Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-811/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Cahangir Afər oğlu Yusifov ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı İqtisadi Tədqiqatlar X2 Təşkilatının cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “cavabdehin üzərinə informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5265/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İqtisadi Tədqiqatlar X2 Təşkilatı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 25 yanvar 2021-ci il tarixli hər iki informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi barəsində iddiaçının informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5265/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5265/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2- 1(103)-584/2022 nömrəli qərardadı (hakimlər A.S.Hüseynov-sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-5265/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1090/2022 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2- 1(103)-584/2022 nömrəli qərardadı ləğv olunmuş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə təkrar apellyasiya baxışında araşdırma zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 28 aprel 2023-cü il tarixli 3-21/2-3966/2023 saylı məktubu ilə 1 yanvar 2021-ci il tarixinə ölkədə mövcud olan aqroparkların sayı, eləcə də 2018-2020-ci illər üzrə aqroparklarda məhsul istehsalı göstəriciləri təqdim edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra sonuncu məhkəmə iclası xx.xx.2023cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 3-22/2-1633/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi iddiaçıya aqroparklara fəaliyyət ilə bağlı 2018-2020-ci illər üzrə Nazirlik tərəfindən verilən subsidiya və güzəştli kreditlərin həcminə dair siyahı təqdim olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələbinin cavabdeh inzibati orqan tərəfindən təmin edildiyi və iş üzrə mübahisənin aradan qalxdığını qeyd etdi. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi- “cavabdehin üzərinə informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulması” tələbi cavabdeh tərəfindən təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə iclasında iştirak edən iddiaçının və cavabdehin nümayəndələri hazırki halda mübahisənin artıq aradan qalxdığından icraata xitam verilməsinə etiraz etmədiyini bildirdilər. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı İqtisadi Tədqiqatlar X2 Təşkilatının cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “cavabdehin üzərinə informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-811/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-811/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver