Məhkəmə qərarları › İş №2-1(104)-36/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-36/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-36/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı vəkili X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-111/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “tələbin icaya yönəldilməsi barədə” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən 11.049.42 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə cavabdehin xx.xx.2020-ci il tarixli, **********060600 nömrəli, xx.xx.2020-ci il tarixli **********035900 nömrəli qərarlarının xx.xx.2021-ci il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********060600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 16.200.00 manat müəyyən edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********035900 nömrəli “Vergilərin və sosial sığorta haqlarının hesablanması barədə” qərarından görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 4.499.40 manat, qərarın hazırlandağı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 6.527.27 manat hesablanmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********829200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqı məbləği 3.749.40 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9022 nömrəli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, vergi ödəyicisinin lazımı sənədləri təqdim edilmədiyindən müvafiq ekspertizanın aparılmasından imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “tələbin icraya yönəlməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın və həmin qərarın adi olduğu xx.xx.2020-ci il tarixli **********060600 nömrəli qərarın, xx.xx.2020-ci il tarixli **********035900 nömrəli qərarların ləğv edilməsi, mükəlləfiyyətimi qanuna uyğun əvvəlki “sadələşdirilmiş vergi ödəyicisi” vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etimişdir. İddiaçının müvafiq müraciətinə əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli nömrəli qərardadı ilə, iddiaçının cavabdehə qarşı iddia tələbi xx.xx.2021-ci il tarixli, **********829200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməsi barədə iddia tələbinə dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi olaraq iddiaçı tərəfindən 9779.74 manat əsas, 1 269.68 manat faiz, 0.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 11 049.42 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə cavabdehin xx.xx.2020-ci il tarixli **********060600 nömrəli, xx.xx.2020-ci il tarixli **********0035900 nömrəli qərarının xx.xx.2021-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. İddiaçının qeyd olunan qərarlardan xəbərinin olmamışdır, ona göndərilmiş icraya yönəltmə ilə bağlı xx.xx.2021-ci il tarixli **********757900 nömrəli qərarı xx.xx.2021-ci il tarixdə alandan sonra həmin qərarlar barəsində xəbər tutmuşdur. Həmçinin məlum olmuşdur ki, mübahisələndirilən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********6060600 nömrəli, xx.xx.2020-ci il tarixli **********035900 nömrəli qərarlara əsasən üzərinə qanunsuz olaraq əlavə vergi öhdəlikləri, faizlər, və maliyyə sanksiyalarının ödənilməsi qoyulmuşdur. Mübahisəli qərarların qəbul edilməsinə əsas cavabdeh tərəfindən iddiaçının vergi ödəyicisi olaraq mükəlləfiyyəti ilə bağlı düzgün olmayan bir sıra dəlilləri qəsdən qeyd etməklə, yanlış olaraq mükəlləfiyətini dəyişməsi olmuşdur. Əslində isə Cavabdehin fəaliyyəti ilə barəsində qeyd etdiyi dəlillər yanlış olmaqla, nəticəsində tərtib edilmiş mübahisələndirilən qərarların qəbul edilməsi qanunsuz həyata keçirilmişdir. Onun fərdi sahibkar olmaqla fəaliyyəti şeben, qırma-daş kimi məhsullar istehsal edib satmaqdan ibarətdir və fəaliyyət göstərdiyi müddətdə sadələşdirilmiş vergini hesablayıb, vaxtında dövlət büdcəsinə ödəmişdir. Bu səbəbdən də qərarların ləğv edilməsi, yol verilmiş pozuntuların aradan qaldırılması barədə iddiaçı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-111/2022 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********829200 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********829200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 4.499.40 manat əlavə vergi hesablanmışdır. İddiaçı həmin qərarın qərəzli olduğunu bildirmişdir. Qeyd olunanlarla bağlı, məhkəmə tərəfindən iddiaçının vəsatətinə əsasən mübahisələndirilən qərarın düzgünlüyünü müəyyən etmək üçün cavabdeh tərəfindən iddiaçıya hesablanmış 4.499.40 manat vergi borcunun düzgün hesablanması və iddiaçının xx.xx.2021-ci il tarixə nə qədər vergi borcunun yaranmasının müəyyənləşdirmək üçün ekspertiza təyin edilmişdir. Lakin, müvafiq ekspertizanın aparılması üçün lazımi sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, iddiaçı xərc sənədlərini təqdim etməli olduğu halda bunu etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.30.-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Beləliklə onun 15000 manat gəlirinin 11250 manatı güzəşt olunur və vergiyə cəlb edilən gəlir məbləği 3750 manat təşkil edir ki, həmin məbləğində 20 faizi 750 manat təşkil edir. 15000 manat gəlirdən 5 faiz dərəcə ilə büdcəyə 750 manat gəlir vergisi hesablanmalıdır. Göründüyü kimi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin heç bir tələbi gözlənilməmiş, vergi orqanı tərəfindən ona vergilər qərəzli şəkildə hesablanaraq vergi orqanı tərəfindən artıq hərəkətliliyə yol verilmişdir. İddiaçı vəkili X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: ... 102.1.30. mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; “İnzibati icraat haqqında” Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İнзибати орган тяряфиндян инзибати иъраат щаггында щцгуг нормаларынын вя йа мадди щцгуг нормаларынын позулмасы вя йа дцзэцн тятбиг едилмямяси нятиъясиндя гябул едилмиш инзибати акт ганунсуз сайылыр. 67.2. Qанунсуз инзибати акт щямин акты гябул етмиш инзибати орган вя йа субординасийа бахымындан йухары инзибати орган тяряфиндян вя йахуд мящкямя гайдасында ляьв олуна биляр. 67.3. Qанунсуз ялверишсиз инзибати акт щяр бир щалда ляьв олунмалыдыр. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********829200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 4.499.40 manat əlavə vergi hesablanmışdır. İddiaçı həmin qərarın qərəzli olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçının vəsatətinə əsasən mübahisələndirilən qərarın düzgünlüyünü müəyyən etmək üçün cavabdeh tərəfindən iddiaçıya hesablanmış 4.499.40 manat vergi borcunun düzgün hesablanması və iddiaçının xx.xx.2021-ci il tarixə nə qədər vergi borcunun yaranmasının müəyyənləşdirmək üçün ekspertiza təyin edilmişdir. Lakin, müvafiq ekspertizanın aparılması üçün lazımi sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, iddiaçı xərc sənədlərini təqdim etməli olduğu halda bunu etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticədə haqlı olmamışdır. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı mikro sahibkardır (VM-nin 102.1.30-cu maddəsinin təsirinə düşür) və 2019-cu ildə 90.000 manat gəliri olmuşdur. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçının xərcləri və gəlir vergisinin hesablanması ilə bağlıdır. İddiaçı bəyannamə ilə vergini bu qaydada hesablamışdır: öz gəlirinə (90.000 manat) şərti rentabellik norması tətbiq edir və gəlirini - 15000 manat müəyyən edir, daha sonra Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə istinad etməklə (102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır) vergiyə cəlb edilməli gəlirini 3749,40 manat hesablayır (15000-(15000*75%=11250)=3750). 3750 manatdan isə 20 faiz dərəcə ilə gəlir vergisi bəyan edir, yəni 750 manat. Cavabdeh isə mübahisələndirilən qərarla vergini bu qaydada hesablamışdır: iddiaçının gəlirinin 90.000 manat olması mübahisələndirilmir, lakin iddiaçının xərc sənədləri olmadığından 90.000 manat onun xalis mənfəəti kimi qəbul edilir. Odur ki, iddiaçının vergiyə cəlb edilməli gəlirini Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə istinad etməklə (yəni, gəlirin 75 faizini gəlir vergisindən azad etməklə) 22500 müəyyən edir. 22500 manatdan 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır, yəni 4500. İddiaçı 750 manatı özü bəyan etdiyindən fərq olaraq 3749,40 manat kameral yoxlama nəticəsində qərarla əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası işin hallarını və tərəflərin dəlillərini nəzərə almaqla hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarla hesablanmış məbləğin vergi qanunvericiliyinin normalarına uyğun olması halına düzgün qiymət verməmişdir. Belə ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır (VM-nin 96.1 və 102.1.30-cu maddələri). Göründüyü kimi, gəlir vergisi gəlirlə xərc arasındakı fərqdən hesablanır. Vergi ödəyicisinin isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vəzifəsidir (16.1.3-cü maddə). Hazırkı halda, iddiaçı gəlirlərinin uçotunu aparsa da, gəlirdən çıxılmalı olan xərclərinin uçotunu aparmamışdır. Cavabdeh bu hala istinadən onun gəlirini (90.000 manatı) xalis mənfəət hesab etmişdir. Halbuki, vergi ödəyicisi xərclərinin uçotunu aparmalı olsa da, vergi qanunvericiliyi uçotun aparılmadığı hallarda vergi orqanının hərəkətləri ilə bağlı məsələni də tənzimləmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində bu qayda təsbit etmişdir. Belə ki, Məcəllənin 67.1-ci maddəsinə əsasən, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə ... mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda ... həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici inzibati orqana xərc sənədlərinin olmadığı hallarda verginin hesablanması qaydaları ilə bağlı imkanlar nəzərdə tutmuşdur ki, bu da vergi ödəyicisinin gəlirinin xərclər nəzərə alınmadan xalis mənfəət kimi qəbul olunması halını istisna edir. Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan biri də verginin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (şərti rentabellik norması) hesablanmasıdır (VM-nin 67.14;83.9-cu maddələri). Məhkəmə kollegiyası razılaşır ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisi həmin maddənin müddəalarına uyğun özünə vergi hesablaya bilməz. Qeyd edildiyi kimi, vergi ödəyicisinin vəzifəsi gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır. Odur ki, iddiaçının 90.000 manat gəlirə şərti rentabellik norması tətbiq etməklə gəlir vergisi hesablaması düzgün olmamışdır. Bununla belə qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir. Qeyd edildiyi kimi, iddiaçının gəlir vergisi hesablanarkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmadığından mübahisələndirilən qərar qanunsuzdur və ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-111/2022 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının” hesablanmasına dair xx.xx.2021-ci il tarixli **********829200 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar