Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-919/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 (fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, İddiaçı (xx.xx.1957-ci il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuş, ünvan 1 m. 358 ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Xüsusi X1rşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2579/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin beşinci bəndində nəzərdə tutulan aylıq pul təminatı nəzərə alınmaqla İddiaçı pensiyanın 2007-2013-cü il tarixədək almalı olduğu 93,645 AZN məbləğində olan fərqi və eyni zamanda iki aylıq vəzifə maaşı müavinət və məzuniyyət pulu hesablanaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Milli Məclisinin (1995-2000-ci il İ çağırış) deputatı olmuşdur. 2002-ci ilin 2 dekabr tarixində əlilliyə görə əmək pensiyası almağa başlamışdır. “Azərbaycan Respublikası deputatların statusu haqqında” Qanunun 21-ci maddəsinə əsasən deputat nümayəndəlik səlahiyytlərini yerinə yetirilməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır. Həmin Qanunun 29-cu maddəsinə əsasən məzuniyyətdə olduğu zaman Milli Məclis tətilə buraxıldığı vaxt deputata məziniyyət verilir. Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 5-ci hissəsinə edilən xx xxxxxxxx 2004-cü il tarixli, 723-İİQD saylı dəyişikliklə bağlı 25 faiz ödənişi, xx xxxx 2008-ci il tarixli qanunda 649-111 DQ saylı dəyişikliklə bağlı xx xxxxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək əmək haqqına əlavə olunan 50% pul təminat ödənişi elə həmin dövrdə hesablanaraq ödəməmişlər. Cavabdeh təşkilat bu qanunla nəzərdə tutulmuş artımı iddiaçının pensiyanın hesablanmasında yalnız xx.xx.2013-cü ildən başlayaraq nəzərə almış, xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü illər ərzində isə nəzərə almamışdır.Göstərilən müddətlərdə pensiyanın ödənilməmiş hissəsinin fərqinin yenidən hesablanaraq müəyyənləşdirilməsi və ona ödənilməsinin təmin edilməsi barədə cavabdehə ərizə ilə müraciət edilmiş, cavabdeh isə cavab vermişdir ki, ərizədə qeyd edilmiş 50 faiz pul təminatı pensiyanın hesablanmasında xx.xx.2013-cü il tarixdən nəzərə alınmışdır. İddiaçı hesab edir ki, onun yuxarıda göstərilən müddətlərdə qanuna uyğun olaraq almalı olduğu pensiya fərqinin ödənilməsinə cavabdeh tərəfindən verilən imtina cavabı tam əsassızdır və qanuna uyğun deyil. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsinin iş üzrə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Binəqədi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsi ilə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçının nümayəndəsi (Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən xx xxx 2019-cu ildə iki il müddətinə verilmiş, AR-İ № 795096 seriya və nömrəli etibarnamə ,xx.xx.2021-ci il tarixədək qüvvədədir) və vəkili Vəkil1 iddia tələbinə dəqiqləşdirmə verərək, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin beşinci bəndində nəzərdə tutulan aylıq pul təminatı nəzərə alınmaqla İddiaçı pensiyanın xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2579/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin beşinci bəndində nəzərdə tutulan aylıq pul təminatı nəzərə alınmaqla İddiaçı pensiyanın xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2579/2019 saylı qərarını ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının deputat olduğu dövrdə “Azərbaycan Respublikası deputatların statusu haqqında” Qanunun 21-ci və 29-cu maddələrinin mətnləri: Maddə 21. Deputat hər ay əmək haqqı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar- xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır. Deputatların əmək haqqının və pul təminatının məbləği hər il üçün Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müəyyənləşdirilir. Maddə 29. Deputatın müalicə olunması və istirahət etməsi üçün pul təminatı Deputatın müalicə olunması və istirahət etməsi üçün Azərbaycan Respublikasının Milli Məclisi tətilə buraxıldığı vaxt deputata onun iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir". “Əmək pensiyaları haqqında” Qanunun 20.10-cu maddəsinə görə bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Milli Məclisinin deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının orta aylıq əməkhaqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisindən aldığı vəzifə maaşının və Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir. Analoji maddə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 72-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, deputatın pensiyası hesablanarkən deputat olduğu dövrdə aldığı vəzifə maaşı və məcburi dövlət sosial sığortasına cəlb edilən ödənişlər diqqətə alınmaqla hesablanan orta aylıq əmək haqqından çıxış edilir. İddiaçının onun pensiyası hesablanarkən diqqətə alınmalı olduğunu iddia etdiyi məbləğlər, məlum qanuna 2004-cü ildə əlavə edilib, yəni iddiaçının həmin məbləğləri əldə etmədiyi mübahisəsizdir. Qeyd edək ki, 2004-cü il dəyişikliyi əmək haqqının sonrakı artımı kimi də qiymətləndirilməməlidir. Ona görə ki, “əmək haqqının sonrakı artımı" ifadəsindəki “əmək haqqı” kəliməsindən məqsəd pensiyaya çıxan şəxsin, pensiyaya çıxan ana aldığı əmək haqqına daxil olan məbləğlərdir. Başqa sözlə, iddiaçının pensiya çıxan anda almadığı məbləğlər, sonradan müvafiq dəyişikliklərlə eyni statusa (konkret halda, hazırda deputat olan) malik olan şəxslərə ödənilməyə başlanılsa belə, onun pensiyasının yenidən hesablanmasının əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarının deputatlara da şamil olunduğunu bildirdi. İddiaçı məhkəmə kollegiyası iclasının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil1 (fərdi qaydada fəaliyyət göstərən vəkil) məhkəmə iclasına gəlsə də, iddiaçını işin apellyasiya icraatında təmsil etmək barədə etibarnaməsinin mövcud olmadığını, iddiaçının isə xəstə olduğunu bildirərək, özünü səlahiyyətsiz hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı 1995-ci il noyabrın 24-dən 2000-ci il noyabrın 24-dək Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur, ona xx.xx.2006-cı il tarixdən üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. O, xx.xx.2007-ci il tarixdən 1274,0 manat, xx.xx.2013-cü il tarixdən 2002,00 manat, xx.xx.2013-cü il tarixdən 2310,00 manat və xx.xx.2018-ci il tarixdən hazıradək 2541,00 manat pensiya alır. İddiaçı təyin olunan pensiya məbləğinin xx xxxxxxxx 2007-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək əmək haqqına əlavə olunan 50% pul təminatına görə pensiyanın yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etsə də, pensiyasının yenidən hesablanmasından cavabdeh tərəfindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İşin faktiki hallarından görünür ki, iddiaçı xx xxxxxxxx 2007-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək əmək haqqına əlavə olunan 50% pul təminatına görə pensiyanın yenidən hesablanması və həmin dövrə yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsinin üzərinə qoyulmasını istəyir. İddiaçı bununla əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən, işin faktiki hallarını xidməti vəzifəsinə uyğun olaraq tam araşdırmamış, bununla da qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2579/2019 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2579/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Xüsusi X1rşı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin beşinci bəndində nəzərdə tutulan aylıq pul təminatı nəzərə alınmaqla İddiaçı pensiyanın xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-919/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-919/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver