Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4819/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergi ödənişinin qaytarılması barədə rəyin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X12 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4138/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin faktiki hallarından aydın olur ki, xx.xx.2016-cı il tarixli, AN ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nə əsasən İddiaçı 20 may 2016-cı il tarixdə mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanda yerləşən 5 otaqlı fərdi yaşayış evini və 0,5894 ha torpaq sahəsini X1. xx.xx.2016-cı il tarixli ödəniş tapşırığına əsasən X13 tərəfindən həmin tarixli alqı-satqı müqaviləsi üzrə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə sadələşdirilmiş vergiyə görə 6563,70 manat köçürülmüşdür. İddiaçı həmin fərdi yaşayış evi üzrə 5 ildən artıq müddətdə qeydiyyatda olduğu üçün əslində sadələşdirilmiş vergi ödəməli olmadığını bildikdə məbləğin qaytarılması ilə bağlı müraciətlər etmişdir. ünvan 3at kontorunun xüsusi notariusu X9 İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən İddiaçı 5 ildən artıq qeydiyyatda olduğu evinin satışına görə ondan 6563,70 manat sadələşdirilmiş verginin tutulması həmin vəsaitin qaytarılması üçün müvafiq vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, səhvən ondan 6563,70 manat sadələşdirilmiş verginin tutulması və bu vəsaitin ona qaytarılması üçün həmin vəsaitin notariusun depozit hesabına köçürülməsi xahiş edilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin ünvan 3at kontorunun xüsusi notariusu X11 onun xx.xx.2019-cu il tarixli məktubuna cavab olaraq göndərilmiş məktuba əsasən X10 xx.xx.2018-ci il tarixə olan 13209,92 manat artıq ödəmənin 6721,23 manatı gələcək dövrün vergi öhdəliklərinə aid edildiyindən X10 cari tarixə 6488,69 manat artıq ödəmə məbləğinin olduğu, 6563,70 manat artıq ödəmənin olmadığı, bu səbəbdən də müraciətin icrasının mümkün olmaması qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə vergi məbləği kimi İddiaçı tutulmuş 6563,70 manat pul vəsaitinin İddiaçı qaytarılması öhdəliyinin Bakı şəhəri 30 saylı dövlət notariat ofisinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Bakı şəhəri 30 saylı dövlət notariat kontorunun əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Bakı şəhəri 30 saylı dövlət notariat kontoru əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir.
5. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 may 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə vergi məbləği kimi İddiaçı tutulmuş 6563,70 manat vergi məbləğinin iddiaçıya qaytarılması barədə rəy verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda İddiaçı ilə X4 arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, ev 10A üvanında yerləşən 5 otaqlı fərdi yaşayış evinin və 0,5894 ha torpaq sahəsinin satılmasına dair 4Ə-26 reyestr nömrəsi ilə alqı-satqı müqaviləsi bağlanılmış və müqavilə Bakı şəhəri 30 saylı notariat kontorunun xüsusi notariusu Ə.Əliyev tərəfindən təsdiqlənmişdir. Həmin alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri 30 saylı Notariat Kontoru satıcı-İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsini əsas götürərək yaşayış sahəsinin və torpaq sahəsinin təqdim edilməsinə görə 6563,70 manat sadələşdirilmiş vergi məbləğini notariusun hesabına ödətdirmişdir. Bundan sonra İddiaçı öyrənmişdir ki, o, xx.xx.2009-cu il tarixdən satdığı yaşayış sahəsində 5 ildən artıq müddətdə qeydiyyatda olduğu üçün alqı-satqı zamanı ondan sadələşdirilmiş vergi tutulmamalı idi və cavabdeh Bakı şəhəri 30 saylı Notariat Kontoru səhv olaraq ondan sadələşdirilmiş vergi məbləğini tutmuşdur. İddiaçı Bakı şəhəri 30 saylı Notariat Kontoruna, Ədliyyə Nazirliyinin Notariat İdarəsinə ərizələrlə müraciət edərək, notariat kontoru tərəfindən ondan yanlışlıq la tutulmuş 6563,70 manat sadələşdirilmiş vergi məbləğininin ona geri qaytarılmasını tələb etmişdir, lakin cavabdeh Bakı şəhəri 30 saylı Notariat Kontorundan, Ədliyyə Nazirliyinin Notariat İdarəsindən daxil olmuş cavab məktublarında iddiaçıdan tutulmuş 6563,70 manat verginin notariat kontorunun depozit hesabına geri ödənilməsi barədə vergi orqanına edilmiş müraciətinin müsbət həll olunmadığı bildirilmiş və səhv olaraq ödənilmiş verginin geri qaytarılması üçün vergi orqanına müraciət etməsi barədə iddiaçıya tövsiyyə edilmişdir. Sonra İddiaçı Vergilər Nazirliyi (indiki Dövlət Vergi Xidməti) yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ərizələr ünvanlayaraq, səhvən ondan 6563,70 manat sadələşdirilmiş vergi tutulduğunu və həmin pul vəsaitinin ona qaytarılması üçün notariusun depozit hesabına köçürülməsini xahiş etmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bakı şəhəri 30 saylı notariat kontorunun xüsusi notariusu Əli Əliyevə onun xx.xx.2019-cu il tarixli məktubuna cavab olaraq göndərilmiş məktubunda qeyd olunur ki, X10 xx.xx.2018-ci il tarixə olan 13209,92 manat artıq ödəmənin 6721,23 manatı gələcək dövrün vergi öhdəliklərinə aid edildiyindən X10 cari tarixə 6488,69 manat artıq ödəmə məbləğinin olduğu, 6563,70 manat artıq ödəmənin olmadığı bu səbəbdən də müraciətin icrasının mümkün olmaması qeyd edilmişdir. Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 3at kontorunun xüsusi notariusu Əli Əliyevin müraciətinə baxılaraq nəzərdə tutulmuş məbləğin hazıradək onun depozit hesabına daxil olmamasını, bununla bağlı aidiyyəti vergi orqanına, eləcə də məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
8. Cavabdeh vəsatətində göstərmişdir ki, xüsusi notarius olan X9 (VÖEN: **********) ŞHV-ə əsasən, onun xx.xx.20216-cı il tarixə “Ödəmə tapşırığı - **********10 - SV üzrə” 6563,70 manat ödəniş etdiyi müəyyən edilir. Bu ödənişdən sonra onun həmin tarixə ŞHV-də 9523,42 artıq ödəmənin olması müəyyən edilmişdir. Xüsusi notarius qeyd edilən ödəniş tarixindən 2 il 6 ay sonra cavabdeh Lokal Gəlirlər Baş İdarəsinə artıq ödəmənin qaytarılması barədə xx.xx.2019-ci il tarixli müraciət edərək, müvafiq məbləğin qaytarılmasını xahiş etmişdir. Müraciətə cavab olaraq, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən X10 müraciət edilən tarixə 13209,92 manat artıq ödənilmiş vergi məbləğinin olduğu müəyyən edildiyi bildirilmiş və eyni zamanda məlum olmuşdur ki, cari ilin oktyabr ayı ərzində daşınmaz əmlakın alqı-satqı müqaviləsi təsdiq edilərkən xüsusi notarius tərəfindən gələcək öhdəliklərə aid edilən 6721,23 manat qeyri-yaşayış sahəsinin təqdim edilməsinə görə ödəmə mənbəyində sadələşdirilmiş vergi məbləği tutularaq dövlət büdcəsinə ödənilmişdir. Başqa sözlə, X10 xx.xx.2018-ci il tarixə olan 13209,92 manat artıq ödəmənin 6721,23 manatı gələcək dövrün vergi öhdəliklərinə aid edildiyindən X10 cari tarixə 6488,69 manat artıq ödəmə məbləğinin olduğu məlum olmuşdur. Göründüyü kimi, tələb olunan 6563,70 manat artıq ödəmə vəsaitinin X10 müəyyən edilməməsi səbəbindən müraciətin icrası mümkün olmamışdır-şəklində cavab verilmişdir. Xüsusi Notarius müvafiq tarixdən sonra yaranmış uyğunsuzluqla bağlı izahat təqdim etməmiş və yenidən müraciət etməmişdir. Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının 2-ci maddəsinə əsasən vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Görüldüyü kimi, müvafiq ödəniş xx.xx.2016-cı il tarixdə edilmiş, həmin tarixdən artıq ödəmə kimi, ŞHV-də görülmüşdür. Xüsusi notarius sonradan yuxarıda qeyd edildiyi kimi digər ödənişlərlə həmin artıq ödəməni azaltmışdır. Başqa sözlə notariusun müraciət etdiyi tarixdə qeyd edilən məbləğ ŞHV-də olmamışdır, eyni zamanda həmin artıq ödəmənin qaytarılması hüququnun başlaşğıc tarixi xx.xx.2016-cı il tarixidir və həmin ödənişin ŞHV vərəqəsində əks olunsaydı belə, son qaytarılma 5 illik tarixə əsasən, xx.xx.2021-ci il tarixi olacaq idi. Xülasə olaraq, Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarına əsasən, tələb etmə hüququnun müddət axımı artıq ötürülmüşdür. Həmin Qaydaların 2-ci maddəsində bu müraciətin vergi ödəyicisi tərəfindən edilməsi vurğulanır. Yəni, İddiaçı 20 may 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş vergi məbləğini birbaşa olaraq, vergi orqanından tələb edə bilməz nədə ki, qanun vergi ödəyicis olmayan fiziki şəxslərə belə bir imkan tanımır. İndiki halda, qeyd edilən qaydalara və Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən, bu müraciəti yalnız vergi ödəyicisi olan xüsusi notarius X13 edə bilərdi, ki o da müvafiq tələb etmə müddətini ötürmüşdür. İddiaçının isə, Bakı İnzibati Məhkəməsində sonradan əsl cavabdeh kimi əvəz olumuş Lokal Gəlirlər Baş İdarəsinə qarşə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Dolayısı ilə xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoru əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi düzgün deyildir. İddia tələbi mümkün sayılmamalıdır.
9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4138/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh etirazında İddiaçı ödənilmiş vergi məbləğini birbaşa olaraq vergi orqanından tələb edə bilməyəcəyinə, notariusun da tələb etmə müddətini ötürdüyünə istinad etmişdir.
11. İş materiallarından görünür ki, İddiaçı cavabdeh X11 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinin təqdim edilməsinə görə cavabdehin ondan səhvən aldığı 6563,70 manat məbləğində sadələşdirilmiş verginin ünvan 3at kontorunun notariusu X6 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2430/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1736/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3310/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1736/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu zaman məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının bağladığı alqı-satqı müqaviləsini rəsmiləşdirən notarius vergi agenti olaraq üzərinə qoyulan vəzifəni icra etmiş, iddiaçıdan səhvən tutulan vergi məbləği dövlət büdcəsinə köçürülmüş, həmin vəsaitin geri qaytarılması barədə notariusun, eləcə də iddiaçının vergi orqanına ünvanladıqları müraciət isə həmin orqan tərəfindən müsbət həll olunmamışdır. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na görə vergi orqanı səhvən ödənilən vergi məbləğini notariusun depozit hesabına qaytarmalı, notarius isə bu məbləği iddiaçıya ödəməli idi. Beləliklə, iddiaçıdan tutulmuş pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən və ödəmənin həyata keçirilməsində notarius yalnız vergi agenti qismində çıxış etdiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğ vergi orqanlarından tələb oluna bilər.
12. Məsələyə hazırkı cavabdehin mövqeyi ilə yanaşsaq, tələbi İddiaçı deyil, xüsusi notarius irəli sürməli idisə, o halda şəxsin də xüsusi notariusa qarşı tələb hüququ yaranmalı idi. Lakin göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi də mübahisənin iddiaçı və notarius arasında deyil, iddiaçı və vergi orqanı arasında baxılmalı olması mövqeyini təsdiqləmişdir.
13. Cavabdehin 5 illik tələb etmə müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edilir ki, cavabdeh artıq ödəmənin qaytarılması hüququnun başlanğıc tarixi kimi xx.xx.2016-cı il tarixinin hesablanmalı olduğunu, 5 illik müddətə əsasən müraciət üçün son tarixin xx.xx.2021-ci il tarixi olduğunu qeyd edir. Nəzərə alsaq ki, iddiaçı da cavabdehin irəli sürdüyü mövqe ilə hərəkət edərək özünün vergi orqanına qarşı iddia qaldırmalı olmadığı qənaətinə gələrək xüsusi notariusa qarşı tələb irəli sürmüş və sözügedən mübahisə xx.xx.2022-ci il tarixdə yekunlaşaraq yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. İddiaçı özünün vergi orqanına qarşı tələb irəli sürməli olduğunu bildiyi vaxta nəzərən 5 illik müddəti ötürməmişdir. Lakin əsas vurğulanmalı məqam ondan ibarətdir ki, cavabdehin qeyd etdiyi kimi artıq ödəmənin qaytarılması hüququnun başlaşğıc tarixi kimi xx.xx.2016-cı il tarixinin hesablandıqda da iddiaçı tələb etmə müddətini ötürmüş hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə xx.xx.2018-ci il tarixdə ərizə ünvanlayaraq səhvən ondan 6563,70 manat sadələşdirilmiş verginin tutulması və bu vəsaitin ona qaytarılması üçün həmin vəsaitin notariusun depozit hesabına köçürülməsi xahiş edilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin ünvan 3at kontorunun xüsusi notariusu X11 onun xx.xx.2019-cu il tarixli məktubuna cavab olaraq göndərilmiş məktubundan da sözügedən 5 illik müddət ərzində vergi orqanına müraciətlər edildiyini və vergi orqanının şəxsin hüquqlarının pozulmasından xəbərdar olduğu aydın olur. Bir halda ki, qanunvericiliyin tələbi 5 il ərzində tələb edilmə ilə bağlıdır, deməli, iddiaçı tərəfindən həmin müddət ərzində müraciət edilərək bu tələbə riayət edilmişdir.
14. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4138/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, 30 saylı notariat kontorunda iddiaçı ilə alqı-satqı əməliyyatı həyata keçirilib. Xüsusi notarius Ə. Əliyev Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən 6563,70 manat sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulmasını təmin etmişdir. İddiaçı sonradan həmin yaşayış sahəsində xx.xx.2009-dan bəri 5 ildən artıq qeydiyyatda olduğunu əsas gətirərək bu verginin səhv tutulduğunu bildirmiş və əvvəlcə notariat orqanlarına müraciət etmişdir. Lakin, ona verilən cavabda verginin qaytarılması üçün vergi orqanına müraciət etməsi tövsiyə olunub. Daha sonra iddiaçının 6563,70 manatın notariusun depozit hesabına qaytarılması xahişinə münasibətdə cavabdeh bildirmişdir ki, şəxsi hesab vərəqəsi üzrə xx.xx.2018-ci il tarixinə 13209,92 manat artıq ödənişin 6721,23 manatı gələcək öhdəliklərə yönəldilmiş, cari qalıq isə 6488,69 manat təşkil edir. Beləliklə, konkret 6563,70 manatlıq artıq ödəniş mövcud olmadığından tələbin icrası mümkün deyildir. Fiziki şəxs tərəfindən təqdim edilmiş mənzilə görə sadələşdirmiş verginin tutulmasını həyata keçirmiş xüsusi notarius X9 (VÖEN: **********) ŞHV-ə əsasən onun dövlət büdcəsinə xx.xx.2016-cı il tarixə "Ödəmə tapşırığı - **********10 - SV üzrə" 6563,70 manat ödəniş etdiyi müəyyən edilir. Bu ödənişdən sonra, onun həmin tarixə X10 (bundan sonra ŞHV) 9523,42 manat artıq ödəmənin olması müəyyən edilmişdir. Xüsusi notarius, qeyd edilən ödəniş tarixindən 2 il 6 ay keçdikdən sonra cavabdehə artıq ödəmənin qaytarılması barədə xx.xx.2019-ci il tarixli ərizə ilə müraciət edərək müvafiq məbləğin qaytarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən ŞHV-də müraciət edilən tarixə 13209,92 manat artıq ödənilmiş vergi məbləğinin müəyyən edildiyi və eyni zamanda, cari ilin oktyabr ayı ərzində daşınmaz əmlakın alqısatqı müqaviləsi təsdiq edilərkən xüsusi notarius tərəfindən gələcək öhdəliklərə aid edilən 6721,23 manat qeyri-yaşayış sahəsinin təqdim edilməsinə görə ödəmə mənbəyində sadələşdirilmiş vergi məbləği tutularaq dövlət büdcəsinə ödənildiyi bildirilmişdir. Başqa sözlə, xüsusi notariusun ŞHV-də xx.xx.2018ci il tarixə olan 13209,92 manat artıq ödəmənin 6721,23 manatı gələcək dövrün vergi öhdəliklərinə aid edildiyindən ŞHV-də qeyd edilən tarixə 6488,69 manat artıq ödəmə məbləğinin olduğu məlum olmuşdur. Göründüyü kimi, ərizədə tələb olunan 6563,70 manat artıq ödəmə vəsaitinin ŞHV-də müəyyən edilməməsi səbəbindən müraciət üzrə artıq ödəmənin qaytarılmasının mümkün olmaması bildirilmişdir. Xüsusi notarius müvafiq tarixdən sonra, yaranmış uyğunsuzluqla bağlı izahat təqdim etməmiş və yenidən müraciət etməmişdir. Həmçinin, Vergi Məcəlləsinə əsasən artıq ödəmə birbaşa iddiaçıya deyil, vergi agenti olan xüsusi notariusa qaytarılmalıdır. Bu, subyektiv tələb etmə hüququnun iddiaçı fiziki şəxsdə yox, xüsusi notariusa aid olduğunu sübut edir və cavabdeh məhkəməyə iddianın mümkün olmadığını bildirən vəsatət təqdim etmişdir. Bu baxımdan hesab edirlər ki, iddiaçı fiziki şəxsin tələbi üzrə xx.xx.2024-cü il tarixli Qərardadla əvvəlki cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontorunun əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Plenum Qərarının 2.3-cü bəndində qeyd olunur ki: "Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar". Göründüyü kimi, inzibati məhkəmə iddia qaldırmaq üçün iddiaçı – vətəndaş İddiaçı subyektiv hüququ müəyyən edilmir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; ... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 150.3-1. Notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8 və 220.8- 1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. 150.1.9. fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 144.1.1-ci, 144.1.2-ci və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın əldə olunması barədə şəhadətnamələr (fərdi sahibkarın üzərinə həbs qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakının tələbkar (ipoteka saxlayan) tərəfindən əldə edilməsi ilə bağlı verilən şəhadətnamələr istisna olmaqla) verən notariusödəmə mənbəyində vergini tutmağa borcludurlar. (150.1.9. torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius-mübahisənin yarandığı vaxt qüvvədə olan redaksiya)
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. 2.1. Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5- ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. 4.2. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: ... 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.5. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri 30 saylı notariat kontoru yalnız İddiaçı ilə X5 arasında alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və ödənilmiş verginin dövlət büdcəsinə ödənilməsi üzrə agent kimi çıxış etmiş, artıq ödənilmiş 6563,70 manat vergi ödənişinin geri qaytarılması barədə müraciət etmiş, cavabdeh inzibati orqan isə artıq ödəmənin gələcək dövrün vergi öhdəliklərinə aid edildiyindən X10 cari tarixə artıq ödəmənin olmadığı əsası ilə artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasından imtina etmişdir.
26. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da görünür ki, notariusun işi agent kimi sadəcə ödənilmiş vergini dövlət büdcəsinə ödəmək və bununla bağlı bəyannaməni vergi orqanına təqdim etməkdir.
27. Hazırda isə iddiaçının tələbi səhvən dövlət büdcəsinə ödənilmiş verginin geri qaytarılmasına dair rəyin tərtib edilməsi ilə bağlıdır, belə rəyin tərtib edilməsi isə hazırki iş üzrə cavabdehin vəzifə səlahiyyətlərinə daxildir. 6563,70 manat verginin ödənilməsinin iddiaçının vəzifəsi olmaması, notariusun şəxsi hesab vərəqində məbləğin artıq ödənilmiş məbləğ kimi göstərilməsi işin mübahisəsiz halıdır.
28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 3.1-ci bəndində əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1-ci yarımbəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: -4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 1.2.1-ci yarımbəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar dedikdə tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları nəzərdə tutulur.
29. Cavabdeh etirazında İddiaçı ödənilmiş vergi məbləğini birbaşa olaraq vergi orqanından tələb edə bilməyəcəyinə, notariusun da tələb etmə müddətini ötürdüyünə istinad etmişdir.
30. İş materiallarından görünür ki, İddiaçı cavabdeh X11 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinin təqdim edilməsinə görə cavabdehin ondan səhvən aldığı 6563,70 manat məbləğində sadələşdirilmiş verginin ünvan 3at kontorunun notariusu X6 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2430/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1736/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3310/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1736/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu zaman məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının bağladığı alqı-satqı müqaviləsini rəsmiləşdirən notarius vergi agenti olaraq üzərinə qoyulan vəzifəni icra etmiş, iddiaçıdan səhvən tutulan vergi məbləği dövlət büdcəsinə köçürülmüş, həmin vəsaitin geri qaytarılması barədə notariusun, eləcə də iddiaçının vergi orqanına ünvanladıqları müraciət isə həmin orqan tərəfindən müsbət həll olunmamışdır. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na görə vergi orqanı səhvən ödənilən vergi məbləğini notariusun depozit hesabına qaytarmalı, notarius isə bu məbləği iddiaçıya ödəməli idi. Beləliklə, iddiaçıdan tutulmuş pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən və ödəmənin həyata keçirilməsində notarius yalnız vergi agenti qismində çıxış etdiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğ vergi orqanlarından tələb oluna bilər.
31. Məsələyə hazırkı cavabdehin mövqeyi ilə yanaşsaq, tələbi İddiaçı deyil, xüsusi notarius irəli sürməli idisə, o halda şəxsin də xüsusi notariusa qarşı tələb hüququ yaranmalı idi. Lakin göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi də mübahisənin iddiaçı və notarius arasında deyil, iddiaçı və vergi orqanı arasında baxılmalı olması mövqeyini təsdiqləmişdir.
32. Cavabdehin 5 illik tələb etmə müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edilir ki, cavabdeh artıq ödəmənin qaytarılması hüququnun başlanğıc tarixi kimi xx.xx.2016-cı il tarixinin hesablanmalı olduğunu, 5 illik müddətə əsasən müraciət üçün son tarixin xx.xx.2021-ci il tarixi olduğunu qeyd edir. Nəzərə alsaq ki, iddiaçı da cavabdehin irəli sürdüyü mövqe ilə hərəkət edərək özünün vergi orqanına qarşı iddia qaldırmalı olmadığı qənaətinə gələrək xüsusi notariusa qarşı tələb irəli sürmüş və sözügedən mübahisə xx.xx.2022-ci il tarixdə yekunlaşaraq yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. İddiaçı özünün vergi orqanına qarşı tələb irəli sürməli olduğunu bildiyi vaxta nəzərən 5 illik müddəti ötürməmişdir. Lakin əsas vurğulanmalı məqam ondan ibarətdir ki, cavabdehin qeyd etdiyi kimi artıq ödəmənin qaytarılması hüququnun başlaşğıc tarixi kimi xx.xx.2016-cı il tarixinin hesablandıqda da iddiaçı tələb etmə müddətini ötürmüş hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə xx.xx.2018-ci il tarixdə ərizə ünvanlayaraq səhvən ondan 6563,70 manat sadələşdirilmiş verginin tutulması və bu vəsaitin ona qaytarılması üçün həmin vəsaitin notariusun depozit hesabına köçürülməsi xahiş edilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin ünvan 3at kontorunun xüsusi notariusu X11 onun xx.xx.2019-cu il tarixli məktubuna cavab olaraq göndərilmiş məktubundan da sözügedən 5 illik müddət ərzində vergi orqanına müraciətlər edildiyini və vergi orqanının şəxsin hüquqlarının pozulmasından xəbərdar olduğu aydın olur. Bir halda ki, qanunvericiliyin tələbi 5 il ərzində tələb edilmə ilə bağlıdır, deməli, iddiaçı tərəfindən həmin müddət ərzində müraciət edilərək bu tələbə riayət edilmişdir.
33. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir
34. Apellyasiya şikayəti imtinanın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, şəxsi hesab vərəqəsi üzrə xx.xx.2018-ci il tarixinə 13209,92 manat artıq ödənişin 6721,23 manatı gələcək öhdəliklərə yönəldilmiş, cari qalıq isə 6488,69 manat təşkil edir. Beləliklə, konkret 6563,70 manatlıq artıq ödəniş mövcud olmadığından tələbin icrası mümkün deyildir. Fiziki şəxs tərəfindən təqdim edilmiş mənzilə görə sadələşdirmiş verginin tutulmasını həyata keçirmiş xüsusi notarius X9 (VÖEN: **********) ŞHV-ə əsasən onun dövlət büdcəsinə xx.xx.2016-cı il tarixə "Ödəmə tapşırığı - **********10 - SV üzrə" 6563,70 manat ödəniş etdiyi müəyyən edilir. Bu ödənişdən sonra, onun həmin tarixə X10 (bundan sonra ŞHV) 9523,42 manat artıq ödəmənin olması müəyyən edilmişdir. Xüsusi notarius, qeyd edilən ödəniş tarixindən 2 il 6 ay keçdikdən sonra cavabdehə artıq ödəmənin qaytarılması barədə xx.xx.2019-ci il tarixli ərizə ilə müraciət edərək müvafiq məbləğin qaytarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən ŞHV-də müraciət edilən tarixə 13209,92 manat artıq ödənilmiş vergi məbləğinin müəyyən edildiyi və eyni zamanda, cari ilin oktyabr ayı ərzində daşınmaz əmlakın alqısatqı müqaviləsi təsdiq edilərkən xüsusi notarius tərəfindən gələcək öhdəliklərə aid edilən 6721,23 manat qeyri-yaşayış sahəsinin təqdim edilməsinə görə ödəmə mənbəyində sadələşdirilmiş vergi məbləği tutularaq dövlət büdcəsinə ödənildiyi bildirilmişdir. Başqa sözlə, xüsusi notariusun ŞHV-də xx.xx.2018ci il tarixə olan 13209,92 manat artıq ödəmənin 6721,23 manatı gələcək dövrün vergi öhdəliklərinə aid edildiyindən ŞHV-də qeyd edilən tarixə 6488,69 manat artıq ödəmə məbləğinin olduğu məlum olmuşdur. Göründüyü kimi, ərizədə tələb olunan 6563,70 manat artıq ödəmə vəsaitinin ŞHV-də müəyyən edilməməsi səbəbindən müraciət üzrə artıq ödəmənin qaytarılmasının mümkün olmaması bildirilmişdir.
35. Məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, imtinanın dəlilləri üzrə oxşar olan apellyasiya şikayətinin dəlillərinə yuxarıda hüquqi qiymət verilmişdir.
36. Bundan başqa məhkəmə Kollegiyası onu da nəzərə alır ki, 6563,70 manat verginin ödənilməsinin iddiaçının vəzifəsi olmaması, notariusun şəxsi hesab vərəqində məbləğin artıq ödənilmiş məbləğ kimi göstərilməsi işin mübahisəsiz halıdır. Belə ki, bu hala yuxarıda qeyd edilən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1736/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 3310/2022 nömrəli qərarı ilə qiymət verilmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4138/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4138/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.