Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-658/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Məmmədova (sədirlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, X1 vəkili (nümayəndəsi) X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(82)-2903/2019 saylı qərardadından X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən 6 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 425 kv., 2-ci mərtəbəsində ümumi sahəsi 425 kv.m., 3-cü mərtəbəsində ümumi sahəsi 425 kv.m. olmaqla cəmi 1275 kv.m., olan, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 635 kv.m., 2-ci mərtəbəsində ümumi sahəsi 635 kv.m., 3-cü mərtəbəsində ümumi sahəsi 635 kv.m. olmaqla cəmi 1905 kv.m. olan, A.M.Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 1-ci, 2-ci və 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1045 kv.m. olan, A.M.Şərifzadə 33 ünvanında yaşayış binasının 4-cü bloku, 1-ci mərtəbəsində, ümumi sahəsi 361.3 kv.m. olan, İ.Zülalov küçəsi, 19 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 440.7 kv.m. olan, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 596.4 kv.m., həmin ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəində, ümumi sahəsi 131.2 kv.m., Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 435 kv.m. həmin ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 740. kv.m. olan qeyri-yaşayış sahələri üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvaləedilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2903/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 635 kv.m., 2-ci mərtəbəsində ümumi sahəsi 635 kv.m. olan, 3-cü mərtəbəsində ümumi sahəsi 635 kv.m. olmaqla cəmi 1905 kv.m. olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən 6 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 425 kv.m., 2-ci mərtəbəsində ümumi sahəsi 425 kv.m., 3-cü mərtəbəsində ümumi sahəsi 425 kv.m. olmaqla cəmi 1275 kv.m., olan, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən yaşayış binasının 1-ci, 2-ci və 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1045 kv.m. olan, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən yaşayış binasının 4-cü bloku, 1ci mərtəbəsində, ümumi sahəsi 361.3 kv.m. olan, A.M.Şərifzadə küçəsi 571 saylı ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 198.5 kv.m. olan, İ.Zülalov küçəsi, 19 ünvanında yaşayış binasının 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 440.7 kv.m. olan, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 596.4 kv.m. olan, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 131.2 kv.m., olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 435 kv.m. olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 740 kv.m. olan qeyri-yaşayış sahələri üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2903/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2903/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə qəbul edilmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2903/2019 nömrəli məktubu ilə xx.xx.2019-cu il tarixdən qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********12 nömrəli məktubda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(82)-2903/2019 nömrəli qərarının icra edildiyi bildirilmişdir X2 xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2903/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 650 kv.m. qeyri-yaşayış sahəsi də X8 tərəfindən alınmışdır. İddiaçı verilmiş 440.7 kv.m. sahə ilə X6 məxsus 650 kv.m. sahə üst-üstə düşür və hətta X8 həmin sahənin 303 kv.m. hissəsi üçün mülkiyyət hüquqlarına dair çıxarış da almışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(82)-2903/2019-cü il tarixli qərardadı ilə X1 “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi, icraatın təzələnməsi” barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan X1 şikayət verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(82)-2903/2019-cu il tarixli qərardadının ləğv edilməsi, vəsatətinin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizə ilə oxşar məzmunda əsaslandırmışdır. Məhkəmə Kollegiyasının iclasında X4 vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq izahatında bildirmişdir ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədləri mülki icraat qaydasında mübahisələndirilməklə yanaşı, həmin mülki iş üzrə iddiaçı M.Camalzadənin də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarını mübahisələndirməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında ərizə vardır. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(82)-2903/2019 saylı qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 303 kv.m ölçüdə qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -15 oktyabr 2020-ci il tarixli Müqavilədən görünür ki, bir tərəfdən "xxxx" MMC direktoru X9 digər tərəfdən payçı X8 gələcəkdə, şəxsində öz aralarında Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə bağlamışdırlar. Müqavilənin əsas predmeti: Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 303 kv.m olan qeyri-yaşayış sahəsindəön ibarət olub bir pay kimi verir. Müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyəri bir kv.m sahə üçün 700 AZN təşkil edilir. Cəmi 303 kv.m sahəsi üçün 212100 (iki yüz on iki min bir yüz) AZN təşkil edir. 15 oktyabr 2020-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, verilir X6 ondan ötəri ki, həqiqətən "xxxx" MMC-nın Yasamal rayonu İ.Zülalov 19 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 303 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərinin tam ödəmişdir -"xxxx" MMC üzvlərinin ümumi iclasının 15 oktyabr 2020-ci il tarixli, 38 №-li Protokolundan Çıxarışında qeyd olunmuşdur ki, Qərar alındı: 1. X14 "xxxx"MMC-yə üzv qəbul olunmaqla, MMC-nin Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov 19 ünvanda mərtəbə 1, ümumi sahəsi 303 kv.m olan qeyri- yaşayış sahəsinin payçısı olması təsdiq edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4362/2020 nömrəli qərarı ilə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbi təmin edilmiş, iddiaçı X4 ünvan 9 ünvanında yerləşən 480 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********25 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, İ.Zülalov 19 ümumi sahəsi hüquq müəyyənedici sənəd üzrə 480,0, faktiki 303,0 təşkil edir. Qeyri-yaşayış sahəsi 16 mərtəbəli binanın 1-ci mərtəbəsinin bir hissəsində yerləşir. Obyektin eskiz layihəsi təqdim edilmədiyinə görə faktiki vəziyyət çəkilib. Obyekt boş və təmirsizdir. Obyekt məhkəmə qərarına uyğun icra olunub. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4362/2020 nömrəli inzibati işə əlavə edilmiş və hazırkı iş üzrə də təqdim olunan "xxxx" MMC-nin direktoru Əhmədov S.R ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən icraçı tərəf payçıya Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-2ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 650 kv.m olan izolə olunmuş sahəni pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri kv.m sahəsi üçün 700 AZN təyin edilir. Cəmi 650 kv.m sahəsi üçün 455000 AZN təşkil edir. Məhkəmə sorğusuna əsasən 43 saylı Notariat ofisindən xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən “İnşaat Konstruksiyalari" MMC Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının qeyriyaşayış sahəsinin 1-2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 650 kv.m olan izolə olunmuş sahəni X6 bir pay kimi verir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********47 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -17 mart 2017-ci il tarixli Müqavilədən görünür ki, bir tərəfdən "xxxx" MMC direktoru X9 digər tərəfdən payçı İddiaçı gələcəkdə, şəxsində öz aralarında Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə bağlamışdırlar. Müqavilənin əsas predmeti: Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 440.7 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olub bir pay kimi verir. Müqavilə üzrə qeyriyaşayış sahəsinin dəyəri bir kv.m sahə üçün 1700 AZN təşkil edilir. Cəmi 440.7 kv.m sahəsi üçün 749190 (yeddi yüz qirx doqquz min bir yüz doxsan) AZN təşkil edir. -17 mart 2017-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, verilir İddiaçına ondan ötəri ki, həqiqətən "xxxx" MTK-nın Yasamal rayonu İ.Zülalov 19 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 440.7 kv.m olan qeyriyaşayış sahəsinin dəyərini tam ödəmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 440.7 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, İ.Zülalov 19 ümumi sahəsi hüquq müəyyənedici sənəd üzrə 440,7 kv.m, faktiki 449,7 kv.m təşkil edir. Qeyri-yaşayış sahəsi 16 mərtəbə binanın 1-ci mərtəbəsinin bir hissəsində yerləşir. Obyektin daxilində tikinti şirkəti özləri müvəqqəti 4 otaqlı ofis sahəsi tikib istifadə edirlər. Təqdim edilən eskizə uyğundur. Obyektin qapı və pəncərələri qoyulmayıb. Bir hissəsi açıqdır, hörülməyib. Obyekt boş və təmirsizdir. Bina "xxxx" MTK tərəfindən inşa olunub. -04 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə satıcı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi,19 ünvanında yerləşən, ümumi sahəsi 440.07 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini alıcı X10 verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 440.7 kv.m xüsusi mülkiyyət hüququ ilə X7 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, İ.Zülalov 19 ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 440,7 kv.m, faktiki 440.7 kv.m təşkil edir. Obyekt texniki pasporta uyğundur. Obyekt 16 mərtəbəli binanın birinci mərtəbəsinin bir hissəsində yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********50 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 11 ünvanda yerləşən sözügedən çoxmərtəbəli binanın istismara icazə sənədləri 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Bu səbəbdən binanın birinci mərtəbəsinin razılaşdırılmış eskiz layihəsinin təsdiq edilmiş surətinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarliq və Şəhərsalma Baş İdarəsinin 20 iyun 2023-cü il tarixli, 3-35-1/2-1475/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********70 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə, xx.xx.2020-ci il tarixli maliyyə arayışına, "xxxx" MMC üzvlərinin ümumiiclasının 38 nömrəli protokolundan xx.xx.2020-ci il tarixli çıxarışına və xx.xx.2020-ci il tarixli 2-1(112)- 4362/2020 nömrəli Bakı İnzibati Məhkəməsinə əsasən ünvan 11 qeyri-yaşayış sahəsi X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məlumat üçün bildiririk ki, İdarənin mühəndəsi tərəfindən baxış keçirilmişdir və həmin akta əsasən ünvan 11 ünvanında yerləşən 16 mərtəbəli binanın 1-ci mərtəbəsinin S=440.7kv.m “İnşaat Konsturuksiyaları MMC-nin müqaviləsinə, maliyyə arayışına və Bakı İnzibati-İqtisadi Məhkəmə qərarına əsasən İddiaçı adına texniki pasport və çıxarış verilmişdir. Eyni zamanda həmin ünvanda yerləşən binanın 1-ci mərtəbəsində S=303.0 kv.m sahəsi "xxxx" MMC-nin müqaviləsinə, maliyyə arayışına və Bakı İnzibati-lqtisadi Məhkəməsinin qərarına əsasən X4 adına texniki pasport və çıxarış verilmişdir. Binanın 1-ci mərtəbəsində yerləşən S=650.0 kv.m qeyri-yaşayış sahəsinin 1-ci girişində 303.0 kv.m sahəsi X4 adına verilmiş çıxarışla üst-üstə düşür. Binanın 2-ci girişində yerləşən İddiaçı adına verilmiş 440.7 kv.m sahəsinin 347.0 kv.m sahəsi 1-ci mərtəbədə yerləşən 650.0 kv.m sahəsi ilə üst-üstə düşür. Beləliklə, işin hallarından müəyyən olunur ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 17 mart 2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440.7 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı pay kimi verilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2903/2019 nömrəli qərarı ilə İddiaçı 440.7 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, məhkəmə qərarı qanuni qüvvəsini almış, ünvan 5 ünvanında yerləşən 440.7 kv.m qeyriyaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmə üçün müraciət edən X2 Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 650 kv.m olan qeyri-yaşayış sahəsinin ona “İnşaat Konstruksiyalari" MMC ilə bağlanmış müqavilə əsasında verildiyini, həmin sahədən 303 kv.m hissəyə məhkəmə qərarı ilə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verildiyini, 650 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınmış 440.7 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyünü əsas gətirərək bununla da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarının onun maraqlarına toxunduğunu, 2-1(82)-2903/2019 nömrəli iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsini və qərarın ləğv edilərək icraatın təzələnməsini xahiş edir. Hazırkı iş üzrə təqdim olunmuş vəkil sorğusundan, iddia ərizəsindən və.sair təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədləri mülki icraat qaydasında mübahisələndirilir. Məhkəmə Kollegiyasının iclasında T.İbrahimlinin vəkili (nümayəndəsi) təqdim olunmuş sənədlərə istinad edərək izahatında bildirmişdir ki, İddiaçı mübahisəli qeyriyaşayış sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədləri mülki icraat qaydasında mübahisələndirilməklə yanaşı, həmin mülki iş üzrə iddiaçı M.Camalzadənin də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarını mübahisələndirməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında ərizə vardır. Belə olduğu təqdirdə əvvəla iddiaçının hüquqmüəyyənedici sənədlərinin və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarının ləğ olunması ərizəçiyə münasibətdə də əhəmiyyətlidir və təsirsiz olmayacaq.İkincisi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarını mübahisələndirən və həmin Qərar maraqlarına toxunduğunu iddia edən şəxslərin ərizələrinə baxılarkən hazırkı ərizəçinin ərizəsinə yenidən baxılması mübahisənin tam, ətraflı, marağı pozulan şəxslərin dairəsinə münasibətdə yoxlanılması məqsədəmüfafiq hesab olunur. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında məhkəmə qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum həmçinin qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. Plenum həmçinin qeyd etmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. İPM-in 87.6.-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(82)-2903/2019 saylı qərardadı ləğv edilsin. Ərizəyə yenidən baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2-1(103)-658/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-658/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver