Məhkəmə qərarları › İş №2-1(105)-169/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-169/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-169/2022 16.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli **********142911 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2- 1(118)-670/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********196853 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə İddiaçı MMC üzrə 2017-ci il sentyabr ayından 2019-cu ilin dekabr ayına qədər olan dövrlər üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********197467 nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən mənfəət vergisi üzrə 351156,62 manat, əlavə dəyər vergisi üzrə 30405,3 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 50943,76 manat, sosial sığorta haqları üzrə 42229,86 manat, ümumilikdə 474735,4 manat vergi borcunun azaldılması aşkar edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin 23 dekabr 2020-ci il tarixli **********142911 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı barəsində ümumilikdə 484183,72 manat vergi məbləği, həmin məbləğin 50 faizi məbləğində 242251,87 manat maliyyə saksiyası, həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (arayışın vaxtında təqdim edilməməsinə görə) 160 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23 dekabr 2020-ci il tarixli **********142911 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında vergi ödəyicisi kimi xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçı MMC faktiki olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınması, avtomobilər üçün hissələrin, qovşaqların və ləvazimatların topdansatışı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müəssisədə sonuncu mübasiləndirilən səyyar vergi yoxlaması aparılmış və bu səyyar vergi yoxlaması 2017-ci il sentyabr ayından 2019-cu ilin dekabr ayını əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, gömrük bəyannamələri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmiş, lakin, buna baxmayaraq xx.xx.2020-ci il tarixdə **********197467 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında xx.xx.2020-ci il tarixli **********142911 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yoxlama dövrünə 2017-ci il üçün 30.692,93 AZN, 2018ci il üçün 168.580,26 AZN, 2019-cu il üçün 151.883,43 AZN mənfəət vergisi və 2017-ci il üçün 9.448,32 AZN, 2018-ci il üçün 3.657,20 AZN, 2019-cu il üçün 26.748,14 AZN, ƏDV, 2018-ci il üçün 45.729,28 AZN, 2019-cu il üçün 5.214,48 AZN ödəmə mənbəyində tutulan vergi, 2018-ci il üçün 5.079,50 AZN, 2019-cu il üçün 37.150,18 AZN məcburi dövlət sosial sığorta haqqı, ümumilikdə 484.183,72 AZN vergilərin azaldılması və 242.251,87 AZN maliyyə sanksiyası hesablanmışdır. Hesab edir ki, müəssisənin mühasibat sənədlərinə əsasən vergiyə cəlb edilməli olan məbləğ reallığa uyğun deyil. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəricilərin hansı tarixdən müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Səyyar vergi yoxlaması aktından görünür ki, vergi orqanı heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad etməmiş, əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Qeyd edir ki, müəssisə gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. Lakin, aparılan yoxlama zamanı görülmüş işlərə və göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı, işləri qəbul edən bütün cavabdeh dövlət orqanlarının hesablamalarının səhv aparıldığı iddia edilərək müəssisə tərəfindən işlərin görülməsi üçün alınmış, alınarkən ödənilmiş və əvəzləşdirilmiş ƏDV-İərin bir hissəsi müəssisəyə sanksiya kimi hesablanmışdır. Müəssisədə aparılan bütün ödəmələr nağdsız qaydada həyata keçirilmişdir. Səyyar Vergi yoxlaması zamanı "xxxx" MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən sənədlərdə daşıyıcı olaraq hansı şəxslərin adının qeyd olunmasına və İddiaçı MMC tərəfindən həyata keçirilmiş daşımalara dair məlumatların Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən alınmasına zərurət yaranmış və yaranmış zərurət ilə əlaqədar olaraq məktubla Dövlət Gömrük Komitəsinə Dövlət Vergi Xidməti tərəfindən rəsmi müraciət olunmuş, müraciətə baxılmış və İddiaçı MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən tərtib olunan sənədlər (ygb, İnvoys, CMR) 5 (beş) ədəd diskdə Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Gömrük Komitəsi tərəfindən təqdim edilən disklər araşdırılarkən məlum olmuşdur ki, İddiaçı MMC balansında olan nəqliyyat vasitələri ilə həyata keçirdiyi daşımaların müəyyən qismi ilə bağlı qarşı tərəflərə e-qaimə təqdim etməmiş, daşımalarla bağlı MMC-in gəlirini və xərcini Gömrük Komitəsi tərəfindən təqdim edilən sənədlərdə müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsi zərurəti yaranmışdır. xx.xx.2020-ci il tarixli **********140267 nömrəli “ekspertizanın təyin edilməsi haqqında” qərar qəbul edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ticarət-Sənayə Palatasının “Azərekspertiza” Birliyinə tapşırılmış və birliyinin eksperti X14 xx.xx.2017-ci il tarixdən xx.xx.2019- cu il tarixədək olan dövr ərzində MMC-yə məxsus nəqliyyat vasitələri İlə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Bundan sonra yoxlama ilə əhatə olunan dövrdə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində MMC-yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixli **********140476 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar qəbul edilmiş, qərar üzrə Ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmış və həmin MMC-nin eksperti X6 da xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində İddiaçı MMC-nə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazarında qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Göründüyü kimi vergi orqanının dəvət etdiyi iki mütəxəssisdən heç biri vergi orqanının dəlilləri əsasında hər hansı bir vergilərin hesablanmasının mümkün olmadığını bildirmişdirlər. Həmin sürücülərlə bağlı araşdırılma aparılmadan, sürücülərlə müəssisə arasında olan iş münasibətlərinin hansı formada olması yoxlanılmadan, vergi orqanı heç bir əlaqəli məlumatlara istinad etmədən birbaşa olaraq mənfəəti ümumi dövriyyənin 20% şərti rentabelliyi əsasında Nazirlər Kabinetinin qərarı əsasında aparmışdır. Həmçinin, Gürcüstan Respublikasının vətəndaşları tərəfindən müəssisəyə məxsus yük avtomobilləri ilə sürücü xidməti göstərilməsinə görə “Sosial sığorta haqqında” qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq 25% miqdarında sosial sığorta məbləği hesablanmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, aparılan yoxlama ilə müəssisənin 2017-2019-cu illər üzrə mənfəət vergisi yoxlanılmış və aşağıdakılar müəyyən edilmişdir: vergi yoxlaması zamanı iddiaçı MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən sənədlərdə daşıyıcı olaraq hansı şəxslərin adının qeyd olunmasına və MMC tərəfindən həyata keçirilmiş daşımalara dair məlumatların Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən alınmasına zərurət yaranmış və yaranmış zərurət ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixli **********771600 nömrəli məktubla Gömrük Komitəsinə Dövlət Vergi Xidməti tərəfindən rəsmi müraciət olunmuşdur, ARGK tərəfindən qeyd olunan müraciət xx.xx.2020-ci il tarixli **********220100 nömrəli məktubla cavablandırılmış və MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən tərtib olunan sənədlər (ygb, invoys, CMR) 5 (beş) ədəd diskdə Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Gömrük Komitəsi tərəfindən təqdim edilən disklər araşdırılarkən məlum olmuşdur ki, MMC balansında olan nəqliyyat vasitələri ilə həyata keçirdiyi daşımaların müəyyən qismi ilə bağlı qarşı tərəflərə e-qaimə təqdim etməmiş və bununla da həyata keçirdiyi daşımalarla bağlı gəlirini vergidən yayındırmışdır. Qeyd olunan e-qaimə təqdim edilməmiş daşımalarla bağlı MMC-in gəlirini və xərcini Gömrük Komitəsi tərəfindən təqdim edilən sənədlərdə müəyyən etmək mümkün olmadığından, nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun və həmin daşımalar üzrə çəkilmiş xərclərin müəyyən edilməsi üçün ekperizanın təyin edilməsi zərurəti yaranmışdır. xx.xx.2020-ci il tarixli **********140267 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərar qəbul edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasi Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyinə tapşırılmış və birliyinin eksperti X7 xx.xx.2017-ci il tarixdən xx.xx.2019- cu il tarixədək olan dövr ərzində iddiaçı MMC- yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Bundan sonra yoxlama ilə əhatə olunan dövrdə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində MMC-yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixli **********140476 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərar qəbul edilmiş, qərar üzrə Ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmış və "xxxx" MMC-nin eksperti X6 da xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Göründüyü kimi müəssisə tərəfindən həyata keçirilən daşımalarla bağlı müəssisənin əldə olunan gəliri gizlədildiyi üçün müəssisənin gəlirini tam müəyyən etmək mümkün olmamışdır. Müəssisə tərəfindən 2017-2019-cu illər üzrə mənfəət vergisi bəyannamələrində xərc maddələrində göstərilən xərclər öz təsdiqini tapmışdır. Qeyd olunan hallar əsas götürülərək müəssisənin 2017-2019-cu illər üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2 maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsinə zərurət yaranmış və **********926400 nömrəli məktubla 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət olunmuş, lakin, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi tapılmadığından Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) (xərcə görə) şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilmişdir. M= X x R:100 (M – vergiyə cəlb olunmalı mənfəət məbləği; X - vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər ; R - şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür). Vergi ödəyicisinin 2017-ci il üzrə xərci 767323,24 manat olduğundan həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olacaqdır: M 2017 = 767323,24 x 20 /100 = 153464,64. Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 153464,64 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 30692,93 manat (153464,64 * 20% = 30692,92) olacaqdır. Vergi ödəyicisinə 2017-ci ilin mənfəət vergisi üzrə 30692,93 manat vergi hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 15346.46 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin 2018-ci il üzrə xərcinin 5120591,56 manat olduğunundan həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olacaqdır: M 2018 = 5120591,56 x 20/100 = 1024118,31. Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 1024118,31 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 204823,66 manat (1024118,31* 20% = 204823,66) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2018-cı ilin mənfəət vergisi üzrə 36243,4 manat hesablama nəzərə alındıqda yoxlama ilə Vergi ödəyicisinə 2018-ci ilin mənfəət vergisi üzrə 168580,27 manat vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 84290,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin 2019-cu il üzrə xərci 7074011,39 manat olduğunundan həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olacaqdır: M 2019 = 7074011,39 x 20 / 100 = 1414802,27. Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəətinin 1414802,27 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 282960,45 manat (1414802,27* 20% = 282960,45) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2019-cu ilin mənfəət vergisi üzrə 131077,03 manat hesablama nəzərə alındıqda yoxlama ilə Vergi ödəyicisinə 2019-cu ilin mənfəət vergisi üzrə 151883,42 manat vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 75941,71 manat maliyyə sanksiyası tətbiq edilmşdir. Yoxlama ilə əhatə olunan dövr ərzində müəssisə faktiki yük avtomobil nəqliyyatları ilə daşıma xidmətləri və yük avtomobil nəqliyyatlarının ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. Yoxlama ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə ümumi dəyərləri 52490,65 manat olan **********9291 və **********9292 nömrəli YGB-lər üzrə əvəzləşmə hüququ 2017-ci ilin noyabr ayında yaranmasına baxmayaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci oktyabr ƏDV bəyannaməsində əvəzləşməyə salınmışdır. SVY ilə qeyd olunan YGB-lər 2017- ci ilin noyabr ayında ƏDV bəyannaməsində əvəzləşməyə salınmışdır. Qeyd olunanlarla əlaqədar 2017-ci okytabr ayı üzrə 4724.16 manat maliyyə sanksiyası tətbiq edilmşdir. Həmçinin Gürcüstan Respublikası vətəndaşları olan fiziki şəxslər müəssəyə məxsus yük avtomobilləri ilə müəssisəyə sürücü xidməti göstərmiş, göstərilən xidmətin müqabilində müəssisə qeyri-rezident fiziki şəxslərə ödədiyi vəsaitdən ödəmə mənbəyində VM-nin 169.1-ci maddəsinə əsasən ödəmə mənbəyində 18% ƏDV tutmamışdır (şəxslərin adlı siyahısı və ödənişlər barədə məlumat yoxlama materiallarına əlavə olunmuşdur). Qeyd olunan hallara əsasən vergi ödəyicisinə ƏDV üzrə 30405,34 manat vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 15202.67 manat maliyyə sanksiyası tətbiq edilmşdir. ƏDV üzrə qeyri-rezident fiziki şəxslər tərəfindən MMC-də göstərilən sürücülük xidmətlərinə görə həmin fiziki şəxslərə edilən ödəmələrdən Vergi Məcəlləsinin 169.1-ci maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanmışdır. Ümumilikdə 30.410 manat vergi məbləği, yayındırılmış vergi məbləğinin 50% miqdarında yəni 15.200 manat maliyyə sanksiyası hesablanmışdır. Həmçinin 2019-cu ilin okytabr ayı ƏDV bəyannaməsində əvəzləşdirməyə salınan ədv dəyəri 9.450 manat olan YGB noyabr ayı ƏDV bəyannaməsinə salınmışdır, qeyd olunanlara əsasən 4.720 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə iddiaçıya göstərilən xidmətlərə görə digər şəxslərə ödənilən vəsaitlərdən Vergi Məcəlləsinin 124, 125.1.4, 125.1.5-ci maddələrinə əsasən ÖVM tutulmadığı üçün ümumilikdə 65,4 min manat (beynəlxalq yük daşımalarla bağlı ödənişlərdən 6 % - 48,51 min manat, qeyri-rezident fiziki şəxslər tərəfindən iddiaçıya göstərilən sürücülük xidmətlərinə görə həmin fiziki şəxslərə edilən ödəmələrdən 10% - 16,89 min manat) vergi hesablanmış, yayındırılmış vergi məbləğinin 50% miqdarında yəni 32,7 min manat maliyyə sanksiyası tətbiq edilmişdir. MDSS üzrə qeyri-rezident fiziki şəxslər tərəfindən rezident müəssisəyə göstərilən sürücülük xidmətlərinə görə həmin fiziki şəxslərə aparılan ödəmələrdən “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyindən 25 faizi miqdarında yəni 42,23 min manat sosial sığorta haqları hesablanmış, yayındırılmış sosial sığorta haqlarının məbləğinin 50% miqdarında yəni 21,12 min manat maliyyə sanksiyası tətbiq edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(118)-670/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********142911 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 30.405,34 manat məbləğində ƏDV, 50943,76 manat məbləğində ÖMV hissəsi istisna olunmaqla, digər hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən, yəni iddianın təmin edilən mənfəət vergisi və MDSS hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar əsasında iddiaçı tərəfindən həyata keçirilmiş bir sıra daşımalar üzrə elektron-qaimə fakturanın təqdim edilmədiyi müəyyən edilmiş, qeyd olunan daşımalar üzrə elektron-qaimə fakturanın təqdim edilməməsi həmin xidmətlər üzrə gəlirlərin müəyyən edilməsini imkansız etmişdir. Bu baxımdan, gəlirlər barədə məlumatların tam əks olunmadığı müəyyən olunmuş və gəlirlər şübhə altına alınmışdır. Məhkəmə vergi orqanı tərəfindən mənfəət vergisinin hesablanması üzrə tətbiq edilən NK-nin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı ilə müəyyən olunmuş Qaydaların tətbiqi əsaslarını şübhə altına almaqla hesablamaların səhv olması nəticəsinə gəlmişdir. Hesab edir ki, məhkəmə prosesi zamanı birmənalı şəkildə iddiaçı tərəfindən bəyannamələr üzrə təqdim olunmuş gəlir məlumatlarının tam olmadığı sübut edilmiş və proses zamanı sualcavab şəklində bu fakt təsdiqini tapmışdır. O zaman bir daha müəyyən olunmuşdur ki, iddiaçı vergi qanunvericiliyinə uyğun olaraq gəlirləri barədə lazımi qaydada uçot aparmalı olduğu halda aparmamışdır. Məhkəmə prosesi zamanı bu fakt konkret dəlillərlə sübut olunmuşdur. İddiaçının xərclər barədə yoxlanılan illər üzrə təqdim etdiyi sənədlərlə təsdiqini tapdığı üçün vergi orqanı ona verilmiş hüquq əsasında xərclərə əsaslanaraq mənfəəti müəyyən etmişdir. Məhkəmənin mənfəət vergisi üzrə hesablamaları əsassız hesab etməsi üzrə ikinci dəlili Gürcüstan Respublikasının vətəndaşları ilə bağlanmış xidmət müqaviləsinin şərtləri ilə bağlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, qeyd olunan şəxslər arasında bağlanmış xidmət nüqaviləsində həmin sürücülər tərəfindən digər şəxslərə daşıma xidməti göstərməsi qadağan olunmadığı üçün iddiaçıya məxsus nəqliyyat vasitələri ilə hər bir daşıma xidmətinin iddiaçıya məxsus olmasını hesab etmək düzgün deyil. Belə ki, məhkəmə hesab etmişdir ki, həmin nəqliyyat vasitələri ilə digər şəxslər də daşıma xidməti həyata keçirmişdir ki, bu hal nəzərə alınmamışdır. Cavabdeh məhkəmənin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı ilə Gürcüstan Respublikasının vətəndaşları arasında daşımalarla bağlı sürücü ximətinin göstərilməsi ilə əlaqədar xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqavilələrinin “Müqavilənin predmeti” hissəsinə əsasən müqavilədə göstərilmiş şərtlərlə şifarişçiyə məxsus yük avtomaşınları ilə sürücünün xidmət göstərdiyi müəyyən olunmuşdur. Xidmət müqaviləsindən göründüyü kimi müqavilə üzrə tərəflər iddiaçı və qeyri-rezident şəxslərdir. Həmin şəxslər də razılaşdırılmış şərtlərlə müqavilə üzrə razılığa gələrək iradə ifadələrini təqdim etmişlər. Belə olan halda həmin sürücülərin iddiaçıya məxsus nəqliyyat vasitələri ilə başqa şəxslərə daşıma üzrə sürücülük xidməti göstərməsi müqavilə üzrə razılaşdırılmış hal olmadığı təqdirdə bu halın müqavilə üzrə qadağan olunmaması qənaətinə gələrək həmin səlahiyyətlərin mövcud olması nəticəsinə gəlinməsini əsasız hesab edirlər. Qeyd edir ki, bu halda sürücülər nəqliyyat vasitələri ilə şəxsi məqsədləri üçün də istifadə edə bilər, arzu etdiyi şəkildə həmin nəqliyyat vasitələrini istismar edə bilərlər. Məhkəməni bu qənaətə gətirən məhz həmin xidmət müqavilələrində bununla bağlı qadağalar olmadığıdır. Hesab edir ki, konstitusion prinsip olan “Qadağan olunmayan hər bir hərəkət yolveriləndir” prinsipi şəxsi mülkiyyətə münasibətdə tətbiq edilməməlidir. Cavabdeh hesab edir ki, aşağıda qeyd olunan səbəblərdən 07 sentyabr 2021-ci il tarixli, 9/3659 nömrəli ekspert rəyi mənfəət vergisi və MDSS üzrə əsassızdır: Bununla bağlı bildirir ki, səyyar vergi yoxlaması zamanı keçirilən ekspertizaların nəticəsi olaraq daşımaların bazar qiymətinə uyğunluğunun və həmin daşımalar üzrə çəkilmiş xərclərin müəyyən olunmasının imkan xaricində olduğu bildirilmişdir. Sözügedən ekspertizalar tədqiqatı nəticəsində hər hansı vergilərin hesablanmasının mümkün olmadığı bildirilməmişdir. İddiaçının gəlirlərini müəyyən etmək mümkün olmadığından iddiaçının mənfəət vergisi üzrə hesablamaları onun yoxlanılan dövr üzrə bəyan etdiyi xərclər təsdiq edildiyi üçün xərcə əsasən şərti rentabellik norması əsas götürülməklə hesablanmışdır. Bu baxımdan hesab edir ki, ekspert rəyi işin faktiki hallarına uyğun deyildir. Göründüyü kimi ekspert iş materialları ilə tam tanış olmamış, vergilərin hesablanması əsaslarını nəzərə almamış, işin faktiki hallarına uyğun olmayan, vergi orqanı tərəfindən həyata keçirilən hesablamaların əsasları nəzərə alınmadan gəlirlərin müəyyən edilməsi üzrə nəzərə alınmalı hallara toxunmuşdur. Aktdan göründüyü kimi analoji vergi ödəyicisini müəyyən etmək mümkün olmadığından vergilər NK-nin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı tətbiq edilməklə hesablanmışdır. Vergi Məcəlləsinin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Qeyd edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin hissələrinin sıra ardıcıllığı ilə tətbiq edilməsi imperativ göstəriş olaraq qanunda nəzərdə tutulmamış və həmin maddənin hissələri maddənin məzmunundan da göründüyü kimi qarşılıqlı əlaqəli şəkildə tətbiq olunmalıdır. Ekspert isə səlahiyyəti olmadığı təqdirdə hüquq normalarının tətbiqi üzrə fəaliyyət göstərərək məhkəmənin funksiyasını yerinə yetirmiş, digər tərəfdən yanlış təfsir və tətbiq edərək cavabdeh tərəfindən müəyyən olunmuş vergilərin hesablanma əsaslarını şübhə altına almağa çalışmışdır. Belə ki, yoxlama ilə bağlı şərti rentabellik norması tətbiq edilərkən məhz əlaqəli məlumatlar əsas götürülərək hesablama həyta keçirilmişdir. Ekspert tərəfindən mənfəət vergisinin hesablanması əsaslarına diqqətlə nəzər yetirilsəydi, aydın olardı ki, şərti rentabellik norması tətbiq edilərkən Vergi Məcəlləsinin 67.1.3-cü maddəsi əsas götürülməklə, yəni iddiaçı tərəfindən təqdim edilmiş və təsdiq edilmiş xərclər nəzərə alınmaqla hesablama aparılmışdır. Bu baxımdan, qeyd edir ki, əlaqəli məlumatlar müəyyən edilmədən və onlara istinad edilmədən şərti rentabellik normasının tətbiq edilməsi imkan xaricindədir. Qeyd olunan normaların tətbiqi qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməlidir ki, hüquq norması həqiqi mahiyyəti üzrə təyinatına uyğun tətbiq edilmiş olsun. Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan hər hansı biri ilə xərcləri müəyyən etməyin mümkün olmaması digər əlaqəli məlumatlardan istifadəni istisna etmir və vergi orqanına verilmiş bu hüququ məhdudlaşdırmır. Bu baxımdan, ekspertizaların nəticəsi olaraq bazar qiymətlərinin müəyyən edilməməsi və ya AR Dövlət Gömrük Komitəsinin rəsmi məlumatları əsasında hər hansı gəlir və ya xərcin müəyyən etməyin imkansız olması, digər mənbələr hesabına, yəni bəyan edilmiş və təsdiq edilmiş xərclər qismində olan əlaqəli məlumatlar hesabına vergilərin hesablanmasını istisna etmir. Hesab edir ki, məhkəmənin mənfəət vergisinin hesablanması üzrə gəldiyi nəticə və bu nəticənin əsaslandırılması üzrə gətirdiyi dəlillər əsasız və qanunsuzdur. Məhkəmə qərarında mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmış hesablamaların düzgünlüyünü istisna edən hər hansı bir dəlil irəli sürməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhəkəmənin iddiaçıya hesablanmış MDSS-nin qanunsuz və əsassız hesab edilməsini əsaslandırmaq üçün gətirdiyi dəlilləri aşağıdakı səbəblərdən təkzib olunur: MDSS üzrə qeyri-rezident fiziki şəxslər tərəfindən rezident müəssisəyə göstərilən sürücülük xidmətlərinə görə həmin fiziki şəxslərə aparılan ödəmələrdən AR "Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq 25 faizi miqdarında hesablama aparılmışdır. Belə ki, yoxlama ilə Gürcüstan Respublikası vətəndaşları olan fiziki şəxslər tərəfindən müəssisəyə məxsus yük avtomobilləri ilə müəssisəyə sürücü xidməti göstərildiyi, lakin göstərilən xidmət müqabilində qeyri rezident f/ş-ə ödənilmiş 168.918,38 manat vəsaitdən sosial sığorta haqqı tutulmamışdır. Beləliklə, yoxlama ilə 42.229,68 (168.918,38 x 25 %) manat MDSS hesablanmışdır. Cavabdeh olaraq inzibati məhkəmə icraatı zamanı Gürcüstan Respublikasının vətəndaşlarının rezident hesab edilməsi üzrə hər hansı dəlil irəli sürməmişdirlər. Təqdim etdikləri xidmət müqavilələri isə həmin vətəndaşların Azərbaycan Respublikasının mənbəyindən gəlir əldə etməsini təsdiq edən sübut kimi təqdim olunmuş və həmin müqavilələrin müddətinə istinad edərək hesab etmişlər ki, bu şəxslər ən azı 3 il müddətinə Azərbaycan mənbəyindən gəlir əldə etməsini niyyət etmiş və həmin dövr ərzində mülki hüquqi müqavilələr üzrə fəaliyyət göstərərək Azərbaycan mənbəyindən gəlir əldə etmişlər. Eyni zamanda həmin xidmət müqavilələrini təqdim etməklə hesab etmişlər ki, vergi orqanı tərəfindən iddiaçıya hesablanmış MDSS AR “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsi tətbiq edilməklə haqlı addım olmuşdur. Belə ki, həmin maddi hüquq normasında “mülki hüquqi xarakterli müqavilələrlər işləyənlər (fərdi sahibkarlar istisna olmaqla)” ifadəsi xüsusi olaraq göstərilmişdir. Bu baxımdan, hesab edirlər ki, təqdim etdikləri xidmət müqavilələri qeyd olunan maddi hüquq normasının tətbiqinin əsaslandırılmasına xidmət etmiş və hesab etmişlər ki, qeyd olunan gəlirlər məhz Azərbaycan mənbəyindən əldə edilmişdir. Məhkəmənin mötəbər hesab etdiyi 07 sentyabr 2021-ci il tarixli, 9/3659 saylı ekspert rəyi məhkəmə tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir. Hesab edirlər ki, məhkəmə maddi hüquq normalarını yanlış təfsir etmiş və yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları”-nın 2.3-cü bəndində “təqvim ilində üst-üstə düşən 182 gündən artıq vaxta sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar” qeyd edilməsinə baxmayaraq, məhkəmə dəlillərini əsaslandırmaq üçün yanlış olaraq Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinə istinad etmiş və həmin normanı tətbiq etmişdir. Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsində qeyd olunan “təqvim ilində üst-üstə düşən 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan” ifadəsi ilə AR Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları”-nın 2.3-cü bəndində əks olunan “təqvim ilində üst-üstə düşən 182 gündən artıq vaxtda sahibkarlıq fəaliyyətindən gəlir əldə edən” ifadəsi fərqli mənaları ifadə edir. Belə ki, birinci halda təqvim ilində üst-üstə düşən 182 gündən artıq yaşamanı, ikinci halda isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı ifadə edir. Hesab edir ki, qeyri-rezident Azərbaycan Respublikasının ərazisində olmadığı halda da Azərbaycan mənbəyindən gəlir əldə edə bilər ki, işin faktiki halları bunu deməyə əsas verir. Qeyd olunna vətəndaşlar sürücülük xidməti göstərdiyi müddətdə gəliri Azərbaycan mənbəyindən əldə etməsinə baxmayaraq xidmət müqavilələri zamanı beynəlxalq yükdaşıma üzrə sürücülük xidmətləri göstərdikləri üçün Azərbaycan Respublikasından kənarda, digər ölkənin ərazisində olduğu zamanlar olmuşdur. Bu baxımdan, Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinin iş üzrə tətbiq edilməsi əsassızdır. Vergi Məcəlləsinin 99.1 və 99.2-ci maddəsinin məzmunundan göründüyü kimi qeyrirezident fiziki şəxslərin göstərdiyi sürücülük xidməti sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab edilmədiyi üçün məhkəmənin tətbiq etdiyi qüvvədən düşmüş Dövlət Sosial Müdafiə X1 ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları”-nın 2.3-cü bəndinin təsiri altına düşmür. AR “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinin tətbiqi zamanı fərdi sahibkarlar istisna olunur ki, bu hal da işin faktiki hallarına tam uyğundur. Belə ki, qeyd olunan sürücülərin fərdi sahibkar kimi statuslu olması təsdiqini tapmamışdır. Hesab edir ki, məhkəmənin MDSS-in hesablanmasının qanunsuz və əsassız hesab edilməsi üzrə gətirdiyi dəlillər əsassız və qanunsuzdur. Məhkəmənin özünün tətbiq etdiyi “Sosial sığorta haqqında” Qanunun 1 və 12-ci maddələri təsdiq edir ki, əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması üçün əsas şərt tərəflər arasında olan münasibətlərin əmək xarakterli olması deyildir. Yəni, əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması üçün bir sıra şərtlər nəzərdə tutulmuşdur ki, onlardan biri əmək münasibətləri üzrə fəaliyyət göstərməsidir. Eyni zamanda “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan respublikası mənbələrindən məcburi dövlət sosial sığorta haqqında cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər də məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. İşin müəyyən olunan hallarına əsasən qeyd olunan sürücülər mülki hüquqi müqavilələrə əsasən Azərbaycan mənbəyindən gəlir əldə edən əcnəbilərdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə dair etiraz təqdim edərək qeyd etmişdir ki, Gürcüstan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin mülkihüquqi müqavilə və bu şəxslərə ödənilən xidmət haqqının muzdlu işə aid edilməyən gəlir hesab edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Sosial sığorta haqqı ilə bağlı hesablanma aparılması Vergi Məcəlləsində 2019-cu ildən nəzərdə tutulmuşdur. Lakin, vergi orqanı tərəfindən 2018-ci ilin 1-ci rübü üzrə müəssisəyə sosial sığorta haqqı hesablanmışdır. Əmək Məcəlləsinin 307.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə əmək müqaviləsi bağlayaraq çalışan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə bu Məcəllə ilə müəyyən olunmuş şərtlərlə və qaydada sosial sığorta olunmaq hüququna malikdirlər. Göründüyü kimi mövcud qanunvericiliyə uyğun olaraq Gürcüstan Respublikasının vətəndaşları olan sürücülərin sosial sığorta olunmaq onların vəzifəsi kimi deyil, hüququ kimi təsbit edilmişdir. Vergi orqanı apellyasiya şikayətində Vergi Məcəlləsinin 13.2.5, 99.1, 99.2-ci maddələri, AR Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2014-cü il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqlarının toplanması Qaydaları”nın 2.3-cü bəndi və AR “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə istinad etmişdir. Lakin, cavabdeh həmin qaydaların 26 fevral 2021-ci il tarixli **********1 nömrəli AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (X10 reyestrinin qeydiyyat nömrəsi **********071, X10 reyestrinə daxil edildiyi tarix 11 mart 2021-ci il) ilə ləğv edildiyini nəzərə almadan hazırda qüvvədə olmayan normaya istinad etmişdir. Vergi orqanı apellyasiya şikayətində ARDGK tərəfindən təqdim edilən diskləri araşdırarkən MMC-nin balansında olan nəqliyyat vasitələri həyata keçirdiyi daşımaların müəyyən qismi ilə bağlı qarşı tərəflərə e-qaimə təqdim etmədiyi və bununla da həyata keçirdiyi daşımalarla bağlı gəlirlərini vergidən yayındığını bildirmiş, bunu da cavabdehin nümayəndəsinin iddiaçının nümayəndəsinə verdiyi suallarla cavab verə bilməməsi ilə təsdiq edildiyini qeyd etmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətinin 8-ci səhifəsində bir neçə hallar sadalayaraq, hesab etmişdir ki, iddiaçı tərəfindən qeyd olunan şəxslərə göstərilən daşıma xidmətlərinə görə e-qaimə fakturaların təqdim edilməməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəf bununla razılaşmayaraq qeyd edir ki, qeyd olunan suallar məhkəmə prosesi zamanı verilmiş, nümayəndənin həmin hallarla bağlı hər hansı məlumatı olmadığından “Bilmirəm” cavabı ilə cavablandırılmışdır. Daha sonra həmin hallar şirkətin səlahiyyətli nümayəndələri ilə dəqiqləşdirilmiş və cavabdehin qeyd etdiyi "xxxx" MMC və "xxxx" MMC-yə İddiaçı MMC tərəfindən elektron qaimələr təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı qeyd edir ki, İddiaçı MMC daşıyıcı təşkilat kimi yüklərin daşınması fəaliyyəti ilə məşğul olarkən təkcə yükün mülkiyyətçiləri ilə deyil, həm də ayrı-ayrı şəxslərin yüklərinin daşınması üçün müxtəlif təşkilatlarla müqavilələri olan ekspeditorlarla daşıma müqavilələri əsasında yüklərin daşınmasını həyata keçirmiş iddiaçı MMC ilə müqavilə münasibətlərinə birbaşa olaraq yükün mülkiyyətçiləri deyil, müxtəlif ekspeditorlar girmişdir, yəni iddiaçı yükün daşınmasını sifariş verən şəxslərə təhvil verərkən həmin şəxslərə eqaimələr təqdim etmişdir. Qeyd edir ki, MMC-yə aid nəqliyyat vasitələri ilə qeyd edilən müəssisələrə aid malların daşınması həyata keçirilmiş, həmin təşkilatlarla birbaşa müqavilə bağlanmadığından onlara e-qaimələr təqdim edilmədiyi halı ola bilər. Belə ki, ola bilsin ki, həmin təşkilatlara məxsus malların daşınması üçün ekspeditorlarla müqavilələri olmuş və həmin malların daşınmasını ekspeditorlar sifariş etmiş, onlarla bağlanmış müqavilələrə əsasən yüklərin daşınması həyata keçirilmişdir. Qeyd edir ki, daşıyıcı şirkət kimi hansı ekspeditorun hansı şirkətlərin yüklərinin daşınması üçün sifariş verdiyi barədə məlumatları yoxdur. Sifariş əsasında yüklərini daşıdıqları bütün şəxslərə göstərdikləri daşıma xidmətinə görə e-qaimələr təqdim edilmişdir. Vergi orqanı qeyd etdiyi faktları həmin təşkilatlara sorğular ünvanlayaraq həmin təşkilatların MMC-yə yüklərin daşınması üçün hər hansı sifariş verib vermədiklərini, buna görə hər hansı ödəniş edib etmədiklərini və adı çəkilən şirkətlərə e-qaimələrin verilib-verilmədiyini araşdıra bilərdi. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən, yəni iddianın təmin edilən mənfəət vergisi və sosial sığorta haqqı hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən 3 saylı Ərazi Vergilər idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X9 ifadəsində bildirmişdir ki, İddiaçı MMC 2017, 2018, 2019-cu illər üzrə xərclərini bəyan etmiş, lakin xərclərə uyğun gəlirlərini bəyan etməmişdir. Yəni, vergi ödəyicisi tərəfindən xərclərin tam verildiyi, gəlirlərin isə gizlədildiyi müəyyən edilmişdir. Bununla əlaqədar Dövlət Gömrük Komitəsindən əlaqəli məlumatlar əldə olunmuş, müəyyən olunmuşdur ki, vergi ödəyicisinin daşıma xidməti göstərdiyi şirkətlərə e-qaimələr təqdim olunmamışdır. E-qaimə təqdim edilməmiş daşımalarla bağlı vergi ödəyicisinin gəlir və xərcini DGK-dən təqdim edilən sənədlərlə müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsi üçün 2 dəfə ekspertiza təyin edilmiş, lakin hər iki ekspertiza ilə qeyd olunan məsələlərin müəyyən edilməsinin imkanları xaricində olduğu bildirilmişdir. Bundan sonra analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə edilməsinə zərurət yaranmış, lakin həmin illər üzrə analoji vergi ödəyicisi müəyyən edilməmişdir. Bu baxımdan, iddiaçı MMCə Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik norması əsasında mənfəət vergisi hesablanmışdır. Şahid hesablanmış sosial sığorta haqlarına münasibətdə qeyd etmişdir ki, Gürcüstan Respublikasının vətəndaşları olan fiziki şəxslər müəssisəyə məxsus nəqliyyat vasitələri ilə ona sürücü xidməti göstərmişlər. Bu baxımdan, iddiaçı MMC-yə “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən gəlirlərin 25%-i miqdarında sosial sığorta haqqı hesablanmışdır. İddiaçı MMC isə buna beynəlxalq yük daşıma xidməti kimi yanaşaraq ödənişlərin 6 %-i miqdarında vergi məbləği hesablamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 42. Sənədlərin tələb edilməsi Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləği barədədir. Cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı barəsində 2017, 2018, 2019-cu illər üzrə 351156,62 manat mənfəət vergisi, 2017-ci ilin sentyabr-dekabr ayları, 2018, 2019-cu illər üzrə 30405,3 manat əlavə dəyər vergisi, 2017-ci ilin sentyabr-dekabr ayları, 2018, 2019-cu illər üzrə 50943,76 manat ödəmə mənbəyində tutulan vergi, 2018-ci ilin 1-ci rübü, 2019-cu ilin 1, 2, 3-cü rübləri üzrə 42229,86 manat sosial sığorta haqları hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərarın qismən 2017, 2018, 2019-cu illər üzrə 351156,62 manat mənfəət vergisi və 2018-ci ilin 1-ci rübü, 2019cu ilin 1, 2, 3-cü rübləri üzrə 42229,86 manat MDSS üzrə ləğv edilməsi qərara alınmış, qalan hissədə vergi orqanın qərarı dəyişdirilmədən saxlanılmış və iddiaçı tərəfindən qərardan apelyasiya şikayəti verilməmişdir. Odur ki, hazırkı araşdırmanın predmetini mənfəət vergisi və MDSS münasibətdə inzibati aktın qanuniliyinin yoxlanılması təşkil edir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, iddiaçıya 2017, 2018, 2019-cu illər üzrə 351156,62 manat mənfəət vergisi hesablanmış və həmin məbləğin 50 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən həyata keçirilən daşımalarla bağlı əldə olunan gəlir gizlədildiyi üçün müəssisəsinin gəlirini tam müəyyən etmək mümkün olmamış, bu səbəbdən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə olunmasına zərurət yaranmış, lakin analoji vergi ödəyicisi aşkar olunmamışdır. Bu səbəbdən, iddiaçıya Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik norması əsasında mənfəət vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən inzibati aktı mənfəət vergisinin hesablanmasına dair hissədə ləğv edərkən qərarını onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı vergi orqanı tərəfindən İddiaçı MMC-nin vergi orqanına təqdim edilmiş xərc sənədləri əsas götürülərək, Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli 55 saylı qərarı ilə təstiqlənmiş Qaydaların 6.1.3-cü bəndinə əsasən İddiaçı MMC-nin mənfəətinin müəyyən etmişdir. Halbuki, İddiaçı MMC tərəfindən 2017, 2018 və 2019-cu illər üzrə xərc sənədləri ilə birlikdə həmçinin müəssisənin gəlirləri barədə məlumat verilmişdir. Belə olduğu tədqirdə vergi orqanının nəyə görə İddiaçı MMC xərclərinin həqiqiliyinə şübhə ilə yanaşmaması, həmin xərclərə dair mənfəət barədə verilmiş məlumatların həqiqətə uyğun olmamasının bəyan edilməsi anlaşılan deyil. Belə ki, adından da göründüyü kimi Nazirlər Kabinetinin 55 saylı xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalar-vergi ödəyiciləri tərəfindən əldə edilən mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda tətbiq edilir. Vergi orqanı tərəfindən gətirilən arqument ondan ibarət olmuşdur ki, Dövlət Gömrük Komitəsindən əldə edilmiş video görüntülərlə İddiaçı MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələrinin ölkə ərazisinə girişçıxışının sayı nəzərə alınarsa, İddiaçı MMC tərəfindən bəyamnamələrdə təqdim edilmiş mallardan artıq malların idxal edilməsi və buna görədə İddiaçı MMC tərəfindən əlavə mənfəətin əldə edilməsini müəyyən etmək olar. Lakin məhkəmə qeyd olunan arqumenti əsaslı hesab etmir. Belə ki, İddiaçı MMC ilə Gürcüstan Respublikası vətəndaşları arasında bağlanmış xidmət müqaviləsinin tələblərinə əsasən İddiaçı MMC-yə məxsus yük avtomobillərinin sürücülərin sahibliyində olmasını və sürücünün yalnız İddiaçı MMC fəaliyyəti ilə əlaqədar verilmiş tapşırığın yerinə yetirilməsi zamanı dəymiş ziyana görə məsuliyyət daşıması göstərilmişdir. Qeyd olunan müqavilədə sürücün İddiaçı MMC-dən başqa digər şəxslərə xidmətin göstərməsinə hər hansı bir qadağanın mövcud olmasını müəyyən etmək olmur. Ona görə də məhkəmə hesab edir ki, vergi orqanının "xxxx" MMCnin mülkiyyətində olan yük avtomobillərinin ölkə ərazisinə giriş çıxış sayının çox olması onun tərəfindən bəyannamələrdə göstərilmiş idxal məhsularından artıq məhsulların ölkə ərazisinə gətirilməsinə dəlalət edə bilməz. Belə ki, İddiaçı MMC ləvazimatların topdan satışından başqa həmçinin yükdaşıma fəlaiyyəti ilə məşğul olan hüquqi şəxsdir. Ona görə də İddiaçı MMC-yə məxsus yük avtomobillərinin digər hüquqi şəxslərə yükdaşıma xidmətlərinin göstərilməsi, o cümlədən həmin nəqliyyat vasitəsinin sürücüləri tərəfindən digər şəxslərə yükün daşınması zamanı ölkə ərazisinə yenidən daxil olması istisna deyil. Ona görə də vergi orqanı tərəfindən gətirilən hazırkı arqumenti əsaslı hesab etmək düzgün deyil. Bundan başqa məhkəmə tərəfindən qeyd olunan halların araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə yoxlama ilə əlavə olaraq hesablanmış 351156,62 manat mənfəət vergisinin düzgünlüyü müəyyən olunmaması, həmçinin təqdim edilmiş sənədlərə əsasən də vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi üzrə bəyannamələrdən artıq dövriyyəsinin müəyyən olunmaması qeyd olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdehin mənfəət vergisinin hesablanması ilə bağlı gətidiyi arqument ondan ibarət olmuşdur ki, Dövlət Gömrük Komitəsindən əldə edilmiş video görüntülərlə İddiaçı MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələrinin ölkə ərazisinə giriş-çıxışının sayı nəzərə alınarsa, İddiaçı MMC tərəfindən bəyamnamələrdə təqdim edilmiş mallardan artıq malların idxal edilməsi və buna görədə İddiaçı MMC tərəfindən əlavə mənfəətin əldə edilməsinin müəyyən edilməsi olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 07 sentyabr 2021-ci il tarixli, 9/3659 nömrəli ekspert rəyindən görünür ki, ekspert tədqiqatı zamanı təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, vergi orqanının dəvət etdiyi iki mütəxəssisdən heç biri hər hansı bir vergilərin hesablanmasının mümkün olmadığını bildirmişdirlər. Buna baxmayaraq yoxlama ilə həmin daşımalarla bağlı heç bir araşdırma aparılmadan yük sahibləri ilə müəssisə arasında olan iş münasibətlərinin hansı formada olması yoxlanılmamışdır. Belə ki, təqdim edilən iş materiallarında olan sənədlərdən (icarə müqavilələri, bəyannamələr və s.) göründüyü kimi, müəssisə nəqliyyat vasitələrini yoxlamanın əhatə etdiyi müəyyən dövrlərdə icarəyə vermişdir. Həmçinin, təqdim edilən iş materiallarında mövcud olan sənədlərdən göründüyü kimi müəssisə daşıma xidmətini digər vergi ödəyiciləri vasitəsilə də həyata keçirmişdir. Lakin, vergi orqanı tərəfindən göstərilən halların nəzərə alınması ilə bağlı hər hansı bir qeyd öz əksini tapmamışdır. Yəni, aktda Dövlət Gömrük Komitəsindən 2017, 2018 və 2019-cu illər üzrə MMC-nin balansında olan nəqliyyat vasitələri ilə aparılan daşımalar haqqında məlumat alındığı və daşımaların müəyyən qisminin MMC-nin rəsmi gəlirlərində əks olunmadığı qeyd edilir. 2017 və 2018-ci ilin 1-ci yarımilliyində MMC-nin balansında olan avtomaşınlar ayrı-ayrı şəxslərə icarəyə verilməsinə baxmayaraq, həmin dövrdə icarəyə verilmiş avtomaşınlar üzrə aparılan daşımalar vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda həmin daşımaların MMC-nin rəsmi gəlirlərində üçüncü şəxslər (ekspeditor şirkətləri) vasitəsilə əks olunub-olunmaması araşdırılmamış və qeyd edilən rəsmiləşdirilməmiş daşımaların istiqamətlər üzrə sayı və digər zəruri məlumatlar akta əlavə edilməmişdir. Bundan sonra vergi orqanı heç bir əlaqəli məlumatlara (Vergi Məcəlləsinin 67-ci maddəsi) istinad etmədən birbaşa olaraq mənfəəti ümumi xərc dövriyyəsinin 20 % şərti rentabelliyi əsasında Nazirlər Kabinetinin qərarına əsasən hesablamışdır. Vergi orqanı tərəfindən 2017, 2018 və 2019-cu illər üzrə MMC-nin təqdim etdiyi mənfəət bəyannaməsində göstərilən rəsmi gəlir, xərc və mənfəət nəzərə alınmadan mövcud xərclərə nisbətdə 20 % şərti şərti rentabellik tətbiq edilməsilə mənfəət vergisi hesablanmışdır. Yəni, Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilən əlaqəli məlumatlara və həmin maddədə göstərilən digər müddəalara istinad edilərək vergilər hesablanmamışdır. Bununla yanaşı, yuxarıda da göstərildiyi kimi, səyyar vergi yoxlaması aktında təyin edilmiş ekspertizalar üzrə ekspertlərin İddiaçı MMC –yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olunduğu qeyd edilsə də, yoxlama ilə vergi ödəyicisinin bəyannamələrində göstərilən xərclər əsasında vergilər hesablanmışdır. Halbuki, yoxlama aktında göstərilmişdir ki, AR Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlara əsasən MMC balansında olan nəqliyyat vasitələri ilə həyata keçirdiyi daşımaların müəyyən qismi ilə bağlı qarşı tərəflərə e-qaimə təqdim etməmiş və daşımalarla bağlı MMC gəlirini və xərcini DGK tərəfindən təqdim edilən sənədlərlə müəyyən etmək mümkün olmamışdır. Yəni, yoxlama ilə döviyyəsi daha çox müəyyən olunmuş, lakin dəqiq məbləğini və həmçinin, həmin məbləğə görə xərcini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilir ki, bütün yuxarıda göstərilən səbəblərdən səyyar vergi yoxlaması aktında (yəni yoxlama ilə dövriyyə artıqlığı müəyyən olunması və həmçinin, gəlir və xərcinin dəqiq məbləğinin müəyyən edilməsinin mümkün olmamasının müəyyən olunmasına baxmayaraq vergi ödəyicisinin bəyannamələrində göstərilən xərc əsas götürülməklə Nazirlər Kabinetinin qərarı əsasında hesablama aparılması) göstərilən qaydalarda vergilərin hesablanması vergi Məcəlləsinin tələblərinə uyğun deyildir. Ekspert tədqiqatı ilə yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə yoxlama ilə əlavə olaraq hesablanmış 351156,62 manat mənfəət vergisinin düzgünlüyü müəyyən olunmamışdır. Ekspert tədqiqatı zamanı müəyyən edilən hallar iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrlə də təsdiq olunur. Belə ki, təqdim edilən sənədlərdən görünür ki, “ekspeditor” qismində İddiaçı MMC ilə “sifarişçi” qismində "xxxx" MMC arasında 30 may 2018-ci il tarixdə, "xxxx" MMC arasında 12 noyabr 2018-ci il tarixdə, "xxxx" MMC arasında 01 fevral h 2019-cu il tarixdə, "xxxx" MMC arasında 21 fevral 2019-cu il tarixdə, "xxxx" MMC arasında 23 oktyabr 2019-cu il tarixdə ekspeditor müqavilələri bağlamış, ekspeditor müqavilələrinə əsasən ekspeditor müvafiq haqq müqabilində və ya sifarişçinin hesabına yüklərin beynəlxalq daşınmasını və yükün daşınması ilə əlaqədar tərəflər arasında razılaşdırılmış xidmətlərin göstərilməsini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmçinin, işdə olan icarə müqavilələrindən görünür ki, “icarədar” (icarəyə verən) qismində İddiaçı MMC ilə “icarəçi” İlham Şərifov arasında 01 yanvar 2017-ci il tarixdə, X3 arasında 01 yanvar 2017-ci il tarixdə, X5 araspında 05 yanvar 2017-ci il tarixdə, X8 arasında 05 yanvar 2017-ci il tarixdə, X4 arasında 01 mart 2017-ci il tarixdə, Fazil Aslanov arasında 01 mart 2017-ci il tarixdə nəqliyyat vasitəsinin icarə müqavilələri bağlamış, icarə müqavilələrinə əsasən iddiaçı mülkiyyətində olan nəqliyyat vasitələrini icarəçinin istifadəsinə verməyi, içarəçi isə nəqliyyat vasitəsini təhvil-qəbul aktına əsasən istifadəsinə qəbul edərək icarədara icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçı daşıma xidmətini digər vergi ödəyiciləri vasitəsilə də həyata keçirmiş, bundan əlavə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələri digər şəxslərin icarəsinə də verilmişdir. Cavabdeh vergi orqanı isə mənfəət vergisinin hesablanması zamanı qeyd edilən xüsusatları ümumiyyətlə araşdırılmamışdır. Halbuki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri). Bundan əlavə kollegiya qeyd edir ki, vergilərin Vergi Məcəlləsinin 42.2-cü maddəsinə istinadən 67-ci maddəsinə müvafiq olaraq hesablanması ilə bağlı cavabdeh orqan diskresion səlahiyyətə malikdir. Başqa sözlə, hazırki mübahisəyə münasibətdə inzibati orqanın diskresion səlahiyyəti ödənilməli olan verginin məbləğinin əlaqəli məlumatlardan istifadə etməklə hesablanması ilə bağlıdır. Vergilərin bu qaydada hesablanması cavabdehin öhdəliyi deyil, hüququdur. Lakin bununla bağlı qeyd olunmalıdır ki, inzibati orqan həmin qaydanı tətbiq etməklə verginin hesablanması barədə qərara gəldiyi hallarda, onun həmin hüququ artıq öhdəlik keyfiyyəti əldə edir və inzibati orqanın Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun davranmaq öhdəliyi yaranır. Bu andan etibarən inzibati orqan həmin qaydanın şərtlərinə bağlıdır və bu şərtlərə əməl etməyə borcludur. İnzibati orqan eyni zamanda malik olduğu diskresion səlahiyyəti vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə yanaşma diskresion səlahiyyətin mahiyyətindən irəli gəlir (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli 2-1(102)-22/2022 saylı Qərarı). Vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırki mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Cavabdeh vergi orqanı iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçı MMC barəsində şərti rentabellik norması əsasında mənfəət vergisi hesablanmasına əsas kimi analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi tapılmadığından şərti rentabellik norması üsulundan istifadə edildiyini qeyd etmişdir. Halbuki, Vergi Məcəlləsinin 67.4-cü maddəsində deyilir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Göründüyü kimi, qanunverici analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarına istinadən vergi hesablanmasına yalnız əlaqəli məlumatlarla bağlı mümkün araşdırma mexanizmləri tükəndikdə icazə vermişdir. Məhkəmə tərkibi iş materiallarını və işin müəyyən edilmiş həqiqi hallarını əsas götürərək hesab edir ki, cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəətinin hesablanması qanuni sayıla bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 2017, 2018, 2019-cu illər üzrə 351156,62 manat mənfəət vergisinin hesablanmasında hissəsində vergi orqanın qərarı qanunsuz olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq ləğv edilmişdir. Bu hissədə apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. İddiaçıya səyyar yoxlama zamanı 42229,68 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına dair hissədə qərarın ləğvi ilə bağlı kollegiya apelyasiya şikayətinin dəlillərini aşağıda qeyd edilənlərə əsasən, qismən əsaslı hesab edir. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində rezident və qeyrirezidentin kim olması anlayışı verilmişdir. Belə ki, təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxsin Azərbaycan Respublikasında daimi yaşayış yeri,həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yeri olduqda və şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda o rezident, qeyd olunanlara aid edilməyən şəxslər isə qeyri-rezident hesab edilirlər. Vergi orqanı tərəfindən xidmət müqaviləsində adları göstərilmiş Gürcüstan Respublikası vətəndaşlarının xidmət müqaviləsinin 3 il müddətinə bağlanması və buna görə də həmin şəxslərin rezident hesab edilməsi ilə bağlı gətirdiyi arqumenti əsaslı hesab etmək olmaz. Qeyd olunan xidmət müqaviləsinin 3 il müddətinə qüvvədə olması Gürcüstan Respublikası vətəndaşlarının 182 gündən artıq ölkə ərazisində yaşamasına dəlalət etmir. Belə ki, həmin şəxslər daimi əsaslarla Azərbaycan Respublikasında yaşamış olsaydılar Dövlət Miqrasiya Xidmətində müvvəqqəti qeydiyyata düşərək müvafiq şəxsiyyət vəsiqəsinin almış olardılar. Nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının əhatə etdiyi və yoxlamanın aktının tərtib olunduğu tarixdə qüvvədə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2014-cü il tarixli 4 N-li Qərarı ilə Məcburi Dövlət Sosial Sığorta Haqlarının toplanması qaydalarının 2.3-cü bəndində aşağıdakılar göstərilmişdir: - Təqvim ilində üst-üstə 182 gündən artıq vaxta sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər məcburi dövlət sosial sıöörtasına cəlb olunan şəxslər hesab olunurlar. Təqdim olunmuş iş materiallarında isə Gürcüstan Respublikasının rezidentlərinin 182 gündən artıq vaxta sahibkarlıq fəaliyyətindən gəlir əldə etməsi ilə bağlı hər hansı bir məlumat öz əksini tapmamışdır. Bununla yanaşı qeyd edilir ki, sosial sığorta haqqı ilə bağlı hesablanma aparılması Vergi Məcəlləsində 2019-cu ildən nəzərdə tutulmuşdur. Yəni Vergi Məcəlləsinə qeyd olunan dəyişikliyə əsasən vergi orqanlarına sosial sığorta haqlarını tələb etmək hüququ verilmişdir. Lakin, vergi orqanı tərəfindən 2018-ci ilin 1-ci rübü üzrə müəssisəyə sosial sığorta haqqı hesablanmışdır. Yəni qeyd olunan sığorta ödənişləri Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmalı olduğu tədqirdə həmin ödənişlər vergi orqanı tərəfindən geriyə şamil edilməklə İddiaçı MMC-ən tələb edilmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cü maddəsinin 1ci bəndinə əsasən sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Göründüyü kimi İddiaçı MMC ilə Gürcüstan Respublikasının vətəndaşları arasında bağlanmış saziş əmək deyil mülki hüquq münasibətlərindən irəli gələn xidmət müqaviləsidir. Yəni qeyd olunan əcnəbi vətəndaşlarının gələcəkdə itirə biləcəkləri əmək haqlarının qarşının alınması məqsədi ilə ödənilməli olan kompensasiyanın təmin edilməsi məqsədi ilə işəgötürən ilə əmək müqaviləsini bağlanması zəruridi. Lakin adları xidmət müqaviləsində göstərilən şəxslərin İddiaçı MMC ilə işçi kimi əmək müqaviləsinin tərəfi olması müəyyən edilmədi. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, “İkiqat vergitutmanın aradan qaldırılmasına dair” Azərbaycan Höküməti ilə Gürcüstün Höküməti arasında bağlanmış və xx.xx.1998-ci ildən tətbiq edilən sazişin 18-ci bəndinə əsasən sazişin tərəfləri olan dövlətlərin ərazisində pensiya təminatının həyata keçirilməsi üçün tətbiq edilən vergilər yalnız bir ölkənin ərazisində tutula bilər. Qeyd olunan Sazişin tələblərindən məlum olur ki, şəxsin gələcəkdə pensiya təminatının həyata keçirilməsi üçün vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən vergiyə cəlb edilməsi (yəni MDSSH-rı) onun qeyrirezident olduğu ölkə tərəfindən vergiyə cəlb edilməsi məsuliyyətindən azad edir. Vergi orqanı tərəfindən Gürcüstan Respublikası vətəndaşlarına Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqlarının hesablanması öz təsdiqini tapmadı. Ona görə də məhkəmə hesab edir ki, xidmət müqaviləsində göstərilmiş Gürcüstan Respublikasının vətəndaşlarına görə hesablanmış 42.229,68 manat sosial sığorta haqları qanunsuzdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır. Belə ki, qüvvədən düşmüş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları”-nın 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - DSMF) - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 09 iyul 1997-ci il tarixli, 7/1 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında Təlimat” ın 4-cü bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqı-sığortalamaya görə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödənilən pul vəsaitidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin qeyd olunan 1.4-cü maddəsi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə əlavə olunmuş, həmin Qanun 1 yanvar 2019-cu ilin tarixindən qüvvəyə minmişdir. Beləliklə, yuxarıda qeyd olunan hüquq normalarına görə 01 yanvar 2019-cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının toplanması Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilmiş, 01 yanvar 2019-cu il tarixindən isə Vergi Məcəlləsinə edilmiş dəyişikliklə vergi ödəyicilərinə münasibətdə MDSS tutulması Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. Cavabdeh orqan tərəfindən isə hazırkı iş üzrə səyyar vergi yoxlaması zamanı 2018ci ilin 1-ci rübü üzrə də 5079.50 manat məbləğində əlavə sosial sığorta haqqı hesablanmışdır. Halbuki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması vergi orqanlarının deyil, Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətinə aid idi. Ona görə də, kollegiya bu hissədə vergi orqanın qərarın ləğvinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apelyasiya şikayətinin dəlillini əsassız hesab edir. 2019-cu ilin İ, İİ və İİİ rübləri üzrə MDSS hesablanması ilə bağlı isə kollegiya qeyd edir ki, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən ... Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər,... məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Həmin Qanunun 14.1-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.5 və 14.5.2-ci maddələrinə əsasən mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. “Sosial sığorta haqqında” Qanunun tələblərindən göründüyü kimi məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirləri əldə əcnəbilər də məcburi dövlət sosial sığorta subyektləridir. İş materiallarında olan müqavilələrindən görünür ki, İddiaçı MMC ilə Gürcüstan Respublikasının vətəndaşları arasında xidmət müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən, onlar Azərbaycan Respublikası mənbələrindən gəlir əldə etmişlər. Səyyar yoxlama zamanı isə müəyyən edilmişdir ki, qeyd edilən şəxslər tərəfindən müəssisəyə məxsus yük avtomobilləri ilə müəssisəyə sürücü xidməti göstərilsə də, göstərilən xidmət müqabilində qeyri rezident fiziki şəxslərə ödənilmiş vəsaitdən sosial sığorta haqqı tutulmamışdır. Kollegiya hesab edir ki, yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə əsasən, bu halda xidmət müqavilələri üzrə gəlir əldə edən əcnəbilər də ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqına cəlb edilməlidirlər. Eyni zamanda kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 99.2-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı xidmət müqavilələri üzrə qeyri-rezident fiziki şəxslərin iddiaçıya göstərdiyi sürücülük xidməti sahibkarlıq fəaliyyəti hesab edilmədiyi üçün birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2014-cü il tarixli 4 N-li Qərarı ilə Məcburi Dövlət Sosial Sığorta Haqlarının toplanması qaydalarının 2.3-cü bəndinə istinad etməsi düzgün olmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, qanunvericilikdə Azərbaycan Respublikası mənbələrindən gəlirlər əldə edən əcnəbilərin sosial sığortaya cəlb edilməsi üçün onların 182 gündən artıq Azərbaycan Respublikası ərazisində yaşaması tələb olunmur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarının hazırkı işə tətbiqi baxımından hesab edir ki, 2019-cu ilin İ, İİ və İİİ rübləri üzrə iddiaçıya MDSS hesablanması ilə bağlı cavabdeh vergi orqanının qərarı düzgün olduğundan ləğvinə əsas olmamışdır. Bu hissədə apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2- 1(118)-670/2021 nömrəli qərarı dəyişdirilməli, vergi orqanının xx.xx.2020-ci il tarixli, **********142911 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarı qismən- 2018-ci ilin 1-ci rübü üzrə 5079.50 manat MDSS və 2017-2019-cu illər üzrə 351156,62 manat mənfəət vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 178118.06 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(118)-670/2021 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. 3 saylı Ərazi Vergilər İdarəsinin 23 dekabr 2020-ci il tarixli **********142911 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən – 2018-ci ilin 1-ci rübü üzrə 5079.50 manat MDSS və 2017-2019cu illər üzrə 351156,62 manat mənfəət vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 178118.06 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının 145 (yüz qırx beş) manatlıq dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən 72,50 (yetmiş iki manat əlli qəpik) manat, İddiaçı MMC - dən 72,50 (yetmiş iki manat əlli qəpik) məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar