Məhkəmə qərarları › İş №2-1(104)-49/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-49/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-49/2025 21.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1205/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1205/2022 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərərk xx.xx.2022-ci il tarixli, 2-1(114)-1205/2022 saylı qərarı ləğv edib əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(104)-78/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov – sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti təmin edilərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1205/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1062/2024 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2- 1(104)-78/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyinin və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 11 may 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş SSRİ dövründə hərbi xidmətdə olmuşdur. Vətənin ağır günlərində 06 avqust 1992-ci il tarixdən 19 mart 1993-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda N nömrəli hərbi hissənin tərkibində baş leytenant rütbəsində zabit kimi rota komandiri vəzifəsində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib erməni işğalçıları ilə döyüşmüşdür. Ermənilərə qarşı müharibəyə qeydiyyatda olduğu Gəncə şəhəri o zaman Kəpəz Rayon Hərbi Komissarlığı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi) tərəfindən səfərbər olunaraq orduya yollanmış, yaralanıb hərbi xidmətə yararsız olduğuna görə 19 mart 1993-cü il tarixdə ordudan tərxis olunmuşdur. Hərbi xidmət zamanı 17 sentyabr 1992-ci il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ayaq, baş, kürək nahiyəsindən qəlpə yaraları almışdır. Bu barədə ona məxsus hərbi biletində N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən qeydlər edilərək möhürlənmişdir. Uzun müddət hospitallarda müalicələrdə olmağına baxmayaraq bədəninin müxtəlif nahiyələrində qəlpələr və qəlpə yaraları hələ də saxlanılır. Yaraları tam və yarımcan bir adam olduğundan 2006-cı ilin payızından ona 2-ci qrup əlillik diaqnozu əlillik əlaməti təyin edilmişdir. 01 may 2021-ci il tarixdə əlillik əlaməti təyin edilmir bəhanəsi ilə pensiya kəsilmiş və pensiyası dayandırılmışdır. Halbuki əlillik ona Azerbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 71 nömrəli, 27 aprel 2006-cı il tarixdən verilmişdir. İddiasına əlavə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 71 nömrəli, 27 aprel 2006-cı il tarixli qərarından görünür ki, ona qoyulmuş diaqnoz “Ağır gedişli, sarılıq forma virus hepatiti “A”, Baş-beyin silkələnməsidən sonrakı vəziyyət, Asteno-nevrotik sindrom, Sağ budun qəlpə yaralanmasından sonrakı çapıq, Budun dəri sinirlərinin nevriti, Göz qapaqlarının yumşaq toxumalarının çoxsaylı yad cisimləri” (MN MHKH-nin verdiyi xx.xx.1992-ci il tarixli çıxarış epikizi, Kəpəz RHK-nın verdiyi xx.xx.2006-cı il tarixli, 102 saylı arayışı, N saylı hərbi hissənin verdiyi xx.xx.1992-ci il tarixli, 30 saylı arayışı ilə tasdiq edilir), “HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Bundan əlavə qanuni qüvvəsini almış Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiası təmin olunaraq əlillik qrupu təyin olunduğu vaxtdan 25 may 2006-cı ildən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi xətti üzrə pensiya təyin olunması Azərbaycan Respublikası Hərbi Komissarlığına vəzifə olaraq tapşırılması qət edilmişdir. Axırıncı dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının sonuncu müayinəyə dair çap tarixi 24 dekabr 2021-ci il tarixli edilmiş imtina ilə göstərilmişdir ki, guya səbəb onda diaqnoz əlillik əlaməti təyin etməməsi olmuşdur. Buna görə də əlilliyin bərpa olunmasından imtina edilmişdir. Halbuki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək rota komandiri olarkən erməni faşistlərinə qarşı vuruşarkən torpaqlarımızın müdafiəsi və dövlətimizin ərazi bütövlüyü uğrunda 17 sentyabr 1992-ci il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ağır yaralanıb qəlpə yaraları almışdır. Bunu N nömrəli hərbi hissənin qərargah rəisi imzası və möhürü ilə ona məxsus hərbi biletində qeyd edib göstərmişdir. Dəfələrlə TSEK-ə müraciətlər etsə də, ona Agentliyin deyil, TSEK-in xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli imtina məktublarını vermişlər. Bundan sonra tərəfindən Azərbaycan Respublikası Prezidenti və X2 müraciətindən sonra xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyindən imtina etmişdir. Hətta gözlə görünən qəlpələri olduğu halda, bilərəkdən qeyd etmişdir ki, bədənində qəlpə yoxdur. Halbuki, sol qaşının üstündəki qəlpə adi gözlə də görünür. Həmçinin ona irad tuturlar ki, guya o, 2016-cı ildən sonra müayinələrdə olmamışdır. Halbuki, o, 2016-2022-ci illər ərəfəsində dörd dəfə onkoloji əməlliyyat keçirmək məcburiyyətində olaraq əməliyyat olunmuşdur. Belə hesab edir ki, hüquqları pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün İnzibati Məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə kollegiyasına ərizə təqdim edərək, iddia tələbinə dəqiqləşmə edərək cavabdeh tərəfindən verilmiş imtinanın qanunsuz hesab edilməsi və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildən xx.xx.1980ci ilədək keçmiş SSRİ dövründə hərbi xidmətdə olmuşdur. Vətənin ağır günlərində 06 avqust 1992-ci il tarixdən 19 mart 1993-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda N nömrəli hərbi hissənin tərkibində baş leytenant rütbəsində zabit kimi rota komandiri vəzifəsində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib erməni işğalçıları ilə döyüşmüşdür. Ermənilərə qarşı müharibəyə qeydiyyatda olduğu Gəncə şəhəri, o zaman Kəpəz Rayon Hərbi Komissarlığı (indiki Dövlət Xidmətinin Səfərbərlik və Hərbi xidmətə Çağrışın Kəpəz şöbəsi) tərəfindən səfərbər olunaraq orduya yollanmış, yaralanıb hərbi xidmətə yararsız olduğuna görə 19 mart 1993-cü il tarixdə ordudan tərxis olunmuşdur. Hərbi xidmət zamanı 17 sentyabr 1992-ci il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ayaq, baş, kürək nahiyyəmdən qəlpə yaraları almışdır. Bu barədə ona məxsus hərbi biletdə N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən qeydlər edilərək möhürlənmişdir. Uzun müddət hospitallarda müalicələrdə olmağına baxmayaraq bədəninin müxtəlif nahiyyələrində qəlpələr və qəlpə yaraları hələdə saxlanılır. Yaraları tam sağalmadığından və yarımcan bir adam olduğundan 2006-cı ilin payızından ona 2-ci qrup əlillik diaqnozu əlillik əlaməti təyin edilmişdir. 01 may 2021-ci ildə əlillik əlaməti təyin edilmir bəhanəsi ilə pensiya kəsilmiş və pensiyası dayandırılmışdır. Halbuki əlillik ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 71 nömrəli 27 aprel 2006-cı il tarixdən verilmişdir. İddiaya əlavə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 71 nömrəli 27 aprel 2006- cı il tarixli qərarından görünür ki, ona qoyulmuş diaqnoz: “Ağır gedişli, sarılıq forma virus hepatiti “A”. Baş-beyin silkələnməsidən sonrakı vəziyyət. Astenonevrotik sindrom. Sağ budun qəlpə yaralanmasından sonrakı çapıq. Budun dəri sinirlərinin nevriti. Göz qapaqlarının yumşaq toxumalarının çoxsaylı yad cisimləri” (MN MHKH-nın verdiyi xx.xx.1992-ci il tarixli çıxarış epikizi, Kəpəz RHK-nın verdiyi xx.xx.2006cı il tarixli 102 saylı arayışı, N saylı hərbi hissənin verdiyi xx.xx.1992-ci il tarixli 30 saylı arayışı ilə təsdiq edilir), “HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Bundan əlavə iddia ərizəsinə əlavə etdiyi və qanuni qüvvəsini almış Səbayıl Rayon Məhkəməsinin iş xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiası təmin olunaraq əlillik qrupu təyin olunduğu vaxtdan, 25 may 2006-cı ildən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi xətti üzrə pensiya təyin olunması Azərbaycan Respublikası Hərbi Komissarlığına vəzifə olaraq tapşırılması qət edilmişdir. Axırıncı dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının sonuncu müayinəyə dair çap tarixi 24 dekabr 2021-ci il tarixli edilmiş imtina ilə göstərilmişdir ki, guya səbəb onda diaqnoz əlillik əlaməti təyin etməməsi olmuşdur. Buna görə də əlilliyin bərpa olunmasından imtina edilmişdir. Halbuki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək rota komandiri olarkən erməni faşistlərinə qarşı vuruşarkən torpaqların müdafiəsi və Dövlətin ərazi bütövlüyü uğrunda 17 sentyabr 1992-ci il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ağır yaralanıb qəlpə yaraları almışdır. Bunu N nömrəli hərbi hissənin qərargah rəisi imzası və möhürü ilə ona məxsus hərbi biletində qeyd edib göstərmişdir. Dəfələrlə TSEK-na müraciətlər etsə də ona Agentliyin deyil, TSEK-in xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli imtina məktubları vermişlər. Bundan sonra tərəfindən Azərbaycan Respublikası Prezidenti və X2 müraciətindən sonra xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyindən imtina etmişdir. Hətta, gözlə görünən qəlpələri olduğu halda, bilərəkdən qeyd etmişdir ki, bədənində qəlpə yoxdur. Halbuki, sol qaşının üstündəki qəlpə adi gözlə də görünür. Həmçinin ona irad tuturlar ki, guya o, 2016-cı ildən sonra müayinələrdə olmamışdır. Halbuki, o, 2016-2022-ci illər ərəfəsində dörd dəfə onkoloji əməlliyyat keçirmək məcburiyyətində olaraq əməliyyat olunmuşdur. Əlavə olaraq qeyd edir ki, maddi hüquq normasının pozulması onda ifadə olunmuşdur ki, Akademik Mirqasımov adına Respublika xəstəxanasında “ixtisaslaşmış müayinə və müalicə” məsləhət görülür səbəbi ilə imtina verilir, lakin həmin xəstəxanadan müayinə olunaraq təqdim olunan arayışa nədənsə əhəmiyyət verilmir. Məhkəmə tibbi ekspertizasında çalışan həkimlər özləri etiraf edirdilər ki, onların TSEK-in həkimlərinin verdiyin qərarın əleyhinə çıxmaq imkanları məhduddur. Belə ki, onlar TSEK-in həkimlərini gözləməlidirlər ki, gəlib qərar versinlər. Yəni ki, TSEK öz əvvəlki qərarını təsdiqləməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə sədrlik edən hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, eləcə də kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1205/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Gəncə şəhəri Müharibə və əmək veteranları poliklinikasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Sağ budun dördbaşlı zədələrindən (?) hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.29. Epilepsiya seyrək tutmalarla” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sonradan Gəncə şəhəri Müharibə və əmək veteranları poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G90- G99 - Sinir sisteminin digər pozğunluqları => G93 – Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Astenonevrotik sindrom; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Sağ budun dördbaşlı zədələrindən (?) hissəvi çapılması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə yenidən Gəncə şəhəri Müharibə və əmək veteranları poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79: Bud çanaq oynağı və bud nahiyəsinin travmaları => S76 - Budçanaq oynağı və bud nahiyyəsinin əzə...; Diaqnozun mətni: Sağ budun dördbaşlı zədələrindən (?) hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom; Meyar: 2.2. İkinci dərəcə => DİGƏR: 2.2 Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Gəncə Akademik Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom. Sağ budun dördbaşlı zədələrindən (?) hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar; Meyar: 2.2. dərəcə əlillik => DİGƏR: 2.2 Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom. Sağ budun dördbaşlı zədələrindən (?) hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar; Meyar: 2.2. dərəcə əlillik => DİGƏR: 2.2 Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sonda iddiaçının əlillik vəziyyətinə Gəncə A.Səhhət adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: S06 Kəllədaxili travma, Keçirilmiş kəllə beyin travmasının baş beyin kontuziyasının davamlı qalıq əlamətləri. Sağ göz görmə sinirinin atrofiyası. ÜİX. Gərginlik stenokardiyası. Xroniki hepatoxolesistit. Sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar. Sol qaş və burun nahiyyəsində yad cisim (metal qəlpə). Ağırlaşma G93.8 Baş beyin digər dəqiqləşdirilmiş zədələnmələri, Postravmatik ensefalopatiya İİ mərhələ. Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının baş beyin kontuziyasının davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər C67.8 Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi, Sidik kisəsinin xərçəngi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Residiv.P\r- №-18412/2018-İnfitrativ urotelial karsinoma. Lamina propia sirayət qişası intakt. Yanaşı xəstəliklər İT3.0 Başqa rubrikalarda təsnif olunmayan xroniki persistəedici hepatit, Xroniki ecatoxoiesistit. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər S76.1 Dördbaşlı əzələ və onun vətərinin travması, Sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar. Yanaşı xəstəliklər H47.2 Görmə sinirinin atrofiyası, Sağ göz görmə sinirinin atrofiyası. Yanaşı xəstəliklər İ25 Ürəyin xroniki işemik xəstəliyi, ÜİX. Gərginlik stenokardiyası. Yanaşı xəstəliklər F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən; Meyar İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin 13 iyun 2022-ci il tarixli, T 256/2022 nömrəli rəyində qeyd olunmuşdur ki, “vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 88) şəxsin səhhətini əks etdirən “Kəllədaxili travma, keçirilmiş kəlləbeyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, ÜİX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)” diaqnozu kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin xəstəliklər nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyralarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil”. Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(104)-582/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilmiş və Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin 1005 nömrəli rəyində qeyd olunmuşdur ki, “İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 088) şəxsin səhhətini əks etdirən “kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, UTX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)” diaqnozu kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə baş beyninin MRT müayinəsində keçirilmiş travma ilə əlaqədar onun baş beynində hər hansı bir patoloji dəyişiklik aşkar edilmədi. Onun hər iki beyin yarımkürəsində kiçik ölçülü post işemik sahələr aşkar olundu. - Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Kespublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir”. Gəncə Apellyasiya Məhkəməsinin 8 iyun 2023-cü il tarixli, 2-1(104)-78/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilmiş və Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T567/2023 nömrəli rəyində qeyd olunmuşdur ki, “vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 088) şəxsin səhhətini əks etdirən “kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, ÜİX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)” diaqnozu kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri düzgün olduğundan xəstəliyin dinamikası və klinik proqnozu qənaətbəxş olmuşdur. – Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibbi ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir”. Məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T227/2025 nömrəli rəyində qeyd olunmuşdur ki, 1956-cı il təvəllüdlü X4 adına tərtib edilmış sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: -Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: S06- kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofıyası, ÜİX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət- çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə). Ağırlaşma: G93.8- baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, posttravmatik ensafalopatiya İİ mərhələ, T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər: H47.2-sağ gözün görmə sinirinin atrofiyası, İ25-ürəyin xroniki işemik xəstəliyi, ÜİX, gərginlik stenokardiyası, F07baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər, baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, C67.8-sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi, sidik kisəsinin xərçəngi cərrahi əməliyyatdan sonrakı vəziyyət, residiv. P/r-JVb-18412/2018-infiltrativ uroterial karsinoma, lamina propia sirayət qişası intakt, K73.0-başqa rubrikalarda təsnif olunmayan xroniki persistəedici hepatit, xroniki hepatoxolesistit, F48.0-nevrasteniya, asteno-nevrotik sindrom, S76.1-dördbaşlı əzələ və onun vətərinin travması, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasmdan bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. -Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İddiaçı yuxarıda göstərilən diaqnozla əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, yalnız zərurət yaranarkən müalicəyə cəlb oluna bilər. İddai tələbini təmin etməmiş birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iş materiallarında olan 13 iyun 2022-ci il tarixli, T 256/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 88) şəxsin səhhətini əks etdirən “Kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, ÜİX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)” diaqnozu kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin xəstəliklər nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyralarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən 13 iyun 2022-ci il tarixli, T 256/2022 nömrəli ekspert rəyinə, “Əlilliyin qiymətləndirilməsi Qaydası”, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsi və “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməyə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın -2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); ağır formalı bədxassəli qan xəstəlikləri (C80- C96.9); ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boyçəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15- E16.1, E22.0-E22.1, E23.0-E23, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); E23.2, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9); hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); epilepsiya, teztez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri hallarında ikinci dərəcə əlillik təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamənin 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, iş materialları ilə və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: S06- kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, ÜİX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət- çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə). Ağırlaşma: G93.8- baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, posttravmatik ensafalopatiya İİ mərhələ, T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər: H47.2-sağ gözün görmə sinirinin atrofiyası, 125-ürəyin xroniki işemik xəstəliyi, ÜİX, gərginlik stenokardiyası, F07-baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər, baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, C67.8-sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi, sidik kisəsinin xərçəngi cərrahi əməliyyatdan sonrakı vəziyyət, residiv. P/r-JVb-18412/2018infiltrativ uroterial karsinoma, lamina propia sirayət qişası intakt, K73.0-başqa rubrikalarda təsnif olunmayan xroniki persistəedici hepatit, xroniki hepatoxolesistit, F48.0-nevrasteniya, asteno-nevrotik sindrom, S76.1-dördbaşlı əzələ və onun vətərinin travması, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Bundan başqa məhkəmə kollegiyası tərəfindən İddiaçı təyin olunmuş diaqnoz hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda olan xəstələliklərlə qarşılaşdırılmış və onun həmin xəstəliyinə əlillik dərəcəsi təyin etmək həmin meyarlarla da müəyyən olunmur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də kollegiya hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən, cavabdehin imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1205/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar