Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3974/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7284/2024 nömrəli, 10 sentyabr 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq, iddiaçıya ilkin pensiya təyinatı zamanı xx.xx.2017-ci il tarixdən əvvəl qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinin tətbiq edilməsinin qanunsuz hesab edilməsi; iddiaçının əmək pensiyasının hesablanması həmin Qanunun 27-ci maddəsinin xx.xx.2017ci il tarixdən sonra qüvvəyə minmiş redaksiyası əsasında aparılması; cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 6.6-ci bəndinə əsasən keçmiş dövr üzrə müəyyən edilmiş əskik və artıq ödəmələrin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi; iddiaçıya 6341,28 manat artıq ödənilmiş pul məbləğinin ondan tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, həmin borc məbləği ləğv edilməklə bu borcla əlaqədar iddiaçının əmək pensiyasından tutulan məbləğlərin iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması; iddiaçıya münasibətdə onun pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi dövr üzrə qazanılmış sığorta və yığım hissələri üzrə pensiya kapitalının əsas götürülməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçıya ilkin pensiya təyinatı zamanı xx.xx.2017-ci il tarixdən əvvəl qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinin tətbiq edilməsinin qanunsuz hesab edilməsi, onun əmək pensiyasının hesablanmasının həmin Qanunun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş redaksiyası əsasında aparılması, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə əsasən keçmiş dövr üzrə müəyyən edilmiş əskik və artıq ödəmələrin əvəzləşdirilməsinin aparılmasının qanunsuz hesab edilməsi və əvəzləşdirilmiş əskik ödəmələrin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya 6341,28 manat artıq ödənilmiş pul məbləğinin ondan tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, həmin borc məbləği ləğv edilməklə bu borcla əlaqədar iddiaçının əmək pensiyasından tutulan məbləğlərin iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya münasibətdə onun pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi dövr üzrə qazanılmış sığorta və yığım hissələri üzrə pensiya kapitalının əsas götürülməsinin cavabdehin üzərinə qoyulması və cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 1601/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixində DSMF tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İlkin olaraq həmin pensiyanın məbləği 1220,31 manat müəyyən edilmiş və həmin tarixdən etibarən ödənilməyə davam etmişdir. İddiaçının əmək pensiyasının məbləği indeksləşdirilməklə xx.xx.2024-cü ilə qədər 1955,42 manat müəyyən edilərək ona ödənilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı mülki aviasiya uçuş heyətinin üzvü kimi əmək fəaliyyəti ilə məşğuldur. Pensiyaya çıxdığı dövrdən hazırkı vaxta qədər bu sahədə öz fəaliyyətini davam etdirir. İddiaçı 2024-cü ilin yanvar ayında "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə baxılan zaman iddiaçının pensiyasının məbləğində artım etmək əvəzinə onun məbləği azaldılmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə ərizə ilə müraciət edilmiş və cavabdeh həmin azalmaları aşağıdakılarla izah etmişdir. 1. İddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaranmasına baxmayaraq, ona cavabdeh inzibati orqan tərəfindən səhvən xx.xx.2017-ci ildə pensiya təyin edilmişdir. 2. Bu təyinat aparılan zaman iddiaçıya əsassız olaraq "Əmək pensiyaları haqqında" Qanununun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş normaları tətbiq edilmişdir. 3. Bu səhv təyinat tarixi və hesablama qaydası nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə əsasən keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edilərək əvəzləşdirilmiş. 4. Bu əvəzləşdirmələrdən sonra “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsi tətbiq edilməklə son 3 il üzrə 6341,28 manat artıq pul vəsaitinin ödənilməsinin müəyyən edilməsi. 5. 2024-cü ilin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 205,58 manat indeksasiya üzrə fərq məbləğinin həmin artıq ödənilmiş 6341,28 manat pul vəsaitindən çıxılaraq qalıq 6135,70 manat pul vəsaitinin cari aydan etibarən (2024-cü ilin fevral ayından) iddiaçının əmək pensiyasından hər ay 204,11 manat olmaqla tutularaq büdcəyə bərpa edilməsi. 6. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tətbiqi zamanı iddiaçının pensiya təyinatından sonra əmək fəaliyyətində fasilənin yarandığı dövrə qədər hesablanmış kapital əsas götürülərək pensiyası yenidn hesablanmışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş iddia tələbinin əsaslandırılma hissəsinə əlavədə göstərilmişdir ki, 2022-ci ilin 29 iyun tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsi - yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. 37.3.1-ci maddədəki "və daha çox işlədikdə həmin dövr üzrə" müddəası pensiyanın yenidən hesablanmasının aparılacağı dövrün müəyyən edilməsində məhdudiyyət olmadığını aşkar göstərir. 6 il tamam olduqdan sonra hüquq yarandığı üçün həmin yenidən hesablanma dövrü ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmurdu. Çünki daha çox işləməyə davam edə bilərdi. Eləcə də işləməyən pensiyaçı kateqoriyasına keçdikdən sonra yaranmış hüquqdan istifadə etməyib işləməyə davam edə bilərdi. Yaranmış hüquqdan istifadə tamamilə iddiaçının iradəsindən asılı idi. Başqa sözlə desək, 6 ilin tamamlanması və əmək müqaviləsinə xitam verilməsi nəticəsində pensiyanın yenidən hesablanma hüququ yaransa da, vətəndaş həmin hüquqdan istifadə etməkdə iradə azadlığına sahib idi. İşləyən pensiyaçı 6 il tamam olduqdan sonra və ya işləməyən pensiyaçı kateqoriyasına keçdikdən sonra müraciət etmədən daha çox işləməyə davam edərək yaranmış hüquqdan öz iradəsi ilə istənilən vaxt istifadə edə bilirdi. 37.3.1 -ci maddədəki "və daha çox işlədikdə həmin dövr üzrə" müddəası yenidən hesablanma hüququ yarandıqdan sonra hüquqdan istifadə tarixi ilə bağlı hər hansı limit olmadığını müəyyən edirdi. Bu o deməkdir ki, əmək müqaviləsinə xitam verilmə nəticəsində işləməyən pensiyaçı kateqoriyasına keçməklə yaranmış yenidən hesablanma hüquqdan istifadə edib-etməmək də həmçinin vətəndaşın iradəsindən asılı idi. Çünki pensiyanın yenidən hesablanma hüququ iki halda yaranır: işdən azad edilmə nəticəsində və 6 ilin tamamlanması nəticəsində. Lakin qanunda 37.3.1ci maddədəki "və daha çox işlədikdə həmin dövr üzrə" müddəası yaranmış hüquqdan istifadə etməyi tamamilə pensiyaçının iradəsindən asılı idi. Həmçinin, 2022-ci ilin 29 iyun tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən tələb olunan 6 il stajın fasiləsiz əmək fəaliyyəti nəticəsində qazanılması tələbi yox idi. Göründüyü kimi inzibati orqan öz təşəbbüsü ilə yenidən hesablama apara bilməz, yalnız iddiaçı müraciət etdiyi tarixdə hesablama aparıla bilərdi. Maddi hüquq normalarının tələblərinə uyğun 2020-ci ildə pensiyanın yenidən hesablama hüququndan istifadə etməyib, işləməyə davam etmişdir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən bu hüquqa malik idi. Yaranmış hüquqdan istifadə edib-etməmək tamamilə onun iradəsindən asılı idi. Həmçinin, xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş xx.xx.2017-ci il tarixli 17 nömrəli “Əmək pensiyalarının təyin, yenidən hesablanma və digər məsələlərini tənzimləyən Qaydaları”n birbaşa tələbinə görə, yalnız işləyən pensiyaçının müraciəti əsasında yenidən hesablama aparıla bilərdi. Qeyd olunanları nəzərə alaraq iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, iddiaçıya 8 dekabr 2017-ci il tarixindən Fondun Bakı şəhər Yasamal rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: - təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür (25x12x18=5400 saat). Eyni zamanda, aparılmış araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən pensiya hüququnun düzgün müəyyən edilmədiyi aşkar edilmişdir. Belə ki, Qanunun 9.3-cü maddəsinə əsasən, tələb olunan 5400 uçuş saatı xx.xx.2017-ci il tarixində deyil, xx.xx.2017-ci il tarixində tamamlandığı müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tələb olunan iş stajının tamam olduğu xx.xx.2017-ci il tarixində təyin olunmalı olduğu halda, səhvən xx.xx.2017-ci il tarixində təyin edilmişdir. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək onun ümumi iş stajı 5 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 6,37 manat (5,39 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilib 13,79 manat müəyyən edilərək, üzərinə xx.xx.2006xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 83831,04 manat sığorta kapitalına uyğun 582,16 manat (83831,04: 144) və 110,00 manat baza hissəsi əlavə edilməklə xx.xx.2017-ci il tarixinə 705,94 manat (13,79+582,16+110,00) əmək pensiyası təyin edilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 896,15 manat, xx.xx.2024-cü il tarixinə 1335,12 manat), xx.xx.2017-ci il tarixindən 1220,31 manat (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1955,42 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək iddiaçıya ödənilmişdir. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan ikinci cümləsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları, nəzərə alaraq, xx.xx.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 180.937,26 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (180.937,26:378 ay (65 il-42 il 4 ay=272 ay+106 ay (144 ay-38 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=478,67 manat) qanuni əmək pensiyası tərəflərindən həmin tarixdən yenidən hesablanaraq 896,15 manatdan 1374,82 manata (478,67+896,15) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2041,10 manat) artırılmışdır. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 6341,28 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar onun əmək pensiyası xx.xx.2024cü il tarixindən 2041,10 manat təşkil edir. Həmçinin, cari ilin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 205,58 manat indeksasiya üzrə fərq məbləği müəyyən edilmişdir. Həmin 205,58 manat fərq məbləği ona artıq ödənilmiş 6341,28 manat pul vəsaitindən çıxılmış, qalıq 6135,70 manat pul vəsaiti cari aydan etibarən əmək pensiyasından hər ay (204,11 manat) tutularaq büdcəyə bərpa edilir. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7284/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddiа tələbinin qismən təmin еdilməsi, hazırkı məhkəmə qərarının əsaslandırma hissəsində göstərilən məhkəmənin mövqeyi nəzərə alınmaqla, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1601/2024 nömrəli qərarının ləğv edilməsi, müdaxilədən əvvəlki pensiyamın məbləğinin bərpası, xx.xx.2018-xx.xx.2024-cü il tarixləri ərzində yığılan 6 illik dövr üzrə sığorta kapitalının nəzərə alınmaqla barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1994-xx.xx.1998-ci illərdə MAA-da təhsil almışdır. xx.xx.2000-xx.xx.2001-ci illərdə "xxxx" Dövlət Konserninin “AZAL-SERVİS” müəssisəsinin hava yollarının təşkili və xidməti üzrə şöbəsinin agenti vəzifəsində işləmişdir. xx.xx.2001-xx.xx.2001-ci illərdə “Airport-Qeyt”də 3 ay sınaq müddətinə agent vəzifəsinə işləmişdir. xx.xx.2001-ci ildə sınaq müddəti bitmiş və xx.xx.2002-ci ilədək işləməyə davam etmişdir. xx.xx.2002-xx.xx.2005-ci illərdə "xxxx" Milli Aviasiya Şirkətidə 1-ci X7-40 hg-nin 2-ci pilotu vəzifəsində işləmişdir (VTC 9-cu dərəcədir). xx.xx.2005-xx.xx.2008-ci illərdə ştat cədvəlinə dəyişiklik edilməsi ilə əlaqədar uçuş xidmətinin uçuş-iş-istehsalat qrupunda Yak-40 hg-nın 2-ci pilotu vəzifəsinə çalışmışdır (VTC 10-cu dərəcədir). xx.xx.2008-ci ildə TU-134 hava gəmisinin ikinci pilotu vəzifəsinə 11-ci ödəniş dərəcəsi ilə təyin edilmişdir. xx.xx.2008-ci ildə "xxxx" Aviasiya Şirkətinin uçuşların yerinə yetirilməsi xidmətinin uçuş–istehsalat qrupunun TU-134 hava gəmisinin ikinci pilotu vəzifəsinə 11-ci dərəcə ilə təyin edilmişdir. xx.xx.2008- ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" QSC-nin Uçuşların planlaşdırılması və yerinə yetirilməsi xidmətinin uçuş-istehsalat qrupunun TU-134 hava gəmisinin ikinci pilotu vəzifəsinə qəbul edilmişdir. xx.xx.2009-cu ildə ATR-42/72 hava gəmisinin 2-ci pilotu vəzifəsinə 11-ci dərəcə ilə təyin edilmişdir. xx.xx.2009-cu ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Uçuşların İstehsalı İdarəsinin uçuşların istehsalı xidmətinin uçuş-istehsalı qrupunun ATR-42/72 hava gəmisinin ikinci pilotu vəzifəsində hesab edilmişdir. xx.xx.2011ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" QSC-nin Uçuşların İstehsalı İdarəsinin ATR-42/72 hava gəmisinin ikinci pilotu vəzifəsində hesab edilmişdir. xx.xx.2011ci ildə həmin idarənin ATR-42/72 hava gəmisinin kapitanı vəzifəsinə 12-ci dərəcə ilə təyin edilmişdir. xx.xx.2012-ci ildə tutduğu vəzifədən azad edilmiş və həmin idarənin ATR-42/72 hava gəmisinin texniki pilotu vəzifəsinə 14-cü dərəcə ilə təyin edilmişdir. xx.xx.2013-cü ildə tutduğu vəzifədən azad edilmiş və həmin idarənin Embraer-170/190 hava gəmisinin stajçıpilotu vəzifəsinə keçirilmişdir. xx.xx.2013-cü ildə tutduğu vəzifədən azad edilmiş və həmin idarənin Embraer-170/190 hava gəmisinin texniki pilotu vəzifəsinə təyin edilmişdir. xx.xx.2013-cü ildə tutduğu vəzifədən azad edilmiş və Uçuşların Təhlükəsizliyi İdarəsinin nəqliyyat aviasiyasının aparıcı pilot-inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" QSC-nin "xxxx" Şirkətinin Uçuşların Təhlükəsizliyi İdarəsinin nəqliyyat aviasiyasının aparıcı pilot-inspektoru vəzifəsində hesab edilmişdir. xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2020-ci ildə “X10 Aviaşirkəti” MMC-nin Uçuş dəstəsinin Boing 747-400 tipli hava gəmisinin kapitanı vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-ci ildə həmin X10 Aviaşirkəti” MMC-nin Uçuş dəstəsinin Boing 747-400 tipli hava gəmisinin kapitanı vəzifəsində əvəzçilik üzrə hesab edilmişdir. xx.xx.2023-cü ildə “Mülki Aviasiya Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” phş-in X3 İdarəsinə rəis müavini vəzifəsinə qəbul edilmişdir. Hal-hazırda işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubdan görünür ki, göstərilən uyğunsuzluğa baxmayaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tələb olunan iş stajının tamam olduğu xx.xx.2017-ci il tarixində təyin olunmalı olduğu halda, səhvən xx.xx.2017-ci il tarixində təyin edilmişdir. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək onun ümumi iş stajı 5 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 6,37 manat (5,39 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilib 13,79 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 83831,04 manat sığorta kapitalına uyğun 582,16 manat (83831,04:144) və 110,00 manat baza hissəsi əlavə edilməklə xx.xx.2017-ci il tarixinə 705,94 manat (13,79+582,16+110,00) əmək pensiyası təyin edilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 896,15 manat, xx.xx.2024-cü il tarixinə 1335,12 manat), xx.xx.2017-ci il tarixindən 1220,31 manat (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1955,42 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək ona ödənilmişdir. İddiaçıya son üç il üzrə 6341,28 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-2/2-11/7455/2023 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı Mülki Aviasiya sistemində fəaliyyəti zamanı 5400 uçuş saatı xx.xx.2017-ci il tarixində tamamlanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 77265/2024 nömrəli məktubda qeyd edilir ki, İddiaçı 8 dekabr 2017-ci il tarixindən Fondun Bakı şəhər Yasamal rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda aparılmış araşdırma zamanı İddiaçı vaxtilə əmək pensiyası təyin edilərkən pensiya hüququnun düzgün müəyyən edilmədiyi aşkar edilmişdir. Belə ki, Qanunun 9.3-cü maddəsinə əsasən, tələb olunan 5400 uçuş saatının xx.xx.2017ci il tarixində deyil, xx.xx.2017-ci il tarixində tamamlandığı müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə emək pensiyası tələb olunan iş stajının tamam olduğu xx.xx.2017-ci il tarixində təyin olunmalı olduğu halda, səhvən xx.xx.2017-ci İİ tarixində təyin edilmişdir. Belə ki, İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək onun ümumi iş stajı 5 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək adıçəkilən şəxsin iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 6,37 manat (5,39 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilib 13,79 manat müəyyən edilərək, üzərinə xx.xx.2006xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 83831,04 manat sığorta kapitalına uyğun 582,16 manat (83831,04:144) və 110,00 manat baza hissəsi əlavə edilməklə xx.xx.2017-ci il tarixinə 705,94 manat (13,79+582,16+110,00) əmək pensiyası təyin edilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 896,15 manat, xx.xx.2024-cü il tarixinə 1335,12 manat), xx.xx.2017-ci il tarixindən 1220,31 manat (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1955,42 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək ona ödənilmişdir. Adıçəkilən şəxsin xx.xx.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 180.937,26 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (180.937,26:378 ay (65 il-42 il 4 ay= 272 ay+106 ay (144 ay-38 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=478,67 manat) onun qanuni əmək pensiyası tərəflərindən həmin tarixdən yenidən hesablanaraq 896,15 manatdan 1374,82 manata (478,67+896,15) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2041,10 manat) artırılmışdır. Ona son üç il üzrə 6341,28 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar onun əmək pensiyası xx.xx.2024-cü il tarixindən 2041,10 manat təşkil edir. Həmçinin, cari ilin yanvar ayı üzrə İddiaçı ödənilməli olan 205,58 manat indeksasiya üzrə fərq məbləği müəyyən edilmişdir. Həmin 205,58 manat fərq məbləği adıçəkilən şəxsə artıq ödənilmiş 6341,28 manat pul vəsaitindən çıxılmış, qalıq 6135,70 manat pul vəsaiti cari ilin fevral ayından etibarən əmək pensiyasından (hər ay 204,11 manat) tutularaq büdcəyə bərpa edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10601/2023 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə DSMF Yasamal Rayon Şöbəsi tərəfindən təyin edilmiş 1955,42 manat güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 2514,63 manat təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1601/2024 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə DSMF Yasamal Rayon Şöbəsi tərəfindən təyin edilmiş 1955,42 manat güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmış və ona 1835,52 manat güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024cü il tarixli, 3-17-1/3-3-1601/2024 nömrəli qərarını mübahisələndirir. Cavabdeh inzibati orqanın qərarın qəbul edilməsi ilə bağlı mövqeyi odur ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaranmasına baxmayaraq, ona cavabdeh inzibati orqan tərəfindən səhvən xx.xx.2017-ci ildə pensiya təyin edilmişdir. Bu təyinat aparılan zaman iddiaçıya əsassız olaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş normaları tətbiq edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə görə iddiaçıya onun pensiya hüququ yarandığı dövrdə olan qanunvericilik normaları tətbiq edilməli idi. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərar ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə əsasən keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edilərək əvəzləşdirilmişdir. Bu əvəzləşdirmələrdən sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi tətbiq edilməklə son 3 il üzrə 6341,28 manat artıq pul vəsaitinin ödənilməsi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.7-ci maddəsinə əsasən, fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8-ci maddəsinə əsasən, fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-ci maddəsinə əsasən, fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.13-cü maddəsinə əsasən, əmək pensiyasının yığım hissəsi fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanunu 1.90-cı bəndinə əsasən 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin: “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır). 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 37.3.1-ci maddənin birinci cümləsindən “baza və” sözləri çıxarılmışdır, ikinci cümləsinə “keçdikdə” sözündən sonra “, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə” sözləri və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. 37.3.2-1-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir; 37.8-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 45-ci maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci və 27.3-cü maddələr ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1-ci bəndinə əsasən təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-cı il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası 6.1-ci bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin olaraq iddiaçıya xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi zamanı qanunvericiliyin tələbinə əməl edilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2017-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edilmiş, cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olan normaları əsas götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüququ yarandığı vaxtdan sonra istənilən vaxt inzibati orqana müraciət edərək ona pensiya təyin edilməsini tələb edə bilər. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Cavabdeh inzibati orqanın mövqeyinə görə “Əmək pensiyaları haqqında” Qanunun 27ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Lakin xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 6,37 manat (5,39 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilib 13,79 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 83831,04 manat sığorta kapitalına uyğun 582,16 manat (83831,04:144) və 110,00 manat baza hissəsi əlavə edilməklə xx.xx.2017-ci il tarixinə 705,94 manat (13,79+582,16+110,00) əmək pensiyası təyin edilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 896,15 manat, xx.xx.2024-cü il tarixinə 1335,12 manat), xx.xx.2017-ci il tarixindən 1220,31 manat (indeksləşdirilərək xx.xx.2024cü il tarixinə 1955,42 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək iddiaçıya ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" Milli Aviasiya Şirkətində pilot vəzifəsində işləmiş və güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixinə 25 ildən artıq sığorta stajına malik olmuşdur. Qanunvericiliyə əsasən mülki aviasiya uçuş və uçuş sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan şəxsin həmin işlər üzrə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququnun yaranması, şəxsin daha çox sığorta stajı toplamaqla pensiyanın təyin edilməsi üçün müraciət etməsi imkanını istisna etmir. Pensiya təminatı üçün inzibati orqana müraciət etmək şəxsin vəzifəsi deyil, hüququdur. Burada məhdudiyyət sadəcə sığorta stajının azı 25 il olmasıdır ki, iddiaçının 25 il sığorta stajı xx.xx.2017-ci ilə qədər mövcud olmuşdur. Əlavə olaraq müraciət edən şəxsin sığorta stajı 25 ildən daha çox olması onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının məhdudlaşdırılmasına yönəldən hərəkətləri qanuni hesab edilə bilməz. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin işin hallarından görünür ki, iddiaçı tərəfindən onun pensiyasından tutulmaların həyata keçirilməsi üçün hər hansı razılıq ifadə edilməmiş, həmçinin iddiaçının pensiyasından tutulmaların aparılması ilə bağlı hər hansı inzibati akt qəbul edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır. Hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Belə ki, işin hallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən cavabdeh inzibati orqanın qərarı kifayət qədər əsaslandırılmamışdır. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: - inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: 1) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli; 2) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; 3) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. (1) və (2) halların hazırkı situasiyaya aidiyyəti yoxdur. Lakin (3) hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2 ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 61.5.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; 61.5.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya mediada dərc olunduqda; 61.5.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə kollegiyası qeyd edir ki, pensiyanın yenidən hesablanması barədə qərarın ləğvi ilə bağlı iddiaçının müraciəti cavabdeh inzibati orqan tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmamış, formal mülahizələrə əsaslanaraq müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1601/2024 nömrəli qərarının ləğv edilməsi, müdaxilədən əvvəlki pensiyanın məbləğinin bərpası, xx.xx.2018-xx.xx.2024-cü il tarixləri ərzində yığılan 6 illik dövr üzrə sığorta kapitalının nəzərə alınmaqla barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanmasını xahiş etmiş, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçının ərizəsindən göründüyü kimi, o Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-1601/2024 nömrəli qərarının ləğvi ilə yanaşı xx.xx.2018-xx.xx.2024-cü il tarixləri ərzində yığılan 6 illik dövr üzrə sığorta kapitalı nəzərə alınmaqla barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanmasını xahiş edir. İddiaçının sözügedən tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 1601/2024 nömrəli qərarının ləğvi özlüyündə iddiaçının hüquqi maraqlarına xidmət edir və tələbinin ikinci hissəsində göstərilənlərin təmin edilməsi ilə nəticələnir, bu səbəbdən bu tələbə ayrıca münasibət bildirilməsi və qərarın nəticə hissəsində qeyd edilməsinə ehtiyac yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7284/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı iddiaçının ərizəsi nəzərə alınmaqla dəyişdirilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1601/2024 nömrəli qərarının ləğv edilməsi və müdaxilədən əvvəlki pensiyanın məbləğinin bərpası öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85, 87 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7284/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 1601/2024 nömrəli qərarının ləğv edilməsi və müdaxilədən əvvəlki pensiyanın məbləğinin bərpası öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3974/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3974/2025
25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver