Məhkəmə qərarları › İş №2-1(104)-53/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-53/2025

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-53/2025 27.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, “test balının yenidən hesablanması və ona AB3 sertifikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-476/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası X9 tərəfindən xx.xx.2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kompüter vasitəsilə test imtahanı keçirilmiş, İddiaçı AB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş, AB4 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (70 faiz) çox – 70.8% (85 bal) nəticə göstərdiyi üçün AB4 sertifikatı əldə etmiş, göstərdiyi nəticə AB3 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid həddindən – 75% (90 bal) aşağı olduğu üçün AB3 sertifikatını əldə edə bilməmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixində AB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində istifadə edilən 28, 48, 67, 79, 96 və 98 saylı test tapşırıqlarının nəticəsi ilə razılaşmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixində apellyasiya komissiyasına şikayət vermiş, eyni zamanda xx.xx.2023-cü il tarixində X8 eyni məzmunlu ərizə ilə müraciət etmişdir.

3. Azərbaycan Respublikası X6 xx.xx.2023-cü il tarixli, 9-3/2-Ə-157-42-269/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, apellyasiya şikayəti ilə əlaqədar olaraq test imtahanının nəticəsinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, o cümlədən onun ərizəsində qeyd etdiyi AB vəzifə qrupu üzrə test imtahanında istifadə olunan test tapşırıqları ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş və onlarda elmi metodiki qüsür aşkarlanmamışdır. Səhv cavablandırılan tapşırıqlar və onların doğru cavabları ilə bağlı İddiaçı ekspertlər tərəfindən müvafiq izah verilmiş, imtahan nəticəsinin dəyişdirilməsinə səbəb ola biləcək bir hal aşkar olunmadığından sonuncunun müraciəti təmin olunmamışdır.

4. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından və imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi-metodiki qüsür aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı eyni məzmunlu müraciəti X6 xx.xx.2023-cü il tarixli, 9-3/2-Ə-42455/2023 nömrəli məktubu ilə cavablandırılmış və ona bildirilmişdir ki, müvafiq sahə üzrə ekspertlər (mütəxəssislər) tərəfindən qüsurlu tərtib olunduğunu iddia etdiyi test tapşırıqları, onların düzgün cavabları barədə izahat verilmiş, o cümlədən apellyasıya komissiyası işini yekunlaşdırdıqdan sonra belə təkrar müraciəti əsasında ona yenidən imtahan nəticələrinin araşdırılması üçün müvafiq şərait yaradılmış, ərizəsində vurğuladığı bəzi məqamlarla bağlı işin tam araşdırılması və baxılması üçün qeyd vərəqlərinə baxılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, test balının yenidən hesablanması və ona AB3 sertifikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində X9 tərəfindən keçirilən AB növünə aid inzibati vəzifələr üzrə imtahanda iştirak etmiş, nəticə olaraq 85 bal (AB4) toplamış, lakin imtahanda istifadə olunan suallarda səhvlərin olmasını nəzərə alaraq, 2023-cü il 27 mart tarixində DİM-in apellyasiya komissiyasına müraciət etmişdir. Apellyasiya komissiyasında yanlış olmasını qeyd etdiyi suallar üzrə hər hansı bir tutarlı izah və ya yekun cavab ala bilməməyini, apellyasiya komissiyasına cəlb edilmiş DİM-in əməkdaşlarının özlərinin həmin sualların səhv və ya düzgün olması, düzgün cavabların hansı olması barədə məlumatlı olmamalarını nəzərə alaraq 28 mart tarixində təkrar yazılı apellyasiya şikayəti etmişdir. Onun DİM-ə ünvanladığı müraciətdə konkret sualların səhv olmasını əsaslandırmağına baxmayaraq, DİM-in 2023-cü il 7 aprel tarixli 93/2-Ə157-42-269/2023 nömrəli cavab məktubunda ümumi şəkildə “imtahandan sonra imtahan nəticəsələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmimetodiki qüsur aşkar olunmamışdır” qeydi yazılmaqla göstərdiyi sualların doğru və ya yanlış olması ilə bağlı hər hansı əsaslandırılmış fikir ifadə olunmamışdır. DİM tərəfindən verilmiş cavab məktubundan narazılığı barədə 2023-cü il 19 aprel tarixində X2 Şurasının, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) və X6 elektron ünvanlarına müraciət ünvanlamış, DİM tərəfindən 2023-cü il 25 iyul tarixli, 9-3/2- Ə-157/542-566/2023 nömrəli məktubla hər hansı əsaslandırılmış fikir ifadə olunmadan simvolik cavab verilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən onun müraciətinə 2023-cü il 4 avqust tarixli, 2-5/2- 20127/2023 nömrəli məktubla simvolik cavab verilmiş, X5 Şurası tərəfindən isə cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli, 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.5-ci bəndinə əsasən, test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfındən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim ediməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında yerləşdirilir. Qaydanın 2.6-cı bəndinə əsasən, hazırlanan qapalı tipli hər bir test tapşırığının cavabı hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır, test variantları tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. Qeyd olunanları nəzərə alaraq, DİM-in 2023-cü il 18 mart tarixində təqdim etdiyi aşağıdakı suallar: 1) Məntiq bloku üzrə situasiya ilə bağlı salınmış 79-cu sual: Sual: İş yoldaşınız təkəbbürlü adamdır. O, gördüyü hər hansı bir işi səmərəsiz üsulla həyata keçirir. Siz həmin işin daha asan yolla görülməsinin üsulunu ona bildirirsiz. O, sizə “get işinlə məşğul ol” cavabını verir. Bu halda Sizin atacağınız ən yanlış addım nə olar? DİM tərəfindən doğru hesab edilən variant: Rəhbərliyə məlumat vermək (DİM tərəfindən ən yanlış addım kimi götürülmüşdür). Sualın yanlış olmasını bildirməyə əsas verən hallar: Sual DİM tərəfindən rəsmi internet səhifəsində təqdim edilmiş dövlət qulluğuna qəbulun test imtahan mərhələsi üçün “məntiq bloku üzrə imtahan proqramı”nın hər hansı bir bölməsinə uyğun gəlmir. Apellyasiya şikayətinə baxılması zamanı həmin sualın proqramda “mətnin məzmunu ilə bağlı sualın cavablandırılması” bölməsinə aid olması bildirilsə də, həmin sual bölmənin tələblərinə uyğun deyil. Eyni zamanda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün DİM-in rəsmi internet səhifəsində yerləşdirilmiş müsahibə proqramlarında “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə məntiqi təfəkkürün yoxlanılması üzrə test imtahanı proqramı”nda qeyd edilən “mətnin məzmunu ilə bağlı sualın cavablandırılması” bölməsinin olmasına baxmayaraq, əlavə olaraq “ümumi xarakterli situasiya mühakimə bacarıqlarının yoxlanılması üzrə proqramı” da təqdim edilməkdədiir. Həmin proqramda “Situasiya mühakimə testi işlə əlaqədar situasiyalarda şəxsin müvafiq davranışı müəyyən etmə qabiliyyətini yoxladığı” qeyd edilmişdir. Bu həmin sualın proqramdan kənar (dövlət qulluğuna qəbulun test imtahan mərhələsi üçün) olduğunu deməyə əsas verir. Hər üç proqram DİM-in rəsmi internet səhifəsində yüklənə bilər. (https:// exidmet. dim. gov. az /dqq/ Elan/ TestİmtProq) Proqramdan kənar olması ilə yanaşı həmin test tapşırığında ciddi nöqsan mövcuddur. Belə ki, məsələnin şərt hissəsində həmin iş yoldaşının ondan yuxarı, eyni və ya aşağı vəzifədə işləməsi ilə bağlı məlumatlar qeyd olunmadığından məsələnin şərti hissəsi Qaydanın 2.6-cı bəndinin tələblərinə uyğun deyil. Həmin test tapşırığı üzrə DİM tərəfindən “rəhbərə məlumat verməkdən” daha düzgün davranış kimi “işləri öz bildiyi kimi görməsi üçün onun işinə qarışmamaq” qəbul edilmişdir. Situasiya ilə bağlı test tağşırığı olduğu üçün, həmin situasiyaya bir neçə nümunə göstərməklə qeyd edilən test tapşırığında yanaşmanın yanlış olduğunu əsaslandırmaq mümkündür. Əgər iş yoldaşı mənim tabeliyimdə işləyən hər hansı bir şəxsdirsə və o, işini səmərəli yerinə yetirmirsə onun bilavasitə vəzifəsi ona daha səmərəli üsulu göstərməkdir. Əgər tabe olmursa ən yanlış hərəkət “işləri öz bildiyi kimi görməsi üçün onun işinə qarışmamaq” olardı. Bundan başqa, əgər bərabər vəzifədə işləyən şəxslərdirsə onun hər hansı bir işi səmərəsiz yerinə yetirməsi ümumi işin nəticəsinə, dövlət orqanının və dövlətin nüfuzuna xələl gətirə biləcəyi üçün ona səmərəli üsulun izah edilməsini hər bir dövlət qulluqçusunun mənəvi borcu olduğunu hesab edir. Daha təcrübəli yoldaşın tövsiyələrini eşitmədiyi halda işin daha səmərəli təşkili məqsədilə dövlət qulluqçusunun rəhbərinə məlumat verməyi ən düzgün addım hesab edir. 2) Məntiq bloku üzrə yaş məsələsi ilə bağlı salınmış 98-ci sual:- Sual: “İki qardaşın yaşlarının fərqi 8, yaşlarının nisbəti 23-dür. 16 il sonra onların yaşları nisbəti neçə olar?” DİM tərəfindən doğru hesab edilən variant: 0,8. Sualın yanlış olmasını bildirməyə əsas verən hallar: Qeyd edilən məsələni verilən şərtlərə əsasən həll etmək qeyri-mümkündür. Apellyasiya şikayətinə baxılması zamanı DİM-in ekspertindən verilən şərtlərə əsasən misalı həll edərək 0,8 cavabının alınmasının tələb edilməsinə baxmayaraq, həll edə bilməmişdir. Bundan başqa, əvvəllər iştirak elədiyi imtahanlarda yaş məsələsi ilə bağlı oxşar test tapşırıqlarında kəsr rəqəmləri ilə yaşların təqdim edilməsi hallarını müşahidə etməmişdir. Həmçinin yaşların kəsr rəqəmləri ilə olması (yaşlardan birinin 0,3636 (yəni 132,72 gün), digərinin 8,3636 (yəni 3051,4 gün)) hər hansı bir məntiqə uyğun gəlmir. Sualın şərt hissəsində “2:3” əvəzinə DİM tərəfindən “23” yazılmış, nəticədə misalı həll etmək mümkün olmamışdır. Tapşırığı “2:3” şərti ilə həll etdikdə düzgün cavab olan 0,8 rəqəmi alınır. 3). İnformatika bloku üzrə salınmış 67-ci sual:- Sual: “File Explorer”də “dim.gov.az” yazıb enter düyməsi basıldıqda nə baş verəcək?” DİM tərəfindən doğru hesab edilən variant: dim.gov.az rəsmi internet səhifəsi açılar. Sualın yanlış olmasını bildirməyə əsas verən hallar: Qeyd edilən sualda DİM tərəfindən Qaydanın 2.6-cı bəndinin tələbləri pozulmuşdur (test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır). Belə ki “File Explorer”in yeni işə salınması və ya artıq istifadə edilməsi ilə bağlı məlumat sualın şərt hissəsində qeyd edilməmişdir. Nəzərinizə çatdırıram ki, qeyd edilən fərq 2 (iki) müxtəlif cavab variantının düzgün olmasına səbəb olur. “File Explorer” yeni işə salındıqda “dim.gov.az” yazılaraq “enter” düyməsi sıxıldıqda “İnternet Brauzer” açılır və DİM-in rəsmi internet səhifəsinə keçid edilir. "File Explorer” artıq istifadə olunduqda və sonuncu istifadə yeri "C” diski olduqda və həmin kompyuterdə “dim.gov.az” qovluğu olduğu təqdirdə eyni əməliyyatın edilməsi həmin qovluğun açılması ilə nəticələnər. Tapşırığın şərt hissəsində “dim.gov.az” ifadəsinin qarşısında “http://” və ya “www.” yazılmadığı və yuxarıda qeyd edildiyi kimi “File Explorer” artıq istifadə edilib-edilməməsi ilə bağlı hər hansı bir şərt qoyulmadığı üçün o, verdiyi cavabı düzgün hesab edir. O, imtahana hazırlaşdığı dövrdə “File Explorer”də “dim.gov.az” ifadəsini yazaraq “enter” düyməsini basmaqla kompyuterində yaratdığı “dim.gov.az” qovluğuna keçid etmişdir. 4). İmtahanda Qanunvericilik bloku üzrə istifadı olunan 28-ci sual:- Sual: “Aşağıdakı variantlarından hansı bələdiyyələrin səlahiyyətlərinə aid deyil?” DİM tərəfindən doğru hesab edilən variant: “Vergilər və ödənişlər müəyyən edilməsi”. Sualın yanlış olmasını bildirməyə əsas verən hallar: Qeyd edilən sualda DİM tərəfindən Qaydanın 2.6-cı bəndinin tələbləri pozulmuşdur (test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır). Belə ki, həm DİMin doğru hesab etdiyi cavab variantını (Vergilər və ödənişlərin müəyyən edilməsi), həm də onun tərəfindən götürülmüş cavab variantını (Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi) düzgün hesab etmək mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 144-cü maddəsində “Yerli vergilər və ödənişlərin müəyyən edilməsi” göstərilməsinə baxmayaraq, DİM tərəfindən götürülmüş cavab variantında “yerli” ifadəsi çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində “bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi”nin göstərilməsinə baxmayaraq, DİM tərəfindən həmin sualın “B” variantında “Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” göstərilmiş, nəticədə həmin variantda “qanunla müəyyən edilmiş hallarda” ifadəsi çıxarılmış və bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsinin bələdiyyələrin diskresion səlahiyyəti kimi göstərilmişdir. Nəticədə bələdiyyələrin səlahiyyətlərinə aid olmayan və fikrin birmənalı ifadə olunmadığı 2 (iki) cavab variantı formalaşmışdır. Hər iki cavab variantında dəqiqləşdirici ifadələrə ehtiyac vardır. Belə ki, bələdiyyələrə "vergi və ödənişlərin müəyyən edilməsi” ilə bağlı yalnız “yerli vergi və ödənişlərin müəyyən edilməsi” səlahiyyəti verilmiş, həmçinin “bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” ilə bağlı yalnız “qanunla müəyyən edilmiş hallarda (“Bələdiyyələtin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu) bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” səlahiyyəti verilmişdir.

8. Cavabdeh orqanın iddia tələbinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kompüter vasitəsilə test imtahanı keçırilmiş, İddiaçı xx.xx.2023-cü il tarixində AB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. İddiaçı sözügedən test imtahanında AB4 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (70 faiz) çox nəticə - 70.8 faiz (85 bal) nəticə göstərdiyi üçün AB4 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə AB3 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən 75 faiz (90 bal) aşağı olduğu üçün AB3 sertifikatını əldə etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair qəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər. İddiaçı xx.xx.2023-cü il tarixində AB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində istifadə edilən 28, 48, 67, 79, 96 və 98 saylı test tapşırıqlarının nəticəsi ilə razılaşmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixində apellyasiya komissiyasına şikayət vermişdir. Eyni zamanda iddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzə eyniməzmunlu ərizə ilə müraciət etmişdir. Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-Ə-157-42- 269/2023 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir ki, apellyasiya şikayəti ilə əlaqədar olaraq test imtahanının nəticəsinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, o cümlədən onun ərizəsində qeyd etdiyi AB vəzifə qrupu üzrə test imtahanında istifadə olunan test tapşırıqları ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş və onlarda elmi metodiki qüsür aşkarlanmamışdır. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından və imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi-metodiki qüsür aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. İddiaçının daha sonra təkrar müraciəti Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-Ə-42455/2023 nömrəli məktubu ilə cavablandırılmış və ona bildirilmişdir ki, müvafiq sahə üzrə ekspertlər mütəxəssislər tərəfindən qüsurlu tərtib olunduğunu iddia etdiyi test tapşırıqları, onların düzgün cavabları barədə izahat verilmiş, o cümlədən apellyasıya komissiyası işıni yekunlaşdırdıqdan sonra belə təkrar müraciəti əsasında ona yenidən imtahan nəticələrinin araşdırılması üçün müvafiq şərait yaradılmış, ərizəsində vurğuladığı bəzi məqamlarla bağlı işin tam araşdırılması və baxılması üçün qeyd vərəqlərinə baxılmışdır. Bundan başqa, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri cənab Aydın Səfixanlının xx.xx.2023-cü il tarixli 2-5/2-9813/2023 nömrəli məktubu ilə İddiaçı müraciəti (şikayət ərizəsi) Mərkəzə göndərilmiş, müvafiq tədbirlərin görülməsi və araşdırmanın nəticəsi barədə müractəti göndərən orqana məlumat verilməsi xahiş edilmişdir. Müraciətlə bağlı əlavə araşdırmalar aparılmış, şikayət ərizəsində göstərilən hallar yenidən yoxlanılmış və nəticəsi barədə Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2- 1080/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri cənab Aydın Səfixanlıya məlumat verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri cənab Aydın Səfixanlının xx.xx.2023-cü il tarixli 2-5/2-16698/2023 nömrəli məktubu ilə İddiaçı eyniməzmunlu təkrar müraciətinin surəti göndərilmiş və Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-Ə-157/5-42- 566/2023 nömrəli məktubu ilə müvafiq məlumat verilmişdir. Həmçinin, İddiaçı qeyd etdiyi cavablar və qeyd vərəqlərindəki yazılar müvafiq sahə üzrə mütəxəssislər tərəfindən yenidən ekspertizadan keçirilərək rəy hazırlanmışdır.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-476/2024 nömrəli qərarı ilə (hakim E.Axundov ) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən müddəalar araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası X8 apellyasiya şikayəti vermiş, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş test tapşırıqları ekspertlər tərəfindən yenidən ekspertizadan keçiril və onlarda elmi-metodiki qüsurlar aşkar olunmamışdır. Cavabdeh tərəfindən test tapşırıqları düzgün tərtib edilmişdir və cavabdeh iddiaçının apellyasiya şikayətini təmin etməməkdə haqlı olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-476/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil edir.

c)Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisələndirilən sualların tərtib olunmasında səhvə yol verilmişdir, bu isə həmin sualların doğru cavablandırılmasına görə nəzərdə tutulan müvafiq balların onun xeyrinə hesablanması üçün əsasdır.

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisələndirilən sualların tərtib olunmasında səhvə yol verilməmişdir və bu barədə iş materiallarında kifayət qədər sənədlər mövcuddur.

Tətbiq edilən hüquq:

16. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. Dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət. 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.

17. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X9 publik hüquqi şəxsin Nizamnaməsi”: 1.1. Azərbaycan Respublikasının X9 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qrupların tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli, 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”: 2.1. Mərkəz dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə test imtahanı keçirir. Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir: 2.1.1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

2. AB qrupu;

3. AC qrupu. 2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X1 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. 2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.4. Test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. 2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin rəsmi internet saytında yerləşdirilir. 2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. 2.7. Açıq və esse tipli test tapşırıqları Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir. 4.1. Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir: 4.1.1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla; 4.1.2. açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla; 4.2. Vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə aşağıdakı qaydada müəyyən olunur (faizlə): AB vəzifə qrupu üzrə: - AB1 – 85%; -AB2 – 80%; -AB3 – 75%; -AB4 – 70%. 4.3. Namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr Mərkəzin rəsmi internet saytında yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir.

21. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kompüter vasitəsilə test imtahanı keçirilmiş, iddiaçı AB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş, AB4 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (70 faiz) çox – 70.8% (85 bal) nəticə göstərdiyi üçün AB4 sertifikatı əldə etmiş, lakin göstərdiyi nəticə AB3 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid həddindən – 75% (90 bal) aşağı olduğu üçün AB3 sertifikatını əldə edə bilməmişdir.

22. İddiaçı qeyd olunan test imtahanında istifadə olunan bir sıra sualların düzgün tərtib edilməməsini əsas gətirərək həmin sualların doğru cavablandırılmasına görə nəzərdə tutulan balların onun xeyrinə hesablanması və nəticədə “AB3” sertifikatının verilməsi məqsədilə cavabdeh orqana və apellyasiya komissiyasına müraciət etsə də, müraciətinin müsbət həllindən imtina edilmiş, birinci instansiya məhkəməsi imtinanı əsaslı hesab edərək tələbi təmin etməmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və iddiaçı tərəfindən mübahisələndirilən hər bir sualı, müvafiq olaraq onların hər birinə dair həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılmış hallarına və əldə edilmiş sübutlara istinad etməklə, hüquqi mövqeyini və gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Hazırda iddiaçı tərəfindən “Məntiq” bloku üzrə 79 və 98-ci suallar, “İnformatika” bloku üzrə 67-ci sual və “Qanunvericilik” bloku üzrə 28-ci sual mübahisələndirilmişdir.

25. 1) “Məntiq” bloku üzrə 79-cu sual: Təkəbbürlü iş yoldaşınız ona məsləhət verilməsini xoşlamır. Siz ona öz tapşırıqlarının öhdəsindən gəlməyin daha asan yolunu bir neçə dəfə təklif etmisiniz, lakin o sizə “Get işinlə məşğul ol!” cavabını verib. Bu vəziyyətdə sizin ata biləcəyiniz ən yanlış addım nə olar?” A) Problem barədə rəhbərliklə danışardım B) Onu söhbətə cəlb edərdim C) İnsan resursları şöbəsindən kömək istəyərdim D) Onun öz işini istədiyi kimi görməsinə imkan verərdim E) İsrar edərdim İddiaçı tərəfindən doğru hesab olunan cavab variantı: “D” Cavabdeh tərəfindən doğru hesab olunan cavab variantı: “A” Qeyd olunan sualla bağlı iş materiallarında olan sənədlər:

26. Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixində keçirilən test imtahan mərhələsində AB vəzifə qrupu üzrə 79 saylı test tapşırığına dair xx.xx.2023-cü il tarixli rəydən qeyd edilmişdir ki, qeyd olunan test tapşırığı komanda işi səriştəsi üzrə komanda üzvləri ilə müsbət iş münasibətlər qurmaq bacarığını qiymətləndirir və çətin tapşırıq kateqoriyasına aiddir. Lakin tapşırıqda müsbət yox, mənfi davranışın müəyyən olunması, yəni komanda üzvləri ilə müsbət iş münasibətləri qurulmasına ən çox zərər verəcək addımın müəyyən olunması tələb olunur. Təsvir olunan situasiyada əslində hər hansı həll olunmalı problem mövcud deyil. Belə ki, əməkdaş öz işinin öhdəsindən gəlir. Lakin digər əməkdaş ona daha rahat yol təklif edir. Bu davranış əslində komanda daxilində müsbət iş münasibətlərinin qurulması üçün müsbət yanaşmadır. Lakin bu zaman əks tərəfin xarakteri, fərdi xüsusiyyətləri və reaksiyaları nəzərə alınmalıdır. Əks təqdirdə onunla sağlam ünsiyyət qurulmayacaq və “qaş düzəltdiyiniz yerdə göz çıxara bilərsiniz”. Test tapşırığı cavablandırılarkən yalnız mətndə verilən xüsusiyyətlər nəzərə alınmalıdır, imtahan verənlərin öz şəxsi mülahizəsinə əsaslanması tapşırığın yanlış cavablandırılmasına səbəb ola bilər. Test tapşırığının şərti belədir: “Təkəbbürlü iş yoldaşınız ona məsləhət verilməsini xoşlamır. Siz ona öz tapşırıqlarının öhdəsindən gəlməyin daha asan yolunu bir neçə dəfə təklif etmisiniz, lakin o sizə “Get işinlə məşğul ol!” cavabını verib. Bu vəziyyətdə sizin ata biləcəyiniz ən yanlış addım nə olar?” “A) Problem barədə rəhbərliklə danışardım”. Bu variantın zərərlilik şkalası üzrə qiymətləndirilməsi - ən zərərli davranışdır; münasibətə təsiri – bu davranışdan sonra tapşırıqda təsvir olunan şəxsin öz həmkarı ilə müsbət münasibət qurmaq şansı qalmır; cavab variantının ətraflı izahı – təsvir olunan situasiyada həmkarınızın fəaliyyəti ilə bağlı cavabdehlik daşımağınıza dair heç bir qeyd yoxdur. Belə bir halda sizin məqbul bildiyiniz iş üsullarından istifadə etməsi ilə bağlı inadkarlıq göstərməyiniz əsassızdır. Sizin inadkarlıq göstərməyiniz, məqbul hesab etdiyiniz iş üsullarından istifadə etməsini həmkarınızdan tələb etməyiniz konflikt mənbəyi rolunu oynaya bilər. Bu məsələni rəhbərlik səviyyəsində qaldırmağınız israr etməyin daha aktiv şəkildə ifadəsi olduğu və konfliktin miqyasını daha da genişləndirdiyi üçün A variantı ən yanlış davranış hesab olunmalıdır. Ümumiyyətlə, həmkarınızın fəaliyyətinin nəticələrini qiymətləndirmək Sizin deyil, rəhbərliyin məsuliyyətidir. Bu davranışla siz onunla münasibət qurmaqdan çox öz fikrinizi qəbul etdirmək üçün hər yoldan istifadə etməyə çalışdığınızı göstərirsiniz. “B) Onu söhbətə cəlb edərdim” zərərlilik şkalası üzrə qiymətləndirmə - qeyri-səmərəli müsbət addımdır; münasibətlərə təsiri – bu davranışda əks tərəfdən müsbət reaksiya gəlmə ehtimalı sual altındadır; cavab variantının ətraflı izahı – Bu cavab variantında Siz fikrinizi izah etmək üçün yeni ünsiyyət tərzindən istifadə etməyə çalışırsınız. Lakin əks tərəfin xarakterini və münasibətini nəzərə alaraq prinsipial əhəmiyyət daşımayan bir məsələdə bu qədər israr etməyə dəyməz. “C) İnsan resursları şöbəsindən kömək istəyərdim”. Zərərlilik şkalası üzrə qiymətləndirmə - zərərli davranışdır; münasibətlərə təsiri – bu davranışdan sonra da tapşırıqda təsvir olunan şəxsin öz həmkarı ilə müsbət münasibət qurmaq şansı azdır; cavab variantının ətraflı izahı - əməkdaşlar arasındakı konfliktli situasiyalarda insan resursları şöbəsinin vasitəçilik etməsi praktikası mövcuddur. Buna görə də, bu davranış ən yanlış hesab oluna bilməz. Lakin xüsusi zərurət olmadığı üçün İnsan resursları şöbəsinə müraciət etməyiniz səmərəli davranış hesab oluna bilməz. “D) Onun öz işini istədiyi kimi görməsinə imkan verərdim”. Zərərlilik şkalası üzrə qiymətləndirmə - səmərəli addım; münasibətlərə təsiri – bu davranış uğursuz münasibət qurmaq cəhdindən geri çəkilmək və həmkarın şəxsi xüsusiyyətlərinə hörmətlə yanaşmaq deməkdir. Bu şəkildə münasibətlərdə gərginlik azalacaq. Bu addımla gələcəkdə daha uyğun məqamda və tərzdə münasibət qurmaq üçün fürsət yaranır; cavab variantının ətraflı izahı – təsvir olunan situasiyada həmkarınızın öz işini yaxşı yerinə yetirməməsi, ümumi işə ziyan vurması ilə bağlı qeyd yoxdur. Sadəcə, həmkarınız ona məsləhət verilməsini xoşlamır və işi daha asan yolla icra etməklə bağlı məsləhətinizi qəbul etmir. O öz iş üsullarından istifadə etməyə üstünlük verir. Belə bir halda Si zona öz işini istədiyi kimi görməsinə imkan verməlisiniz. “E) İsrar edərdim” Zərərlilik şkalası üzrə qiymətləndirmə - zərəli davranış; münasibətlərə təsiri – səmərəsiz davranışda israr etməklə münasibətlərdə gərginlik səviyyəsi artmağa davam edəcək; cavab variantının ətraflı izahı – “A” cavab variantının izahında olduğu kimi təsvir olunan situasiyada həmkarınızın fəaliyyəti ilə bağlı cavabdehlik daşımağınıza dair heç bir qeyd yoxdur. Belə bir halda Sizin məqbul bildiyiniz iş üsullarından istifadə edilməsi ilə bağlı inadkarlıq göstərməyiniz əsassızdır. Situasiyada əks tərəfin şəxsi xüsusiyyətləri arasında aqressivlik, əsəbilik, qeyri-adekvat reaksiya göstərilmədiyi üçün bu variant “A” variant ilə müqayisədə daha az zərərli zərərli hesab olunmalıdır. Respondentin seçdiyi cavab: “Onun öz işini istədiyi kimi görməsinə imkan verərdim”. Yəni, respondent variantlar arasında ən səmərəli olanı ən yanlış kimi qeyd etmişdir. Bundan başqa, qeyd olunmuşdur ki, X6 rəsmi internet səhifəsində müvafiq tipli tapşırıqlardan istifadə olunacağı barədə məlumat yerləşdirilmişdir.

27. Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya fəlsəfə doktoru X4 tərəfindən təqdim olunmuş rəydə qeyd edilmişdir ki, sual Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli, 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na uyğun tərtib edilməyib. Belə ki, sualın iki cavab variantı (B və E variantları) doğrudur. Özündən razı və höcət adamla danışmağın mənası yoxdur (B variant), həmçinin özündən razı və eqoist adamın fikrini dəyişmək də mümkün deyil (E variantı). “Get işinlə məşğul ol!” cavabını alıb həmin şəxsi söhbətə cəlb etmək və ya israr etmək qarşı tərəflə konfliktə səbəb ola bilər. B və E variantlarında qeyd edilən cavab reaksiyaları, yalnız verbal (sözlü) aqressiyanın deyil, həmçinin fiziki aqressiyanın da təzahürünə səbəb ola bilər. Belə ki, buna əsaslanaraq B və E variantlarının hər ikisi yuxarıda qeyd olunan sual üçün eyni dərəcəli cavablar hesab olunur. Qeyd: Ümumi olaraq sualın tərtibatının və şərtinin doğru qoyulmadığını hesab etmək olar. Şərt birtərəflidir, mövcud situasiya dəqiq qeyd olunmamışdır və məsləhət verən tərəfin fərdi-psixololi xüsusiyyətləri də nəzərə alınmamışdır. “Siz ona tapşırıqlarının ...” cümləsində "siz" sözü artıqdır. Subyektiv fikrin qarşısında obyektiv düşüncə hər zaman üstün olur. Belə qənaətə gəlinir ki, rəy üçün təqdim edilən sual doğru tərtib olunmayıb, imtahan zamanı istifadə olunması tövsiyə olunmur. Bakı Dövlət Universiteti, Psixologiya kafedrasının müəllim və professor heyəti ilə birgə müzakirə aparılıb, müvafiq rəy təqdim olunmuşdur.

28. Göründüyü kimi “Məntiq” bloku üzrə 79-cu sualın düzgün tərtib edilməməsi, belə ki sual üzrə iki cavab variantının (“B” və “E”) doğru olması iş materiallarında olan mütəxəssis rəyi ilə öz təsdiqini tapır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli, 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın (bundan sonra Qaydalar) 2.6.2-ci yarımbəndinə əsasən, hazırlanan qapalı tipli hər bir test tapşırığının cavab variantlarından biri doğru, digərləri isə yanlış olmalıdır. Yuxarıda qeyd olunan səbəblərə görə sözügedən test tapşırığı qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir.

30. Bundan başqa, Qaydaların 2.6.3-cü yarımbəndinə əsasən, test tapşırıqlarının mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır.

31. Buna baxmayaraq, sözügedən test tapşırığı “Məntiq” bloku üzrə imtahan proqramının hər hansı bir bölməsinə uyğun gəlmir. Belə ki, apellyasiya komissiyasında iddiaçının müraciətinə baxılması zamanı həmin sualın proqramda “mətnin məzmunu ilə bağlı sualın cavablandırılması” bölməsinə aid olması bildirilmişdir. Lakin, həmin sual adıçəkilən bölmənin tələblərinə uyğun deyil.

32. Qeyd olunmalıdır ki, “mətnin məzmunu ilə bağlı sualın cavablandırılması” bölməsinə aid olan suallarda məlum bir mətn verilir və sualın cavabı həmin mətnin daxilində olur (ya birbaşa, ya da dolayı). Hazırki sual isə şəxsin müvafiq davranışı müəyyən etmə qabiliyyətini yoxlamağa yönəlməklə “mətnin məzmunu ilə bağlı sualın cavablandırılması” bölməsinə deyil, “ümumi xarakterli situasiya mühakimə bacarıqlarının yoxlanılması üzrə proqram”a aiddir. Qeyd olunan sonuncu proqram isə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən imtahanların ədəbiyyat siyahısında mövcuddur.

33. Hazırki iş üzrə iddiaçı dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən imtahanda deyil, dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün imtahanda iştirak etdiyindən imtahanda cavabdeh tərəfindən proqramdankənar test tapşırığından istifadə olunması qanunamüvafiq olmamışdır.

34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, xx.xx.2025-ci il tarixli qərardadla mübahisəli test tapşırığının Qaydaların tələblərinə uyğun tərtib edilib-edilməməsinin araşdırılması məqsədilə mütəxəssis rəyinin alınması qərara alınaraq rəy verilməsi üçün Bakı Dövlət Universitetinə göndərilmiş, müvafiq rəy Fəlsəfə kafedrasının deyil, Psixologiya kafedrasının mütəxəssisi tərəfindən təqdim edilmişdir. Bu da bir daha onu deməyə əsas verir ki, həmin sual “ümumi xarakterli situasiya mühakimə bacarıqlarının yoxlanılması üzrə proqram”a aiddir və cavabdeh tərəfindən keçirilən imtahanda proqramdankənar test tapşırığından istifadə olunmuşdur.

35. Belə olan halda, mübahisələndirilən test tapşırığı yanlış tərtib edildiyindən (iki cavab variantı olduğundan) və proqramdankənar olmasına baxmayaraq imtahanda istifadə olunduğundan, həmin sualın düzgün cavablandırılmasına görə Qaydaların 4.1.1-ci yarımbəndinə uyğun olaraq nəzərdə tutulmuş 1 bal iddiaçının xeyrinə hesablanmalıdır.

36. 2) “Məntiq” bloku üzrə 98-ci sual: Yaşların fərqi 8 olan iki qardaşın bugünkü yaşlarının nisbəti 23-dür. Qardaşların 16 il sonra yaşlarının analoji nisbətini tapın. İddiaçı tərəfindən doğru hesab olunan cavab: “Sual cavablandırılmamışdır” Cavabdeh tərəfindən doğru hesab olunan cavab: “0.8” Qeyd olunan sualla bağlı iş materiallarında olan sənədlər:

37. Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixində keçirilən test imtahan mərhələsində AB vəzifə qrupu üzrə 98 saylı test tapşırığına dair xx.xx.2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, sözügedən test tapşırığı belə olmuşdur: “Yaşlarının fərqi 8 olan iki qardaşın bugünki yaşlarının nisbəti 23-dür. Qardaşların 16 sonra yaşlarının analoji nisbətini tapın”. Test tapşırığının düzgün həlli belədir: Böyük qardaşın yaşını Y, kiçiyinin isə X ilə işarə etsək, Y-X=8 və Y/X=23 alınar. İkinci eynilikdən alınan Y=23X ifadəsini 1-ci eynilikdə nəzərə alsaq 22X=8, yəni X=4/11, buradan da Y=23X=92/11 alınır. 16 il sonra böyük qardaşın yaşı 92/11+16=(92+11x16)=268/11, kiçik qardaşın yaşı isə 4/11+16=(4+11x16)/11=180/11 ilə bərabərdir. Qardaşların 16 il sonra yaşlarının analoji nisbəti (268/11)/(180/11)=268/180=67/45 olacaq. Namizədin özü tərəfindən qeyd vərəqinin 3-cü səhifəsində hesablama aparılarkən kəsrin surətindəki digər kəsrin məxrəcində səhvə yol verilmiş, 22 ədədinin yerinə 2 yazılmış və bu səhv sondakı nəticənin yanlışlığına gətirib çıxarmışdır. Bundan başqa, namizəd qeyd vərəqinin 4, 5 və 6-cı səhifələrində də hesablama aparmağa səy göstərmiş, lakin nəticəni əldə edə bilməmişdir. Belə ki, namizəd qeyd vərəqinin 5-ci səhifəsinin aşağı sağ küncündə tapşırığın şərtindəki "nisbət"i 23 əvəzinə 2/3 kimi (X/Y=2/3) göstərərək tapşırığı həll etməyə çalışır və səhvən kiçik yaşı göstərən ədəddən böyük yaşı göstərən ədədi çıxır. (X-Y=8) və yenə də həlli tamamlaya bilmir.

38. Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının baş müəllimi Azər Allahverdiyev tərəfindən təqdim olunmuş rəydə qeyd edilmişdir ki, sualda iki qardaşın yaşlarının nisbəti 23 göstərilmişdir. Bu halda məsələnin həlli yoxdur. Nəzərə almaq lazımdır ki, bu tip məsələlərdə insanların yaşı tam natural ədədlərlə göstərilir. Məsələnin təqdim edilməsində texniki xətaya yol verilmiş və 2 və 3 rəqəmləri arasında kəsr xətti buraxılmışdır (23 əvəzinə 2/3). Əgər məsələnin şərtində 23 əvəzinə 2/3 olsaydı, məsələnin düzgün həlli belə olardı: x-y=8 => x=8+y y/x=2/3 3y=2x 3y=2(8+y) y=16+16=32 3y=16+2y x=24+16=40 y=16 y/x=32/40=4/5 x=8+16=24 y/x=16/24=2/3

39. Göründüyü kimi “Məntiq” bloku üzrə 98-ci sualın düzgün tərtib edilməməsi, belə ki sualın mətnində “2/3” əvəzinə yanlışlıqla “23” qeyd edilməsi, bu səbəbdən də həllinin qeyri-mümkün olması iş materiallarında olan mütəxəssis rəyi ilə öz təsdiqini tapır.

40. Qaydaların 2.7-ci bəndinə əsasən, açıq və esse tipli test tapşırıqları Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir.

41. Buna baxmayaraq sözügedən açıq tipli sualın tərtibində səhvə yol verilmiş, bu isə sualın həllini qeyri-mümkün etmiş, bu səbəbdən də sual iddiaçı tərəfindən cavablandırılmamışdır. Belə ki, sualın mətnində yalnız yanlışlıqla qeyd edilmiş “23” əvəzinə “2/3” qeyd olunduğu təqdirdə düzgün cavab olaraq cavabdeh tərəfindən qəbul edilmiş “0.8” nəticəsinə gəlmək mümkündür.

42. Məhkəmə kollegiyası sözügedən suala dair təqdim edilmiş ilkin rəydə göstərilənlərlə razılaşmır və qeyd edir ki, bu tip məsələlərdə insanların yaşı tam natural ədədlərlə göstərilməlidir. Həmin rəydə isə cavabdeh tərəfindən yanlışlığa yol verildiyi göstərilməmiş, sual yanlış şərtlər əsasında həll edilmiş, yekunda böyük qardaşın 268/11, kiçik qardaşın yaşı isə 180/11 yaşının olması müəyyən edilmişdir.

43. Belə olan halda, mübahisələndirilən açıq tipli test tapşırığının tərtibində yanlışlığa yol verildiyindən (“2/3” əvəzinə yanlışlıqla “23” qeyd edildiyindən) həmin sualın düzgün cavablandırılmasına görə Qaydaların 4.1.2-ci yarımbəndinə uyğun olaraq nəzərdə tutulmuş 2 bal iddiaçının xeyrinə hesablanmalıdır.

44. 3) “İnformatika” bloku üzrə 67-ci sual: File Explorer (Провадник/Fayl Bələdçisi) proqramının ünvan sətrinə dim.gov.az yazıb Enter düyməsi basıldıqda nə baş verəcək (Windows 10)? A) Ünvan verilmiş sayta daxil olunucaq B) D: diskində dim.gov.az adlı fayl və ya qovluqlar axtarılacaq C) Əməliyyat sistemi yenidən yüklənəcək D) Cari qovluqda dim.gov.az adlı fayl yaranacaq E) C: diskində dim.gov.az adlı qovluğa daxil olunucaq İddiaçı tərəfindən doğru hesab olunan cavab variantı: “E” Cavabdeh tərəfindən doğru hesab olunan cavab variantı: “A” Qeyd olunan sualla bağlı iş materiallarında olan sənədlər:

45. Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixində keçirilən test imtahan mərhələsində AB vəzifə qrupu üzrə 67 saylı test tapşırığına dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetnə Sistemləri İnstitutunun baş elmi işçisi, r.e.d., dosent A.B.Rəhimov tərəfindən təqdim olunmuş rəydə qeyd edilmişdir ki, "File Explorer" proqramının ünvan sətrinə "dim.gov.az" yazdıqda və "Enter" düyməsini sıxdıqda susmaya görə internet brauzer (məs. İnternet Explorer, Google Chrome və s.) işə düşür və DİM-in rəsmi internet səhifəsinə keçid edilir. Bu hal "File Explorer" proqramının işçi sahəsində istənilən diskin və ya qovluğun məzmunu əks olunduqda doğrudur. Ona görə 67-ci testin doğru cavabı “ünvanı verilmiş sayta daxil olunacaq” bəndidir. Yalnız "File Explorer" proqramının işçi sahəsində məqsədli şəkildə a) C diskinin məzmunu əks olunarsa və b) həmin diskdə eyni zamanda məqsədli şəkildə "dim.gov.az" adlı qovluq yaradılmışdırsa, yalnız bu halda C diskindəki "dim.gov.az" adlı qovluğa daxil olunacaq. Bu səbəbdən süni a) və b) şərtləri daxilində doğru olan “C - diskində dim.gov.az adlı qovluğa daxıl olunacaq” bəndi doğru cavab kimi qəbul oluna bilməz.

46. Bakı Dövlət Universitetinin İnformatika kafedrasının müdiri, texnika elmlər doktoru, dosent Mübariz Xəlilov və İnformasiya Texnologiyaları və Proqramlaşdırma kafedrasının müdiri, fizika-riyaziyyat elmlər namizədi, dosent Aydın Əliyev tərəfindən tərtib edilmiş rəydə qeyd olunmuşdur ki, sözügedən sual Qaydalara uyğun tərtib edilmişdir. File Explorer (Провадник/Fayl Bələdçisi) proqramının ünvan sətrinə dim.gov.az yazıb Enter düyməsi basıldıqda DİM-in rəsmi internet səhifəsinə keçid olunacaq. Deməli testin doğru cavabı “A) Ünvan verilmiş sayta daxil olunucaq” cavabıdır.

47. Bakı Ali Neft Məktəbinin İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova tərəfindən tərtib edilmiş rəydə qeyd olunmuşdur ki, Fayl Bələdçisi (Windows 10) ünvan sətrinə yazılan ad həm URL ola, həm də lokal qovluq adı kimi çıxış edə bilər, lakin Windows əvvəlcə ikinci variantı yoxlayır. Sistem Desktop-da “dim.gov.az” adlı direktoriyanın olduğunu müəyyən etdikdə, URL-i nəzərə almadan həmin qovluğu açır. Bu əməliyyat sisteminin yol həll etmə prioritetlərindən irəli gəlir. Bu səbəbdən düzgün cavab C diskindəki qovluğun açılmasıdır (E).

48. Bakı Ali Neft Məktəbinin İnformasiya Texnologiyaları kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Məhəmməd Şərifov tərəfindən tərtib edilmiş rəydə qeyd olunmuşdur ki, “Windows 10” əməliyyat sistemində File Explorer ünvan sətrinə “dim.gov.az” ifadəsi daxil edildikdə. sistem onu ilk olaraq yerli fayl yolu kimi şərh edir. Əgər istifadəçinin kompüterinin İş masasında eyni adlı qovluq mövcuddursa, əməliyyat sistemi URL deyil, mövcud direktoriyanı prioritet qəbul edərək həmin qovluğu açır. Bu proses Windows-un yol həll etmə (path resolution) mexanizminə əsaslanır və lokal obyektin mövcudluğu internet ünvanına yönləndirmədən üstün tutulur. Nəticədə daxil edilən ad uyğun direktoriyaya çevrilir və həmin qovluq açılır. Beləliklə, ünvan sətrinə “dim.gov.az” daxil edildikdə sistem onu lokal yol kimi tanıyaraq C diskindəki həmin qovluğa daxil olur (E variantı).

49. Göründüyü kimi “İnformatika” bloku üzrə 67-ci sualla əlaqədar iş materiallarında bir-biri ilə ziddiyyət təşkil edən mütəxəssis rəyləri mövcuddur. Belə ki, Bakı Dövlət Universitetinin mütəxəssisləri doğru cavab variantının “A”, Bakı Ali Neft Məktəbinin mtəxəssisləri “E”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetnə Sistemləri İnstitutunun mütəxəssisləri isə “A” olduğunu qeyd edirlər. Lakin qeyd olunan sonuncu rəydə həmçinin o da qeyd olunur ki, yalnız "File Explorer" proqramının işçi sahəsində məqsədli şəkildə a) C diskinin məzmunu əks olunarsa və b) həmin diskdə eyni zamanda məqsədli şəkildə "dim.gov.az" adlı qovluq yaradılmışdırsa, yalnız bu halda C diskindəki "dim.gov.az" adlı qovluğa daxil olunacaq. Bu səbəbdən süni a) və b) şərtləri daxilində doğru olan “C - diskində dim.gov.az adlı qovluğa daxıl olunacaq” bəndi doğru cavab kimi qəbul oluna bilməz.

50. Belə olan halda iş materiallarında olan rəylərlə müəyyən olunur ki, mübahisələndirilən sualın tətibində yanlışlığa yol verilmiş, belə ki, sualın məzmununda File Explorer (Провадник/Fayl Bələdçisi) proqramının ünvan sətrinə “dim.gov.az” yazıb Enter düyməsi basılmamışdan əvvəl “C:” diskində həmin adda qovluğun olub-olmamasına aydınlıq gətirilməmişdir. Nəzərə almaq lazımdır ki, “C:” diskində həmin adda qovluq olduğu təqdirdə File Explorer (Провадник/Fayl Bələdçisi) proqramının ünvan sətrinə “dim.gov.az” yazıb Enter düyməsi basıldıqda “C:” diskində “dim.gov.az” adlı qovluğa daxil olunucaq (“E” variantı), belə qovluq mövcud olmadığı təqdirdə isə ünvan verilmiş sayta daxil olunucaq (“A” variantı).

51. Məhkəmə tərkibi qeyd edir ki, bu sualda Qaydaların 2.6.5-ci yarımbəndinə uyğun tərtib olunmadığından, yəni mübahisələndirilən test tapşırığının tərtibində yanlışlığa yol verildiyindən, şərti və cavabları dəqiq və birmənalı olmadığından, həmin sualın düzgün cavablandırılmasına görə Qaydaların 4.1.1-ci yarımbəndinə uyğun olaraq nəzərdə tutulmuş 1 bal iddiaçının xeyrinə hesablanmalıdır.

52. 4) “Qanunvericilik” bloku üzrə 28-ci sual: Azərbaycan Respublikası Konstitusiyasına əsasən bələdiyyələrin səlahiyyətlərinə aid edilməmişdir? A) Vergilər və ödənişlərin müəyyən edilməsi B) Bələdiyyə üzvlərinin səlahiyytlərinə xitam verilməsi C) Bələdiyyə mülkiyyəti barəsində sərəncam verilməsi D) Bələdiyyənin reqlamentinin təsdiq edilməsi İddiaçı tərəfindən doğru hesab olunan cavab variantı: “A” Cavabdeh tərəfindən doğru hesab olunan cavab variantı: “B” Qeyd olunan sualla bağlı iş materiallarında olan sənədlər:

53. Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixində keçirilən test imtahan mərhələsində AB vəzifə qrupu üzrə 28 saylı test tapşırığına dair hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əzimov tərəfindən təqdim edilmiş rəydə qeyd olunmuşdur ki, iddia olunan tezis ondan ibarətdir ki, sualın iki düzgün cavabı mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində “bələdiyyə üzvlərinin səlahiyyətlərinin qanunla müəyyən edilmiş hallarda xitam verilməsi” müddəasının “bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” məzmununda göstərilməsi həmin səlahiyyətin bələdiyyənin səlahiyyətinə aid edilməməsi üçün əsasdır. Yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmişdir. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi halları və qaydasının müəyyən edilməsi Konstitusiyanın 146-cı maddəsinin 1-ci hissəsində əks etdirilir. Həmin maddəyə görə bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması da daxil olmaqla səlahiyyətlərinə xitam verilməsi halları və qaydası qanunla müəyyən edilir. Başqa sözlə, “bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” halları və qaydasının müəyyənləşdirilməsi qaydası Əsas Qanunda təsbit edildiyinə görə bələdiyyənin diskresion səlahiyyət kimi nəzərdən keçirilməsi mümkün deyildir. Ona görə də bələdiyyə üzvlərinin səlahiyyətlərinə “xitam verilməsi halları”nın cavab variantında göstərilməməsi onu bələdiyyə səlahiyyətlərinə aid edilməyən məsələyə çevirmir. Aydındır ki, bu səlahiyyət bələdiyyənin iclaslarında həyata keçirdiyi səlahiyyətlərdən biridir və onun halları və qaydası Konstitusiyanın başqa bir maddəsi ilə müəyyən edilmişdir. Testin düz cavabı olan “vergilərin və digər ödənişlərin müəyyən edilməsi” isə Konstitusiyanın 94-cü maddəsinə əsasən bütün ölkə ərazisində Milli Məclisin səlahiyyətlərinə aiddir. Bütün bunları nəzərə alaraq belə nəticə əldə etmək olar ki, Azərbaycan Respublikası Konstitusiyası bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilməsi məsələsini bələdiyyənin səlahiyyətlərinə aid olan məsələ kimi nəzərdən keçirir. Qeyd etmək lazımdır ki, irəli sürülən belə bir mövqe Azərbaycan Respublikası qanunvericiliyində təsit olunmuş müddəaların məntiqi əsası olmadan fərqli yozulmasından qaynaqlana bilər və testin cavabının öz məqsədlərinə uyğun şərhindən başqa bir şey deyildir.

54. Bakı Dövlət Universitetinin Konstitusiya Hüququ kafedrasının professoru, hüquq elmləri doktoruƏliyev Sübhan Fərmayıl oğlu tərəfindən təqdim edilmiş rəydə qeyd olunmuşdur ki, sözügedən test tapşırığı Qaydalara uyğun tərtib edilmişdir. Sual variantı dövlət qulluğuna qəbul proqramına uyğun tərtib edilmişdir. Sualın quruluşu və cavab variantları birmənalı və konkret səciyyə daşıyır. Qeyd olunan sual üzrə düzgün cavab “A” variantında qeyd edilən “Vergilərin və ödənişlərin müəyyən edilməsi”-dir. Sualda Azərbaycan Respublikasının Konstitusiyasına əsasən bələdiyyələrin səlahiyyətinə aid edilməyən səlahiyyət soruşulur. Bu cavab variantı Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 4-cü bəndində göstərilən və bələdiyyələrin səlahiyyətinə aid edilən “yerli vergilərin və ödənişlərin müəyyən edilməsi” ilə oxşar olsa da, eyniyyət təşkil etmir. Belə ki, həmin ifadədən “yerli” sözü çıxarılmışdır. Bu da ifadənin məzmununu tamamilə dəyişir. Çünki “yerli vergi və ödənişləri müəyyən edilməsi” səlahiyyətinin məhz bələdiyyələrin fəaliyyəti ilə əlaqədar olmasını “yerli” sözü müəyyən edir. Həmin söz ifadədən çıxarıldıqda isə məzmun tamamilə dəyişir. “Vergi və ödənişlərin müəyyən edilməsi” səlahiyyəti Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, o cümlədən digər qanunvericilik aktlarına əsasən, bələdiyyələrin səlahiyyətinə aid edilə bilməz.

55. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərinə göra Bələdiyyələrin Nizamnaməsində bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi əsasları və qaydası da göstərilməlidir. Həmçinin Qanunun 23-cü maddəsinə əsasən müəyyən əsaslar olduqda bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsinin Azərbaycan Respublikası Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilməsi təsbit olunmuşdur. Həmin Qanunun 2-ci maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) – Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən vergilərdir. Yerli ödənişlər – “Yerli (bələdiyyə) vergilar və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. Eyni zamanda, yerli vergilərin və ödənişlərin tərkibi “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci və 9-cu maddələri ilə müəyyən edilmişdir.

56. Hüquq üzrə fəlsəfə doktoru X7 tərəfindən tərtib olunmuş rəydə qeyd edilmişdir ki, test sualında verilən redaksiyada həm “A”, həm də “B” variantları Konstitusiyanın 144cü maddəsinin orijinal mətninə tam uyğun gəlmir və bələdiyyələrin səlahiyyətləri ya genişləndirilir, ya da normativ məhdudiyyəti ixtisar edir. Bu səbəbdən həm “A” variantında, həm də “B” variantında göstərilən cavablar qeyd edilən çatışmazlıqlar nəzərə alınmasa testin düzgün cavabı kimi qəbul edilə bilər.

57. Məhkəmə kollegiyası “Qanunvericilik” bloku üzrə mübahisələndirilən test tapşırığını və yuxarıda qeyd olunan mütəxəssis rəylərini nəzərdən keçirərək hesab edir ki, sözügedən sualın tərtibində də səhvə yol verilmişdir. Belə ki sual üzrə iki doğru cavab variantı (“A” və “B”) mövcuddur.

58. Test tapşırığının məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən bələdiyyələrin səlahiyyətlərinə aid edilməyən variantın seçilməsi tələb olunur. Sual üzrə “C” və “D” variantlarının yanlış olması mübahisələndirilmir.

59. “A” variantında qeyd edilmiş “Vergilər və ödənişlərin müəyyən edilməsi” Azərbaycan Respublikası Konstitusiyasına əsasən bələdiyyələrin səlahiyyətlərinə aid edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə əsasən, yerli vergilərin və ödənişlərin müəyyən edilməsi bələdiyyələrin iclaslarında həll edilən məsələ olmaqla bələdiyyələrin səlahiyyətlərinə aid edilmişdir. Test tapşırığında isə “yerli vergilərin və ödənişlərin müəyyən edilməsi” ifadəsindən “yerli” sözü çıxarılaraq “A” variantında əks etdirilmişdir ki, bu da həmin variantın sualın düzgün cavabı olmasına səbəb olmuşdur. Belə ki, cavab variantında “yerli” sözünün ixtisar edilməsi hüquqi baxımdan bələdiyyələrin səlahiyyətinin həcmini genişləndirir və sonuncunun dövlət vergilərini də müəyyən edə bilməsi kimi yanlış təsəvvür yaradır.

60. “B” variantında qeyd edilmiş “Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” Azərbaycan Respublikası Konstitusiyasına əsasən bələdiyyələrin səlahiyyətlərinə aid edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 144cü maddəsinə əsasən, bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi bələdiyyələrin iclaslarında həll edilən məsələ olmaqla bələdiyyələrin səlahiyyətlərinə aid edilmişdir. Test tapşırığında isə “qanunla müəyyən edilmiş hallarda bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi” ifadəsindən “qanunla müəyyən edilmiş” hissəsi çıxarılaraq “B” variantında əks etdirilmişdir ki, bu da həmin variantın sualın düzgün cavabı olmasına səbəb olmuşdur. Belə ki, cavab variantında “qanunla müəyyən edilmiş” hissəsinin ixtisar edilməsi hüquqi baxımdan bütün hallarda “bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi”nin bələdiyyələrin səlahiyyətinə aid edilməsi kimi yanlış təsəvvür yaradır. Buna baxmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə əsasən “bütün hallarda” deyil, yalnız “qanunla müəyyən edilmiş hallarda” bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi bələdiyyələrin səlahiyyətinə aid edilmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi mexanizminin qanunla müəyyən edilən prosedur olması da Konstitusiyada birbaşa göstərilmişdir. Belə ki, Konstitusiyanın 146.1-ci maddəsinə əsasən, bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.

62. Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixində keçirilən test imtahan mərhələsində AB vəzifə qrupu üzrə 28 saylı test tapşırığına dair hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əzimov tərəfindən təqdim edilmiş rəydə qeyd olunmuşdur ki, “bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” halları və qaydasının müəyyənləşdirilməsi qaydası Əsas Qanunda (Konstitusiyada) təsbit edildiyinə görə bələdiyyənin diskresion səlahiyyət kimi nəzərdən keçirilməsi mümkün deyildir. Ona görə də bələdiyyə üzvlərinin səlahiyyətlərinə “xitam verilməsi halları”nın cavab variantında göstərilməməsi onu bələdiyyə səlahiyyətlərinə aid edilməyən məsələyə çevirmir.

63. Bununla bağlı qeyd olunmalıdır ki, yuxarıda qeyd edildiyi kimi bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, həmçinin Konstitusiyada müəyyən edilmiş hallarda deyil, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi bələdiyyələrin iclaslarında həll edilən məsələ olmaqla bələdiyyələrin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi qaydası qanunla (“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsi), həmin halların və qaydaların müəyyənləşdirilməsi qaydası isə Konstitusiyada (144 və 146-cı maddələr) müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhz cavabdeh orqan tərəfindən nəşr etdirilmiş “Dövlət qulluğu 2024 test toplusu (2000 test tapşırığı)” vəsaitinin 57-ci səhifəsində olan 167 nömrəli test tapşırığında bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi bələdiyyələrin iclaslarında həll edilən məsələ kimi qəbul edilmişdir.

65. Belə olan halda, mübahisələndirilən test tapşırığı yanlış tərtib edildiyindən (iki cavab variantı olduğundan), həmin sualın düzgün cavablandırılmasına görə Qaydaların 4.1.1-ci yarımbəndinə uyğun olaraq nəzərdə tutulmuş 1 bal iddiaçının xeyrinə hesablanmalıdır.

66. Məhkəmə kollegiyası yekunda qeyd etməyi zəruri hesab edir ki, dövlət qulluğuna qəbulla əlaqədar müsabiqənin test mərhələsinin keçirilməsi, o cümlədən müsabiqədə namizədlərə təqdim ediləcək test tapşırıqlarının ekspertizadan keçirilib təsdiq edilməsi və müsabiqənin nəticələrinin qiymətləndirilməsi cavabdehin məsuliyyət sferasına aiddir. Bu baxımdan müsabiqədə namizədlərə təqdim ediləcək test tapşırıqlarının şərtlərinin və cavablarının dəqiq, aydın və birmənalı tərtib olunmasının təmin edilməsi, habelə həmin tapşırıqlarda sualın birdən artıq düzgün cavabının istisna edilməsi cavabdehin xidməti vəzifələrinə aiddir.

67. İmtahan və ya test tapşırıqlarının korrektliyi və verilən cavabların qiymətləndirilməsi ilə bağlı hüquq tətbiqi təcrübəsinin prinsipləri baxımından, hər bir test tapşırığı və ya sualı dəqiq, aydın və birmənalı ifadə edilməli, subyektiv interpretasiya və çoxmənalı təfsir imkanlarını istisna edən şəkildə formulə olunmalıdır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, hüquq normalarının təfsiri ilə bağlı hamılıqla qəbul olunmuş ümumi qaydaya əsasən, qeyri-dəqiq və qeyri-müəyyən ifadələr, barəsində qeyrimüəyyənliyin yarandığı şəxsin xeyrinə təfsir olunmalıdır (in dubio pro reo). Tədris prosesinə münasibətdə də həmin qayda tətbiq olunmalı, test tapşırıqlarında istifadə olunmuş qeyri-müəyyən və qeyri-dəqiq ifadələr namizədin xeyrinə təfsir edilməlidir. Belə yanaşma obyektivlik , hüquqi müəyyənlik və ədalət prinsiplərindən irəli gəlir.

68. “İnzibati icraat haqında” Azərbaycan Respublikasının Qanununun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

69. Belə olan halda “Məntiq” blokunun 79-cu sualı üzrə 1 bal, 98-ci sualı üzrə 2 bal, “İnformatika” blokunun 67-ci sualı üzrə 1 bal və “Qanunvericilik” blokunun 28-ci sualı üzrə 1 bal olmaqla, ümumilikdə 5 bal iddiaçının xeyrinə hesablanmalıdır. İddiaçının imtahanda 85 bal toplaması işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunan 5 bal onun xeyrinə hesablandıqda ümumi 90 bal tamamlanır, bu isə ona Qaydaların 4.2-ci bəndinə əsasən “AB3” sertifikatının verilməsi üçün əsasdır.

70. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-476/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AC qrupuna uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün iştirak etdiyi test imtahanı nəticəsinin (70.8% (85 bal)) üzərinə “Məntiq” blokunun 79-cu sualı üzrə 1 bal, 98-ci sualı üzrə 2 bal, “İnformatika” blokunun 67-ci sualı üzrə 1 bal və “Qanunvericilik” blokunun 28-ci sualı üzrə 1 bal olmaqla, ümumilikdə 5 bal əlavə edilməsi və ona 75% (90 bal) nəticəsinə uyğun olaraq “AB3” sertifikatının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası X6 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar