Məhkəmə qərarları › İş №2-1(103)-544/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-544/2020

23.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-544/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinəqarşı “əmrin ləğvi, əvvəlki vəzifəsinə bərpa olunması və ehtiyata buraxılması barədə qərar verilməsi” tələblərinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, əvvəlki vəzifəsinə bərpa olunması və ehtiyata buraxılması barədə qərar verilməsi”nə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2429/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, onun Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə müəllim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0314 saylı xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməklə onun əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsi, xx.xx.2019-cu il tarixinə verdiyi raport əsasında həmin vəzifədən ordu sıralarından tərxis olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılmasının Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunub ehtiyata buraxılması barədə əmrin verilməsinin isə bir vəzifə olaraq Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1996-ci il tarixindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etməyə başlamışdır. 1996-cı ildən bugünədək müxtəlif vəzifələrdə və müxtəlif hərbi hissələrdə qüsursuz xidmət etmiş və hazırda polkovnik-leytenant hərbi rütbəsindədir. Təqvim üzrə bugünədək 23 il hərbi xidmət dövrü var. Xidməti dövründə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2004-cü il, xx.xx.2008-ci il, xx.xx.2012-ci il, 24.0.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdəki müvafiq əmrləri ilə yubiley medalları və qüsursuz 20 il xidmətkeçmə medalı ilə təltif edilmişdir. xx.xx.2019-cu il tarixli əmrlə Müdafiə Nazirliyi N saylı hərbi hissənin əməliyyat bölməsinə baş zabit vəzifəsinə təyin edilmişdir. xx.xx.2019- cu il tarixində öz arzusu ilə ordu sıralarından təxris olunmaq xahişi ilə raport yazmışdır. Lakin həmin raport üzrə onu ordu sıralarından təxris etmək əvəzinə Müdafiə Nazirinin 0314 saylı xx.xx.2019-cu il tarixli əmri ilə o, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə müəllim vəzifəsinə təyin edilmişdir. Hesab edir ki, ordu sıralarından təxris olunması əvəzinə onu qeyd edilən vəzifəyə təyin etmələri qanunsuz və əsassızdır. Onun qeyd etdiyi sonuncu vəzifəyə təyin edilməsi barədə xx.xx.2019-cu il tarixli 0314 saylı əmr ləğv edilməklə xx.xx.2019-cu il tarixli raportu əsasında ordu sıralarından təxris olunması bir vəzifə olaraq Müdafiə Nazirliyinə həvalə edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2429/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, o, ehtiyata buraxılması ilə bağlı raportu poçt vasitəsilə xx.xx.2019-cu il tarixdə N saylı Hərbi Hissəyə göndərmiş və xx.xx.2019-cu il tarixdə hərbi hissənin nümayəndəsi Sarıyeva tərəfindən qəbul edilmişdir. Məhz həmin raportdan sonra o, aşağı vəzifəyə keçirilmişdir. Onun tərəfindən raportun və onun çatması barədə poçt qəbzinin məhkəməyə təqdim edilməsinə baxmayaraq bu sübutların hansı səbəbdən nəzərə alınmaması qətnamədə əsaslandırılmamışdır. Cavabdeh tərəfindən verilmiş etirazda onun təxris əvəzinə başqa vəzifəyə keçirilməsi intizam cəzası olaraq əsaslandırılmışdır. Lakin məhkəmədə dəfələrlə şifahi vəsatət verməsinə baxmayaraq “Məlumatların sızmasının qarşısının alınması haqqında 019 saylı xx.xx.2014-cü il tarixli əmr” məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən də həmin əmrin nədən ibarət olması, onun həmin həmin əmrlə lazımi qaydada məlumatlandırılması araşdırılmamışdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, xx xxxxxx 2014-cü il tarixli əmrin pozulması ilə bağlı icraat aparılmış, hər yerdə isə 019 saylı əmr göstərimişdir. “Məlumatların sızmasının qarşısının alınması haqqında” 019 saylı xx.xx.2014-cü il tarixli əmrin məzmunundan görünür ki, həmin əmrdə qeyd edilən məhdudiyyətlər mobil telefon vasitəsilə məlumatların götürülməsi ilə bağlıdır. Lakin iddiaçı mobil telefon vasitəsilə heç bir məlumat daşımamışdır. Həmçinin cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş etirazda da iddiaçının “Məlumatların sızmasının qarşısının alınması haqqında” 019 saylı xx.xx.2014-cü il tarixli əmrin tələblərini pozduğu vurğulanmışdır. Həmçinin həmin mübahisələndirilən əmr Baş Qərargah rəisi tərəfindən deyil, Müdafiə Naziri tərəfindən verilmişdir. Halbuki, iddiaçıya təqdim edilmiş Təyinat Vərəqəsində və Şəxsi Vəsiqəsində 0314 saylı xx.xx.2019-cu il tarixli əmrin Müdafiə Naziri yox, Baş qərargah rəisi tərəfindən verildiyi qeyd edilmişdir. Bununla bağlı iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, iddiaçının üzərində aşkar edilmiş fləşkart əvvəla uçota alınmalı idi, ikincisi həmin fləşkart yalnız inzibati binanın daxilində istifadə oluna bilərdi, lakin araşdırma zamanı fləşkart iddiaçının üzərində binaya daxil olarkən aşkar olunmuşdu, həmin fləşkartın içində isə 366 adda məxfi məlumatlar olmuşdur. Bununla bağlı iddiaçı 074 saylı əmrlə cəzalandırılaraq bir pillə aşağı vəzifəyə keçirilmişdir. Həmin vaxt iddiaçının izahatı alınmışdı, izahatında iddiaçı hərəkətindən peşman olduğunu bildirmişdi. Bundan sonra təqdimat hazırlanıb verilmişdi. Aşkar olunan fləşkartdakı məlumatların məxfilik daşıması və həmin fləşkartın bu cür gəzdirilməsinin qanuna zidd olması ilə bağlı iddiaçı məlumatlandırılmışdı. Ona görə də nümayəndə izahatında bildirdi ki, iddiaçının vəzifəsindən aşağı vəzifəyə keçirilməsi düzgün olmuşdu, bu barədə əmrin ləğv edilməsi tələbi əsassızdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası mübahisələndirilən qərarın qanuniliyini tam yoxlayır. Hazırki işdən görünür ki, iddiaçının iddia tələbi “onun Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə müəllim vəzifəsinə təyin edilməsi barədə xx.xx.2019-cu il tarixli 0314 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar verilməsi, eyni zamanda xx.xx.2019-cu il tarixdə verdiyi raport əsasında həmin vəzifədən ordu sıralarından təxris olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılmasının N saylı hərbi hissə komandirinə, təxris olunub ehtiyata buraxılması barədə əmrin verilməsinin isə vəzifə olaraq Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “.... İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.1, 6.2-ci bəndləri). Hazırki işdə iddiaçının hüquqi marağı ondan ibarət olmuşdur ki, onun tutduğu vəzifədən azad edilməsi və müvafiq müəllim vəzifəsinə təyin edilməsi barədə əmr ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Hazırki işdə iddiaçının hüquqi marağı nəzərə alınaraq əvvəlcə onun tutduğu vəzifədən azad olunması və müəllim vəzifəsinə təyin edilməsi barədə xx.xx.2019-cu il tarixli 0314 saylı əmrin ləğv edilməsi ilə bağlı iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Bunun üçün birinci instansiya məhkəməsi mübahisələndirilən əmr və onun verilməsi üçün əsas olmuş sənədləri tələb etməmiş, mübahisələndirilən əmrin düzgün verilib-verilmədiyinin yoxlanılması istiqamətində lazımi araşdırma aparmamış və cavabdeh tərəfindən iddiaçı barəsində qərar qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilmədiyinə istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Qeyd olunan maddənin tələblərinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş müvafiq sübutlar əsasında işə mahiyyəti üzrə baxılıb həll edilməsini mümkün hesab edir. İddiaçının mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirinin 0314 saylı xx.xx.2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında aşağı vəzifəyə) müvafiq olaraq, Müdafiə Nazirliyinin Raket və X2 (999 nomrəli hərbi hissə) Əməliyyat şöbəsinin baş zabiti (raket-artilleriya xidməti üzrə polkovnikleytenant X8 tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlim və tədris mərkəzinin ümumi fənlər üzrə kafedranın maddi-texniki təlimat silsiləsinin müəllimi (HUİ-270101) təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 030 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın tələblərinin pozulması və təqsirkar şəxslərin cəzalandırılması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 074 saylı xx.xx.2019-cu il tarixli əmrindən çıxarışından görünür ki, yoxlama zamanı bəzi hərbi qulluqçular tərəfindən məxfilik rejiminin tələblərinin pozulması müəyyən olunmuşdur. Belə ki, Raket və X2 Əməliyyat şöbəsinin baş zabiti (raket-artilleriya xidməti üzrə) polkovnik-leytenant X3 1 ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən xarici yaddaş qurğusu (fleskart) aşkar edilmişdir. Həmin yaddaş qurğularına Dövlət Sirrinin Mühafizə Xidmətinin nümayəndələri tərəfindən baxış keçirilən zaman polkovnik-leytenant X4 üzərindən aşkar edilmiş 1 ədəd qurğunun yaddaşında 366 adda Azərbaycan Respublikası Müdafiə Nazirinin 020 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə məxfiləşdirilməli məlumatların Geniş Siyahısı”nda göstərilən və dövlət sirri təşkil edən məxfi qrifli məlumatların olduğu müəyyən edilmişdir. Bununla da polkovnik –leytenant İddiaçı tərəfindən məlumat daşıyıcılarının hazırlanması, uçota alınması və saxlanılması qaydalarını özündə əks etdirən, Azərbaycan Respublikası Müdafiə nazirinin 2014-cü il 17 dekabr tarixli 030 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın 544.6 və 550-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin əmrə əsasən Raket və X2 rəisi- Raket və Artilleriya Qoşunlarının komandanı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə Təlimat”ın tələblərini kobud şəkildə pozduğuna görə Raket və X2 Əməliyyat şöbəsinin baş zabiti (raketartilleriya xidməti üzrə) polkovnik-leytenant X4 “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81ci maddəsinin “q” bəndinə müvafiq olaraq tutduğu vəzifədən azad edilərək bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimatı Şəxsi Heyət Baş X5 göndərilməsinin təmin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 030 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Təlimatdan çıxarışdan görünür ki, həmin Təlimatın 544.6 və 550-ci maddələrinə əsasən hərbi hissənin komandirinin icazəsi olmadan məlumat daşıyıcısını hərbi hissədən çıxarmamalı, hərbi hissədə hər hansı video, foto, kino çəkilişi və audio yazılışı aparılmamalıdır. Həmçinin dövlət sirri təşkil edən məlumatların əks etdirilməsi üçün nəzərdə tutulan iş və stenoqrafiya dəftərləri, audio, video, foto və kino lentləri, disklər, disketlər, xüsusi bloknotlar, vərəqlər və s. onlarda əks etdiriləcək məlumatın daşıyıcısını zədələmədən kənar şəxslər tərəfindən əldə edilməsini istisna edən qaydada hazırlanır və uçota alınır. İş materiallarından müəyyən olunur ki, iddiaçı yuxarıda adı çəkilən “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə Təlimat”ın müvafiq müddəaları ilə tanış olmuş və bu tanışolmanı da öz imzası ilə təsdiq etmişdir. X8 barəsində olan xx.xx.2019-cu il tarixli təqdimatda qeyd olunmuşdu ki, xx.xx.2019-cu il tarixində Xüsusi Təhlükəsizlik Baş İdarəsinin Komendantlığı tərəfindən Müdafiə nazirliyinin nəzarət buraxılış məntəqəsində yoxlama zamanı onun üzərində 1 ədəd qeydiyyatsız xarici yaddaş qurğusu (fləşkart) aşkar edilmişdir. Bu da Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Məlumatların sızmasının qarşısının alınması haqqında” 019 saylı xx.xx.2014-cü il tarixli əmrinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Həmçinin təqdimatda göstərilmişdi ki, İddiaçı tabelikdə olan hərbi hissələrdə olan silah, texnika, ləvazimat və əşyalardan düzgün istifadə və istismar edilməsinə, onların qorunub saxlanmasına xüsusi diqqət yetirmir, vaxtaşırı olaraq onların varlığını, vəziyyətini, sazlığını və döyüşə hazırlığını daima yoxlanılması üçün əməli tədbirlər həyata keçirməyinə zəif nəzarət edir. xx.xx.2019-cu il tarixli söhbət vərəqəsindən görünür ki, X8 izahatında üzərində olan fləşkartı özü nəzarət buraxılışına saxlamaq üçün təhvil verdiyini, həmin fləşkarda RAS xidmətinə aid sənədlərin aşkar edildiyini, N saylı hərbi hissədə uçotun yaradılması üçün tabeçiliyində olan hərbi hissələri RAS əmlakların qeydiyyatını, forma-27-ni yaratdığını bildirmiş, səhvini başa düşdüyünü qeyd etmiş və bu hadisənin onda ilk olduğu üçün bağışlanılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi- tutduğu vəzifədən azad edilməsi və müəllim vəzifəsinə təyin edilməsi barədə 0134 saylı xx.xx.2019-cu il tarixli əmrin verilməsi üçün əsas onun tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın tələblərinin pozulması və təqsirkar şəxslərin cəzalandırılması haqqındaAzərbaycan Respublikası Müdafiə Nazirliyinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 074 saylı xx.xx.2019-cu il tarixli əmri və xx.xx.2019-cu il tarixli təqdimatla bağlı olmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birinci müavini- Silahli Qüvvələrin Baş Qərargah rəsinin 019 saylı xx.xx.2014-cü il tarixli “Məlumatların sızmasının qarşısının alınması haqqında” əmrindən görünür ki, Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin qoşun növü komandanları, Müdafiə Nazirinin baş idarə, idarə və xidmət rəisləri, birlik, birləşmə və hərbi hissə komandirləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri tabeliyində olan hərbi hissə və müəssisələrdə məxfilik rejiminin gücləndirilməsi istiqamətində təxirəsalınmaz əlavə tədbirlər görülməsi, hərbi hissələrin dislokasiya ərazisində bütün şəxsi heyət tərəfindən mobil telefonların (CSM, CDMA və data kart) istifadəsi qadağan olunması, xidmət zamanı mobil telefonlar (CSM, CDMA və data kart) şəxsi heyətdən mərkəzləşdirilmiş şəkildə müvafiq məntəqələrdə təhvil alınması əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birinci müavini - Silahli Qüvvələrin Baş Qərargah rəsinin 0166 saylı xx.xx.2014-cü il tarixli İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında əmrindən görünür ki, Müdafiə Nazirliyinin birinci müavini - Silahli Qüvvələrin Baş Qərargah rəsinin 019 saylı xx.xx.2014-cü il tarixli əmrinin tələblərini yerinə yetirməklə yanaşı, Müdafiə nazirliyinin baş idarə, idarə və xidmət rəisləri, birlik, birləşmə və hərbi hissə komandirləri, xüsusi təyinatlı təhsil müəssisələrinin bütün şəxsi heyəti məlumat sızmasının qarşısının alınması üzrə komplesk tədbirlərin keçirilməsi çərçivəsində müxtəlif növ şəkil, video çəkmə, GPS naviqasiya sistemi imkanları olmayan, internet şəbəkəsinə bağlantını dəstəkləməyən, yalnız sadə funksiyalı mobil telefon aparatlarından istifadə edilməsi əmr edilmişdir. Beləliklə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 030 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Təlimatın tələblərini pozaraq, hərbi hissədən kənarda, üzərində qeydiyyatsız, uçota alınmayan və içərisində 366 adda məxfi qrifli məlumatlar olan fləşkart gəzdirmiş, buna görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimat verilmiş, daha sonra isə cavabdeh inzibati orqan iddiaçının tutduğu vəzifədən azad edilməsi və müvafiq müəllim vəzifəsinə təyin edilməsi barədə 0314 saylı xx xxxxx 2019-cu il tarixli əmr qəbul etmişdir. Bununla da iddiaçının mübahisələndirdiyi əmrin qanuniliyi və əsaslılığı yoxlanılarkən müəyyən olundu ki, həmin əmr cavabdeh inzibati orqan tərəfindən qəbul olunarkən inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin iddiaçının “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş “dinlənilmə hüququ” təmin edilmişdir. Belə ki, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur (21.1, 21.2). Hazırki işdən müəyyən olunur ki, iddiaçı üzərində 1 ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən və içərisində 366 adda məxfi məlumatlar olan, məlumat daşıyıcısı olan xarici yaddaş qurğusu (fleskart) aşkar edildikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 2014-cü il 17 dekabr tarixli 030 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın 544.6 və 550-ci maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə müvafiq olaraq tutduğu vəzifədən azad edilərək bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimat verilmiş və bu barədə məlumatlandırılan iddiaçı onunla söhbət aparılması üçün dəvət olunmuş, həmin söhbət zamanı (yazılı qaydada) da iddiaçı səhvini başa düşdüyünü bildirmiş və ilk dəfə belə hadisənin baş verməsi ilə bağlı onun bağışlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən hərbi qulluqçular yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi “onun tutduğu vəzifədən azad edilməsi və intizam cəzası qaydasında aşağı vəzifəyə- müəllim vəzifəsinə təyin olunması” barədə 0314 saylı xx xxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi üçün hər hansı əsas mövcud olmadığından iddiaçının bu barədə tələbi təmin edilə bilməz. İddiaçının digər- onun əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar verilməsi ilə bağlı iddia tələbi isə yuxarıda göstərilən əmrin ləğvi tələbinə əlavə olaraq verildiyindən və həmin əsas tələbin təmin olunmaması səbəbindən bu tələb də təmin edilməməlidir. O ki qaldı iddiaçının “xx.xx.2019-cu il tarixdə verdiyi raport əsasında həmin vəzifədən ordu sıralarından təxris olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılmasının N saylı hərbi hissə komandirinə, təxris olunub ehtiyata buraxılması barədə əmrin verilməsinin vəzifə olaraq Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddia tələblərinə bu barədə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar (40.1, 40.3, 41.0.9). Eyni zamanda Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən hərbi qulluqçular öz arzusu ilə- yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Hazırki iş üzrə iddiaçı ordudan ehtiyata buraxılması ilə bağlı yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasına dair raportla xx xxxxx 2019-cu il tarixdə poçt vasitəsilə müraciət etdiyini, həmin raportun xx xxxxx 2019-cu il tarixdə qəbul edildikdən sonra cavabdeh inzibati orqan tərəfindən onun təxris olunması əvəzinə, 0314 saylı xx xxxxx 2019-cu il tarixli əmrlə başqa vəzifəyə keçirildiyini, bununla da qanunvericiliyin tələblərinin kobud surətdə pozulduğunu iddia edir. Lakin iddiaçının istinad etdiyi hallar iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının üzərində 1 ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən və içərisində məxfi məlumatlar olan məlumat daşıyıcısı olan (fləşkart) aşkar edildikdən sonra 074 saylı xx xxxxx 2019-cu il tarixli əmrlə onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimat verilməsi qərara alınmış, buna görə də xx xxxxx 2019-cu il tarixdə müvafiq təqdimat verilmişdir. Odur ki, İddiaçı Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə raportla poçt vasitəsilə xx xxxxx 2019-cu il tarixdə müraciət etsə də, həmin raport inzibati orqan tərəfindən qəbul edilənə qədər artıq iddiaçı barəsində sözügedən 074 saylı xx xxxxx 2019-cu il tarixli əmr verilmişdi. Odur ki, 074 saylı xx xxxxx 2019-cu il tarixli əmrin icrasından irəli gələn hərəkətlər, o cümlədən iddiaçı barəsində müvafiq təqdimatın verilməsi və sonrakı 0314 saylı xx xxxxx 2019-cu il tarixli əmrin verilməsi də düzgün olmuşdur. Belə olan halda cavabdeh inzibati orqan iddiaçının ehtiyata buraxılmağı barədə verdiyi raportun icrasını təmin etməyin mümkün olmaması barədə qənaətə gəlməkdə haqlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “xx.xx.2019-cu il tarixdə verdiyi raport əsasında həmin vəzifədən ordu sıralarından təxris olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılmasının N saylı hərbi hissə komandirinə, təxris olunub ehtiyata buraxılması barədə əmrin verilməsinin vəzifə olaraq Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə tələbləri də əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlarla bağlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri də məhkəmə kollegiyası bu səbəbdən əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi digər – “mübahisələndirilən əmrin qəbul edilməsi üçün əsas olan sənədlərin təqdim olunmaması” barədə dəlilləri ilə məhkəmə kollegiyası razılaşır və qeyd edir ki, həmin sənədlər, o cümlədən mübahisələndirilən əmrin özü apellyasiya instansiyası məhkəməsində təqdim olunduğundan birinci instansiya məhkəməsində həmin sənədlər əsasında araşdırma aparılmadığından bu, kobud pozuntu kimi qiymətləndirilir və qəbul edilmiş məhkəmə qərarının ləğv edilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2429/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2429/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, əvvəlki vəzifəsinə bərpa olunması və ehtiyata buraxılması barədə qərar verilməsi” barədə iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar