Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-785/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X7 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X6rşı ixtisas dərəcəsinin tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11366/2024 saylı qərarından cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X6rşı Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ИВС ******* saylı xx.xx.2003-cü il tarixli bakalavr diplomu (qeydiyyat nömrəsi “590”) üzrə aldığı hüquqşünaslıq ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1997-2003-cü illərdə Rusiya Federasiyası Dağıstan Dağıstan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində təhsil almış, təhsilini bitirdiyi üçün ona 2003-cü il tarixli DBC ******* nömrəli diplom verilmiş və Rusiya Federasiyasının səlahiyyətli orqanı Təhsil Nazirliyi tərəfindən birbaşa apostil möhürü vurulmaqla diplomun həmin ölkədə qanuniliyi tanınmışdır. Bu barədə cavabdeh quruma müraciət edilmiş, cavabdeh qurum tərəfindən təqdim edilən cavab məktubu faktiki olaraq imtina kimi qiymətləndirılməlidir. Belə ki, cavab məktubunda "Xarici dövləllərin ali təhsilə aid Kvalifikasiyalarının tanınması Qaydaları”nın İddiaçı ixtisasının tanınmasında heç bir məhdudlaşdırıcı təsiri olmaması və bu normativ hüquqi aktların gerivə qüvvəsinin yolverilməzliyi prinsipi bu istiqamət üzrə aktual olmadığı qeyd edilmişdir. Müvafiq 2023-cü il tarixli Qaydaların İddiaçı 2003-cü il tarixli diplomunun tanınmasına münasibətdə iddiaçının hüquqlarını məhdudlaşdırmaqla, hüquqi vəziyyətini ağırlaşdırdığından və iddiaçının müvafiq diplomun tanınmasına dair hüquq münasibəti 2003-cü il tarixdə yarandığından həmin qaydalara münasibətdə aparılması yolverilməzdir. Məhz iddiaçı müvafiq olaraq qeyd edilən ixtisası X4 Dövləl Universitetinin Bakı Filialında əldə etdiyindən həmin dövr qüvvədə olun Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları” hazırkı mübahisəyə tədbiq edilməlidir. Belə ki, iddiaçının diplomun tanınması hüququ 21 may 2003-cü ildə, yəni diplomu aldığı tarixdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqa uyğun çıxarılmalıdır. Hazırkı işin hallarına münasibətdə müvafiq hüquq münasibətinin yarandığı zaman iddiaçının diplom aldığı an hesab olunur. Çünki iddiaçının diplomun tanınması barədə müraciət hüququ diplomu aldığı tarixdən yaranmışdır. İddiaçının hüquq münasibəti yarandığı müddətdən müəyyən qədər vaxt keçdikdən sonra müraciət etməsi onun vəziyyətini ağırlaşdıran, hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilməməlidir. Əks halda şəxsin konstitusion hüququnun pozulmasına gətirib çıxara bilər. Həmçinin iş materiallarında olan qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Sözügedən qətnamədən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı filialına qarşı iddiası qismən təmin edilərək Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alanlar və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması" hissəsində rədd edilmişdir. Qətnaməyə gorə Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin filialın fəaliyyətini dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır. Çünki onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar. Nazirliyin filial fəaliyyətə başladığı gündən iddia ərizəsi təqdim edilənədək verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir. İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edildikdən 4 il əvvəl - 2003-cü ildə Filialı bitirmiş və 21 may 2009-cu il tarixdə ona diplom verilmişdir. Odur ki, iddiaçı 2003-cü il tarixdə təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, iddiaçının iddiası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci bəndinə əsasən məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Belə ki, həmin maddədə qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Plenum Qərarında qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçıhğın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hazırkı iddia üzrə işin faktiki halları araşdırıldıqdan sonra müəyyən olunmuşdur ki, iddiaçının nümayəndəsi sadəcə olaraq Agentliyə ərizə ünvanlamış və ərizədə qeyd olunan məsələlərlə bağlı Agentlik tərəfindən ona cavab məktubu göndərilmişdir. İddia ərizəsində də qeyd olunduğu kimi, iddiaçı Agentliyin məlumat xarakterli cavabını diplomun tanınmasından imtina aktı kimi qiymətləndirərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 2.1-ci yarımbəndinə əsasən, tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir. 2.2-ci bənddə isə qeyd olunur ki, tanınmaya dair müraciət elektron qaydada edilir, TMlS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Həmin qaydaların 3.11-ci bəndlərində təsbit olunmuşdur ki, tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. Beləliklə, vətəndaşın iddiası üzrə cavabdeh orqana qanunvericilikdə müəyyən olunmuş qaydada, yəni tanınma üzrə elektron ərizə sistemi vasitəsilə müraciəti və bununla bağlı cavabdeh orqanın imtinası mövcud deyildir. Bu halda, hazırkı iş üzrə İPM-in 35.1-ci bəndində və Ali Məhkəmənin Plenum Qərarında qeyd olunmuş məsələlər üzrə iddianın mümkünlüyü məsələsinin araşdırılması zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə daxil olmuşdur. Ərizədə qeyd olunmuşdur ki, iddia tərəfi cavabdeh təşkilatın müvafiq ərizəsində qeyd etdiyi formada xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə müraciət edilərək lazımi sənədlər əlavə etmişdir. Hazırda qeyd edilən ötən müddət ərzində iddiaçının ərizəsi icraata götürülsə də, hazırkı tarixə kimi həmin ərizəyə münasibət bildirməmiş, yalnız bu gün müvafiq olaraq təqdim edilmiş sənədi təkrar (transkrpit – hansı ki, həmin sənəd əlavə edilmişdir) istənilmiş, iddiaçı tərəfindən həmin sənəd yüklənib elektron kabinetə əlavə edilsə də, elektron sistemdə xx.xx.2024cü il tarixə kimi fasilə yaranmış və sənəd qəbulundan imtina edilmiş, bunla bağı cavabdeh təşkilatın qaynar xəttinə zəng edilmiş, bu barədə məlumat verilmiş, onlar isə müvafiq olaraq hazırda ərizənin qəbul edilmədiyini israrla bildrmişdir. Cavabdeh inzibati orqan süni süründürməçiliyə yol verərək və publik hüquq səlahiyyətlərindən sui istifadə etməklə müvafiq olaraq hazırkı işin baxılmasını yubatmaq xarakterli adımlar atır və bu formal mülahizələrlə hazırkı işin yubadılmasına maneçilik törədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11366/2024 saylı qərarı ilə (hakim A.M.Almazova) iddia tələbi təmin edilmiş; Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ИВС ******* saylı xx.xx.2003-cü il tarixli bakalavr diplomu (qeydiyyat nömrəsi “590”) üzrə aldığı hüquqşünaslıq ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron sistem vasitəsilə müraciət etmiş, onun ərizəsi əsasında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olmaqla icraat aparılmışdır. Qaydaların 3.2-ci yarımbəndinə əsasən, “İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır”. Ərizəçi İddiaçı Agentliyə təqdim etmiş olduğu sənədlərdə çatışmamazlıq olmuş və bu barədə ərizəçiyə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə ərizəçi çatışmayan sənədləri Agentliyə təqdim edərək yenidən müraciət etmiş və xx.xx.2024-cü il tarixdə ərizəçinin səndləri icraata qəbul edilmişdir. Ərizəçinin müraciəti etdiyi xx.xx.2024-cü il tarixdə cavabdeh orqan tərəfindən heç bir inzibati akt qəbul edilmədən məhkəmə xx.xx.2024-cü il tarixli, 2-1 (112)-11366/2024 saylı qərar qəbul etmişdir. İnzibati orqan Qaydaların 3.2-ci yarımbəndinə əsasən ilk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri araşdırma aparmış daha sonra iş üzrə müvafiq sorğu vermişdir. Sorğu ərizəçinin müraciət etdiyi tarix dövründə qüvvədə olan normativ aktın tələblərinə və normativ aktda ona verilmiş səlahiyyət çərçivəsinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.2-ci yarım bəndinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı ərizəsinə dair icraat yekunlaşmamış, ərizəçinin ərizəsi barədə mənfi və ya müsbət qərar verilməmişdir. Qeyd olunan halı məhkəmə nəzərə almamışdır. İnzibati orqan inzibati işin araşdırılması məqsədi ilə sorğular göndərmiş, sərhəd keçmə məlumatlarını yoxlamış və digər zəruri tədbirlər görmüş (inzibati orqan tərəfindən göndərilmiş sorğu apellyasiya şikayətinə əlavə olunmuşdur). Lakin məhkəmə bu halı da nəzərə almadan yekun məhkəmə qərarı qəbul etmişdir. Ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir. Ərizəçinin təhsil aldığı illərdə qüvvədə olmuş həmin qaydalara edilmiş 2 nömrəli əlavənin 17.3-cü bəndinə əsasən, ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Məhkəmə iddiaçının təhsil aldığı ali təhsil müəssisənin müvafiq qaydada qanunauyğun fəaliyyət göstərməməsi barədə cavabdehin mövqeyini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Belə ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir. Məhkəmə qərar qəbul etdikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1 (102)-1567/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli (X2 oğlu Təhsildə X1rşı; səhifə 9-10, bənd 40,43,48) qərarında qeyd olunur ki, 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, müvafiq ali təhsil müəssisəsinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanunauyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırmalıdır. Eyni zamanda iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin Bakı filialı Azərbaycan Respublikasında yuxarıda sadalanan normativ hüquqi aktlarda göstərilən qaydada dövlət qeydiyyatına alınmadan və lisenziyası olmadan fəaliyyət göstərdiyindən iddiaçıya verilən ali təhsil diplomu da tanına bilməz. Həmçinin iddiaçının ali məktəbi onun fəaliyyəti dayandırılana qədər bitirməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ali təhsil müəssisənin Bakı filialı qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qanunsuz olaraq fəaliyyət göstərdiyindən şikayətin dəlili üçün əsas sayıla bilməz. Birinci instansiya məhkəməsi sözügedən qərarda göstərilən mövqeyi nəzərə almadan 1 saylı Yerli İqtisad Məhkəməsinin 2007-ci ildə Təhsil Nazirliyinin iddiasını qismən təmin etməsinə və bir sıra digər qərarlara istinad etməklə bu iş üzrə iddianı təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)-251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyəti olmasını vurğulamışdır. Məhkəmə qərar qəbul etdikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-821/2022 nömrəli qərarının 33-cü bəndində qeyd olunmuş məhkəmənin xüsusi biliklər tələb edən sahə üzrə öz mülahizələri əsasında qərar qəbul etməsinin yolverilməzliyini nəzərə almamışdır. Məhkəmə bu tələblərə heç bir əsas vermədən yalnız iddiaçının ali təhsil haqqında sənəd əldə etməsini əsas gətirərək iddianın təmin edilməsi haqqında əsassız qərar qəbul etmişdir. Məhkəmə qərarının 8-ci səhifəsinin son abzasında aparılan inzibati icraat zamanı cavabdeh qurum Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3-cü bəndində göstərilən tələblərə riayət etməli olduğunu qeyd etmişdir. İnzibati orqan ərizəçilərinin müraciəti zamanı mövcud qanunvericilik normalarına uyğun inzibati icraat apararaq yekun qərar qəbul edir. Məhkəmənin qeyd etmiş olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən ləğv olunmuşdur. Cavabdeh hesab edir ki, ləğv olunmuş qaydalara əsasən inzibati orqan tərəfindən inzibati icraatın aparılması qanunvericiliyə ziddir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11366/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, iddia tələbinin təmin ediləməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X7 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11366/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllənin 85.2 və 85.3-cü maddələri). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin ИBC seriyalı ******* nömrəli apostil edilmiş diplomunun notarial qaaydada təstiq olunmuş azərbaycan dilinə tərcüməsindən görünür ki, İddiaçı Dövlət Attestasiya Komissiyasının 21 may 2003-cü il tarixli qərarı ilə “Hüquqşünaslıq” ixtisası üzrə Hüquqşünas ixtisası verilmişdir. İş materiallarında olan Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin ИBC seriyalı ******* saylı 590 nömrəli apostil edilmiş diploma əlavənin notarial qaaydada təstiq olunmuş azərbaycan dilinə tərcüməsindən görünür ki, İddiaçı 1997-ci il tarixində Dağıstan Dövlət Universitetinə daxil olub, 6 il qiyabi təhsil forması ilə, 2003-cü ildə Dağıstan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası, Mülki hüquq ixtisaslaşması üzrə təhsili bitirib. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Vəkil ünvanladığı xx.xx.2024-cü il tarixli 3-29-61/2-x-116-4/2024 nömrəli məktubundan görünür ki, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialında X3 aldığı ali təhsilə aid kvalifikasiyanın tanınması barədə xx.xx.2024-cü il tarixli, 3-29-61/1-X-116-4/2024 nömrəli ərizəyə aidiyyəti üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyində baxılmışdır. Məlumat üçün bildirilir ki, xarici dövlətlərdə əldə olunmuş ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə icraat, ərizəçilərin həmin Qaydaların qüvvəyə minməsindən sonra elektron ərizə sistemi vasit əsilə edilmiş müraciətlərinə nisbətdə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılır. qazanması (keçid balının toplanması) tələb olunsa da, tanınmanın bu növü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda, ərizəçilərin öz müraciətləri əsasında tətbiq edilir. Qeyd olunanlara əsasən, xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması icraatının vətəndaşların hüquqlarını məhdudlaşdıran nəticələri ehtiva etmədiyi, əksinə tanınma ilə əldə olunmuş sənədlərin sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq imkanları verildiyi, habelə peşə tanınması üzrə imtahanda iştirakın ərizəçilərin öz müraciətləri əsasında müəyyən edildiyi nəzərə alınaraq, müraciətinizdə qeyd etdiyiniz normativ hüquqi aktların geriyə qüvvəsinin yolverilməzliyi prinsipi bu istiqamət və xüsusilə icraatın tənzimləndiyi normativ hüquqi aktın müddəaları üzrə aktual deyil. Yekun olaraq qeyd olunur ki, Qaydalara əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının nəticələrində inzibati və məhkəmə qaydasında şikayət verilə bilər. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, NA00034278 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, ərizəçinin müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən, ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblərə aiddir. Ərizəçinin təhsil aldığı müddətdə qüvvədə olan “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əsasən, təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hal-hazırda xx.xx.2024-cü il tarixli, NA00034278 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarın mövcud olmasını və həmin qərarın mahiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, həmin qərarın birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edildikdən sonra verilməsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11366/2024 saylı qərarının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının təhsil aldığı Dağıstan Dövlət Universitetinin Bakı Filialı lisenziyası olmadan fəaliyyət göstərmişdir. Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Lakin həmin qətnamədən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağıstan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Qətnaməyə əsasən, Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmış, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar. Qeyd edilməlidir ki, Nazirliyin həmçinin Filial fəaliyyətə başladığı gündən iddia verilən vaxta qədər verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir. İddiaçı da məhkəmə tərəfindən 20 iyun 2007-ci il tarixli qətnamə qəbul edildikdən əvvəl - 2003-cü ildə Filialı bitirmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə görə, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 08 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 07 oktyabr tarixli 324 nömrəli Təhsil Qanununun 13-cü maddəsinə əsasən, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarında aşağıdakılar göstərilmişdir: “ ... Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. ... Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. ... Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). ... Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. ... Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə”. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətləri ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Başqa sözlə, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Məhkəmə eyni zamanda qeyd edir ki, təhsil müəssisənin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək tələbə və məzunların deyil, təhsil siyasətini həyata keçirən və bu sahəyə məsul olan müvafiq dövlət qurumlarının məsuliyyət dairəsinə aiddir. Şəxs uzun müddət fəaliyyət göstərən təhsil müəssisəsinin bu fəaliyyətinin dövlət tərəfindən qadağan olunmadığına və bunun üzərindən dövlət tərəfindən həmin fəaliyyətin leqal sayıldığına inanmış, onun davranışına etimad göstərmiş, həmin təhsil müəssisəsinə daxil olmuş və orada təhsil almışdır. Odur ki, 2003-cü ildə təhsilini başa vurmuş iddiaçı, təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər aldığı diplom üzrə ixtisasının tanınmasını və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsini tələb etməkdə haqlı sayılmalı, cavabdehin bundan imtinası qanunsuz hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 11366/2024 saylı qərarından cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11366/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-785/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-785/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver