Məhkəmə qərarları › İş №2-1(105)-1120/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1120/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1120/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əzizova Vəfa Ehtiram qızı (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı Dövlət Sosial Müdafiə Fondu ilə hesabat vərəqinin düzəlişi məsələsinin həlli, işdən çıxması ilə əlaqədar son haqq-hesabın ödənilməsi, fövqəladə hallar şəraitində əmək haqqının qeydə alınması və qanunvericilikdə nəzərdə tutulan bütün hallar nəzərə alınmaqla pensiya miqdarının yenidən hesablanması tələbinə dair inzibati mübahisə üzrə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2-1(118)-5689/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək Dövlət Sosial Müdafiə Fondu ilə hesabat vərəqinin düzəlişi məsələsinin həlli, işdən çıxması ilə əlaqədar son haqq-hesabın ödənilməsi, fövqəladə hallar şəraitində əmək haqqının qeydə alınması və qanunvericilikdə nəzərdə tutulan bütün hallar nəzərə alınmaqla pensiya miqdarının yenidən hesablanmasını xahiş etmişdir. İdida tələbi onunla əsaslandırılmışdır ki, o, 36 il ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyində xidmət etmişdir. Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli 204 saylı əmrinə əsasən təqaüdə göndərilmişdir. Təqaüdün məbləği müəyyən edilərkən Dövlət Sosial Müdfiə Fonduna göndərilən məlumat vərəqində təhrif olunmuş məlumatlar göstərildiyindən əmək pensiyasının məbləği hər il üçün 40 mamat azaldılmışdır. Bundan başqa o, pensiyaya çıxarkən son haqq-hesabını almamışdır. 1989cu ildə SSRİ DİN-nin göstərişi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsində iqtisadi işlər üzrə rəis müavini vəzifəsi ixtisara düşdüyündən və onun əvəzinə bir ştat vahidi baş iqtisadçı vəzifəsi verilmiş və aylıq əmək haqqı 240 manat müəyyən edilmişdir. O, həmin vəzifəyə təyin olunmuşdur. Eyni zamanda rəhbəliyin göstərişi ilə Plan-iqtisad şöbəsinə rəhbərlik etmişdir (aylıq maaş 200 manat). Bundan başqa 1990-1993-cü illər üzrə ödənilməmiş əmək haqqı, məzuniyyət, ezamiyyət və fəqladə hallara görə əlavə yekun hesabatların verilməsi barədə Nazirlər Kabineti qərar qəbul etmişdir. O, xx.xx.1991-ci il tarixdən tutduğu vəzifədən sərəncama göndərilmiş, xx.xx.1992-ci il tarixdən təqaüddədir. xx.xx.1991-ci il tarixdən ona əmək haqqı, yekun hesabat və 3 il məzuniyyətdə və ezamiyyətdə olmağına görə məzuniyyət pulu verilməmişdir. Təqaüdə çıxarkən 240 manatdan aparılmalı hesabat 200 manatdan aparılmışdır. O, müvafiq xahişlə cavabdeh orqana müraciət etmiş, lakin hər hansı cavab ala bilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2-1(118)-5689/2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırılmışdır ki, göstərilən iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-64/2017 saylı qərarından İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı məlumat vərəqində düzəlişin edilməsi, pensiyaya çıxarkən baş iqtisadçı vəzifəsində işləməsinin göstərilməsi və pensiyaya çıxdıqdan sonra haqq-heabın ödənilməsi tələbinin rədd edildiyi müəyyən edilir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmənin qərardadından narazaı qaldığını bildirsə də, konkret olaraq hər hansı yeni dəlil irəli sürməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iddiaçının dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından müəyynə edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı məlumat vərəqində düzəlişin edilməsi, pensiyaya çıxarkən baş iqtisadçı vəzifəsində işləməsinin göstərilməsi və pensiyaya çıxdıqdan sonra son haqq-hesabın ödənilməsinə dair iddia tələbi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3435/2015 saylı 21 dekabr 2015-ci il tarixli qərarı ilə qismən – iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsində baş iqtisadçı vəzifəsində işləməsi faktı müəyyən edilməklə yeni məlumat vərəqəsinin gönədrilməsinə dair hissədə təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)-916/2016 saylı qərarı ilə təmin edilmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2- 1(102)-1241/2016 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndıərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-64/2017 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməmişdir. Məhkəmə kollegiyasının sorğusuna Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-64/2017 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilməsi qərara alınmış və qərar qanuni qüvvəsini almışdır. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı əvvəllər də eyni iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hazırki iddia tələbinin dəlillərinə məhkəmə tərəfindən qiymət verilmiş, iddia tələbi təmin edilməmiş və həmin tələblə bağlı qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin, Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarının 15.5 və 15.6-cı bəndlərinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün sayılmamışdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2-1(118)-5689/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar