Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-81/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X17 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X12, Cavabdeh Azərbaycan Respublikası X16 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, Üçüncü şəxs X5, Üçüncü şəxs X8 vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının X16 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinə (üçüncü şəxslər X14, X9, X10) qarşı torpaq sahəsinin plan və ölçülərinin ləğv edilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarından üçüncü şəxs R.Əliyeva tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin xx.xx.2013-cü il tarixli 449907 və 449906 nömrəli torpaq sahəsinin plan və cizgisi və onların əsasında DƏDRX Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli AA 049569 nömrəli və xx.xx.2013-cü il tarixli AA 049563 nömrəli torpaq sahəsinin plan və ölçüsünün, DƏDRX Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli AA 060029 nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs Raisa Əliyeva tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “bağın icarəyə verilməsi haqqında” xx xxxxxx 1990-cı il tarixli 17710 və 17711 nömrəli müqavilələr əsasında R.Əliyevanın və İslam Kazımovun istifadəsinə bağ sahələri ayrılmışdır. Onlar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində bağ sahəsinin icarəçisi hesab edilməsi və plan-sxemlərin verilməsi tələbinə dair iddia qaldırmış və məhkəmənin 2in(82)-2624/2012 saylı və 2in (82)- 2537/2012 saylı işlər üzrə xx xxxxxx 2012-ci il tarixli qərarları ilə hər iki iddia təmin edilmişdir. Bu qərarların qəbulundan sonra DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə 20”M” və 20”L” bağ sahələrinə planlar hazırlanaraq verilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2016- cı il tarixli qərarı ilə DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən X11 və X7 verilmiş xx xxxxxx 2013-cü il tarixli torpaq sahəsinin planları ləğv edilmişdir. Göstərilən qərardan verdikləri apelyasiya şikayətləri üzrə işə baxan Bakı Apelyasiya Məhkəməsi xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi və iddiaçının iddiasının mümkün sayılmaması barədə qərar çıxarmışdır. İddianın mümkün sayılmamasının hüquqi əsası olaraq, apelyasiya instasiyası iddiaçının mübahisəli torpaq sahəsinə dair subyektiv hüququn olmamasını qeyd etmişdir. Bakı Apelyasiya Məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti vermiş və kassasiya şikayətinə AR-nın Ali Məhkəməsində baxılmışdır. İşə baxan məhkəmə şikayətin təmin edilməsi, apelyasiya instansiyasının qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması və işə təkrar olaraq baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2016-cı il tarixli qərar qəbul etmişdir. Bundan sonra, işə yenidən mahiyyəti üzrə baxılmış və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə verdikləri apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qərarından verdikləri kassasiya şikayəti Ali Məhkəmənin xx xxxx 2017-ci il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlamışdır. Bununla da, DƏDRX Bakı şəhər Ərazi idarəsi tərəfindən vaxtı ilə 20”M” və 20 “L” bağ sahələri adı altında onun sahiblik və istifadəsində olan torpaq sahəsi barədə xx xxxxxx 2013-cü il tarixdə verilmiş torpaq sahələrinin planları ləğv edilmişdir. Bu ləğv etmə qeyd edilən planların bağ sahələri barədə deyil, naturada onun sahibliyində olan torpaq sahəsi barədə verilmişdir. Bu planlar vasitəsilə vaxtı ilə həmin torpaq sahələri barədə adına xx xxx 2013-cü il tarixdə 449906 nömrəli plan-cizgi hazırlanaraq tərtib edilmişdir. Sonradan da Bakı şəhər İdarəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə AA049563 nömrəli və x xxxx 2013-cü il tarixdə 049569 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədləri hazırlanmış və bu sənədlər əsasında da reyestrdən çıxarışlar verilmişdir. Beləliklə, Bakı şəhəri Surxanı rayonu Hövsan qəsəbəsi 20 “M” nömrəli bağ sahəsi DTXK Bakı şəhər Şöbəsi tərəfindən xx xxx 2013-cü il tarixli 449906 nömrəli plan və çizgi, icarə müqaviləsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1447/2013 saylı iş üzrə xx xxxxx 2013-cü il tarixli qərarı ilə adına özəlləşdirilmişdir. Sözügedən qərarda məhkəmə iddiaçının məhkəməyə mövcud iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığına göz yummaqla qərarında göstərir ki, ''hazırkı iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da sahənin onun istifadəsində olması əsas verir ki, o istifadəçi kimi hazırkı inzibati mübahisədə iddiaçı qismində çıxış etsin”. Lakin göstərilən xüsusat tamamilə məntiqsiz və qanunaziddir. Məhkəmə iddiaçının əsassız tələblərinin iş materiallarında olan hansı mötəbər sübutla müəyyən edildiyini öz qərarında göstərə bilməmişdir. Çünki məhkəmə tərəfindən işin qanuni və düzgün həll edilməsi üçün heç bir araşdırma aparılmamış, yalnız iddiaçının məhkəmə iclasında verdiyi izahatlar əsas götürülməklə, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Çünki məhkəmə iddia qaldırmaq üçün sübyektiv hüquqa malik olmayan şəxsin iddiası əsasında qərar çıxarmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-84/2019 nömrəli qərarı ilə üçüncü şəxs X14 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(82)-578/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarının qismən -xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi tələbinə dair hissədə iddiasının təmin edilməməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(102)- 1703/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-84/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı iddianın rədd edilən hissəsində-20 L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan xx.xx.2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində, habelə xx.xx.2013-cü il tarixli 049569 saylı, xx.xx.2013-cü il tarixli 449907 saylı və xx.xx.2014-cü il tarixli 067029 saylı torpaq sahəsinin plan və cizgisinin (ölçüsünün) ləğv edilməsi barədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, iş iddianın rədd edilən hissəsində, yəni 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan xx.xx.2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, kassasiya xx xxx 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə apelyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması hissəsində mümkün sayılmamış və bu hissədə şikayətin qəbulundan imtina edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1991/2019 nömrəli qərarı ilə üçüncü şəxs X14 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(82)- 578/2018 saylı qərarının qismən - xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası X16 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi tələbinə dair hissədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin adı çəkilən qərarından iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-653/20 saylı xx xxxxxx 2020ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1991/2019 saylı qərarı «apellyasiya şikayətinin təmin olunması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi və həmin hissədə yeni qərarın qəbul olunması, iddia tələbinin xx xxxx 2013-cü il tarixli, N AA 049563 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv olunmasının təmin edilməməsi» hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh tərəf üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarından yalnız üçüncü şəxs R.S.Əliyeva apelyasiya şikayəti vermişdir. Digər üçüncü şəxslər - İ.C.Kazımov və İ.T.Həsənov birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verməmişlər. Həmin şəxslərə münasibətdə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs R.S.Əliyevanın apelyasiya şikayətinə baxaraq birinci instansiya məhkəməsinin qərarı ona münasibətdə, yəni yalnız 20L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvi hissəsində yoxlayayaq hüquqi qiymət verilməlidir. Üçüncü şəxs R.S.Əliyevanın apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X16 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsi tərəfindən tərtib edilmiş, xx.xx.2013-cü il tarixli, 449907 nömrəli torpaq sahəsinin plan və cizgisinin və həmin sənədlər əsasında da, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, N AA 049569 nömrəli torpaq sahəsinin plan və ölçüsünün, habelə, vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 449906 nömrəli torpaq sahəsinin plan və cizgisinin və həmin sənədlər əsasında da, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, N AA 049563 nömrəli torpaq sahəsinin plan və ölçüsünün və DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, N AA ******* nömrəli torpaq sahəsinin plan və ölçüsünü ləğv edilməsinin cavabdeh tərəfindən tərəfindən icra edilməməsi (hərəkətləri) qanunsuz hesab edilməsi və vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 449907 nömrəli torpaq sahəsinin plan və cizgisinin və həmin sənədlər əsasında da, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, N AA 049569 nömrəli torpaq sahəsinin plan və ölçüsünün, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 449906 nömrəli torpaq sahəsinin plan və cizgisinin və həmin sənədlər əsasında da, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, N AA 049563 nömrəli torpaq sahəsinin plan və ölçüsünün və DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, N AA ******* nömrəli torpaq sahəsinin plan və ölçüsünü ləğv edilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə X14, X9, X10 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin xx.xx.2013cü il tarixli 449907 və 449906 nömrəli torpaq sahəsinin plan və çizgisi və onların əsasında DƏDRX Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli AA 049569 nömrəli və xx.xx.2013-cü il tarixli AA 049563 nömrəli torpaq sahəsinin plan və ölçüsünün, DƏDRX Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli AA 060029 nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması vəzifəsi Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir. Texniki səhv olaraq tərtib edilmiş və 20 M və 20 L adlı bağ sahələri üçün nəzərdə tutulmuş plan və cizgilər (sonradan plan və ölçülər) Ərazi İdarəsi tərəfindən ləğv edilməli və bu qanuna uyğunsuzluğu aradan qaldırmalıdır. Göstərilən məqamla bağlı müvafiq qaydada ərizə ilə DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmiş, məhkəmə qərarları barədə bildirilmiş və xahiş edilmişdir ki, mübahisəli torpaq sahəsi barədə vaxtı ilə texniki səhv kimi verilmiş torpaq sahəsinin plan və cizgilərinin və həmçinin, plan və ölçülərin ləğv edilməsi barədə müvafiq hərəkətlər aparılsın. Həmin ərizəyə sonuncu idarə tərəfindən xx.xx.2017-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, məhkəmə qərarı icra edilməsi üçün İdarəyə rəsmi qaydada daxil olmamış və icra sənədinin rəsmi qaydada Ərazi İdarəsinə daxil olacağı halda ərizəyə qanuna müvafiq qaydada baxılacaqdır. Ancaq cavabdeh təşkilatın bu qaydada ərizəyə münasibət bildirməsi birbaşa həmin inzibati orqanın üzərinə düşən hərəkətlərin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Çünki yuxarıda qeyd edilən məhkəmə qərarları üzrə keçirilmiş məhkəmə proseslərində cavabdeh tərəf Bakı Şəhər Ərazi İdarəsi olmuşdur. İkinci tərəfdən, çıxarılmış məhkəmə qərarları mübahisələndirmə haqqında iddia olmuş və torpaq sahəsinin planlarının ləğvi barədə olmuşdur. Deməli, qeyd edilən planların ləğv edilməsi üçün hansısa bir icra sənədinin məhkəmə tərəfindən inzibati orqana göndərilməsinə ehtiyac yoxdur, çünki artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə göstərilən planlar İəğv edilmiş və inzibati orqan da digər münasibətlərdə bu halı əsas götürməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə iddia tələbinin təmin edilməsi ilə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. İşin materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013cü il tarixli, 2in(82)-1447/2013-cü il tarixli qərarından görünür ki, həmin qərarla iddiaçılar Raisa Əliyeva, İslam Kazımov və qeyrilərinin cavabdeh DTXK-nın Bakı şəhər Şöbəsinə qarşı plan və ölçünün verilməsi tələbinə dair iddiaları təmin edilərək Raisa Əliyevaya Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyi tərəfindən xx xxxxxx 1990-cı il tarixli, 17710 saylı icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 20L saylı 0,25 ha bağ sahəsinə və İslam Kazımova Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyi tərəfindən xx xxxxxx 1990-cı il tarixli, 17711 saylı icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 20M saylı 0,25 ha bağ sahəsinə plan və ölçünün verilməsi vəzifəsi cavabdeh DTXK-nın Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. 20L saylı bağ sahəsinə dair hazırlanmış AA 049563 nömrəli, xx.xx.2013-cü il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"nün notarial təsdiqli surətindən görünür ki, həmin sənəd DTXK-nın Bakı şəhər Şöbəsinin xx.xx.2013-cü il tarixli 449906 saylı "Torpaq sahəsinin plan və cizgisi", Bakı ŞİH X4 və istismarı birliyinin xx.xx.1990-cı il tarixli, 17710 saylı icarə müqaviləsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2in(82)-1447/2013-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial təsdiqli surətindən görünür ki, 20L saylı bağ sahəsi üçüncü şəxs R. Əliyevanın adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-344/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı cavabdeh BŞƏİ-yə qarşı torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli planların ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, BŞƏİ tərəfindən Bakı şəhəri, Hövsan qəsəbəsi 20L saylı bağ sahəsinə dair Raisa Əliyevanın adına verilmiş və Bakı şəhəri, Hövsan qəsəbəsi, 20 M saylı bağ sahəsinə dair İslam Kazımovun adına verilmiş xx.xx.2013-cü il tarixli planlar ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1275/16 saylı, x xxxxxx 2016-cı il tarixli qərardadından görünür ki, həmin qərardadla üçüncü şəxslər R. Əliyeva və İ. Həsənovun apelyasiya şikayətləri qismən təmin olunmaqla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-344/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 1774/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı kassasiya şikayəti təmin edilməklə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1275/16 saylı, x xxxxxx 2016-cı il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-139/2017 saylı, x xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, həmin qərarla üçüncü şəxslər R. Əliyeva və İ.Həsənovun apelyasiya şikayətləri təmin edilmədən, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-344/2016 saylı,xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 1074/2017 saylı, x xxxx 2017-ci il tarixli qərarından görünür ki, həmin qərarla üçüncü şəxslər R.Əliyeva və İ.Həsənovun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-139/2017 saylı, x xxxxxx 2017-ci il tarixli qərarı qüvvədə saxlanmışdır. Suraxanı RİH Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 saylı, xx.xx.2015-ci il tarixli arayışın surətindən görünür ki, Nümayəndəlik İddiaçı uzun müddət istifadəsində olan torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğunu ("Bağçılıq" torpaq sahəsinə aidiyyətinin olmadığını) təsdiqləmişdir. İşin sadalanan hallarından müəyyən olunur ki, hazırkı iş çərçivəsində İddiaçı xx.xx.2013-cü il tarixli, 449906 nömrəli "Torpaq sahəsinin plan və cizgisi"ni və xx.xx.2013cü il tarixli, N AA 049563 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nü mübahisələndirir. Tələbin əsası isə ondan ibarətdir ki, həmin sənədlərin tərtibinin əsasında dayanmış xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planları məhkəmə qərarı ilə ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq torpaq sahəsinin planları ləğv edildiyindən onlar əsasında verilmiş bütün sənədlər əks olunmuş koordinatlara münasibətdə əhəmiyyətini itirmiş olur. Odur ki, üçüncü şəxslər R.Əliyeva və İ.Həsənov və İ.Kazımovun adına DTXK Bakı şəhər Şöbəsi və BŞƏİ tərəfindən verilmiş plan-cizgilər və plan ölçülər ləğv edilməlidir. Kollegiya ilk növbədə üçüncü şəxsin iddiaçının iddia qaldırmaqla subyektiv hüquqa malik olmadığı və bununla da iddianın mümkün sayılmaması ilə bağlı apelyasiya şikayətindəki dəlilinə münasibət bildirirərək qeyd edir ki, kassasiya instansiyası məhkəməsi İddiaçı üçüncü şəxslərin adlarına verilmiş xx.xx.2013-cü il tarixli planların ləğv edilməsi ilə bağlı iddia icraatı zamanı Bakı Apelyasiya Məhkəməsinin iddianın subyektiv hüquq baxımından mümkün sayılmaması ilə bağlı qərardadını ləğv edərək təkrar mahiyyəti üzrə baxılması üçün apelyasiya məhkəməsinə göndərmişdir. Bu baxımdan qəbul olunmalıdır ki, iddiaçı N. Nizamovanın hazırkı iddia ilə çıxış etmək üçün subyektiv tələb hüququ vardır və kassasiya məhkəməsinin bu məsələ ilə bağlı artıq bir dəfə mövqe bildirdiyi iddianın mümkünlülük əsası yenidən mübahisələndirilə bilməz. Kassasiya məhkəməsi sonuncu qərarında apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən istinad etdiyi hallardan birincisi ondan ibarət olmuşdur ki, hazırki mübahisə predmeti olan x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsündə istinad edilən xx xxxxxx 1990-cı il tarixli müqavilə işdə olmamış, həmin müqavilə tələb edilib onunla bağlı hüquqi qiymətləndirmə aparılmamışdır. Kollegiya hazırki təkrar apelyasiya baxışı zamanı Kassasiya Məhkəməsinin göstərişlərini nəzərə alaraq üçüncü şəxsin mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədi ilə bağlı aşağıdakıları müəyyən etmişdir. Belə ki, məhkəmə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2in(82)-2624/2012 saylı və 2 in(82)1447/2013 saylı inzibati işləri sorğu ilə əldə etmişdir. Həmin işlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, üçüncü şəxs R.S.Əliyeva x xxxx 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsündə istinad edilən xx xxxxxx 1990-cı il tarixli müqavilənin əslini, istər bağ sahəsinin icarəçisi hesab edilməsi, plan-sxemin verilməsi ilə bağlı iddia icraatı zamanı, istərsə də sözügedən bağ sahəsinə plan-ölçünün verilməsi ilə bağlı iddia icraatları zamanı məhkəmələrə təqdim etməmişdir. İş materiallarından görünür ki, R.S.Əliyevaya aid bağ sahəsinin qovluğu arxivdə müəyyən edilmədiyindən cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. İş materiallarından o da müəyyən olunur ki, cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsi Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyi ilə R.Əliyeva arasında bağlanmış icarə müqaviləsinin əslinin idarənin arxivində olmadığını bildirmişdir. Halbuki, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası X16 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi adı çəkilən müqavilənin arxiv əsaslarının olmaması həmin müqavilənin mötəbərliliyinə şübhə yaradan birinci məqamdır. Yalnız hazırki məhkəmə baxışı zamanı üçüncü şəxs R.Əliyeva ilə Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyi arasında bağlanmış xx xxxxxx 1990-cı il tarixli müqavilənin əsli cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Müəyyən edilmişdir ki, müqavilənin əsli üçüncü şəxs R.S.Əliyeva tərəfindən cavabdehə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qərarının icrası zamanı təqdim edilmişdir. İş materiallarndan müəyyən edilmişdir ki, təqdim edilmiş müqavilə ilə üçüncü şəxs R.S.Əliyevaya 0,25 hektar torpaq sahəsi ayrılmışdır. Halbuki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 saylı qərarı ilə 1988-ci ildən istifadəsinə bağ götürmüş vətəndaşlar üçün bağ torpaq sahəsinin ölçüsünün 0.12 hektardan artıq olmaması nəzərdə tutulmuşdır. Təsadüfi deyildir ki, adı çəkilən müqavilənin tipoqrafik nəşrinin 3-cü maddəsində verilən torpaq sahəsinin ölçüsünün 0,12 hektardan artıq olmaması şərt olaraq göstərilmişdir. Göründüyü kimi üçüncü şəxsin adına olan icarə müqaviləsi mübahisə predmeti olmasa da, yuxarıda qeyd edilən hal onun mötəbərliliyini şübhə altına alan ikinci məqamdır. Bundan əlavə, Azərbaycan Respublikasinin Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1ci və 2-ci bəndlərinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin maddənin 6 və 7-ci bəndlərinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Üçüncü şəxs R.Əliyeva torpaq ayrılması barədə müqavilə təqdim etsə də, müqavilənin ayrılmaz hissəsi olan torpaq sahəsinin təsdiq edilmiş planını təqdim etməmiş, belə bir planın mövcudluğu məhkəmə araşdırması ilə müəyyən olunmamışdır. Sadalananlara əsasən kollegiya ləğv edilməsi tələb olunan mübahisəli torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi üçün hüquqmüəyyənedici sənəd rolu oynayan, üçüncü şəxs R.Əliyevaya aid 20 L saylı müqaviləni mötəbər sübut növü kimi qəbul etmir. Kassasiya məhkəməsinin daha bir göstərişi ondan ibarət olmuşdur ki, x xxxx 2013cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsündə həmçinin istinad edilən və işin 200-cü səhifəsində olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qərarının surətinin məhkəmənin möhürü ilə təsdiq edilməməsinə, onun qanuni qüvvəyə minməsinə aydınlıq gətirilməmiş, qanuni qüvvədə olduğu halda məhkəmə qərarının düzgün icra edilməsi aydınlaşdırılmamış və bu işdə iddiaçı olan İddiaçı həmin iş üzrə məhkəmə icraatının tərəfi olub-olmaması müəyyən edilməmiş, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, xx xxxxx 2013-cü il tarixli qərarın bu işdə olan iddiaçı üçün məcburi hüquqi qüvvəyə malik olmasına münasibət bildirilməmişdir. Sorğu ilə əldə edilmiş 2in(82)-1447/2013 saylı inzibati işdən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2in(82)-1447/2013 saylı qərarından apelyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almış və icra olunması üçün xx xxx 2013-cü il tarixli məktubla cavabdeh AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinə göndərilmişdir. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin xx/xx- 2492 saylı xx.xx.2013-cü il tarixli məktubunda qərarın icra edildiyi göstərilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərardadı ilə xx xxxxx 2013-cü il tarixli, 2in(82)- 1447/2013-cü il tarixli qərarın icra edilməsi ilə əlaqədar icra icraatına xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2in(82)- 1447/2013-cü il tarixli qərarı əsasında 20 “L” saylı bağ sahəsinə dair hazırlanmış AA 049563 nömrəli, xx.xx.2013-cü il tarixli "Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 2in(82)-2624/2012 saylı və 2in(82)1447/2013 saylı inzibati işlərdən müəyyən olunur ki, R.Əliyevanın cavabdeh orqana qarşı plan-cizgi və plan-ölçünün verilməsi ilə bağlı iddiaları zamanı İddiaçı həmin icraatların tərəfi olmamışdır. Belə olan halda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2in(82)-1447/2013-cü il tarixli qərarı hazırki iş üzrə İddiaçı münasibətdə məcburi qüvvəyə malik hesab edilə bilməz. Kassasiya məhkəməsinin apelyasiya instansiyası məhkəməsinin ləğv olunmuş x xxxxxx 2013-cü il tarixli planı və ölçüsündə və hazırkı mübahisə predmeti olan x xxxx 2013-cü il tarixli 049563 saylı planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin eyni olubolmamasını yoxlamaması ilə bağlı dəlilini araşdırarkən müəyyən etmişdir ki, x xxxx 2013cü il tarixli torpaq sahəsinin planı və ölçüsü xx xxxxxx 2013-cü il tarixli torpaq sahəsinin xx xxx 2013-cü il tarixli torpaq sahəsinin planı və cizgisi əsasında verilmişdir. Belə ki, kollegiya tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirmiş və baxışın nəticəsi olaraq iş üçün əhəmiyyətli olan halların araşdırılması ilə bağlı cavabdehə sorğu edilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, X8 adına verilmiş xx.xx.2013-cü il tarixli plan və xx.xx.2013-cü il tarixli plan və ölçüdə göstərilən sahələr eynidir. İddiaçı cavabdeh AR DƏDRX-nin Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X15 və qeyriləri) qarşı “torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli planların ləğv edilməsi” tələbi üzrə qüvvəyə minmiş məhkəmə qərarları ilə “xx.xx.2013-cü il tarixdə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərin (o cümlədən R.Əliyevanın) adlarına verilmiş və hazırda mübahisələndirilən planlarda koordinatları əks olunmuş bağ sahələrinin Bakı ŞİH X4 və İstismarı Birliyi tərəfindən vaxtı ilə vətəndaşlara icarəyə verilən torpaq sahələrinin yerləşdiyi ərazi daxilində olmaması müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. AR İPM-nin 1.2 və MPM-nin 82.3-cü maddələrinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, X8 adına verilmiş xx.xx.2013-cü il tarixli plan və ölçünün ləğv edilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid ərazilər olmaqla Hövsan bağ massivində yerləşməsinə dair cavabdehin mövqeyi ilə kollegiya razılaşmır. Belə ki, iddiaçılar X8 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinə qarşı “plan və ölçünün verilməsinə” dair iddia tələbi üzrə iş materiallarından R.Əliyevaya aid 20”L” saylı bağ sahəsinin Hövsan bağ massivinin bölgü planına uyğun gəlmədiyi, bağ sahəsinin ayrılmasına dair ilkin torpaqayırma sənədlərinin (sərəncam və ya protokol) təsdiq olunmuş surəti təqdim olunmadiğından, cavabdeh tərəfindən imtina olunduğu müəyyən olunur. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş torpaq sahəsinin planından da müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin qərb və şərq hissəsində (məhkəmə qərarının icrası qaydasında çıxarış alınmış 20”M” saylı və 20”Q” saylı bağ sahələri) bağ sahələrinin, şimal hissəsində isə yaşayış məntəqəsinə aid ev, cənub hissəsinin yol olduğu qeyd edilmişdir. İşin yuxarıda qeyd edilən halları da, mübahisəli torpaq sahəsinin Hövsan bağ sahəsinə aid olmadığını təsdiq edir. Bundan əlavə, İddiaçı cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair planın ləğv edilməsi” ilə bağlı iddia icraat zamanı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli ekspert rəyində müəyyən olunmuşdur ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən X8 və X6 adına verilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planında göstərilən sahələrin Bakı şəhər XDS İK X4 və İstismarı Birliyi tərəfindən vaxtı ilə vətəndaşlara bağ sahəsi kimi icarəyə verilən ərazi hüdudları daxilində yerləşmədiyi müəyyən edilir. Həmin sahələr Bakı şəhər XDS İK X4 və İstismarı Birliyi tərəfindən vətəndaşlara bağ sahəsi kimi icarəyə verilən ərazi hüdudları daxilində deyildir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kontrakt ərazinin hüdudları daxilində olduğu və planlarda göstərilən sahələrin naturada Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dənizkənarı adlanan ərazisində olduğu müəyyən edilir. Beləliklə, hər iki tərəf üçün preyudusial əhəmiyyət daşıyan xx.xx.2015-ci il tarixli ekspert rəyi ilə təsdiq olunur ki, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planında, eləcə də sonradan həmin plana uyğun verilmiş cavabdehin hazırda mübahisələndirilən planölçüsündə koordinatları əks olunmuş bağ torpaq sahəsi XDS İK X4 və İstismarı Birliyi tərəfindən vaxtilə vətəndaşlara bağ sahəsi kimi icarəyə verilən ərazi hüdudları daxilində yerləşmir. Dolayısı ilə göstərilən sahə dənizkənarı adlanan ərazi olmaqla dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, su fondunun torpaqlarına aşağıdakı torpaq sahələri daxildir: Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar; su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar; hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar və sair dövlət mülkiyyətində olan torpaqlara aidddir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə görə, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Eyni Məcəllənin 50-ci maddəsinin 1-ci bəndinə görə, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcələllənin 86-ci maddəsinin 2-ci bəndinə görə, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. Həmin Məcələllənin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, üçüncü şəxs R.Əliyevanın adına verilmiş torpaq sahəsinin planlarında göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi bağçılıq yoldaşlığının icarəyə verdiyi ərazi hüdudlarından kənarda yerləşdiyindən və həmin torpaq dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi olduğundan cavabdeh orqanın həmin koordinatlarda verdiyi xx.xx.2013-cü il tarixli, N AA 049563 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü" qanuni hesab edilə bilməz. Bu əsasdan birinci instansiya məhkəməsi iddianı hazırki baxış predmeti olan mübahisələndirilən hissədə təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs X14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı mübahisələndirilən - xx.xx.2013-cü il tarixli, N AA 049563 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nün ləğv edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyal Sarıyev Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-81/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-81/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver