Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-997/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğvi və qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilərək qaçqın statusu verilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vahid Nəriman oğlu Sadıqovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğvi və qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilərək qaçqın statusu verilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5229/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Əfqanıstan İslam Respublikası vətəndaşı və etnik olaraq həzara, dini mənsubiyyətinə görə şiə müsəlmandır. xx.xx.1992-ci ildə İran İslam Respublikasının Tehran vilayətinin Vəramin əyalətinin Pişva məntəqəsinin Kənək kəndində anadan olub. 5 illik ibtidadi təhsilini İranda “X4” məktəbində almış, ailəsi Əfqanıstan İslam Respublikasına köçdükdən sonra Məzari-Şərifdə “X6” adına məktəbdə 6-9-cu sinifləri oxumuş, 9-12-ci sinifləri isə Heratda “Eşpe Liseye cami” məktəbində oxumuşdur. Heratda “X5” adına universitetdə iqtisadiyyat ixtisası üzrə ali təhsil almış, “Əfqanıstan-Almaniya” kursunda 3 aylıq mühasibat təlim keçmişdir. 1 il Heratın Cibeyi kəndində müəllimlik etmişdir. 2018-ci ilin oktyabr ayında dayısı Həsən ilə babasından qalmış mirasdan anasına düşən payı istədiyi üçün mübahisə etmiş, buna görə də dayısı tərəfindən təhdid olunduğuna istinad edir. Dayısının onu öldürmək istədiyi üçün Əfqanıstana geri qayıtmaq istəmir. Cavabdeh orqanın İQ-54/1 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı qaşqın statusunun verilməsindən imtian edilmişdir. İddiaçı cavabdehin qərarından inzibati qaydada şikayət vermiş, 122 saylı xx.xx.2020-ci il tarixli qərarla şikayəti rədd edimişdir. Cavabdeh inzibati orqanın qərarından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, xx.xx.2019-cu ildə Azərbaycana gəlmiş, xx xxxxxx 2019-cu ildə sığınacaq vəsatəti ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparılmışdır. O, dayısının onu öldürmək istədiyi üçün Əfqanıstana geri qayıtmaq istəmədiyini bildirmişdir. O, cavabdehin qərarından inzibati şikayət vermiş, lakin 122 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə inzibati şikayət rədd edilmişdir. Şikayət instansiyası qərarını onun tərəfindən verilmiş şikayətin əsassız olması ilə (ümumi və qeyri-müəyyən sözlərlə) əsaslandırmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5229/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdehin qərarı qanuni və əsaslı deyil. iddiaçı işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar vermiş və həmin izahatlar işin hallarına münasibətdə spesefikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. İddiaçının izahatları ona verilən suallar çərçivəsində olmuş və ona verilməyən sualları əhatə etməmişdir. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. İddiaçının işində digər şahid ifadəsi mövcud deyil. İddiaçının işində xarici mötəbərliyin qiymətləndirilməsi üçün MÖM nəzərdən keçirilməlidir. Onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. İddiaçının təqib qorxusu vardır. Buna əsasən də o, öz ölkəsinin himayəsindən istifadə edə bilmir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin faktiki hallarından görünür ki, 1992-ci il təvəllüdlü, milliyətcə həzarə, dini etiqadına görə islam (şiə) Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı xx.xx.2019-cu ildə Azərbaycan Respublikasına gəlmiş, xx xxxxxx 2019-cu ildə qaşqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı ali təhsilli olduğunu, məktəbi İranda “X4” adına məktəbdə 5-ci sinfə qədər oxuduğunu, Əfqanıstanda 2 yerdə Məzri –Şərifdə “X6”-də 9-cu sinfə qədər, Heratda “Eşpe Liseydə-cami” 9-12-ci sinifləri oxuduğunu, Universtiteti heratda oxuduğunu, “X5” adına universitetdə iqtisadiyyat üzrə təhsil aldığını, Əfqanıstan-Almaniya kursunda mühasibat üzrə 3 aylıq kurs keçdiyini, lakin sənədlərini götürmədiyini, təxminən 1 il məktəb müəllimi olduğunu, tikintidə daş işlərini, yəni bənnalıq, daş döşəmə, istixanadan tərəvəz becərməyi bacardığını, 16 yaşı olarkən təxminən 1387 (2008)-ci ildən etibarən işləyə başladığını, ilkiş yerinin heratda tikintidə bənnalıq olduğunu, 4 il Heratda daş işləri ilə məşğul olduğunu, sonra universitetə dacil olduğunu, təhsil aldığı müddətdə, yəni 1393-1396 (2014-2017)-cı illərdə işlədiyini yalnız həmin dövr olmaqla Heratın Cibreyi kəndində təxminən 1 il müəllimlik etdiyini, universtiteti bitinrdikdən sonra atasına istixanada tərəvəz yetişdirməyə təxminən 2 il kömək etdiyini, sonra İrana getdiyini və oradan Azərbaycana gəldiyini, gəldiyi tarixin dəqiq yadında olmadğını, təxminən 1 aydan coxdur burda olduğunu, bura gəlməzdən əvvəl 15 gün Dubayda qaldığını, 1.5 ay isə İranda olduğunu, İranda və Dubayda işləmədiyini, İranda əmisinin və xalasının evində qaldığını, İranda və Dubayda olarkən iş axtarmadığını, subay olduğunu (dini kəbin), 3 qardaşının, bacısının olmadığını, ailədə birinci uşağın olduğunu, onunla birlikdə Azərbaycana heç kimin gəlmədiyini, məcburi olmadığından hərbi xidmətə çağırılmadığını, heç bir təşkilata üzv və ya tərəfdar olmadığını, həbs olunmadığını, Herat ölkəsinin Cibreyi kəndində yaşadığını, ordan xx.xx.2019-cu ildə qanuni yolla çıxdığını, xx.xx.2019-cu ildə təyyarə ilə qanuni yolla Azərbaycan Respublikasına daxil olduğunu, Azərbaycan Respublikasında ünvan 3 ünvanında yaşadığını və həmin ünvanda qeydiyyata alındığını, qaçqın statusu almaq niyyətində olduğunu, əvvəllər qaçqın statusu almaq üçün müraciət etmədiyini, “Əfqanıstanı niyə tərk etmisiniz?” sualına “ Mən Əfqanıstanı dayım Həsən tərəfindən təhdid olunduğum üçün tərk edirəm”, “Dayınız Sizi necə təhdid edir?” sualına “Miras üstündə təhdid edir. Babam 5 il əvvəl vəfat edib, ondan 70 cərib torpaq qalıb, 10 cəribi anamın payına düşür, bu 9 mln əfqani pul edir. Əfqanıstanda adamlar qadının haqqına əhəmiyyət vermir, lakin mən iddia qaldırdım, anamın payınha düşəsi istədim, kiçik dayım çox ciddi təhdid etmədi, böyük dayım Həsən isə məni tüfəngin arxası ilə başımdan vurdu, mənə dedi ki, səni öldürəcəm, qoy o birilərinə də ibrət olsun. Mən iddia qaldırdıqdan sonra xalamın əri də arvadının payını istədi, dsayımk məni təhdid etdikdə valideynlərin qorxdular, məni Kəbirə göndərdilər, mən Kabildə qalıb pasport aldım, sonra Əfqanıstanı tərk etdim. Əfqanıstanda adam öldürmək çox asan işdir, kiməsə pul verib adamın ölümünü rahat sifariş vermək olar. Buna görə də ölkəni tərk etdim”, “Siz babanızdan qlamış torpağa nə vaxt iddia etdinir?”sualına, “Təxminən keçən il idi, əqrəb (23 oktyabr-21 noyabr) ayında mən iddia qaldırdım”, “Hansı şəkildə iddia qaldırdınız?” sualına, “Mən onun yanına getdim, heç kim cürət edib gedib torpağı istəyə bilməmişdi, həmişə çiynində tüfəngi ilə gəzirdi, belə ki, bu silaha görə icazəsi vardı, m\n gedib dedim ki dayıcan anamın torpağını istəyirəm, dedi nə torpaq, bizim qızımız v ardı, ərə verdik, evi oldu əriznin evi, dedim babam vəsiyyət qoyub, vəsiyyətnamə dedikdə məni tüfəngin arxası ilə vurdu, dayımın uşaqları, xalamın əri araya girib bizi araladılar, yoxsa bəlkə də öldürərdi, sonra dayımın oğlu mənə xəbər verdiki, dayın adam tutub səni öldürmək istəyir, qaç burdanl”, “Nazianın Hansı dayınız oğlu xəbər verdi?” sualına, “Dayımın oğlu Məhdi dedi. Biz Məhdi ilə dostuq, baxmayaraq ki, atası ilə problemimiz var. Biz Məhdi ilə universitetdə birlikdə oxumuşuq, ikimiz də iqtisadiyyat oxumuşuq”, “Məhdi Sizə bu xəbəri nə vaxt verdi?” sualına, “Təxminən dayımla dalaşdıqdan sonra 6 ay sonra, Novruz bayramının 13-cü günü, “mele”-yə (Novruzdan sonra 13 gün gəzintisi) getdikdə Məhdini gördüm, orada dedi ”, “Siz dayınızla mübahisə etdikdın sonra Məhdini ilk dəfə idi görürdünür?” sualına, “ Xeyr, görüşürdük sadəcə mən yenidən dayımj yanına 2-3 dəfə getmişdim, lakin o hadisədən sonra qorxurdum, ona görə də tək getmirdim, yaıçda bir neçə nəfər aparırdım. Məhdi mənə dedi ki, dayım adam tutub məni aradan götürmək istəyir”, “Mübahisə zamanı Siz dayınızı vurdunuzmu?” sualına, “Xeyr, vurmadım”, “Dayınızın yanına bu məsələ ilə bağlı neçə dəfə getdiniz?” sualına, “6 dəfə”, “Dayınızın evinə başqa hansı bir münasibətlə, yaxud ümumi olaraq gedib-gəlirdinizmi?” sualına, “Xeyr, çünki bizim dayımla münasibətimiz heç vaxy yaxşı olmayıb, mənim Məhdi ilə münasibətim yaxşı olub, ona görə ki 11-ci sinifdən birlikdə oxumuşuq, onunla da çöldə görüşürdüm, dayımın evindı deyil”, “Polisə dayınızdan şikayət etdinizmi?” sualına, “Xeyr”, “Əbdülxaliq Nəüçün?” sualına, “çünki qorxurdum”, “Özü ilə dalaşmağa dəfələrlə getdiyiniz halda polisə şikayət etməkdən qorxurdunuzmu?” sualına, “Bəli, demişdi ki, polisə şikayət etsən səni öldürəcəm,həm də mən şikayət etsə idim 13-cü nahiyyəşikayət etməli idim, buranın polis rəisi də dayım la dost idi, həm də qorxurdum ki, pul gücünə o, mənim polisə şikayətimin qarşısını alar.o O, bu sözü daha əvvəl demişdi. Belə ki, 5 il əvvəl babam vəfat edəndə atam və xalamın əri ondan haqq istəyəndə demişdi ki, əgər polisə şikayət etsıniz sizə və ya ailə üzvünə zərər yetirərəm, natamgil əvvəl payı istəmişdilər, 3 milyon pul edir, az deyi”, “Siz daha əvvəl demişdiniz ki, ananızın payı 9 milyon edir, indi isə desyirsiniz ki, 3 milyon dəyəri, məlumatı dəqiqləşdirə bilərsinizmi?” sualına, “ Ümumiyyətlə anam və xalalarımka düşən 9 milyon edir, anama burdan 3 milyon düşür”, “Dayınız ailə üzvlərinizdən nə vaxtsa kimisə təhdid edibmi?” sualına, “Xeyr, dayəm heç kimi təhdid etməmişdir, çünki heç kim mirasa iddia etmədi, neçə il sonra ilk şəxs mən oldum ki, iddia etdim”,“Hər hansı bir başqa şəxs ailə üzvlərinizdən kimisə nə vaxtsa təhdid edibmi?” sualına, “Xeyr”, “Şiz şəxsən başqa kim tərəfindənsə təhdid olunmusunuzmu?” sualına, “Xeyr, mən 19.8-ci ilin həməl ayının axırı, təxminən 29-u Kabilə getdim, 4 ay Kabildə qaldım, sonra yenidən herata qayıtdım, anam dedi ki burada qalma, ölkədən çıx”, “Kabildə qaldığınız müddətdə kimsə Sizi təhdid etdimi?” sualına, “ Xeyr, heç kim təhdid etmədi”, “Kabildən Herata hansı tarixdə qayıtdınız?” sualına, “1 aya yaxın Heratda qaldım, bu zaman Heratda olduğumu heç kim bilmədi, 1 aya yaxın müddətdə işlərimi düzəldib ölkəni tərk etdim”, “Siz Heratda olarkən hansı işləriniz düzəltdiniz?” sualına, “Mən İrana viza aldım”, “4 ay Kabildə heç kim təhdid etmədən yaşadığınız halda nə üçün Herata qayıtdınız?” sualına, “Çünki dayım oğlu Məhdi mənə zəng edərək dedi ki, ölköədən çıx dayın adam tutur”, “Məhdi sizə zəng edib ölkədən çıxmağınızın lazım olduğunu dediyi halda Herata qayıtdınız, bu süizin üçün təhlükəli deyildimi”? sualına, “Mən Herata qayıtdım, çünki pasportum heratda idi, pasportsuz ölkədən çıxa bilməzdim”, “Əfqanıstanı tərk etməyinizin hər hansı bir başqa səbəbi də varmı ?” sualına, “Xeyr, başqa səbəb yoxdur”, “Əfqanıstana qayıtmaq istəyirsinizmi?” sualına, “Əfqanıstanda yaxşı iqtisadi vəziyyət yoxdur. İstəmirəm gedim, həm də təhlükəsizlik vəziyyəti yaxşı deyil. Mən Əfqanıstanı tərk edib İrana getməzdən 1 həftə əvvən evimizin arxasında intiar partlayışı oldu, hətta evimizin şüşələri qırıldı”, “İntihar partlayışıp Heratda olmuşdu?” sualına, “Bəli, Cibreyidə, evimizə yaxın”,“Əgər Əfqanıstana qayıtsanız həyatıız üçün hansı təhlükə ola bilər?” sualına, “Mə İranda olarkən hətta dayəm demişdi ki, Mustafa geri qayıtsa onu sağ qoymayacam, onun xəbəri var idi ki mən İrana getmişəm”, “Bunu Sizə kim dedi?” sualına, “Anam dedi, dayım an ama demişdi”, “Ananızla dayınızın münasibəti varmı, gediş-gəlişləri olurdu?” sualına, “Çox az, çox qaz münasibət saxlayırdılr”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına, “Mən xahiş edirəm ki, mənə burada qalmağa icazə verəsiniz, Mən istəyirəm ki, burada magistratura təhsili alım, belə ki, mənim təhsilə böyük marağım var, sonrada burada yaşamağa davam edim”, “Siz hər hasnsı universitetə magistr təhsili üçün müraciətetmisinizmi?” sualına, “Türkiyədə magistratura oxumaq üçün 1397 (2018)-ci ildə müraciət etmişdim, 1-ci mərhələdən keçdim, 2-ci müsahibə mərhələsindən keçmədim, çünki bildiyimə görə müsahibədən ancaq universitet müəllimləri keçmişdilər, Azərbaycanda hələ müraciət etməmişəm”, “Fars dilində verilən sualları başa düşdünüzmü?” sualına “Bəli“ cavabını verərək və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Əfqanıstana qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X1rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, xx xxxx 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini həyatı üçün təhlükə olması ilə əlaqələndirmiş, lakin özünün hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. Həmçinin iddiaçının vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmadığı müəyyən olunur. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun mövcudluğu halı aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nıntələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikyaətində qyd etdiklərinə dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5229/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2-1(103)-997/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-997/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver