Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-588/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, tərcüməçi X1, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı sorğulara cavab verilməsi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4878/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli təkrar, xx.xx.2019, xx.xx.2019-cu il tarixli təkrar, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli təkrar, xx.xx.2019-cu il tarixli ikinci təkrar, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli təkrar, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli sorğularına cavab verilməsi və mənəvi zərərə görə 100.000 manat təzminatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadları ilə iş üzrə icraata sorğulara cavab verilməsi hissədə xitam verilmiş, kompensasiyanın ödənilməsi hissədə iddia mümkün sayılmasın. İş üzrə icraata sorğulara cavab verilməsi hissədə xitam verilməsi haqqında qərardadın əsaslarına görə, “... məhkəmə araşdrıması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş məktublardan (əsllərinə baxış keçirilməklə surətləri işə əlavə olunmuş) müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi müraciətlərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 10/H5974 saylı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2019-cu il tarixli 17/9-16700 saylı, xx.xx.2019-cu il tarixli 17/9-15103 saylı, xx.xx.2019-cu il tarixli 17/9- 13789 saylı, xx.xx.2019-cu il tarixli 17/9-12504 saylı, xx.xx.2019-cu il tarixli 17/9-12746 saylı, xx.xx.2020-ci il tarixli 17/9-697-H-7 saylı, xx.xx.2020-ci il tarixli 17/9-2468 saylı, xx.xx.2020-ci il tarixli 17/9-3023 saylı, xx.xx.2020-ci il tarixli 17/9-3874 saylı, xx.xx.2020ci il tarixli 17/9-4054 saylı məktubları ilə cavab verilmişdir.” İddianın mümkün sayılmaması haqqında qərardadın əsaslarına görə, “... 100.000 manat mənəvi ziyanın ödənilməsinə dair xx.xx.2020-ci il tarixli ərizə əlavə olunsa da, qeyd olunan ərizənin rəsmi qaydada cavabdeh inzibati orqana təqdim olunması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır.” Qərardadlarla razılaşmayan iddiaçı onlardan apellyasiya şikayəti verərək, qərardadların ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçı hələ də Penitensiar Xidmətin qəbuluna düşə bilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadlarının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Məhkəmə kollegiyası əvvəlcə iddianın mümkün sayılmaması haqqında qərardaddan verilmiş şikayətə münasibətdə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bu baxımdan, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.3, 34.1 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin sübuta yetirilməsi yükü iddiaçının üzərindədir. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-in 34.1-ci maddəsinin ikinci cümləsi), sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir. “İnzibati icraat haqqında” AR Qanununun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin qeyd edilən tələblərə zidd olaraq iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə təsdiqini tapmır, iddiaçı da apellyasiya şikayətində faktı təkzib etməmiş və bu barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İş üzrə icraata sorğulara cavab verilməsi hissədə xitam verilməsi barədə qərardaddan verilmiş şikayətin dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, işdən müəyyən edildiyi kimi, həmin sorğulara cavab verilmişdir və bu səbəbdən iddianın eyni tələbi ilə bağlı tərəflər arasında mübahisə artıq mövcud deyil. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4878/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayətləri təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-588/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-588/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver