Məhkəmə qərarları › İş №2-1(103)-825/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-825/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-825/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Ceyhun Bəşir oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinin sədri) X4, üçüncü şəxsin nümayəndələri X3 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) “əmək haqqından tutulmuş pulların ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1586/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən 2006-cı ildə qeyd olunan dövr üzrə verilmiş hesabatlarda əmək haqqından hesablanaraq tutulmuş 156,18 manat pulun Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (adi cəlb etmə). Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-1586/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən 2006-cı il üzrə verilmiş hesabatlarda İddiaçı əmək haqqından hesablanaraq tutulmuş 156 (yüz əlli altı) manat 18 (on səkkiz) qəpik pulun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ödənilməsinin təmin edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın dəyişdirilməsi və cavabdeh Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə qeyd olunan mübahisəli dövr üzrə dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 156,18 manatın ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən tələbi tam təmin olunmuş, ödənişlər fərdi şəxsi hesaba işlənilmiş və ona pensiya təyinatı aparılmışdır. Bu səbəbdən də ərizənin təmin edilməsi, cavabdeh tərəfindən tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün hazırki inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinin sədri) X7 ərizənin təmin edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri X3 və X5 ərizənin təmin edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən təqdim edilmiş ərizə təmin olunsun. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) “əmək haqqından tutulmuş pulların ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar