Məhkəmə qərarları › İş №2-1(104)-17/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-17/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-17/2023 29.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-5/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Naiqin K "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 09/01 nömrəli arayışında Cəmiyyətin 19 nəfər işçisinin olması qeyd edilmişdir.

2. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli **********497200 nömrəli məktubundan görünür ki, Naiqin K "xxxx" MMC-nin 2010-cu ildə 31, 2011-ci ildə 28, 2012ci ildə 53, 2013-cü ildə 71, 2014-cü ildə 27, 2015-ci ildə 26, 2016- cı ildə 20, 2017-ci ildə 19, 2018-ci ildə 19 işçisi olmuşdur.

3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqqhesab cədvəllərindən görünür ki, Naiqin K "xxxx" MMC-nin 2002-ci ildə 102, 2003-cü ildə 54, 2004-cü ildə 52, 2005-ci ildə 50, 2006-cı ildə 67, 2007-ci ildə 42 və 2008-ci ildə 57 nəfər işçisi olmuşdur.

4. xx.xx.2018-ci il tarixli 188/********** nömrəli sərəncamdan görünür ki, Naiqin K "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına DSMF-nin Tovuz rayon şöbəsi tərəfindən 100.146,73 manat məbləğində sərəncam qoyulmuşdur.

5. xx.xx.2018-ci il tarixli 188/********** nömrəli, 188/********** nömrəli, 188/********** nömrəli, 188/********** nömrəli, 188/********** nömrəli, 188/********** nömrəli, 188/********** nömrəli sərəncamlardan görünür ki, Naiqin K "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına DSMF-nin Tovuz rayon şöbəsi tərəfindən 117.790,20 manat məbləğində sərəncam qoyulmuşdur.

6. xx.xx.2018-ci il tarixli 188/********** nömrəli sərəncamdan görünür ki, Naiqin K "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına DSMF-nin Tovuz rayon şöbəsi tərəfindən 20.931,80 manat məbləğində sərəncam qoyulmuşdur.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon filialının xx.xx.2018-ci il tarixli, 69/7-1849 nömrəli məktubundan görünür ki, Naiqin K "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına qoyulmuş inkasso sərəncamı təşkilatın rəhbərliyinin müraciətindən sonra fond tərəfindən götürülmüş və təşkilatın bank əməliyyatlarına qoyulmuş məhdudiyyət aradan qaldırılmışdır.

8. Naiqin K "xxxx" MMC-nin DSMF-yə təqdim etmiş olduğu hesabatları əsasında yaranmış olan borc məbləğinin illər üzrə açıqlama cədvəlindən görünür ki, Naiqin K "xxxx" MMC-nin xx.xx.2002-ci ilədək və həmin tarixdən 2015-ci ilin İV rübünədək ümumilikdə 88250,70 manat sosial sığorta haqqı borcu yaranmışdır.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 18 fevral 2022-ci il tarixli, **********005300 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinə əsasən 01 yanvar 2019-cu il tarixə işəgötürənlərmuzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə 79554,24 manat məcburi dövlət sosial sığorta və 21898,74 manat pensiya borcu vardır. "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına **********0 nömrəli, 18 fevral 2022-ci il tarixli “Dondurulmalı sərəncam” qoyulmuşdur. "xxxx" MMC qeydiyyatda olduğu vergi orqanına 2010-2018-ci illər ərzində təqdim edilmiş illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyənnaməsinə əsasən 2010-cu ildə 30, 2011-ci ildə 27, 2012-ci ildə 53, 2013-cü ildə 71, 2014-cü ildə 26, 2015-ci ildə 26, 2016-cı ildə 20, 2017-ci ildə 19 və 2018ci ildə 19 orta aylıq işçi sayları olmuşdur.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 07 aprel 2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) olan məlumatlara əsasən sığortaedənin 1 oktyabr 2018-ci il tarixə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər(büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 79554 manat 24 qəpik və maliyyə sanksiyası o cümlədən penya) üzrə 21898 manat 74 qəpik borcu yaranmışdır. MEİS-də olan məlumatlara əsasən həmin dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 21ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə görə 2018-ci ilin 27 iyul tarixində sığortaedənə 10250 manat məcburi dövlət sosial sığorta haqqı və 9570 manat maliyyə sanksiyası kameral qaydada hesablanmışdır. Həmçinin, sığortaedən tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində 4399 manat 26 qəpik məcburi dövlət sosial sığorta haqqı Fondun xəzinə hesabına ödənilmişdir. Həmin dövrlər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabat”lar təqdim edilmədiyi üçün kameral qaydada hesablanmış və ödənilmiş vəsaitlər sığortaedənin şəxsi hesab vərəqəsində 2018-ci ilin 1 oktyabr tarixinədək yaranmış borc öz əksini tapmamışdır.

11. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Tovuz Rayon Statistika İdarəsinin 16 iyun 2022-ci il tarixli, 50 nömrəli məktubunda qeyd olunmuşdur ki, Naiqin K "xxxx" MMC-nin 2012-ci il üzrə 22 nəfər, 2013-cü il üzrə 22 nəfər, 2014-cü il üzrə 22 nəfər, 2015-ci il üzrə 22 nəfər, 2016-cı il üzrə 20 nəfər, 2017-ci il üzrə 19 nəfər, 2018-ci il üzrə 19 nəfər işçisi olmuşdur.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 iyun 2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunur ki, Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) olan məlumatlara əsasən sığortaedənin 1 yanvar 2016-cı il tarixə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər(büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 82297 manat 25 qəpik və maliyyə sanksiyası o cümlədən penya) üzrə 19518 manat 97 qəpik borcu yaranmışdır. MEİS-də olan məlumatlara əsasən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli, 1042-Q nömrəli qanununa əsasən sığortaedənin 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə 29 557 manat 55 qəpik borcu, 2015-ci ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (o cümlədən penya) üzrə 14573 manat 69 qəpik borcu silinməli olduğu halda silinməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə edilir.

13. Apellyasiya icraatı zamanı təqdim edilən 9/6658 nömrəli, 29 dekabr 2022-ci il tarixli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, tədqiqata təqdim edilmiş iş materialları ilə tanışlıq zamanı müəyyən edildi ki, həmin sənədlər ekspert qarşısında qoyulan suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq üçün tam deyildir. Belə ki, təqdim edilmiş iş materiallarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Tovuz Naiqin K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış məcburi dövlət sosial sığorta haqlarının düzgün olubolmamasını və ya hansı məbləğdə olmasını və s. müəyyən etmək üçün əmək haqqı ştat cədvəlləri, əmək haqqı hesablanmasına dair aylar üzrə əmək haqqı cədvəlləri, əmək müqavilələri və s. mövcud deyildir. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan şəxsi hesab vərəqəsində, DSMF tərəfindən tərtib olunmuş cədvəllərdə (yaranmış borc məbləğinin açıqlamasına dair) isə borc məbləği aşağıdakı kimi olmuşdur. 1. xx.xx.2006-cı ilə olan ümumi borc məbləği—19.810,86 manat (əsas borc və penya); 2. xx.xx.2006-ci ildən xx.xx.2019-cu il tarixədək— 101.452,98 manat (79.554,24 manat əsas borc, 21.898,74 manat penya). Eyni zamanda qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etirazda (borc və hesablanmış borcun hansı tarixə olması ilə bağlı) 101.452,98 manat (79.554,24 manat əsas borc, 21.898,74 manat penya) borc məbləğinin xx.xx.2017-ci il tarixinədək olması göstərilmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, təqdim edilmiş iş materiallarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Tovuz rayon filialı tərəfindən Naiqin K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış məcburi dövlət sosial sığorta haqlarının düzgün olub-olmamasını və ya hansı məbləğdə olmasını və s. müəyyən etmək üçün əmək haqqı ştat cədvəlləri, əmək haqqı hesablanmasına dair aylar üzrə əmək haqqı cədvəlləri, əmək müqavilələri və s. mövcud deyildir. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan şəxsi hesab vərəqəsində, DSMF tərəfindən tərtib olunmuş cədvəllərdə (yaranmış borc məbləğinin açıqlamasına dair) və s. sənədlərdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Naiqin K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borc üzrə silinmə aparılması müəyyən olunmadı.

14. Apellyasiya icraatı zamanı təqdim edilən "xxxx" MMC (VÖEN **********) 0111(işəgötürən muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər(büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət kodu üzrə 2006xx.xx.2018-ci illərdə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumatda qeyd olunur ki, 2006-ci ilin əvvəlinə sığortaedənin 30 687,68 manat borcu qeyd edilmişdir. Həmçinin, peniya hesablamaları: 2008-ci il üzrə-3299,30; 2009-cu il üzrə-3786,02; 5530,27; 5393,27; 5393,27; 2010-cu il üzrə-5500;6000;6500;6500; 2011-ci il üzrə- 7000;7000;7000;7500; 2012-ci il üzrə-9000;10 000;10500;11178,68; 2013-cü il üzrə- 11 500;12359,44; 13176,14; 14 092,84; 2014-cü il üzrə-14 764,19; 15270,49; 15790,47; 16432,06; 2015-ci il üzrə-17 161,50; 17 946,71; 18 736,15; 19 518,97; 2016-cı il üzrə- 20 273,75; 21 005,29; 21547,16; 21 898,74; 2017-ci il üzrə-21 898,74; 2018-ci il üzrə- 21 898,74. Qeyd 1:həmin dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə 2018-ci ilin 27 iyul tarixində sığortaedənə 10 250 manat məcburi dövlət sosial sığorta haqqı və 9570 manat maliyyə sanksiyası kameral qaydada hesablanmışdır. Həmçinin, sığortaedənin tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində 4399 manat 26 qəpik məcburi dövlət sosial sığorta haqqı Fondun xəzinə orqanlarındakı xəzinə hesabına ödənilmişdir. Həmin dövrlər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabat”lar təqdim edilmədiyi üçün kameral qaydada hesablanmış və ödənilmiş vəsaitlər sığortaedənin şəxsi vərəqəsində 2018-ci ilin 1 oktyabr tarixinə yaranmış borcda öz əksini tapmamışdır. Qeyd 2: sığortaedənin 2008-ci ilin sonuna borcu məcburi dövlət sosial sığorta haqqı üzrə 37915 manat 20 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə borc 3299 manat 30 qəpik olduğu halda həmin borc 2009-cu ilin 1-ci rübünün əvvəlində məcburi dövlət sosial sığorta haqqı üzrə 37 664 manat 8 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 3550 manat 42 qəpik kimi, 2009-cu ilin 1-ci rübünün sonuna məcburi dövlət sosial sığorta haqqı üzrə 39974 manat 8 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 3786 manat 2 qəpik olduğu halda həmin borc 2009cu ilin 2-ci rübünün əvvəlində məcburi dövlət sosial sığorta haqqı üzrə 38 229 manat 83 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 5530 manat 27 qəpik kimi və 2009-cu ilin 2-ci rübünün borcu sonuna məcburi dövlət sosial sığorta haqqı üzrə 40 949 manat 83 qəpik, maliyyə sanksiyası üzrə borc 5530 manat 27 qəpik olduğu halda həmin borc 2009cu ilin 3-cü rübünün əvvəlində məcburi dövlət sosial sığorta haqqı üzrə 41 086 manat 83 qəpik, maliyyə sanksiyası üzrə 5393 manat 27 qəpik kimi öz əksini tapmışdır.

Birinci instansiya məhkəməsində birinci icraat:

15. İddiaçı Naiqin K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində Naiqin K "xxxx" MMC-yə dəymiş maddi ziyan kimi 389.748 (üç yüz səksən doqquz min yeddi yüz qırx səkkiz) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi, cavabdeh tərəfindən Naiqin K "xxxx" MMC-nin "xxxx" ASC-də və digər banklarda olan hesablarının üzərinə qoyulmuş sərəncamların ləğv edilməsi və borcların silinməsi, Naiqin K "xxxx" MMC-nin hesablarının üzərinə qoyulmuş sərəncamlar nəticəsində şirkətin fəaliyyətinin dayanması, şirkətin öz tərəfdaşlarını itirməsi nəticəsində əldən çıxmış fayda kimi 200.000 (iki yüz min) manat məbləğində pulun cavabdehdən tutulub Naiqin K "xxxx" MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmənin 2-1(83)-73/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilmiş, həmçinin məhkəmənin 2- 1(114)-5/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tamamilə əsassız olaraq xeyli vaxtdır, iddiaçı müəssisəni məhkəmələrə verməklə onların əsassız olaraq məhkəmələrdə iştirak etməyinə və vaxtlarının əsassız yerə sərf etmələrinə səbəb olan iddialar qaldırmışdır. Cavabdehin iddialarında belə bir dəlilə istinad olunur ki, iddiaçı 88.250,70 manat məbləğində pulu DSMF-nin Tovuz rayon şöbəsinin xeyrinə ödəməlidir. İddiaçının bankda olan hesabına cavabdeh tərəfindən əsassız olaraq həbs qoyulmuş, müəssisənin hesabında olan pul vəsaitindən istifadə etmək mümkün olmamış və nəticədə müəssisənin işgüzar nüfuzuna maddi ziyan dəymişdir. Müəssisənin hal-hazırda və əvvəllər də 19 nəfər işçisi olmuşdur. Bu şəxslərin müəssisə ilə əmək müqaviləsi var və əmək müqaviləsinə uyğun olaraq hər ay sığorta məbləği DSMF-nin Tovuz rayon şöbəsinə ödənilir. Cavabdeh əlində heç bir əmək müqaviləsi olmayan insanların adı belə olmadığı halda iddiaçıdan 88.250,70 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tələb edir. Halbuki məcburi dövlət sosial sığorta haqqı tələb etmək üçün hər bir işçinin əmək müqaviləsinin surəti və işçi haqqında bütün məlumatlar sığorta idarəsinə təqdim edilməlidir. Buna baxmayaraq cavabdeh iddiaçının bank hesabları üzərinə sərəncam qoymaqla onun işgüzar nüfuzuna külli miqdarda ziyan vurmuşdur. Nəticədə iddiaçının xarici şirkətlərlə olan fəaliyyətində geriləmələr olmuş, bu da həmin şirkətlər qarşısında iddiaçının götürdüyü öhdəliyin yerinə yetirilməməsinə səbəb olmuş və bunun da nəticəsində beynəlxalq müqavilələrlə işləyən müəssisəyə 389.748 manat dəyərində ziyan dəymişdir. Buna görə də məhkəmə qaydasında cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınmalı və cavabdehin qanunsuz hərəkətləri nəticəsində Naiqin K "xxxx" MMC-yə dəymiş maddi ziyan kimi 389.748 (üç yüz səksən doqquz min yeddi yüz qırx səkkiz) manat məbləğində pul alınıb iddiaçıya verilməli, cavabdeh tərəfindən Naiqin K "xxxx" MMC-nin "xxxx" ASC-də və digər banklarda olan hesablarının üzərinə qoyulmuş sərəncamlar ləğv edilməli və borc silinməli, Naiqin K "xxxx" MMC-nin hesablarının üzərinə qoyulmuş sərəncamlar nəticəsində şirkətin fəaliyyətinin dayanması, şirkətin öz tərəfdaşlarını itirməsi nəticəsində əldən çıxmış fayda kimi 200.000 (iki yüz min) manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-5/2020 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun hər hansı subyektə vurduğu ziyanın ödənilməsinin hüquqi varislik qaydasında vergi orqanına keçməsi nəzərdə tutulmamışdır. Ona görə də qeyd olunan öhdəliklər üzrə vergi orqanı cavabdehlik daşıya bilməz. Digər tərəfdən iddiaçıya hesablanmış borc məbləği məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc məbləğidir ki, bunu da ödəmək qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəlikdir. Odur ki, qanuni əsaslarla hesablanmış borc məbləğinin silinməsi ilə bağlı iddia qanunvericiliyin istinad olunan normasının tələbləri ilə ziddiyət təşkil etdiyindən təmin edilə bilməz. Naiqin K "xxxx" MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc məbləğinə görə DSMF-nin Tovuz rayon şöbəsi tərəfindən iddiaçının "xxxx" ASC-də olan hesablarına xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli sərəncamlar qoyulsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 69/7-1849 nömrəli məktubundan görünür ki, Naiqin K "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına qoyulmuş inkasso sərəncamı təşkilatın rəhbərliyinin müraciətindən sonra fond tərəfindən götürülmüş və təşkilatın bank əməliyyatlarına qoyulmuş məhdudiyyət aradan qaldırılmışdır. Bu baxımdan tələb qeyd olunan hissədə də əsaslı hesab edilə bilməz.

20. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən iddia tələbinin “dəymiş ziyanın, əldən çıxmış gəlirin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, “Sosial Sığorta haqqında” Qanunun 30 noyabr 2018-ci il tarixli, 1360-VDQ nömrəli Qanunla edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sosial haqların qaytarılması Vergi Məcəlləsində qeyd edilmiş qaydada həyata keçirilir (Qanunun 9-1.1-ci maddəsi). Məhkəmə hesab etmişdir ki, həmin Qanuna edilmiş dəyişiklikdə Dövlət Sosial Müdafiə Fondunun hər hansı bir subyektə vurduğu ziyana görə varislik qaydasında vergi orqanına ziyan ödənilməsi nəzərdə tutulmamışdır. Ona görə də bu öhdəliklərə görə vergi orqanı cavabdehlik daşıya bilməz. Bununla bağlı xx.xx.2020-ci il tarixli sərəncamla iddiaçı olaraq "xxxx" MMC-yə cavabdehin əsl cavabdeh olaraq 14 saylı ƏVİ ilə əvəz edilməsi izah edilmiş və xx.xx.2020ci il tarixli iclasında cavabdehin əsl cavabdehlə əvəz edilməsi və əlavə cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun cəlb edilməsi izah edilməsi və nəticələri izah edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi cavabdeh qismində 14 saylı ƏVİ-nin çıxış etməli olmasını bildirməsi əsası ilə tələb “dəymiş ziyanın, əldən çıxmış gəlirin ödənilməsi” hissəsi üzrə təmin edilməmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iştirakçılarına yardım etməyə borcludur. Bu halın olmadığı halda qərarın yuxarı ya məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır. İddia ərizəsində məhz DSMF Tovuz rayon şöbəsi göstərilmiş, məhkəmənin yardım göstərməsi barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyildir, iddia ərizəsinə məhkəmə qərarında qeyd edildiyi kimi cavabdehin dəyişdirilməsi iddiaçı tərəfindən düzəliş edilməmiş, iddiaçı tərəfindən cavabdehin əsl cavabdeh 14 saylı ƏVİ olması barədə hər hansı bir sənəd təqdim edilməmişdir. Hesab edilir ki, iddianın “dəymiş ziyanın, əldən çıxmış gəlirin ödənilməsi” hissəsində əsaslıdır və məhkəmə bu hissədə əsaslandırmanı düzgün etməmiş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Tələbin “borcun silinməsi” hissəsində məhkəmə tərəfindən təmin edilməməsi əsası o olmuşdur ki, "xxxx" MMC-yə hesablanmış 88 250,7 manat borc məbləği 2002-2018-ci illər üzrə borc məbləği olmaqla bu məbləğ həmin illər üzrə ödənilməmiş borc məbləğidir. Bu səbəbdən də əsas borc və əlavə faizlərə görə “Naiqin K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün bank hesablarına həbs qoyulması əsaslıdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il 09 avqust 440 nömrəli əmri ilə təsdiq edilmiş və müvafiq qaydada dövlət qeydiyyatına alınmış “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 34-cü maddəsinin İ hissəsinə əsasən məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödəniİməsi gecikdirildikdə yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş (Əlavə №1) göndərir. Həmin Qaydaların 35-ci maddəsinə əsasən DSMF orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququna malikdir. Qanunvericiliyə müvafiq olaraq belə sığortaedənlərə (hüquqi şəxs olanlara) qarşı iddia qaldırmaq üçün onlara əvvəlcədən (sərəncam banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 60 gün müddət verilməklə) iddianın qaldırılacağı barədə xəbərdarlıq (Əlavə № 3) göndərilir. Xəbərdarlıq imzaetmə yolu ilə verilir və ya sifarişli poçtla göndərilir, xəbərdarlıqda göstərilən müddətdə borc məbləği ödənilməzsə, DSMF orqanları sığortaedənin (hüquqi şəxs statusunda olanlar) hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılması və sığortaedənin (hüquqi şəxs statusunda olanlar və fiziki şəxslər) fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün iddia ərizəsi ilə müvafiq məhkəmə orqanlarına müraciət edirlər. İddia ərizəsinə, həmçinin xəbərdarlıq məktubu, məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlar, iddia ərizəsinin cavabdehə göndərilməsini sübut edən sənəd (poçt qəbzi) əlavə olunur. Qeyd olunan normalardan görünür ki, məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə sığortaçı təşkilat ilk növbədə sığortaedənə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcun 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir, borcun ödənilməsi təkrarən təmin edilmədiyi halda sığortaçı təşkilat bildirişdə göstərilmiş 5 günlük müddət başa çatdıqdan sonra sığortaedənə borcun ödənilməsi barədə xəbərdarlıq göndərir. Sığortaedən xəbərdarlıqda göstərilən müddətdə borc üzrə ödəniş həyata keçirmədiyi halda sığortaçı təşkilat müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə məcburi sığorta haqları və onlara tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair bildirişlərin nə zaman təqdim edilməsi, təqdim edilib-edilməməsi, tərəflərindən əldə edilib edilməməsi, məlumatların elektron sənəd formasında göndərilməsi haqqında müqavilə əsasında elektron və ya poçt qaydasında göndərilib-göndərilmədiyi, alnıb-alınmaması, bununla da iddiaçı tərəfindən “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 34-cü maddəsinin İ hissəsinin tələblərinə riayət edilib-edilmədiyi araşdırılmamış, məhkəmə “borcun silinməsi” tələbi üzrə dəlilləri əsassız hesab etmiş, iddianı qəbul etməməsini əsaslandıra bilməmişdir. Bundan başqa, 2002-2017-ci illər üzrə hesablanmış sosial müdafiə haqqları üzrə tələb etmə müddəti keçdiyindən və nə cavabdeh, nə 3-cü şəxs tərəfindən həmin məbləğ şirkətdən tələb edilmədiyindən məhkəmə tərəfindən 17 il ərzində formalaşmış borcun hesablanmasının və həmin borc görə hesablara həbs qoyulmasının qanuni hesab olunması barədə dəlili maddi hüquq normalarının pozulması deməkdir və qəbul edilə bilməz. Belə ki, MM-nin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

22. 11 mart 2022-ci il tarixli məhkəmə qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X6 filialı məhkəmə craatına üçüncü şəxs qismində cəlb edilmişdir.

23. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı hazırki tarixə hesablanmış 79 554,24 manat məcburi dövlət sosial sığorta və 21 898,74 manat penya borcunun əsassız hesab edilməsi, borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 13 may 2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X6 filialının 22 fevral 2022ci il tarixli, **********2 nömrəli apellyasiya şikayətinə etiraz ərizəsində qeyd olunmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) atsistemində “X4”da əks olunmuş son rüblük hesabata əsasən Naiqin K "xxxx" MMC-nin 1 oktyabr 2017-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 79.975,24 manat və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 21.898,74 manat olmaqla ümumilikdə 101.873,98 manat Fonda borcu qalmışdır. "Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli, 1360-VQD nömrəli Qanununun tətbiqi və "Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli, 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019-cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının, qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi döväət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi məqsədilə hər bir sığortaolunanın (vətəndaşların) stajı, əmək haqqı (gəliri) və ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları Fondun məlumatlar bazasına işlənilməsi təsbit olunmuşdur. Sığortaolunanlara təyin ediləcək pensiyanın məbləğinin sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğindən asılı olaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. Naiqin K "xxxx" MMC tərəfindən məhkəmədə borcun silinməsinə dair qaldırdığı iddia tələbi Naiqin K "xxxx" MMC-də çalışan işçilərin pensiya və digər sosial nüdafiə hüquqlarının kobud surətdə pozulması deməkdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

25. Əvvəlki məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi (eyni zamanda vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, 88 000 borc illərlə yığılan bir borcdur. Bununla yanaşı 5 ildən bir əmək müqavilələri elektron sistemə keçir. Bununla bağlı dəfələrlə inzibati orqana müraciət edilsə də, onlara heç bir cavab verilməmişdir. Həmçinin üçüncü şəxs "Sosial müavinətlər haqqında" Qanunun 21 maddəsinə əsaslanmışdır ki, həmin maddə də qüvvədən düşmüşdür. Bununla belə 2019-cu ilədək olan dövr ərzində banklar tərəfindən iddiaçı təşkilatın bank hesabından Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Tovuz rayon şöbəsinə 200536,97 manat məbləğində vəsait tutulmuşdur. Belə olan halda isə heç bir borc məsələsindən söhbət gedə bilməz.

26. Əvvəlki məhkəmə iclasında izahat verən iddiaçının vəkili Fuad İsgəndərov digər nümayəndə ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdeh inzibati orqanın nümayəndəsi Rövşən Mustafayev apellyasiya şikayətinə etiraz etdi və təmin olunmamasını xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, əlavə olaraq bildirdi ki, onlar tərtib etdikləri cədvəldə qeyd olunan borc məbləği işçi sayına görə tərtib olunmuş və düzgün hesablanmışdır.

29. İş üzrə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı tərəfə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

31. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

12. Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər— məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.

32. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: 12.1. Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.

33. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu:

1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

3. bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.

36. İşin hallarından müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı üç hissədən ibarət -dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsi; sərəncamların ləğv edilməsi; borcun silinməsinə dair iddia tələbi irəli sürmüş, məhkəmə tərəfindən tələb əsaslı hesab edilməmişdir. 37.Bundan sonra, apellyasiya icraatı zamanı iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək hazırki tarixə hesablanmış 79 554,24 manat məcburi dövlət sosial sığorta və 21 898,74 manat penya borcunun əsassız hesab edilməsi, borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur.

38. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti iddiaçıya hesablanmış və şəxsi hesab vərəqəsində qeydə edilən 79 554,24 manat məcburi dövlət sosial sığorta və 21 898,74 manat penya borcunun qanuniliyidir.

39. Apellyasiya şikayətində iddiaçı hazırki borc üzrə iddia müddətinin tətbiq olunmasını, tərəfindən hesablanmış 200 min manatdan çox ödənişin nəzərə alınmadığını və tələb üzrə «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilmədiyini qeyd etmişdir.

40. Məhkəmə kollegiyası ilkin olaraq hazırki tələb üzrə iddia müddətinin tətbiqinə dair dəlilə münasibət bildirərək qeyd edir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir.

41. "Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli, 1360-VQD nömrəli Qanununun tətbiqi və "Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli, 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019-cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının, qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur.

42. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4. maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

43. Həmin Məcəllənin 85.4. maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.

44. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.

45. Həmin Məcəllənin 85.5. maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.

46. Həmin Məcəllənin 85.5-1. maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta , işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir.

47. Həmin Məcəllənin 93.1.3. maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir.

48. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələb üzrə borc məbləğinin alınması Vergi Xidmətinə həvalə edilsə də, qanunvericilikdə nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlərin məcburi dövlət sosial sığorta haqlarına şamil edilməməsi müəyyən olunmuşdur. Belə olan halda hazırki tələb üzrə iddia müddətinin tətbiqi mümkün deyildir.

49. Apellyasiya şikayətinin iddiaçı tərəfindən hesablanmış 200 min manatdan çox ödənişin həyata keçirilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin məbləğlərin məcburi sosial sığorta haqqı kimi ödənilməsi iş materialları ilə təsdiqlənmir və müvafiq sorğular əsasında əldə edilmiş sənədlərdə isə qeyd edilən məbləğin ödənilməsinə dair heç bir sübüt təqdim olunmamışdır. 50.Digər tərəfdən iş materiallarında olan Naiqin K "xxxx" MMC-nin DSMF-yə təqdim etmiş olduğu hesabatları əsasında yaranmış olan borc məbləğinin illər üzrə açıqlama cədvəlindən görünür ki, Naiqin K "xxxx" MMC-nin xx.xx.2002-ci ilədək və həmin tarixdən 2015-ci ilin İV rübünədək ümumilikdə 88250,70 manat sosial sığorta haqqı borcu yaranmışdır.

51. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 18 fevral 2022-ci il tarixli, **********005300 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinə əsasən 01 yanvar 2019-cu il tarixə işəgötürənlərmuzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə 79554,24 manat məcburi dövlət sosial sığorta və 21898,74 manat pensiya borcu vardır. "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına **********0 nömrəli, 18 fevral 2022-ci il tarixli “Dondurulmalı sərəncam” qoyulmuşdur. "xxxx" MMC qeydiyyatda olduğu vergi orqanına 2010-2018-ci illər ərzində təqdim edilmiş illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyənnaməsinə əsasən 2010-cu ildə 30, 2011-ci ildə 27, 2012-ci ildə 53, 2013-cü ildə 71, 2014-cü ildə 26, 2015-ci ildə 26, 2016-cı ildə 20, 2017-ci ildə 19 və 2018ci ildə 19 orta aylıq işçi sayları olmuşdur.

52. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 07 aprel 2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) olan məlumatlara əsasən sığortaedənin 1 oktyabr 2018-ci il tarixə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər(büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 79554 manat 24 qəpik və maliyyə sanksiyası o cümlədən penya) üzrə 21898 manat 74 qəpik borcu yaranmışdır. MEİS-də olan məlumatlara əsasən həmin dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 21ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə görə 2018-ci ilin 27 iyul tarixində sığortaedənə 10250 manat məcburi dövlət sosial sığorta haqqı və 9570 manat maliyyə sanksiyası kameral qaydada hesablanmışdır. Həmçinin, sığortaedən tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində 4399 manat 26 qəpik məcburi dövlət sosial sığorta haqqı Fondun xəzinə hesabına ödənilmişdir. Həmin dövrlər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabat”lar təqdim edilmədiyi üçün kameral qaydada hesablanmış və ödənilmiş vəsaitlər sığortaedənin şəxsi hesab vərəqəsində 2018-ci ilin 1 oktyabr tarixinədək yaranmış borc öz əksini tapmamışdır.

53. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Tovuz Rayon Statistika İdarəsinin 16 iyun 2022-ci il tarixli, 50 nömrəli məktubunda qeyd olunmuşdur ki, Naiqin K "xxxx" MMC-nin 2012-ci il üzrə 22 nəfər, 2013-cü il üzrə 22 nəfər, 2014-cü il üzrə 22 nəfər, 2015-ci il üzrə 22 nəfər, 2016-cı il üzrə 20 nəfər, 2017-ci il üzrə 19 nəfər, 2018-ci il üzrə 19 nəfər işçisi olmuşdur. 54."xxxx" MMC (VÖEN **********) 0111(işəgötürən muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər(büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət kodu üzrə 2006-xx.xx.2018-ci illərdə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumatda qeyd olunur ki, 2006-ci ilin əvvəlinə sığortaedənin 30 687,68 manat borcu qeyd edilmişdir. Həmçinin, pensiya hesablamaları: 2008-ci il üzrə-3299,30; 2009-cu il üzrə-3786,02; 5530,27; 5393,27; 5393,27; 2010-cu il üzrə-5500;6000;6500;6500; 2011-ci il üzrə-7000;7000;7000;7500; 2012-ci il üzrə- 9000;10 000;10500;11178,68; 2013-cü il üzrə-11 500;12359,44; 13176,14; 14 092,84; 2014-cü il üzrə-14 764,19; 15270,49; 15790,47; 16432,06; 2015-ci il üzrə-17 161,50; 17 946,71; 18 736,15; 19 518,97; 2016-cı il üzrə- 20 273,75; 21 005,29; 21547,16; 21 898,74; 2017-ci il üzrə-21 898,74; 2018-ci il üzrə-21 898,74. Qeyd 1:həmin dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə 2018-ci ilin 27 iyul tarixində sığortaedənə 10 250 manat məcburi dövlət sosial sığorta haqqı və 9570 manat maliyyə sanksiyası kameral qaydada hesablanmışdır. Həmçinin, sığortaedənin tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində 4399 manat 26 qəpik məcburi dövlət sosial sığorta haqqı Fondun xəzinə orqanlarındakı xəzinə hesabına ödənilmişdir. Həmin dövrlər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabat”lar təqdim edilmədiyi üçün kameral qaydada hesablanmış və ödənilmiş vəsaitlər sığortaedənin şəxsi vərəqəsində 2018-ci ilin 1 oktyabr tarixinə yaranmış borcda öz əksini tapmamışdır. Qeyd 2: sığortaedənin 2008-ci ilin sonuna borcu məcburi dövlət sosial sığorta haqqı üzrə 37915 manat 20 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə borc 3299 manat 30 qəpik olduğu halda həmin borc 2009-cu ilin 1-ci rübünün əvvəlində məcburi dövlət sosial sığorta haqqı üzrə 37 664 manat 8 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 3550 manat 42 qəpik kimi, 2009-cu ilin 1-ci rübünün sonuna məcburi dövlət sosial sığorta haqqı üzrə 39974 manat 8 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 3786 manat 2 qəpik olduğu halda həmin borc 2009-cu ilin 2-ci rübünün əvvəlində məcburi dövlət sosial sığorta haqqı üzrə 38 229 manat 83 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 5530 manat 27 qəpik kimi və 2009-cu ilin 2-ci rübünün borcu sonuna məcburi dövlət sosial sığorta haqqı üzrə 40 949 manat 83 qəpik, maliyyə sanksiyası üzrə borc 5530 manat 27 qəpik olduğu halda həmin borc 2009-cu ilin 3-cü rübünün əvvəlində məcburi dövlət sosial sığorta haqqı üzrə 41 086 manat 83 qəpik, maliyyə sanksiyası üzrə 5393 manat 27 qəpik kimi öz əksini tapmışdır.

55. 9/6658 nömrəli, 29 dekabr 2022-ci il tarixli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, tədqiqata təqdim edilmiş iş materialları ilə tanışlıq zamanı müəyyən edildi ki, həmin sənədlər ekspert qarşısında qoyulan suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq üçün tam deyildir. Belə ki, təqdim edilmiş iş materiallarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Tovuz Naiqin K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış məcburi dövlət sosial sığorta haqlarının düzgün olub-olmamasını və ya hansı məbləğdə olmasını və s. müəyyən etmək üçün əmək haqqı ştat cədvəlləri, əmək haqqı hesablanmasına dair aylar üzrə əmək haqqı cədvəlləri, əmək müqavilələri və s. mövcud deyildir. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan şəxsi hesab vərəqəsində, DSMF tərəfindən tərtib olunmuş cədvəllərdə (yaranmış borc məbləğinin açıqlamasına dair) isə borc məbləği aşağıdakı kimi olmuşdur. 1. xx.xx.2006-cı ilə olan ümumi borc məbləği—19.810,86 manat (əsas borc və penya); 2. xx.xx.2006-ci ildən xx.xx.2019-cu il tarixədək— 101.452,98 manat (79.554,24 manat əsas borc, 21.898,74 manat penya). Eyni zamanda qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etirazda (borc və hesablanmış borcun hansı tarixə olması ilə bağlı) 101.452,98 manat (79.554,24 manat əsas borc, 21.898,74 manat penya) borc məbləğinin xx.xx.2017-ci il tarixinədək olması göstərilmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, təqdim edilmiş iş materiallarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Tovuz rayon filialı tərəfindən Naiqin K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış məcburi dövlət sosial sığorta haqlarının düzgün olub-olmamasını və ya hansı məbləğdə olmasını və s. müəyyən etmək üçün əmək haqqı ştat cədvəlləri, əmək haqqı hesablanmasına dair aylar üzrə əmək haqqı cədvəlləri, əmək müqavilələri və s. mövcud deyildir. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan şəxsi hesab vərəqəsində, DSMF tərəfindən tərtib olunmuş cədvəllərdə (yaranmış borc məbləğinin açıqlamasına dair) və s. sənədlərdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Naiqin K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borc üzrə silinmə aparılması müəyyən olunmadı.

56. Göründüyü kimi təqdiq olunmuş sübutlara əsasən iddiaçının hazırki tələb üzrə 2006-ci ilin əvvəlinə 30 687,68 manat məcburi sosial sığorta və 2015-ci ilin əvvəlinə 16432,06 manat penya borcunun olması təsdiqlənir (Naiqin-K Baltiya” MMC (VÖEN **********) 0111(işəgötürən muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər(büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət kodu üzrə 2006xx.xx.2018-ci illərdə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumat).

57. Məhkəmə tərkibi təqdim olunmuş ekspertiza rəyini borc məbləğinin müəyyən olunması hissəsində sübüt kimi qəbul etmir. Belə ki, inzibati orqan tərəfindən təqdim edilmiş məlumatda borcun məbləği dəqiq qeyd olunsa da, rəydə borcun azaldılması əsaslandırılmamış, məbləğin hansı əsaslarla müəyyən edilməsi göstərilməmişdir.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2006-cı il tarixə iddiaçının 30687,68 manat məcburi sosial sığorta, xx.xx.2015-ci il tarixə 16432,06 manat penya borcu, cəmi 47119,74 manat yaranmışdır və həmin borclar inzibati orqan tərəfindən silinmədiyindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin təsir dairəsinə düşür.

59. Adıçəkilən Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

60. Həmin Qanunun 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

61. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 iyun 2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunur ki, MEİS-də olan məlumatlara əsasən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli, 1042-Q nömrəli qanununa əsasən sığortaedənin 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə 29 557 manat 55 qəpik borcu, 2015-ci ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (o cümlədən penya) üzrə 14573 manat 69 qəpik borcu silinməli olduğu halda silinməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə edilir.

62. Belə olan məhkəmə tərkibi hesab edir ki, xx.xx.2006-cı il tarixədək hesablanan məcburi sosial sığorta haqqı və xx.xx.2015-ci il tarixədək hesablanan penya məbləği “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018ci il tarixli Azərbaycan Respublikası Qanunun 1 və 2-ci maddələrinə əsasən silinməlidir.

63. Məhkəmə kollegiyası digər dövrlər üzrə hesablanmış borc məbləğinin silinməsi ilə bağlı tələbə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədələrə əsasən hər bir dövr üzrə işçilərin sayı iddiaçının təqdim etdiyi vergi bəyənnamələri, statistik inormasiya və digər sənədlərdə öz təsdiqini tapır. Həmçinin Naiqin-K Baltiya” MMC (VÖEN **********) 0111(işəgötürən muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər(büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət kodu üzrə 2006xx.xx.2018-ci illərdə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumatda dövrlər üzrə hesablanmış borc məbləğinin tam ödənilməməsi müəyyən edilir.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-5/2020 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. 30687,68 manat məcburi sosial sığorta haqqının və 16432,06 manat penyanın (maliyyə sanksiyasının), cəmi 47119,74 manat məbləğin Naiqin K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Loğman Süleymanov, Afiq Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar