Məhkəmə qərarları › İş №2-1(103)-606/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-606/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-606/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1961-ci il tarixində Qazax rayonunun Yenigün kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və "xxxx" QSC) “pulun məcburi dövlət sosial sığorta haqqı kimi iddiaçının fərdi şəxsi hesabına aid edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2479/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 23.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 2006-2010-cu illər üçün bu ilin dekabr ayında ona görə Dövlət Sosial Müdafiə Fonduna ödədiyi 4104 manat 24 qəpiyin onun Dövlət Sosial Sığorta kartına yüklənməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC iddiaçıya Dövlət Sosial Sığortası üçün 2006-2010-cu illərə görə ödənilməyən pulu bu ilin dekabr ayında ödəmişdir. Amma bu pulun iddiaçının Dövlət Sosial Sığorta kartına yüklənməsini Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi əngəlləyir. Bu səbəbdən onun aldığı təqaüdün məbləği azdır. İddiaçı hazırda təqaüddədir və heç bir yerdə işləmir. 24.01.2020-ci il tarixində İddiaçı hüquqi yardım haqqında məktub göndərilmiş, məktubda iddia tələbinin müvafiq tələblərə uyğunlaşdırılması, iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif olunmuşdur. 20.06.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin əsassız və qanunsuz olduğu üçün rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2479/2020 saylı, 27.02.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin və "xxxx" QSC-nin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. 20.10.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" QSC tərəfindən 02.12.2019-cu il tarixdə "xxxx" ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına köçürdüyü 4104,24 manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN**********072) aid edilmə öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2479/2020 saylı, 20.10.2020-ci il tarixli qərardadı ilə iddiaçının "xxxx" QSC tərəfindən 02.12.2019-cu il tarixdə "xxxx" ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına köçürdüyü 4104,24 manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN- **********072) aid edilmə öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2479/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, "xxxx" QSC tərəfindən 02.12.2019-cu il tarixdə "xxxx" ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına köçürdüyü 4104,24 manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********072) aid edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 02.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşin mahiyyəti ilə əlaqədar qeyd edilir ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində təqdim olunmuş “X5”a əsasən 01.10.2018-ci il tarixinə sığortaedənin məcburi dövlət sosial sığorta haqqı üzrə 1667953,30 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 186654,15 manat (cəmi: 1854607,45 manat) Dövlət Sosial Müdafiə Fonduna borcu qalmış, nəticədə 01.10.2018-ci il tarixinə qalmış borc məbləği sığortaolunanların ödənilmiş sığorta haqlarının azalmasına səbəb olmuşdur. "xxxx" QSC tərəfindən ödənilmiş 4.104,24 manat məcburi dövlət sosial sığorta haqqı 04 dekabr 2019cu il tarixdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xəzinə hesabına daxil olmuşdur. Ödənilmiş 4.104,24 manat məcburi dövlət sosial sığorta Haqlarının “X1 Sistemi”nin “Sığorta AS (Hesabat) alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamış, "xxxx" QSC tərəfindən ödənilmiş 4104,24 manat məcburi dövlət sosial sığorta haqqı “X1 Sistemi”nin “Sığorta AS (Hesabat) alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. "xxxx" QSC tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi və sığortaolunanın fərdi hesabına aid edilməsi həmin müəssisədə işləyən digər sığortaolunanların əmək pensiyası üzrə hüquqularının pozulmasına və gələcəkdə növbəti məhkəmə mübahisələrinə səbəb olacaqdır. "xxxx" QSC məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləğindən ödəniş etdiyinə görə İddiaçı ödənilmiş mdss haqqında artım olmuş və hal-hazırda ödənilməmiş mdss haqqı 647,58 manatdır (24945,73-24298.15=647.58). Bakı İnzibati Məhkəməsinin qərarına əsasən 4.104,24 manat məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi hesabına aid edilməsinin öhdəlik olaraq qoyulması halında, hal-hazırda İddiaçı ödənilməmiş və mübahisə edilən məcburi dövlət sosial sığorta haqqı üzrə məbləği 647,58 manat təşkil edir və sığortaolunanın ödənilməmiş mdss haqqı hesablanmış mdss haqqından çox ola bilməz. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 və əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-2479/2020 nömrəli qərarı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan 02.12.2019-cu il tarixli 6147 nömrəli Ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən 02.12.2019-cu il tarixdə "xxxx" ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına 4104,24 (dörd min bir yüz dörd manat iyirmi dörd qəpik) manat məbləğində pul köçürmüşdür. Ödənişin təyinatı və əsası kimi “İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********072) köçürülməsi üçün məcburi dövlət sosial sığorta haqqı ödənilir. 2006-cı il 531.64, 2007-ci il 955.77, 2008-ci il 1181.22, 2009- cu il 633.3, 2012-ci il 161.02, 2015-ci il 338.56, 2016-cı il 135.97, 2017-ci il 166.76” göstərilmişdir. İş materiallarında olan cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verilən imtina məktubunda göstərmişdir: “Beynəlxalq Dəniz Ticarət Limanı (SUN: **********4) tərəfindən ödənilmiş 4104.24 manat məcburi dövlət sosial sığorta haqqı 04 dekabr 2019cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin xəzinə hesabına daxil olmuşdur. Ödənilmiş 4104.24 manat məcburi dövlət sosial sığorta haqlarının “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamışdır. Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən 2019cu ilin İV rübü üçün məcburi dövlət sosial sığortası üzrə hesabat təqdim edildikdən sonra ödənilmiş 4104.24 manat məcburi dövlət sosial sığorta haqqı “X1 Sistemi”nin "Sığorta AS (Hesabat)" alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcəkdir.” Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sığortaedən "xxxx" QSC tərəfindən 02.12.2019-cu il tarixdə "xxxx" ASC vasitəsi ilə 4104,24 (dörd min bir yüz dörd manat iyirmi dörd qəpik) manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi uçot hesabına köçürülməsi üçün İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına ödəniş etməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin sığortaedən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbini "xxxx" QSC tərəfindən 02.12.2019-cu il tarixdə "xxxx" ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına köçürdüyü 4104,24 (dörd min bir yüz dörd manat iyirmi dörd qəpik) manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********072) aid edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil etmişdir. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində təqdim olunmuş “X5”a əsasən 01.10.2018-ci il tarixinə sığortaedənin məcburi dövlət sosial sığorta haqqı üzrə 1667953,30 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 186654,15 manat (cəmi: 1854607,45 manat) Dövlət Sosial Müdafiə Fonduna borcu qalmış, nəticədə 01.10.2018-ci il tarixinə qalmış borc məbləği sığortaolunanların ödənilmiş sığorta haqlarının azalmasına səbəb olmuşdur. "xxxx" QSC tərəfindən ödənilmiş 4.104,24 manat məcburi dövlət sosial sığorta haqqı 04 dekabr 2019-cu il tarixdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın xəzinə hesabına daxil olmuşdur. Ödənilmiş 4.104,24 manat məcburi dövlət sosial sığorta haqlarının “X1 Sistemi”nin “Sığorta AS (Hesabat) alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamış, "xxxx" QSC tərəfindən ödənilmiş 4104,24 manat məcburi dövlət sosial sığorta haqqı “X1 Sistemi”nin “Sığorta AS (Hesabat) alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. "xxxx" QSC məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləğindən ödəniş etdiyinə görə, İddiaçı ödənilmiş mdss haqqında artım olmuş və hal-hazırda ödənilməmiş mdss haqqı 647,58 manatdır (24945,73-24298,15=647,58). Məhkəmə kollegiyası qeyd edir ki, sığortaedən "xxxx" QSC “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsi ilə ona aid edilmiş vəzifəni yerinə yetirərərk məcburi dövlət sosial sığorta haqqı üzrə borcunu tam şəkildə ödədikdən sonra həmin məbləğ sığortaolunanlar arasında proposional qaydada bölüşdürüləcək və həmin müəssisədə çalışmış işçilər “Əmək pensiyaları haqqında” Qanuna əsasən onlara aid edilmiş hüquqlardan maneəsiz istifadə edəcəklər. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaolunanların fərdi şəxsi hesabına aid edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi, yəni ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi və sığortaolunanın fərdi hesabına aid edilməsi həmin müəssisədə işləyən digər sığortaolunanların əmək pensiyası üzrə hüquqularının pozulmasına və gələcəkdə növbəti məhkəmə mübahisələrinə səbəb ola bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2479/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2479/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı "xxxx" QSC tərəfindən 02.12.2019-cu il tarixdə "xxxx" ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına köçürdüyü 4104,24 (dörd min bir yüz dörd manat iyirmi dörd qəpik) manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********072) aid edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar