Məhkəmə qərarları › İş №2-1(103)-5192/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5192/2025

28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5192/2025 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qərarın ləğv edilməsi və dissertasiya işinin müdafiə prosesinin yenidən təşkil edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qərarın ləğv edilməsi və dissertasiya işinin müdafiə prosesinin yenidən təşkil edilməsi” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. FD ***** nömrəli X3 əsasən Cavabdeh ##.##.2011-ci il tarixli qərarla İddiaçı tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi vermişdir.

2. DS ***** nömrəli Dosent Attestatına əsasən Cavabdeh ##.##.2017-ci il tarixli qərarla iddiaçıya kitabxanaşünaslıq kafedrası üzrə Dosent elmi adı vermişdir.

3. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya Institutu nəzdində fəaliyyət göstərən BED 1.30 Birdəfəlik Dissertasiya şurasının ## #### 2024-cü il tarixli iclasının ** saylı Stenoqram Protokolu tərtib edilmişdir. Protokoldan görünür ki, səsvermə nəticəsində aşağıdakı qərar qəbul edilmişdir: - İddiaçı "Türkdilli dövlətlərin kitab və kitabxana mədəniyyəti (1991-2011-ci illər)" mövzusunda yazdığı dissertasiyanın müdafiəsi əsasında 3356.01 - "Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq" ixtisasında tarix elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilməsinə dair keçirilən gizli səsvermənin nəticəsi mənfi olduğu üçün Cavabdeh Rəyasət Heyətinin ## ####### 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş "Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimatın" 5.21 bəndinə əsasən Işçi komissiyanın hazırladığı Yekun rəy qəbul edilmir. - Iddiaçının sənədləri Cavabdeh Rəyasət Heyətinin ## ####### 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş "Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimatın" 4.33 və 4.34 bəndlərində qeyd edilən qaydalar əsasında şəxsən özünə qaytarılsın. - Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli *** nömrəli fərmanı ilə təsdiqlənmiş "Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsanamənin" 5.61 bəndinə və Cavabdeh Rəyasət Heyətinin ## ####### 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş "Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimatın" 4.35 bəndinə əsasən İddiaçı "Türkdilli dövlətlərin kitab və kitabxana mədəniyyəti (1991- 2011-ci illər)" mövzusunda yazdığı dissertasiyanın müdafiəsi əsasında 3356.01 - "Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq" ixtisasında tarix elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi bir il tez olmamaq şərti ilə ilkin müzakirədən keçirilərək təkrar müdafiəyə təqdim edilə bilər.

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya Institutu nəzdində fəaliyyət göstərən BED. 1.30 Dissertasiya şurasının ##.##.2024-cü il tarixli qərarını ləğv edərək, dissertasiya işinin müdafiə prosesinin yenidən təşkil edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Dövlət Universitetində 1986-cı ildən elmi-pedaqoji fəaliyyət ilə məşğul olur. Tarix üzrə fəlsəfə doktoru və Informasiyasənəd menecmenti fakültəsinin dosentidir. Bundan başqa nüfuslu beynəlxalq əhəmiyyətli indeksləşdirilmə bazalarında çox sayda əsərləri indeksləşir, beynəlxalq elmi jurnalların redaksiya üzvüdür və bu il (2024) BDU-nun sosialhumanitar elmlər üzrə ilin alimi nominasiyasında birinci yerə layiq görülmüşdür. Elmmetriya ilə əlaqədar bir çox universitetin alim və müəllimlərinə təlimlər keçir. Elmi pedaqoji fəaliyyəti müddətində 14 kitabı və 150-dən artıq elmi məqaləsi çap olunub. 2012-ci ildə “BDU-nun 100 illiyi qarşısında” adlanan doktorantura layihəsində iştirak etmiş və qəbul olunmuşdur. “Türkdilli dövlətlərin kitab və kitabxana mədəniyyəti (1991-2011-ci illər)” mövzusunda yazdığı dissertasiyanın müdafiəsi üçün 3356.01 şifrəli - “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında tarix elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinin ona verilməsində iddiaçı qimsində AMEA-nın tarix institutunda yaradılmış birdəfəlik müdafiə şurasına təyinat almiş və müdafiənin keçirilməsini üç il gözləmişdir. Müdafiənin tarixi dissertasiya şurası tərəfindən ##.##.2024-cü il tarixinə saat 10:00-a təyin olunmuşdur. Əfsuslar olsun ki, müdafiə üzrə dissertasiya şurasının keçirtdiyi iclas və orada keçirilməli gizli səsvermə AR Prezidentinin ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin bir neçə bəndlərinin kobud şəkildə pozulması ilə keçirilmişdir. Nəticədə, tam qanunsuz olaraq müdafiənin mənfi hesab olunması haqqında AR Prezidenti yanında Ali Atestasiya Komissiyasına arayış təqdim edilmişdir. Birdəfəlik şuranın formalaşdırılması zamanı 3356.01- “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasına uygun olan tanınmış iki Türkiyəli və iki Özbəkistan aliminin tərkibə daxil olunması təklifi irəli sürmüşdür. Təklifi qəbul olunmamış və nəticədə sahə mütəxəssisi olmayan alimlər tərkibə daxil edilmişdir. Həmin Əsasnamənin tələbinə görə müdafiə şurasının elmi katibi iddiaçını müdafiə şurasının üzvlərinə təqdim etməlidir. Elmi katibə təqdimat məqsədi ilə məlumatlar verildikdə onları elan etməkdən imtina etmişdir. 2024-cü ildə BDU-da ilin alimi seçilməyi, elmi məqalələrinə edilmiş 430-dan artıq elmi istinadlar, “H” indeksinin 20 olması, SKOPUS, Web of Science, ERIH-Plas və digər nüfuzlu xülasələndirmə bazalarında 25-dən artıq məqalənin çap olunması haqqında məlumatları elmi katib tərəfindən iddiaçının təqdimatından çıxarılmışdır. Müzakirələr zamanı prof.K.Şükürovun etirafına görə (video çəkilişdə əks olunur) bu məlumat bazalarında məqalə çap etdirmək ilə əlaqədar ciddi problemləri olduğundan bu məsələyə qısqanclıqla yanaşıblar və bu məlumatları səsləndirməyiblər. Həmin Əsasnamənin 5.44-cü bəndində qeyd olunur ki, Dissertasiyanın müdafiəsi elmi müzakirə xarakteri daşımalı, yüksək tələbkarlıq, prinsipiallıq və elmi etikaya riayət edilməsi şəraitində keçirilməlidir. Dissertasiyada olan bütün nəticələrin, elmi və nəzəri-praktiki xarakterli təkliflərin dürüstlüyü və əsaslandırılması ilə əlaqədar məsələlər hərtərəfli müzakirə edilməlidir. Ilk növbədə qeyd edir ki, Dissertasiya şurasının “Vətən tarixi” indeksi ilə üzvləri: Prof.Kərim Şükürov (sədr), prof.Şahin Fərzəliyev (sədr müavini), dos.Ilqar Niftaliyev (elmi katib), prof.Mais Əmrahov, prof. Tofiq Mustafazadə, prof.Mehman Süleymanov daxil olmaqla altı nəfər təşkil edir, tarix institutunun əməkdaşlarıdırlar və səsvermə hüququna malikdirlər. Tofiq Mustafazadə və Ilqar Niftaliyev müzakirələrdə iştirak etmədilər. Kərim Şükürovun “bu dissertasiya elmdə hansı yenilikləri irəli sürür” sualını bir neçə dəfə təkrarlaması ilə Mais Əmrahov və Mehman Süleymanov da bunu təkrarlayan suallarla müraciət etdilər. Onların bu suallarının elmi etikaya zidd olduğunu hesab etsə də, suallara aşağıdakı kimi cavabladı: “Türk dilli dövlətlərin kitab və kitabxana mədəniyyəti sahəsində üç kitabı elmi dövriyyəyə daxil olub, 10-dən artıq məqaləsi çap olunub, Bakı Dövlət Universitetində eyni adlı dərs təsis edilib və 12 ildir ki, bu dərsi o, tədris edir, bunların ilk dəfə olması ilə yanaşı türk dövlətləri universitetlərində "informasiya və sənəd menecmenti" fakültələrinin tələbələrinə bu mövzuda onlayn dərslər vermişdir" deyə cavab verdi (stenoqramda qeyd edilib). Lakin verdiyi cavabdan onlar razı qalmadılar. Nəticədə disertasiyanın mövzusuna aid olan heç bir sual və ya mülahizə irəli sürülmədi və əsasnamədə tələb olunan elmi müzakirə keçirilmədi. Həmin Əsasnamənin 5.50-ci bəndinə görə Dissertasiyanın müdafiəsi bitdikdən sonra dissertasiya şurası gizli səsvermə keçirir. Müzakirələri bitirən dissertasiya şurasının sədri prof.K.Şükürov gizli səsvermənin başlanmasını elan etdiyi zaman, tarix üzrə müdafiə şurasının altı nəfər üzvlərindən bir üzvü salondadır, (bu fakt aparılmış video çəkilişdə açıq-aydın görsənir) şuranın üç üzvü rəyasət heyyətindədir. Əsasnamənin 5.42-ci bəndinə əsasən Dissertasiya şurasının iclası onun başlanmasından gizli səsvermənin nəticələri haqqında yekun rəy qəbul edilənədək üzvlərin azı üçdə iki hissəsi iclasda iştirak etdikdə səlahiyyətli sayılır. Bu bəndə görə səsvermədə yalnız dörd nəfər iştirak edə bilərdi. Lakin sədrin tapşırığı ilə səsvermə komisiyası altı nəfərin səs verdiyini elan etdi. Həmin Əsasnamənin 5.43-cü bəndinə əsasən Dissertasiya şurasının iclasında müdafiə zamanı ixtisas üzrə elmi dərəcəsi olan azı beş şura üzvü iştirak etməli və fəlsəfə doktoru dissertasiyasının müdafiəsi zamanı onlardan azı iki nəfəri, elmlər doktoru dissertasiyasının müdafiəsi zamanı isə azı dörd nəfəri elmlər doktoru olmalıdır. Ixtisas üzrə formalaşmış tərkibə daxil olunan alimlər kənardan dəvət olunduğundan K.Şükürov onların səsvermə prosesinə müdaxilə edə bilməmişdi və 3356.01-kitabxanaşunaslıq, biblioqrafiyaşunaslıq və kitabşünaslıq indeksi üzrə formalaşmış altı nəfərlik heyətin üçü akademik olmaqla müdafiənin leyhinə səs vermişdilər. X1 birinci aponent olaraq disertasiyaya müsbət rəyini müdafiəyə təqdim etmiş və əməliyyat olunduğundan müdafiədə iştirak etməmişdir. Həmin Əsasnamənin 5.52-ci bəndinə görə Gizli səsvermə zamanı dissertasiya şurasının iclasında iştirak edən müdafiənin keçirildiyi ixtisas üzrə dissertasiya şurasının üzvləri və dissertasiya şurasının digər üzvləri forması Komissiya tərəfindən müəyyən edilən bülletenlər vasitəsilə səs verirlər. 5.53. Müdafiənin keçirildiyi ixtisas üzrə iclasda iştirak edən dissertasiya şurası üzvlərinin azı üçdə ikisi və dissertasiya şurasının iclasda iştirak edən digər üzvlərinin azı üçdə ikisi iddiaçıya fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi verilməsinin lehinə səs verdikdə, gizli səsvermənin nəticəsi müsbət hesab edilir. Səsvermədə bülliten doldurulmamış, elektron səsvermədə gizlilik prinsipi pozulmuşdu. Müzakirədə və səsvermədə iştirak etməyən üzvlərin qeydə alınması əsasnamənin bu bəndinin tələblərini pozmuşdur. Həmin Əsasnamənin 5.54-cü bəndinə görə Hesablama komissiyasının protokolunda əvvəl müdafiənin keçirildiyi ixtisas üzrə dissertasiya şurası üzvlərinin səsverməsinin nəticəsi, sonra dissertasiya şurasının digər üzvlərinin səsverməsinin nəticəsi göstərilir. Protokol iclasda iştirak edən dissertasiya şurası üzvlərinin sadə səs çoxluğu ilə açıq səsvermə yolu ilə təsdiq edilir. Açıq səsvermə zamanı da video çəkilişdən göründüyü kimi qeyd olunan şura üzvləri salonda olmayıblar. Səsvermə zamanı bülleten doldurulmayıb və elektron səsvermə adı ilə müdafiə şurasının üzvü olmayan, tarix institutunun əməkdaşı yaxınlaşan şura üzvlərindən səsli olaraq əleyhinə və ya leyhinə olduğunu soruşaraq kompyuterdə özü bildiyi kimi qeydiyyat aparmışdır. Bununla da gizli səsvermənin prinsipi pozulmuşdur. Bütün bunları nəzərə alaraq o, ilk növbədə qanunsuz formada keçirilmiş dissertasiya müdafiə prosessi üzrə qəbul olunmuş Dissertasiya Şurasının ##.##.2024-cü il tarixli qərarından inzibati qaydada cavabdehə şikayət yazsa da, 2 ay müddət keçməsinə baxmayaraq hər hansı bir nəticə haqqında ona məlumat verilməmişdir. Həmin Əsasnamənin 10.1-ci bəndinə əsasən dissertasiya şuralarının qərarlarından iddiaçılar və digər maraqlı şəxslər bəmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər. Bu müddət ərzində o cavabdehə şikayət göndərsə də, bu günə qədər yekun qərar qəbul olunmamışdir. Lakin, ##.##.2024-cü il tarixli *-**/*-K-***-*-***/**** nömrəli cavab məktubu ilə cavabdeh bildirmişdir ki, şikayət etdiyi dissertasiya işi və attestasiya sənədləri Komissiyaya daxil olduqdan sonra baxıla bilər. Ancaq yuxarıda qeyd etdiyi kimi, bu vaxtdan artıq 3 aydan çox vaxt keçməsinə baxmayaraq şikayəti üzrə hər hansı nəticə yoxdur. Həmin Əsasnamənin 10.5-ci bəndinə əsasən Şikayətə inzibati qaydada «Inzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və məhkəmə qaydasında Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq baxılır. Bundan başqa qeyd edir ki, Cavabdeh haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən cavabdeh - Ali Attestasiya Komissiyası - Cavabdeh (bundan sonra — Komissiya) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmipedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə (bundan sonra — müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffafıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Komissiyanın müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən Komissiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı “Türkdilli dövlətlərin kitab və kitabxana mədəniyyəti (1991-2011-ci illər)” mövzusunda 3356.01- “Kitabxanaşunaslıq, biblioqrafiyaşunaslıq və kitabşunaslıq” ixtisasında tarix elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almaq məqsədilə ##.##.2024-cü il tarixində AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya nstitutu nəzdnində fəaliyyət göstərən BED.1.30 Dissertasiya Şurasında dissertasiya işini müdafiə etmişdir. Şuranın 12 üzvündən müdafiədə 11 nəfər iştirak etmiş və 4 üzv lehinə, 4 üzv isə əleyhinə səs vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 5.50-ci bəndinə müvafiq olaraq, dissertasiyanın müdafiəsi bitdikdən sonra dissertasiya şurası gizli səsvermə keçirir. Əsasnamənin 5.53-cü bəndinin tələblərinə uyğun olaraq, müdafiənin keçirildiyi ixtisas üzrə iclasda iştirak edən dissertasiya şurası üzvlərinin azı üçdə ikisi və dissertasiya şurasının iclasda iştirak edən digər üzvlərinin azı üçdə ikisi iddiaçıya fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi verilməsinin lehinə səs verdikdə, gizli səsvermənin nəticəsi müsbət hesab edilir. Əsasnamənin 5.60-cı bəndinə müvafiq olaraq, dissertasiya şurasının dissertasiyanın müdafiəsinin nəticələri haqqında qərarı mənfi olduqda, sənədlərin iddiaçıya qaytarılma qaydası və Komissiyaya göndərilən sənədlərin siyahısı Komissiyasının Rəyasət Heyətinin ## ####### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş təsdiq etdiyi “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimat”la müəyyən edilir. Dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdə, dissertasiya işi yenidən işlənmək üçün həmin qərar qəbul edildiyi gündən bir ildən tez olmamaq şərtilə ilkin müzakirədən keçirilərək təkrar müdafiəyə təqdim edilə bilər. “Dissertasiya Şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat”ın 4.32- ci bəndinə uyğun olaraq, dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdən sonra iki ay müddətində iddiaçının həmin bəndlə müəyyən edilən sənədlərini Komissiyaya təqdim edir. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.1-ci bəndinə əsasən dissertasiya şuralarının qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər. “Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.5.15-ci bəndinin tələblərinə uyğun olaraq, X5 dissertasiyaların müdafiəsinin keçirilməsi qaydası pozulduğu hallarda xüsusi qərarlar qəbul edir, o cümlədən dissertasiya şuralarının qərarlarını ləğv edir və ya onların fəaliyyətini dayandırır. Iddiaçı İddiaçı Komissiyaya ünvanladığı ##.##.2024-cü il tarixli müraciətinə Komissiyanın ## #### 2024-cü il tarixli 3- **/*-K-***-*-***/**** nömrəli məktubu ilə bildirilmişdir ki, BED.1.30 Dissertasiya Şurasının ##.##.2024-cü il tarixli iclası ilə bağlı şikayətinə dissertasiya işi və attestasiya sənədləri Komissiyaya daxil olduqdan sonra baxıla bilər. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanladığı ##.##.2024-cü il tarixli şikayət ərizəsinə aidiyyəti üzrə Komissiyada baxılmış və məsələyə münasibət bildirmək məqsədilə icraata alınmışdır. Iddiaçının sənədləri Komissiyaya daxil olduqdan sonra, İddiaçı dissertasiya işi və attestasiya sənədləri Komissiyada baxılmaqda olduğu və nəticəsi barədə elmi təşkilata və iddiaçıya məlumat veriləcəyi haqqında # ####### 2024-cü il tarixli *-**/*- B-***/*-*-***/**** nömrəli məktub göndərilmişdir. X5nin ##.##.2024-cü il tarixli qərarı ilə 3356.01- “Kitabxanaşunaslıq, biblioqrafiyaşunaslıq və kitabşunaslıq” ixtisasında tarix üzrə elmlər doktoru dissertasiyasının müdafiəsi haqqında dissertasiya şurasının mənfi qərarı ilə bağlı iddiaçının müraciəti nəzərə alınmaqla Komissiyaya təqdim edilmiş sənədlər müdafiə prosedurunun tələblərə uyğun keçirilməsi məsələsinə baxılması və rəy verilməsi məqsədilə Tarix və antropologiya üzrə ekspert şurasına göndərilmişdir. Bildirilir ki, hazırda iddiaçı İddiaçı sənədləri araşdırılmaqdadır. BED.1.30 Dissertasiya şurasının ##.##.2024-cü il tarixli qərarına münasibətdə bildirilir ki, Əsasnamənin 4.1-ci bəndinə uyğun olaraq, dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır. Dissertasiya şuraları nəzdində fəaliyyət göstərdikləri elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin əsas möhür və blankından istifadə edirlər. Əsasnamənin tələblərinə uyğun olaraq, ixtisas üzrə müvafiq dissertasiya şurası olmadığı halda elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin vəsatəti əsasında Komissiya birdəfəlik dissertasiya şurası yarada bilər. Birdəfəlik dissertasiya şurası müvafiq elm sahələri üzrə fəaliyyət göstərən dissertasiya şurasının bazasında və ya ayrıca yaradılmaqla, bir və ya bir neçə dissertasiyanın müdafiəsi üçün nəzərdə tutulur.

7. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

8. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, G.Tanrıverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə araşdırmasında da cavabdeh tərəf elektron hesabat göstərərək kimin leyhinə və kimin isə əleyhinə səs verdiyini nümayiş etdirdi. Bununla da səsvermənin gizliliyinin pozulduğunu bir daha subut etdi. Cavabdeh tərəfin elan etdiyi kimi, müdafiə şurasının üzvlərinə loğin və parolların verilməsi, onların müstəqil və gizli səsverməsinin təmin olunması ilə əlaqədar heç bir görüntü və sənədləşmə mövcud deyil. Hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə keçirilən dörd məhkəmə iclasında hər dəfə iddia tərəfinin təqdimatı qeyd olunan iki epizodun üzərində qurulsa da məhkəmə qətnaməsində bu epizodların nə inkarı nə də təsdiqi öz əksini tapmır. Cavabdeh tərəf video çəkilişdi göstərilən qüsurları bir neçə dəfə boynuna alsa da hakim bu faktları da nəzərə almamış və qətnaməyə daxil etməmişdir. Eləcə də təqdim olunan video çəkilişin ekspertizası keçirilməmiş və müdafiə şurasının üzvlərinin görüntüdə olub olmadığı haqqında mütəxəssis dəvət edilməmişdir. Əksinə olaraq, inzibati qaydaların pozulması hallarının araşdırılması əvəzinə məhkəməyə təqdim olunua Ali Attestasiya Komissiyası ekspertinin iddiaya dəxli olmayan, onun desertasiyasının məzmunu ilə əlaqədar fikirləri qətnamədə yer almışdır. Cavabdeh tərəfin iddialara qarşı heç bir sənəd və sübutu məhkəməyə təqdim olunmamışdır. Təqdim edilən sənədlər yalnız dessertasiyanın məzmununun subyektiv təhlili və ümumiləşdirilən qərarlardan ibarətdir ki, bunların əsasında inzibati hüquq pozulması halları əsaslandırıla bilməz.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə etiraz iddia tələbinə yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı İddiaçı “Türkdilli dövlətlərin kitab və kitabxana mədəniyyəti (1991-2011-ci illər)” mövzusunda 3356.01- “Kitabxanaşunaslıq, biblioqrafiyaşunaslıq və kitabşunaslıq” ixtisasında tarix elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almaq məqsədilə ##.##.2024cü il tarixində AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya Institutu nəzdnində fəaliyyət göstərən BED.1.30 Dissertasiya Şurasında dissertasiya işini müdafiə etmişdir. Şuranın 12 üzvündən müdafiədə 11 nəfər iştirak etmiş və 4 üzv lehinə, 4 üzv isə əleyhinə səs vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 5.50-ci bəndinə müvafiq olaraq, dissertasiyanın müdafiəsi bitdikdən sonra dissertasiya şurası gizli səsvermə keçirir. Əsasnamənin 5.53-cü bəndinin tələblərinə uyğun olaraq, müdafiənin keçirildiyi ixtisas üzrə iclasda iştirak edən dissertasiya şurası üzvlərinin azı üçdə ikisi və dissertasiya şurasının iclasda iştirak edən digər üzvlərinin azı üçdə ikisi iddiaçıya fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi verilməsinin lehinə səs verdikdə, gizli səsvermənin nəticəsi müsbət hesab edilir. Əsasnamənin 5.60-cı bəndinə müvafiq olaraq, dissertasiya şurasının dissertasiyanın müdafiəsinin nəticələri haqqında qərarı mənfi olduqda, sənədlərin iddiaçıya qaytarılma qaydası və Komissiyaya göndərilən sənədlərin siyahısı Komissiyasının Rəyasət Heyətinin ## ####### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş təsdiq etdiyi “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimat”la müəyyən edilir. Dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdə, dissertasiya işi yenidən işlənmək üçün həmin qərar qəbul edildiyi gündən bir ildən tez olmamaq şərtilə ilkin müzakirədən keçirilərək təkrar müdafiəyə təqdim edilə bilər. “Dissertasiya Şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat”ın 4.32-ci bəndinə uyğun olaraq, dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdən sonra iki ay müddətində iddiaçının həmin bəndlə müəyyən edilən sənədlərini Komissiyaya təqdim edir. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” 10.1-ci bəndinə əsasən dissertasiya şuralarının qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər. “Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.5.15-ci bəndinin tələblərinə uyğun olaraq, X5 dissertasiyaların müdafiəsinin keçirilməsi qaydası pozulduğu hallarda xüsusi qərarlar qəbul edir, o cümlədən dissertasiya şuralarının qərarlarını ləğv edir və ya onların fəaliyyətini dayandırır. Iddiaçı İddiaçı Komissiyaya ünvanladığı ##.##.2024-cü il tarixli müraciətinə Komissiyanın ## #### 2024-cü il tarixli *-**/*-K-***-*-***/**** nömrəli məktubu ilə bildirilmişdir ki, BED.1.30 Dissertasiya Şurasının ##.##.2024-cü il tarixli iclası ilə bağlı şikayətinə dissertasiya işi və attestasiya sənədləri Komissiyaya daxil olduqdan sonra baxıla bilər. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanladığı ##.##.2024-cü il tarixli şikayət ərizəsinə aidiyyəti üzrə Komissiyada baxılmış və məsələyə münasibət bildirmək məqsədilə icraata alınmışdır. Iddiaçının sənədləri Komissiyaya daxil olduqdan sonra, İddiaçı dissertasiya işi və attestasiya sənədləri Komissiyada baxılmaqda olduğu və nəticəsi barədə elmi təşkilata və iddiaçıya məlumat veriləcəyi haqqında # ####### 2024-cü il tarixli *-**/*-B-***/*-*-***/**** nömrəli məktub göndərilmişdir. X5nin ##.##.2024-cü il tarixli qərarı ilə 3356.01“Kitabxanaşunaslıq, biblioqrafiyaşunaslıq və kitabşunaslıq” ixtisasında tarix üzrə elmlər doktoru dissertasiyasının müdafiəsi haqqında dissertasiya şurasının mənfi qərarı ilə bağlı iddiaçının müraciəti nəzərə alınmaqla Komissiyaya təqdim edilmiş sənədlər müdafiə prosedurunun tələblərə uyğun keçirilməsi məsələsinə baxılması və rəy verilməsi məqsədilə Tarix və antropologiya üzrə ekspert şurasına göndərilmişdir. Iddiaçının apellyasiya şikayətində qeyd etdiyi məsələlər əsassızdır. Belə ki, səsvermənin qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilməsi Bakı Inzibati Məhkəməsində dəfələrlə müzakirə edilmiş və elektron səsvermə ilə bağlı sənədlər iş materiallarında öz əksini tapmışdır. Bildiririk ki, səsvermə Şura üzvlərinə verilmiş login/parol əsasında, şura üzvü tərəfindən həyata keçirilir və elektron sistemə müdaxilə edilməsi fiziki olaraq mümkün deyil. BED.1.30 Dissertasiya şurasının ##.##.2024-cü il tarixli qərarına münasibətdə bildiririk ki, Əsasnamənin 4.1ci bəndinə uyğun olaraq, dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır. Dissertasiya şuraları nəzdində fəaliyyət göstərdikləri elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin əsas möhür və blankından istifadə edirlər. Əsasnamənin tələblərinə uyğun olaraq, ixtisas üzrə müvafiq dissertasiya şurası olmadığı halda elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin vəsatəti əsasında Komissiya birdəfəlik dissertasiya şurası yarada bilər. Birdəfəlik dissertasiya şurası müvafiq elm sahələri üzrə fəaliyyət göstərən dissertasiyaşurasının bazasında və ya ayrıca yaradılmaqla, bir və ya bir neçə dissertasiyanın müdafiəsi üçün nəzərdə tutulur. Yekun olaraq, iddiaçı İddiaçı “AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya Institutu nəzdnində fəaliyyət göstərən BED.1.30 Dissertasiya şurasının ##.##.2024-cü il tarixli qərarını ləğv edərək dissertasiya işinin müdafiə prossesinin yenidən təşkil edilməsi” tələbinə dair apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli Qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

13. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə: Bənd 1.1. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. Bənd 2.0. Komissiyanın vəzifələri aşağıdakılardır: 2.0.1. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək; ... 2.0.7. Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad almış şəxslərə dövlət sənədləri (diplomlar, attestatlar) vermək.

14. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”: 1.2. Elmi dərəcələri Cavabdeh (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. 1.4. Elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir.

4. Dissertasiya şuralarının yaradılması və fəaliyyəti 4.1. Dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır. 4.6. Dissertasiya şuraları bir neçə ixtisas üzrə (dörddən çox olmamaqla) yaradılır. 4.7. Dissertasiya şurasında hər bir ixtisas üzrə üzvlərin sayı bərabər və hər bir ixtisas üzrə beş nəfərdən az olmamalıdır. 4.8. Fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üçün yaradılmış dissertasiya şurasının tərkibində ixtisas üzrə azı iki elmlər doktoru, elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün yaradılmış dissertasiya şurasının tərkibində ixtisas üzrə azı dörd elmlər doktoru olmalıdır. Dissertasiya şurasının tərkibində müvafiq ixtisas üzrə elmlər doktorlarının sayını təmin etmək mümkün olmadıqda, həmin ixtisas üzrə elmi və elmi-pedaqoji fəaliyyətə görə professor elmi adı almış fəlsəfə doktorları, o cümlədən mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan professor elmi adı almış elmi və pedaqoji kadrlar elmlər doktorlarını əvəz edə bilərlər. 4.9. Ixtisas üzrə müvafiq dissertasiya şurası olmadığı halda elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin vəsatəti əsasında Komissiya birdəfəlik dissertasiya şurası yarada bilər. Birdəfəlik dissertasiya şurası müvafiq elm sahələri üzrə fəaliyyət göstərən dissertasiya şurasının bazasında və ya ayrıca yaradılmaqla, bir və ya bir neçə dissertasiyanın müdafiəsi üçün nəzərdə tutulur. 4.10. Dissertasiya şuralarının tərkibinə fəal elmi və ya elmi-pedaqoji iş aparan yüksəkixtisaslı mütəxəssislər daxil edilirlər. 4.11. Dissertasiya şuraları dissertasiyaların qiymətləndirilməsi zamanı obyektivliyin təmin olunmasına, iddiaçının yüksəkixtisaslı elmi kadr səviyyəsinə uyğunluğuna və qəbul edilən qərarların əsaslandırılmasına görə cavabdehdirlər. 4.12. Dissertasiya işinin elmi rəhbəri (elmi məsləhətçisi), rəsmi opponentlər, dissertasiya şuralarının və onların nəzdində yaradılan elmi seminarların sədrləri və üzvləri müdafiə olunmuş dissertasiya işinin məzmununun və elmi yeniliyinin bu Əsasnamənin 3- cü hissəsinin tələblərinə uyğunluğunun müəyyən edilməsinə görə cavabdehdirlər.

5. Dissertasiyaların təqdim olunması və müdafiəsi 5.42. Dissertasiya şurasının iclası onun başlanmasından gizli səsvermənin nəticələri haqqında yekun rəy qəbul edilənədək üzvlərin azı üçdə iki hissəsi iclasda iştirak etdikdə səlahiyyətli sayılır. 5.43. Dissertasiya şurasının iclasında müdafiə zamanı ixtisas üzrə elmi dərəcəsi olan azı beş şura üzvü iştirak etməli və fəlsəfə doktoru dissertasiyasının müdafiəsi zamanı onlardan azı iki nəfəri, elmlər doktoru dissertasiyasının müdafiəsi zamanı isə azı dörd nəfəri elmlər doktoru olmalıdır. 5.44. Dissertasiyanın müdafiəsi elmi müzakirə xarakteri daşımalı, yüksək tələbkarlıq, prinsipiallıq və elmi etikaya riayət edilməsi şəraitində keçirilməlidir. Dissertasiyada olan bütün nəticələrin, elmi və nəzəri-praktiki xarakterli təkliflərin dürüstlüyü və əsaslandırılması ilə əlaqədar məsələlər hərtərəfli müzakirə edilməlidir. 5.50. Dissertasiyanın müdafiəsi bitdikdən sonra dissertasiya şurası gizli səsvermə keçirir. 5.51. Gizli səsvermənin keçirilməsi üçün açıq səsvermə əsasında sadə səs çoxluğu ilə iclasda iştirak edən dissertasiya şurası üzvlərindən üç nəfərdən az olmamaqla hesablama komissiyası yaradılır. 5.52. Gizli səsvermə zamanı dissertasiya şurasının iclasında iştirak edən müdafiənin keçirildiyi ixtisas üzrə dissertasiya şurasının üzvləri və dissertasiya şurasının digər üzvləri forması Komissiya tərəfindən müəyyən edilən bülletenlər vasitəsilə səs verirlər. 5.53. Müdafiənin keçirildiyi ixtisas üzrə iclasda iştirak edən dissertasiya şurası üzvlərinin azı üçdə ikisi və dissertasiya şurasının iclasda iştirak edən digər üzvlərinin azı üçdə ikisi iddiaçıya fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi verilməsinin lehinə səs verdikdə, gizli səsvermənin nəticəsi müsbət hesab edilir. 5.54. Hesablama komissiyasının protokolunda əvvəl müdafiənin keçirildiyi ixtisas üzrə dissertasiya şurası üzvlərinin səsverməsinin nəticəsi, sonra dissertasiya şurasının digər üzvlərinin səsverməsinin nəticəsi göstərilir. Protokol iclasda iştirak edən dissertasiya şurası üzvlərinin sadə səs çoxluğu ilə açıq səsvermə yolu ilə təsdiq edilir. 5.60. Dissertasiya şurasının dissertasiyanın müdafiəsinin nəticələri haqqında qərarı mənfi olduqda, sənədlərin iddiaçıya qaytarılma qaydası və Komissiyaya göndərilən sənədlərin siyahısı Komissiyanın təsdiq etdiyi dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimatla müəyyən edilir. 5.61. Dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdə, dissertasiya işi yenidən işlənmək üçün həmin qərar qəbul edildiyi gündən bir ildən tez olmamaq şərtilə ilkin müzakirədən keçirilərək təkrar müdafiəyə təqdim edilə bilər.

10. Şikayətlərə baxılma 10.1. Dissertasiya şuralarının qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər. 10.5. Şikayətə inzibati qaydada “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və məhkəmə qaydasında Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq baxılır.

15. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

16. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

18. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir.

19. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

21. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

22. Iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı məhz cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsinə yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən inzibati akt iddiaçıya ##.##.2025-ci il tarixdə təqdim edilmişdir. Həmin inzibati aktın ləğvi ilə bağlı iddiaçı məhkəməyə ##.##.2024-cü il tarixdə müraciət etmişdir.

23. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tələbi “qərarın ləğv edilməsi və dissertasiya işinin müdafiə prosesinin yenidən təşkil edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, “iddiaçının müdafiəsi üzrə dissertasiya şurasının ##.##.2024-cü il tarixli iclası və orada keçirilən gizli səsvermə zamanı AR Prezidentinin ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin tələblərinin hər hansı pozuntusu baş verməmişdir.”

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

25. Işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanladığı şikayət ərizəsinə aidiyyəti üzrə Komissiyada baxılmış və İddiaçı “Türkdilli dövlətlərin kitab və kitabxana mədəniyyəti (1991-2011-ci illər)” mövzusunda 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisaslarında tarix elmlər doktoru elmi adı almaq üçün dissertasiyanın müdafiəsinin tələblərə uyğun keçirilməsi barədə ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir.

26. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin ##.##.2025-ci il tarixli Protokolundan çıxarışdan görünür ki, 3356.01 - “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında tarix üzrə elmlər doktoru dissertasiyasının müdafiəsi ilə bağlı dissertasiya şurasının mənfi qərarı təsdiq edilmişdir.

27. Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazıminin “Türkdilli dövlətlərin kitabçılıq və kitabxana mədəniyyəti (1991- 2011)” mövzusunda dissertasiya işinin Ali Attestasiya Komissiyasının AMEA-nın Tarix və Etnoqrafiya Institutu nəzdində fəaliyyət göstərən birdəfəlik dissertasiya şurasında müdafiə zamanı prosedur qaydalarının pozulması və şura rəhbərliyi tərəfindən müdafiənin təşkilinə qərəzli yanaşılması haqqında iddiaçının şikayəti barədə Ekspert Rəyində göstərilmişdir: “1. Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazıminin “Türkdilli dövlətlərin kitabçılıq və kitabxana mədəniyyəti (1991- 2011)” mövzusunda dissertasiya işinin AAK-ın AMEA-nın Tarix və Etnoqrafıya Institutu nəzdində fəaliyyət göstərən birdəfəlik dissertasiya şurasında müdafiə zamanı prosedur qaydalarının pozulması hallarına rast gəlinmədi. Belə ki, şura üzvlərinin ayrı-ayrılıqda öz loqin və parolları ilə sərbəst səs vermələri təmin olunmuş, onların birlikdə toplu halda səs vermələri qeydə alınmamışdır.

2. Videogörüntüdə iddiaçıya oponentlər tərəfindən verilən Türkdilli ölkələrdə kitabçılq mədəniyyəti və kitabxana mədəniyyətindən bəhs edərkən nə üçün Azərbaycanda Kitab və kitabxana mədəniyyətindən bəhs etməmisiniz?” sualına cavab verməkdən yayınaraq “Bu barədə prof. Abuzər Xələfov kifayət qədər yazmışdır” cavabını verməklə kifayətlənmişdir. Belə cavab qətiyyən məqbul hesab edilə bilməz.

3. Oponentin “Azərbaycanda müdafiə olunan dissertasiyada Azərbaycan kitabxanalarının fəaliyyətinin geniş işıqlandırılmamasını nə ilə izah edirsiniz?” sualına da dəqiq cavab verməkdən yayınaraq aidiyyəti olmayan cavablar verməklə kifayətlənmişdir.

4. Dissertasiya şurasının üzvlərinin “Azərbaycan Respublikasında yazılan dissertasiya işində ayrı-ayrı türkdilli ölkələrin Milli Kitabxanaları haqqında bəhs olunan fəsildə nə üçün Azərbaycan Milli Kitabxanası haqqında yazılmamışdır?” sualına “Bu barədə prof.Kərim Tahirov kifayət qədər yazmışdır” cavabını verməklə kifayətlənmişdir. Belə cavab da qətiyyən məqbul hesab edilə bilməz.

5. Müdafiənin sonunda şura üzvünün “Türkdilli ölkələrin milli kitabxanalarının beynəlxalq kitabxana təşkilatlarında birgə fəaliyyəti barədə bəhs olunarkən nə üçün təkcə TURKSOY çərçivəsində fəaliyyətdən yazmısınız və nə səbəbdən X7, Avropa Milli Kitabxanaları Konfransı təşkilatı, Türkdilli Ölkələrin Milli X8, IƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları və Arxivləri Şurası kimi beynəlxalq kitabxana təşkilatlarında birgə iştirakdan bəhs etməmisiniz?” sualına da cavab verməkdən yayınaraq təşəkkür etməklə kifayətlənmişdir. Bu cavab da məqbul sayıla bilməz.

6. Ümumiyyətlə bütün bunlar və habelə iddiaçının oponentlərin və digər şura üzvlərinin dissertasiyanın ən önəmli məqamları barədə suallarına cavab verməkdən çəkinməsi, yayınması çox ciddi sual doğurur və məqbul hesab oluna bilməz. Göstərilənləri nəzərə alaraq dissertasiya Şurasının Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru- Pərviz Kazıminin “Türkdilli dövlətlərin kitabçılıq və kitabxana mədəniyyəti (1991- 2011)” mövzusunda dissertasiya işinin AAK-ın AMEA-nın Tarix və Etnoqrafiya Institutu nəzdində fəaliyyət göstərən birdəfəlik dissertasiya şurasında müdafiə zamanı prosedur qaydalarının pozulması hallarına yol verilməsi, habelə şura rəhbərliyi tərəfindən ona qərəzli yanaşılması barədə iddiaları həqiqəti əks etdirmir və heç bir əsasa malik deyildir.”

28. Iş materiallarında olan 1.30 Birdəfəlik Dissertasiya şurasında gizli səsvermənin keçirilməsi üçün yaradılmış hesablama komissiyasının ## #### 2024-cü il tarixli iclasının ** saylı Protokolundan görünür ki, hesablama komissiyası İddiaçı "Türkdilli dövlətlərin kitab və kitabxana mədəniyyəti (1991-2011-ci illər)" mövzusunda yazdığı dissertasiyanın müdafiəsi əsasında 3356.01-"Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq" ixtisasında tarix elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilməsinə dair keçirilən gizli səsvermə zamanı səsləri hesablamaq üçün seçilmişdir. Dissertasiya şurasının tərkibi 12 nəfərdən ibarət təsdiq edilmişdir. Iclasda Dissertasiya şurasının 11 nəfər üzvü iştirak etmişdir: - müdafiənin keçirildiyi 3356.01 - “Kitabxanaşünaslıq, biblioqrafıyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə 5 nəfər (onlardan 3 nəfər elmlər doktoru); - digər üzvlər -6 nəfər. Birinci mərhələdə müdafiənin keçirildiyi 3356.01 - “Kitabxanaşünaslıq, biblioqrafıyaşünaslıq və kitabşünaslıq" ixtisası üzrə şura üzvlərinin gizli səsverməsinin nəticəsi: Müsbət Lehinə -4 səs, Əleyhinə - 1 səs. Ikinci mərhələdə dissertasiya şurasının digər üzvlərinin gizli səsverməsinin nəticəsi: Müsbət, Lehinə- 3 səs, Əleyhinə- 3 səs. Səsvermənin yekun nəticəsi: Iddiaçı İddiaçı “Türkdilli dövlətlərin kitab və kitabxana mədəniyyəti (1991-2011-ci illər ” mövzusunda 3356.01 - “Kitabxanaşünaslıq, biblioqrafıyaşünaslıq və kitabşünaslıq” ixtisasında tarix elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilməsi üçün gizli səsvermənin nəticəsi mənfi hesab edilir.

29. Məhkəmə kollegiyası məhkəmə araşdırması nəticəsində müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Dissertasiya Şurasının 12 üzvündən 11 nəfəri müdafiədə iştirak etmiş, ixtisas üzrə şura üzvlərindən (5 nəfər) 4 üzv lehinə, 1 üzv əleyhinə, şuranın digər üzvlərindən (6 nəfər) 3 üzv lehinə, 3 üzv isə iddiaçının əleyhinə səs vermişdir. Nəticədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 5.53-cü bəndinin tələblərinə uyğun olaraq, dissertasiya şurasının iclasında iştirak edən şuranın digər üzvlərinin azı üçdə ikisi iddiaçıya fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi verilməsinin lehinə səs vermədiyindən gizli səsvermənin nəticəsi mənfi hesab edilmişdir. Gizli səsvermənin sözügedən qaydada keçirilməsi elektron sistemdən edilən müvafiq çıxarışlarla da öz təsdiqini tapmışdır.

31. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müdafiəsi üzrə dissertasiya şurasının ##.##.2024-cü il tarixli iclası və orada keçirilən gizli səsvermə zamanı AR Prezidentinin ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin tələbləri pozulmamışdır.

32. “Inzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

33. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

34. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

36. Inzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

37. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən ## #### 2024-cü il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar