Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4771/2025 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. İddiaçı İddiaçı MMC dövlət qeydiyyatına alındıqdan sonra ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir və əsas fəaliyyət növü “Kofe evlərinin fəaliyyəti”dir.
2. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan *-**-*-*/*- ******/**** saylı ## ####### 2024-cü il tarixli Təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, ## #### 2024 tarixində təqdim etdiyiniz bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması aşağıda göstərilən səbəbdən (səbəblərdən) mümkün olmamışdır.Tərəfinizdən əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin * №-li Əlavəsinin (Hüquqi şəxslər üçün) 1-ci (Cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 0 manat məbləğ + cari il üzrə təqdim etdiyiniz bəyannamənin * №li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0.00 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0.00 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 5511405.36 manat məbləğ arasında 5511405.36 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir. Tərəfinizdən əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin * №-li Əlavəsinin (Hüquqi şəxslər üçün) 2-ci (Cəmi kapital və öhdəliklər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 0 manat məbləğ + cari il üzrə təqdim etdiyiniz bəyannamənin * №-li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0.00 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0.00 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 5511405.36 manat məbləğ arasında 5511405.36 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir. Uçot-baza məlumatlarına əsasən mülkiyyətinizdə təsərrüfat subyektiniz (obyektiniz) olmasına baxmayaraq tərəfinizdən cari il üçün təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 N-li Əlavəsinin 1.1.1 kodlu (Binalar, tiklilər və qurğular) sətrində göstəricilər əks etdirilmədiyindən uyğunsuzluq aşkar edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur: 1.Həmin dövr üçün dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi.
3. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin *-**-*-*/*-******/**** saylı ##.##.2024-cü il tarixli qərarla 2023-cü il tarixə mənfəət vergisi üzrə iddiaçıya 3759,74 manat kameral yoxlama nəticəsində vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, təqdim etdiyiniz “mənfəət vergisinin bəyannaməsi”nin 203-cü (daşınan və daşınmaz əmlakın icarə verilməsindən gəlir) sətrində göstərilmiş 0 manat məbləğ tərəfinizdən icarəyə verilmiş təsrrüfat subyekti (obyekti) üzrə bağlanmış İcarə müqaviləsində göstərilən illik icarə haqqı məbləğindən 18798 manat az olduğundan kənarlaşma aşkar edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
4. İddiaçı İddiaçı MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2- ******/**** saylı, ## ####### 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” *-**-*-*/*-******/**** saylı, ## ####### 2024-cü il tarixli qərarla iddiaçıya 3759,74 manat kameral yoxlama nəticəsində əlavə vergi hesablanmışdır. Qərar ## ####### 2024-cü il saat 18:09:18-də müəssisənin onlayn kargüzarlığına yerləşdirilmişdir. Səbəb kimi isə iddiaçı tərəfindən icarəyə verilmiş təsərrüfat subyekti ilə bağlanmış icarə müqaviləsində göstərilən illik icarə haqqında kənarlaşma müəyyən edildiyi qeyd edilmişdir. Dəfələrlə cavabdehə iddiaçının mülkiyyətində heç bir əmlak olmadığı həm şifahi, həm yazılı bildirilsə də, araşdırma aparılmadan sistem üzərindən hesablama ilə şirkəti vergi ilə yükləmişlər. Bu isə yolverilməzdir. Belə ki, ## ######## 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışla müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikası ərazisində heç bir daşınmaz əmlakı mövcud deyildir.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçının mənfəət vergi bəyannaməsinin 203-cü sətrində göstərilmiş 0 manat məbləğ, tərəfindən icarəyə verilmiş təsərrüfat subyekti üzrə bağlanmış icarə müqaviləsində göstərilən illik icarə haqqı məbləğindən 18798,72 manat az olduğundan kənarlaşma aşkar edmişdir ki, nəticədə 3759,74 manat məbləğində vergi hesablanmışdır. Lakin iddiaçı dəqiqləşmiş bəyannamə təqdim edərək heç bir təsdiqedici sənəd təqdim etmədən dövriyyə məbləğini əsassız şəkildə azaltmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün 2023-cü il üçün 3759,74 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli Qərar qəbul olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə idda tələbi rədd olunmuşdur.
8. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
9. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğundur. Əlavə olaraq bildirilmişdir ki, Qərar qanuna və işin faktiki hallarına uyğun qəbul edilməmiş, faktların yanlış qiymətləndirilməsi, həm də maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunmuşdur. Məhkəmə qərarında göstərilmişdir ki, İddiaçı MMC-nin 2023-cü ildə daşınmaz əmlakı olub-olmaması məhkəmə sorğusu əsasında tam müəyyən edilə bilməyib. Lakin iddiaçı tərəfindən məhkəməyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2025-ci, ##.##.2025-ci və ##.##.2025-ci il tarixli rəsmi məktublar təqdim edilmişdir ki, bu sənədlərlə MMC-nin mülkiyyətində daşınmaz əmlakın mövcud olmadığı təsdiqlənmişdir. Hakim bu sübutları tam qiymətləndirmədən, fərziyyə üzərində qərar çıxarmışdır ki, bu da İPM-in 68.2 və 14.1-ci maddələrinin pozulmasıdır. Mülkiyyətində daşınmaz əmlak olmayan, faktiki icarə fəaliyyəti göstərməyən MMC-nin mənfəət vergisinə cəlb olunması Vergi Məcəlləsinin 103 və 124-cü maddələrinə ziddir. Vergitutma obyekti mövcud olmadığından kameral yoxlama nəticəsində hesablanan 3759,74 manat vergi əsassızdır və qanunsuz inzibati akt sayılmalıdır. Məhkəmə qərarında göstərilmişdir ki, İddiaçı MMC-nin 2023- cü ildə daşınmaz əmlakı olub-olmaması məhkəmə sorğusu əsasında tam müəyyən edilə bilməyib. Lakin iddiaçı tərəfindən məhkəməyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2024, ##.##.2025 və ##.##.2025 tarixli rəsmi məktublar təqdim edilmişdir ki, bu sənədlərlə MMC-nin mülkiyyətində daşınmaz əmlakın mövcud olmadığı təsdiqlənmişdir. Hakim bu sübutları tam qiymətləndirmədən, fərziyyə üzərində qərar çıxarmışdır ki, bu da İPM-in 68.2 və 14.1-ci maddələrinin pozulmasıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
11. ## ##### 2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olamadan baxılmasına etirazı olmadıqlarını bildirmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X3ni keçirmək; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; ... 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İcarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə (kirayəyə) verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. 124.2. İcarə (kirayə) haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur. 124.4. Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
17. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
18. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
21. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
22. İddiaçı münahisələndirilən “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2- ******/**** saylı, ## ####### 2024-cü il tarixli qərar iddiaçının elektron kabinetinə ## ####### 2024-cü il tarixdə yerləşdirilmişdir. Həmin qərarın ləğvi ilə bağlı iddiaçı məhkəməyə ##.##.2024-cü il tarixdə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür.
23. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2- ******/**** saylı, ## ####### 2024-cü il tarixli qərarın ləğvi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
25. İş materiallarından görünür ki, iddiaçı dövlət qeydiyyatına alındıqdan sonra ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir və əsas fəaliyyət növü “Kofe evlərinin fəaliyyəti”dir.
26. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin *-**-*-*/*-******/**** saylı ##.##.2024-cü il tarixli qərarla 2023-cü il tarixə mənfəət vergisi üzrə iddiaçıya 3759,74 manat kameral yoxlama nəticəsində vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, təqdim etdiyiniz “mənfəət vergisinin bəyannaməsi”nin 203-cü (daşınan və daşınmaz əmlakın icarə verilməsindən gəlir) sətrində göstərilmiş 0 manat məbləğ tərəfinizdən icarəyə verilmiş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış İcarə müqaviləsində göstərilən illik icarə haqqı məbləğindən 18798 manat az olduğundan kənarlaşma aşkar edilmişdir.
27. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusu əsasında ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarın qəbul edilməsinə əsas olan sənədlər məhkəməyə göndərilmişdir.
28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin ##.##.2025-ci il tarixli birinci instansiya məhkəməsinin sorğusuna cavab məktubuna iddiaçının təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyatdan keçmiş bir sıra daşınmaz əmlakların siyahısı əlavə edilmişdir.
29. Müəyyən olunmuşdur ki ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” X1 “Bistro cafe” adlı əmlakı “icarəçi” İddiaçı MMC-nin istifadəsinə verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada ona ödəməyi öhdəsinə götürmüşdür.
30. Həmçinin məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının adına 2023-cü il tarixədək qeydiyyatdan keçmiş və hazırda mülkiyətində olan daşınmaz əmlak aşkar edilməmişdir.
31. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, RX ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-1, 1-ci mərtəbə, qap 1, -1 zirzəmi qapı 1, -2 zirzəmi qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, RX ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi. ********** qeydiyyat nömrəli ##.##.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944a, məhəllə 3 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, RX ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosessi 7-ci km., “ünvan 1 58) ünvanında yerləşən qeyri-yaşayış sahəsi mövcuddur.
32. Həmçinin iş materiallarında iddiaçıya məxsus şəxsi hesab vərəqəsi və vergi ödəyicisinin icarə obyektləri barədə məlumatlar da məhkəməyə təqdim edilmişdir.
33. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir (124.1.). İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur (124.2.). Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir (124.3.). Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir (124.4.).
34. İddiaçıya mənfəət vergisi 2023-cü il hesabat dövrü bəyannamələri əsasında hesablanmışdır. Bu səbəbdən həmin dövrdə iddiaçının icarəyə verdiyi daşınmaz əmlakın olub-olmamasını müəyyən etmək üçün birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə iki dəfə məhkəmə sorğusu verilərək 2023-cü ildə, o cümlədən bundan əvvəl iddiaçının mülkiyyətinə keçmiş və 2023-cü ildə mülkiyyətində olmuş daşınmaz əmlaklar barədə məlumat verilməsi xahiş edilmişdir. Həmin qurumun verilmiş hər iki sorğuya cavab məktubları natamam olmuş və cavab məktublarında iddiaçının adına 2023-cü ilədək qeydiyyatdan keçmiş və hazırda mülkiyyətində olan daşınmaz əmlak olmadığı qeyd edilmişdir.
35. Beləliklə iddiaçının mülkiyyətində məhz 2023-cü ildə daşınmaz əmlakın olubolmamasını məhkəmə sorğusu əsasında müəyyən etmək mümkün olmamışdır.
36. İşin apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş arayışlardan görünür ki, iddiaçı ##.##.2023-ci il tarixdə 2 icarə obyektinin fəaliyyətinin dayandırılması ilə bağlı cavabdeh vergi orqanına müraciət etmişdir. Bu da həmin dövrdə iddiaçının icarəsində həmin obyektlərin olduğunu göstərir.
37. Həmçinin Vergi Məcəlləsində göstərilmişdir ki, bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir (33.2. ). Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir (34.3-1.). Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir (34.4.).
38. Yuxarıda qeyd edilən normalardan müəyyən olunur ki, vergi ödəyicisinin təsərrüfat subyektinin vergi uçotundan çıxarılması onun müraciətinə əsasən veri orqanı tərəfindən həyata keçirilməlidir. Yəni, iddiaçının mülkiyyətində olmuş və icarəyə verilmiş daşınmaz əmlaklar 2023-cü ilə qədər iddiaçı tərəfindən özgəninkiləşdirilmiş olsa belə iddiaçı bununla bağlı vergi orqanına hər hansı məlumat verməmiş və bu səbəbdən həmin daşınmaz əmlaklar icarəyə verilmiş əmlaklar kimi vergi orqanında qeydiyyatda olmuşdur.
39. Belə olan halda hazırki vəziyyətdə iddiaçının tələbi əsassızdır və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmmişdir.
41. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev