Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-49/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X7 qızının katibliyi, İddiaçı-nin vəkili X3, Üçüncü şəxs AR Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı-nin Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə) “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-22/2019 saylı iş üzrə qəbul etdiyi 10 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Qazalin küçəsində İddiaçı-nin mülkiyyətində olan 1,3748 ha torpaq sahəsində yerləşmiş 1 a nömrəli 430,9 kv.m ümumi, 322,0 kv.m əsas, 108,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbli qeyr-yaşayış binasının sökülməsi ilə əlaqədar olaraq İddiaçı-yə 2 986 000.0 (iki milyon doqquz yüz səksən altı min) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. Qərardan cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi ayrıayrılıqda apelyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 03.10.2012-ci il tarixli “Gənclər və İdman Nazirliyinə hovuz kompleksinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamından da göründüyü kimi AR Dövlət Neft Şirkətinin və Gənclər və İdman Nazirliyinin müraciətlərini nəzərə alaraq, Səbail rayonu, 20-ci sahə, AK.Əhəd Yaqubov küçəsi ilə Qazalin küçəsində yerləşən 6,0 ha torpaq sahəsi hovuz kompleksinin tikintisinin layihələndirilməsi üçün Nazirliyin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamda isə Cavabdeh üzərinə heç bir vəzifə və öhdəliklər qoymamışdır. Məhkəmə prosesinin gedişində iddiaçı tərəf dəfələrlə “ərazimizi üzərində SƏBAİL MKTB yazılan iş geyimli fəhlələr sökmüşdür” desə də, bildiririk ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında” 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında yaradılan Bakı şəhərinin rayon Mənzil-Kommunal Təsərrüfatı birlikləri sırasına Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi də daxil olmuşdur. Məhkəmə tərəfindən iddiaçının qeyd etdiyi fəhlələrin həmin birliyin əməkdaşları olması halı nəzərə alınmamışdır. Bundan başqa iddiaçının Cavabdehnə heç bir yazılı müraciəti də tərəfimizdən aşkar edilməmişdir. Məhkəmə prosesində dindirilən şahidlərin ifadələri də heç bir hüquqi əsasa söykənməyən ifadələr olmuşdur. Sadalananlara əsasən birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş edirik. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununa və AR Mülki Məcəlləsinin 246, 247-ci maddələrinə istinad etməsi əsassızdır çünki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin abadlaşdırılması qanunvericilikdə torpaqların dövlət ehtiyacları üçün alınmasına əsas olan hallardan biri kimi nəzərdə tutulmur. AR Prezidentinin 01.06.2012-ci il tarixli Fərmanına əsasən AR MM-in 246-cı maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə AR Nazirlər Kabineti nəzərdə tutulur. Lakin mübahisəli ərazinin yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına dair AR Nazirlər Kabineti tərəfindən qərar qəbul edilməmişdir. Bundan başqa AR Maliyyə Nazirliyinin müraciəti əsasında AR Ali Məhkəməsi bütün məhkəmə orqanlarına müraciət edərək, daşınmaz əmlakın qiymətləndirilməsinə dair mübahisələrə baxılarkən qiymətləndirmə prosesində AR Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssisərinin iştirakını təmin etmələrini tövsiyyə etmişdir. Lakin birinci instansiya məhkəməsi Ali Məhkəmənin bu göstərişini də nəzərə almamışdır. Həmçinin məhkəmə kompensasiyanın məbləğini, əmlakın qiymətləndirilməsini 220-01 saylı rəyə əsaslanaraq müəyyən etmişdir ki, bu rəyin hansı metodlarla tərtib olunduğu, tətbiq edilən qiymətləndirmə normalarının hüquqi və iqtisadi mənbəyi məlum deyildir. Birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən hüquq normalarını düzgün tətbiq etməmiş, bəzi normaları səhv təfsir etmiş, maddi və prosesual hüquq normalarını kobud surətdə pozmaqla qiymətləndirmədə şişirtmələrə yol verərək dövlət büdcəsinin ziddinə qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxslər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti öz nümayəndəsini məhkəmə iclasına göndərməmiş və göndərilməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası üçüncü səxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İşdə olan sənədlərin surətlərindən görünür ki, - İddiaçı 16.08.2006-cı il tarixli Şəhadətnamə ilə AR Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmışdır. - 09.11.2006-cı il tarixdə Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən İddiaçı-nin adına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 001988 nömrəli texniki pasport verilmişdir. - AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin İddiaçı-nin ünvan 1 ünvanında yerləşən 430,9 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqlarını təsdiq edən 22.12.2006-cı il tarixli, 000137 nömrəli şəhadətnamə verilmişdir. - AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı tərəfindən ünvan 2 ünvanında olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1,3748 kv.m olan torpaq sahəsinin satın alınması barədə özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair 28.09.2007-ci il tarixli, 000720 nömrəli Şəhadətnamə verilmişdir. - 23.11.2007-ci il tarixli, ******* nömrəli çıxarışla Bakı şəhəri, Səbail rayonu, qazalin küçəsində olan 1,3748 ha torpaq sahəsində yerləşən 1a nömrəli 430,9 kv.m ümumi,322,0 kv.m əsas, 108,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 428 nömrəli 03.10.2012-ci il tarixli “Gənclər və İdman Nazirliyinə hovuz kompleksinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamından da göründüyü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24.09.2012-ci il tarixli, 22/MQ-819 saylı məktubunu və Gənclər və İdman Nazirliyinin 06.08.2012-ci il tarixli, 1997/R2-06/16 saylı müraciətini nəzərə alaraq, Səbail rayonu, 20-ci sahə, Ak. Əhəd Yaqubov küçəsi ilə Qazalin küçəsində yerləşən 6,0 ha torpaq sahəsi hovuz kompleksinin tikintisinin layihələndirilməsi üçün Nazirliyin daimi istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 03.12.2013-cü il tarixli, 488 nömrəli “Gənclər və İdman Nazirliyinə idman obyektlərinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncamına əsasən, AR Dövlət Neft Şirkətinin 24.10.2013-cü il tarixli, 22-1378 saylı, Cavabdeh 07.1.2013-cü il tarixli, 1/10-963 saylı razılıq məktublarını və Gənclər və İdman Nazirliyinin 20.09.2013-cü il tarixli, 3178/R-06/16 sayı müraciətini nəzərə alınaraq, Səbail rayonu, Qazalin küçəsində (20-ci sahə) yerləşən 16,0 ha toraq sahəsi idman yarışlarının keçirilməsi nəzərdə tutulan idman obyektlərinin layihələndirilməsi üçün həmin Nazirliyin daimi istifadəsinə verilmiş, istifadəyə verilən torpaq sahəsinin ayrıc aktı tərtib edilmişdir. - İşdə olan 13/190 saylı, 10\İ-530 nömrəli, 18.10.2013-cü il tarixli ayrıc aktının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 03.10.2012-ci il tarixli, 428 saylı sərəncamı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə hovuz kompleksinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ayrıc aktı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. - İşdə olan AR Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 05 sentyabr 2016-cı il tarixli, 15/03-313/-5421 nömrəli məktubdan görünür ki, iddiaçıya kompensasiya ödənilib-ödənilməməsi barədə məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən dövlət ehtiyacları üçün alınan əmlaklara görə kompensasiya əmlakın alınmasını zəruri edən layihənin hesabına alan orqan (sifarişçi təşkilat) tərəfindən ödənilir. Bu baxımdan sorğuda qeyd olunan obyektə görə kompensasiya ödənilib-ödənilməməsi ilə bağlı məlumatın əldə edilməsi üçün aidiyyəti təşkilata (alan orqana) müraciət edilməsini məqsədəmüvafiq hesab edirlər. - İşə mahiyyəti üzrə baxılarkən baxılarkən birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 23025 saylı ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Qazalin küçəsində yerləşən İddiaçı-nin mülkiyyətində olmuş 1.3748 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilməklə, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin daimi istifadəsinə ayrılmış 6.0 ha torpaq sahəsində inşa edilmiş hovuz kompleksinin əsas binası ilə üst-üstə düşməməsi, lakin mübahisəli torpaq sahəsinin 6.0 ha torpaq sahəsinin ayrıc aktının hüdudlarının şimal istiqamətində yerləşən asfalt yollar və yaşıllıqlar və digər abadlaşdırılmış sahələr ilə üst-üstə düşməsi müəyyən edilir. - Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə qiymətləndirmə ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********17 nömrəli, 08.02.2019-cu il tarixli qiymətləndirmə rəyindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşmiş qeyri-yaşayış binasının 27 dekabr 2018-ci il tarixinə bazar dəyəri 2 986 000,0 (iki milyon diqquz yüz səksən altı min) manat təşkil edir. - İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 15.10.2008-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən 6.0 ha torpaq sahəsi istifadə hüququ ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə məxsusdur. - AR Gənclər və İdman Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 841/03-12/17 saylı, 10.03.2017-ci il tarixli məktubdan görünür ki, Gənclər və İdman Nazirliyi tərəfindən bildirilmişdir ki, 2015-ci il də Bakı şəhərində keçirilmiş İ Avropa Oyunları ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Ak.Ə.Yaqubov küçəsi ilə Qazalin küçəsi arasında yerləşən ərazidə X9 tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2012-ci il 03 oktyabr tarixli, 428 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə Dövlət Neft Şirkətinin balansında olan torpaq sahələrindən sonuncunun 24.09.2012-ci il tarixli, 22/MQ-819 nömrəli razılıq məktubu əsasında 6.0 ha boş torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi Nazirliyə ayrılarkən həmin sahədə heç bir tikili olmamışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikinti işləri yalnız ona ayrılmış torpaq sahəsinin hüdudları daxilində həyata keçirilmişdir. - İşdə olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 1870/03-12/17 nömrəli. 27.06.2019-cu il tarixli məktubun surətindən görünür ki, inzibati işlər əlaqədar olaraq bildirmişlər ki, X9 tikintisi üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə ayrılmış 6.0 ha torpaq sahəsinin hüdudları daxilində hər-hansı fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələri, tikililər və digər əmlaklar olmadığından həmin Sarayın tikintisi üçün təsdiq edilmiş smeta sənədlərdində kompensasiyaların ödənilmsəi üçün vəsait nəzərdə tutulmamışdır. - AR ƏMDK yanında DƏDRX tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 10.07.2019-cu il tarixli, **********82 nömrəli məktubda göstərilir ki, İddiaçı-nin mülkiyyətinə verilmiş 1,3748 ha torpaq sahəsi elektron məlumat bazasına əsasən halhazırda asfalt yollar, yaşıllıqlar, digər abadlaşdırılmış sahələrdən ibarətdir və faktiki olaraq kimin istifadəsində və balansında olduğu barədə bazada məlumat yoxdur. Komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən adı çəkilən əraziyə texniki baxış keçirilmiş və baxış nəticəsində İddiaçı-nin mülkiyyətinə verilmiş 1,3748 ha torpaq sahəsinin və üzərində yerləşən tikililərin (İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan Müəssisə və X4 göstərilmiş sxemlərin ölçülərinin) Gənclər və İdman Nazirliyinin daimi istifadəsinə ayrılmış 6,0 ha torpaq sahəsinin Ayrıc aktının hüdudları daxilində deyil, Ayrıc Aktının hüdudlarının (sərhədlərindən kənar mənasında anlaşılan) şimal istiqamətində yerləşən asfalt yollar, yaşıllıqlar və digər abadlaşdırılmış sahələr ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. - ünvan 3 ünvanladığı 09.09.2019-cu il tarixli, 7-1989/17 nömrəli məktubundan qeyd olunur ki, İddiaçı-nin torpaq sahəsi ilə Bakı Şəhər İcra Hakimiyyətinin 03.10.2012-ci il tarixli 428 nömrəli sərəncamına və bu sərəncamın verilməsinə əsas olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24.09.2012-ci il tarixli 22/MQ-819 nömrəli razılıq məktubuna və Gənclər və İdman Nazirliyinin 06.08.2012-ci il tarixli 1997/R2-06/16 saylı müraciətinə əsasən Gənclər və İdman Nazirliyinin daimi istifadəsinə verilmiş 6,0 ha torpaq sahəsi İddiaçı-nin torpaq sahəsi ilə üst-üstə düşmür. Sizin şifahi sorğunuza əsasən bildiririk ki, İddiaçı-yə aid torpaq sahəsinin hal-hazırda kimin balansında olmasına dair, eləcədə iddiaçının iddia etdiyi torpaq sahəsinin üzərindəki tikililərin kim tərəfindən sökülübsökülməməsinə dair Bakı Şəhər İcra Hakimiyyətində heç bir məlumat aşkar olunmadı. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin həqiqi hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qazalin küçəsində İddiaçı-nin mülkiyyətində olan 1.3748 ha torpaq sahəsində yerləşən 1 a nömrəli 430.9 kv.m ümumi, 322.0 kv.m əsas, 108.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı-nin mülkiyyətində olmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin 428 nömrəli, 03.10.2012-ci il tarixli “Gənclər və İdman Nazirliyinə hovuz kompleksinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24.09.2012-ci il tarixli, 22/MQ-819 saylı razılıq məktubunu və Gənclər və idman Nazirliyinin 06.08.2012-ci il tarixli, 1997/R2- 06/16 saylı müraciətini nəzərə alaraq, Səbail rayonu, 20-ci sahə, Ak.Əhəd Yaqubov küçəsi ilə Qazalin küçəsi arasında yerləşən 6.0 ha torpaq sahəsi hovuz kompleksinin tikintisinin layihələndirilməsi üçün həmin Nazirliyin daimi istifadəsinə verilmişdir. Sonradan Bakı şəhər İcra Hakimiyyətinin 488 nömrəli, 03.12.2013-cü il tarixli “Gənclər və İdman Nazirliyinə idman obyektlərinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24.10.2013-cü il tarixli, 22-1378 saylı, Cavabdeh 07.11.2013-cü il tarixli, 1/10-963 saylı razılıq məktublarını və Gənclər və İdman Nazirliyinin 20.09.2013-cü il tarixli, 3178/R-06/16 saylı müraciətini nəzərə alaraq, Səbail rayonu, Qazalin küçəsində (20-ci sahə) yerləşən 16.0 torpaq sahəsi idman yarışlarının keçirilməsi nəzərdə tutulan idman obyektlərinin tikintisinin layihələndirilməsi üçün həmin Nazirliyin daimi istifadəsinə verilmişdir. Bundan sonra Səbail MKTB-nin nümayəndələri tərəfindən ərazidə abadlıq işləri aparılmış və ərazi abadlaşdırılmış vəziyyətdə, üzərində heç bir tikili olmadan Gənclər və İdman Nazirliyinə təhvil verilmiş, Nazirlik tərəfindən X10 tikilmiş, hal-hazırda 6.0 ha torpaq sahəsi Hüquqların X5 daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, 15.10.2018-ci il tarixli Çıxarışa əsasən Gənclər və İdman Nazirliyinin qanuni istifadəsindədir. İş üzrə təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçının mülkiyyətinə verilmiş 1.3748 ha torpaq sahəsinin və üzərində yerləşən tikililərin (İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan Müəsissə və X4 göstərilmiş sxemlərinin ölçülərinin) Gənclər və İdman Nazirliyinin daimi istifadəsinə ayrılmış 6.0 ha torpaq sahəsinin Ayrıc Aktının hüdudları daxilində deyil, Ayrıc Aktının hüdudlarının (sərhədlərindən kənar mənasında anlaşılan) şimal istiqamətində yerləşən asfalt yollar, yaşıllıqlar və digər abadlaşdırılmış sahələr ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirmişlər ki, İddiaçı-nin mülkiyyətinə verilmiş 1.3748 ha torpaq sahəsi elektron məlumat bazasına əsasən hal-hazırda asfalt yollar, yaşıllıqlar, digər abadlaşdırılmış sahələrdən ibarətdir və faktiki olaraq kimin istifadəsində və balansında olduğu barədə bazada məlumat yoxdur. İş üzrə təqdim edilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair 220- 01 saylı rəylə isə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin 27 dekabr 2018-ci il tarixinə bazar dəyəri 2 986 000 (iki milyon doqquz yüz səksən altı min) manat təşkil edir. Birinci instansiya məhkəməsi öz qərarında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 246-cı maddələrinə istinad edərək, yekun nəticəsini belə əsaslandırmışdır ki, “...Cavabdeh etirazda göstərdiyi hallar, iş materialları ilə təkzib olunduğundan, İddiaçı-nin mülkiyyətində olan torpaq sahəsinin və üzərində yerləşən tikililərin Gənclər və İdman Nazirliyinin daimi istifadəsinə ayrılmış 6.0 ha torpaq sahəsinin Ayrıc hüdudları daxilində deyil, Ayrıc Aktının hüdudlarının (sərhədlərindən kənar mənasında anlaşılan) şimal istiqamətində yerləşən asfalt yollar, yaşıllıqlar və digər abadlaşdırılmış sahələr ilə üst-üstə düşdüyü müəyyən edildiyindən, X9 tikintisinə icazə zamanı Cavabdeh razılığı alındığından, şahid ifadələri ilə söküntünün Səbail MTKB işçiləri tərəfindən aparıldığı müəyyən edildiyindən, torpaq sahəsi üzərində tikinti aparılmasına Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Gənclər və İdman Nazirliyinə icazə verilən zaman torpaq sahəsi boş, üzərində tikililər və digər əmlaklar olmadığından eləcə də, iddiaçının mülkiyyətində olmuş 1.3748 ha torpaq sahəsi üzərində tikilmiş 1 a nömrəli 430.9 kv.m ümumi, 322.0 kv.m əsas, 108.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının sökülməsi ilə əlaqədar olaraq iddiaçıya kompensasiya məbləğinin ödənilməsi iş materialları ilə sübuta yetirilmədiyindən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib-qiymətləndirmə rəyinə əsasən 2 986 000 (iki milyon doqquz yüz səksən altı milyon) manat məbləğində kompensasiya Cavabdehndən alınaraq İddiaçı-yə ödənilməlidir.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrində qeyd edilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və ya onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrum olunduğundan ona ziyan dəymiş və müvafiq kompensasiya ödənilməlidir Ödənilməli olan kompensasiya dəyərinə münasibətdə isə kollegiya bildirir ki, sözügedən qeyri yaşayış sahəsinin qiymətləndirilməsi barədə AR ƏMDK yanında DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş qiymətləndirmə rəyində iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsi 2 986 000 (iki milyon doqquz yüz səksən altı min) manat olaraq qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi həmin qiymətləndirmə rəyini sübut kimi nəzərə alıb, müəyyən edilmiş orta bazar qiymətini ədalətli hesab edərək, kompensasiya məbləğinin 2 986 000 (iki milyon doqquz yüz səksən altı min) manat təşkil etdiyi nəticəsinə gəlmişdir. Adı çəkilən mübahisəli əmlakla bağlı keçirilmiş qiymətləndirmə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakı ilə keçirilmədiyindən kollegiya işin obyektiv həlli üçün mübahisəli əmlakın qiymətləndirilməsinə zəruri hesab edərək, 08 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə yenidən qiymətləndirmə təyin etmiş, qiymətləndiricinin qarşısında aşağıdakı sual qoyulmuşdur: -Bakı şəhəri, Səbail rayonu Qazalin küçəsində yerləşən 1,3748 kv.metrlik sökülmüş qeyri-yaşayış sahəsinin hazırkı vaxta olan bazar qiyməti necə manat təşkil edir? Qiymətləndirmənin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakı ilə “X1 Company” MMC-nin mütəxəssisləri tərəfindən keçirilməsi qərara alınmışdır. Qiymətləndirmənin keçirilməsi zamanı “xxxx” MMC-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 1,3748 hektar və ya 13748 kv. metr torpaq sahəsinin mövcud bazar dəyərinin müəyyən edilməsi zamanı müqayisə metodundan istifadə edilmiş, xərc metodu nəzərə alınmaqla və tikinti materiallarının hazırki tikinti bazarının orta qiymətləri ilə hesablanmışdır. Qiymətləndirilən obyektin yerləşmiş olduğu qeyri-yaşayış binasının və ona aid olan tikili və qurğular üzrə bazar qiymətinə təsir edən kənar amilləri, o cümlədən, tikilinin mövcud olduğu torpağı, mülkiyyətdə olması və həmin torpağın yerləşmə sahəsi, torpaq sahəsinin yerləşdiyi rayonun nüfuzluluq və orada işgüzar fəallığın səviyyəsi, şəhər infrastrukturunun inkişafı, ərazi relyefi, tikililik dərəcəsi, ərazidə tikinti işlərinin dinamikası, tələb və təklifi, nəqliyyat magistralına yaxınlığın, kommersiya baxımından cəlbediciliyi vəziyyəti, həmçinin qeyri-yaşayış binasının bazar dəyərinin qiymətləndirilməsi zamanı eyni zamanda Bakının zonaları, binanın tikildiyi il də nəzərə alınaraq torpaq sahəsinin 1 kv.metrinin mövcud bazar dəyəri təxminən 180-250 manat, orta bazar dəyəri isə hər kv.m üçün 210 manat olduğu müəyyən olunduğundan qiymətləndirilən torpağın bazar dəyəri 2.887.080 manat (13748 x 210) qiymətləndirilmişdir. Yuxarıda sadalanan xüsusatlara istinadən, İddiaçı-nin mülkiyyətində olmuş, sonradan sökülmüş ünvan 1 ünvanında 1,3748 ha torpaq sahəsində yerləşən 430,9 kv.m ümumi, 322,0 kv.m əsas, 108,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının mövcud orta bazar qiyməti: tikilinin dəyəri 172,360 (yüz yetmiş iki min üç yüz altmış) manat; İddiaçı-nin xüsusi mülkiyyətində olan torpaq sahəsinin dəyəri isə 2,887,080 (iki milyon səkkiz yüz səksən yeddi min səksən) manat; ümumi qiymətləndirməyə təqdim edilən obyektin mövcud bazar dəyəri 3,059,440 (üç milyon əlli doqquz min dörd yüz qırx) manat (2,887,080+172,360); likvid bazar qiyməti isə 3,000,000 (üç milyon) manat məbləğində müəyyən olunur. Kollegiya təqdim edilmiş mütəxəssis qiymətləndirmələrini nəzərdən keçirərək hesab edir ki, "Azerbaijan İnternational Consulting Company" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyində mübahisəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə təsir edə biləcək amillər nəzərə alınmaqla, istifadə edilən metodlar düzgün tətbiq edilərək İddiaçınin mülkiyyətində olmuş, sonradan sökülmüş qeyri-yaşayış sahəsinin təfsilatlı qiymətləndirməsi aparılmışdır. Lakin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin qərardadı ilə qiymətləndirmənin "Azerbaijan İnternational Consulting Company" MMC və Maliyyə Nazirliyinin mütəxəssisin birgə iştirakı ilə keçirilməsi qərara alınsa da, birinci instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsi üçün kompensasiyanın dəyərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 220-01 saylı rəyinə uyğun olaraq 2 986 000 (iki milyon doqquz yüz səksən altı min) manat müəyyənləşdirmiş və iş üzrə iddiaçı tərəf – İddiaçı həmin kompensasiya məbləğilə razılaşaraq, məhkəmənin qərarından apelyasiya şikayəti verməmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki iş üzrə sökülmüş qeyri-yaşayış sahəsi ilə bağlı ziyanın dəyəri hesablanarkən, kompensasiyanın dəyəri 2 986 000 (iki milyon doqquz yüz səksən altı min) manat saxlanılmalıdır. Cavabdehin apelyasiya şikayəti iki dəlildən ibarət olmuşdur. 1.- söküntü Cavabdeh tərəfindən aparılmamışdır və iddia edilən kimi söküntünün “üzərində Səbail MKTB yazılmış iş geyimi olan fəhlələr” tərəfindən aparıldığı nəzərə alınarsa, iddia tələbi cavabdeh olmayan Cavabdehnə qarşı yönəldilmişdir.
2. Kompensasiya ödənilməsi ilə bağlı iddiaçının Cavabdehnə hec bir yazılı müraciəti olmamışdır. Cavabdehin apelyasiya şikayətinin birinci dəlili ilə bağlı qeyd etmək lazımdır ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.6-cı maddəsinə görə müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Həmin Əsasnamənin 4.9.3-cü maddəsində yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasında müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verməsi də nəzərdə tutulmuşdur. Göründüyü kimi Cavabdeh “Səbail MKTB”yə icrası məcburi olan göstərişlər verməsi onun fəaliyyətini nizama salan Əsasnamədə nəzərdə tutulmuşdur. Bundan əlavə, iş materiallarında olan Bakı şəhər İcra hakimiyyəti başçısının Aparatı tərəfindən Cavabdeh başçısına üünvnlanmış 7-999/17 SAYLİ, 22.02.2016-ci il tarixlı məktubunda İddiaçı-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə və Üzgücülük Kompleksinin tikilməsi məqsədi ilə qeyri-yaşayış sahələrinin 03.05.2013-cü il tarixində sökülməsi ilə başlı kompensasiya verilməməsinə dair müraciəti araşdırılıb tədbir görülməsi üçün göstəriş verilmişdir. Bu halın özü də, söküntünün cavabdeh tərəfindən aparılmasını sübut edir. Yuxarıda sadalanan qanunvericilik normalarının göstərişlərini, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını, istinad edilən şahid ifadələrini və həmçinin söküntünü aparmış MKTB-nin həm də İcra hakimiyyətinə ikili tabelik münasibətində olduğundan, cavabdehin onlara icrası məcburi olan göstərişlər vermək səlahiyyətinin olmasını nəzərə alaraq, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin bu dəlilini əsassız hesab edir və bu qənatə gəlir ki, qeyri-yaşayış sahəsinin sökülməsi və iddiaçıya aid torpaq sahəsində yaşıllaşdırma aparılması, abadlıq və asfalt işlərinin görülməsi düzünə və dolayısı sübutlarla cavabdeh tərəfindən aparılmış olmasını təsdiq edir. Cavabdehin apelyasiya şikayətinin ikinci dəlili Bakı şəhər İcra hakimiyyəti başçısının Aparatı tərəfindən Cavabdeh başçısına ünvanlanmış 7-999/17 SAYLİ, 22.02.2016-ci il tarixli məktubla təkzib olunur. Belə ki, həmin məktubun məzmunundan aydın olur ki, iddiaçıların kompensasiya ilə bağlı müraciətləri tədbir görülməsi üçün cavabdehə göndərilmişdir. Üçüncü şəxsin apelyasiya şikayəti isə sökülən mübahisəli ərazinin dövlət ehtiyacları üçün alınmış olmasına dair müvafiq icra hakimiyyəti orqanının - AR Nazirər Kabinetinin qərarının olmaması ilə əsaslandırılır və bu əsasla iddiaçının mülkiyyətində olmuş qeyriyaşayış sahəsinin sökülməsilə bağlı kompensasiya ödənilməli olmadığı bildirilir. Şikayətin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan ekspert rəyindən iddiaçının mülkiyyətinə verilmiş 1.3748 ha torpaq sahəsinin və üzərində yerləşən tikililərin (İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan Müəsissə və X4 göstərilmiş sxemlərinin ölçülərinin) Gənclər və İdman Nazirliyinin daimi istifadəsinə ayrılmış 6.0 ha torpaq sahəsinin Ayrıc Aktının hüdudlarının (sərhədlərindən kənar mənasında anlaşılan) şimal istiqamətində yerləşən asfalt yollar, yaşıllıqlar və digər abadlaşdırılmış sahələr ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda DƏDRX-nin məhkəməyə ünvanladığı məktubunda göstərilir ki, İddiaçı-nin mülkiyyətinə verilmiş 1.3748 ha torpaq sahəsi elektron məlumat bazasına əsasən hal-hazırda asfalt yollar, yaşıllıqlar, digər abadlaşdırılmış sahələrdən ibarətdir və faktiki olaraq kimin istifadəsində və balansında olduğu barədə bazada məlumat yoxdur. Sadalananları nəzərə alaraq kollegiya hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayətinin dəlili kimi göstərdiyi müvafiq qərarın olmaması faktı, iddiaçının qanuni mülkiyyətində olmuş əmlakın cavabdeh inzibati orqan tərəfindən ədalətli əvəzi ödənilmədən söküldüyündən iddiaçının kompensasiya almaq hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə: - zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın( 21.1-ci maddə). - zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). - mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1- ci maddə) - delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). - mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1-ci maddə). - qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3-cü maddə). - dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.( 1100-cu maddə). - zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır Odur ki, cavabdeh mülki hüquq məsuliyyəti daşıdığından, kolegiya zərərin əvəzinin onun tərəfindən ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən cavabdeh və üçünücü şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, mütəxəssis tədqiqatına görə xərc iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh və üçüncü şəxs AR Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin ediməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-22/2019 saylı iş üzrə qəbul etdiyi 10 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Mütəxəssis tədqiqatının dəyəri olan 400 manat xərc İddiaçı-dən tutularaq "Azerbaijan İnternational Consulting Company" MMC-nin hesabına (ABB-nın Mətbuat şöbəsi, Kodu: 805142, VÖEN: **********, Müx. Hesab: AZ03NABZ********************, S.W.İ.F.T: İBAZAZ2Х, Adı: "Azerbaijan İnternational Consulting Company" MMC, Hesab №: AZ90İBAZ********************, VÖEN: **********) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə
Hakim: Xəyalə Cəmilova
Hakim: Azər Hüseynov