Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-484/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1956-cı il tarixdə Masallı rayonunun Qızılavar kəndində anadan olmuş , Masallı rayonu Qızılavar Ərazi Dairəsi, Qızılavar kəndində qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4751/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh icraata başlama haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Turanbank ASC-nin ona və qeyrisinə qarşı tələbinə baxılmış və tələb üzrə məhkəmə qərarlarının qəbul edilməsinə baxmayaraq, o , həmin qərarlardan əlavə kassasiya qaydasında şikayətlər vermişdir. Buna baxmayaraq icra bölməsi tərəfindən icra hərəkətləri davam etdirilir.O, həmin qərarlardan narazıdır, iş üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4751/2020 nömrəli qərardadı ilə (hakim A.Hüseynov) İddiaçı Cavabdehnə qarşı qərarın ləğvi barədə iddiasının geri götürülmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4751/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Masallı rayonunun Qızılavar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, bina 38, mənzil 33-də yaşayır, bu səbəbdən məhkəmə tərəfindən ona ünvanlanmış bildirişləri almamış və məhkəmə prosesləri barədə heç bir məlumatı olmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəfindən bildirişlər iddiaçının Masallı rayonu, Qızılavar kəndi ünvanına və ünvan 1ir. İdiaçının ünvan 2əmə bildirişi ( ştrix kod – SS644963551AZ) xx.xx.2021-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “iddiaçının təyin edilmiş məhkəmə iclaslarında iştirak etməməklə məhkəmə icraatından yayınması səbəbi ilə iddia geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən iddiaçının Masallı rayonu, Qızılavar kəndi ünvanına göndərilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri onun tərəfindən imzalanaraq qəbul edilmişdir. Belə ki, iş materiallarında olan xəbərnamələrdən görünür ki, işin birinci instansiya icraatı zamanı xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə bildirişi – xx.xx.2020-ci il tarixdə (ştrix kod- SS667594320AZ), xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə bildirişi – xx.xx.2020-ci il tarixdə (ştrix kod – SS675775261AZ), xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə bildirişi – xx.xx.2020-ci il tarixdə (ştrix kod- SS675881013AZ), xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə bildirişi – xx.xx.2020-ci il tarixdə (ştrix kod –SS683546141AZ) imzalanaraq, qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin bildirişlərində Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin tələbləri göstərilmişdir. Göründüyü kimi, iddiaçıya göndərilmiş məhkəmə bildirişlərinin ona çatdırıldığını təsdiq edən poçt xəbərnamələri iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan onun Masallı rayonunun Qızılavar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, bina 38, mənzil 33-də yaşaması, bu səbəbdən məhkəmə tərəfindən ona ünvanlanmış bildirişləri almaması və məhkəmə prosesləri barədə heç bir məlumatı olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində ünvan kimi - Masallı rayonu, Qızılavar kəndini göstərmiş, eyni zamanda iddiaçının AA2905741 seriya və nömrəli şəxsiyyət vəsiqəsində də onun qeydiyyat ünvanı ünvan 4 haqlı olaraq məhkəmə bildirişlərini qeyd edilən ünvana göndərmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4751/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-484/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-484/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver