Məhkəmə qərarları › İş №2-1(104)-840/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-840/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-840/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “yola, küçəyə icazəsiz çınqıl tökülməsi, zəbt edilməsi və yolun asfalt-beton örtüyünün və işıqlandırılmasına dair qanunsuz hərəkətlərin qarşısının alınması və sair” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 4301/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Goranboy şəhər bələdiyyəsinə, Gəncə Regional Ədliyyə İdarəsinə, Goranboy rayon Polis şöbəsinə, Goranboy rayon Prokurorluğuna, Cavabdehnə, Cavabdeh başçısının Goranboy şəhər İnzibati Ərazi X1, Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yolun və küçənin icazəsiz torpaq və çınqıl, yəni qrabil tökərək səviyyəsini qaldıran əhalinin adları və soyadları dəqiqləşdirilərək məsuliyyətə cəlb edilməsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumuna, yəni Goranboy rayon Polis Şöbəsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Goranboy rayon Prokurorluğuna həvalə edilməklə qanuna uyğun cərimələnərək (qonşuluq qanunlarını pozaraq və əlillərin hüquqları haqda qanunvericiliyi pozaraq) əlilliyi olan şəxsə vurduqları mənəvi zərərin əvəzinin ödənilməsi, Cavabdeh və onun nümayəndəliyi ərizə və müraciətlərə düzgün cavab vermədikləri və vəzifə borcunu yerinə yetirmədikləri üçün vəzifə saxtakarlığı və səhlənkarlıq etdikləri üçün barələrində xüsusi qərardad çıxarılaraq müvafiq orqana göndərilməsi, cavabdehlərə və təqsirkarlara əlil şəxsə qarşı ayrı-seçkilik və qısnama tətbiq etdiklərinə görə, baş verən hüquqpozma və korrupsiya halına göz yumduqları üçün xüsusi qərardadla cinayət işi açılması müvafiq icra hakimiyyəti orqanın baş prokurorluğa göndərilməklə təhqiqatı aparmaqdan boyun qaçırdan vəzifəli şəxslərin vəzifədən azad edilməsi və ya bir pillə aşağı vəzifəyə göndərilmələrinin müvafiq icra hakimiyyəti orqanına həvalə edilmsi, Goranboy rayonu, Zakir İsmayılov küçəsinə icazəsiz torpaq və çınqıl qarışığı tökən şəxslərin gizlədilmədən, düzgün bir şəkildə adlarının dəqiqləşdirilərək məsuliyyətə cəlb edilməsi və müvafiq qanunauyğun cinayət və inzibati xətaya görə təhqiqatın başlanılmasının Goranboy rayon Prokurorluğuna və Poliş şöbəsinə həvalə edilməsi, Cavabdeh vəzifəli şəxslərinə büdcənin talan edilməsinə görə cinayət işinin başlanmasını Baş Prokurorluğa həvalə edən xüsusi qərardad təmin edilməsi, küçənin restorasiyasının, yəni torpaq və xəritəçəkmə xidmətinin və əvvəlki hüquqi normativ sənədlərə əsasən yenidən əvvəlki vəziyyətə gətirilməsinin müvafiq icra hakimiyyəti orqanına həvalə edilməklə hökumət nəzarətinə götürülməsi, Zakir İsmayılov küçəsinə asfalt beton örtüyün çəkilməsini Cavabdehnə və Bələdiyyəsinə həvalə edilməsi, Goranboy rayonun qəbilə və ibtidai icma qanunları ilə idarə edilməsini yekunlaşdıran qərarın verilməsi, Prokurorluq orqanları işçilərinin iş otağında və vəzifə başında onlara təyin olunmuş xüsusi forma geyinməsini məcbur edən təlimatın verilməsinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsi, Azərbaycan Respublikasının vətəndaşını bildirişlə və çağırışla dövlət qulluqçusunun etik davranışını pozmayacaq şəkildə hüquq-mühafizə və inzibati orqanlarına məktubla 10 (on) iş günü öncədən çağırılması barədə təlimatın və qərarın verilməsinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə həvalə edilməsi, bu barədə qərar verilməsi üçün Ali Məhkəmənin Plenar iclasına müraciət edilməsi, Goranboy rayon bələdiyyəsinə cinayət işinin başlanmasını təmin edən xüsusi qərardad verilməsi, Goranboy rayon bələdiyyəsinin ərizə və sorğulara və müraciətlərə cavab verməməsi səbəbi ilə inzibati məsuliyyətə cəlb edilməsi, ərizə və sorğulara düzgün cavab vermə vəzifəsinin Goranboy rayon bələdiyyəsinə həvalə edilməsi, Goranboy rayon bələdiyyəsinin platformasının Gəncə İnzibati Məhkəməsinə gətirilməsi haqqında sorğu göndərilməsi və sərəncam verilməsi, Goranboy bələdiyyəsinin və Cavabdeh uçot kitabı və büdcəsinin məhkəməyə gətirilməsi, Goranboy Şəhəri Zakir İsmayılov küçəsinə vətəndaşlar tərəfindən indiyə qədər verilmiş icazəsiz qeyri-qanuni torpaq, çınqıl və qrabilin sıyrılaraq götürülməsi, maşınlarla küçədən çıxarılması, cavabdehlərin hesabına yolun düzəldilib taraq vəziyyətinə gətirilməsi, zəbt edilmiş küçə torpaqlarının vətəndaşdan alıb hökumətin yoluna qaytarılması, suyun axını üçün novlar və səkilərin inşa edilməsi, zibil qablarının qoyulması, küçəyə asfalt-beton örtüyünün çəkilməsi, küçə işıqlandırması üçün vasitələr və dirəklərin quraşdırılmasının Cavabdehnə və bələdiyyəsinə həvalə edilməsi, Goranboy rayon hüquq-mühafizə orqanlarına təqsirkarların məsuliyyətə cəlb edilərək düzgün şəkildə tənbeh edilmələri və ciddi xəbərdarlıq edilmələri, lazım gələrsə cərimə və digər profilaktik hüquqi tədbirlərin görülməsi barədə işin təşkili və ərizələrə bu yönümdə düzgün (təqirkarların ünvanları adları soyad və ata adları göstərilməklə və inzibati orqan olaraq özlərinin email və ünvan və möhürləri düzgün qeyd edilməklə) cavab vermələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsində zabit kimi taborun kəşfiyyat rəisi və kəşfiyyat tağımının komandiri kimi xidmət edərkən bu xidmət illərində adını qeyd edə bilmədiyi bir neçə əməliyyatlarda iştirak etmişdir. Aldığı xəsarətdən sonra 2-ci qrup əlil kimi ehtiyata göndərilmişdir. Küçə əhalisi olaraq 2018-2019-cu illərdə Cavabdehnə əvvəllər də müraciət etdikləri səbəbi ilə xx.xx.2021-ci ildə icra hakimiyyətinə yenidən mürciət etmişdir ki, küçəyə asfalt-beton örtüyü çəkilməyib. Onlar əvəzində bələdiyənin qulluqçusu Xəqani Ziyadova təlimat veriblər, o da küçəni asfaltlamaq əvəzinə küçəyə öz evi istiqamətində axan qrunt sularının önünü kəsəcək şəkildə küçəyə çınqıl, qum və torpaq tökdürmüşdür. Nəticədə əlil şəxsin icazə ilə müvəqqəti sığındığı qəzalı ev yağan yağışlar səbəbi ilə su altında qalmışdır. Eyni zamanda küçənin yol çiynini və səki üçün nəzərdə tutulan hissəsini daş hasarla öz həyətyanı sahəsinə qatmışdır. Bunu digər qonşular da təkrarlamışdır və bu barədə polis orqanına, icra hakimiyyətinə, Cavabdeh Başçısının Goranboy Şəhər İnzibati Ərazi X1, Goranboy rayon Prokurorluğuna, Goranboy rayon bələdiyyəsinə yazılı müraciət etsə də bu müraciətlər nəticəsiz qalmışdır. Bu il xx.xx.2023-cü il tarixində Cavabdeh başçısının Goranboy şəhər İnzibati Ərazi X1 müraciət etmişdir ki, Goranboy şəhəri Zakir İsmayılov küçəsi ilə M.P Vaqif küçəsinin kəsişmə hissəsindən etibarən əhali küçəyə icazəsiz çınqıl tökərək küçənin səviyyəsini qaldıraraq anasının ona müvəqqəti yaşamaq icazəsi verdiyi evi su altında qoymuşlar. Lakin onlar da bu barədə Goranboy rayon bələdiyyəsinə müraciət etmişlər. Lakin bələdiyyə bu məktubu cavablandıra bilməmişdir. Ya da hökumətin qurduğu sistematik qayda qanuna tabe olmamışdır və bununla da dövləti də saymamışdır. Daha sonra xx.xx.2023-cü ildə küçənin həmin hissənə qonşu Əbülfət adlı Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yenidən icazəsiz bir daha çınqıl və torpaq tökülərək bir daha küçənin torpaq örtüyü səviyyəsinə müdaxilə edilərək qaldırılmışdır və yağış suları yağış yağarkən əlil şəxsin yaşadığı evin zirzəmisinə dolsun deyə bu bir kompleks tədbir kimi görünür. Bu barədə həm 102 xidmətinə həm də Goranboy rayon Polis şöbəsinə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Goranboy rayon Prokuroruna, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinə, Goranboy rayon bələdiyyəsinə, Cavabdehnə, Cavabdeh başçısının Goranboy şəhər İnzibati Ərazi X1, Gəncə Regional Ədliyyə İdarəsinə müraciət etsə də, bu barədə qənaətbəxş nəticə əldə edə bilməmişdir. Əvəzində Cavabdeh rəsmi cavab verməməldə hərəkətsizlik etmişdir. Eyni zamanda küçənin səviyyəsinin düzəldilməsinə, asfalt-beton çəkilməsinə heç bir cəhd etməmişdir. Goranboy rayon Prokurorluğunda və polis idarəsində təhqiqat aparılmamışdır. Ərizəçiyə ağlabatan və qanuni cavab verilməmişdir. Cinayət prosessual və inzibati prosessual qanunvericilik və İnzibati icraat haqqında qanunlar pozulmuşdur. İşin halları ondan ibarətdir ki, İnzibati Məcəllənin və Cinayət Məcəlləsinin yolların bərbad hala salınması və yolların dağıdılması əlaqəli maddələrinin tərkibi yaranmışdır, icra hakimiyyətinin və bələdiyyənin öz işinə səhlənkar yanaşması nəticəsində ayrılan büdcə mənimsənmiş və bələdiyyənin işçisi Xaqani Ziyadov başqasının vəzifəsini mənimsəmişdir. Goranboy rayon poilisi və prokurorluğu bununla razılaşmışdır və onlar da korrupsiyaya ortaq olmuşlar. Goranboy rayon Prokurorluğunun işçiləri vətəndaşa qarşıqeyri etik davranışlar nümayiş etdirmiş, forma üzrə geyinməmişlər, gələn vətəndaşı qəbul etməkdən imtina etmişlər, vətəndaşın irad və təkliflərinə məhəl qoymamışlar, özbaşına və sərsəm pərakəndə hərəkət etmişlər, ərizəçini təqib etmişlər. Ərizəçinin xəstəliyi barədə şəxsi və məxfi məlumatları Goranboy Rayon Xəstəxanasından tələb etmişlər. Bunu özləri də etiraf etmişlər. Lakin bu konstitusiyaya zidd hərəkətdir. Həm şəxsi həyatın toxunulmazlığı həm də məxfiçilik haqqında qanunvericiliyin tələbləri bunu qadağan edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1389/2023 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizədə tələb qeyri-müəyyən olmaqla, iddiaçı tələbinin nədən ibarət olmasını, hüquqlarının konkret olaraq məhz hansı halda hansı inzibati orqan tərəfindən pozulmasını, qeyd olunan inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması qeyd etməmişdir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, birini instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair yardım edilməmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən məlum ki, iddiaçı müxtəlif inzibati orqanlara qarşı iddia tələbi vermiş, həmçinin ilkin olaraq cavabdeh inzibati orqanlara müraciətlər ünvanlamış, buna dair sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13-cü maddəsinin tələbi baxımından məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Başqa sözlə, prosessual qanunvericiliyin tələbi baxımından, iddiaçı yanlış iddia növü ilə məhkəməyə müraciət etdikdə belə onun münasibi ilə əvəz olunmasını təklif etmək, bu barədə iddiaçıya yardım etmək məhkəmənin vəzifəsidir. Hazırki işdə birinci instansiya məhkəməsi tərəfindən bu məqsədlə iddiaçıya yardım edilməsi müəyyən edilmir. Məhkəmənin iddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırması barədə işdə hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.3, 3.4, 3.5 bəndləri). Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçının iddia tələbi üzrə hüquqi marağı müəyyən olunmalı, ona yardım edilməklə ərizədə qeyd olunan çatışmamazlıqlar izah edilməli, tələbinin dəqiqləşdirilməsi təklif olunmalı, bundan sonra iddianın mümkülüyünə hüquqi qiymət verilməlidir. "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu İPMin 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarınsy 3.5-ci bəndində qeyd edilmişdir ki, “apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddianı qeyrimümkün hesab edərkən İPM-nin yuxarıda göstərilən normalarını düzgün tətbiq etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4301/2023 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar