Məhkəmə qərarları › İş №2-1(103)-750/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-750/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-750/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “yaşayış sahəsi ilə təmin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X7 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “yaşayış sahəsi ilə təmin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2233/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 346 saylı 12 iyul 1973-cü il tarixli “Doğum haqqında akt qeydi”nə əsasən İddiaçı xx xxxx 1973-cü il tarixində anadan olmuş, atası X4, anası X1r. İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nizami rayon İcra Hakimiyyətinin 1253 nömrəli, 01 avqust 1996-cı il tarixli Sərəncamında qeyd olunur ki, Rayon İcra hakimiyyətinin vətəndaşların müstəsna qaydada pasport qeydiyyatına alınması üzrə komissiyası təqdim edilən sənədlərə əsasən müəyyən etmişdir ki, K.M.Quliyeva həqiqətən İddiaçı xalasıdır. İddiaçı anadangəlmə şikəst olmaqla İİ qrup əlildir. Bakı şəhərində uzun müddət müalicəyə ehtiyacı vardır. Pensiya təminatının vaxtı-vaxtında əldə edilməsi və daimi həkim nəzarətində olması üçün Bakı şəhərində pasport qeydiyyatına alınmasına böyük ehtiyacı vardır. Onun həmin mənzilə pasport qeydiyyatına alınmasına mənzil kirayəsinin və onun ailə üzvlərinin yazılı surətdə razılıq ərizəsidir. İddiaçı müstəsna olaraq Q.Qarayev prospekti, 104 saylı evin 45-ci mənzilinə daimi pasport qeydiyyatına alınmışdır. İddiaçı yaşayış sahəsi ilə təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (ə cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi elan olunan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 492s saylı 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11 noyabr 2019-cu il tarixli 05- 20(4)-2251/16 nömrəli məktubunda onun 1990-cı ildə Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimlı internat tipli gimnaziyanın 11-ci sinfini bitirərək, yetkinlik yaşına çatmadan valideynlərinə təhvil verilməsi ilə bağlı məlumatlar qeyd olunmuşdur. Qeyd edilənlər nəzərə alınaraq onun valideyn himayəsindən məhrum olmuş təhsil müəssisələrinin məzunlarından hesab olunmadığı üçün mövcud qanunvericiliyə əsasən mənzillə təmin olunması nəzərdə tutulmur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “yaşayış sahəsi ilə təmin edilmə”si barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, valideyn himayəsindən məhrum olduğuna görə uşaq evində yaşamışdır. 1989-1990-cu tədris illərində Göyçay şəhəri İnternat tam orta məktəbində təhsil almış, 18 yaşı tamam olduqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək "xxxx" sosial müəssisəsində yaşayış sahəsi verilməsini xahiş etmişdir. Təhsil Nazirliyindən ona bildirilmişdir ki, "xxxx" sosial müəssisənin yaradılması və istismarı məsələləri haqqında Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli qərarına əsasən "xxxx" sosial müəssisəsinin balansında olan evlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Bundan sonra o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin onun tələbinin yerinə yetirilməsindən imtina olunmuşdur. İmtinada qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubuna əsasən 11-ci sinfi bitirərək 18 yaşı tamam olmamış valideynlərinə təhvil verilmişdir. Hesab edir ki, imtina əsassızdır. O, xəstəliyi ilə əlaqədar 18 yaşına çatdıqdan sonra pensiya məsələsinin həll edilməsi məqsədilə Nizami rayon İcra Hakimiyyətinin 07 avqust 1996-cı il tarixli Sərəncamı ilə Q.Qarayev prospekti 104 №-li evin 45 №-li mənzilinə qeydiyyata yazılmış, hal-hazırda da yuxarıda qeyd edilən yataqxanada qeydiyyatda olsa da, digər ünvanda müvəqqəti yaşayır. Hesab edir ki, Nazirlər Kabinetinin 90 saylı 30 mart 2015-ci il tarixli qərarına əsasən "xxxx" sosial müəssisəsinin balansında olan yaşayış sahəsi ilə təmin olunmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmiişdir ki, iddiaçının cavabdehlə hər hansı bir hüquqi münasibətlərdə olması, həmin hüquq münasibətlər zəminində cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas yoxdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli 492s nömrəli Sərəncamına əsasən mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11 noyabr 2019-cu il tarixli 05-20(4)2251/16 nömrəli məktubuna əsasən iddiaçı 1990-cı ildə Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın 11-ci sinfini bitirmiş və valideynlərinə təhvil verilmişdir. Valideynlərinə təhvil verildiyi səbəbindən yuxarıda qeyd edilən Sərəncama əsasən iddiaçının mənzillə təmin olunması nəzərdə tutulmur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2233/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən qanunvericiliyin qeyd edilmiş normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı tələbi “yaşayış sahəsi ilə təmin edilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası təmin olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı məktəbi bitirdikdən sonra valideynlərinə təhvil verilməsi ilə bağlı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyasının arxivində heç bir sənədin tapılmamasına, eləcə də valideyninə təhvil verilməsinə dair aktın tərtib olunmasının və ya hər hansı sənədləşmənin aparılmasının müəyyən edilməməsinə istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.13-cü bəndinə əsasən uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının tabeliyindəki "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Hazırki işdən görünür ki, iddiaçı onun da internat tipli gimnaziyanı bitirdikdən sonra yaşayış sahəsinə ehtiyacı olduğu üçün yaşayış sahəsi ilə təmin olunması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh qurum bundan imtina etmiş və onun imtinasının əsasını “İddiaçı internat məktəbinin 11-ci sinfini bitirərək valideynlərinə təhvil verilməsi” təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli Qərardadla İddiaçı "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması barədə müraciəti üzrə inzibati araşdırılma aparılması üçün cavabdeh quruma bir ay müddət təyin edilmişdir. Qeyd edilən müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən aparılmış inzibati icraatın nəticəsi barədə məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Həmin qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının valideyn himayəsindən məhrum olmuş təhsil müəssisəsindən məzun hesab olunmadığını nəzərə alaraq, mövcud inzibati aktın dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, iddiaçı Aygun Miriyeva cavabdeh quruma mənzillə təmin olunması ilə bağlı müraciət etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının müraciəti ilə bağlı aparılmış inzibati icraat zamanı Təhsil Nazirliyindən müvafiq məlumatlar istənilmiş və həmin sorğuya cavab olaraq Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunda "xxxx" sosial müəssisəsində yaşayış sahəsi ilə təmin olunmaları üçün bəzi şəxslər, o cümlədən İddiaçı barəsində məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Məhz həmin məlumatda İddiaçı internat tipli gimnaziyanı bitirdikdən sonra valideynlərinə təhvil verildiyi qeyd olunmuşdur. Özünün ərizəsində qeyd etdiyi məlumata əsasən çətin həyat şəraitində yaşadığı, daimi yaşayış sahəsinin olmadığı, ünvan 3 ünvanda pasport qeydiyyatında olduğu göstərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdu ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Nizami rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmamışdır. İşdə olan Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü tarixli məktubda qeyd edilmişdir ki, 1979-1990-cı illərdə Göyçay şəhər Səməd Vurğun adına internat tam orta məktəbdə təhsil almış İddiaçı atası 1938-ci il təvəllüdlü X4, anası 1950-ci il təvəllüdlü X5 hal-hazırda sağdırlar və ünvan 5 ünvanında yaşayırlar. İddiaçı məktəbi bitirdikdən sonra valideynlərinə təhvil verilməsi ilə bağlı gimnaziyanın arxivində heç bir sənəd tapılmamışdı. Bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin olunmasından imtina edilməsinin əsası kimi istinad olunan halın- “iddiaçının məzun olduqdan sonra valideynlərinə təhvil verilməsi”nin sübuta yetirilməməsinə istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Lakin işdən görünür ki, cavabdeh qurum bu nəticə ilə razılaşmayaraq imtinanın əsasını təşkil edən dəlilini yenidən irəli sürərək apellyasiya şikayəti vermişdir. Bu səbəbdən qeyd olunan məsələ işin apellyasiya baxışı zamanı yenidən araşdırılmışdır. Bu məqsədlə müvafiq sorğular verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi X13 Təhsil İdarəsinin 3-29-40/2-364/2024 nömrəli xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanı bitirdikdən sonra valideynlərinə təhvil verilməsi barədə rəsmi sənədin mövcud olub-olmaması barədə məhkəməyə məlumat verilməsi və ya təhvilvermə faktını təsdiq edə biləcək hər hansı mötəbər sübutun təqdim edilməsi barədə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 06 nömrəli Kollegiya qərarına əsasən Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya X13 Təhsil İdarəsinin tabeliyinə keçmişdir. İddiaçı 1979-cu ildə Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyaya qəbul edilmiş, 1990-cı ildə həmin gimnaziyanı bitirmişdir. Təhsil aldığı müddət ərzində gimnaziyanın yataqxanasında yaşamış və tam şəkildə dövlət təminatında olmuşdur. İddiaçı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanı bitirdikdən sonra valideyinlərinə təhvil verilməsi ilə bağlı X13 Təhsil İdarəsinin və Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın arxivində faktı təsdiq edə biləcək heç bir sənəd və mötəbər sübut mövcud deyil. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli 492s nömrəli Sərəncamına əsasən sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Həmin sərəncamın məzmunundan görünür ki, həmin Sərəncamdan müvafiq kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi nəzərdə tutulmuşdur. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən;[2] uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan xüsusi ümumtəhsil internat məktəblərinə şagird qəbulu rayon (şəhər) icra hakimiyyətinin qərarı əsasında, ümumi tipli ümumtəhsil internat məktəblərinə şagird qəbulu isə valideynin direktorun adına ərizəsi əsasında həyata keçirilir və hər iki tipdən olan ümumi təhsil müəssisələrinə qəbul üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə müəyyən edilmişdir. Ümumi tipli ümumtəhsil internat məktəbləri valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulduğundan həmin müəssisələrin məzunlarının valideynlərinə təhvil verilməsinə dair akt tərtib olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarının 16-cı bədində qeyd edilmişdir ki, internat məktəbini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum şagirdlərə Respublika Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulan qaydada müvafiq güzəştlər edilir. Beləlkilə, iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçı müvafiq internat tipli gimnaziyanı bitirdikdən sonra valideynlərinə təhvil verilməsi iş üzrə sübuta yetirilmədiyi üçün onun valideyn himayəsindən məhrum olmuş məzun kimi sosialməişət şəraitinin yaxşılaşdırılması üçün və yuxarıda adı çəkilən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli 492s nömrəli Sərəncamı qəbul edilənədək “yaşayış sahəsi ilə təmin olunması” barədə müvafiq orqana müraciəti olduğu üçün onun bilavasitə yaşayış sahəsi ilə təmin olunmaq hüququ vardır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin iddianı təmin edərək, İddiaçı "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və məhkəmənin 2-1(112)-2233/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2233/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar