Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-624/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, cavavdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7035/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X4 Şurasının A175/23 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, “Ceysan iç giyim” təsviri əmtəə nişanının ƏXBT-nın 25-ci sinfi üzrə İddiaçı adına qeydiyyata alınması və həmin əmtəə nişanına dair şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən “Ceysan” əmtəə nişanının “Əmtəə və X2” (bundan sonra- ƏXBT) 25-ci sinif üzrə İddiaçı adına, qeydiyyata alınmasına, dair Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzinə müvafiq iddia, sənədi ilə müaraciət edilmişdir. Qeyd edilən iddia, sənədi 2023 00802 nömrə ilə qeydə alınmışdır Həmin iddia, sənədi üzrə Əqli Mülkiyyət Agentliyinin tabeliyində (bundan sonra-“Agentlik”) olan Patent və X3 Mərkəzi (bundan sonra- “Ekspertiza. Mərkəzi”) tərəfindən 2023-ci il 23 iyun tarixli 21 №-li Protokolla təsdiq edilmiş qərar qəbul edilmiş, həmin qərarla. “Ceysan” əmtəə nişanının ƏXBT-in 25-ci sinif üzrə İddiaçı adına, qeydiyyata alınmasından imtina, edilmişdir Ekspertizia. Mərkəzinin göstərilən qərarından tərəfindən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində X4 Şurasına etiraz verilmiş və Apellyasiya Şurasından “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzinin 2023 00802 nömrəli iddia, sənədi üzrə 2023-ci il 23 iyun tarixli 21 №-li Protokolla təsdiq edilmiş Əmtəə nişanını qeydiyyata almaqdan imtina, edilməsi haqqında” Qərarının ləğv edilməsi və 2023 00802 nömrəli iddia sənədi üzrə “Ceysan” əmtəə nişanını ƏXBT-in 25-ci sinif üzrə İddiaçı adına, qeydiyyata alınmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya Şurasının A175/23 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarı ilə tərəfindən verilmiş olan etiraz təmin edilməmiş, ekspertiza, mərkəzinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərar qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X4 Şurasının A175/23 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı (ərizəçi) İddiaçı məxsus nömrəli iddia sənədi) Ceysan (2023 00802) əmtəə nişanının ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzinin xx.xx.2023-cü il tarixli qərarından iddiaçı (ərizəçi) tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X4 şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin olunmamışdır.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzi tərəfindən 2023-cü il 23 iyun tarixli 21 №-li qərarının ləğv edilməsi, “Ceysan iç giyim” təsviri əmtəə nişanının ƏXBT-nın 25-ci sinfi üzrə İddiaçı adına qeydiyyata alınması və həmin əmtəə nişanına dair şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 2023 00802 nömrəli iddia sənədi üzrə Ceysan əmtəə nişanını Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (bundan sonra-ƏXBT)25-ci sinif əmtəələri üzrə qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzinə (bundan sonra-Ekspertiza Mərkəzi) müraciət etmişdir. Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi haqqında Qərarına əsasən Ceysan əmtəə nişanının qeydiyyata alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycan Respublikası ərazisində daha əvvəl qeydiyyata alınan digər əmtəə nişanlarına oxşar olması göstərilmişdir. ******* beynəlxalq qeydiyyat nömrəli CEYSAN əmtəə nişanı ƏXBT-nin 25 və 35-ci sinif əmtəələri və xidmətləri üzrə xx.xx.2013-cü il tarixdə CEYLANOĞLU TEKSTİL İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ adına beynəlxalq qeydiyyata alınmışdır. Nişana xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikası ərazisində mühafizə verilmişdir. Əmtəə nişanının qeydiyyat müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. ******* beynəlxalq qeydiyyat nömrəli CEYSAN əmtəə nişanı ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə xx.xx.2022-ci il tarixdə CEYLANOĞLU TEKSTİL İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ adına beynəlxalq qeydiyyata alınmış və mühafizə edilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisində iddia edilmişdir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WİPO) açıq məlumat bazasından çıxarışdan görünür ki, iddia edilən nişana Ekspertiza Mərkəzi tərəfindən qarşı qoyulmuş ******* beynəlxalq qeydiyyat nömrəli CEYSAN əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Ceysan əmtəə nişanı və qarşı qoyulmuş CEYSAN əmtəə nişanı üzrə ƏXBT-nin 25-ci sinfinə aid olan əmtəələrin üst-üstə düşdüyü və ya həmcins olduğundan müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı,yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi, uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan (işarədən) digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin biribirinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağlı yanılda bilər. Eyni zamanda, “CEYSAN" sözünün ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə ‘CEYLANOĞLU TEKSTİL İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ” adına Azərbaycan Respublikasında hüquqi mühafizə edilərkən onun razılığı olmadan başqa şəxsin adına qeydiyyata alınması sahibkarın nişan üzərində müstəsna hüquqlarının pozulmasına səbəb ola bilər. Həmçinin İddiaçı Qanunun 6-cı maddəsinin birinci hissəsinin "a" və "b" bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədinin əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə Apellyasiya şurasında nəzərə alına biləcəyi barədə məlumat verilsə də, belə razılıq məktubu və ya başqa razılaşma sənədi təqdim edilməmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7035/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddia predmentinin əsasını təşkil edən əmtəə nişanı ilə məhkəmənin əsas gətirdiyi əmtəə nişanı arasında kəskin fərqlər mövcuddur. Bu əmtəə nişanında olan bir neçə səsin digər əmtəə nişanında təkrarlanması həmin əmtəə nişanının qeydə alınmaması üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə oxşarlıq ilə bağlı mübahisəyə son qoymaq üçün müvafiq ekspertiza təyin etməmiş, yalnız cavabdeh orqan tərəfindən təqdim olunmuş ekspert rəyləri ilə kifayətlənmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbindən verilən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
11. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun: Maddə 1. əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Maddə 5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) g) maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. Maddə 6. b) bəndi- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları ilə qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
14. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 16.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-12-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
17. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı “Ceysan iç giyim” təsviri əmtəə nişanının ƏXBT-nın 25-ci sinfi üzrə İddiaçı adına qeydiyyata alınması və həmin əmtəə nişanına dair şəhadətnamə verilməsini tələb edir. 18.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının iddia etdiyi Ceysan əmtəə nişanı ilə qarşı qoyulmuş CEYSAN əmtəə nişanı üzrə ƏXBT-nin 25-ci sinfinə aid olan əmtəələr üst-üstə düşdüyündən istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağlı yanılda bilər. 19.Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 3-33/2-016657/2024 saylı xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, ‘CEYLANOĞLU TEKSTİL İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ”nə məxsus olan malların sonuncu dəfə Azərbaycan Respublikasına idxalı xx.xx.2023-cü ilə təsadüf edir.
20. İş materiallarında olan Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzi tərəfindən qəbul edilmiş 23 iyun 2023-cü il tarixli 21 №-li “Əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında” qərara əsasən ekspertizanın nəticəsinə uyğun olaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Bu səbəbdən “Ceysan” əmtəə nişanının Əmtəə və xidmətlərin beynəlxalq təsnifatının ƏXBT 25-ci sinfi üzrə qeydiyyata alınmaqdan imtina edilmişdir.
21. İşin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəmsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-4128/2024 saylı qərardadına əsasən iş üzrə məhkəmə əqli mülkiyyət obyektlərinin ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2025-cü il tarixli 5/1404 nömrəli rəyi daxil olmuşdur.
22. Rəyə əsasən tədqiq edilən “CEYSAN Cç” əmtəə nişanı və “Ceysan” təsviri qarışdırılacaq dərəcədə oşxar olduğu göstərilmişdir. 23.Cavabdehin nümayəndəsinin WİPO/MADRİD Sistemindən edilmiş çıxarışdan görünür ki, “Çeysan Cç” əmtəə nişanı xx.xx.2022-ci ildən xx.xx.2032-ci ilədək beynalxalq qeydiyyatdan keçmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan şirkətinin xx.xx.2032-ci ilə qədər beynalxalq qeydiyyatdan keçməsi səbəbindən elə həmin müddətə də Azərbaycan Respublikası ərazisində əmtəə nişanının müfahizəsi təşkil edilir.
24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
25. Belə ki, cavabdeh qurum tərəfindən qeydə alınmış və iddiaçının qeydə alınmasını tələb etdiyi əmtəə nişanlarını müqayisə etdikdə müəyyən olunur ki, onlar eyni səslənməyə malik sözlərdir. Hər bir nişanda ön mövqedə “Ceysan” sözü üst-üstə düşür. Müqayisə edilən nişanlar istər qrafik (görünüşlü) və səs üzrə (fonetik), istərsə də, məna (ideya uyğunluğu) baxımından eynidirlər. Bu da istehlakçılarda eyni əmtəələr olduğu təsəvvürü yarada bilər.
26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
28. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7035/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7035/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.