Məhkəmə qərarları › İş №2-1(103)-845/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-845/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-845/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X3 ibarət tərkibdə, Sailova Aynur Rahib qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in X1rşı “pensiyanın təyin olunması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-5024/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla, X7 Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 9.4.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən, yəni 60 yaşı tamam olan gündən ona prokurorluq orqanlarının əməkdaşı kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 5024/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-5024/2019 saylı qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinixahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki: - İddiaçı xx.xx.1958-ci ildə Zaqatala şəhərində doğulmuşdur (AZE seriyalı 08152789 №-li Şəxsiyyət Vəsiqəsi). - İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2018-ci il tarixədək müxtəlif yerlərdə və vəzifələrdə, o cümlədən xx.xx.1986-xx.xx.2000-ci illərdə prokurorluq orqanlarında, xx.xx.2000-ci ildən xx.xx.2018-ci il tarixədək isə Azərbaycan Respublikası Vergilər Nazirliyində təhqiqat və istintaq idarəsində vergi cinayətlərinin ibtidai araşdırılması departamentində qulluq etmişdir (əmək kitabçası). “X7" Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli Qanununun 32.4-cü maddəsinə əsasən, yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən, prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquqmühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfındən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "R.Cəfərovun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Miilki Kollegiyasının xx xxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2012-ci il tarixli qərarında o hüquqi mövqe vurğulanmışdır ki, "Prokurorluq orqanlarında qulluq keçırıə haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Eyni zamanda, daha sonra qüvvəyə minmiş "X7" Qanunun "Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərə həsr edilən 9-cu maddəsi də prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin əmək pensiyası hüququnu təsbit edir (maddə 9.4.1.). Prokurorluq orqanlarında qulluq anlayışının aydınlaşdırılması üçün "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsinə nəzər yetirilməlidir. Belə ki, həmin müddəaya görə prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq- mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafızə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfındən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Beləliklə, prokurorluq işçilərinin əmək pensiyası hüququnu əldə etmək üçün qanunvericilikdə iki imkan - prokurorluq orqanlarında 25 il xidmət və ya prokurorluq orqanlarına işə keçərkən müvafıq digər orqanlarda, o cümlədən məhkəmə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər. Digər tərəfdən, stajın əksər hissəsini prokurorluq orqanlarında işləmiş, lakin 25 xidmət illəri tamam olmadan prokurorluq orqanlarından digər müvafıq orqanlara, o cümlədən hakim işləməyə keçmiş şəxsin sonrakı hakim stajının prokurorluqdakı xidmət illəri ilə birləşdirilərək, prokurorluq qulluqçusu kimi güzəştli pensiya hüququnun əldə olunması yuxarıda qeyd olunan qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-5024/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 5024/2019 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçının iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar