Məhkəmə qərarları › İş №2-1(103)-559/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-559/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-559/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9140/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh idarə tərəfindən barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli № **********622600, xx.xx.2024-cü il tarixli № **********799500 saylı qərarların ləğv edilməsini tələb etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı MMC-də 2020-ci ildən hal-hazırkı dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir verginin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli № **********622600 saylı qərarla 2024cü ilin fevral ayı üçün cəmiyyətə 401.291,28 manat ƏDV hesablanaraq şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən "xxxx" ASC layihəsi üzrə, xx.xx.2022-ci il “WORDS’’ MMC (VÖEN: **********), xx.xx.2023-cü il "xxxx" MMC (VÖEN: **********), xx.xx.2023-cü il "xxxx" MMC ( VÖEN: **********), xx.xx.2023-cü il "xxxx" MMC ( VÖEN: **********), xx.xx.2023-cü il “RELSDONAM 2005 MMC” (VÖEN: **********) ilə müqavilələr bağlanılmış və müvafiq olaraq müqaviləyə aid onlardan kabel, işıq və metal dirəklər, borular, elektrik avadanlıqları alınmış və digər işlər görülmüş, Müəssisəyə hesablanmış ƏDV əsasında göstərilən müəssisələrin əməliyyat aparıldığı tarixdən sonra, yəni, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə riskli vergi ödəyiciləri hesab edilməsi olmuşdur. Müəssisə tərəfindən həmin müəssisələrlə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən riskli vergi ödəyiciləri olması barədə məlumatı olmamış, riskli vergi ödəyiciləri olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə “NORD-S”, "xxxx","xxxx", "xxxx", "xxxx" MMC-lərlə riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddia tələbləri əsassızdır. Belə ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Vergi orqanında aparılmış araşdırma zamanı vergi ödeyicisi tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaimə-faktura üzrə 49.785,57 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2024- cü ilin aprel ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində əlavə dəyər vergisi bəyannaməsində 49.785,57 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər, müvafiq izahat və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin fevral ayı üçün əlavə dəyər vergi bəyannaməsi üzrə 49.785,57 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********799500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar vergi ödəyicisinə göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9140 /2024 saylı xx.xx.2024 -cü il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********622600 №-li və xx.xx.2024-cü il tarixli **********799500 №-li qərarlar ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən olunaraq, apellyasiya icraatı mümkün sayılmışdır. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi apellyasiya icraatı zamanı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı iddia tələblərindən, qismən, xx.xx.2024-cü il tarixli **********622600 №-li qərarının ləğv edilməsi tələbinə dair hissəsində imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9140/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Beləliklə də konkret halda, iddianın predmetini cavabdehin “Vergilərin , sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********799500 №-li qərarın ləğv edilməsi tələbi təşkil edir. Cavabdeh həmin hissədə iddia tələbinin əsassız olduğunu apellyasiya şikayətində aşağıdakılarla əsaslandırılmışdır: “...Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaiməfaktura üzrə 49.785,57 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2024-cü ilin aprel ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində əlavə dəyər vergisi bəyannaməsində 49.785,57 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********835000 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər, müvafiq izahat və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin fevral ayı üçün əlavə dəyər vergi bəyannaməsi üzrə 49.785,57 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********799500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-9140/2024 nömrəli qərarı qanuni və əsaslı deyildir....” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisələndirilən hissədə apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını həmin hissədə əsaslı hesab edərək qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Konkret halda işin hallarından göründüyü kimi, məhkəmə araşdırmasının predmetini birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********799500 №-li qərarının ləğv edilməsi hissəsində əsasılılığının yoxlanıması təşkil edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının əməliyyatları həyata keçirdiyi 5 adda olan müəssisə, iddiaçının əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə aşağıdakılara görə razılaşır. Birincisi, cavabdehin işə əlavə olunmuş mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********799500 №-li qərarından görünür ki, 2024-cü ilin aprel ayı üçün iddiaçıya 49785,57 manat əlavə vergi hesablanmış və həmin verginin hesablanmasının səbəbi olaraq qərarda göstərilmişdir ki, ƏDV bəyannaməsində (11.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 750174 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron faktura üzrə 50007,6 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 5007,6 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Apellyasiya şikayətində cavabdeh qeyd edir ki, qeyd edilən elektron qaimə-faktura üzrə 49.785,57 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, 2024-cü ilin aprel ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində əlavə dəyər vergisi bəyannaməsində 49.785,57 manat kənarlaşma yaranmışdır. Əslində isə, hazırkı mərəhələdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş e-qaimə fakturalardan görünür ki, istinad olunan 49.785,57 manat ƏDV məbləği iki e-qaimə faktura üzrə iddiaçıya təqdim edilən mallara görə əvəzləşməyə təqdim edilən ƏDV məbləğindən toplanır: 1) EBDT seriyalı 750174 nömrəli xx.xx.2023-cü il tarixli e-qaimə-faktura üzrə 5007,6 manat + EBDS 822680 nömrəli xx.xx.2023-cü il tarixli e qaimə faktura üzrə 4477,97 manat. İkincisi, işdən görünür ki, iddiaçı tərəfindən sözügedən əməliyyatlar 2023-cü ilin noyabr ayında aparıldığı halda, həmin vaxtdan 6 aydan sonra yalnız, cəmiyyət Dövlət Vergi Xidmətinin 21 may 2024-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Belə olan halda isə iddiaçı əvvəlcədən onun 6 aydan sonra cavabdeh tərəfindən riskli vergi ödəyicisi hesab ediləcəyini görməsi və ya biləcəyi mümkün deyildi. Konkret halda görünən odur ki, həmin vaxt sözügedən əməliyyatlar e-qaimə faktura əsasında həyata keçirilmişdir və bu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. -169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. -173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. -175.1-ci maddəsinə əsasən Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. İddiaçı tərəfindən də mübahisəli əməliyyat həyata keçirilərkən vergi qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmuşdur. Cavabdehin qərarından isə göründüyü kimi, əsəsaslandırılmış, qərarda vergi orqanının iddiaçıya hesabladığı əlavə vergi məbləği istinad etdiyi hallara münasibətdə uyğunsuz və vergi qanunvericiliyinin tələblərinə ziddir. Başqa sözlə 49.785,57 manat əlavə vergi məbləğinin əsassız olduğu sübuta yetirilr. “... Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbələrinə əsasən: “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” Beləliklə də, qeyd olunanlar baxımından cavabdehin mübahisələndirilən qərarının maddi və inzibati icraat haqqında hüquq normalarının tələbələrinə uyğun hesab edilməsi istisna olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarında istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9140/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********799500 №-li qərarının ləğv edilməsi hissəsində əsaslıdır, dəyşdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9140/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********799500 №-li qərarının ləğv edilməsi” hissəsində, dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar