Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3896/2025 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X6 və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı X4 cavabdehlər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*- *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli və Bakı Inzibati Məhkəməsinin e-*- *(***)-*****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarlarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı X4 cavabdehlər cavabdeh1 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Inzibati şikayətin təmin edilməməsi haqqında” ## ###### 2024-cü il tarixli, **************** nömrəli qərarının, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 üzrə Baş Idarəsinin ## #### 2022-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və ## ###### 2024-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin ##.##.2023-cü il tarixli Əmri ilə ##.##.2024-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Idarəsinin adı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsi kimi dəyişdirilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 1996-cı ildə dövlət qeydiyyatına alınmış İddiaçı X4 sadələşdirilmiş vergi ödəyicisi kimi vergi öhdəliklərini hər zaman vaxtında və tam şəkildə icra etmişdir. Iddiaçı sahibkarlıq fəaliyyətini ##.##.2021-ci ildən ##.##.2026-cı ilədək və ##.##.2022-ci ildən ##.##.2027-ci ilədək fəaliyyəti dayandırmışdır. 2023-cü ilin avqust ayında Cəmiyyətə məxsus Mercedes Benz GLS markalı **AF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məlum olmuş və araşdırma zamanı həbsin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 üzrə Baş Idarəsinin ərizəsinə əsasən Bakı Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, 15(112)- ***/**** saylı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi haqqında qərardadı ilə qoyulduğu aydın olmuşdur. Həmin qərardadın rəsmi qaydada əldə olunması üçün məhkəməyə müraciət etdikdə, vergi orqanının Firmaya qarşı siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə iddia tələbinə dair işin Bakı Inzibati Məhkəməsinin icraatında olduğu bildirilmişdir. Vergi orqanının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən iddia ərizəsində İddiaçı X4 4831,11 manat vergi, Dövlət Sosial Müdafiə Fonduna 518,72 manat və Icbari Sığorta Fonduna 103,39 manat borcunun mövcud olması göstərilsə də, istinad olunan borcun hesablanması barədə vergi orqanının qərarı (qərarları) işdə olmamışdır. Cavabdeh vergi orqanı ciddi qanun pozuntusuna yol verməklə, səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər hazırlamış və məhkəməyə təqdim etmişdir. Belə ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında ## #### 2023cü il tarixli, *********** saylı Protokolda və ## #### 2023-cü il tarixli, *********** saylı Protokola * nömrəli Əlavədə göstərilmişdir ki, Firmanın direktoru X5 iştirakı ilə əmlak siyahıya alınmış və siyahıya alınmış əmlak məsul saxlanma üçün sonuncuya təhvil verilmişdir. Habelə, ## #### 2023-cü il tarixli Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında Akt tərtib edilərək, guya siyahıya alınmış əmlakların X5 təhvil verilməsi və sonuncunun Aktı imzalamaqdan imtina etməsi görüntüsü yaradılmışdır. Halbuki, X5 hərbi xidmətə getməsi ilə əlaqədar ## #### 2022-ci ildə baş direktor vəzifəsindən azad edilmiş və ## #### 2022-ci ildən ## #### 2023-cü ilədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Cavabdeh vergi orqanı tərəfindən yol verilən çoxsaylı qanunsuzluqlardan, əmlakın siyahıya alınmasına dair saxta protokollar tərtib edilərək məhkəməyə təqdim edilməsindən və mənfəət vergisi, məcburi və icbari sığorta üzrə borc hesablanmasından ## ###### 2023- cü ildə Dövlət Vergi Xidmətinə şikayət edilmişdir. Dövlət Vergi Xidmətinin ## ###### 2024-cü il tarixli, **************** saylı (## ###### 2024-cü ildə AVIS vasitəsilə təqdim edilmişdir) Inzibati şikayətin təmin edilməməsi barədə qərarı ilə: İddiaçı X4 şikayəti təmin edilməmiş, ## #### 2022-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri və 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə məbləğlərinin nəzərə alınmaması, o cümlədən 2022-ci il üçün mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Dövlət Vergi Xidmətinin X2 üzrə Baş Idarəsinə tapşırılmışdır. Cavabdeh Xidmətin inzibati şikayətin təmin edilməməsi barədə qərarında iddiaçıya bu günədək təqdim edilməmiş ## #### 2022-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara istinad edilməsi də vergi orqanının vergi ödəyicisi barəsində qanunsuz davranışlara yol verməsini, sonuncu barəsində qəbul edilmiş qərarlarla tanış olmaq, ona dair etiraz və şikayətlərini bildirmək imkanını məhdudlaşdırmışdır. Xidmətin ## ###### 2024-cü il tarixli qərarında vergi orqanı tərəfindən 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə 2066,49 manat hesablandığı və ## #### 2022-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı çıxarıldığı göstərilmişdir. Halbuki, bu vergi hesablaması məbləği cavabdeh vergi orqanının Firmaya qarşı siyahıya alınmış əmlakın satılması barədə iddia ərizəsində göstərilən vergilər üzrə 4831,11 manat borcdan məbləğ etibarilə xeyli fərqlənir və bu ziddiyətin səbəbi bizə məlum deyil. Dövlət Vergi Xidməti şikayətə mahiyyəti üzrə qiymət verməmiş, iddiaçının AVIS hesabı olmadığı halda, guya ## #### 2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri sənədlərin tələb edilməsi haqqında” məktubun, ## #### 2022-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın, “Vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə” ##.##.2020-ci il tarixli **************** nömrəli, ##.##.2021- ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli bildiriş məktubları AVIS-lə göndərildiyini qeyd etsə də bu faktları təsdiq edən heç bir mötəbər sübuta istinad edə bilməmiş və saxtakarlığı ört-basdır etməyə səy göstərmişdir. Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi barədə qərarında “Firma tərəfindən 2021-ci ilin 1-ci rübü üçün ##.##.2021-ci il tarixdə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilərək sadələşdirilmiş vergi ödəyicisi olmasını bəyan etməsinə baxmayaraq, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə zidd olaraq mükəlləfiyyətinin dəyişdirilməsi barədə müraciətinin ## ######## 2022-ci il tarixində olduğu müəyyən edilmişdir” kimi anlaşılmaz mülahizələr irəli sürülmüşdür. Halbuki, iddiaçı Firma tərəfindən belə müraciət göndərilməmişdir. Inzibati şikayətin araşdırılması zamanı Xidmətin əməkdaşları tərəfindən vergi ödəyicisinə müvafiq vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə bildiriş (fiziki olaraq şikayətin araşdırılması zamanı təqdim edilib) göndərildiyi bildirilsə də, həmin bildirişdə “bildiriş göndərildikdən sonra vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir” göstərilməsinə baxmayaraq, vergi ödəyicisinin mükəlləfiyyətinin dəyişdirilməsi barədə qərarın qəbul edilməməsi və vergi ödəyicisinə məlumat verilməməsi səbəblərini açıqlaya bilməmişdir. Ötən illər ərzində vergi orqanı dəfələrlə Firmaya qarşı qərəzli və qanunsuz olaraq vergi hesablanmasına cəhd etsə də, Firmanın etirazları və şikayətləri nəticəsində əlavə vergisi hesablamaları silinmişdir. Məsələn, vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə **************** saylı, ## ###### 2021-ci il tarixli Qərarı ilə Firmaya 2020-ci il üzrə 1746,09 manat mənfəət vergisi hesablanmış, ## ###### 2021-ci il tarixli etirazda Firmanın sadələşdirilmiş vergi ödəyicisi olması və mənfəət vergisi hesablanması üçün heç bir əsasın olmaması bildirilmişdir. Firmanın etirazının nəticəsi olaraq vergi orqanının yol verdiyi ciddi pozuntu Dövlət Vergi Xidməti tərəfindən aradan qaldırmaqla **************** saylı, ## ###### 2021-ci il tarixli Qərarı ləğv edərək əlavə hesablanmış vergi silinmişdir (DVX-nin ## ###### 2021-ci il tarixli, **************** saylı məktubu). Inzibati şikayətin təmin edilməməsi barədə qərarda inzibati araşdırmaya təqdim edilmiş Xidmətin 2020-ci il üzrə əlavə vergi hesablamasının silinməsi barədə ## ###### 2021-ci il tarixli, **************** saylı məktubuna münasibət bildirməkdən bilərəkdən yayınaraq, eyni məsələ ilə bağlı eyni xarakterli şikayətlər üzrə müxtəlif qiymətləndirici qərar qəbul edilməsi ört-basdır edilməklə, inzibati orqanların inzibati praktikasına hüquqi şəxsin etimadı prinsipi kobud şəkildə pozulmuşdur. Halbuki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edir. Iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmaqla, mənfəət vergisi ödəyicisi deyil və heç bir zaman olmamışdır. 2021-ci ilin İ rübü üzrə 390,16 manat, II rüb üzrə 444,32 manat, III rüb üzrə 252,16 manat sadələşdirilmiş vergi məbləği olmaqla, cəmi 1086 manat sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. 2021-ci ilin IV rübü üzrə Firmanın fəaliyyəti olmamışdır. Vergi orqanı Firmaya qərəzli münasibət yürütmüş, son illərdə belə münasibəti daha da kəskinləşdirmiş, firmaya qanunsuz və qərəzli olaraq gah mənfəət vergisi, gah əmlak vergisi, gah da əlavə dəyər vergisi hesablanmış, bank hesabları dondurulmuş, sərəncamlar göndərilməklə pul vəsatlərini silməyə çalışmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən açıq-aşkar görünür ki, müxtəlif zamanlarda tətbiq olunan bu vergilər ya inzibati qaydada şikayət verildikdən sonra, ya da məhkəmə qaydasında ləğv edilmiş və müvafiq düzəlişlər edilməklə şirkətin heç bir vergi borcunun olmadığı aşkara çıxarılmışdır. Baş verən bu hadisələrin artıq adət halını alması vergi orqanı əməkdaşlarının qanuna zidd əməlləri nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa maneələr yaradılması, hesablara məhdudiyyətlər qoyulması və s. hallara görə iddiaçı fəaliyyətini dayandırmalı olmuşdur. Firmanın fəaliyyət göstərdiyi müddətdə sadələşdirilmiş vergi ödəyicisi kimi vergi öhdəliklərini daim vaxtında icra etməsi, habelə vergi orqanı tərəfindən mütəmadi olaraq əlavə hesablamaların iddiaçının şikayətləri nəticəsində vergi orqanının özü tərəfindən azaldılması şəxsi hesab vərəqəsindən də aydın görünür. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində firmanın mükəlləfiyyətinin sadələşdirilmiş vergi olduğunu, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən ilin əvvəlinə seçilmiş vergi metodunun təqvim ilinin sonunadək dəyişdirilmədiyini, firmanın məcburi olaraq mənfəət vergisi ödəyicisi olması barədə rəsmi bildiriş təqdim edilmədiyini və üzərindən uzun müddət keçdikdən sonra həmin dövr üzrə mənfəət vergisi hesablanması barədə məlumat aldığını, hesablama barədə qərarın onlara təqdim edilmədiyini bildirmişdir. Bildirilir ki, uçot-baza məlumatlarının araşdırılması zamanı 2021-ci il ərzində Firma tərəfindən elektron qaimə-faktura əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1001473201) 5000,00 manat məbləğində hüquq xidmətlərinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1700271981) 21 216,00 manat məbləğində hüquq xidmətlərinin, "xxxx" BIRGƏ AZƏRBAYCAN- INGILTƏRƏ Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 9900056131) 21 216,00 manat məbləğində hüquq xidmətlərinin göstərildiyi və "X13" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (VÖEN: 1700342541) 6800,00 manat məbləğində hüquq xidmətlərinin göstərildiyi, ümumilikdə 2021-ci il ərzində 54 232,00 manat məbləğində hüquq xidmətlərinin göstərildiyi, elektron qaimə-faktura əsasında 2346,70 manat məbləğində yağ, yağ filteri, natlatka, akkumulyator, rabitə xidməti, abunə haqqı, içməli su və.s adlı müxtəlif malların və xidmətlərin əldə edildiyi, elektron alış aktları əsasında malların əldə edilmədiyi, yük gömrük bəyannamələri əsasında idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən ##.##.2021-ci il tarixdə 2021-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində 1-ci rübün 1-ci ayı üzrə 6 304,00 manat, 2-ci ayı üzrə 5 304,00 manat, 3-cü ayı üzrə 7 900,00 manat dövriyyə məbləğinin, ümumilikdə rüb üzrə 19 508,00 manat hasilat məbləğinin, ##.##.2021-ci il tarixdə 2021-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində 2-ci rübün 1-ci ayı üzrə 11 108,00 manat, 2-ci ayı üzrə 7 572,00 manat, 3-cü ayı üzrə 3 536,00 manat dövriyyə məbləğinin, ümumilikdə rüb üzrə 22 216,00 manat hasilat məbləğinin, ##.##.2021-ci il tarixdə 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində 3-cü rübün 1-ci ayı üzrə 4 036,00 manat, 2-ci ayı üzrə 4 036,00 manat, 3-cü ayı üzrə 4 536,00 manat dövriyyə məbləğinin, ümumilikdə rüb üzrə 12 608,0 manat hasilat məbləğinin bəyan edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 218.5.9-cu və 218.5.10-cu maddələrinə əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən və vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10- cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüquqları yoxdur. Eyni zamanda, Vergi Məcəlləsinin 218.6-cı maddəsinin müddəalarına əsasən Vergi Məcəlləsinin 218.5.9-cu və 218.5.10-cu maddələrinin müddəalarından asılı olmayaraq, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, habelə xidmətlərin göstərilməsini həyata keçirən şəxslər əhaliyə xidmətlə yanaşı, vergi orqanında uçotda olan şəxslərə xidmətlərin göstərilməsini həyata keçirdikdə vergi ödəyicisinin rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi (satışdankənar gəlirlər istisna olmaqla) ümumi əməliyyatlarının həcminin 30 faizindən çox olmadıqda həmin vergi ödəyicisinin sadələşdirilmiş vergitutma metodunu tətbiq etmək hüququ saxlanılır. Qeyd olunanlara əsasən vergi ödəyicisi rüb ərzində yalnız topdansatış qaydasında malların satışını və vergi ödəyicilərinə xidmətlərin göstərilməsini həyata keçirdikdə vergi ödəyicisi sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu itirir və həmin rüb ərzində əldə olunan gəlirlər gəlir (mənfəət) vergisinə cəlb olunur. Həmçinin, vergi orqanı tərəfindən vergi ödəyicisinə “Vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə” ##.##.2020-ci il tarixli **************** nömrəli, ##.##.2021- ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli bildiriş məktubları göndərilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ilin yanvar, fevral, mart ayları üzrə 19 408,00 manat məbləğində, aprel, may, iyun ayları üzrə 22 216,00 manat məbləğində, iyul, avqust, sentyabr ayları üzrə 12 608,00 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilərək hüquqi şəxslərə hüquq xidmətlərinin göstərildiyi, eyni zamanda Firma tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3- cü rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin rüb üzrə təqdim edilmiş elektron qaimə-faktura məbləğlərinə uyğun olduğu müəyyən edilmişdir. Əlavə olaraq aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində "X13" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (VÖEN: 1700342541) 4420,0 manat məbləğində hüquq xidmətlərinin göstərildiyi, eyni zamanda ##.##.2022-ci il tarixdə 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 1-ci rübünün 1-ci ayı üzrə 4 420,0 manat, 2-ci ayı üzrə 0,00 manat, 3-cü ayı üzrə 0,00 manat dövriyyə məbləğinin, ümumilikdə rüb üzrə 4420,0 manat hasilat məbləğinin göstərildiyi, sadələşdirilmiş vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin rüb üzrə təqdim edilmiş elektron qaimə-faktura məbləğlərinə uyğun olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 16.1.9cu maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi orqanı tərəfindən 2021-ci il üçün mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə vergi məbləği hesablanarkən 2021- ci il ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların məbləği əsas götürülməklə 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin gəlirlər hissəsində 54 232,00 manat gəlir, xərclər hissəsində 12 902,23 manat xərc məbləği (MDSS bəyannamələrində bəyan edilmiş əmək haqqı və sığorta haqları, əldə edilmiş elektron qaimə-fakturaların dəyəri) nəzərə alınaraq, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətinin 75 faiz güzəşt hüququ nəzərə alınmaqla 2066,49 manat mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Vergi Məcəlləsinin 218.2-ci maddəsindən aydın olduğu kimi vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdursa, o, aprel ayının 20-nə kimi sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmiş olsa da, bu hal onun sadələşdirilmiş vergi ödəyicisi ola bilməməsi faktını dəyişdirmir. Yəni, vergi ödəyicinin 2021-ci və 2022-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmadığından o sadələşdirilmiş vergi bəyannaməsini deyil, mənfəət vergisi bəyannaməsini təqdim etməli idi. Analoji vəziyyət 2022-ci il üzrə də baş vermiş, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə iqtisadi göstəricilərinin olmasına baxmayaraq, 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilməmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə 4420,00 manat məbləğində təqdim edilmiş elektron qaimə faktura üzrə 221,00 manat vergi məbləği hesablanmışdır. (4420,00 *20 %*25%) Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə tərəfimizdən ##.##.2024-cü il tarixli **************** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin mübahisələndirilən ##.##.2024-cü il tarixii **************** nömrəli "Inzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə Bak şəhəri X2 üzrə Baş Idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2022-ci il tarixli, **************** nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Məlum olduğu kimi, Inzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsində isə qeyd edilmişdir ki: - barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; - barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilir inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); -şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Lakin qeyd edilən iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən Dövlət Verg Xidmətinin ##.##.2024-cü il tarixli “Inzibati şikayətin təmin edilməsi haqqında" Qərarı yuxanda sadalanan inzibati aktlardan heç birinə aid edilmədiyindən mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Eyni zamanda bildirilir ki, yuxarıda istinad olunan Plenum qərarının 3.4-cü bəndində görə, mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu dd a mümkün sayılmamalıdır. Belə ki, iddiaçının inzibati şikayəti əsasında Bakı şəhəri X2 üzrə Baş Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə desək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2022-ci il tarixli qərar dəyişdirilmədiyindən, o cümlədən inzibati şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan hər hansı qərar qəbul edilmədiyindən IPMnin 32.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Həmçinin hazırkı iddia ərizəsi ilə mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2022-ci il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli **************** nömrəli qərarlar Bakı şəhəri X2 üzrə Baş Idarəsi tərəfindən qəbul edildiyindən iddia tələbinin qalan hissəsində Dövlət Vergi Xidməti cavabdehlər siyahısından çıxarılmalıdır. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərardadı ilə iddia tələbi cavabdeh cavabdeh2 qarşı “Dövlət Vergi Xidmətinin “Inzibati şikayətin təmin edilməməsi haqqında” ## ###### 2024-cü il tarixli, **************** saylı qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı (hakim T.Məlikov) ilə iddia təmin edilməmişdir. Həmin qərardaddan və qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın və qərarın ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı (hakim L.Musayeva) ilə iddia rədd edilmişdir. Həmin qərardan da narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hazırkı icraatda bir iddia ilə inzibati orqanın inzibati aktları mübahisələndirildiyindən və mübahisə predmeti eyni münasibətlərlə bağlı olduğundan Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli və Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarlarından verilmiş apellyasiya şikayətlərinə baxır. Apellyasiya şikayətlərinin dəlilləri: Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən sübutlara maddi və prosessual hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməmiş, sadəcə cavabdeh vergi orqanının mövqeyini əsas tutaraq qərar qəbul etməklə ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Iş materiallarına əsasən, ## ###### 1996-cı ildə dövlət qeydiyyatına alınmış İddiaçı X4 sadələşdirilmiş vergi ödəyicisi kimi vergi öhdəliklərini hər zaman vaxtında və tam şəkildə icra etmişdir. Iddiaçı sahibkarlıq fəaliyyətini ##.##.2021-ci ildən ##.##.2026-cı ilədək və ##.##.2022-ci ildən ##.##.2027-ci ilədək fəaliyyəti dayandırmışdır. 2023-cü ilin avqust ayında Cəmiyyətə məxsus Mercedes Benz GLS markalı **AF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məlum olmuş və araşdırma zamanı həbsin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 üzrə Baş Idarəsinin ərizəsinə əsasən Bakı Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, **(***)-***/**** saylı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi haqqında qərardadı ilə qoyulduğu aydın olmuşdur. Həmin qərardadın rəsmi qaydada əldə olunması üçün məhkəməyə müraciət etdikdə, vergi orqanının Firmaya qarşı siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə iddia tələbinə dair işin Bakı Inzibati Məhkəməsinin icraatında olduğu bildirilmişdir. Vergi orqanının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən iddia ərizəsində İddiaçı X4 4831,11 manat vergi, Dövlət Sosial Müdafiə Fonduna 518,72 manat və Icbari Sığorta Fonduna 103,39 manat borcunun mövcud olması göstərilsə də, istinad olunan borcun hesablanması barədə vergi orqanının qərarı (qərarları) işdə olmamışdır. Cavabdeh vergi orqanı ciddi qanun pozuntusuna yol verməklə, səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər hazırlamış və məhkəməyə təqdim etmişdir. Belə ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında ## #### 2023-cü il tarixli, *********** saylı Protokolda və ## #### 2023-cü il tarixli, *********** saylı Protokola * nömrəli Əlavədə göstərilmişdir ki, Firmanın direktoru X5 iştirakı ilə əmlak siyahıya alınmış və siyahıya alınmış əmlak məsul saxlanma üçün sonuncuya təhvil verilmişdir. Habelə, ## #### 2023-cü il tarixli Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında Akt tərtib edilərək, guya siyahıya alınmış əmlakların X5 təhvil verilməsi və sonuncunun Aktı imzalamaqdan imtina etməsi görüntüsü yaradılmışdır. Halbuki, X5 hərbi xidmətə getməsi ilə əlaqədar ## #### 2022-ci ildə baş direktor vəzifəsindən azad edilmiş və ## #### 2022-ci ildən ## #### 2023-cü ilədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Vergi orqanının tərtib etdiyi saxta sənədlərdə göstərilən vaxtda əmlakların hərbi xidmətdə olan şəxsin iştirakı ilə siyahıya alınması və ona saxlanmaq üçün təhvil verilməsi ilə bağlı vergi orqanının uydurmaları ciddi qanunsuzluğa, məhkəmə qarşısında aldatma və saxtakar mövqe tutulması, vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının heçə sayılması deməkdir. Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi barədə qərarında “Firma tərəfindən 2021ci ilin 1-ci rübü üçün ##.##.2021-ci il tarixdə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilərək sadələşdirilmiş vergi ödəyicisi olmasını bəyan etməsinə baxmayaraq, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə zidd olaraq mükəlləfiyyətinin dəyişdirilməsi barədə müraciətinin ## ######## 2022-ci il tarixində olduğu müəyyən edilmişdir” kimi anlaşılmaz mülahizələr irəli sürülmüşdür. Halbuki, iddiaçı Firma tərəfindən belə müraciət göndərilməmişdir. Inzibati şikayətin araşdırılması zamanı Xidmətin əməkdaşları tərəfindən vergi ödəyicisinə müvafiq vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə bildiriş (fiziki olaraq şikayətin araşdırılması zamanı təqdim edilib) göndərildiyi bildirilsə də, həmin bildirişdə “bildiriş göndərildikdən sonra vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir” göstərilməsinə baxmayaraq, vergi ödəyicisinin mükəlləfiyyətinin dəyişdirilməsi barədə qərarın qəbul edilməməsi və vergi ödəyicisinə məlumat verilməməsi səbəblərini açıqlaya bilməmişdir. Məhkəmə isə bu halı sübuta yetirilmiş kimi qəbul etməklə iş üzrə maraqlı mövqedə olmasını açıq-aşkar nümayiş etdirmişdir. Belə ki, iddia tələbində də qeyd olunduğu kimi iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmaqla, mənfəət vergisi ödəyicisi deyil və heç bir zaman olmamışdır. 2021-ci ilin İ rübü üzrə 390,16 manat, II rüb üzrə 444,32 manat, III rüb üzrə 252,16 manat sadələşdirilmiş vergi məbləği olmaqla, cəmi 1086 manat sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. 2021-ci ilin IV rübü üzrə Firmanın fəaliyyəti olmamışdır. Firmanın fəaliyyət göstərdiyi müddətdə sadələşdirilmiş vergi ödəyicisi kimi vergi öhdəliklərini daim vaxtında icra etməsi, habelə vergi orqanı tərəfindən mütəmadi olaraq əlavə hesablamaların iddiaçının şikayətləri nəticəsində vergi orqanının özü tərəfindən azaldılması şəxsi hesab vərəqəsindən də aydın görünür. Deməli, vergi orqanı kameral vergi yoxlamasının keçirilməsi müddətlərini ötürdüyü halda və məhkəmə iclaslarında dəfələrlə müzakirə olunduğu halda, məhkəmə qərarında bu hala da heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Xidmətin ## ###### 2024-cü il tarixli qərarında vergi orqanı tərəfindən 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə 2066,49 manat hesablandığı və ## #### 2022-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı çıxarıldığı göstərilmişdir. Halbuki, bu vergi hesablaması məbləği cavabdeh vergi orqanının Firmaya qarşı siyahıya alınmış əmlakın satılması barədə iddia ərizəsində göstərilən vergilər üzrə 4831,11 manat borcdan məbləğ etibarilə xeyli fərqlənir və bu ziddiyətin səbəbi məlum deyil. Dövlət Vergi Xidməti şikayətə mahiyyəti üzrə qiymət verməmiş, iddiaçının AVIS hesabı olmadığı halda, guya ## #### 2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri sənədlərin tələb edilməsi haqqında” məktubun, ## #### 2022-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın, “Vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə” ##.##.2020-ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli bildiriş məktubları AVIS-lə göndərildiyini qeyd etsə də, bu faktları təsdiq edən heç bir mötəbər sübuta istinad edə bilməmiş və saxtakarlığı ört-basdır etməyə səy göstərmişdir. Məhkəmə nəzərə almamışdır ki, Dövlət Vergi Xidmətinin mübahisələndirilən qərarı ilə şikayət olunan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 üzrə Baş Idarəsinin ## #### 2022-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və ## ###### 2024-cü il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları dəyişdirilmədən saxlanılmaqla yanaşı, Dövlət Vergi Xidmətinin ## ###### 2024-cü il tarixli, **************** saylı qərarı ilə eyni əsasla 2022-ci il üçün mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsinin Dövlət Vergi Xidmətinin X2 üzrə Baş Idarəsinə tapşırılması vergi orqanının vergi ödəyicisi barəsində qanunsuz davranışlara yol verməsinə və aşağı inzibati orqanın qanunsuz praktikasının təkrar edilməsinə gətirib çıxarmışdır. Halbuki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri və 2022-ci ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə məbləğləri göstərilmiş və Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən ilin əvvəlinə seçilmiş vergi metodu təqvim ilinin sonunadək dəyişdirilməmiş, firmanın məcburi olaraq mənfəət vergisi ödəyicisi olması barədə rəsmi bildiriş təqdim edilməmiş və üzərindən uzun müddət keçdikdən sonra, kameral vergi yoxlaması müddətləri başa çatdığı halda keçmiş dövr üzrə mənfəət vergisi hesablanmışdır. Birinci instansiya məhkəmə nə kameral vergi yoxlaması müddətlərinin ötürülməsinə, nə vergi orqanının təqdim etdiyi sənədlərin iddiaçıya çatdırılmamasına dair iddiaçının təqdim etdiyi sübutlara münasibət bildirməmiş, iş üzrə mühüm faktları görməzdən gələrək cavabdehin mənafeyini qoruyan qərar qəbul edilməsi missiyasına xidmət etmişdir. Iddiaçının mübahisələndirdiyi hallardan birinin də hesablanmış vergi məbləğinin düzgün olmaması, vergi orqanının istinad etdiyi borc məbləğinə həm sadələşdirilmiş, həm də mənfəət vergisinin daxil olması təşkil etsə də, məhkəmə xidməti vəzifələrinin icrasını belə yerinə yetirməmişdir. Bu hal məhkəmənin açıq-aşkar tərəfgir mövqe nümayiş etdirdiyinə və vergi orqanının dövlət hakimiyyət səlahiyyətinə qanunsuz üstünlük verdiyinə və nəticə etibarilə Firma üzərinə qanunsuz və əsassız öhdəlik qoyulmasına şərait yaratdığına dəlalət edir. Odur ki, Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Dövlət Vergi Xidmətinin inzibati şikayətə baxılması ilə bağlı hərəkətlərinin iddiaçı üçün yaratdığı hüquqi nəticələrə düzgün hüquqi qiymət verməmiş, heç bir əsas olmadan iddia tələbini rədd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Dövlət Vergi Xidməti sadəcə inzibati şikayətə baxmamış, iddiaçı üçün yeni vergi öhdəliyi yaradan əsas müəyyən edərək, 2022-ci il üzrə də eyni qaydada vergi hesablaması aparılması barədə göstəriş müəyyən etməklə iddiaçı tərəfindən mübahisələndirilə biləcək yeni əsaslar yaratmışdır. Halbuki, Dövlət Vergi Xidmətinin iddiaçının fəaliyyətinin olmadığı dövr üzrə, habelə kameral vergi yoxlaması üçün müddət keçdikdən sonra belə öhdəliklər yaratması məhz məhkəmə araşdırmasının predmeti olmalı idi. Məhkəmə qeyd olunan bu halları nəzərə almadan, ümumiyyətlə Dövlət Vergi Xidmətinin yol verdiyi qanunsuzluqlara heç bir münasibət bildirmədən, Xidmətin mövqeyi ilə razılaşmış, nəticədə işin hallarına uyğun olmayan nəticəyə gəlməklə Dövlət Vergi Xidmətini öhdəliklərindən azad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Dövlət Vergi Xidmətinin mübahisələndirilən ## ###### 2024-cü il tarixli, **************** saylı qərarı ilə şikayət olunan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 üzrə Baş Idarəsinin ## #### 2022-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının qanunauyğunluğuna hüquqi qiymət verilməmiş, məhz Xidmətin göstərişi əsasında vergi orqanının ## ###### 2024-cü il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul edilmişdir. Habelə, Dövlət Vergi Xidməti bu nəticəyə heç bir araşdırma aparmadan gəlmişdir ki, bu da səlahiyyətdən sui-istifadə xarakterli davranışlara dəlalət edir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən Dövlət Vergi Xidməti ilə bağlı göstərilən xüsusatlara heç bir münasibət göstərilmədən, qanunsuz və əsassız olaraq Dövlət Vergi Xidmətinin qərarı ilə bağlı hissədə iddia tələbini rədd etməsi qəbuledilən deyildir. Odur ki, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Iddiaçının mübahisələndirdiyi hallardan birinin də hesablanmış vergi məbləğinin düzgün olmaması, vergi orqanının istinad etdiyi borc məbləğinə həm sadələşdirilmiş, həm də mənfəət vergisinin daxil olması, kameral vergi yoxlaması müddətlərinin keçməsi təşkil etsə də, məhkəmə xidməti vəzifələrinin icrasını belə yerinə yetirməmişdir. Məhkəmə guya apellyasiya instansiyası məhkəməsinin göstərişini yerinə yetirərək iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verməsi görüntüsü yaratsa da, şikayət olunan qərardadın tərtibində iddianın mümkünlüyü prizmasından yanaşaraq hazırki mübahisənin iddiaçının maraqlarına toxunmaması kimi absurd mülahizələr irəli sürmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin hər iki qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarlarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının Bakı Inzibati Məhkəməsinin hər iki qərarından vermiş olduğu apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarları dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. IPM-in 2.2.1-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. IPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. IPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iş üzrə iddiaçının iddia tələbi 3 hissədən ibarətdir: 1) Azərbaycan Respublikası cavabdeh1 (hazırkı cavabdeh2 Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsi) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarının ləğvi; 2) Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Inzibati şikayətin təmin edilməməsi” barədə ## ###### 2024-cü il tarixli, **************** nömrəli qərarının ləğvi; 3) Azərbaycan Respublikası cavabdeh1 (hazırkı cavabdeh2 Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsi) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarının ləğvi. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Eyni zamanda iddiaçı tərəfindən prosessual müddətə əməl edilməklə iddia qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Inzibati şikayətin təmin edilməməsi” barədə ## ###### 2024-cü il tarixli, **************** nömrəli qərar və Azərbaycan Respublikası cavabdeh1 (hazırkı cavabdeh2 Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsi) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar ##.##.2024cü il tarixdə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Digər qərar Azərbaycan Respublikası cavabdeh1 (hazırkı cavabdeh2 Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsi) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2022-ci il tarixli, **************** nömrəli qərar isə 2022-ci il tarixinə aid olsa da, ilk baxışdan prosessual müddətin ötürülməsi ilə məhkəmədə ##.##.2024-cü il tarixdə mübahisələndirilməsi görünsə də, sözügedən qərarı iddiaçı mübahisələndirməklə prosessual müddəti ötürməmişdir. Belə ki, həmin qərar üzrə iddiaçı tərəfindən yuxarı inzibati orqana - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati qaydada ##.##.2023-cü il tarixdə şikayət verilmişdir. Yuxarı inzibati orqan tərəfindən inzibati icraat qaydasında şikayətə baxılmış və şikayət təmin edilmədən, ##.##.2022-ci il tarixli, **************** nömrəli qərar Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Inzibati şikayətin təmin edilməməsi” barədə ## ###### 2024-cü il tarixli, **************** nömrəli qərar ilə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərar IPM-in 38.1-ci maddəsinə müvafiq olaraq şikayət instansiyasına şikayət verildiyi üçün şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində prosessual müddət ötürülmədən iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməklə iddianın mümkünlük şərtinə cavab vermişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 218.1-1. Bu Məcəllənin 218.1.1-ci və 218.1.2-ci maddələrinə əsasən vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POSterminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır. 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. Il ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər. 218.2-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə və vergi ödəyicisi bu rejimdə azı 1 il ərzində fəaliyyət göstərmişdirsə, o, istənilən vaxt fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər. 218.2-2. Bu Məcəllənin 218.2-1-ci maddəsinə əsasən vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği müəyyən edilərkən vergi ödəyicisinin bu fəaliyyəti üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır. 218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər; 218.4.2. idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər; 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər; 218.4.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini (bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən fiziki şəxslər. 218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: ... 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla); ... 218.6. Aşağıdakı hallarda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır: 218.6.1. bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda; 218.6.2. bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda. Bu Məcəllənin 218.6-cı maddəsinin müddəaları malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ibarət qarışıq əməliyyatlar aparılan hallara da tətbiq edilir. 218.7. Bu Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ...... 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. . Maddə 28. Inzibati icraatın başlanılması üçün əsaslar 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Iddiaçı hazırkı tələbində cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2022-ci il tarixli, **************** nömrəli və ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarlarını və cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Inzibati şikayətin təmin edilməməsi” barədə ## ###### 2024-cü il tarixli, **************** nömrəli qərarını mübahisələndirmişdir. Hazırkı inzibati işin faktiki halları ondan ibarətdir ki, iddiaçı vergi orqanı tərəfindən onun mənfəət vergisinə cəlb olunması barədə qəbul edilmiş qərarların qanunsuz olduğunu və onun sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmək hüququnun ilin sonunadək saxlanılmalı olduğunu iddia edir. Cavabdeh inzibati orqanlar isə tələbin təmin olunmasından imtina edərək bildirir ki, Vergi Məcəlləsinin 218.7-ci maddəsinə əsasən, vergi ödəyicisinin sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ müəyyən edilmiş şərtlər ödənilmədiyi halda, hesabat rübündən sonrakı ayın 1-dən etibarən ləğv edilir. Kollegiya iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələri qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş materiallarından görünür ki : - Iddiaçı İddiaçı X4 ##.##.2020-ci il tarixli **************** nömrəli müraciətinə cavab olaraq ünvanlanmış vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə bildiriş ilə iddiaçıya vergi mükəlləfiyyətinə və ya fəaliyyət növünə dəyişiklik edilməsi üçün ərizə təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. - Iddiaçı İddiaçı X4 ##.##.2021-ci il tarixli **************** nömrəli müraciətinə cavab olaraq ünvanlanmış vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə bildiriş ilə iddiaçının ##.##.2021-ci il tarixdən sadələşdirilmiş vergi üzrə mükəlləfiyyətin passivləşdirilməsi, eyni zamanda həmin tarixdən mənfəət vergisi üzrə mükəlləfiyyətin aktivləşdirilməsi və ya digər fəaliyyətlə məşğul olduğu halda fəaliyyət növünə dəyişiklik edilməsi üçün müvafiq ərizə ilə 5 iş günü müddətində qeydiyyatda olduğu vergi orqanına müraciət etmək tövsiyə olunmuşdur. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı ilə 2021-ci il üzrə mənfəət vergisi üzrə 2.066,9 manat vergi hesablanmışdır. - “Inzibati şikayətin təmin edilməməsi” barədə ## ###### 2024-cü il tarixli, **************** nömrəli qərarı ilə İddiaçı X4 kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə ##.##.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə 2022-ci il üzrə mənfəət vergisi üzrə 5.431,57 manat vergi hesablanmışdır. Beləliklə, hazırkı inzibati işin faktiki hallarından müəyyən edilir ki, vergi ödəyicisi İddiaçı X4 Azərbaycan Respublikası cavabdeh1 (hazırkı cavabdeh2 Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsi) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı ilə 2021-ci il üzrə mənfəət vergisi üzrə 2.066,9 manat vergi hesablanmışdır. Iddiaçı tərəfindən kameral vergi yoxlaması ilə ona hesablanmış vergi məbləğinin azaldılması barədə ##.##.2023-cü il tarixli inzibati şikayətlə yuxarı vergi orqanı kimi hazırkı cavabdeh cavabdeh2 müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə inzibati şikayətin təmin edilməsindən imtina edilmiş, cavabdeh2 Bakı şəhəri X2 üzrə Baş Idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş Idarəsinə vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri, 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində dövriyyə məbləğlərinin nəzərə alınmaması, o cümlədən 2022-ci il üçün mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası cavabdeh1 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə 2022-ci il üzrə mənfəət vergisi üzrə vergi ödəyicisinə 5.431,57 manat vergi hesablanmışdır. Vergi Məcəlləsinin 218.7-ci maddəsində aydın şəkildə qeyd edilmişdir ki, bu Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, vergi orqanı tərəfindən aparılmış araşdırmalar və təqdim olunmuş mühasibat uçotu sənədlərinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hüquqi şəxslərə və vergi ödəyicilərinə təqdim edilən xidmətlər rüb ərzində təqdim olunmuş ümumi əməliyyatların əhəmiyyətli hissəsini təşkil edir. Vergi ödəyicisinin təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələri ilə faktiki olaraq təqdim edilmiş elektron qaimə-fakturalar arasında müvafiq dövriyyə göstəriciləri üzrə uyğunluq olduğu təsbit edilsə də, vergi ödəyicisinin fəaliyyət istiqaməti, o cümlədən onun göstərdiyi xidmətlər onun sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu itirməsinə səbəb olmuşdur. Iddiaçının fəaliyyəti çərçivəsində göstərilən xidmətlər faktiki olaraq mal ticarət və iaşə xidmətləri kimi təyin olunmayıb, əksinə, hüquqi xidmətlərin təqdim edilməsi istiqamətində həyata keçirilmişdir. Apellyasiya araşdırması zamanı da iddiaçının səlahiyyətli nümayəndəsi sözügedən dövrlər üzrə hüquqi şəxslərə xidmət göstərilməsinin mübahisəsiz hal olduğunu qəbul etmiş, lakin ilin əvvəlində əvvəlki ilə uyğun olaraq vergi metodu seçildiyini və təqvim ili ərzində seçilmiş metodu dəyişdirmək hüququ olmadığını bildirmiş, həmçinin vergi orqanı tərəfindən də firmanın vergi uçotunun məlumatlarının dəyişdirilməsi barədə qərar qəbul edilmədiyini qeyd etmişdir. Bununla belə əvvəlki dövrlər üzrə oxşar mübahisə yaranan zamanı inzibati orqan tərəfindən inzibati şikayətin təmin olunmasına da istinad etmişdir. Məhkəmə kollegiyası Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya baxışı zamanı vergi orqanı tərəfindən təqdim olunmuş sənədlərə əsasən vergi ödəyicisinin mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə müvafiq bildirişlərin göndərildiyi və bu barədə vergi ödəyicisinin məlumatlandırıldığı sübut olunmuşdur. Belə olduğu təqdirdə, Vergi Məcəlləsinin müvafiq tələblərinə əsasən, sadələşdirilmiş vergi ödəyicisi statusu həmin hesabat rübündən sonrakı ayın 1-dən qüvvədən düşmüş hesab edilməli və iddiaçı mənfəət vergisinə cəlb edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərarların mahiyyət etibarilə əsaslı olması, yəni mübahisələndirilən dövrlər üzrə sadələşdirilmiş vergi ödəyicisi olmaq ixtiyarında olmaması barədə gəldiyi qənaət düzgün və qanuni olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində və apellyasiya baxışı zamanı məhkəmə iclasında səsləndirdiyi digər dəlil - əvvəllər də eyni hal ilə əlaqədar müraciətlər edilərkən inzibati şikayətlərin təmin edilərək vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, “Inzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmçinin iddiaçı hüquqi şəxs 1996-cı ildən dövlət qeydiyyatına alınmış vergi ödəyicisi kimi vergi qanunvericiliyinin tələblərini bilməli olduğu üçün hazırkı halda “Inzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə əsasən etimadın qorunması hüququna istinad edə bilməz. Belə ki, Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: ... 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Dövlət Vergi Xidməti sadəcə inzibati şikayətə baxmamış, ##.##.2024-cü il tarixli qərarla iddiaçı üçün yeni vergi öhdəliyi yaradan əsas müəyyən edərək, 2022-ci il üzrə də eyni qaydada vergi hesablaması aparılması barədə göstəriş vermişdir, yəni yuxarı inzibati orqanın ##.##.2024-cü il tarixli qərarı ilkin inzibati aktla müqayisədə vergi ödəyicisi üçün əlavə öhdəliklər yaratmışdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri, 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində dövriyyə məbləğlərinin nəzərə alınmaması, o cümlədən 2022-ci il üçün mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən hazırda mübahisələndirilən sözügedən qərarın mahiyyət etibarilə iddiaçı üzərində əlavə öhdəlik yaradılmasına əsas olması fikrinin davamı olaraq qeyd edilməlidir ki, Dövlət Vergi Xidmətinin yuxarı inzibati orqan qismində strukturuna daxil olan inzibati orqana tapşırığın verilməsi onun səlahiyyətidir. Yekun olaraq qəbul edilən inzibati akt da iddiaçı tərəfindən mübahisələndirilir və məhkəmə araşdırmaları zamanı da inzibati aktların mahiyyət etibarilə əsaslı və qanuni olması nəticəsi əldə olunur. Beləliklə, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə doğru, düzgün baxaraq və araşdırma apararaq iddiaçının mübahisələndirdiyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia tələbinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Inzibati şikayətin təmin edilməməsi haqqında” ## ###### 2024-cü il tarixli, **************** saylı qərarın ləğv edilməsi hissəsində rədd edilməsində haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı Inzibati Məhkəməsinin qərarları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin e-*- *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli və e-*-*(***)-*****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarları dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli və Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarları dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Pərviz Hüseynov Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-3896/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3896/2025
01.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver