Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-484/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1107/2021 saylı, 19.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15.05.2020-ci il tarixli, **********219700 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15.05.2020-ci il tarixli **********219700 saylı vergilərin hesablanması barədə qərarlara əsasən kameral olaraq şəxsi hesab vərəqəsinə 2019-cu il üzrə mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral hesablanmış mənfəət vergisi əsassız olaraq hesablanmışdır. 15.05.2020-ci il tarixli, **********219700 saylı Vergilərin, sosial sığorta, işsizlik sığortası haqqlarının Hesablanması barədə Qərara əsasən 62.080,75 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Hesablamaya əsas olaraq vergi orqanı, bəyannamədə və ya hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində “Kassa etdiyiniz bəyannamənin “Xammal va materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su va kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15- ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226- cı) , Nəqliyyat xərcləri ; (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 335314.66 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (24910.94 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların ( 0.00 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin ( 0 manat) cəmi məbləğləri ( 24910.94 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi”nin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 310403.72 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdan çıxılan xərclər müəyyən edilməsi nəticəsində ( xərc sənədlərin olmaması) əlavə vergi hesablanması göstərilmişdir. Bildirirlər ki, 05.03.2020-ci il tarixində, 2019-cu il vergi dövrü üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin, vergi orqanı tərəfindən 11.03.2020-ci il tarixli, **********506200 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”la kameral vergi yoxlaması aparılmasının mümkün olmadığı bildirilmişdir. 17.03.2020-ci il tarixində 2019-cu il vergi dövrü üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmiş və eyni zamanda tələb olunan sənədlər vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən bu dəfə yenə, 18.03.2020-ci il tarixli **********418100 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”la kameral vergi yoxlaması aparılmasının mümkün olmadığı bildirilmişdir. 01.04.2020-ci il tarixində 2019-cu il vergi dövrü üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi təkrar olaraq vergi orqanına təqdim edilmişdir. Həmçinin 06.04.2020-ci il tarixli məktubla vergi orqanının uyğunsuzluq məktubuna cavab olaraq tərəflərindən bildirilmişdir ki, 2-ci bəndlə əlaqədar obyektin təmirinə və içəridəki azqiymətli əşyaların dəyişdirilməsinə, bəzi əşyaların alınaraq obyektdə cari təmir işlərin aparılmasına böyük xərclər çəkilmişdir. Lakin, həmin xərcləri sənədləşdirmək mümkün olmamışdır. Bu səbəbdən də, mənfəəti birbaşa müəyyən edə bilmədikləri üçün Vergi Məcəlləsinin 83.9 maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanından irəli gələn Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması barədə 55 saylı müvafiq qərarın tələbləri tətbiq edilmişdir. Digər bir bəndlə əlaqədar (bənd 3.) Müəssisə hər hansı material almayıb, ona görə də Mənfəət vergisi bəyannaməsinin 200.1 və 200.2 sətirləri üzrə material iş xidmət bəndində gəlir göstərilə bilməz. Çünki, müəssisənin gəliri icarə fəaliyyətindəndir. Bənd 4. ilə əlaqədar mənfəət vergisi bəyannaməsinin 1.3. kodlu hissədə sətirləri üzrə müəssisənin göstəriləcək material xərci mövcud olmamışdır. Çünki, elektron portaldakı xərclər yalnız elektrik enerjisi və digər xərclərlə bağlıdır. Bənd 5. ilə əlaqədar olaraq keçmiş ilin mənfəəti 71171,71 manat olmuşdur. Bu səbəbdən hesabat düzgün olaraq göndərilmişdir. Bənd 6-da mənfəət vergisi bəyannaməsinin 200.1 və 200.2 sətirləri üzrə müəssisənin gəliri mövcud deyil. Çünki, müəssisənin gəliri icarə fəaliyyətindəndir. Vergi orqanı tərəfindən 09.04.2020ci il tarixli **********864000 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”la kameral vergi yoxlaması aparılmasının aşağıdakı səbəblərdən yenə mümkün olmadığı bildirilmişdir: 1. Tərəflərindən kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirləri hissəsinin 200cü ( Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrindəki 0.00 manat məbləğin - 200.2.1-ci (Sığorta fəaliyyətindən gəlirlər) sətirdəki 0.00 manat + 201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətirdəki 0.00 manat + 202-ci (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindan gəlir) sətirdəki 0.00 manat + 203-cü (Daşınan va daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirdəki 413418.60 manat + 217-ci (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətirdəki 0.00 manat, cəmi 413418.60 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 307-ci sətirlərindəki 445837.91 manat - həmin bəyannamələrin 3 nömrəli əlavələrinin 301.4-cü (ƏDV üzrə qeydiyyatı ləgv edilmə tarixinə olan mal qalığının məbləği) sətirlərindəki 303.42 manat təqdim ediləcək malların işlərin və xidmətlərin hesabına əvvəlcədən alınmış ödənişlərin (301.1.8 + 301.2.7 +302.8. + 303.42) cəmi 0.00 manat avans məbləğləri - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 406-cı sətrində (Cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindan kiçik olduğuna görə kənarlaşma yaranmışdır. 2. Kassa etdiyi bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) va “Digər xərclər” (232-ci) sətirlərində, göstərilmiş xərclərin cəmi məbləği ilə ( 335314.66 manat), əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş vergi bəyannaməsi”) 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabının göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (24910.94 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal- materialların ( 0.00 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin ( 0 manat) cəmi məbləğləri ( 24910.94 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 310403.72 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. 3. təqdim edilmiş bəyannamənin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) va 200.2-ci(İşlərin görülməsindən va xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 0 manat məbləğ, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” İN-İi Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Təqdim edilmiş, silinmiş və ləgv edilmişdir” xanalarının cəmi olan 335314.66 manat məbləğlə müqayisədə 335314.66 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. 4. kassa metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1ci (Malların təqdim edilməsindən gəlir) va 200.2ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləğinin hesabat dövrü ərzində təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin məlumat bazasında olan 413418.60 manat məbləğdən bəyannamənin 1 nömrəli Əlavəsinin 1.4.2-ci (“Sair debitor borcları”) sətrinin “Hesabat dövrünün sonuna” olan 0.00 manat məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 368917.23 manat məbləğinin fərqi -368917.23 manat məbləğin çıxılması nəticəsində yaranan 44501.37 manat məbləğdən 44501.37 manat az əks etdirilməsi nəticəsində kənarlaşma yaranmışdır. 16.04.2020-ci il tarixli məktubla vergi orqanının 09.04.2020-ci il tarixli **********864000 nömrəli uyğunsuzluq məktubuna cavab olaraq tərəflərindən bildirilmişdir ki, uyğunsuzluq məktubunda 1-ci səbəblə əlaqədar gəlirlərdə yaranmış fərq keçmiş ilin debitor borcunun 2019-cu ildə ödənilməsi ilə əlaqədar olmuşdur. 2-ci səbəblə əlaqədar 310403.0 manat xərcin AVİS altsistemində e-qaimələr və e-VHF üzrə baza ilə təsdiqini tapmaması burada xərclərin əsasən alış aktları ilə sənədləşdirilməsi ilə əlaqədar olmuşdur. Çünki, müvafiq xərclər üzrə e-qaimə təqdim edilməmişdir. Bununla əlaqədar alış aktları vergi orqanına təqdim edilib. Göstərilənlərlə əlaqədar 310403.0 manat xərc hissəsinin e-qaimə bazası ilə təsdiqi olmamışdır. 3-cü səbəb - 335314.66 manat məbləğin 1.3-cü bənddə göstərilməməsi və həmin məbləğin gəlirdə əks etdirilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Çünki, Mənfəət vergisi bəyannaməsinin tərtib edilməsi barədə Vergilər Nazirliyinin təqdim etdiyi metodik vəsaitə nəzər yetirilsə burada görünür ki, 1.3 bənddə material xərci qeyd edilməlidir. Lakin materiallar isə bilavasitə gəlirin əldə edilməsi ilə bağlı olduğundan bəyannamənin xərclər bölümündə eyni adlı bənddə göstərilmişdir. 4-cü səbəblə bağlı müvafiq silinmələr digər öhdəliklər üzrə bənddə öz əksini tapmışdır. 2015, 2016, 2017 və 2018-ci illər üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsi ilə müqayisədə fəaliyyət növü, gəlirin əldə edilməsilə bağlı obyekt sayı dəyişməmişdir. 2019-cu ildən əvvəlki 3 il ərzində Vergi Orqanının tələbinə əsasən Vergi məcələsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə Vergi ödəvicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının tələblərinə əsasən 20 % şərti rentabellik normasına əsasən hesablanmışdır. Son 4 il üzrə mənfəət vergisi bəyannamələri ərizəyə əlavə edilir. Mənfəət Vergisi üzrə dəqiqləşmiş vergi bəyannaməsi 01 aprel 2020-ci il tarixində təqdim olunmuşdur. Halbuki, Mənfəət Vergi bəyannaməsi son 4 ildə Vergi Orqanına müvafiq qaydada təqdim edilmiş, qəbul edilmiş və təsdiq edilmişdir. Müvafiq dövrlər üzrə ilkin sənədlər təqdim edərək bildirilir ki, müvafiq dövrün hesablamaları qanunamüvafiq aparılmış və vergilər ödənilmişdir. Yuxarıda göstərilən15.05.2020-ci il tarixli, **********219700 saylı vergilərin hesablanması barədə qərarın ləğvi barədə Vergilər Nazirliyinə bir çox şikayətlər ünvanlamışlar, lakin bu günədək heç bir tədbir görülməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1107/2021 saylı, 19.05.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1107/2021 saylı, 19.05.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Eyni zamanda qanunvericilik normalarına istinad edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1107/2021 saylı, 19.05.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xammal və materiallar, malın dəyəri, enerji xərcləri, qaz xərcləri, yanacaq xərcləri, su və kanalizasiya xərcləri, rabitə xərcləri, mühafizə xərcləri, reklam xərcləri, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, “elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər, nəqliyyat xərcləri və digər xərclər sətirlərində gösətrilmiş xərclərin cəmi məbləği ilə 335314.66 manat, vergi ödəyicisi tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat)(+) hesabat dövrü ərzində vergi ödəyicisinin ƏDV depozit hesabının göstəricilərinə əsasən ödənilmiş ƏDV mələğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) məbləği (24910.94 manat)məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materiallarının məbləği (0.00 manat) (+) qeyrirezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri (24910.94 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyananməsi”nin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş malmaterial qalığının məbləğinin (0.00 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 310403.72 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İş materiallarından müəyyən olunmuşdur ki, təqdim edilmiş bəyannamə məlumatlarında yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmiş, lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi üzrə 62080.75 manat əlavə vergi məbləği hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15.05.2020-ci il tarixli, **********219700 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 11 mart 2020-ci il tarixli, 18 mart 2020ci il tarixli, 09 aprel 2020-ci il tarixli məktublar göndərilmişdir. İddiaçı MMC tərəfindən cavabdehin uyğunsuzluq məktublarına cavab olaraq 06.04.2020-ci il tarixli, 16.04.2020-ci il tarixli və 04.05.2020ci il tarixli məktublar ünvanlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 may 2020-ci il tarixli, **********219700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının surətindən görünür ki, iddaiçıya 2019-cu ilin mənfəət vergisi üzrə 62080.75 manat məbləğində vergi borcu hesablanmışdır. Həmin qərar üzrə hesablanmış vergi məbləğinin əsası kimi göstərilmişdir ki: “Kassa etdikləri bəyannamənin “Xammal va materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su va kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqət, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), " Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (335314.66 manat), əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli Əlavasinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (24910.94 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin ( 0 manat) cəmi məbləğləri ( 24910.94 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi”nin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 310403.72 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış 15.05.2020-ci il tarixli şikayətin surətindən görünür ki, iddiaçının, 15.05.2020ci il tarixində şəxsi hesab vərəqəsinə MV 2019 dəqqiləşmiş KYB 23835.79 manat, MV 1 rüb 2020-ci il cari adı ilə 15520.18 manat, 38244.96 azn cari 2019 KYB adı ilə qanunsuz olaraq hesablama olunaraq borc hesablanmışdır. Ümumilikdə 77600.93 manat qanunsuz olaraq kameral vergi məbləği hesablanaraq borc yaradılmışdır. Göstərilənlərin əsassız olmasına baxmayaraq heç bir qərar təqdim olunmamışdır. Qərar olmadan şəxsi hesab vərəqəsində qanunsuz vergi hesablanmışdır. Lazımi sənədlər təqdim olunmasına baxmayaraq kameral hesablanma aparılmışdır. Bununla əlaqədar, kameral hesablanmış vergi məbləğinin və kameral qərarın ləğv edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1, 37.1, 37.3, 37.4, 130.1-ci maddələrini, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci və 3.2ci bəndlərini, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 22.12.2005-ci il tarixli 1-163 nömrəli əmri ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun tərtib olunmuş ciddi hesabat blanklarının Siyahısı”nı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04.04.2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən Vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci və 3.2ci bəndlərinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir; ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə zəruri rekvizitləri əks etdirməlidir və ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 22.12.2005-ci il tarixli 1-163 nömrəli əmri ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun tərtib olunmuş ciddi hesabat blanklarının Siyahısı”na əsasən alış aktları ciddi hesabat sənədi sayılmır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04.04.2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə malların alış aktlarının nümunəvi forması təsdiq edilmişdir. Göründüyü kimi, vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura və elektron vergi hesab-faktura) almaqla, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib etməklə və belə malların anbara təhvil verilməsi isə forması Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların təhvil-qəbul aktı” (MAA- 1) ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Baxılan iş üzrə iddiaçı tərəfindən qanunvericiliyin yuxarıda sadalanan normalarına uyğun olan bəyannamə məlumatlarında yaranmış uyğunsuzluq ilə əlaqədar təsdiqedici sənədlər nə inzibati orqana təqdim edilməmiş, nə də, məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya maliyyə sanksiyası tətbiq etməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1107/2021 saylı, 19.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-484/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-484/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver