildiyi üçün yalnız həyat yoldaşından test götürdü. Həmin gün təkrar 15 saylı poliklinika və Biləcəridəki uşaq poliklinikasına zəng edib test üçün gəlmələrini xahiş etdilər. Həyat yoldaşının testinin cavabının Pozitiv olması barədə 18 avqust 2021-ci ildə mesaj aldılar. Bu dəfə dərman verilməsi üçün 15 saylı poliklinika, “1542"qaynar xətt"i (2 saat 19 dəqiqə telefonda gözlədikdən sonra), Səhiyyə Nazirliyinin qaynar xəttinə məlumat verdilər. Bütün qeyd etdiyi ünvanlara evdən çıxa bilmədiklərini, 103-dən yalnız ağır vəziyyətdə COVİD xəstələrini xəstəxanaya yerləşdirə biləcəklərini dəfələrə zəng edib bildirmişlər. Poliklinika dərmanla TƏBİB, TƏBİB-in “qaynar xətt”i Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyi isə Poliklinikanın təmin edəcəyini bildirdi. Amma bugünədək nə dərman verilib, nə də hər hansı tibbi dəstək almışlar. Qeyd etdiyi kimi 16 avqust 2021-ci ildə test üçün poliklinikaya bildirəndən və 2 dəfə 814 qaynar xətti ilə əlaqə yaradandan sonra 21 avqust 2021-ci il saat 12:34 radələrində ondan, qızı X15 və oğlu - X4 COVİD testi götürüldü. Amma 5 gün keçsə də, testin cavabını ala bilmədilər. Dəfələrlə testi götürən həkim, Səhiyyə Nazirliyinin 814 xidməti, 1542 xidməti ilə (2 saat 26 dəqiqə telefonda gözlədikdən sonra danışa bildilər və fikirlərini tamamlamamış əlaqə kəsildi) 26 avqust 2021-ci ildə X6, 27 avqust 2021-ci il tarixdə onun COVİD testinin nəticəsinin pozitiv olması barədə SMS aldılar. Amma sonrakı günlərdə bütün cəhdlərinə baxmayaraq, X7 21 avqust 2021-ci il tarixdə götürülən COVİD testinin nəticəsi ilə bağlı məlumat ala bilməmişdir. Testi götürən həkim və 6 saylı Birləşmiş şəhər Xəstəxanasından yaxma nümunələrinin TƏBİB-in laboratoriyasına təhvil verildiyi və nəticələrə görə məsuliyyət daşımadıqlarını bildirirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın “Qaynar xətti”ndən məsələyə müdaxilə edə bilməyəcəklərini bildiriblər. 1542 “Qaynar xətti”ndən isə COVİD testinin nəticələrini sistemdə görmədiklərindən hər hansı bilgi verə bilməyəcəklərini və test götürən xəstəxana ilə əlaqə saxlamaqlarını bildiriblər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet səhifəsi üzərindən vətəndaşların müraciəti üçün cəmi 700 işarəlik yazıya icazə verilir. Həmin elektron müraciəti isə 1 sutkalıq cəhddən sonra göndərə bilmiş və bugünədək cavab yoxdur. 11 avqust 2021-ci ildən 29 avqust 2021-ci ilədək COVİD-19 xəstəliyi ilə yanaşı, bu yarıtmaz səhiyyə sistemi ilə mücadilə apararaq xəstəlikdən yaxa qurtara bilsələr də, Səhiyyə Sisteminin onlara yaşatdığı stress hələ də davam edir. Qeyd edir ki, sadaladığı bütün telefon zəngləri həm xidmətin keyfiyyətini ölçmək üçün “Qaynar xətt” xidmətləri, həm də onun tərəfindən qeyd edilib və araşdırma üçün təqdim edə bilər. Bütün yuxarıda qeyd etdiklərini nəzərə alaraq aşağıdakı suallarına aydınlıq gətirilməsini xahiş edir: “1) İD********** COVİD test nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 2) İD********** COVİD test nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 3) İD********** COVİDtest nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 4) X2 21 avqust 2021-ci ildə götürülən COVİD testinin nəticəsi necədir və hansı səbəbdən bugünədək testin cavabı onlara bildirilməyib? 5) Ev şəraitində müalicə alan COVİD xəstələrinə hansı formada tibbi yardım göstərilir və həmin vətəndaşların sağlamlığına görə məsuliyyəti hansı qurum daşıyır? 6) Ev şəraitində müalicə alan COVİD xəstələrinə hansı dərman vasitələri pulsuz verilməlidir və buna görə məsuliyyəti hansı qurum daşıyır? 7) COVİD-ə yoluxandan sonra Ağ ciyərlərin KT müayinəsi və böyrəklərin müayinəsinə ehtiyac var? Bu xidməti İcbari Tibbi Sığorta ilə ödənişsiz ala bilər? 8) İddiaçının və ailə üzvlərinin COVİD-dən müalicəsi üçün xərclədikləri 758 manat vəsait İcbari Tibbi Sığorta hesabına qarşılana bilərmi?”. Azərbaycanın fədakar həkimlərinin və həyatlarını riskə ataraq vətəndaşların sağlamlığını keşiyində duran tibb işçilərinə sonsuz minnətdarlığını bildrərək cavabları üçün təşəkkür edir”. - Poçt qəbzlərinin surətlərindən görünür ki, qeyd olunan ərizə xx.xx.2021-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 səlahiyyətli nümayəndələri tərəfindən qəbul edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 ünvanlanmış 13 sentyabr 2021-ci il tarixli, PHŞ/1- 2-2021-21327 saylı məktubdan görünür ki, İddiaçı COVİD-19 xəstəliyi barədə müraciəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olmuşdur. Vətəndaş müraciəti baxılması üçün aidiyyəti üzrə göndərilərək müraciətdə qaldırılmış məsələnin əsaslı olduğu təqdirdə həll edilməsi və nəticəsi barədə vətəndaşa məlumat verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X27 tərəfindən İddiaçı ünvanlanmış müraciətə baxılması haqqında xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-2-2021-3790 nömrəli məktubdan görünür ki, onun xx.xx.2021-ci il tarixli müraciətinə Cavabdehndə (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, İD********** - İddiaçı Vahid oğluna məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə pozitivdir. İD********** - X5 məxsusdur, Bakı Gigiyena və Epidemiologiya Mərkəzində yoxlanılıb, nəticə pozitivdir. İD********** - X11 məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə pozitivdir. İD********** - X12 məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə neqativdir. Eyni zamanda, test nəticəsi ilə bağlı sms-in göndərilməməsi ilə bağlı qeyd edirlər ki, nömrə şəbəkə xaricində olduğundan bununla bərabər digər hallarda işləmirsə, daşınıbsa, operatorların verdikləri zaman ərzində nömrə şəbəkəyə qayıtmırsa yaxud telefonda yaddaş problemi varsa, göndərilən sms üçün operatordan “çatmadı” statusu alınır. Ev şəraitində müalicəyə cəlb olunmuş COVİD-19 xəstələrinin müşahidəsi ərazi üzrə sahə poliklinikalarının vəzifəsidir. Xüsusi hazırlanmış təlimatlar əsasında sahə poliklinikalarının məsul həkimləri tərəfindən təsdiqlənmiş və ya şübhəli COVİD-19 xəstələri nəzarətə götürülərək mütəmadi şəkildə müşahidə edilir, gündəlik klinik vəziyyətləri qiymətləndirilir və ehtiyac yarandığı təqdirdə hospitalizasiya üçün göstəriş verilir. Bundan əlavə, ev şəraitində müalicəyə cəlb olunmuş xəstələrə vitaminlər, hərarət salıcılar və həkim təyinatına əsasən virus əleyhinə dərmanlar paylanılır. COVİD-19 xəstələrinin ev şəraitində müşahidə və müalicəsinin təşkili Bakı şəhəri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt və regionlar üzrə TƏBİB tərəfindən həyata keçirilir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı birbaşa özü və ya nümayəndəsi vasitəsilə müvafiq sorğu ilə informasiya sahibinə müraciət etmək hüququna malikdir. İnformasiya sahibi olan cavabdeh isə öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təmin etməyə borcludur. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının sorğusuna cavab məktubu qanunvericilikdə müəyyən edilmiş 7 iş günündən çox müddətə verilmiş və həmin cavab iddiaçının sorğusunu tam əhatə etməmişdir. Cavabdeh inzibati orqan iddiaçının sorğusunda qeyd edilmiş digər məsələlərə (COVİD-ə yoluxandan sonra ağ ciyərlərilərinin KT müayinəsi və böyrəklərinin müayinəsinə ehtiyac var. Bu xidməti İcbari Tibbi Sığorta ilə ödənişsiz ala bilərlərmi? Onun və ailə üzvlərinin COVİD-dən müalicəsi üçün xərclədikləri 758 manat vəsait İcbari Tibbi Sığorta hesabına qarşılana bilərmi? Cavab verilməməsinin səbəblərini məktubunda əsaslandırmamışdır. Eyni zamanda, həmin məlumatların sorğu əsasında iddiaçıya təqdim edilməsindən imtina üçün hər hansı əsasın mövcud olması məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. - 6.1-ci maddəsinə əsasən vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. - 6.2-ci maddəsinə əsasən yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. -7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. - 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir; - 2.3-ci maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir; - 9.1.1-ci maddəsinə əsasən dövlət orqanları informasiya sahibi sayılırlar. - 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. - 21.3-cü maddəsinə əsasən informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir; - 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin xx.xx.2021ci il tarixli vətəndaş müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavab verməməsi qanunsuz və əsassız hesab edilməli, xx.xx.2021-ci il tarixli vətəndaş müraciətində əksini tapan, amma cavabdehin xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-2-2022-1522 saylı məktubda cavab verilməyən suallara cavab verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşır, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(112)-6095/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar