Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-776/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X23, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və 1617 kv.m. həyətyanı torpaq sahəsi üzərində iddiaçının mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(112)-250/2023 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və altında olan torpağın qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı fərdi yaşayış evi iddiaçının mərhum atası X5 məxsus olmuşdur. Atası xx.xx.2018-ci ildə vəfat etmişdir. Həmin fərdi yaşayış evi atasının babaları tərəfindən 19-cu əsrdə, texniki pasportda göstərdiyi kimi 1890-cı ildə tikilmişdir. X1 və əmisi X8 adına 1963-cü ildə şəxsi mülkiyyət hüquqi ilə inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Beləliklə, həmin evdə iddiaçının babası və atası yaşamış, iddiaçı orada doğulmuş, böyümüş və hal-hazırda da ailə ilə birlikdə yaşayır. Qeyd olunan fərdi yaşayış evinin və altındakı torpağın dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 10, 11-ci maddələrinə uyğun olaraq xx.xx.2020-ci il tarixində ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin iddiaçıya imtina edilərək onunla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evinin arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya və sahə fərqi mövcuddur, həmçinin “A” tikilisi mübahisəli olduğundan idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamış və “B” tikilisinə bitişik əlavə tikili inşa edilmişdir. İddiaçı hesab edri ki, cavabdehin imtinası əsassızdır. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və 1617 kv.m. həyətyanı torpaq sahəsi üzərində iddiaçının mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır, sözügedən fərdi yaşayış evinin arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya və sahə fərqi mövcuddur. Həmçinin “A” tikilisi mübahisəli olduğundan idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. “B” tikilisinə bitişik əlavə tikili inşa edilmişdir. Bununla yanaşı fərdi yaşayış evinə aid təqdim edilən texniki pasportda digər fiziki şəxsin (X13) adı olduğundan əlaqəli sənəd təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********25 saylı, xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-250/2023 saylı qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və 1617 kv.m. həyətyanı torpaq sahəsi üzərində İddiaçı mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsi qərarını aşağıdakılarla əsaslandırmışdır: “ ... iddiaçı mərhum X1 istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və 1617 kv.m. həyətyanı torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi tələbi ilə cavabdehə müraciət etsə də, cavabdeh heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut kimi qiymətləndirilir və iddiaçının mübahisələndirilən evin və torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Belə ki, cavabdehin dəlilləri məhkəmənin aldığı ekspert və mütəxəssis rəyləri ilə təkzib edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6794 №-li ekspert rəyinə görə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin işdə olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Evin yerləşdiyi torpaq sahəsinin tərəflər arasında iki hissəyə ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6794 №-li ekspert rəyinə əlavə edilmiş sxemdən görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi sahələri 1617 kv.m. olan 2 hissəyə bölünmüşdür”. Birinci instansiyası məhkəməsinin qərarı üçüncü şəxs tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “ ... birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, gəldiyi nəticə üçün işin mühüm əhəmiyətli faktiki hallarına qiymət verməmişdir. Belə ki, iddiaçının istinad etdiyi 1982-ci il tarixli Texniki Pasportun verilməsinə əsas Bakı şəhərində bələdiyyələşdirilməmiş tikililərin reyestrindən çıxarış olmuşdur. Qeyd edilən çıxarışda ünvan 5 ünvanında yerləşən evin X9 məxsus olduğu qeyd edilmişdir. Həmin çıxarışın isə X5 heç bir aidiyyəti yoxdur. Texniki pasportda X8 adının qeyd edilməsi ona heç bir əsas vermir. Texniki pasportun 1-ci səhifəsində ev sahibi kimi yalnız X8 adı yazılıb. Bu səbəbdən iddiaçının ½ hissədə torpaq sahəsinə hüquq əldə etməsi istəyi əsasızdır. Həmin ünvanda A və B tikililəri X9 məxsusdur”. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2659/2023 saylı qərarı ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), P.A.Hüseynov və Ş.A.Məmmədova) üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-250/2023 saylı qərarı ləğv edilmiş, iddia qismən təmin olunmuş; İddiaçı - Bilgəh qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin Əzizbəyov Rayon X12 İcraiyyə Komitəsinin 36 №-li 8 iyul 1960-cı il tarixi qərarına əsasən Bilgəh qəsəbəsi, H.Hacıyev küçəsi, 51 №-li evdə yaşamış mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı aşağıdakılarla əsaslandırılmışdır: “ ... Hazırkı mərhələdə üçüncü şəxs tərəfindən təqdim olunmuş həmin, yəni Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən, çıxarışdan (surətindən) görünür ki, reyestr kitabında həmin rekvizitlərlə təsbit olunan - Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 ünvanında yerləşən 262 No-li mülkün sahibi - üçüncü şəxs Camal Quliyevin atası (iddiaçının əmisi) X10r Cavabdehin işə əlavə olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubunda da qeyd olunur ki, Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 ünvanında 262 No-li sahədə yerləşən ev xx.xx.1956-cı il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir (i.v.32). Həmin məktubda əlavə olaraq bildirilmişdir ki, 1963-cü il tarixdə həmin evə dair X7 və X16 adına texniki pasport tərtib edilmişdir. Eyni zamanda, cavabdeh idarənin Bakı İnzibati Məhkəməsinə ünvanladığı, məhkəmə sorğsuna xx.xx.2020-ci il tarixli digər cavab məktubunda da bildirmişdir ki, Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 (köhnə ünvan Bilgəh qəsəbəsi sahə 262) ünvanda yerləşən mülk üçüncü şəxsin mərhum atası X8 adına qeydiyyatdan keçmişdir (i.v.31). Bunun təsdiqi həm də onda tapır ki, cavabdeh qeydiyyat orqanının məhkəməyə təqdim etdiyi arxiv sənədlərinə əsasən müəyyən olunur ki, məhz, üçüncü şəxsin mərhum atası X8 qeydiyyat orqanına ünvanlanmış 16 və 17 may 1956-cı il tarixli ərizələri əsasında Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 (köhnə ünvan Bilgəh qəsəbəsi sahə 262) mülk reyestrdə onun adına qeydiyyata alınmışdır (i.v.43-44). Qeyd olunmalıdır ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası keçirlmiş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli 10/6794 saylı ekspert rəyi ilə Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin işdə olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, 1956-cı ildə reyestrdə üçüncü şəxsin mərhum atası X7 adına qeydiyyata alınmış mülkünə dair” reyestrdən çıxarış əsasında tərtib olunmuş mübahisəli Evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”u əsas götürülməklə həmin ünvanda “B” tikilisinin və 1617 kv.m. torpaq sahəsinin iddiaçının mərhum atası X4 məxsus olması barədə arayşın verilməsinin cavabdehə həvalə edilməsi əsassızdır. Hətta adıçəkilən “Pasport” əsas götürülmüş olsa belə iddiaçı ilə üçüncü şəxs arasında həmin ünvada yerləşən mülkün razılaşdırılmış bölgü sxemi olmadan və ya mülki icraat qaydasında aralarındakı mübahisə həll olunmadan belə bir arayışın verilməsi mümkünsüzdür. ... Lakin hər bir halda, iş materiallarına əsasən iddiaçının tələbində qismən haqlı olduğu da müəyyən olunur. Belə ki, işə əlavə olunmuş AR Dövlət Arxivinin Bakı Filialının 5 iyul 2022-ci il tarixli məktubu ilə məhkəmənin sorğusuna əsasən təqdim olunmuş Əzizbəyov Rayon X12 İcraiyyə Komitəsinin 36 No-li 8 iyul 1960-cı il tarixi qərarından arxiv çıxarışına əsasən həmin qərarla Bilgəh qəsəbəsindəki Ü.Hacıbəyov küçəsindəki 51 N-li evdə yaşayan, X5 Bilgəh qəsəbəsində fərdi yaşayış ev tikməkdən ötrü 600 kv.m. torpaq sahəsi verilməsi barədə Lenin adına kolxozun 7 may 1950-ci il tarixli 1No-li ümumi iclas protokolu təsdiq edilmişdir və bu işin mübahisələndirilməyən halıdır”. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1215/2024 saylı qərarı ilə (hakimlər E.R.Vəliyeva (sədrlik edən), İ.K.Hüseynov və K.N.Bədəlov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2- 1(103)-2659/2023 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1215/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... iş materiallarından göründüyü kimi, Əzizbəyov rayon X12 İcraiyyə Komitəsinin 36 nömrəli xx.xx.1960-cı il tarixli qərarı ilə X5 Bilgəh qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m. torpaq sahəsi verilməsi barədə olan Lenin adına kolxozun xx.xx.1960-cı il tarixli 1 nömrəli ümumi iclas qərarı təsdiq edilmişdir. Həmçinin, xx.xx.1960-cı il tarixli aktdan görünür ki, X5 Lenin adına kolxozun xx.xx.1960-ci il tarixli 1 nömrəli ümumi iclas qərarı ilə Bilgəh kəndində fərdi yaşayış evi tikmək üçün ayrılmış 750 kv.m torpaq sahəsi təhvil verilmişdir. Həmin aktda iddiaçıya ayrılmış torpaq sahəsinin qərb tərəfdən X7 həyətyanı torpaq sahəsi ilə qonşu olduğu qeyd edilmişdir.
35. Həmçinin 3-cü şəxs apelyasiya şikayətində texniki pasportda qeyd olunan A və B tikililərinin və ümumi torpaq sahəsinin atası Baba Quliyevə məxsus olduğunu və həmin texniki pasportda göstərilən əmlaka iddiaçını atasının hər hansı hüququ olmadığını göstərmiş, apellyasiya məhkəməsinin iclas protokolunda olan izahatlarında isə iddiaçının atasının özünə ayrılmış 600 kv.m torpaq sahəsində ev tikib yaşadığını, “B” tikilisinə mübahisəsi olmadığını, yalnız torpaqla bağlı mübahisəsi olduğunu, iki qardaş arasında hasar olduğunu, evlərinin ayrı olduğunu göstərib. İddiaçının nümayəndəsi də iddiaçının “B”tikilisində, 3-cü şəxsin “A” tikilisində yaşadığını göstərib. Göründüyü kimi 3-cü şəxs ziddiyyətli izahatlar vermiş, texniki pasportda göstərilən “B” tikilisinin iddiaçının atasının özünə ayrılmış 600 kv.m. torpaq sahəsində inşa etdiyi ev, yoxsa başqa tikili olması tam araşdırılmamışdır.
36. İşdən görünür ki, iddiaçının atasının texniki pasportda göstərilən “B” tikilisindən başqa digər yerdə yaşayış evinin və torpaq sahəsinin olması iddia edilmir.
37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ünvana baxış keçiriməklə texniki pasportda göstərilən tikililərin kimə məxsus olması, həqiqətən də tərəflərin torpaq sahələri arasında hasarın olub-olmamasının müəyyən edilməsi, iddiaçının atasına məxsus evin və torpaq sahəsinin 3-cü şəxsin atasının mülkünə dair texniki pasporta daxil edilmiş olması ehtimalının mövcudluğunun araşdırılması, bu məqsədlə 1982-ci ildə müvafiq düzəlişlər edilmiş 1963-cü il tarixli texnki pasportun düzəlişdən əvvəlki nüsxəsinin müqayisə üçün məhkəməyə təqdim edilməsi hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyətlidir.
38. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Əzizbəyov rayon X12 İcraiyyə Komitəsinin 36 nömrəli xx.xx.1960-cı il tarixli qərarı ilə Bilgəh kəndində fərdi yaşayış evi tikmək üçün X5 ayrılmış torpaq sahəsinin harda yerləşməsi ilə bağlı araşdırma aparılmamışdır. Halbuki həmin torpaq sahəsi Bakı şəhəri, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov 51 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan torpaq sahəsinin daxilində olmadığı halda iddianın bu hissədə təmin edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilər. Çünki iddiaçı həmin torpaqayırma sənədlərinə əsasən deyil, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta istinad etməklə, həmin pasportda göstərilən əmlaka hüququn qeydə alınması haqqında arayış verilməsini istəmişdir.
39. Buna görə də, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsinin yerini müəyyən etmədən həmin torpaq sahəsinin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1982-ci il tarixli şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan 3235 kv.m torpaq sahəsinə aidiyyətinin olmamasını əsas gətirməklə qəbul etdiyi qərar əsassızdır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə iclas(lar)ında iştirak edən üçüncü şəxs X19 nüməyəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirmişdir ki, " ... fərdi yaşayış evi üçüncü şəxsin mərhum atası X5 məxsus olmuşdur. Həmin dövrdə mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış sahəsindən istifadə hüququ evin mülkiyyətçisinə adiddir. Sözügedən mülkiyyətçi isə iş materiallarında olan çıxarışa əsasən üçüncü şəxsin atası X6r. Nə qədər ki, sözügedən çıxarış ləğv olunmayıb, etibarsız sayılmayıb və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən qeydiyyatı ləğv olunmayıb həmin yaşayış sahəsi üzrə üçüncü şəxsin əmisinin adına arayış verilməsi düzgün deyil. Cavabdehin imtinası əsaslıdır. Texniki pasportu da evin sahibi olaraq imzalayan şəxs də üçüncü şəxsin atası X14. Sonradan texniki pasporta düzəlişlər edilmişdir. Torpaq sahəsi hasarlanıb ayrılmışdır. Hal-hazırda da həmin sahə təcrid olunmuş vəziyyətdədir. ... ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində üçüncü şəxs X19 atasının adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən yaşayış evi üçüncü şəxs X19 atasının mülkiyyətindədir. Qanunvericiliyin tələblərinə əsasən həmin ünvan üçüncü şəxs X19 atasının mülkiyyətində olduğu müddət ərzində fərdi yaşayış evi üzərində vərəsəlik qaydasında kiməsə pay verilməsi doğru deyil. Texniki pasporta nəzər saldıqda da fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun kimə məxsus olduğunu müəyyənləşdirmək mümkündür. ... İddiaçı israrla qeyd edir ki, texniki pasportda iddiaçının atasının adı var. İddiaçının atasının adı texniki pasportda B tikilisinin olması ilə əlaqədar qeyd olunub. B tikilisi də iddiaçının atasına ayrılmış torpaq sahəsi üzərində tikilib. Ancaq elə həmin texniki pasportda evin sahibi kimi üçüncü şəxsin atasının adı qeyd olunub və bununla bağlı iddiaçının atasına çıxarış verilib. O dövrdə icazə vermirdilər ki, bir vətəndaşın iki evi olsun. İddiaçının atası evə ehtiyacı olan şəxs kimi qeydiyyata alınıb, özünə fərdi yaşayış evi tikmək üçün ayrıca torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsi də üçüncü şəxsin atasına məxsus torpaq sahəsindən ayrılaraq iddiaçıya verilib. Deməli, belə çıxır ki, o kişi sağ olsaydı, ancaq qanuni istifadəsinə ayrılmış torpaq sahəsini özəlləşdirə bilərdi. ... Texpasportdan görünür ki, 6 sot torpaq sahəsi və iddiaçının atasının tikdiyi fərdi yaşayış evi də həmin sahədədir. Lakin məhkəmə tərəfindən keçirilmiş yerli baxış əsasında, həmçinin ekspert rəyində müəyyən edilmişdir ki, faktiki olaraq həmin sahələr təcrid edilib, sadəcə olaraq texniki pasportda qalmaqdadır, yəni müəyyən edilmişdir ki, iddiaçının qanuni istifadəsində olan 6 sotdur və o da ayrılıb. Hazırda texniki pasportda saxlamaq o demək deyildir ki, iddiaçının hüququ var. Texniki pasport törəmə bir sənəddir. Torpaq islahatı haqqında Qanunda qeyd edilir ki, şəxs qanuni istifadəsinə verilmiş torpaq sahəsini özəlləşdirə bilər.Hazırda iddiaçı atasının qanuni istifadəsinə verilmiş torpaq sahəsini özəlləşdirə bilər. Formal olaraq qalan torpaq sahələri isə onun mülkiyyəti hesab edilə bilməz, həmçinin də həmin sahələr təcrid olunub". Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 32 sotun həmin dövrdə həmin şəxsə ayrılması mübahisələndirilmir. O vaxt imtina etməyiblər. Baxıblar ki, bu şəxs torpağa ehtiyacı olan şəxsdir, həqiqətən də torpaq sahəsi ayrılıb, həmin şəxs də fərdi yaşayış evi tikib, hasara alıb. İş materiallarında olan çıxarış 1956-cı ilin çıxarışıdır ki, evə münasibətdə 1956-cı ildən üçüncü şəxsin atasının mülkiyyətindədir. 32 sot da tikilinin həyatyanı sahəsidir. Məhkəmə iclas(lar)ında iştirak etmiş iddiaçı izahatında məhkəməyə bildirmişdir ki, texniki pasportda həm onun, həm də üçüncü şəxsin atasının adı var. Buna əsasən birinci instansiya məhkəməsində qərar qəbul olunmuşdur ki, torpaq sahəsi iki hissəyə bölünməlidir. Üçüncü şəxs 40 ildir ki, sahədən istifadə edir, əkin-biçin işləri aparır, ev babadan qalan mirasdır, texniki pasportda həm atasının, həm əmisinin adı var. Həmin sahəni nə onun atası alıb, nə də ki, üçüncü şəxsin. Bu mirasdır, bölünməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədiq edilən sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 262 saylı sahədə yerləşən ev xx.xx.1956-cı il tarixdə iddiaçının mərhum babası X7 adına ilkin qeydiyyatdan keçmişdir. Əlavə olaraq Əzizbəyov rayon X12 İcraiyyə Komitəsinin 36 nömrəli 8 iyul 1960-cı il tarixli qərarı ilə Bilgəh qəsəbəsindəki H.Hacıyev küçəsindəki 51 saylı evdə yaşayan iddiaçının mərhum atası X5 Bilgəh qəsəbəsində fərdi ev tikmək üçün əlavə 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Sonradan isə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1982-ci il tarixli şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportla Bakı şəhəri, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov 51 ünvanında yerləşən fərdi yaşayış evi iki qardaş arasında bölünərək, yəni iddiaçının mərhum əmisi iş üzrə 3-cü şəxsin atası olmuş X17 və iddiaçının mərhum X1 adına dövlət qeydiyyatına alınmışdır. Həmin pasportdan göründüyü kimi A tikilisi 1890-cı ildə, B tikilisi isə 1963-cü ildə inşa edilmiş, istifadədə olan torpaq sahəsinin ölçüsü 3235,8 kv.m təşkil edir. İddiaçının atası X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6794 №-li ekspert rəyinə görə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin işdə olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Evin yerləşdiyi torpaq sahəsinin tərəflər arasında iki hissəyə ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6794 №-li ekspert rəyinə əlavə edilmiş sxemdən görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi sahələri 1617 kv.m. olan 2 hissəyə bölünmüşdür. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1215/2024 saylı qərarında ifadə edilmiş hüquqi mövqe nəzərə alınmış və 19 sentyabr 2025-ci il tarixdə İddiaçı, üçüncü şəxs X19 və cavabdehin mütəxəssisi X2 iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı Kollegiya tərəfindən müəyyən edilmişdir ki, ərazidə hal-hazırda üç tikili var – heç kəs yaşamayan, yarı uçmuş vəziyyətdə olan “A” tikilisi, iddiaçının yaşadığı “B” tikilisi və üçüncü şəxsin yaşadığı və texniki pasporta əksini tapmayan özbaşına tikili. “B” tikilisi hasarla ayrılıb. Tikililər bir-birindən kifayət qədər aralı məsafədə yerləşir. “A” tikilisi və üçüncü şəxsin yaşadığı özbaşına tikili bir hasar daxilində yerləşir. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirməmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və ondan mübahisəli daşınmaz əmlaka münasibətdə 1963-cü il tarixli texnki pasportun düzəlişdən əvvəlki nüsxəsinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Buna cavab olaraq cavabdeh tərəfindən İdarədə mövcud olan sənəd “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Bundan əlavə işin daha geniş araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-776/2025 saylı qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş xx.xx.2025-ci il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Əzizbəyov rayon X12 İcraiyyə Komitəsinin 36 nömrəli xx.xx.1960-cı il tarixli qərarı ilə Bilgəh kəndində fərdi yaşayış evi tikmək üçün X5 ayrılmış torpaq sahəsinin faktiki olaraq Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1982-ci il tarixli şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirməsinə aid pasportda qeyd olunan 3235 kv.m. torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Göstərilən torpaq sahəsi faktiki olaraq 0.3093 ha təşkil edir. Torpaq sahəsinin üzərində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. ... texniki pasportda göstərilən tikililər hal-hazırda iddiaçı və əmisi oğlunun istifadəsindədir. Texniki pasportda göstərilən evlərdə yaşayırlar. Texniki pasportda qeyd olunan perimetrik ölçülər ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Konfiqurasiya fərqi yoxdur. ... ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1982-ci il tarixli şəxsi mülkiyyət hüquqi iiə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hər iki tikili öz əksini tapıb ("A" və "B") ... 1963-cü il tarixli texniki pasportda göstərilən 3235,8 kv.m. torpaq sahəsi sonradan 1982-ci il tarixdə verilən texniki pasportda sahə azalaraq 3061,8 kv.m. olmuşdur ...”. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı onun mərhum atası və əmisinin ümumi istifadəsində olan ünvan 4 ünvanında yerləşən evin və həyətyani torpaq sahəsinin mərhum atasının sahibliyində və faktiki istifadəsində olan ½ hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin daşınmaz əmlakın iddiaçı və onun əmisi oğlu olan üçüncü şəxsin faktiki istifadəsində oldugu hissələr nəzərə alınmaqla, bərabər şəkildə iki hissəyə bölünərək paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmasının mümkün olduğu birinci instansiyası məhkəməsində məhkəmə araşdırılması zamanı alınmış ekspert rəyi ilə öz təsdini tapmışdır. Birinci instansiya məhkəməsinin qərarının əsas dayaqlarından biri də məhz məhkəmə ekspertizasının nəticəsidir. Belə ki, ekspert rəyi aşağıdakıları göstərmişdir: “B” tikilisi naturada mövcuddur, həmin tikili texniki pasportda ayrıca tikili kimi əks olunmuşdur, faktiki istifadə texniki sənədlərlə ziddiyyət təşkil etmir, torpaq sahəsi texniki pasportla əlaqəli məkan daxilində yerləşir. Nəticədə birinci instansiyası məhkəməsi haqlı olaraq belə bir hüquqi zəncir qurmuşdur: texniki pasport və arxiv sənədləri mövcuddur » ekspertiza həmin sənədlərlə faktiki vəziyyət arasında uyğunluğu təsdiqləyir » tələb məxsusluq faktının inzibati qaydada təsdiqi ilə bağlıdır » bu faktın təsdiqi üçün hüquqi və faktiki baza mövcuddur » deməli, iddia təmin edilməlidir. Qeyd olunan zəncirin heç bir halqası üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri ilə qırılmır, dəlillər bu məntiqə qarşı alternativ hüquqi konstruksiya təqdim etmir, yalnız fərqli nəticə arzusunu ifadə edir. Üçüncü şəxsin apellyasiya şikayətində ifadə etdiyi mövqeyinə görə isə, “Evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” reyestr (reyestr kitabı) çıxarışına əsasən tərtib olunub və həmin reyestrdə mülkün sahibi kimi Quliyev Baba göstərildiyinə görə, həmin texniki pasporta əsaslanıb “B” tikilisi və 1617 kv.m. torpaq sahəsinin Quliyev Qurbanın adına məxsusluğu barədə arayış verilməsi əsassızdır. Halbuki, texniki pasport = texniki inventar sənədi daşınmaz əmlakın tərkibini, tikililərin mövcudluğunu və obyektin identifikasiyasını təsvir edən rəsmi sənəddir. Üstəlik, işin faktik hallarından görünür ki, texniki pasport 1963-cü ildə tərtib olunmaqla, üzərində 1982-ci ildə düzəlişlər edilib və pasportda “ev sahibi” kimi hər iki qardaşın adı göstərilib. Yəni üçüncü şəxsin reyestrdəki qeydlə bağlı arqumenti, pasportun özünün (və onun düzəlişlərinin) gətirdiyi daha geniş faktı – daşınmaz əmlar üzərində iki subyektin hüquqlarının mövcudluğunu avtomatik sıfırlamır. Həmçinin Əzizbəyov Rayon X12 İcraiyyə Komitəsinin xx.xx.1960-cı il tarixli qərarı ilə X22 fərdi ev tikmək üçün 600 kv.m. torpaq sahəsinin ayrılması da bu xüsusatı aradan qaldırmır. Xüsusən də, ekspert rəyində həmin torpaq sahəsinin texniki pasportda qeyd olunan 3235 kv.m. torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilməsi kontekstində. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvfaiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 22.2-ci maddəsinə müvafiq olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən isə, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Üçüncü şəxs X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(112)-250/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat üçüncü şəxs X18 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov