Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1057/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı2 iştirakı ilə, İddiaçı2 və X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(118)- 4017/2024 nömrəli qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı2 və X2 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onların piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 13 sentyabr 2023-cü il tarixdə cavabdehə müraciət edərək, “Sumqayıt Tibb Mərkəzi” X8 fəaliyyətsizliyinə etiraz olaraq onun binası qarşısında piket keçirmək istədiklərini bildirmişlər. Müraciətdə qeyd olunmuşdur ki, “Son illər Azərbaycan Respublikasında səhiyyə sahəsində müəyyən islahatlar aparılmasına baxmayaraq, bu sahədə insanların konstitusion hüquqları pozulur, onlar səhiyyə xidmətlərindən normal istifadə edə bilmir, nəticədə həyatları üçün ciddi təhlükələr yaranır. Belə təhlükələrdən biri də Sumqayıt şəhərində yaşayan İddiaçı2 qarşı törədilmişdir. Koronavirus zamanı xəstələnən İddiaçı2 düzgün müalicə almamış, həkim səhlənkarlığı nəticəsində sağlamlığına ciddi zərər dəymişdir. Bununla bağlı o, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, “Sumqayıt Tibb Mərkəzi” X9 müraciət etsə də, heç bir müsbət nəticə olmamışdır. Bu fəaliyyətsizliyə etiraz olaraq, iddiaçılar “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs qarşısında piket keçirməyi planlaşdırırlar. Bu məqsədlə, iddiaçılar bir qrup ziyalılar Azərbaycan Respublikası Konstitutsiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulan və “X6 haqqında” Azərbaycan Respublikasının Qanununun 1-5-ci və digər müvafiq maddələrində verilmiş hüquqlardan istifadə etməklə, 22 sentyabr 2023-ci il tarixdə, saat 14:00-dan 15:00-dək Sumqayıt şəhəri, H.Əliyev 7 ünvanda yerləşən “Sumqayıt Tibb Mərkəzi” X8 qarşısında, 50 metr məsafədə “Sağlamlığımızı qoruyun”, “Sağlam yaşamaq haqqımızdır”, “Azərbaycan Respublikası Səhiyyə Nazirinə və TƏBİB rəhbərliyinə istefa” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırlar. Etiraz piketində 50 nəfərin iştirak edəcəyi nəzərdə tutulur. Bu barədə məlumat verməklə piketin keçirilməsi üçün lazımi şərait yaradılması və təhlükəsizliyin təmin edilməsi xahiş edilir. Etiraz piketinin keçirilməsini zəruri edən halların yaranmasına dair fikirlərini həm də onunla əsaslandırırlar ki, göstərilən dövlət orqanlarına dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq, şikəst edilmiş İddiaçı2 səhhəti getdikcə pisləşir, həyatı ciddi təhlükədədir. Ümid edilir ki, “X6 haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə müvafiq olaraq, aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış bu müraciətə müsbət cavab veriləcəkdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyası, “X6” və “X3 haqqında” Qanunlarının tələblərinə müvafiq olaraq, keçirilməsi planlaşdırılan piketlə bağlı “Sumqayıt Tibb Mərkəzi” X8 rəhbərliyinin vaxtında məlumatlandırılmasını, piketin məqsəd və məramlarının əhaliyə çatdırılması üçün Sumqayıt şəhərində təbliğat və təşviqat aparılmasına razılıq verilməsini xahiş edirik.” Cavabdeh sərbəst toplanmaq hüququnu pozmuş, piketin keçirilməsinə lazımı şərait yaratmamış, müraciəti cavabsız qoymuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə iddiaçılar tərəfindən cavabdehə müraciət olunaraq, İddiaçı2 müalicəsində yaranmış problemlərlə bağlı 22 sentyabr 2023-cü il tarixdə Sumqayıt Tibb Mərkəzi PHŞ-in qarşısında piket keçirmələrinə şərait yaradılmasını xahiş etmişdirlər. İddiaçı2 Covid-19 virusuna yoluxduğu 30 noyabr 2021-ci il tarixdən etibarən müayinə və müalicəsi aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətə götürülmüş və bir sıra dövlət tibb müəssisələrində müalicəsi həyata keçirilmişdir. Hazırda da o, mütəmadi olaraq ailə həkimiterapevt tərəfindən müayinə olunur və müalicəsi nəzarətdə saxlanılır (tibb müəssisələri tərəfindən təqdim olunmuş arayışlar əlavə olunur). Vətəndaşın müayinə və müalicəsi mütəmadi olaraq nəzarətdə saxlanıldığından cavabdeh orqan göstərilən tarixdə piketin keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli, 3-28/2-M- 67xx-xx-6391/2023 nömrəli məktubundan qeyd edilir ki, vətəndaşların xaricə müalicəyə göndərilməsi Azərbaycan Respublikasında xəstəliyin müalicəsinin mümkünsüzlüyü barədə mütəxəssis rəyi əsasında həyata keçirilir. Türkiyə Respublikasının Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında imzalanmış İkili Anlaşmaya əsasən kvota üzrə Türkiyəyə göndərilən şəxslər yalnız dövlət tibb müəssisələrində müalicə alırlar. Müalicəsilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X8 18 avqust 2023-cü il tarixli, PHŞ-6-66/2-M-359-42- 205/2023 nömrəli məktubundan qeyd edilir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 tabeliyində olan tibb müəssisələrində vətəndaşların respublikadankənar müalicəsi İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər zərfinə daxil edilməmişdir. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyində fəaliyyət göstərən “X4 Müalicə Komissiyası”na müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsinin 17 yanvar 2024-cü il tarixli, 17 nömrəli məktubundan qeyd edilir ki, İddiaçı2 sənədləri HMK- dan keçirilib, 9 sentyabr 2022-ci il tarixdə TSEK-a göndərilmişdir, lakin cavablandırılmamışdır. Xəstənin sənədləri yenidən 23 dekabr 2022-ci il tarixdə TSEK- ə göndərilmişdir, 9 yanvar 2023-cü il tarixdə müddətsiz İİİ qrup əlillik təyin edilmişdir. Lakin vətəndaş İddiaçı2 Məhəmməd oğlu təyin olunan əlillik dərəcəsi ilə razılaşmadığı üçün yenidən TSEK-ə göndərilməsinin tələb etmişdir. Xəstənin sənədləri təkrarən 7 noyabr 2023-cü il tarixdə TSEK-ə göndərilmiş, lakin imtina cavabı gəlmişdir. Səbəb: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstəliyin əlillik səviyyəsində ağırlaşma köməkçi diaqnostik vasitələrlə təsdiqlənmir. Vətəndaş İddiaçı2 müraciətinin səbəbi Türkiyədə cərrahi əməliyyat olunması ilə əlaqədardır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 17 yanvar 2024-cü il tarixli, 20 nömrəli məktubundan qeyd edilir ki, İddiaçı2 Məhəmmədli oğlundan 30 noyabr 2021-ci il tarixdə Covid-19 virusuna yoluxma şübhəsi ilə “yaxma” götürülmüş 1 dekabr 2021-ci il tarixdə “yaxma”nın nəticəsi pozitiv olduğu üçün, vətəndaş 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən evdə müşahidəyə alınmış, 7 dekabr 2021-ci il tarixdə “yüksək hərarət təngnəfəslik, boğulma öskürək, halsızlıq” diaqnozu ilə Abşeron rayonu Olimpiya İdman kompleksində yaradılmış X7 daxil olmuş, 18 dekabr 2021-ci il tarixə qədər orada müalicə almışdır. 3 fevral 2022-ci il tarixdə vətəndaş “Üst çənə sol tərəf xroniki osteomieliti” (M 36.6) diaqnozu ilə ak. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almışdır. 13 iyun 2022-ci il - 17 iyun 2022-ci il tarixlərdə “Sol tərəfli xroniki odontogen maksilyar sinusit, oroantral fistul” (J 32.0) diaqnozu ilə təkrar ak. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almışdır. 9 noyabr 2022-ci il tarixdə yenidən “Sol tərəfli xroniki odontogen maksilyar sinusit, oroantral fistul, sol əng sümüyündə defekt” (J 32.0), sol üz sinirinin neyropatiyası qalıq əlamətləri, şəkərli diabet İİ tip “diaqnozu ilə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almışdır. Müayinələr: 2 noyabr 2022-ci il tarixdə Kliniki Tibbi Mərkəzdə Maksillofasial nahiyəsinin KT (MD) - Nəticə: Əng sümüyü sol yarısında alveolyar çıxıntı ciddi destruksiyaya uğramışdır Kəsiklərə daxil. Paranazal sinuslarda xronik sinuzit əlamətləri izlənildi . 16 noyabr 2022-ci il tarixdə Sumqayıt Hospitalda Kranial MRT - Nəticə: Hər iki serebral ağ maddə az sayda T2-FLAİR hiperintens spesifik olmayan qliotik ocaqlar. Kəskin fazada patologiya və ya həcmli proses aşkar olunmadı . Xəstəyə 9 yanvar 2023-cü il tarixdə "Sol üst çənə sümüyünün xroniki osteomielitindən sonrakı əng sümüyünün sümük defekti” diaqnozu ilə əlillik təyin olunub . Xəstə mütəmadi olaraq ailə həkimi - terapevt tərəfindən müayinə olunur və müalicəsi nəzarətdə saxlanılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(118)- 2433/2024 nömrəli qərardadı ilə iddiaçıların cavabdehə qarşı “piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi mümkün hesab edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 19 mart 2024-cü il tarixli, 2- 1(105)-398/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(118)- 2433/2024 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(118)- 4017/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). İddiaçı2 qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfdən heç bir nümayəndə iştirak etməmiş, proses onların iştirakı olmadan keçirilmişdir. Bu da, cavabdeh tərəf olan Sumqayıt İcra Hakimiyyətinin işə olan mövqeyinin səthi və qeyri-ciddi olmasını sübut etməkdədir. Məhkəmə prosesi zamanı o, iddianı təsdiq edərək, piket keçirilməsi hüququnun tanınmasını və cavabdehin hərəkətinin qanun pozuntusu olmasını bildirmişdir. Məhkəmə qərarında cavabdehin piketin keçirilməsini məqsədəuyğun hesab etmədiyini qeyd etmişdir. Bu cür fikrin haradan və necə yaranması məsələsi də aydın deyildir. Məhkəmənin cavabdeh orqanın məhz belə bir səbəb ilə iddianı təmin etməməsi özü də qanunsuzdur. Qərarda cavabdehin onun müalicələrinin davam etməsini əsas götürərək bu cür şifahi imtina verməsi də qanuna ziddir. Belə ki, qanunvericilikdə qeyd edildiyi kimi, İcra Hakimiyyəti qanunun tələb etdiyi kimi 3 iş günü ərzində onların xəbərdarlığına rəsmi cavab verməli idi. Lakin, onlara heç bir cavab verilməmişdir və onların xəbərdarlıq məktubunu bu məsələdə heç bir səlahiyyəti olmayan Sumqayıt Tibb Mərkəzinə göndərmişdir. Cavabdeh tərəfin aidiyyatı olmayan hər hansısa başqa bir səbəb göstərərək piketin keçirilməsini məqsədəuyğun hesab etməməsi doğru deyildir. Bununla da, cavabdeh özü qanun pozuntusuna səbəb olmuşdur. Piket dinc şəkildə və qanun-qaydalara uyğun formada keçiriləcək idi. Buna baxmayaraq, cavabdehin bu faktiki hərəkəti onun və digər piket iştirakçısı olacaq şəxslər üçün hüquqi nəticə yaratmış və onlar toplantını keçirə bilməmişdirlər. Çünki onlara məlum idi ki, cavabdehin razılıq vermədiyi toplantılar qanunsuz sayılır, polis tərəfindən dağıdılır, iştirakçılar isə zorakılığa və hüquqi təqiblərə məruz qalırlar. Əgər cavabdeh qanunauyğun olaraq onların xəbərdarlığına cavab versə idi, onların səbəst toplaşmaq hüququ pozulmazdı və onlar dinc şəkildə toplantını həyata keçirmiş olacaqdı. Bundan əlavə qeyd etmək istərdi ki, birinci instansiya zamanı, yəni Sumqayıt İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə prosesi zamanı işə baxan hakim ilə xx.xx.2024-cü il tarixli məhkəmə prosesinə baxan hakim eyni olmuşdur. Belə ki, hər iki prosesdə iş üzrə eyni hakim (Könül Həbibova) təyin edilmişdir. Sərbəst toplaşma azadlığı birbaşa qanun normaları ilə müdafiə olunur. Bu səbəbdən məhkəmə həmin azadlığın pozuntusu barədə iddianı təmin etməyə bilməzdi. Beləliklə də onların sərbəst toplaşma azadlığına Bakı şəhər İcra Hakimiyyətinin müdaxiləsinin qanunsuz olması açıq-aşikar olmuşdur. Lakin buna baxmayaraq məhkəmə onların iddiasını təmin etməyərək bu pozuntuları əsassız olaraq tanımamışdır. Bundan başqa, məhkəmə qərarında yalnız cavabdehin fikrini əsas tutmuş, piketin məqsədə uyğun olmamasının əsaslı olmasını hesab etmişdir. Lakin, məhkəmə bu cür fikrin hansı qanun çərçivəsində olmasını, hansı maddə ilə əsaslanmasını da qeyd etməmişdir. Əlavə olaraq, məhkəmə prosesdə cavabdehin heç bir nümayəndəsi iştirak etmədiyi halda yalnız təqdim edilmiş etiraz əsasında bu fikrə gəlmişdir və qərar qəbul etmişdir. Məhkəmə qərarda cavabdehin qanunla cavab verməli olduğu halda xəbərdarlığımıza heç bir münasibət göstərməməsi halını ümumiyyətlə araşdırmamış, bu məsələyə qiymət verməmişdir. Bu cür hərəkət məhz elə cavabdehin piketin keçirilməsinə qarşı əsassız olan qərəzini də sübut etməkdədir. Məhkəmə cavabdehin məhz bir ifadəsi ilə kifayətlənərək qərar qəbul etməklə qanuna zidd nəticəyə gəlmişdir. Belə ki, AR Qanunvericiliyinə əsasən İcra Hakimiyyəti qanunun tələb etdiyi kimi 3 iş günü ərzində onların xəbərdarlığına rəsmi cavab verməli idi. Halbuki cavabdeh tərəf nə yazılı nə də şifahi olaraq bu cür cavab verməmişdir. Məhkəmə qərarında AR Sərbəst Toplaşmaq barədə qanunvericilikdə toplaşmanın qadağan edilməsi üçün əsasların qeyd edildiyi 8-ci maddəni nəzərə almamışdır. Belə ki, həmin maddədə məqsədəuyğun olmaması səbəbi ilə toplantının keçirilməsinə imtina verilməsi kimi bənd mövcud deyildir. Bu da, məhkəmənin bu cür ifadəyə dayanıqlı qərar qəbul etməsinin və iddianı təmin etməməsinin qanunvericiliyə zidd olmasını sübut etməkdədir. Məhkəmə bu cür nəticəyə haradan gəlməsini də qeyd etməmiş, hüquqi əsaslarını dəqiq göstərməmiş, ümumi ifadələr ilə kifayətlənmişdir. Məhkəmə qərarda sadəcə cavabdehin düzgün olaraq bu nəticəyə gəldiyini qeyd etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, xahiş etdi. İddiaçı tərəfin hüquqi marağı nəzərə alınaraq İddiaçı2 hüquqi yardım edilmiş, müalicəsi ilə bağlı digər hüquq müdafiə imkanlarının olduğu izah edilmiş, iddiaçı isə icra hakimiyyətinin onun xaricdə müalicəsini təşkil edə biləcəyini bildirmiş, onun müalicəsinin təmin edilməsini istəmiş, eyni zamanda apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. X6 haqqında Qanun Maddə 1 İ. Hər kəsin başqaları ilə birlikdə X6 Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. İİ. Dövlət X6nın həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Maddə 3. Toplantının formaları Bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Maddə 5. Toplantının keçirilməsi barədə xəbərdarlıq İ. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi Maddə 7. X6na qoyulan qanuni məhdudiyyətlər İ. X6 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. İİ. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş X6 müxtəlif formalarda, o cümlədən toplantı vaxtının və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. İİ. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş X6nın məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. İİİ. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş X6nın məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. İV. X6 yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Hazırda iddiaçılar məhkəmədən piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı2 hüquqi marağı nəzərə alınaraq ona hüquqi yardım edilmiş, müalicəsi ilə bağlı digər hüquq müdafiə imkanlarının olduğu izah edilmiş, iddiaçı isə icra hakimiyyətinin onun xaricdə müalicəsini təşkil edə biləcəyini bildirmiş, eyni zamanda apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Digər iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin işdən və İddiaçı2 izahatlarından görsənir ki, İddiaçı2 yekun hüquqi marağı Türkiyə Respublikasında müalicə olunmasına nail olmaqdan ibarət olsada, hazırkı hüquq müdafiə vasitəsinin seçilməsi digər iddiaçının hüquqi yardımı əsasında müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1823/2023 saylı, xx.xx.2023 tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək hesab edir ki, aşağıda qeyd edilən əsaslarla iddia mümkün hesab edilməməlidir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən İPM-in 35.1ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Eyni zamanda şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məhkəmənin İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmə vəzifəsi iddiaçının hüquqi marağının və çatmaq istədiyi hədəfin dəqiq müəyyən olunması məqsədlərinə xidmət edir. Bu baxımdan məhkəmə tərəfin bu barədə bildirməsindən asılı olmayaraq, şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və müvafiq iddia növündən istifadə edib-etmədiyini xidməti vəzifəsi olaraq yoxlamağa borcludur. Hazırki iş üzrə məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 məqsədinin Türkiyə Respublikasında müalicə almaq olduğunu bildirmişdir. İddiaçının digər hüquqi müdafiə vasitələri olsada, hüquqi müdafiə vasitəsi olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçı tərəfin müvafiq müraciəti olsada, cavabdeh inzibati orqanın rəsmi imtinası mövcud deyil. Lakin iddiaya münasibətdə inzibati orqan bildirmişdir ki, “18 sentyabr 2023-cü il tarixdə iddiaçılar tərəfindən cavabdehə müraciət olunaraq, İddiaçı2 müalicəsində yaranmış problemlərlə bağlı 22 sentyabr 2023-cü il tarixdə Sumqayıt Tibb Mərkəzi PHŞ-in qarşısında piket keçirmələrinə şərait yaradılmasını xahiş etmişdirlər. İddiaçı2 Covid-19 virusuna yoluxduğu 30 noyabr 2021-ci il tarixdən etibarən müayinə və müalicəsi aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətə götürülmüş və bir sıra dövlət tibb müəssisələrində müalicəsi həyata keçirilmişdir. Hazırda da o, mütəmadi olaraq ailə həkimi-terapevt tərəfindən müayinə olunur və müalicəsi nəzarətdə saxlanılır (tibb müəssisələri tərəfindən təqdim olunmuş arayışlar əlavə olunur). Vətəndaşın müayinə və müalicəsi mütəmadi olaraq nəzarətdə saxlanıldığından cavabdeh orqan göstərilən tarixdə piketin keçirilməsini məqsədəuyğun hesab etməmişdir.” Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “X6 haqqında” Qanunun 5-ci maddəsi toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi tələbini və qaydasını nəzərdə tutur. Həmin qaydaya əsasən, Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi institutunun nəzərdə tutulması legitim məqsədlərə bağlıdır. Xəbərdarlıq, nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən, bir tərəfdən ictimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərəfdən isə, həm də toplantı iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Dövlət X6nın həyata keçirilməsini təmin etməyə və qanunauyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Bununla belə, nəzərə almaq lazımdır ki, dövlət eyni zamanda və həm də ictimai qaydanı qorumağa, ictimai təhlükəsizliyi təmin etməyə, əhalinin həyat və sağlamlığının müdafiəsi üçün tədbirlər görməyə də borcludur.
Cavabdeh inzibati orqan iddiaçıların müraciətinə müvafiq imtina verməmiş, lakin məhkəmə prosesində öz hüququndan istifadə edərək iddiaçılara etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun olmaması barədə mövqeyini bildirmiş, X6nın qadağan edilməsinə və ya məhdudlaşdırılmasına dair hər hansı inzibati akt qəbul etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini tam yoxlamadan mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, yalnış nəticəyə gəlmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(118)-4017/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5