Məhkəmə qərarları › İş №2-1(103)-843/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-843/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-843/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4973/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi (İPM m.32.1), daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 yanvar 2022-ci il tarixli **********054500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********938100 saylı və xx.xx.2021-ci il tarixli **********010900 nömrəli qərarları ilə iddiaçıya əlavə dəyər vergisi hesablamış, iddiaçı həmin qərarlardan Dövlət Vergi Xidmətinə şikayət vermiş, lakin müsbət nəticəsi olmamışdır. Daha sonra, cavabdehin 07 yanvar 2022-ci il tarixli **********054500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə iddiaçıya 2021-ci ilin iyul ayı üçün 105979,57 manat məbləğində ƏDV hesablanmışdır. İddiaçı hesab edir ki, cavabdehin qərarı əsassızdır. Belə ki, xx.xx.2020-xx.xx.2021-ci il tarixində ƏDV depozit hesabına ödənişlər olsa da, mübahisələndirilən əməliyyatlar üzrə malların dəyəri iddiaçının hesabına ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddanı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisində aparılmış kameral vergi yoxlaması nəticəsində 2021-ci ilin iyul ayı üçün ƏDV vergisi bəyannaməsi üzrə ümumilikdə 93 018,49 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********938100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra vergi orqanı tərəfindən hesablanmış vergi məbləği 3242,01 manat azaldılaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********010900 nömrəli Qərar qəbul olunmuşdur. Sonradan, iddiaçının inzibati şikayətləri əsasında cəmiyyət tərəfindən "xxxx" MMC (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 145003.0 manat məbləğində (ƏDV-si 26100,54) EBAW seriyalı 853989 nömrəli elektron qaiməfakturanın 100000,00 manat məbləğində (ƏDV-si 18000,00) əsas məbləğin, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 166673,00 manat məbləğində (ƏDV-si 30001,14) EBBB seriyalı 005926 nömrəli elektron qaimə-fakturaların 166673,00 manat məbləğində əsas məbləğinin və "xxxx" MMC-yə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 256246,20 manat məbləğində (ƏDV-si 46124,31) EBAQ seriyalı 413999 nömrəli elektron qaimə fakturanın 256246,20 manat məbləğində əsas məbləği ödənilmədən yalnız ƏDV məbləğlərinin Cəmiyyətin sub-uçot hesabına ödənildiyi, ƏDV-nin sub uçot hesabı vasitəsilə ödənilmiş ƏDV məbləğlərinin alıcının sub-uçot hesabına geri qaytarılmadığı və 2021-ci noyabr ayınadək təqdim edilmiş ƏDV bəyannamələrində 4785,85 manat məbləğində kənarlaşmanın aradan qaldırıldığı nəzərə alınaraq, Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********938100 nömrəli və xx.xx.2021-ci il tarixli **********010900 nömrəli ərarları 84990,63 manat hissədə dəyişdirilmədən saxlanılmış, qərar digər hissədə, 4785,85 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilərək xx.xx.2022-ci il tarixli **********054500 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4973/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 yanvar 2022-ci il tarixli **********054500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İşə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Qanunvericiliklə malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ƏDV məbləğinin ayrı dövrlərdə ödənilməsi və ya malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyərinin əsas məbləği ödənilmədən ƏDV məbləğinin ödənilməsi qaydalarda və Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Vergi Məcəlləsində və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV- nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.1-ci və 1.4-cü bəndlərində vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən yalnız ƏDV məbləğinin ödənilməsi, əsas məbləğin və ƏDV məbləğinin ayrı dövrlərdə ödənilməsi qeyd olunmamışdır. İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 145003,00 manat məbləğində (ƏDV-si 26100,54) EBAW seriyalı 853989 nömrəli elektron qaimə-fakturanın 100000,00 manat məbləğində (ƏDV-si 18000,00) əsas məbləğinin, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 166673,00 manat məbləğində (ƏDV-si 30001,14) EBBB seriyalı 005926 nömrəli elektron qaimə-fakturaların 166673,00 manat məbləğində əsas məbləğinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 256246,20 manat məbləğində (ƏDV-si 46124,31) EBAQ seriyalı 413999 nömrəli elektron qaimə fakturanın 256246,20 manat məbləğində əsas məbləğinin ödənilmədən yalnız ƏDV məbləğlərinin Cəmiyyətin sub-uçot hesabına ödənildiyi, ƏDV-nin sub uçot hesabı vasitəsilə ödənilmiş ƏDV məbləğləri alıcının sub-uçot hesabına geri qaytarılmadığı və 2021-ci noyabr ayınadək təqdim edilmiş ƏDV bəyannamələrində 4785,85 manat məbləğində kənarlaşmanın aradan qaldırıldığı nəzərə alınaraq, xx.xx.2022-ci il tarixli **********054500 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi qərar qəbul edən zaman iddianın mümkün hesab edilməsi şərtlərinə əməl etməmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutları qiymətləndirməmiş, iddianı mümkün hesab edərək əsassız və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, üzürlü səbəblər olmadığı halda, yəni iddiaçının təqsiri ucbatından prosessual müddət ötürülmüşdür Məhkəmə cavabdeh tərəfindən təqdim olunan sübutlar üzrə qiymətləndirmə aparmamış, qərarda bu sübutlara münasibət bildirməmişdir. Halbuki mübahisə predmeti məhz iddiaçının bank hesabına daxil olmuş əsas məbləğlərə uyğun ƏDV məbləği ilə iddiaçının ƏDV-nin sub-uçot hesabına daxil olmuş ƏDV məbləğlərinin müqayisəsi zamanı kənarlaşmanın aşkar edilməsi əsasında müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən sub-uçot hesaba mədaxil və məxaric edilən məbləğlər, əməliyyatların tarixi ƏDV depozit hesabından çıxarış əsasında müəyyən edilir…» Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Sofiyeva apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, vergi qanunvericiliyinə görə, cəmiyyətin ƏDV-ni ödəmək öhdəliyi mübahisələndirilən əməliyyatlar üzrə hesabına vəsait daxil olduğu təqdirdə yarandığını, oxşar iş üzrə məhkəmə qərarı tərəfindən məhkəməyə təqdim edildyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edi İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək,07 yanvar 2022-ci il tarixli **********054500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisələndirir ki,iddia müddəti buraxılmışdır. Lakin iddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi, mübahisə predmeti olan vergilərin hesablanması haqqında qərarın xx.xx.2022-ci il tarixli olmaqla iddiaçının inzibati orqana etdiyi inzibati şikayətdən sonra qəbul edildiyi nəzərə alınmaqla, eləcə də, iddiaçının iddia tələbini məhkəmə icraatı gedişində dəqiqləşdirərək xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini tələb etməsi baxımından, İPM-in 38.1-ci maddəsində nəzərədə tutulan 30 günlük iddia müddətinin ötürülmədiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi tərəfindən, məhz, qeyd olunanlar nəzərə alınmaqla, iddianın mümkün sayılaraq, əsaslı olaraq işə mahiyyəti üzrə baxılmışdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin iddianın mümkünsüz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. İşin mahiyyətinə gəldikdə, qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlamasının yekun nəticəsi onunla başa çatmışdır ki, iddiaçı barəsində son nəticədə əlverişsiz inzibati akt qəul edələrək, 07 yanvar 2022-ci il tarixli **********054500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə ona 105.979,57 manat məbləğində əlavə vergilər hesablanmışdır. Konkret halda iddiaçının tələbindən göründüyü kimi,kameral yoxlamanın nəticələrindən narazı qalan iddiaçı cavabdehin qeyd olunan qərarının ləğv edilməsi barədə iddia tələbi birinci instansiya məhkəməsinin qeyd olunan xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmişdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-yə: - "xxxx" MMCyə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 145003,00 manat məbləğində (ƏDV-si 26100,54) EBAW seriyalı 853989 nömrəli elektron qaimə-fakturanın 100.000,00 manat məbləğində (ƏDV-si 18000,00) əsas məbləği; -xx.xx.2021- ci il tarixdə təqdim edilmiş 166673,00 manat məbləğində (ƏDV-si 30001,14) EBBB seriyalı 005926 nömrəli elektron qaimə-fakturaların 166673,00 manat məbləğində əsas məbləği; - "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 256246,20 manat məbləğində (ƏDV-si 46124,31) EBAQ seriyalı 413999 nömrəli elektron qaimə fakturanın 256246,20 manat məbləğində əsas məbləği - ödənilmədiyi və yalnız təqdim olunmuş malların, sub uçot hesab vasitəsilə, ƏDV-si ödənilsə də 2021-ci ilin iyul ayı üçün 07 yanvar 2022-ci il tarixli **********054500 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə əlavə dəyər vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin mübahisəli əməliyyatların aparıldığı vaxt qüvvədəolan 166.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 177.1.1. vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə Həmin Məcəllənin 177.6-cı maddəsinə əsasən ƏDV dövlət büdcəsinə ödənilir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi Məcəlləsinin qeyd olunan tələblərindən göründüyü kimi,malların təqdim edilməsi əlavə dəyər vergisinin məqsədləri üçün vergitutma obyekti saylırı və ƏDV üzrə hesabat dövrü təqvim ayıdır. ƏDV tutulan əməliyyat vaxtı isə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxtdır (166.1) Konkret halda, işin mübahisələndirilməyən halıdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən ƏDV məqsədləri üçün vergi ödəyicisi kimi qeydiyyata alınmış və onun iyul 2021-ci il tarixinə apardığı mübahisəli əməliyyatlar üzrə üçüncü şəxslərə təqdim etdiyi malların dəyəri onun hesabına ödnilməmişdir ( Ödənilən vəsait yalnız təqdim edilən malların sub hesaba ödənilmiş ƏDV-sidir). Belə olan halda, Vergi Məcəlləsinin sadalanan tələbləri baxımından, iddiaçının 2021-ci ilin iyul ayı üçün hesabatı təqdim etmək və mübahisələndirilən əməliyyatlar, o cümlədən, üçüncü şəxslərə təqdim etdiyi mallara görə, onun əlavə dəyər vergisini hesablayıb ödəmək kimi öhdəliyi yaranmır. Çünki, qeyd edildiyi kimi, təqdim edilmiş həmin malların dəyəri onun hesabına hələ daxil olmamışdır. Bu baxımdan, Vergi Məcəlləsinin 166.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş, malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə iddia müddəti də bitməmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarının ləğv edilməsi barədə 07 yanvar 2022ci il tarixli **********054500 nömrəli qərarı ilə iddiaçıya hesablanmış vergi məbləği vergi qanunvericiliyinə uyğun olmamışdır.. Vergi Məcəlləsinin 3.8-ci maddəsi isə nəzərdə tutur ki, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə cavabdehin mübahisələndirilən qərarının ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə də cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4973/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4973/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar