Məhkəmə qərarları › İş №2-1(103)-4557/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4557/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4557/2025 26.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı əmlak üzərində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, 3-cü şəxs X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6468/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda 0,13 ha torpaq sahəsi X1 xüsusi mülkiyyəti kimi xx.xx.2022ci ildə qeydə alınmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1034 saylı bağ sahəsi (0,065 ha torpaq sahəsi) İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2019-cu ildə qeydə alınmışdır.

3. Binəqədi rayon məhkəməsinin e-2(001)-33/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X4 ("xxxx" ASC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi” barədə ilk iddiası təmin olunmamış, X1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” barədə qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı 1343,5 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilmiş, qarşılıqlı iddia qalan hissələrdə təmin olunmamışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2587/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Binəqədi rayon məhkəməsinin e-2(001)-33/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraat Bak İnzibati Məhkəməsinin 2-1(112)-6468/2025 saylı işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılmışdır.

5. Binəqədi rayon məhkəməsinin e-2(001)-5493/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/377 saylı 09 iyun 2023-cü il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, “Qərardadın birinci, dördüncü, beşinci və altıncı sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi təqdim olunmadığına görə, qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Qeyd olunur ki, mülki iş materiallarının 153-cü səhifəsində olan X4 ünvanlanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07 dekabr 2023-cü il tarixli **********91 nömrəli məktubunda qeyd olunur ki, “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirilərək Sizə göndərilmişdir”. Qərardadın ikinci, üçüncü və doqquzuncu sualları üzrə: X6 tərəfindən inşa olunmuş tikilinin həmin tikiliyə dair tərtib olunmuş texniki pasporta və layihəyə (bax səh. 144 və 154) uyğun olduğu, lakin tikinti zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun olaraq ara məsafəsinin saxlanılmadığı müəyyən edilmişdir. Belə ki, həmin bəndlərin tələblərinə əsasən hündürlüyü 9,95 metr olan tikili ilə, həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2,985 metr (9,95 x 0,3) nəzərdə tutulur. Eyni zamanda qeyd olunur ki, inşa olunmuş tikili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X1 adına qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********59-10301 reyestr nömrəli Texniki Pasport tərtib olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinin həmin tikiliyə tətbiq olunması məsələsinə son nəticədə məhkəmə tərəfindən qiymət verilə bilər. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin bünövrəsi lentvari şəkildə monolit dəmir betondan inşa edilmişdir. Lakin həmin bönövrənin standart və normalara uyğun olub-olmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın yeddinci və səkkizinci sualları üzrə: Tədqiq olunan evin hasara bitişik 6,2 metr olan hissəsi yaşayış evinin bir hissəsi olduğundan, həmçinin 6,2 metr hissə yaşayış evinin digər konstruktiv elementlərinə bağlantılı şəkildə inşa edildiyindən, həmin hissənin söküntüsü zamanı fərdi yaşayış evinə ziyan dəyə bilər. Qərardadın onuncu, onikinci, onüçüncü, onsəkkizinci və iyirmi ikinci sualları üzrə: Tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığına görə, qərardadın bu sualları cavablandırılmadı. Qərardadın onbirinci sualı üzrə: ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 2 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində yerləşən torpaq sahələri arasında olan hasarın hündürlüyünün 3,6 metr olduğunu nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin 73.1ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın ondördüncü, onbeşinci və onaltıncı sualları üzrə: X4 məxsus olan torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahələri arasında yerləşən hasarın İddiaçı həyətyanı sahəsi tərəfdən baxdıqda üzərində çatlar və künc hissədə (hasar ilə üzbəüz dayandıqda sağ künc) aralanma olduğu müəyyən olundu. Lakin həmin çatların əmələ gəlmə səbəbi və həmin çatların hasarın uçmasına səbəb olub-olmamasının müəyyən olunması tikinti texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın onyeddinci sualı üzrə: X1 mülkiyyətində olan ünvan 2 ünvanda inşa olunmuş tikililər ilə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən tikililərlə (fərdi yaşayış evi və köməkçi tikili) ara məsafəsi 15-25 metrdir. Lakin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikililər arasındakı məsafə deyil, tikili ilə həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər olan məsafə tənzimlənməsi nəzərdə tutulmuşdur. Qərardadın on doqquzuncu sualı üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.35-ci bəndinin tələblərini nəzərə alaraq, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 2 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda olan hasara bitişik X4 məxsus divarın yanaşı divar olduğu müəyyən edilir. Qərardadın iyirmi və iyirmi birinci sualları üzrə: İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin və yay mətbəxinin digər qonşular ilə arasında olan sərhəd hasarına bitişik olduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2- 1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın iyirmi üçüncü sualı üzrə: İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş su hovuzuna dair müvafiq layihə sənədləri təqdim olunmadığına görə, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın iyirmi dördüncü sualı üzrə: Aparılmış tədqiqatla tərəflərin mülkiyyətində olan torpaq sahələrini ayıran hasarın inşasına çəkilən xərcin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 2687 manat məbləğində olduğu müəyyən olundu.

6. Binəqədi rayon məhkəməsinin 2(001)-309/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/1924 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən Qərardadın birinci, ikinci, üçüncü, iyirminci və iyirmi yeddinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-7929/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, hər iki sahənin sərhədləri hasarla ayrılmışdır. Dövlət reyestrində qeydiyyata alınmış tikililər sərhədlər daxilindədir. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə və ilkin ekspertiza rəyinə əsasən qeyd olunur ki, tədqiq olunan ünvan 4 ünvanında yerləşən torpaq sahəsində inşa olunan evin hasara bitişik 6,2 metr olan hissəsi yaşayış evinin bir hissəsi olduğundan, həmçinin 6,2 metr hissə yaşayış evinin digər konstruktiv elementlərinə bağlantılı şəkildə inşa edildiyindən, həmin hissənin söküntüsü zamanı fərdi yaşayış evinə ziyan vurula bilər. Qərardadın beşinci sualı üzrə: İlkin ekspert rəyinə əsasən qeyd olunur ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 2 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində yerləşən torpaq sahələri arasında olan hasarın hündürlüyünün 3,6 metr olduğunu nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin 73.1. bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın altıncı və on doqquzuncu sualları üzrə: Qərardadın bu suallarının cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın yeddinci sualı üzrə: İlkin ekspertiza rəyinə əsasən qeyd olunur ki, X4 məxsus olan torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahələri arasında yerləşən hasarın İddiaçı həyətyanı sahəsi tərəfdən baxdıqda üzərində çatlar və künc hissədə (hasar ilə üzbəüz dayandıqda sağ künc) aralanma olduğu müəyyən olundu. Qərardadın səkkizinci sualı üzrə: - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, 3.0.35-ci bəndinin tələblərini nəzərə alaraq, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 2 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda olan hasara bitişik X4 məxsus divarın yanaşı divar olduğu müəyyən edilir. Qərardadın doqquzuncu sualı üzrə: ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli mülkiyyət haqqında çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən 0,065 kv.m olan torpaq sahəsindəki tikililərə dair heç bir hüquq müəyyənedici, texniki və layihə sənədləri təqdim olunmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın onuncu və on birinci sualları üzrə: İlkin ekspertiza rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin və yay mətbəxinin digər qonşular ilə arasında olan sərhəd hasarına bitişik olduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın on ikinci, on üçüncü və on dördüncü sualları üzrə: İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş su hovuzuna dair müvafiq layihə sənədləri təqdim olunmadığına görə, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın on beşinci sualı üzrə: X6 tərəfindən inşa edilməkdə olan fərdi yaşayış evi mülki iş materiallarının 27-30 səhifələrihdə olan eskiz layihəsinə deyil, iş materiallarının 144- 152 səhnələrində olan eskiz layihəsinə uyğundur. Qərardadın on altıncı, on yeddinci və on səkkizinci sualları üzrə: Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin təsdiq etdiyi layihəyə əsasən (bax səh. 27-30) X1 torpaq sahəsində inşa edilməli olan fərdi yaşayış evi, İddiaçı ilə aralarında olan divardan 3 metr aralı məsafədə olmalı idi (bax səh. 27). Qərardadın iyirmi birinci sualı üzrə: İlkin ekspert rəyinə əsasən qeyd olunur ki, X6 tərəfindən inşa olunmuş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Belə ki, həmin bəndlərin tələblərinə əsasən hündürlüyü 9,95 metr olan tikili ilə, həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2,985 metr (9,95 x 0,3) nəzərdə tutulur. Qərardadın iyirmi ikinci sualı üzrə: İlkin ekspert rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyətində olan 0,065 ha torpaq sahəsində yerləşən 1034 saylı bağ sahəsinə bitişik X4 məxsus 1033-1034k saylı bağ arasında olan divarın ölçüsü (mübahisəli hissədə) 22,5 metrdir. Qərardadın iyirmi üçüncü və iyirmi dördüncü sualları üzrə: Mübahisəli divar ikiqat mişar daşından inşa olunmaqla, bəzi yerlərdə eninə qoyulmuş mişar daşları ilə bir-birinə birləşdirilmişdir və mişar daşlarının arasında boşluq vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri11 publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-30/2-7929/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, hər iki sahənin sərhədləri hasarla ayrılmışdır. Dövlət reyestrində qeydiyyata alınmış tikililər sərhədlər daxilindədir. Mütəxəssis rəyində qeyd olunanları o cümlədən, divarın iki qat mişar daşından inşa olunduğunu, arasında boşluq olduğunu nəzərə alaraq həmin divarlar yanaşı divarlar funksiyasında qəbul edilə bilər. Qərardadın iyirmi beşinci və iyirmi altıncı sualları üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin mütəxəssis rəyi təqdim olunmadığına görə, qərardadın bu suallarını cavablandırmaq mümkün olmadı.

7. X1 mülkiyyətində olan iddiaçının sökülməsini tələb etdiyi tikilinin eskiz layihəsinə əsasən tikili 3 mərtəbəlidir və ümumi hündürlüyü 10,45 metr təşkil edir.

8. Bakı şəhəri 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-61 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsi X1 adına xx.xx.2020-ci ildə qeydiyyatdan keçmişdir, daha sonra eskiz layihəyə və Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış məlumatlandırma ərizəsinə əsasən həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 312,kv metr, yaşayış sahəsi 159,5 kv metr, köməkçi sahəsi 152,7 kv metr olan 1034K nömrəli fərdi yaşayış evi iddiaçının adına xx.xx.2022-ci ildə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1034K nömrəli fərdi yaşayış evinin Bakı şəhəri 46 saylı notariat ofisində kontorunda 3M-508 reyestr nömrəsi ilə qeydə alınmaqla bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi müəyyən olunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7534 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən ünvan 7nin yerləşdiyi bağ-torpaq sahəsinin həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA seriyalı 607921 №li “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən ölçülərə uyğun olaraq, 0,1309 ha olmaqla daşınmaz əmlakın dövlət reyestrində iddiaçı X1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 (0,035 ha) üzərində X1 mülkiyyət hüququ xx.xx.2014-cü ildə qeydə alınmışdır.

11. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 ünvan 7ni (0,065 ha) X14 adlı şəxsdən xx.xx.2020-ci ildə satın almışdır.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 (0,065 ha) üzərində X1 mülkiyyət hüququ xx.xx.2020-ci ildə qeydə alınmışdır.

13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 (0,1 ha) üzərində X1 mülkiyyət hüququ xx.xx.2021-ci ildə qeydə alınmışdır.

14. X1 cavabdehə ünvanlanmış ərizəsinə əsasən o, ünvan 6 ünvanda yerləşən 0,035 kv metr torpaq sahəsinə və ünvan 7 ünvanda yerləşən 0,065 kv metr bağ sahəsinə dair vahid çıxarış və vahid texniki pasportun verilməsini və hər iki torpaq sahəsinə bitişik olan faktiki istifadəsində olan torpaq sahələrinin də texniki pasporta salınması xahiş edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq 1033-1034k saylı bağ sahəsində tikilməkdə olan evə və torpaq sahəsinə dair X1 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın, çıxarışın verilməsinə əsas olan ********** saylı, xx.xx.2022-cil il tarixli qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixdə ********** sayla aparılmış qeydiyyatına əsasən 0.065 ha-dan ibarət Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1034 saylı bağ sahəsinin mülkiyyətçisidir. Qeyd edilən bağda əvvəlki sahibindən qalma fərdi yaşayış evi vardı və iddiaçı həmin fərdi yaşayış evini bütünlüklə təmir edib, müasirləşdirib yenidən qurmuşdur. Əlavə olaraq bağda çimmək üçün müasir görünüşlü hovuz inşa etmişdir. Bağda daimi yaşamır, il ərzində əsasən yay mövsümündə bağda qalır. Covid-19 pandemiyası başladıqdan sonra isə 2020- 2021 ci illərdə bağda qala bilməmişdir. Bağın əvvəlki sahibinin torpaq sahəsi daha böyük idi və iddiaçıya satılandan başqa özünə qalan hissəni ayıran divar yox idi. İddiaçı bağı aldıqdan bir qədər sonra qalan hissəni (1033-1034k saylı bağ) Qorxmaz Ağayev adlı şəxs almışdır və iddiaçı ona təklif etmişdir ki, torpaq sahələrinin sərhədlərini ayırmaq üçün çəpər inşa etsinlər. Beləcə, iddiaçı və üçüncü şəxs yarı-yarı xərc qoyub, qoşa daşla ortaq divar çəkmişlər. İddiaçı bağa gedib-gəlmədiyi üçün divarın çəkilməsi işlərinə Qorxmaz Ağayev nəzarət etmişdir. Qorxmaz Ağayev iddiaçıya bildirmişdir ki, torpaq sahəsində fərdi yaşayış evi inşa edib, qazanc əldə etmək üçün onu satmaq fikrindədir və burda yaşamayacaqdır.2022-ci ildə iddiaçı bağa gəldikdə görmüşdür ki, Qorxmaz Ağayev bir hissəsi ortaq divarın üzərində olmaqla (divara oturan hissənin uzunluğu 6.40 metrdir) əsas hissəsi ortaq divardan 1 metr aralı fərdi yaşayış evi inşa etməkdədir. Bununla bağlı iddiaçı dərhal Binəqədi rayon İcra Hakimiyyətinə şikayət etmişdir, icra hakimiyyətinin nümayəndələri başda memar olmaqla yerə baxış keçirib, bildirmişlər ki, Qorxmaz Ağayev qanunsuzluq etmişdir, tikili tikinti norma və qaydalarına uyğun deyildir, tikinti barədə rayon icra hakimiyyətinə məlumat verməmişdir, onunla razılaşdırılmamışdır. Qorxmaz Ağayevin qanunsuz tikinti aparması ilə əlaqədar ara divarında çoxsaylı çatlar əməl gəlmiş, çatlar 2 sm qədər enlənmişdir, üzərinə düşən yük artdıqca divarın iddiaçı tərəfdəki hissəsində uçmaq təhlükəsi daha da artır, çatlar daha da böyüyür. Bu isə divarın uçmasına, ailə üzvlərinin, başqa şəxslərin üzərinə daş betonun düşməsinə və bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. 3-cü şəxsin tikilinin sökülməsini dəfələrlə tələb etməsinə baxmayaraq, o müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmış, söküntünü aparmamış, hətta iddiaçıya bildirmişdir ki, guya borcuna görə bank bağı onun əlindən alır. Cavabdeh evin pəncərələrini bütünlüklə iddiaçının həyətinə, sanki panorama olaraq hovuza tərəf qoymuşdur. İddiaçının həyətinə tərəf olan 3 pəncərənin eni 3,3 metr, uzunluğu 1 metrdir. Hovuzda çimərkən cavabdehin fəhlələri, qohumları pəncərələrdən və ortaq çəpərin üzərindəki tikilidən iddiaçı tərəfə baxır, həyatına müdaxilə edirlər. Bununla yanaşı üçüncü şəxsin tikilisinin altındakı torpaq nəm və qumluq yerdir, tikiliyə davamsızdır. Bünövrə bu tikiliyə tab gətirə bilməz və gələcəkdə uça bilər, uçduğu halda iddiaçıua təhlükə vardır, hər an bədbəxt hadisə baş verə bilər.Habelə üçüncü şəxs iddiaçının bağda olmamağından, divarın çəkilməsinə nəzarəti özünün etməyindən istifadə edərək divarı aradakı sərhəddən çəkmək əvəzinə iddiaçının həyətinin ərazisindən çəkmiş və bununla öz torpaq sahəsini genişləndirmiş, iddiaçının həyətinə girmişdir.X8suzluq etmiş, öz bağ sahəsinin küçə tərəfdən divara baxan hissəsini 2.0-2.5 m enində, təqribi 45 metr uzunluğunda küçədəki piyada səkisinin hesabına genişləndirmişdir. Nəticədə küçə darısqallaşmış, avtomobillərin hərəkətində çətinliklər yaranmış, piyada səkisi yoxa çıxmış, piyadaların hərəkəti isə ümumiyyətlə mümkünsüz olmuşdur ki, bu da iddiaçı və piyadaları avtomobillərin altında qalmaq təhlükəsi ilə üz-üzə qoymuşdur.Qeyd edilənlərlə əlaqədar 3-cü şəxsə qarşı Binəqədi rayon Məhkəməsində işə baxılır və məhkəmə gedişatında məlum olmuşdur ki, Qorxmaz Ağayevə fərdi yaşayış evinə dair hazırkı iş üzrə cavabdeh tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2022- ci il tarixli çıxarış verilmişdir. İddiaçı hesab edir ki, bu çıxarış qanunsuz verilmişdir və ləğv edilməlidir.Belə ki, çıxarışa əlavə edilən texnki sənədlərdə fərdi yaşayış evinin ümumi divarın üzərində olduğu görünür, halbuki Binəqədi rayon İcra Hakimiyyətinin 3-cü şəxs üçün təsdiq etdiyi layihədə ev divardan bir neçə metr aralı olmalı idi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin evin layihəsindən kənar, başqa evə dair çıxarış verməsi qanunsuzdur.Digər tərəfdən isə fərdi yaşayış evi tikilib başa çatmadan, tikinti işləri başlamadan çıxarış verilməsi qanunsuzdur.Cavabdehin qanunun tələbinə əməl etməməsi ondan ibarətdir ki, 3-cü şəxsin tikintisinə icazə sənədləri fərqli olmuş və ya olmamışdır.Digər tərəfdən isə 3-cü şəxsin mülkiyyətində kifayət qdədr böyük - 0.13 ha torpaq sahəsi (faktiki sahə dəfələrlə çoxdur, çünki o küçədəki torpaqları da öz sahəsinə əlavə etmiş, çəpəri bu formada inşa etmişdir) olsa da, o evini gətirib birgə divarın üzərində inşa etmişdir.Bununla bağlı verilmiş çıxarışın və qeydin ləğvi üçün cavabdehə edilmiş müraciətə cavab verilməmişdir. Pozulmuş hüquqların başqa qaydada bərpa edilməsi mümkün olmadığından iddiaçı məhkəməyə müraciət edir və həmin hüquqları məhkəməyə qaydasında bərpa etmək məcburiyyətindədir.

17. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.035 ha ölçüsü olan 1033 saylı torpaq sahəsi X10 ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “torpaq sahəsinin bağışlama müqaviləsi” əsasında **********07 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. X5 ilə X6 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında 0.065 ha ölçüsü olan 1034k saylı torpaq sahəsi özgəninkiləşdirilmiş, bunun əsasında 0.065 ha ölçüsü olan 1034k saylı torpaq sahəsinə dair X1 adına **********29 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Bundan sonra ərizə əsasında 2 torpaq sahəsi birləşdirilərək 0.1 ha ölçüsü olan torpaq sahəsinə **********59 saylı, xx.xx.2021-ci il tarixli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Daha sonra X6 tərəfindən torpaq sahəsinin ölçüsündə yol verilmiş uyğunsuzluğun aradan qaldırılması barədə ərizəsi əsasında 1309 kv.m torpaq sahəsi onun adına qeydiyyata alınmışdır. Hazırda daşınmaz əmlakın dövlət reyestrində X1 adına sahəsi 1309 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi **********59-10301 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixindən mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

18. Üçüncü şəxs X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddianın predmeti və mübahisənin mahiyyəti tam olaraq fiziki şəxslər arasında yaranmış mülki münasibətlərdən irəli gəlir.İnzibati xarakterli element mövcud deyildir.Belə ki, iddiaçı üçüncü şəxsə qarşı qanunsuz tikililərin sökülməsi barədə Binəqədi rayon məhkəməsində iddia qaldırmış, lakin iddia rədd edilmişdir.Rədd edilmiş ilk iddianın tərəfləri, əsasları və predmeti demək olar ki, eynidir, belə ki, hazırki işdəki cavabdeh həmin işdə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan başqa Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn mübahisələr üzrə subyektiv iddia hüququ müvafq dövlət qurumuna məxsusdur.

19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6468/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

20. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ b) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, çıxarışa əlavə edilən texniki sənədlərdə fərdi yaşayış evinin divarın üzərində olduğu görünür, halbuki Binəqədi rayon İcra Hakimiyyətinin 3-cü şəxs üçün təsdiq etdiyi layihədə ev divardan bir neçə metr aralı olmalı idi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin evin layihəsindən kənar, başqa evə dair çıxarış verməsi qanunsuzdur. Digər tərəfdən isə fərdi yaşayış evi tikilib başa çatmadan, tikinti işləri başlamadan çıxarış verilməsi qanunsuzdur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

23. Məhkəmədə apellyasiya şikayətinə baxılarkən, iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, 1033-1034k saylı bağ sahəsində tikilməkdə olan evə dair X1 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın və çıxarışın verilməsinə əsas olan ********** saylı, xx.xx.2022-cil il tarixli qeydiyyatın ləğv edilməsi məhkəmədən xahiş etdi.

24. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini, 3-cü şəxs isə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir.

25. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat;

27. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 57.3. Bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir:69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. 71.2. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. 73.2. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. 73.3. Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1- ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. 7 9.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təstiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl” Qaydaların 5ci bəndinə əsasən ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. Şəhər və bələdiyyə avtomobil yollarının torpaq sahələri, ümumi istifadədə olan yaşıllıqlar və su sahələri ara məsafələri kimi istifadə olunur. Tikinti obyektlərinin yerləşdiyi torpaq sahələrinin sərhədindəki hər iki tərəfdən becərilə bilən torpaq zolağında isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Həmin Qaydaların 6-cı bəndinə əsasən ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Bu hal bir-birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir. Qaydaların 7-ci bəndinə əsasən ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür. Qaydaların 11-ci bəndinə əsasən ara məsafələri hündürlüyü 3 metrdən və divar səthinin sahəsi 25 kvadrat metrdən çox olan binalara da şamil olunur. Qaydaların 14-cü bəndinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə ara məsafəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla, azaldılmasına yol verilir. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən) 34.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 26-30-cu bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. 35.Belə ki, hazırda iddiaçının hüquqi marağı üçüncü şəxs X1 1033-1034k saylı bağ sahəsində tikilməkdə olan evə və torpaq sahəsinə dair X1 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın, çıxarışın verilməsinə əsas olan ********** saylı. xx.xx.2022-cil il tarixli qeydiyyatın ləğv edilməsindən ibarətdir. 36.İddiaçının dəlili ondan ibarətdir ki, üçüncü şəxs X6 öz mülkiyyətində olan tikilini tikinti normalarına riayət olunmadan inşa etmiş, fərdi yaşayış evinin və köməkçi tikililərin inşası zamanı ara məsafəsinin tələblərini pozmuş, bundan başqa cavabdehə aid bağ sahəsinin əsas küçəyə baxan hasarının inşası zamanı küçənin bir hissəsini zəbt etmişdir. 37.Cavabdeh orqan isə həmin torpaq sahəsinin üçüncü şəxs X4 qanunvericilikdə nəzərdə tutulmuş qaydada verildiyini bildirərək, tələbi yerinə yetirməkdən imtina etmişdir.

38. İş materiallarından göründüyü kimi iddiaçı ilə üçüncü şəxs X6 qonşudurlar, onların torpaq sahəsi daş hasarla ayrılır, həm iddiaçının, həm də üçüncü şəxsin torpaq sahələrinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, həm iddiaçı öz mülkiyyətində olan torpaq sahəsində yaşayış evi, hovuz inşa etmiş, həm də üçüncü şəxs tərəfindən öz mülkiyyətində olan torpaq sahəsin 3 mərtəbəli tikili inşa edilmişdir. 39.Qeyd olunan halların araşdırılması məqsədilə işin apellyasiya baxışı zamanı müvafiq orqanlara sorğular verilmişdir. 40.Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20 noyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1033-1034k saylı bağ sahəsində inşa edilmiş vətəndaş X4 məxsus fərdi yaşayış evi ilə bağlı məlumatlandırma icraatı tətbiq edilmişdir. 41.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 24 noyabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, qeyd olunan fərdi yaşayış evi məlumatlandırma icraatı çərçivəsində inşa edilmişdir. 42.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17 dekabr 2025-ci il tarixli sorğuya cavab məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 8 ünvanında inşa edilmiş fərdi yaşayış evi üzərində Qorxmaz Ağayevin xx.xx.2022-ci il tarixli müraciəti və lazımi sənədləri əsasında mülkiyyət hüququ qeydə alınmışdır.

43. Binəqədi rayon məhkəməsinin 2(001)-309/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/1924 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən Qərardadın on altıncı, on yeddinci və on səkkizinci sualları üzrə: Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin təsdiq etdiyi layihəyə əsasən (bax səh. 27-30) X1 torpaq sahəsində inşa edilməli olan fərdi yaşayış evi, İddiaçı ilə aralarında olan divardan 3 metr aralı məsafədə olmalı idi (bax səh. 27). Qərardadın iyirmi birinci sualı üzrə: İlkin ekspert rəyinə əsasən qeyd olunur ki, X6 tərəfindən inşa olunmuş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Belə ki, həmin bəndlərin tələblərinə əsasən hündürlüyü 9,95 metr olan tikili ilə, həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2,985 metr (9,95 x 0,3) nəzərdə tutulur. 43."xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, birinci və ikinci suallar üzrə X6 tərəfindən inşa olunmuş fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən 2021-ci il tarixdə tərtib olunmuş məlumatlandırma icraatına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdi olunmuş “Eskiz Layihəsi”ndə inşa olunmalı yaşayış evini istifadəsindən olan torpaq sahəsinin sərhəddindən 3,0 m kənarda nəzərdə tutulduğunu, lakin 2022-ci il tarixli (yerli icra hakimiyyəti ilə razılaşdırılmayan və DƏDRX təqdim olunan) “Eskiz layihəsi”də və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş **********59-10301 reyestr nömrəli texniki pasportunda yaşayış evinin bir hissəsi qonşu ilə olan sərhəd hasarına bitişik, yanaşı divarda, digər hissəsi sərhəd hasarından 1.8m aralıda yerləşdiyini nəzərə alaraq, "xxxx" MMC tərəfindən 2021-ci il tarixdə tərtib olunmuş “Eskiz layihəsi” (məlumatlandırma icraatındakı layihə) ilə 2022-ci il tarixli “Eskiz layihəsi” və texniki pasportun arasında fərq olduğu müəyyən olunur. Belə ki, X6 tərəfindən inşa olunmuş fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən 2021 -ci il tarixdə tərtib olunmuş, məlumatlandırma icraatına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təstiq olunmuş “Eskiz layihəsi”də inşa olunmalı yaşayış evinin istifadəsindən olan torpaq sahəsinə dən 3,0m kənarda (İddiaçı tərəfdən) düz xətlər inşa olunması nəzərdə tutulmuş, lakin 2022-ci il tarixli (yerli icra hakimiyyəti ilə razılaşdırılmayan və DƏDRX təqdim olunan) “Eskiz layihəsi”də və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş texniki pasportunda yaşayış evinin bir hissəsi qonşu ilə olan sərhəd hasarına bitişik yanaşı divarda, digər hissəsi sərhəd hasarından 1.8m aralıda yerləşdiyini nəzərə tutulmuşdur. Bu da, məlumatlandırma icraatına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti təqdim olunan layihə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunan layihələrin sxemləri arasında ziddiyat olduğu müəyyən olunur. Üçüncü və dördüncü suallar üzrə ünvan 3 ünvanında yerləşən torpaq sahələrinin sərhədlərində inşa olunan yaşayış evinin faktiki hündürlüyü nəzərə alaraq, qonşu torpaq sahəsinin sərhədindən 6.4m hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin 81-ci bəndinə əsasən 2.1m məsafədə, qalan hissəsi 3,0 metr məsafədə inşa olunmalıdır. Lakin Q.Ağayev tərəfindən yaşayış evinin bir tərəfdən hasara bitişik, digər tərəfdən 1.8m kənarda inşa olunduğunu və sərhəddə inşa olunmuş yanaşı divar və ya onun müəyyən hissəsində inşa olunmuş tikiliyə dair qonşunun notariat qaydasında təsdiq olunmuş razılığı olmadan inşa edildiyini nəzərə alaraq, həmin yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.1, 69.1.1., 69.1.2., 69.2., 69.4., 69.5., 69.5.2-1 bəndlərinə, 72-ci maddəsinin 72.1-ci bəndinə, 80-ci maddəsinin 80.1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təstiq edilmiş ara məsafəsi ilə bağlı müfəssəl qaydaların 7-ci, 9-cu maddələrinin tələblərinə və şəhərsalma normalarına uyğun inşa olunmadığı müəyyən olunmuşdur. Həmçinin qeyd olunur ki, X4 məxsus olan torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahələri arasında yerləşən hasarın İddiaçı həyətyanı sahəsi tərəfdən baxdıqda üzərində olan çatlar və künc hissədə (hasar ilə üzbəüz dayandıqda sağ künc) aralanma üçüncü şəxs tərəfindən yaşayış evinin hasara bitişik inşa olunması nəticəsində torpaq sahəsinə artıq yükün düşməsindən baş verə bilər. Buda gələcəkdə hasarın uçması nəticəsində ətrafa təhlükə yarada bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, 3.0.35,-ci bəndinin tələblərini nəzərə alaraq, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 2 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahələrinin sərhədlərindən ayrı-ayrılıqda olan hasara bitişik X2 məxsus divar yanaşı divar olduğu müəyyən edilir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi X6 tərəfindən inşa olunmuş fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, 80-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş ara məsafəsi ilə bağlı müfəssəl qaydaların 7-ci, 9-cu maddələrinin tələblərinə və şəhərsalma normalarına uyğun inşa olunmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən 2021-ci il tarixdə tərtib olunmuş, məlumatlandırma icraatına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş “Eskiz layihəsi”ndə inşa olunmalı yaşayış evinin istifadəsində olan torpaq sahəsindən 3,0 m kənarda (İddiaçı tərəfdən) düz xətlər inşa olunması nəzərdə tutulmuş, lakin 2022-ci il tarixli (yerli icra hakimiyyəti ilə razılaşdırılmayan və DƏDRX təqdim olunan) “Eskiz layihəsi”də və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş texniki pasportunda yaşayış evinin bir hissəsi qonşu ilə olan sərhəd hasarına bitişik yanaşı divarda, digər hissəsi sərhəd hasarından 1.8 m aralıda yerləşdiyini nəzərə tutulmuşdur. Bu da, məlumatlandırma icraatına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti təqdim olunan layihə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunan layihələrin sxemləri arasında ziddiyət olduğunu sübut edir. Belə olduğu halda 2022-ci il tarixli “Eskiz layihə” əsasında inşa edilmiş tikili məlumatlandırma icraatı qaydasında inşa edilmədiyi müəyyən edilir. Bu isə cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. 45.Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, həmin tikiliyə dair aparılmış qeydiyyatın qanunla nəzərdə tutulmuş normalar əsasında həyata keçirilməsi ilə bağlı cavahdeh orqanın gətirdiyi arqumentlər əsassızdır. 46.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. 47.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 48.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6468/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmalıdır. 49.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6468/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. 1033-1034k saylı bağ sahəsində tikilməkdə olan evə dair X1 adına verilmiş xx.xx.2022ci il tarixli mülkiyyət hüquna dair çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan ********** saylı, xx.xx.2022-cil il tarixli qeydiyyatın ləğv edilməsi barədə iddiası təmin edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar