Məhkəmə qərarları › İş №2-1(104)-534/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-534/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-534/2025 19.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X1rşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), X5 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X1rşı “diplom üzrə kvalifikasiyanın tanınması və ona tanınma barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1804/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Texnologiya Universiteti tərəfindən verilmiş 24 iyun 2002-ci il tarixli, A 118622 nömrəli diplomdan görünür ki, Dövlət Attestasiya Komissiyasının 24 iyun 2002-ci il tarixli qərarı ilə Tağıyeva (Əsgərova) İlahə Elşən qızına “Mühəndis iqtisadiyyatı və idarəetmə (İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.

2. Xarkov X7 və Ticarət Universiteti tərəfindən verilmiş 31 yanvar 2018-ci il tarixli, 010259 qeydiyyat nömrəli magistr diplomundan görünür ki, İddiaçı 2018-ci ildə Xarkov X7 və Ticarət Universitetində tam kursu bitirmiş və iqtisadiyyat proqramı üzrə magistr dərəcəsi almışdır.

3. Həmin diploma xx.xx.2018-ci il tarixli, ******* nömrəli əlavədən görünür ki, magistr dərəcəsi üzrə proqramın rəsmi müddəti 1 il 5 ay (xx.xx.2016-xx.xx.2018-ci il müddətində), təhsilin forması-qiyabi, tədris proqramının kredit sayı-90, fənlər üzrə qiymətləndirmə “məqbul və “yaxşı” olmuşdur.

4. Diplom Xarkov X7 və Ticarət Universiteti tərəfindən xx.xx.2018-ci ildə A-73922-18 saylı şəhadətnamə ilə 5 oktyabr 1961-ci il tarixli Konvensiyaya əsasən apostil edilmişdir.

5. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş və Təhsildə X2 xx.xx.2019cu il tarixli qərarı ilə İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.

6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə X2 İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-61/2-Ə5-4/24 nömrəli məktubda qeyd edilmişdir ki, “Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukraynanın Xarkov X7 və Ticarət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndinə əsasən, A78B86761C23625 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, onun 30 (otuz) gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə müraciət etmək hüququ vardır.”

7. İddiaçı məxsus P4364557 nömrəli pasportdan görünür ki, o, xx.xx.2016xx.xx.2016 və xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə Ukrayna Respublikası ərazisində olmuşdur.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-4693/24 nömrəli cavab məktubundan məlum olur ki, İddiaçı 2016-2017-ci tədris ilində Gürcüstan Respublikasında 13 gün, 2017-2018-ci tədris ilində Gürcüstan Respublikasında 6 gün, cəmi 19 gün olmuşdur.

9. Ukrayna Xarkov X7 və Ticarət Universiteti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 422/15 nömrəli arayışda qeyd edilmişdir ki, “xx.xx.1981-ci il təvəllüdlü, pasport № P ******* olan Azərbaycan Respublikasının vətəndaşı, İddiaçı sənədlərini qəbul üçün təqdim etmiş, xx.xx.2015-ci il tarixli 08/15 nömrəli təhsil müqaviləsi bağlamış və X14 və Ticarət Universitetinin iqtisadiyyat fakültəsində təhsil haqqını ödəmişdir. Ödənilmiş təhsil haqqı və keçirilmiş müsahibə əsasında İddiaçı iqtisadiyyat fakültəsinin “Müəssisənin iqtisadiyyatı” ixtisası üzrə qiyabi şöbəsinin magistratura pilləsinə qəbul edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixindən X14 və Ticarət Universitetinin iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinin tələbəsi hesab olunacaqdır. Arayış Azərbaycan Texnologiya Universitetinə təqdim etmək üçün verilib.”

10. Məhkəmə kollegiyasının sorğusuna Təhsildə X2 xx.xx.2025-ci il tarixli, 3-29-61/2- 548/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Hazırkı məhkəmə işi üzrə "Elektron məhkəmə” informasiya sistemində elektron məhkəmə kabinetinə yüklənmiş tanınma haqqında şəhadətnamənin verildiyi vətəndaş X8 iddiaçı ilə eyni müəssisədə təhsil almışdır. Lakin, Məhkəmədən nəzərə alınmasını xahiş etdiyimiz məqam odur ki, hazırkı iş üzrə imtina qərarının, dolayısı ilə məhkəmə mübahisəsinin predmeti vətəndaşın təhsil aldığı dövrdə ali təhsil müəssisəsinin yerləşdiyi xarici dövlətin ərazisində olma müddətinin tələblərə uyğun olmamasıdır. Məlumat üçün qeyd edirik ki, iddiaçı bir il və 5 aylıq təhsil müddəti ərzində ümumilikdə cəmi 4 gün ali təhsil müəssisəsinin yerləşdiyi xarici dövlətin ərazisində olmuşdur, halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 8.7.2-ci yarımbəndinə əsasən magistratura səviyyəsində qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi 120-160 saat nəzərdə tutulur və bu zaman həftəlik tədris saatlarının həcmi maksimum 16 saatdan çox olmamalıdır. Bu da nəzərdə tutulmuş minimum 120 saatlıq tədris yükünün yerinə yetirilməsi üçün bu tədris prosesində ən az 7 həftəlik davamiyyəti və hər semestr üzrə 1 həftə imtahan dövrünü özündə ehtiva edir. Yekun olaraq qeyd edirik ki, məhkəmənin sorğu etdiyi məlumatlar əsasında aparılmış araşdırmanın nəticəsi olaraq, iddiaçı ilə eyni illərdə eyni təhsil müəssisəsində eyni təhsilalma formasında təhsilalan başqa şəxslər aşkarlanmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, diplom təsdiqi barədə iddianın təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun diplom təsdiqi barədə müraciətinə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-29-61/1- Ə-5-4/2024 saylı ərizə ilə cavab verilmişdir ki, xarici ali təhsil ixtisasının tanınması ilə bağlı onun xx.xx.2019-cu il tarixli müraciəti barədə ona xx.xx.2019-cu il tarixli Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 235 saylı qərarı ilə təsdiq edilmiş elektron xidmət növlərinin siyahısına daxil olan "xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostifikasiyasının) onlaynla yoxlanılması elektron xidməti vasitəsi ilə əlavə qeyd olunmuş məlumat verilmişdir. İmtinada qeyd edilir: Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyəyn edilmişdir ki, Ukraynanın Xarkov X7 və Ticarət Universitetinin Tədris Normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirmək qeyri-mümkündür. Onun təhsil aldığı dövrlərdə gediş-gəliş pasportunda möhürlər onu təsdiqləyir ki, həmin Universitetin ona göndərişlə çağırış etdiyi vaxtların hər birində vaxtlı vaxtında sessiayalarda şəxsən özü iştirak etməklə imtahanlarda olmuşdur. Bunu cavabdeh tərəfindən Ukrayna Dövlətinin Təhsil Nazirliyinə göndərilmiş sorğular nəticəsində onun təhisl aldığı dövrlərdə şəxsən özünün iştirak etməyi öz təsdiqini tapsa da cavabdeh tərəf bunu nəzərə almamış və Ukrayna Dövlətinin Təhsil Nazirliyinin apostil olunmuş diplomunu təsdiq etməkdən cavabdeh tərəfindən imtina edilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iddia tələbi “Xarkov X7 və Ticarət Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş M18 № 010259 qeydiyyat nömrəli magistr diplomu üzrə ixtisasın tanınması barədə qərar qəbul edilməsi və tanınma barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

14. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Porsessual Məcəlləsinin 38.2-ci bəndinə əsasən məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Sözügedən normada qeyd olunur ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki halında, İddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2019-cu il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2019-cu il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikasının “İnzibati Prossesual Məcəllə”sinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericllikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının “İnzibati Prossesual Məcəllə”sinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldıra bilər. Azərbaycan Respublikasının “Vətəndaşların müraciəti haqqında” Qanunun 3.0.12-ci maddəsinə əsasasən elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət; Həmin Qanunun 6.7-ci maddəsinə əsasən “Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir”. Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən “Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir”. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən “Elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir". Qanunun 28.2-ci maddəsinə əsasən “Elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir”. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən "Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddiaçı tərəf öz ərizəsində imtina aktının iddiaçıya göndərilmədiyini bildirmişdir. İddiaçı elektron qaydada cavabdehə müraciət etmiş və onun qeyd etdiyi telefon nömrəsinə inzibati aktın yükləndiyi ilə bağlı mesaj göndərilmişdir. İddiaçının 1 il ərzində müraciətin nəticəsi ilə maraqlanmaması fikri özlüyündə absurddur. Bu sadəcə ötürülmüş müddətin bərpa olunması ilə bağlı heç bir əsası olmadan deyilmiş bir fikirdir. İnzibati orqanın xx.xx.2019-cu il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. Daha sonra iddiaçı inzibati orqana imtina qərarı ilə tanış olmaq barədə ərizə yazmışdır. Bunun qarşılığında cavabdeh iddiaçının da iddia ərizəsinin qoşmasına əlavə etmiş olduğu xx.xx.2024-cü il tarixli məktubu və imtina aktını göndərmişdir. İddiaçının bu qərarla xx.xx.2024-cü il tarixində tanış olduğu nəzərə alınsa belə yenə iddia müddəti ötürmüş hesab olunmalıdır. Buna səbəb iddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Halbuki, İPM-in müvafiq tələbinə əsasən bununla bağlı ən geci xx.xx.2024-cü il tarixinə qədər məhkəməyə müraciət olunmalı idi.

15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1804/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə isə iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirilməməsi müəyyən edilir ki, bununla da onun təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu öz təsdiqini tapmır. Belə ki, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 3-38-33/2-4693/24 nömrəli cavab məktubundan məlum olur ki, İddiaçı 2016-2017-ci tədris ilində Gürcüstan Respublikasında 13 gün, 2017-2018-ci tədris ilində Gürcüstan Respublikasında 6 gün, cəmi 19 gün olmuşdur. Göründüyü kimi, əyani təhsil müddəti 1 il 5 ay müddətində müəyyən oldunduğu halda, iddiaçının sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında təhsil aldığı Ukrayna Respublikasında olması iş materialları ilə müəyyən edilmir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1804/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun təhsil aldığı dövrlərdə gediş-gəliş pasportunda möhürlər onu təsdiqləyir ki, həmin Universitetin ona göndərişlə çağırış etdiyi vaxtların hər birində vaxtlı-vaxtında sessiayalarda şəxsən özü iştirak etməklə imtahanlarda olmuşdur. Bunu cavabdeh tərəfindən Ukrayna Dövlətinin Təhsil Nazirliyinə göndərilmiş sorğular nəticəsində onun təhsil aldığı dövrlərdə şəxsən özünün iştirak etməyi öz təsdiqini tapır və diplomu Ukrayna Dövlətinin Təhsil Nazirliyi tərəfindən apostil olunmuşdur. Bu hallara Gəncə İnzibati Məhkəməsi tərəfindən zəruri olan həddə qiymət verilməmiş, məhkəmə tərəfindən tam araşdırma aparılmamış, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı Gəncə İnzibati Məhkəməsinin araşdırmalarını yetərli hesab etmir. Məhkəmə diplomun verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmamışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirməmişdir. Apostil sənədin verilmə faktını, təhsil sənədini imzalamış şəxsin imzasının həqiqiliyini və hansı qisimdə çıxış etdiyini və müvafiq halda rəsmi sənədə vurulmuş möhürün həqiqiliyini təsdiq edir. Tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu məhkəmə tərəfindən diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. Başqa sözlə, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə onun tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmağına əlahiddə olaraq deyil, onun təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşmağı və həmin fənlərin məzmununu mənimsəməyi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, cavabdeh onun tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına istinad etsə də, hər bir halda, tədris yükünün yerinə yetirilib-yetirilməməsi halı ayrılıqda götürülməklə yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz. Göründüyü kimi məhkəmə iş üçün əhəmiyyətli olan halları nəzərə almadan, düzgün olmayan qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1804/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı əvvəl Azərbaycan Texnologiya Universitetində işləmiş, halhazırda isə Bakı Biznes və Kooperasiya Kollecində baş təlimatçı müəllim vəzifəsində çalışır. Əldə etdiyi məlumatlara əsasən Xarkov X7 və Ticarət Universitetində bakalavr təhsili almış X6 həmin universitet tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli diplom cavabdeh orqan tərəfindən tanınmış və ona bununla bağlı müvafiq şəhadətnamə verilmişdir, halbuki həmin şəxs tərəfindən də müddətlə bağlı tədris normativləri tam yerinə yetirilməmişdir.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

23. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. Maddə 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

24. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə X2 Nizamnaməsi”: 1.1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra– Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonramüvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. 3.1.8. bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ixtisaslaşmaların təhsil proqramları ilə müəyyən edilir. Əsas (baza ali) tibb təhsili proqramlarının təhsil müddəti 5-6 il, rezidenturada isə 2-5 ildir. Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə müəyyən edilir. Doktoranturada təhsil müddəti 3 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəliqərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: Bənd 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120- 160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici övlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”; (qeyd edilən qərar xx.xx.2023 tarixdə ləğv edilmişdir). Bənd 1.1. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Bənd 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Bənd 1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; Bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bənd 2.3. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: 1. ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; 2. təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Bənd 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

28. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: Bənd 1.1. 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. Bənd. 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Bənd 4.1. Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra– Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Bənd 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. Bənd 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

30. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

31. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

32. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

34. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

35. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

36. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

37. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

38. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

40. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

41. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

44. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Azərbaycan Texnologiya Universitetində “Mühəndis iqtisadiyyatı və idarəetmə (İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili almış, halhazırda isə Bakı Biznes və Kooperasiya Kollecində baş təlimatçı müəllim vəzifəsində çalışır. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya magistr təhsili üzrə xarici ali təhsil müəssisəsi tərəfindən verilən diplom üzrə kvalifikasiyanın tanınması və ona tanınma barədə şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı Xarkov X7 və Ticarət Universiteti tərəfindən 31 yanvar 2018-ci il tarixdə verilmiş 010259 qeydiyyat nömrəli magistr diplomunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarət olmuşdur.

45. Qeyd edilməlidir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür.

46. İşin faktiki hallarına əsasən müəyyən edilir ki, iddiaçı Xarkov X7 və Ticarət Universitetində iqtisadiyyat proqramı üzrə tam kursu bitirmiş və həmin proqram üzrə magistr dərəcəsi almışdır Həmin Universitet tərəfindən iddiaçıya verilmiş diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq xx.xx.2018-ci il tarixdə A-73922-18 nömrəsi ilə apostil edilmişdir. İş materiallarında olan Diploma əlavənin “Təhsil proqramı və əldə edilmiş nəticələr haqqında məlumatlar” bölməsində magistr dərəcəsi üzrə proqramın rəsmi müddəti 1 il 5 ay (xx.xx.2016-xx.xx.2018-ci il müddətində), təhsilin forması-qiyabi, tədris proqramının kredit sayı-90, fənlər üzrə qiymətləndirmənin “məqbul və “yaxşı” olması qeyd edilmişdir.

47. Cavabdeh orqan təqdim etdiyi imtina məktubunda, eləcə də məhkəmə kollegiyasına ünvanlanan müvafiq məktubunda iddiaçının müraciətinin təmin edilməməsinə səbəb kimi tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində, yəni 1 il 5 aylıq təhsil müddəti dövründə cəmi 4 gün ali təhsil müəssisəsinin yerləşdiyi xarici dövlətin ərazisində olmasını göstərmiş, halbuki qanunvericiliyin tələblərinə əsasən 120 saatlıq tədris yükünün yerinə yetirilməsi üçün bu tədris prosesində ən az 7 həftəlik davamiyyəti və hər semestr üzrə 1 həftə imtahan dövrünü özündə ehtiva etdiyini qeyd etmişdir.

48. İddiaçıya məxsus pasportda olan qeydlərə əsasən, onun 2016-2018-ci illər üzrə ali təhsil müəssisəsinin yerləşdiyi Ukrayna Respublikası ərazisində olması müəyyən edilir.

49. Həmçinin qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş diploma əlavəyə əsasən, iddiaçı həmin universitetdə təhsil aldığı zaman proqram fənlərinə dair tədris təcrübəsini keçmiş, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmiş, iddiaçının növbəti semestrlərə kəsiri və ya akademik borcu qalmamışdır.

50. Nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsini cavabdeh mübahisələndirməmişdir. Həmçinin iddiaçıya məxsus diplomla verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması da mübahisə doğurmur.

51. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə təhsil aldığı xarici ölkəyə gedib-gəlmiş, təhsil aldığı müəssisə onu hər imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kursa keçirmiş, iddiaçı imtahanlardan “yaxşı” və “məqbul” qiymətlər almış və tədris yükünün tam mənimsənilməsinə görə magistr diplomu almışdır.

52. Bundan əlavə məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mübahisənin həlli yalnız cavabdeh inzibati orqanın qeyd etdiyi kimi tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən iddiaçının tələb olunandan daha qısa müddət ərzində təhsil aldığı ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır.

53. Digər tərəfdən, iş üzrə materiallarla iddiaçının 2016-2018-ci illərdə təhsil müddətinin qiyabi formaya uyğun olaraq 1 il 5 ay, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsində təhsilin normativ müddətinə və dövlət standartlarına uyğun olduğu müəyyən edilmişdir.

54. Belə ki, “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma üzrə ümumi tələblərdə nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.4-cü bəndi).

55. Bu mənada, hazırki işdə iddiaçının qiyabi təhsil formasında təhsil alması, təhsil müddəti ərzində ali təhsil müəssisəsinin yerləşdiyi Ukrayna Respublikası ərazisində olması, eyni zamanda təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsinin müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilməsi nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirildiyini, bununla da onun təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun gəldiyini deməyə əsas verir.

56. Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu verilərək “işin obyektiv araşdırılması üçün İddiaçı xx.xx.2016-xx.xx.2018-ci illərdə təhsil aldığı “Xarkov X7 və Ticarət Universitetin”də həmin dövrdə təhsil almış digər şəxslərin diplomlarının tanınması və ekvivalentlik haqqında şəhadətnamələrinin verilib-verilməməsi, müsbət təqdirdə şəhadətnamə verilmiş şəxslərə aid toplanmış icraat materiallarının, həmçinin təkrar sorğu verilərək həmin universitetdə təhsil almış X4 diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi” xahiş edilmiş, lakin məhkəmə kollegiyasının sorğusuna tam cavab verilməyərək, X4 diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilməmişdir.

57. Göründüyü kimi, həmin sorğunun verilməsində məqsəd yuxarıda qeyd edilən şəxsə münasibətdə tədris yükü ilə bağlı normativlərin cavabdeh inzibati orqan tərəfindən nəzərə alınıb-alınmamasının yoxlanılmasından ibarət olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən qeyd olunan sənədlərin məhkəməyə təqdim edilməməsini cavabdehin eyni xarici ali təhsil müəssisəsindən diplom almış şəxslərə münasibətdə bərabərlik hüququnu pozması ehtimalı kimi qiymətləndirir və hesab edir ki, hazırki halda məhkəmə sorğusunun icra edilməməsi həmin şəxslə eyni universiteti bitirmiş iddiaçıya qarşı qeyri-bərabər münasibətin aşkara çıxarılmasının qarşısının alınması məqsədini daşıyır.

58. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

59. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir halın xüsusi halları da göz önünə alınmaqla bərabərlik və etimad hüququnun qorunması prinsiplərinə inzibati orqanların praktikasında əməl olunmalıdır. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır.

60. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

61. Odur ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsaslı deyil. Belə ki, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən edə bilməmiş, iddiaçı qiyabi təhsil formasında təhsil almasına və bu halın iş materiallarında olan sənədlərlə öz tədiqini tapmasına baxmayaraq onun əyani təhsil alması nəticəsinə gəlmişdir.

62. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

63. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1804/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilsin. İddiaçı Ukrayna Respublikasının Xarkov X7 və Ticarət Universiteti tərəfindən 31 yanvar 2018-ci il tarixində verilmiş 010259 nömrəli magistr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ona ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar